AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
24.04.2012
QEYDİYYAT NÖMRƏSİ
613
ADI
“Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-04-2012, Nəşr nömrəsi: 90), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2012, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 292)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.020.000
180.040.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201204240613
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.04.2012
“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı” təsdiq edilsin. (əlavə olunur)

2. “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. üç ay müddətində:

3.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.3. Aviasiya Təhlükəsizliyi üzrə Respublika Komissiyasının tərkibi və onun Əsasnaməsi ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.4. “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 14.1-ci və 17.1-ci bəndlərində nəzərdə tutulmuş aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı və keyfiyyətə nəzarət sahəsində milli proqramları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.5. həmin Qaydaların 3.12.12-ci yarımbəndində nəzərdə tutulmuş liter reyslərinin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.6. həmin Qaydaların 8.8-ci bəndində nəzərdə tutulmuş havada və yerdə olan hava gəmilərinin təhlükəsizliyi üzrə tədbirlərin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.7. həmin Qaydaların 9.13.3-cü yarımbəndində nəzərdə tutulmuş hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.8. həmin Qaydaların 10.3-cü bəndində nəzərdə tutulmuş sərnişinlərə, onların əl yükü və baqajlarına baxış keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.9. həmin Qaydaların 10.23.1-ci yarımbəndində nəzərdə tutulmuş həbs edilmiş şəxslərin hava gəmisində daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.10. həmin Qaydaların 12.3-cü bəndində nəzərdə tutulmuş hava gəmisində silahın daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.11. həmin Qaydaların 14.7.1-ci yarımbəndində nəzərdə tutulmuş aviasiya təhlükəsizliyi personalının seçilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.12. həmin Qaydaların 15.22.3-cü yarımbəndində nəzərdə tutulmuş qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərindən istifadə qaydalarını, eləcə də bu xidmətlərə görə haqqın ödənilməsi qaydasını və şərtlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.13. həmin Qaydaların 5.7-ci bəndində nəzərdə tutulmuş buraxılış və obyektdaxili rejimlərin təşkili qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.14. həmin Qaydaların 9.2.4-cü yarımbəndində nəzərdə tutulmuş aviasiya təhlükəsizliyi personalı üçün geyim formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.15. həmin Qaydaların 13.3-cü bəndində nəzərdə tutulmuş aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.16. həmin Qaydaların 15.17-ci bəndində nəzərdə tutulmuş qanunsuz müdaxilə aktları ilə bağlı hava hərəkətinin idarə edilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.17. həmin Qaydaların 15.21.5-ci yarımbəndində nəzərdə tutulmuş partlayıcı qurğuların (maddələrin) zərərsizləşdirilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.18. həmin Qaydaların 17.7-ci bəndində nəzərdə tutulmuş yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görsün;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 aprel 2012-ci il

 № 613

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 17 avqust tarixli 1139 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir [2]

 

Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı

 

Giriş

 

Azərbaycan Respublikasında mülki aviasiyanın təhlükəsizliyinin təmini sistemi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vacib elementidir. Ölkə mülki aviasiyasının təhlükəsizlik strategiyasının məqsəd və vəzifələri beynəlxalq norma və prinsiplərə, habelə mütərəqqi xarici təcrübəyə əsaslanır.

Qeyd olunan prinsiplər nəzərə alınaraq mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması tələblərini, normalarını və qaydalarını özündə birləşdirən “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı” (bundan sonra Dövlət Proqramı) işlənib hazırlanmışdır.

Dövlət Proqramı “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Avropa Mülki Aviasiya Konfransının (ECAC) və digər beynəlxalq mülki aviasiya təşkilatlarının standartları və tövsiyə olunan təcrübəsi, habelə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktların, habelə Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmışdır və mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunmasına yönəlmiş qaydaların, eləcə də təşkilati tədbirlərin toplusundan ibarətdir.

Dövlət Proqramı özündə mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması sahəsində dövlət siyasətini və bu siyasətin reallaşdırılmasının təşkilati aspektlərini ehtiva edir.

Dövlət Proqramı aviasiya təhlükəsizliyinin tənzimlənməsini, eyni zamanda, belə təhlükəsizliyin təmin edilməsi sahəsində məqsədləri, vəzifələri, prinsipləri, maliyyə mənbələrini, əsas tədbirləri, vaxt çərçivələrini, vahid anlayış və terminologiyanı müəyyən edir və aviasiya təhlükəsizliyinin təmini sisteminin təşəkkülünə yönəlmişdir.

Dövlət Proqramında aviasiya təhlükəsizliyi dedikdə insan və material resursları daxil olmaqla aviasiyanı qanunsuz müdaxilə aktlarından qorumaq üçün tədbirlər kompleksi olmaqla mülki aviasiya sahəsində aeroportların, hava gəmilərinin və mülki aviasiyanın digər obyektlərinin mühafizəsi, ekipaj üzvlərinin, xidmət personalının və sərnişinlərin həyat və sağlamlığının qorunması, əl yüklərinin, baqajın, poçtun, digər yüklərin və hava gəmilərindəki bort ehtiyatlarının yoxlanılması, hava gəmilərini zəbt etmək və qaçırmaq cəhdlərinin qarşısının alınması, təhlükə mənbələrinin və risk faktorlarının müəyyən edilməsi yolu ilə insanlara və əmlaka zərər vurulması riskinin minimuma endirilməsi məqsədilə həyata keçirilən, habelə uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin və səmərəliliyinin təmin olunmasına xidmət edən kompleks tədbirlər nəzərdə tutulur.

Dövlət Proqramı daxili və beynəlxalq uçuşlara şamil edilir. Dövlət Proqramının icrası çərçivəsində aviasiya subyektlərindən aviasiya təhlükəsizliyinin təmin edilməsi səviyyəsinin mütəmadi monitorinqini aparmaq, mülki aviasiyanın fəaliyyətinə mümkün təhdidləri müəyyən etmək və risklərin qiymətləndirilməsini aparmaq, uçuşların ümumi təhlükəsizlik səviyyəsini artırmaq tələb olunur.

Bu vəzifələrin yerinə yetirilməsi aviasiya təhlükəsizliyinin və uçuşların təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, insan itkilərinin və iqtisadi itkilərin qarşısının alınmasına kömək göstərəcək və davamlı inkişafa münbit şərait yaradacaqdır.

