AKTIN NÖVÜ
Maliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
11.05.2012
QEYDİYYAT NÖMRƏSİ
Q-06
ADI
“Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.05.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201205110006
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.05.2012
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 11.05.2012
Qeydiyyat nömrəsi: Q-06
Adı: “Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 25.05.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 090.050.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 15201205110006
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 24.05.2012


“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart 735 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

 

QƏRARA ALIR:

1.        “Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydaları” (əlavə olunur) təsdiq edilsin.

2.        “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və bəzi normativ hüquqi aktların qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2008-ci il 14 noyabr tarixli İ-110 nömrəli Əmrinin 1.1-ci bəndi ləğv edilsin.

3.        Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdirinə (Z.Allahverdiyev) və Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisinə (N.Xəlilov) tapşırılsın ki, Hüquq şöbəsinin müdiri (X.Rəhmanov) ilə birlikdə bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

4.        Bu qərarın icrasına nəzarət nazir müavini A. Bayramova həvalə edilsin.

 

Nazir                                                                        Samir Şərifov

 

 


Azərbaycan Respublikası

Maliyyə Nazirliyinin

“11” may 2012-ci il tarixli
Q-06 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sığortaçıların tələb olunan kapitalının

müəyyənləşdirilməsi

 

Q A Y D A L A R I

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı 2012

 

 


 

1.     Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 79.3-cü maddəsinə əsasən hazırlanmışdır və sığortaçının tələb olunan kapitalının hesablanması qaydalarını, habelə bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər məsələləri tənzimləyir.

1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.2.1. hesabat tarixi – sığortaçının müvafiq hesabatının tərtib olunduğu tarix;

1.2.2. hesabat dövrü - hesabat tarixindən əvvəlki 12 ay;

1.2.3. sığorta (təkrarsığorta) müqavilələri – hesabat dövrü ərzində bağlanmış sığorta müqavilələri və təkrarsığortaya qəbul edilmiş risklər üzrə təkrarsığorta müqavilələri;

1.2.4. “sığorta haqları” metodu - sığortaçının ödəmə qabiliyyətinin ümumi sığorta sahəsi üzrə tələb olunan səviyyəsinin sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərə əsasən hesablanması metodu;

1.2.5. “sığorta ödənişləri” metodu - sığortaçının ödəmə qabiliyyətinin ümumi sığorta sahəsi üzrə tələb olunan səviyyəsinin sığorta müqavilələri üzrə yerinə yetirilmiş öhdəliklərə əsasən hesablanması metodu;

1.2.6. qazanılmış məcmu sığorta haqları – hesabat dövrü ərzində bağlanmış sığorta (təkrarsığorta) müqavilələri üzrə hesablanmış məcmu sığorta haqlarının və hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsinin cəmindən həmin dövrün sonuna qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsini çıxdıqdan sonra qalan məbləğ;

1.2.7. risk kapitalı - hesabat tarixinə qüvvədə olan həyatın ölüm halından sığortasını nəzərdə tutan (ölüm riskinə təminat verən) sığorta müqavilələri üzrə məcmu sığorta məbləğindən həmin müqavilələr üzrə sığorta ehtiyatlarının məbləği çıxıldıqdan sonra qalan məbləğ. Bu məbləğ mənfi olduqda, risk kapitalı sıfır götürülür.

1.3. Bu Qaydalarda istifadə olunan “sığortaçı” anlayışı sığortaçılarla yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları da əhatə edir.

 

2.     Tələb olunan kapital

 

2.1. Sığortaçının tələb olunan kapitalı həyat və qeyri-həyat sığortaları üzrə ayrı-ayrılıqda müəyyən edilmiş aşağıdakı iki kəmiyyətdən böyük olanıdır:

2.1.1. tələb olunan kapitalın sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən minimum məbləği;

2.1.2. sığortaçının bu Qaydalara əsasən hesablanmış ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi.

 

3.     Ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi

 

3.1. Sığortaçının ödəmə qabiliyyətinin qeyri-həyat sığortası (ümumi sığorta) üzrə tələb olunan səviyyəsi bu Qaydaların 5.3-cü bəndinin tələbi nəzərə alınmaqla, 4.1-ci və 5.1-ci bəndlərinə müvafiq olaraq hesablanmış məbləğlərin böyük olanıdır.

