![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
11.05.2012 |
Qeydiyyat nömrəsi |
07 |
Adı |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli Qanununun tətbiqi və “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
24.05.2012 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201205110007 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
23.05.2012 |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanını və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏRARA ALIR:
1. “Qiymətli kağızlar bazarında aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi” Qaydaları, “Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi” Qaydaları, “Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin növləri ilə eyni zamanda məşğul olunması” Qaydaları, “İnvestisiya qiymətli kağızların emissiyası” Qaydaları və “Depozitar fəaliyyətinin həyata keçirilməsi” Standartlarına dəyişikliklər təsdiq edilsin (Əlavə olunur).[1]
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndində göstərilən normativ hüquqi aktların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) və Lisenziyalaşdırma və nəzarət şöbəsinə (F.Rəhimli) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
4. Aparatın rəhbərinə (B.Əzizov) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. QKDK-nın aşağıdakı normativ hüquqi aktları ləğv edilsin:
5.1. QKDK-nın 30 avqust 2004-cü il tarixli 143 saylı Əmri ilə təsdiq olunmuş “Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması zamanı səhmlərin emissiyasının Qaydaları”;
5.2. QKDK-nın 08 iyul 2004-cü il tarixli 102 saylı Əmri ilə təsdiq olunmuş “Səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı emissiyanın Qaydaları” ;
5.3. QKDK-nın 03 avqust 2004-cü il tarixli 125 saylı Əmri ilə təsdiq olunmuş “Təmin edilmiş istiqrazlar haqqında Əsasnamə” ;
5.4. QKDK-nın 06 dekabr 2010-cu il tarixli 289 saylı Əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində korporativ istiqrazların emissiyası və tədavülü Qaydaları”;
5.5. QKDK-nın 08 iyun 2004-cü il tarixli 080 saylı Əmri ilə təsdiq edilmiş “İnvestisiya qiymətli kağızların buraxılışlarına (əlavə buraxılışlarına) dövlət qeydiyyat nömrəsinin verilməsi haqqında Təlimat” ;
5.6. QKDK-nın 15 fevral 2005-ci il tarixli 021 saylı Əmri ilə təsdiq olunmuş “Qiymətli kağız sahiblərinin reyestrinin aparılması Standartları” ;
5.7. QKDK-nın 29 dekabr 2004-cü il tarixli 237 saylı Əmri ilə təsdiq olunmuş “Səhmlərin geri satın alınması və ödənilməsi yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması Qaydaları” ;
5.8. QKDK-nın 12 mart 2007-ci il tarixli 025 saylı Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında buraxılan qiymətli kağızlara beynəlxalq identifikasiya nömrələrinin verilməsi haqqında Qaydalar” ;
5.9. QKDK-nın 10 may 2000-ci il tarixli 065 saylı Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında reklam haqqında Qaydalar” ;
5.10. QKDK-nın 25 mart 2005-ci il tarixli 038 saylı Əmri ilə təsdiq olunmuş “Qiymətli kağızlar bazarında qiymətli kağızların idarə olunması üzrə peşəkar fəaliyyətinin həyata keçirilməsi Qaydaları” ;
5.11. QKDK-nın 06 noyabr 2002-ci il tarixli 180 saylı Əmri ilə təsdiq olunmuş “Kommersiya təşkilatlarının yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyasının Standartları”;
5.12. QKDK-nın 02 fevral 2000-ci il tarixli 020 saylı Əmri ilə təsdiq olunmuş “Qiymətli kağızlar bazarında peşəkar fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin peşəkar fəaliyyətinin növləri ilə eyni zamanda məşğul olması üzrə Tələblər”.
6. Bu Qərarın icrasına nəzarət sədr müavinləri C.Əliyevə və İ.Muradova həvalə edilsin.
Sədr R.Aslanlı
|
|
Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin növləri ilə eyni zamanda məşğul olunması
QAYDALARI
1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə müvafiq olaraq hazırlanmış və broker fəaliyyəti, diler fəaliyyəti, aktivlərin idarə edilməsi üzrə fəaliyyət, klirinq fəaliyyəti, depozitar fəaliyyəti, qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət və fond birjası fəaliyyəti ilə eyni zamanda məşğul olmasına məhdudiyyətlər üzrə tələbləri müəyyən edir.
2. Broker fəaliyyətinin diler və aktivlərin idarə edilməsi üzrə fəaliyyət növlərindən başqa qiymətli kağızlar üzrə peşəkar fəaliyyətin digər növləri ilə eyni zamanda həyata keçirilməsinə yol verilmir.