 

1. Dövlət Proqramının məqsəd, vəzifə və prinsipləri

 

1.1. Dövlət Proqramının məqsədləri aşağıdakılardır:

1.1.1. mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması strategiyasını müəyyən etmək;

1.1.2. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarına yol verilməməsi və onların qarşısının alınması tədbirlərini nəzərdə tutan qaydaları, təcrübə və prosedurları həyata keçirmək yolu ilə uçuşların təhlükəsizliyini, müntəzəmliyini və səmərəliliyini təmin etmək;

1.1.3. strateji, normativ və texniki tədbirlərin işlənilməsi və həyata keçirilməsi yolu ilə aviasiya təhlükəsizliyi səviyyəsini yüksəltmək, bu tədbirlərin səmərəli və dayanıqlı reallaşdırılmasını təmin etməklə sərnişinlərin, ekipaj üzvlərinin, aviasiya personalının və əhalinin təhlükəsizliyini təmin etmək;

1.1.4. Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyi sistemini beynəlxalq mülki aviasiya təşkilatlarının standartlarına və tövsiyə edilən təcrübəsinə uyğun inkişaf etdirmək;

1.1.5. aviasiya təhlükəsizliyinin təmini sahəsində idarədaxili və idarələrarası kompleks planlaşdırma sistemini yaratmaq və tətbiq etmək;

1.1.6. aviasiya təhlükəsizliyinə təhdidlərin güclənməsi zamanı cavab tədbirlərini təkmilləşdirmək və qərarların operativ qəbulunu təmin etmək;

1.1.7. Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmiş dövlət qurumlarının, müəssisə, idarə və təşkilatların qarşılıqlı fəaliyyətini əlaqələndirmək, aviasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə birgə səyləri istiqamətləndirmək;

1.1.8. aviasiya təhlükəsizliyinin təmin edilməsinə səmərəli nəzarət sistemi yaratmaq;

1.1.9. aviasiya təhlükəsizliyi mədəniyyətini inkişaf etdirmək.

1.2. Dövlət Proqramının vəzifələri aşağıdakılardır:

1.2.1. sərnişinlərin, ekipaj üzvlərinin, aviasiya personalının, hava gəmilərinin, aeroportların (hava limanlarının), aerodromların, aeronaviqasiya obyektlərinin, həmçinin mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki aviasiyanın digər obyektlərinin qanunsuz müdaxilə aktlarından qorunmasının və mühafizəsinin təmin edilməsi üzrə tədbirlər görmək;

1.2.2. aviasiya təhlükəsizliyinin təmini sahəsində əsas prioritetləri dəqiqləşdirmək;

1.2.3. aviasiya təhlükəsizliyi sahəsində dinamik dəyişən risklərə adekvat cavab tədbirlərini təmin etmək;

1.2.4. mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması məqsədilə aviasiya təhlükəsizliyi üzrə bütün aspektləri əhatə edən ümumi sistemli yanaşma işləyib hazırlamaq və aidiyyəti dövlət orqanlarının yerinə yetirəcəkləri qabaqlayıcı əməliyyat tədbirlərini vaxtında planlaşdırmaq;

1.2.5. Dövlət Proqramının icrasına cəlb edilmiş dövlət orqanlarının əməliyyat qruplarının daim hazırlıqlı olmalarını təmin etmək;

1.2.6. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə əməliyyatlar zamanı sərnişinlərin, hava gəmilərinin və onların ekipaj üzvlərinin, aviasiya müəssisələri personalının təhlükəsizliyini təmin etmək;

1.2.7. Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyi sahəsində maarifləndirmə işini təşkil etmək;

1.2.8. aviasiya təhlükəsizliyi sahəsində innovasiya texnologiyalarının və müasir avadanlıqların tətbiqinin hüquqi və təşkilati əsaslarını işləyib hazırlamaq və bu tədbirlərin aviasiya təhlükəsizliyi xidmətləri, hava limanları və hava gəmilərinin istismarçıları tərəfindən tətbiqini dəstəkləmək.

1.3. Dövlət Proqramı aşağıdakı prinsiplərə əsaslanır:

1.3.1. aviasiya təhlükəsizliyinin təmini sisteminin risklərin qiymətləndirilməsi, idarə olunması və sistemli yanaşma yolu ilə qurulması;

1.3.2. aviasiya təhlükəsizliyinin təmini sisteminin qurulmasında səmərəlilik, mütənasiblik və dayanıqlılıq aspektlərinin nəzərə alınması;

1.3.3. aviasiya təhlükəsizliyinin təmini üzrə tətbiq edilən tədbirlərin mövcud təhdidlərin səviyyəsinə uyğun olması;

1.3.4. aviasiya təhlükəsizliyi nəzarətindən keçməmiş şəxsin, əl yükünün, baqajın, yükün, kuryer və poçt göndərişlərinin, bort ehtiyatlarının, habelə digər əşya və avadanlığın hava gəmisində daşınmasının yolverilməzliyi;

1.3.5. aviasiya təhlükəsizliyi nəzarətindən keçməmiş və buraxılış vərəqi olmayan şəxslərin və nəqliyyat vasitələrinin hava limanlarının nəzarət edilən zonalarına daxil olmasının yolverilməzliyi;

1.3.6. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının digər dövlətlərlə əməkdaşlığının beynəlxalq müqavilələr və qəbul olunmuş beynəlxalq təcrübə əsasında həyata keçirilməsi;

1.3.7. mülki aviasiya sahəsində fəaliyyət göstərən aviasiya subyektlərinin, digər hüquqi və fiziki şəxslərin Dövlət Proqramının tələblərinə riayət etməsi.

 

2. Qanunvericilik aktları

 

2.1. Mülki aviasiya sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlər:

2.1.1. “Beynəlxalq Mülki Aviasiya haqqında” Konvensiya (1944-cü il 7 dekabr, Çikaqo) və həmin Konvensiyanın dəyişdirilməsinə dair 1977-ci il 30 sentyabr tarixli, 1980-ci il 6 oktyabr tarixli və 1984-cü il 10 may tarixli protokollar;

2.1.2. “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiya (1963-cü il 14 sentyabr, Tokio);

2.1.3. “Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında” Konvensiya (1970-ci il 16 dekabr, Haaqa);

2.1.4. “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında” Konvensiya (1971-ci il 23 sentyabr, Monreal);

2.1.5. “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya”nı tamamlayan Beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq hərəkətləri əleyhinə mübarizə haqqında Protokol (1988-ci il 24 fevral, Monreal);

2.1.6. “Plastik partlayıcı maddələri aşkar etmək məqsədilə onlara nişan vurulması haqqında” Konvensiya (1991-ci il 1 mart, Monreal);

2.1.7. “Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında” Konvensiya (2010-cu il 10 sentyabr, Pekin);

2.1.8. “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Tokio Konvensiyasına əlavə Protokol (2014-cü il 4 aprel, Monreal).

2.2. Milli qanunvericilik aktları:

2.2.1. Azərbaycan Respublikasının Konstitusiyası;

2.2.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

2.2.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

2.2.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

2.2.5. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi;

2.2.6. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.7. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.8. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.9. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.10. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.11. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.12. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.13. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.14. “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı; [3]

2.2.15. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”;

2.2.16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 22 mart tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi Qaydası”;

2.2.17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”;

2.2.18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”;

2.2.19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Aviasiya qəzalarını və insidentlərini araşdıran Komissiyanın fəaliyyət göstərməsi Qaydaları”;

2.2.20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların toplanması və işlənməsi sistemlərində informasiyanın qorunması Qaydaları”;

2.2.21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”.

 

3. Vəzifələrin bölüşdürülməsi

 

3.1. Mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətli orqanlar aşağıdakılardır:

3.1.1. aviasiya təhlükəsizliyi üzrə idarələrarası orqanlar:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyası (bundan sonra Respublika Komissiyası);

2. Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyası (bundan sonra Aeroport Komissiyası);

3.1.2. aviasiya təhlükəsizliyi üzrə respublika sahələrarası orqanları;

3.1.3. aviasiya təhlükəsizliyi üzrə digər qurumlar.

