AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
18.04.2012
QEYDİYYAT NÖMRƏSİ
2186
ADI
Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-04-2012, Nəşr nömrəsi: 84), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2012, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 364)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.020.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201204182186
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.04.2012
Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında

Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycanın ən qədim maddi mədəniyyət nümunələri içərisində Tovuz rayonu ərazisindəki Göytəpə arxeoloji kompleksinin özünəməxsus yeri vardır. Neolit dövrünə aid bu yaşayış məskəni tariximizin öyrənilməsi və eləcə də respublikamızda turizmin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Göytəpə arxeoloji kompleksində aşkar olunmuş tikililərin bərpası və konservasiyası, habelə aparılan elmi tədqiqat işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Göytəpə arxeoloji kompleksi ərazisində Azərbaycan Milli Elmlər Akademiyası yanında Göytəpə Arxeoloji Parkı yaradılsın.

2. Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı layihələndirmə və tikinti işlərinin başlanılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 aprel 2012-ci il

№ 2186

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status