2000-ci il oktyabrın 20-də Florensiya şəhərində imzalanmış "Avropa Landşaft Konvensiyası"nı Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2000-ci il oktyabrın 20-də Florensiya şəhərində imzalanmış "Avropa Landşaft Konvensiyası"nı Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəsi Aqşin Şəfaət oğlu Mehdiyevə verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Konvensiyanı Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəsi Aqşin Şəfaət oğlu Mehdiyevə verilməsi barədə Avropa Şurasına müvafiq bildiriş göndərsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2003-cü il
№ 1334