3.2 Aviasiya təhlükəsizliyi üzrə idarələrarası orqanların əsas vəzifələri:

3.2.1. mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasına yönəlmiş tədbirlər görmək;

3.2.2. qanunsuz müdaxilə aktlarına qarşı əks-təsir tədbirlər ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra Aviasiya Agentliyi) təkliflər vermək; [4]

3.2.3. hava gəmilərinin qaçırılması və ya digər qanunsuz müdaxilə aktları ilə bağlı vəziyyətin tənzimlənməsi üzrə əməliyyat qərargahının fəaliyyətinə dəstək vermək.

3.3. Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə sahələrarası orqanların əsas vəzifələri:

3.3.1. aviasiya təhlükəsizliyinin təmin edilməsinə dair müvafiq norma və qaydaların aidiyyəti qurumlar tərəfindən hazırlanmasına, yerinə yetirilməsinə və onlara riayət edilməsinə nəzarət etmək;

3.3.2. hava gəmilərinin qaçırılması və digər qanunsuz müdaxilə aktları ilə bağlı halların qarşısının alınması üçün Respublika Komissiyasının işində iştirak etmək.

3.4. Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə digər dövlət orqanlarının əsas vəzifələri:

3.4.1. aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq norma və qaydaların həyata keçirilməsini təmin etmək;

3.4.2. Aeroport Komissiyasının işində iştirak etmək.

 

4. Əməkdaşlıq, koordinasiya və rabitə

 

4.1. İnformasiya əlaqəsi

4.1.1. aviasiya təhlükəsizliyi üzrə tədbirlərin səmərəliliyini artırmaq üçün mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə bağlı və ya belə təhlükə barədə beynəlxalq, dövlət və yerli səviyyədə analitik məlumatların toplanması müntəzəm olaraq təşkil edilir və onların yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülür;

4.1.2. qanunsuz müdaxilə aktına məruz qalmış hava gəmisi haqqında ilkin informasiyanın toplanması və aidiyyəti üzrə ötürülməsi məlumatlandırma sxeminə əsasən həyata keçirilir.

4.2. Aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq

4.2.1. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə mübarizənin beynəlxalq hüquqi əsaslarının, metodlarının və mübarizə vasitələrinin təkmilləşdirilməsi, insidentlərin nizamlanmasında digər dövlətlərin müvafiq orqanları ilə qarşılıqlı əlaqələrin yaxşılaşdırılması, xarici təcrübənin öyrənilməsi və ondan istifadə edilməsi, hava gəmilərinin qaçırılması cəhdlərinin və Azərbaycan Respublikasında mülki aviasiyanın təhlükəsizliyinə qarşı digər hərəkətlərin qarşısının səmərəli surətdə alınması məqsədilə həyata keçirilir;

4.2.2. aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə çoxtərəfli əməkdaşlıq ICAO, ECAC, həmçinin Azərbaycan Respublikasının tamhüquqlu üzv olduğu digər beynəlxalq təşkilatlar çərçivəsində, müvafiq beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə uyğun olaraq həyata keçirilir;

4.2.3. ICAO çərçivəsində beynəlxalq əməkdaşlıq aşağıdakı istiqamətlərdə həyata keçirilir:

1. aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq konvensiyaların və çoxtərəfli sazişlərin işlənib hazırlanması;

2. beynəlxalq standartların və tövsiyə edilən təcrübənin təkmilləşdirilməsi;

3. ICAO və ECAC-ın aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə daimi əsaslarla fəaliyyət göstərən orqanlarının işində iştirak edilməsi;

4. aviasiya təhlükəsizliyi sahəsində ICAO, ECAC və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş yoxlamaların nəticələrinə dair məlumatların təqdim olunması. Bu sahədə aparılan məlumat mübadiləsi aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qabaqcıl təcrübənin öyrənilməsinə və yerlərdə tətbiqinə imkan yaradır, dövlətlərarası münasibətləri, qarşılıqlı etimadı möhkəmləndirir, beynəlxalq norma və standartların düzgün yerinə yetirilməsinə zəmin yaradır;

5. aviasiya təhlükəsizliyinə dair digər normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər verilməsi;

4.2.4. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində xarici dövlətlərlə ikitərəfli əməkdaşlıq hava nəqliyyatı haqqında hökumətlərarası və mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə mübarizəyə, habelə hava nəqliyyatında fövqəladə halların təhlilinin nəticələri barədə məlumatların vaxtında təqdim edilməsinə dair xüsusi sazişlərə əsaslanır;

4.2.5. ikitərəfli əməkdaşlıq çərçivəsində bağlanmış xüsusi sazişlərlə aşağıdakı məsələlər tənzimlənir:

1. aviasiya təhlükəsizliyi üzrə məsul şəxslərin adları, ünvanları, telefon, teleks və faks nömrələri, avtomatik fiksasiyalı teleqraf rabitəsinin (AFTN) ünvanı göstərilməklə, onlar arasında əlaqə yaratma qaydası;

2. qabaqlayıcı xarakterli cari məlumat mübadiləsinin, habelə qanunsuz müdaxilə aktı barədə məlumat daxil olduqda qarşılıqlı fəaliyyətin təşkili qaydası;

3. cinayətkarların zərərsizləşdirilməsi və hava gəmisi üzərində nəzarətin bərpa edilməsi məqsədilə güc vasitələrindən istifadə edilməsi qaydası;

4. qanunsuz müdaxilə aktına məruz qalmış hava gəmisinin havaya qalxmaması tələb olunduqda, bu barədə razılaşma əldə edilməsi;

5. qanunsuz müdaxilə aktına məruz qalmış hava gəmisinə məxsus olduğu dövlətin ərazisində yerə enmək imkanının verilməsi barədə razılaşma əldə edilməsi;

6. hava gəmisinin və sərnişinlərin geri qaytarılmasına dair razılaşma əldə edilməsi;

7. Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində personalın hazırlığı və keyfiyyətə nəzarət sahəsində milli proqramlar, həmçinin Azərbaycan Respublikasının aviasiya daşıyıcılarının və Azərbaycan Respublikasında uçuşlar həyata keçirən digər aviasiya daşıyıcılarının aviasiya təhlükəsizliyi üzrə proqramları haqqında məlumat mübadiləsi;

8. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması və onlarla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsi;

9. aeroportlarda sərnişinlərin yoxlanılması, həmçinin əl yükünün, baqajın, yük və poçt göndərişlərinin mühafizəsi və yoxlanılması üçün tətbiq edilən texniki vasitələr barədə məlumat mübadiləsi;

4.2.6. Azərbaycan Respublikası özünün konkret reyslərinin və ya istismarçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə təhlükəsizlik tədbirləri görülməsi barədə xarici dövlətlərə müraciət etməzdən əvvəl müvafiq məsləhətləşmələr aparır və müraciətdə qeyd olunan əlavə təhlükəsizlik tədbirlərinin alternativ variantlarının həmin dövlət tərəfindən tətbiq edilməsi imkanlarını nəzərdən keçirir;