3. Diler fəaliyyətinin broker və aktivlərin idarə edilməsi üzrə fəaliyyət növlərindən başqa qiymətli kağızlar üzrə peşəkar fəaliyyətin digər növləri ilə eyni zamanda həyata keçirilməsinə yol verilmir.
4. Aktivlərin idarə edilməsi üzrə fəaliyyətinin diler və broker fəaliyyət növlərindən başqa qiymətli kağızlar üzrə peşəkar fəaliyyətin digər növləri ilə eyni zamanda həyata keçirilməsinə yol verilmir.
5. Qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyətinin (klirinqin), depozitar və qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət növlərindən başqa qiymətli kağızlar üzrə peşəkar fəaliyyətin digər növləri ilə eyni zamanda həyata keçirilməsinə yol verilmir.
6. Fond birjası fəaliyyəti ilə məşğul olan şəxs yalnız dövlət qiymətli kağızları və ticarət sessiyası müddəti ərzində digər qiymətli kağızlar üzrə depozitar və klirinq fəaliyyətləri istisna olmaqla, qiymətli kağızlar üzrə peşəkar fəaliyyətin digər növləri ilə məşğul ola bilməz.
7. Depozitar fəaliyyətinin qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyət (klirinq) və qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət növlərindən başqa qiymətli kağızlar üzrə peşəkar fəaliyyətin digər növləri ilə eyni zamanda həyata keçirilməsinə yol verilmir.
8. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin depozitar və qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə (klirinq) fəaliyyət növlərindən başqa qiymətli kağızlar üzrə peşəkar fəaliyyətin digər növləri ilə eyni zamanda həyata keçirilməsinə yol verilmir.
|
|
Qiymətli kağızlar bazarında aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarını müəyyən edir.
1.2. İnvestisiya fondunun aktivlərinin idarə edilməsini həyata keçirən idarəçilərin fəaliyyəti investisiya fondları haqqında qanunvericiliklə tənzimlənir.
2. Aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi
2.1. Aktivlərin idarə edilməsi üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısına (bundan sonra - idarəçi) idarə edilmək üçün qiymətli kağızların, pul vəsaitlərinin və qanunvericilikdə nəzərdə tutulmuş digər əmlakın (bundan sonra - aktivlərin) verilməsi həmin qiymətli kağızlara, pul vəsaitlərinə və əmlaka mülkiyyət hüququnun keçməsinə səbəb olmur.
2.2. Qiymətli kağızların idarə edilmək üçün verilməsi onların idarəçiyə təqdim edilməsi ilə və ya idarəçinin depozitarda açılmış xüsusi hesabına həmin qiymətli kağızların köçürülməsi ilə həyata keçirilir.
2.3. Pul vəsaitlərinin idarə edilmək üçün verilməsi onların idarəçiyə nağd şəkildə verilməsi yolu ilə və ya idarəçinin bank hesabına köçürülməsi ilə həyata keçirilir.
2.4. Aktivlərin idarə edilməsi üzrə fəaliyyət idarəçi və müştəri arasında bağlanılan aktivlərin idarə edilməsi üzrə müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilədə aşağıdakı müddəalar əks etdirilməlidir:
2.4.1. aktivlərin idarəçiyə verilməsi qaydaları və müddətləri;
2.4.2. aktivlərin idarə edilməsi üzrə öhdəliklərin yaranması və başa çatması müddətləri;
2.4.3. idarəçi tərəfindən müştəriyə hesabatların təqdim edilməsi qaydası;
2.4.4. idarəçinin investisiya bəyannaməsi (investisiya strategiyası, şərtləri, istiqamətləri və sahələri haqqında məlumat, idarəçinin idarəetməsində olan aktivlərin diversifikasiyası şərtləri, investisiyaların həyata keçirilməsi ilə bağlı risklər, idarəçinin idarəetməsində olan aktivlərin hesabına idarəçiyə, depozitara və digər şəxslərə ödəniləcək mükafatların, xərclərin və xidmət haqlarının hesablanma qaydaları və maksimum həcmi);
2.4.5. müqaviləyə vaxtından əvvəl xitam verilməsi nəticəsində qarşılıqlı hesablaşmaların aparılması şərtləri;
2.4.6. müqavilənin müddətinin uzadılması qaydası.
