AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
27.09.2003
QEYDİYYAT NÖMRƏSİ
1338
ADI
Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2003, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 512)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi ilə əlaqədar olaraq qərara alıram:

I. Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına aşağıdakı dəyişikliklər edilsin:

1. "Rusiya Federasiyası ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan Respublikasının daimi fəaliyyət göstərəcək Hökumətlərarası Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 aprel tarixli 294 nömrəli Sərəncamının 2-ci bəndinin doqquzuncu abzasında "Arif Mansurov - "Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri" sözləri "Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamının 1-ci bəndinin beşinci abzasında "Zülfüqar Musayev - Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin sədri" sözləri "Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilsin, on dördüncü abzasından "Telman İsmayılov - Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi sədrinin birinci müavini" sözləri, iyirmi birinci abzasından isə "Musa Məmmədov - "Azərbmeşə" İstehsalat Birliyinin baş direktoru" sözləri çıxarılsın.

3. "Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış "İnkişaf üçün kredit haqqında Saziş"in (Təxirəsalınmaz Ekoloji Tədbirlər Layihəsi) təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 898 nömrəli Sərəncamının 2-ci bəndində "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözləri ilə əvəz edilsin.

4. "Beynəlxalq Dəniz Təşkilatı ilə əlaqələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 16 nömrəli Sərəncamında "Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilsin.

5. "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyaya qoşulmuş (CİTES) digər tərəflər və Katiblik ilə əlaqə saxlamaq üçün onun Azərbaycan Respublikasında inzibati orqanının təyin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 188 nömrəli Sərəncamının 1-ci bəndində "Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziriliyi" sözləri ilə əvəz edilsin.

6. "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya" üzrə Azərbaycan Respublikasının elmi orqanının təyin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 472 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndlərində "Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilsin.

7. "Qəbələ radiolakasiya stansiyasının ətraf mühitə və əhalinin sağlamlığına təsirinin araşdırılması üzrə komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 fevral tarixli 632 nömrəli Sərəncamının 1-ci bəndinin iyirmi ikinci abzasında "Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin" sözləri və iyirmi üçüncü abzasında "Azərbaycan Respublikası Hidrometeorologiya Komitəsinin" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilsin.

8. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamının 2-ci bəndində, bu Sərəncamla təsdiq edilmiş "Dövlət Geoloji İnformasiya Fondunun yaradılması və aparılması Qaydaları"nın 1.4-cü və 4.2-ci bəndlərində, bu Sərəncamla təsdiq edilmiş "Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə"nin 3.3-cü, 3.5-ci və 3.7-ci bəndlərində, bu Sərəncamla təsdiq edilmiş "Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yeraltı içməli sulardan istifadə Qaydaları"nın 3.3-cü bəndində və bu Sərəncamla təsdiq edilmiş "İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları"nın 2.2-ci, 3.4-cü bəndələrində, 3.10-cu bəndinin birinci və beşinci abzaslarında, 3.11-ci, 3.14-cü və 4.5-ci bəndlərində "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" və "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri" sözləri müvafiq olaraq "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" və "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilsin.

 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2003-cü il
№ 1338

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status