3.2. Sığortaçının ödəmə qabiliyyətinin həyat sığortası üzrə tələb olunan səviyyəsi bu Qaydaların 6.1-ci və 6.2-ci bəndlərinə müvafiq olaraq hesablanmış məbləğlərin cəminə bərabərdir.

3.3. Təkrarsığortaçının ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi onun ödəmə qabiliyyətinin ümumi sığorta və həyat sığortası sahələri üzrə bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada ayrı-ayrılıqda hesablanan tələb olunan səviyyələrinin cəminə bərabərdir.

3.4. Ümumi sığorta sahəsi üzrə hesabat tarixinə sığortaçının ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi həmin tarixə sığortaçının ödəmə qabiliyyətinin hesablanmış tələb olunan səviyyəsinin və hesabat tarixindən əvvəlki hesabat tarixinə ödəmə qabiliyyətinin ehtiyat əmsalı ilə düzəliş edilmiş tələb olunan səviyyəsinin böyük olanına bərabərdir.

 

4.     Sığortaçının ödəmə qabiliyyətinin ümumi sığorta sahəsi üzrə tələb olunan səviyyəsinin “Sığorta haqları” metodu ilə hesablanması

 

4.1. Sığortaçının ödəmə qabiliyyətinin ümumi sığorta sahəsi üzrə “Sığorta haqları” metodu ilə hesablanan tələb olunan səviyyəsi aşağıdakı məbləğlərin böyük olanının 16 %-nin bu Qaydaların 7.1-ci bəndinə əsasən müəyyən edilən dürüstləşdirici əmsal ilə hasilinə bərabərdir:

4.1.1. hesabat dövrü ərzində bağlanmış sığorta (təkrarsığorta) müqavilələri üzrə hesablanmış məcmu sığorta haqlarının məbləğindən həmin müqavilələrin bağlanması üzrə göstərilən vasitəçilik xidmətləri üçün hesablanmış komisyon muzdlar, təkrarsığortalılara hesablanmış komisyon muzdlar və sığorta (təkrarsığorta) müqavilələrinə xitam verilməsi və ya onların şərtlərinin dəyişdirilməsi nəticəsində qaytarılan sığorta (təkrarsığorta) haqları çıxıldıqdan sonra qalan məbləğ;

4.1.2. hesabat dövrü ərzində qazanılmış məcmu sığorta haqlarının məbləğindən həmin müqavilələrin bağlanması üzrə göstərilən vasitəçilik xidmətləri üçün hesablanmış komisyon muzdlar, təkrarsığortalılara hesablanmış komisyon muzdlar və sığorta (təkrarsığorta) müqavilələrinə xitam verilməsi və ya onların şərtlərinin dəyişdirilməsi nəticəsində qaytarılan sığorta (təkrarsığorta) haqları çıxıldıqdan sonra qalan məbləğ.

 

5.     Sığortaçının ödəmə qabiliyyətinin ümumi sığorta sahəsi üzrə tələb olunan səviyyəsinin “Sığorta ödənişləri” metodu ilə hesablanması

 

5.1. Sığortaçının ödəmə qabiliyyətinin ümumi sığorta sahəsi üzrə “Sığorta ödənişləri” metodu ilə hesablanan tələb olunan səviyyəsi hesabat tarixindən əvvəlki son 3 hesabat dövrü ərzində hesablanmış məcmu sığorta ödənişlərinin bu Qaydaların 5.2-ci bəndində müəyyən edilmiş qaydada hesablanan məbləğinin 1/3 hissəsinin 26 %-nin bu Qaydaların 7.1-ci bəndinə əsasən müəyyən edilən dürüstləşdirici əmsal ilə hasilinə bərabərdir.

5.2. Bu Qaydaların 5.1-ci bəndinin məqsədləri üçün, hesablanmış məcmu sığorta ödənişlərinin məbləği hesabat tarixindən əvvəlki son 3 hesabat dövrü ərzində həyata keçirilmiş sığorta ödənişləri məbləğinin hesabat tarixinə bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının məbləği qədər artırılır və alınan cəmdən hesabat tarixinə son 3 hesabat dövrünün əvvəlinə bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının məbləği çıxılır.

5.3. Hesabat tarixindən əvvəlki son 3 hesabat dövrü ərzində sığortaçı tərəfindən sığorta ödənişi verilməmişdirsə, sığortaçının ödəmə qabiliyyətinin tələb olunan səviyyəsinin hesablanması zamanı “Sığorta ödənişləri” metodundan istifadə edilmir.