4.2.7. Azərbaycan Respublikası xarici dövlətlərin konkret reyslərinin və ya istismarçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə təhlükəsizlik tədbirləri görülməsi barədə müraciətləri qəbul edir və öz praktiki imkanları daxilində həmin müraciətlərin təmin edilməsi üçün tədbirlər görür;

4.2.8. Azərbaycan Respublikasında bu Dövlət Proqramının 4.2.7-ci yarımbəndində nəzərdə tutulan müraciətlərin cavablandırılması Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi nəzərə alınmaqla, Aviasiya Agentliyi və “Azərbaycan Hava Yolları” QSC tərəfindən həyata keçirilir;

4.2.9. Azərbaycan Respublikası bu Dövlət Proqramının, aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət və aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı üzrə milli proqramların işlənib hazırlanmasında xarici dövlətlərlə əməkdaşlıq edir və bu sahələr üzrə məlumat mübadiləsini təmin edir;

4.2.10. Azərbaycan Respublikasında bu Dövlət Proqramının 4.2.9-cu bəndində qeyd edilən məsələlər üzrə məsul qurum Aviasiya Agentliyidir.

 

5. Dövlət Proqramının maliyyə təminatı

 

5.1. Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə xərclərin Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq qayda və təcrübəyə uyğun olaraq maliyyələşdirilməsi nəzərdə tutulur.

5.2. Aeroport istismarçılarının aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə xərcləri həmin aeroportlarda göstərilən xidmətlərdən istifadə edən aviasiya müəssisələrinin ödədikləri yığımlar hesabına təmin edilir.

5.3. Aviasiya təhlükəsizliyinin təmin edilməsinə görə yığımlar, sərnişinlərin sayı və (və ya) hava gəmisinin çəkisi nəzərə alınmaqla, beynəlxalq standartlara uyğun olaraq tətbiq edilir.

5.4. Aeroport istismarçıları aviasiya daşıyıcılarının və digər müəssisə, idarə və təşkilatların sifarişinə əsasən əlavə aviasiya təhlükəsizliyi tədbirləri həyata keçirdikdə, əlavə yığım tətbiq etmək hüququna malikdirlər.

5.5. Aviasiya təhlükəsizliyinin təmin edilməsinə görə yığımlardan yalnız aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün istifadə olunmalıdır.

 

6. Dövlət Proqramının əsas istiqamətləri

 

6.0. Dövlət Proqramında müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq mülki aviasiyanın təhlükəsizliyinin aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:

6.0.1. mülki aviasiyanın təhlükəsizliyi sahəsində dövlət strategiyasının mövcud təhlükələrə adekvat olmasının təmin edilməsi;

6.0.2. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müəyyən edilmiş strategiyanın hüquqi bazasının təkmilləşdirilməsi;

6.0.3. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət strategiyasının reallaşdırılmasına dəstək olan texniki həllərin işlənib-hazırlanması və innovasiyaların tətbiqi;

6.0.4. mülki aviasiyanın təhlükəsizliyi ilə bağlı informasiya resurslarının yaradılmasında müasir texnologiyaların tətbiqi;

6.0.5. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə bağlı təhdid və insidentlər barədə analitik informasiyanın müntəzəm olaraq toplanmasının və yayılmasının beynəlxalq, dövlət və yerli səviyyədə təşkili;

6.0.6. mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi işində iştirak edən subyektlərin fəaliyyəti üçün zəruri şərait yaradılması və onların maddi-texniki təchizatının yaxşılaşdırılması;

6.0.7. mülki aviasiyanın təhlükəsizliyi sahəsində kadr hazırlığı işinin təkmilləşdirilməsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi;

6.0.8. aeroportların, hava gəmilərinin, aeronaviqasiya obyektlərinin və mülki aviasiyanın digər obyektlərinin mühafizəsinin təşkili;

6.0.9. hava gəmilərinin aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava gəmilərinə buraxılan şəxslərə və yüklənən əşyalara nəzarətin təmin edilməsi;

6.0.10. qanunsuz müdaxilə aktları ilə əlaqədar cavab tədbirlərinə operativ rəhbərliyin həyata keçirilməsi;

6.0.11. mülki aviasiyanın təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

 

7. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

 

7.0. Dövlət Proqramının yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:

7.0.1. mülki aviasiya sahəsində dövlət siyasətinin möhkəmləndirilməsi, o cümlədən ICAO, ECAC və digər aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarətin artırılması;

7.0.2. mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasının təşkilati-hüquqi əsaslarının formalaşdırılmasına yönəlmiş tədbirlərin, qaydaların, təcrübə və prosedurların təkmilləşdirilməsi, uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin və səmərəliliyinin təmin edilməsi;

7.0.3. aviasiya təhlükəsizliyinin təmini sistemində risklərin qiymətləndirilməsi və idarə olunması sahəsinin əhəmiyyətinin artması, risklərin qiymətləndirilməsi və idarə olunması yolu ilə təhlükəsizlik sisteminin zəif yerlərinin aşkar edilməsi, onların aradan qaldırılmasının ən optimal yollarının müəyyən edilməsi;

7.0.4. risklərin qiymətləndirilməsi əsasında daxili və beynəlxalq uçuşlara münasibətdə mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması məqsədilə yeni qayda, prosedur və tədbirlərin hazırlanması və tətbiqi;

7.0.5. aviasiya təhlükəsizliyi mədəniyyətinin və insan resursları imkanlarının yüksəlməsi;

7.0.6. aviasiya təhlükəsizliyi sahəsində innovasiya texnologiyalarının və müasir avadanlıqların tətbiqinin genişlənməsi, daha səmərəli innovativ texniki həllərin tətbiqi yolu ilə aviasiya təhlükəsizliyinin təkmilləşdirilməsi;

7.0.7. keyfiyyətə nəzarət tədbirlərinin təkmilləşməsi və nəticə etibarilə aviasiya təhlükəsizliyinin təmininin uyğunluq səviyyəsinin artması;

7.0.8. Dövlət Proqramının tələblərinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş aidiyyəti dövlət orqanları, müəssisə, idarə və təşkilatları, o cümlədən xarici hava gəmiləri istismarçıları tərəfindən daha səmərəli şəkildə yerinə yetirilməsi;

7.0.9. sərnişinlərin, ekipaj üzvlərinin, aviasiya personalının, hava gəmilərinin, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq aeroportların, aerodromların, aeronaviqasiya və digər mülki aviasiya obyektlərinin mühafizəsi ilə bağlı tədbirlərin təkmilləşdirilməsi;

7.0.10. Dövlət Proqramının icrasına cəlb olunmuş müvafiq dövlət orqanlarının əməliyyat qruplarının mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması sahəsində daimi hazırlığının təmin edilməsi;

7.0.11. mülki aviasiya sahəsində fəaliyyət göstərən hər bir hüquqi və fiziki şəxsin bu Dövlət Proqramının müddəalarına dair biliklərinin artırılması və onlar tərəfindən Dövlət Proqramının tələblərinin yerinə yetirmələrinə nail olunması;

7.0.12. Azərbaycan Respublikasının hava limanlarında həyata keçirilən aviasiya təhlükəsizliyi tədbirlərinin, o cümlədən aviasiya təhlükəsizliyi üzrə baxışın, nəzarətin, buraxılış və obyektdaxili rejimin səviyyəsinin ICAO-nun standartlarına və tövsiyə olunan təcrübələrinə uyğunlaşdırılması.

