110.000.000
Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.4-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2003-cü il
№ 954
|
Kommersiya (vergi) sirri hesab olunan məlumatları
əldə edə bilən vəzifəli şəxslərin
SİYAHISI
[2]
1. Vergilər naziri
2. Vergilər nazirinin birinci müavini
3. Vergilər nazirinin müavinləri
4. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi
5. Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi
6. Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi
7. Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi
[3]
8. Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi
[4]
9. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi
[5]
10. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi
11. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 noyabr 2010-cu il tarixli 357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 973)
2.
18 aprel 2016-cı il tarixli 863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 aprel 2016-cı il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 668)
3.
4 oktyabr 2016-cı il tarixli 1052 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 oktyabr 2016-cı il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1611)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 oktyabr 2016-cı il tarixli 1052 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 oktyabr 2016-cı il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1611) ilə ləğv edilmişdir.
[2]
24 noyabr 2010-cu il tarixli 357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 973) ilə “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Prezidentinin
23 oktyabr 2003-cü il tarixli 954 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin
SİYAHISI
1. Vergilər naziri
2. Vergilər nazirinin müavini
3. Vergilər Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin rəisi
4. Vergi ödəyicilərinin auditi Baş İdarəsinin rəisi
5. Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi
6. Vergilər Nazirliyinin informasiya texnologiyası və resursları şöbəsinin rəisi
7. Vergilər Nazirliyi yanında İri vergi ödəyiciləri və xüsusi vergi rejimi müəssisələrlə iş üzrə Departamentin rəisi
8. Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi
[3]
18 aprel 2016-cı il tarixli 863 nömrəliAzərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 aprel 2016-cı il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 668) ilə “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın 7-ci hissədə “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və iqtisadi təhlil” sözləri “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı” sözləri ilə əvəz edilmişdir.
[4]
18 aprel 2016-cı il tarixli 863 nömrəliAzərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 aprel 2016-cı il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 668) ilə “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın 8-ci hissədə “Xüsusi Rejimli Vergi Xidməti” sözləri “1 saylı Vergilər” sözləri ilə əvəz edilmişdir.
[5]
18 aprel 2016-cı il tarixli 863 nömrəliAzərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 aprel 2016-cı il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 668) ilə “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın 9-cu hissədə “Vergi Auditi” sözləri “Bakı Vergilər” sözləri ilə əvəz edilmişdir.