 

6.     Sığortaçının ödəmə qabiliyyətinin həyat sığortası sahəsi üzrə tələb olunan səviyyəsinin hesablanması

 

6.1. Bu Qaydaların 3.2-ci bəndinin məqsədləri üçün, həyatın ölüm halından sığortasını nəzərdə tutan sığorta müqavilələri üzrə aşağıda göstərilən məbləğlərin cəmi götürülür:

6.1.1. müddəti 1 ilə qədər olan müqavilələr üzrə - risk kapitalı məbləğinin 0,02%-nin bu Qaydaların 7.3-cü bəndinə müvafiq olaraq hesablanmış dürüstləşdirici əmsal ilə hasili;

6.1.2. müddəti 1 ildən 3 ilə qədər olan müqavilələr üzrə - risk kapitalı məbləğinin 0,1%-nin bu Qaydaların 7.3-cü bəndinə müvafiq olaraq hesablanmış dürüstləşdirici əmsal ilə hasili;

6.1.3. müddəti 3 ildən 5 ilə qədər olan müqavilələr üzrə - risk kapitalı məbləğinin 0,15%-nin bu Qaydaların 7.3-cü bəndinə müvafiq olaraq hesablanmış dürüstləşdirici əmsal ilə hasili;

6.1.4. müddəti 5 ildən çox müqavilələr üzrə - risk kapitalı məbləğinin 0,3%-nin bu Qaydaların 7.3-cü bəndinə müvafiq olaraq hesablanmış dürüstləşdirici əmsal ilə hasili.

6.2. Bu Qaydaların 3.2-ci bəndinin məqsədləri üçün, həyatın ölüm halından sığortasını nəzərdə tutmayan sığorta müqavilələri üzrə belə müqavilələr üzrə sığorta ehtiyatları məbləğinin 4%-nin bu Qaydaların 7.4-cü bəndinə müvafiq olaraq hesablanmış dürüstləşdirici əmsal ilə hasili götürülür.

 

7.     Dürüstləşdirici əmsal və ehtiyat əmsalı

 

7.1. Ümumi sığorta sahəsi üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsinin hesablanması üçün tətbiq edilən dürüstləşdirici əmsal hesabat tarixinə son 3 hesabat dövrü ərzində hesablanmış məcmu sığorta ödənişlərindən bu ödənişlərdə təkrarsığortaçıların payı çıxıldıqdan sonra qalan sığorta ödənişləri məbləğinin həmin dövr ərzində hesablanmış məcmu sığorta ödənişlərinin məbləğinə nisbətidir. Bu nisbət 0,5-dən kiçik olduqda, dürüstləşdirici əmsal kimi 0,5 qəbul edilir.

7.2. Hesabat tarixinə son 3 hesabat dövrü ərzində sığortaçı tərəfindən sığorta ödənişləri verilməmişdirsə, dürüstləşdirici əmsal kimi 1 qəbul edilir.

7.3. Həyat sığortası sahəsi üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsinin hesablanması üçün tətbiq edilən dürüstləşdirici əmsal həyatın ölüm halından sığortasını nəzərdə tutan sığorta müqavilələri üzrə risk kapitalından təkrarsığortaçıların bu müqavilələr üzrə sığorta ehtiyatlarındakı və məcmu sığorta məbləğindəki payı çıxıldıqdan sonra qalan məbləğin həmin müqavilələr üzrə risk kapitalına nisbətidir. Bu nisbət 0,5-dən kiçik olduqda, dürüstləşdirici əmsal kimi 0,5 qəbul edilir.

7.4. Həyat sığortası sahəsi üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsinin hesablanması üçün tətbiq edilən dürüstləşdirici əmsal həyatın ölüm halından sığortasını nəzərdə tutmayan sığorta müqavilələri üzrə hesabat dövrünün axırına məcmu sığorta ehtiyatlarından bu ehtiyatlarda təkrararsığortaçıların payı çıxıldıqdan sonra qalan məbləğin həmin hesabat dövrünün axırına məcmu sığorta ehtiyatlarının məbləğinə nisbəti kimi hesablanır. Bu nisbət 0,85-dən kiçik olarsa, onda hesablama üçün 0,85 qəbul edilir.