 


 

8. Dövlət Proqramının həyata keçirilməsi üzrə

 

TƏDBİRLƏR PLANI

 

Sıra

№-si

Tədbirin adı

İcraçı qurumlar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

8.1. Aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi

8.1.1.

Azərbaycan Respublikasının aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq konvensiyalara qoşulması ilə bağlı təkliflərin hazırlanması

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,

Xarici İşlər Nazirliyi

20202021

8.1.2.

Aviasiya təhlükəsizliyi sahəsində qüvvədə olan hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Rəqəmsal İnkişaf və Nəqliyyat,

Ədliyyə Nazirliyi [5]

mütəmadi

8.1.3.

Aviasiya təhlükəsizliyi sahəsində qəbul edilmiş qanunların və digər normativ hüquqi aktların izahına dair məcmuələrin hazırlanması

Aviasiya Agentliyi

mütəmadi

8.1.4.

Mülki aviasiya hava limanlarının, aviaşirkətlərin, aviasiya subyektlərinin, habelə digər idarə, təşkilat və müəssisələrin aviasiya təhlükəsizliyi proqramlarının təkmilləşdirilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC, digər mülki aviasiya subyektləri

mütəmadi

8.1.5.

Aviasiya təhlükəsizliyi sahəsində qanun pozuntuları ilə mübarizə tədbirlərinin həyata keçirilməsini tənzimləyən aktların təkmilləşdirilməsi, yeni aktların hazırlanması

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2021

8.1.6.

Aviasiya təhlükəsizliyi sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması üzrə sənədlərin işlənib hazırlanması və tətbiqi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

20202021

8.2. Aviasiya təhlükəsizliyi sahəsində nəzarət prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması

2.1.

Aviasiya təhlükəsizliyi tədbirlərinin təkmilləşdirilməsi və Dövlət Proqramına uyğun olaraq həyata keçirilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

mütəmadi

2.2.

Azərbaycan Respublikasının qoşulduğu aviasiya təhlükəsizliyi üzrə beynəlxalq konvensiyaların tələblərinin həyata keçirilməsinin təmin edilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

mütəmadi

2.3.

Aviasiya təhlükəsizliyinin ICAO və ECAC standartlarına və tövsiyələrinə uyğunluğunun təmin edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi

Aviasiya Agentliyi

mütəmadi

2.4.

Mülki aviasiyanın fəaliyyətinə mümkün müdaxilə hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülməsi, habelə müvafiq struktur bölmələrinin daim hazır vəziyyətdə saxlanılması üçün tədbirlərin həyata keçirilməsi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibinə daxil olan dövlət orqanları (qurumları)

mütəmadi

2.5.

Mülki aviasiya hava limanlarında aviasiya təhlükəsizliyinin vəziyyəti haqqında məlumatların yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi

“Azərbaycan Hava Yolları” QSC

mütəmadi

8.2.6.

Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət tədbirlərinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübələrə uyğunlaşdırılması

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

20202021

8.2.7.

Aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı üzrə tədbirlərin beynəlxalq standartlara və tövsiyə olunan təcrübələrə uyğunlaşdırılması

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

20202021

8.2.8.

Hava limanlarının müasir texniki vasitələrlə təchiz edilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

20202021

8.2.9.

Fövqəladə hallarda mülki aviasiya hava limanlarında stasionar və səyyar idarəetmə məntəqələrinin yaradılması və müvafiq texniki vasitələrlə təchiz edilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

20202021

8.2.10.

Mülki aviasiya təhlükəsizliyi sahəsində “qaynar xətt”in yaradılması

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

2020

8.3. Kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi

8.3.1.

Aviasiya təhlükəsizliyi sahəsində xarici dövlətlərlə təcrübə mübadiləsi, həmçinin aviasiya personalının əlavə təhsili üçün tədbirlərin həyata keçirilməsi

Rəqəmsal İnkişaf və Nəqliyyat,

“Azərbaycan Hava Yolları” QSC

mütəmadi

8.3.2.

Aviasiya təhlükəsizliyi sahəsində tədris vəsaitlərinin hazırlanması

Rəqəmsal İnkişaf və Nəqliyyat,

Elm və Təhsil Nazirliyi,

“Azərbaycan Hava Yolları” QSC [6]

mütəmadi

8.3.3.

Yerli və xarici mütəxəssislər cəlb edilməklə aviasiya təhlükəsizliyi sahəsində tədbirlərin təşkili

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

mütəmadi

8.3.4.

Aviasiya təhlükəsizliyi personalının peşəkarlığının və biliklərinin artırılması üçün Milli Aviasiya Akademiyasının imkanlarından geniş istifadə edilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

mütəmadi

8.3.5.

Mülki aviasiyanın təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət orqanları (qurumları) arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

20202021

8.3.6.

Mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

20202021

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.          21 yanvar 2017-ci il tarixli 1203 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 8 fevral 2017-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 50)

2.          19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)

3.          20 noyabr 2018-ci il tarixli 350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 noyabr 2018-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2263)

4.          13 mart 2019-cu il tarixli 590 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 430)

5.          2 may 2019-cu il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2019-cu il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 823)

6.          17 avqust 2020-ci il tarixli 1139 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 avqust 2020-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1042)

7.          31 may 2022-ci il tarixli 1707 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 475)

8.          3 sentyabr 2022-ci il tarixli 1839 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 4 sentyabr 2022-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1028)

9.          03 mart 2023-cü il tarixli 2056 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 sentyabr 2022-ci il tarixli 1839 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 4 sentyabr 2022-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1028) ilə adında və 1-ci hissədətəhlükəsizliyi üzrə” sözləri “təhlükəsizliyinə dair” sözləri ilə əvəz edilmişdir.

 

[2] 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın 3.2.2-ci yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyasına (bundan sonra - Aviasiya Administrasiyası)” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

20 noyabr 2018-ci il tarixli 350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 noyabr 2018-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2263) ilə “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın 2.2.11-ci yarımbəndində “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilmişdir.

17 avqust 2020-ci il tarixli 1139 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 avqust 2020-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1042) ilə Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” yeni redaksiyada təsdiq edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

Azərbaycan Respublikası Prezidentinin

2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı

 

GİRİŞ

 

Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı (bundan sonra - Dövlət Proqramı) “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Avropa Mülki Aviasiya Konfransının (ECAC) və digər beynəlxalq mülki aviasiya təşkilatlarının standartları və tövsiyə olunan təcrübəsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla hazırlanmışdır.