2.5. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, müqavilənin icrası zamanı idarəçi tərəfindən müştərisinin xeyrinə əldə etdiyi aktivlər, onların idarəçiyə ötürülməsi anından idarəçinin idarəetməsində hesab olunurlar. Müştəri, onun xeyrinə idarəçi tərəfindən əldə edilmiş aktivlərin müştərinin özünə dərhal ötürülməsini tələb edə bilər.
2.6. İdarəçi, idarəetməsində olan aktivlərlə öz adından və müştərinin mənafeyinə mülki-hüquqi əqdlərin (aktivlərin satılması, girov qoyulması, dəyişdirilməsi, aktivlər üzrə hüquqların həyata keçirilməsi və s.) müqavilədə nəzərdə tutulmuş həcmdə bağlamaq hüququna malikdir.
2.7. İdarəçi idarəetməsində olan aktivlərini həmin müştərinin mənafeyi üçün mülki-hüquqi əqdlərin bağlanmasından başqa digər məqsədlərə istifadə edə bilməz.
2.8. Aktivlərin idarə edilməsi üzrə müqavilə ləğv olunduqda, həmçinin idarəçinin lisenziyası ləğv edildikdə, idarəçi, müştərinin hesabında olan aktivlərini (idarəetmənin icrası ilə bağlı xərclər və müştərinin öhdəlikləri istisna olmaqla) dərhal müştəriyə qaytarmalıdır.
3. Aktivlərin idarə edilməsi üzrə fəaliyyətə dair əlavə tələblər
3.1. Aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi zamanı aşağıdakılara yol verilmir:
3.1.1. idarəçinin idarəetməsində olan pul vəsaitlərinin hesabına idarəçinin özünün və ya onun iştirakçılarının mülkiyyətində olan qiymətli kağızların satın alınması;
3.1.2. idarəçiliyində olan aktivləri özünün və ya üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirilməsi;
3.1.3. idarəetmə ilə bağlı olmayan öhdəliklərinin təmin olunması məqsədi ilə idarəçiliyində olan qiymətli kağızların və ya əmlakın girov qoyulması.
3.2. İdarəçi ilə müştəri arasında maraqlar münaqişəsi yarandıqda, idarəçi bu barədə müştəriyə dərhal məlumat verməlidir.
3.3. Müştərinin idarəetməyə verilmiş aktivləri İdarəçinin öhdəliklərinin təmin olunması üçün istifadə edilə bilməz
3.4. İdarəçi hər bir müqavilə üzrə müştərisi üçün aşağıdakı məlumatları özündə əks etdirən uçot jurnalını aparmalıdır:
3.4.1. müştərinin adı;
3.4.2. müqavilənin tarixi;
3.4.3. idarəetmə üçün təqdim edilmiş pul vəsaitlərinin məbləği, əmlakın rekvizitləri və qiymətli kağızların dövlət qeydiyyat nömrəsi, növü, nominal dəyəri və emitentin adı;
3.4.4. idarəetmə üzrə bağlanmış əqdlər, əqdlərin tarixi, iştirakçıları bağlandıqları yer, əqdlərin istiqaməti, qiymətli kağızların sayı və qiyməti;
3.4.5. müştərinin idarəçidə olan hesabının qalığı;
3.4.6. əqdlərin bağlanması ilə əlaqədar broker, depozitar, reyestr saxlayıcı və fond birjasına ödənilmiş komissiyaların məbləği;
3.4.7. idarəçiyə ödənilmiş mükafatın məbləği.
4. Müştəri tərəfindən sənədlərin idarəçiyə verilməsi
4.1. İdarəetmə müqaviləsi bağlanarkən fiziki şəxs olan müştəri aşağıdakı sənədləri idarəçiyə təqdim etməlidir:
4.1.1. müştərinin anketi (Əlavə №1);
4.1.2. şəxsiyyəti təsdiq edən sənədin surəti;
4.1.3. müştərinin maraqlarını üçüncü şəxs təmsil etdikdə həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və vəkalətnamə.
4.2. İdarəetmə müqaviləsi bağlanarkən hüquqi şəxs olan müştəri aşağıdakı sənədləri idarəçiyə təqdim etməlidir:
4.2.1. müştərinin anketi (Əlavə №2);
4.2.2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
4.2.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) surəti;
4.2.4. hüquqi şəxsi digər şəxs təmsil etdikdə benefisiar sahibin müəyyənləşdirilməsi üçün aşağıdakı məlumatlar təqdim olunmalıdır:
- hüquqi şəxsin - tam adı, VÖEN, statistika kodu, ünvanı;
4.2.5. hüquqi şəxs səhmdar cəmiyyəti olduqda əlaqəli şəxslərinin siyahısı aşağıdakı məlumatlarla tərtib olunmalıdır:
- əlaqəli şəxslər fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, ünvanı;
- əlaqəli şəxslər hüquqi şəxs olduqda - tam adı, VÖEN, statistika kodu, ünvanı;
4.2.6. hüquqi şəxs olan müştərinin adından çıxış edən fiziki şəxsin müvafiq səlahiyyətlərə malik olduğunu təsbit edən vəkalətnamə.