7.5. Ümumi sığorta sahəsi üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsinin hesablanması üçün tətbiq edilən ehtiyat əmsalı hesabat dövrünün axırına bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı məbləğindən bu ehtiyatda təkrarsığortaçıların payı çıxıldıqdan sonra qalan məbləğin həmin hesabat dövrünün əvvəlinə bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı məbləğindən bu ehtiyatda təkrarsığortaçıların payı çıxıldıqdan sonra qalan məbləğə nisbətidir. Həmin nisbət 1-dən böyük olduqda, ehtiyat əmsalı 1 qəbul edilir.

 

8.     Tələb olunan kapitalla bağlı hesabatlar

 

8.1. Tələb olunan kapitalla bağlı hesabatlar sığortaçılar tərəfindən bu Qaydaların 1-5 nömrəli əlavələrində müəyyən edilmiş müvafiq formalarda aşağıdakı tələblərə riayət olunmaqla rüblük olaraq tərtib edilməli və təqvim ilinin hər rübü başa çatdıqdan 20 gün müddətində həm kağız, həm də elektron daşıyıcılarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmalıdır:

8.1.1. hesabatlarda tələb olunan göstəricilər müvafiq hesabat formasına uyğun olaraq tam və düzgün əks etdirilməlidir;

8.1.2. hesabatlar sığortaçının İdarə Heyətinin sədri (və ya onun vəzifələrini müvəqqəti icra edən şəxs) və baş mühasibi tərəfindən imzalanmalı və həmin sığortaçının möhürü ilə təsdiq edilməlidir;

8.1.3. hesabatlarda müvafiq məbləğlər manatla ifadə olunmalıdır;

8.1.4. hesabatlarda göstərilən məbləğlər əlli qəpikdən az olduqda sıfır, əlli qəpiyə bərabər və ya ondan böyük olduqda isə bir manat kimi qeyd edilməlidir;

8.1.5. hesabatlarda hər hansı formada düzəliş edilməsinə və ya pozulmuş, yaxud tam və ya qismən oxunmayan məlumatların mövcudluğuna yol verilmir.

8.2. Bu Qaydaların 8.1-ci bəndində müəyyən edilmiş tələblərə uyğun gəlməyən hesabatlar təhlil edilmədən geri qaytarılır.

 

9.     Keçid müddəası

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 128.1-ci maddəsinə uyğun olaraq, həyat və qeyri-həyat sığortası sahələrinin hər ikisi üzrə fəaliyyət göstərən sığortaçının tələb olunan kapitalı onun həyat və qeyri-həyat sığortaları üzrə ayrı-ayrılıqda hesablanmış tələb olunan kapitallarının cəminə bərabərdir.

 

 

 


 

 

«Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydaları»na Əlavə № 3

Forma № 3.

 

 

 

 

Sığortaçının ödəmə qabiliyyətinin həyat sığortası sahəsi üzrə tələb olunan səviyyəsi haqqında HESABAT (rüblük)

 

 

 

 

Sığortaçının adı: _______________________________________

 

 

 

 

 

 

 

 

Hesabat tarixi: «____»______________20____ il tarixə

 

 

 

 

Sıra sayı

Göstəricilərin adı

Sətrin kodu

Məbləğ

(manatla)

I. Həyatın ölüm halından sığortasını nəzərdə tutan sığorta müqavilələri

a) Müddəti 1 ilə qədər olan və hesabat dövrünün sonuna qüvvədə olan sığorta müqavilələri üzrə

1.

Risk kapitalı («5113» - «5111»)

5110

 

2.

Sığorta ehtiyatlarının məcmu məbləği

5111

 

3.

Məcmu sığorta ehtiyatlarında təkrarsığortaçıların payı

5112

 

4.

Məcmu sığorta məbləği

5113

 

5.

Məcmu sığorta məbləğində təkrarsığortaçıların payı

5114

 

b) Müddəti 1 ildən 3 ilə qədər olan və hesabat dövrünün sonuna qüvvədə olan sığorta müqavilələri üzrə

6.

Risk kapitalı («5118» - «5116»)

5115

 

7.

Sığorta ehtiyatlarının məcmu məbləği

5116

 

8.

Məcmu sığorta ehtiyatlarında təkrarsığortaçıların payı

5117

 

9.

Məcmu sığorta məbləği

5118

 

10.