Dövlət Proqramında aviasiya təhlükəsizliyi dedikdə, mülki aviasiya sahəsində aeroportların, hava gəmilərinin və mülki aviasiyanın digər obyektlərinin mühafizəsi, ekipaj üzvlərinin, xidmət personalının və sərnişinlərin həyat və sağlamlığının qorunması, əl yüklərinin, baqajın, poçtun, digər yüklərin və hava gəmilərindəki bort ehtiyatlarının yoxlanılması, hava gəmilərini zəbt etmək və qaçırmaq cəhdlərinin qarşısının alınması, təhlükə mənbələrinin və risk faktorlarının müəyyən edilməsi yolu ilə şəxslərə və əmlaka zərər vurulması riskinin minimuma endirilməsi məqsədi ilə həyata keçirilən, habelə uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin və səmərəliliyinin təmin edilməsinə xidmət edən kompleks tədbirlər məcmusu nəzərdə tutulur.

Dövlət Proqramı daxili və beynəlxalq uçuşlarda tətbiq edilir və mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınmasına yönəlmiş qaydalar, təcrübə və prosedurlar vasitəsilə həyata keçirilir. Dövlət Proqramının icrası çərçivəsində aviasiya subyektlərindən aviasiya təhlükəsizliyinin təmin edilməsi səviyyəsində müntəzəm monitorinqini və qiymətləndirilməsini aparmaq, uçuşların ümumi təhlükəsizlik səviyyəsini artırmaq tələb olunur.

Sərnişin və yük daşınmasında təhlükəsizliyin təmin edilməsi dövlətin prioritet vəzifələrindən biri olduğundan, Dövlət Proqramı aviasiya təhlükəsizliyinin, o cümlədən uçuşların təhlükəsizlik səviyyəsinin daha da yüksəldilməsinə yönəlmiş strateji məqsədləri müəyyən edir.

 

1. Dövlət Proqramının məqsədi, əsas vəzifələri və prinsipləri

 

1.1. Dövlət Proqramının məqsədləri aşağıdakılardır:

1.1.1. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarına yol verməmək və onların qarşısını almaq tədbirlərini nəzərdə tutan qaydaları, təcrübə və prosedurları həyata keçirmək yolu ilə uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin və səmərəliliyinin təmin edilməsi;

1.1.2. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarına yol verməmək və onların qarşısını almaq məqsədi ilə sərnişinlərin, ekipaj üzvlərinin, aviasiya personalının və əhalinin təhlükəsizliyinin təmin edilməsi;

1.1.3. mülki aviasiyanın fəaliyyətinə təhlükə gücləndikdə, qərarların operativ qəbul edilməsinin təmin olunması;

1.1.4. Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmiş müvafiq orqanların, müəssisə, idarə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi.

1.2. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

1.2.1. sərnişinlərin, ekipaj üzvlərinin, aviasiya personalının, hava gəmilərinin, aeroportların (hava limanlarının), aerodromların, aeronaviqasiya obyektlərinin, həmçinin mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, mülki aviasiyanın digər obyektlərinin qanunsuz müdaxilə aktlarından müdafiəsinin və mühafizəsinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi;

1.2.2. mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması ilə bağlı onun təhlükəsizliyinin təmin edilməsi üzrə aidiyyəti dövlət orqanlarının yerinə yetirəcəkləri qabaqlayıcı əməliyyat tədbirlərinin vaxtında planlaşdırılması;

1.2.3. Dövlət Proqramının icrasına cəlb edilmiş dövlət orqanlarının əməliyyat qruplarının daim hazırlıqlı olmalarının təmin edilməsi;

1.2.4. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə əməliyyatlar zamanı sərnişinlərin, hava gəmilərinin və onların ekipaj üzvlərinin, aviasiya müəssisələrinin aviasiya personalının təhlükəsizliyinin təmin edilməsi.

1.3. Dövlət Proqramı aşağıdakı əsas prinsiplərə əsaslanır

1.3.1. aviasiya təhlükəsizliyi nəzarətindən keçməmiş şəxsin hava gəmisinə buraxılmasının yolverilməzliyi;

1.3.2. gömrük və aviasiya təhlükəsizliyi nəzarətindən keçməmiş əl yükü, baqaj, yük, kuryer və poçt göndərişləri, bort ehtiyatları, habelə digər əşya və avadanlığın hava gəmisinə götürülməsinin yolverilməzliyi;

1.3.3. aviasiya təhlükəsizliyi nəzarətindən keçməmiş və buraxılış vərəqi olmayan şəxslərin və nəqliyyat vasitələrinin nəzarət olunan zonaya, steril zonaya və mühafizə edilən məhdud girişli zonaya daxil olmasının yolverilməzliyi;

1.3.4. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının digər dövlətlərlə əməkdaşlığının beynəlxalq sazişlər və qəbul olunmuş beynəlxalq təcrübə əsasında həyata keçirilməsi;

1.3.5. mülki aviasiya sahəsində fəaliyyət göstərən hər bir hüquqi və fiziki şəxsin Dövlət Proqramının tələblərinə riayət etməsi.

 

2. Qanunvericilik aktları

 

2.1. Mülki aviasiya sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq Konvensiya və Sazişlər:

2.1.1. “Beynəlxalq mülki aviasiya haqqında” Konvensiya;

2.1.2. “Beynəlxalq hava daşımalarının bəzi qaydaların unifikasiyası haqqında” Konvensiya;

2.1.3. “Hava gəmiləri üzərində hüquqların beynəlxalq miqyasda tanınması haqqında” Konvensiya;

2.1.4. “Xarici hava gəmilərinin yer səthindəki üçüncü şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi haqqında” Konvensiya;

2.1.5. “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında” Konvensiya;

2.1.6. “Müqavilə üzrə daşıyıcı olmayan şəxslərin həyata keçirdikləri beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında” Varşava Konvensiyasına Əlavə Konvensiya

2.1.7. “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiya;

2.1.8. “Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında” Konvensiya;

2.1.9. “Plastik partlayıcı maddələri aşkar etmək məqsədi ilə onlara nişan vurulması haqqında” Konvensiya;

2.1.10. “Beynəlxalq hava əlaqələri zamanı tranzit haqqında” Saziş;

2.1.11. 12.10.1929-cu il tarixdə Varşavada imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Konvensiya”ya düzəlişlər haqqında Protokol;

2.1.12. “Çikaqo Konvensiyasının üç dildə tərtib edilmiş mətninin mötəbərliyi haqqında” Protokol;

2.1.13. Çikaqo Konvensiyasının dörd dildə tərtib edilmiş mətninin mötəbərliyi haqqında Protokol;

2.1.14. 12.10.1929-cu il tarixdə Varşavada imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Konvensiya”ya 1 №-li Əlavə Protokol;

2.1.15. 12.10.1929-cu il tarixdə Varşavada imzalanmış və 28.09.1955-ci il tarixli Haaqa Protokolu ilə dəyişdirilmiş “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Konvensiya”ya 2 №-li Əlavə Protokol;

2.1.16. 12.10.1929-cu il tarixdə Varşavada imzalanmış və 28.09.1955-ci il tarixli Haaqa və 08.03.1971-ci il tarixli Qvatemala Protokolları ilə dəyişdirilmiş “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Konvensiya”ya 3 №-li Əlavə Protokol;

2.1.17. 12.10.1929-cu il tarixdə Varşavada imzalanmış və 28.09.1955-ci il tarixli Haaqa Protokolu ilə dəyişdirilmiş “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Konvensiya”ya 4 №-li Monreal Protokolu;

2.1.18. “Beynəlxalq mülki aviasiya haqqında Konvensiya”nın dəyişdirilməsinə aid Protokol;

2.1.19. “Xarici hava gəmilərinin yer səthindəki üçüncü şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi haqqında Konvensiya”nın dəyişdirilməsi haqqında Protokol;

2.1.20. “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya”nı tamamlayan Beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq hərəkətləri əleyhinə mübarizə haqqında Protokol.