Məcmu sığorta məbləğində təkrarsığortaçıların payı

5119

 


c) Müddəti 3 ildən 5 ilə qədər olan və hesabat dövrünün sonuna qüvvədə olan sığorta müqavilələri üzrə

11.

Risk kapitalı («5123» - «5121»)

5120

 

12.

Sığorta ehtiyatlarının məcmu məbləği

5121

 

13.

Məcmu sığorta ehtiyatlarında təkrarsığortaçıların payı

5122

 

14.

Məcmu sığorta məbləği

5123

 

15.

Məcmu sığorta məbləğində təkrarsığortaçıların payı

5124

 

d) Müddəti 5 ildən çox olan və hesabat dövrünün sonuna qüvvədə olan sığorta müqavilələri üzrə

16.

Risk kapitalı («5128» - «5126»)

5125

 

17.

Sığorta ehtiyatlarının məcmu məbləği

5126

 

18.

Məcmu sığorta ehtiyatlarında təkrarsığortaçıların payı

5127

 

19.

Məcmu sığorta məbləği

5128

 

20.

Məcmu sığorta məbləğində təkrarsığortaçıların payı

5129

 

Yekun

21.

Təkrarsığortaçıların payı nəzərə alınmadan risk kapitalı («5110» + «5115» + «5120»+«5125»)

5130

 

22.

Məcmu sığorta ehtiyatlarında və məcmu sığorta məbləğində təkrarsığortaçıların payı çıxıldıqdan sonra qalan risk kapitalı («5130» + «5112» - «5114» + «5117» - «5119» + «5122» - «5124»+ «5127» - «5129»)

5131

 

 

23.

Dürüstləşdirici əmsal (əgər «5131» / «5130» > 0,5, onda «5131» / «5130»; əgər «5131» / «5130» ≤ 0,5, onda 0,5)

5132

 

24.

Həyatın ölüm halından sığortasını nəzərdə tutan sığorta müqavilələri üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi ((«5110» x 0,0002 +«5115» x 0,001 + «5120» x 0,0015 + «5125» x 0,003) x «5127»))

5133

 


II. Həyatın ölüm halından sığortasını nəzərdə tutmayan sığorta müqavilələri

1.

Hesabat dövrünün sonuna sığorta ehtiyatlarının məbləği

5134

 

2.

Sığorta ehtiyatlarının hesablama üçün məbləği («5134» x 0,04)

5135

 

3.

Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı çıxılmaqla hesabat dövrünün sonuna sığorta ehtiyatlarının məbləği

5136

 

4.

Dürüstləşdirici əmsal (əgər «5136» / «5134» > 0,85, onda «5136» / «5134»; əgər «5136» / «5134» ≤ 0,85, onda 0,85)

5137

 

5.

Həyatın ölüm halından sığortasını nəzərdə tutmayan sığorta müqavilələri üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi («5135» x «5137»)

5138

 

 

Həyat sığortası müqavilələri üzrə sığortaçının ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi («5133» + «5138»)

5139

 

 

 

 

 

İdarə Heyətinin sədri:               ____________           ______________

                                                                imza                                       A.S.A

 

 

 

M.Y.

Baş mühasib:                      ____________           ______________

                                            imza                            A.S.A


 

 

«Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydaları»na Əlavə № 4

Forma № 4.

 

 

 

 

 

 

 

 

Sığortaçının həyat sığortası sahəsi üzrə tələb olunan

kapitalı haqqında HESABAT (rüblük)

 

 

 

 

Sığortaçının adı: _______________________________________

 

 

 

 

Hesabat tarixi: «____»______________20____ il tarixə

 

 

 

 

 

 

 

 

Sıra sayı

Göstəricilərin adı

Sətrin kodu

Məbləğ  (manatla)

1.

Hesabat tarixinə tələb olunan kapitalın minimum məbləği

6110

 

2.

Hesabat tarixinə sığortaçının ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi («5134»)

6111

 

3.

Hesabat tarixinə sığortaçının tələb olunan kapitalının məbləği («6110» və ya «6111», böyük olan məbləğ)

6112

 

 

 

 

 

 

 

 

 

İdarə Heyətinin sədri:               ____________           ______________

                                                     imza                          A.S.A

 

 

 

 

Baş mühasib:                      ____________           ______________

                                            imza                         A.S.A

 

 

 

 

M.Y.

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status