2.2. Milli qanunvericilik aktları

2.2.1. Azərbaycan Respublikasının Konstitusiyası;

2.2.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

2.2.3. Azərbaycan Respublikasının Cinayət - Prosessual Məcəlləsi;

2.2.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

2.2.5. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi;

2.2.6. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.7. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.8. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.9. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.10. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.11. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.12. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanunu.

2.2.13. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.2.14. “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında” Konvensiyanı tamamlayan beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq hərəkətləri əleyhinə mübarizə haqqında” Protokola qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunu;

2.2.15. “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında” Konvensiyaya qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunu;

2.2.16. “Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında” Konvensiyaya qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunu;

2.2.17. “Plastik partlayıcı maddələri aşkar etmək məqsədi ilə onlara nişan vurulması haqqında” Konvensiyaya qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunu;

2.2.18. “Beynəlxalq mülki aviasiya haqqında” Konvensiyada dəyişikliklə əlaqədar 1984-cü il 10 may tarixli Protokola qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunu;

2.2.19. “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu;

2.2.20. “Azərbaycan Respublikasının “Mülki aviasiya haqqında” Beynəlxalq Konvensiyaya qoşulması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.

 

3. Vəzifələrin bölüşdürülməsi

 

3.1. Mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətli orqanlar aşağıdakılardır:

3.1.1. aviasiya təhlükəsizliyi üzrə idarələrarası orqanlar:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyası (bundan sonra - Respublika Komissiyası);

2. Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyası (bundan sonra - Aeroport Komissiyası).

3.1.2. aviasiya təhlükəsizliyi üzrə respublika sahələrarası orqanları;

3.1.3. aviasiya təhlükəsizliyi üzrə digər qurumlar.

3.2. Aviasiya təhlükəsizliyi üzrə idarələrarası orqanların əsas vəzifələri:

3.2.1. mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasına yönəldilmiş tədbirlər görmək;

3.2.2. qanunsuz müdaxilə aktlarına qarşı əks-təsir tədbirləri üzrə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təkliflər vermək;

3.2.3. hava gəmilərinin qaçırılması və ya digər qanunsuz müdaxilə aktları ilə bağlı vəziyyətin tənzimlənməsi üzrə əməliyyat qərargahının fəaliyyətinə nəzarət etmək.

3.3. Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə sahələrarası orqanların əsas vəzifələri:

3.3.1. aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq norma və qaydaların aidiyyəti qurumlar tərəfindən hazırlanmasına, yerinə yetirilməsinə və riayət olunmasına nəzarət etmək;

3.3.2. hava gəmilərinin qaçırılması və digər qanunsuz müdaxilə aktları ilə bağlı halların qarşısının alınması üçün Respublika Komissiyasının işində iştirak etmək.

3.4. Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə digər dövlət orqanlarının əsas vəzifələri:

3.4.1. aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq norma və qaydaların həyata keçirilməsini təmin etmək;

3.4.2. Aeroport Komissiyasının işində iştirak etmək.

 

4. Əməkdaşlıq, koordinasiya və rabitə

 

4,1. İnformasiya əlaqəsi

4.1.1. Aviasiya təhlükəsizliyi üzrə tədbirlərin səmərəliliyini artırmaq üçün mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə bağlı və ya belə təhlükə barədə beynəlxalq, dövlət və yerli səviyyədə analitik məlumatların toplanması müntəzəm olaraq təşkil edilir və onların yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür;

4.1.2. qanunsuz müdaxilə aktına məruz qalmış hava gəmisi haqqında ilkin informasiyanın toplanması və aidiyyəti üzrə ötürülməsi məlumatlandırma sxeminə əsasən həyata keçirilir.

4.2. Aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq

4.1.1. Aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə mübarizənin beynəlxalq hüquqi əsaslarının, metodlarının və mübarizə vasitələrinin təkmilləşdirilməsi, insidentlərin nizamlanmasında digər dövlətlərin müvafiq orqanları ilə qarşılıqlı əlaqələrin yaxşılaşdırılması, xarici təcrübənin öyrənilməsi və ondan istifadə edilməsi, hava gəmilərinin qaçırılması cəhdlərinin və Azərbaycan Respublikasında mülki aviasiyasının təhlükəsizliyinə qarşı digər hərəkətlərin qarşısının səmərəli surətdə alınması məqsədi ilə həyata keçirilir.

4.1.2. Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə çoxtərəfli əməkdaşlıq ICAO, ECAC, həmçinin Azərbaycan Respublikasının tamhüquqlu üzv olduğu digər beynəlxalq təşkilatlar çərçivəsində, müvafiq beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə uyğun olaraq həyata keçirilir.

4.1.3. ICAO çərçivəsində beynəlxalq əməkdaşlıq aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

1. aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq konvensiyaların və çoxtərəfli sazişlərin işlənib hazırlanması;

2. beynəlxalq standartların və tövsiyə edilən təcrübənin təkmilləşdirilməsi;

3. ICAO və ECAC-in aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə daimi əsaslarla fəaliyyət göstərən orqanlarının işində iştirak edilməsi,

4. aviasiya təhlükəsizliyinə dair digər normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflər verilməsi.

4.1.4. Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə xarici dövlətlərlə ikitərəfli əməkdaşlıq hava nəqliyyatı haqqında hökumətlərarası və mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə mübarizə, habelə hava nəqliyyatında fövqəladə halların təhlilinin nəticələri barədə məlumatların vaxtında təqdim edilməsinə dair xüsusi sazişlərə əsaslanır.

4.1.5. İkitərəfli əməkdaşlıq çərçivəsində bağlanmış xüsusi sazişlərdə aşağıdakı məsələlər tənzimlənir:

1. aviasiya təhlükəsizliyi üzrə məsul şəxslərin adları, ünvanları, telefon, teleks və faks nömrələri, avtomatik fiksasiyalı teleqraf rabitəsinin (AFTN) ünvanı göstərilməklə onlar arasında əlaqə yaradılması qaydası;

2. qabaqlayıcı xarakterli cari məlumat mübadiləsinin və qanunsuz müdaxilə aktı barədə məlumat daxil olduqda, qarşılıqlı fəaliyyətin təşkili qaydası;

3. cinayətkarların zərərsizləşdirilməsi və hava gəmisi üzərində nəzarətin bərpa edilməsi məqsədi ilə güc vasitələrindən istifadə edilməsi qaydası;

4. qanunsuz müdaxilə aktına məruz qalmış hava gəmisinin havaya qalxmaması tələb olunduqda, bu barədə razılaşmanın əldə edilməsi;

5. qanunsuz müdaxilə aktına məruz qalmış hava gəmisinə məxsus olduğu dövlətin ərazisində yerə enmək imkanının verilməsi barədə razılaşma əldə edilməsi;

6. hava gəmisinin və sərnişinlərin geri qaytarılmasına dair razılaşma əldə edilməsi;

7. Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində personalın hazırlığı və keyfiyyətə nəzarət sahəsində milli proqramlar, həmçinin Azərbaycan Respublikasının və Azərbaycan Respublikasında uçuşlar keçirən aviasiya daşıyıcılarının aviasiya təhlükəsizliyi üzrə proqramları haqqında məlumat mübadiləsi;

8. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması və onlarla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsi;

9 aeroportlarda sərnişinlərin, əl yükü, baqaj, yük və poçt göndərişlərinin mühafizəsi və yoxlanılması üçün tətbiq edilən texniki vasitələr barədə məlumat mübadiləsi.

 

5. Dövlət Proqramının maliyyə təminatı

 

5.1. Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə xərclərin Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq qayda və təcrübəyə uyğun olaraq maliyyələşdirilməsi nəzərdə tutulur.

5.2. Aeroportların istismarçıları aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə xərcləri həmin aeroportların xidmətindən istifadə edən aviasiya müəssisələrinin ödədikləri yığımlar hesabına təmin edirlər.

5.3. Aviasiya təhlükəsizliyinin təmin edilməsinə görə yığımlar, sərnişinlərin sayı və (və ya) hava gəmisinin çəkisi nəzərə alınmaqla, beynəlxalq standartlara uyğun tətbiq edilir.

5.4. Aeroportların istismarçıları aviasiya daşıyıcılarının və digər müəssisə, idarə və təşkilatların sifarişinə əsasən əlavə aviasiya təhlükəsizliyi tədbirləri həyata keçirildikdə, əlavə yığım tətbiq etmək hüququna malikdirlər.

5.5. Aviasiya təhlükəsizliyinin təmin edilməsinə görə yığımlardan yalnız bu məqsədlər üçün istifadə edilir.

 

6. Dövlət Proqramının əsas istiqamətləri

 

6.1. Müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq Dövlət Proqramında mülki aviasiyanın təhlükəsizliyinin aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:

6.1.1. mülki aviasiyanın təhlükəsizliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi;

6.1.2. mülki aviasiyanın təhlükəsizliyi ilə bağlı informasiya resurslarının işlənməsində müasir texnologiyaların tətbiqi;

6.1.3. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə bağlı təhdid və insidentlər barədə analitik informasiyanın müntəzəm olaraq toplanmasının və yayılmasının beynəlxalq, dövlət və yerli səviyyədə təşkili;

6.1.4. mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi işində iştirak edən subyektlərin fəaliyyəti üçün zəruri şərait yaradılması və onların maddi-texniki təchizatının yaxşılaşdırılması;

6.1.5. mülki aviasiyanın təhlükəsizliyi sahəsində kadr hazırlığı işinin təkmilləşdirilməsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi;

6.1.6. aeroportların, hava gəmilərinin, aeronaviqasiya obyektlərinin və mülki aviasiyanın digər obyektlərinin mühafizəsinin təşkili;

6.1.7. hava gəmilərinin aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava gəmilərinə buraxılan şəxslərə və yüklənən əşyalara nəzarətin təmin edilməsi;

6.1.8. qanunsuz müdaxilə aktları ilə əlaqədar cavab tədbirlərinə operativ rəhbərliyin həyata keçirilməsi;

6.1.9. mülki aviasiyanın təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

 

7. Gözlənilən nəticələr

 

7.1. Dövlət Proqramının yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:

7.1.1. mülki aviasiya sahəsində dövlət siyasətinin möhkəmlənməsi, o cümlədən ICAO, ECAC və digər aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarətin artırılması;

7.1.2. mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasının təşkilati-hüquqi əsaslarının formalaşdırılmasına yönəlmiş tədbirlərin, qaydaların, təcrübə və prosedurların təkmilləşdirilməsi və uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin və səmərəliliyinin təmin edilməsi;

7.1.3. təhlükəsizlik riskinin qiymətləndirilməsi əsasında daxili və beynəlxalq uçuşlara münasibətdə mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması məqsədi ilə yeni qayda, prosedur və tədbirlərin hazırlanması və tətbiqi;

7.1.4. nəzarət tədbirlərinin və müəyyən olunmuş qaydaların səmərəliliyini azaltmamaq şərti ilə mülki aviasiya sahəsində fəaliyyət zamanı mümkün maneə və ləngimələrin minimuma endirilməsi;

7.1.5. Dövlət Proqramının tələblərinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə cəlb edilmiş aidiyyəti dövlət orqanları, müəssisə, idarə və təşkilatların, o cümlədən xarici hava gəmiləri istismarçılarının tərəfindən daha səmərəli şəkildə yerinə yetirməsi;

7.1.6. sərnişinlərin, ekipaj üzvlərinin, aviasiya personalının, hava gəmilərinin, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, aeroportların, aerodromların, aeronaviqasiya və digər mülki aviasiya obyektlərinin mühafizəsinin təminatı ilə bağlı tədbirlərin təkmilləşdirilməsi;

7.1.7. Dövlət Proqramının icrasına cəlb olunmuş müvafiq dövlət orqanlarının əməliyyat qruplarının mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması sahəsində daimi hazırlığının təmin edilməsi;

7.1.8. mülki aviasiya sahəsində fəaliyyət göstərən hər bir hüquqi və fiziki şəxsin bu Proqramın müddəalarına dair biliklərinin artırılması və onların Proqramın tələblərini yerinə yetirməsinin təmin edilməsi;

7.1.9. Azərbaycan Respublikasının hava limanlarında həyata keçirilən aviasiya təhlükəsizliyi tədbirlərinin, o cümlədən aviasiya təhlükəsizliyi üzrə baxışın, nəzarətin, buraxılış və obyektdaxili rejimin səviyyəsinin ICAO-nun Standartlarına və Tövsiyə olunan təcrübəsinə uyğunlaşdırılması.

 

[3] 3 sentyabr 2022-ci il tarixli 1839 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 4 sentyabr 2022-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1028) ilə “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın 2.2.14-cü yarımbəndindənəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[4] 31 may 2022-ci il tarixli 1707 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 475) ilə “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın 3.2.2-ci və 4.2.8-ci yarımbəndlərindəNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[5] 31 may 2022-ci il tarixli 1707 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 475) ilə “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsi üzrə “Tədbirlər Planı” hissəsinin 8.1.2-ci, 8.3.1-ci və 8.3.2-ci yarımbəndlərinin “İcraçı qurumlar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[6] 03 mart 2023-cü il tarixli 2056 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49) ilə “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsi üzrə “Tədbirlər Planı” hissəsinin 8.3.2-ci yarımbəndinin “İcraçı qurumlar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status