4.3. Müştəri idarəçi ilə vəkalətnamə əsasında müqavilə bağladıqda, idarəçi müştərinin və vəkil edilmiş şəxsin şəxsiyyətlərini müəyyən etməli və onların şəxsiyyətlərini təsdiq edən sənədlərdə olan məlumatları vəkalətnamədə göstərilmiş məlumatlarla tutuşdurmalıdır.
4.4. İdarəçiyə təqdim olunmuş sənədlərdə təhrif və ya çatışmazlıqlar aşkar edildikdə, idarəçi, idarəçilik xidmətlərinin göstərilməsindən imtina etməlidir.
5. İdarəçi tərəfindən hesabatın müştəriyə təqdim edilməsi qaydası
5.1. İdarəçi aparılmış əməliyyatlar haqqında hesabatı müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və formada müştərisinə təqdim etməlidir.
5.2. Hesabatda aşağıdakı zəruri məlumatlar öz əksini tapmalıdır:
5.2.1. hesabat gününə müştərinin hesabında olan pul vəsaitlərinin, əmlakın və qiymətli kağızlarının qalığı, habelə əmlakın və qiymətli kağızlarının cari bazar qiyməti;
5.2.2. hesabatın əhatə etdiyi dövr ərzində idarəçi tərəfindən müştərinin mənafeyi üçün bağlanmış əqdlər haqqında məlumat;
5.2.3. hesabat gününə qədər müştərinin hesabından tutulmuş vergilərin və idarəçinin mükafatının məbləğləri və açıqlanması.
|
||
|
||
|
||
|
||
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|||
|
|||
|
|||
|
|||
|
|||
|
|
|
|
|
|
||
|
|
||
|
|||
|
|
||
|
|
||
|
|
||
|
|
“Depozitar fəaliyyətinin həyata keçirilməsi Standartları”na dəyişikliklər
1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
Depozitar fəaliyyəti − qiymətli kağızların saxlanması, onlara hüquqların və öhdəliklərin yüklənməsi faktlarının uçotu və təsdiqi, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada pul hesablarının açılması, aparılması və pul köçürmələri ilə əlaqədar xidmətlər göstərilməsindən ibarət olan peşəkar fəaliyyətdir.
2. Aşağıdakı məzmunda 3.4.12−3.4.14-cü bəndlər əlavə edilsin:
“3.4.12. Depozitar müqaviləsi mənzil sertifikatını buraxan emitent ilə bağlandıqda depozitara aşağıdakı sənədlər təqdim edilir:
3.4.12.1. emitentin təsis sənədlərinin notariat qaydasında təsdiq olunmuş surətləri;
3.4.12.2. xüsusi yığım hesabı haqqında hesabat;
3.4.12.3. mənzil sertifikatları buraxılışının dövlət qeydiyyatına alınmasını təsdiq edən qiymətli kağızların dövlət reyestrindən çıxarış;
3.4.12.4. icra orqanının rəhbər şəxsinin vəzifəyə təyin olunması barədə sənədin surəti;
3.4.12.5. vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
3.4.12.6. emitentin bank rekvizitləri haqqında arayış.
3.4.13. Qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər emitent və ya deponent tərəfindən 2 (iki) nüsxədə təqdim edilir.
3.4.14. Müqavilə xarici hüquqi şəxslər ilə bağlandıqda bu Standartların 3.4.3-cü və 3.4.12-ci bəndlərində göstərilən sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılır.”;
3. Aşağıdakı məzmunda 5.6.5-ci bənd əlavə edilsin:
“5.6.5. repo əməliyyatları üzrə bölmə (qiymətli kağızlarla repo əməliyyatların uçot bölməsi).”;
4. 5.8.6-cı bənddən “,miqdarı” sözü çıxarılsın;
5. Aşağıdakı məzmunda 5.8.7. və 5.8.8-ci bəndlər əlavə edilsin:
“5.8.7. yerləşdirilmədə olan qiymətli kağızların miqdarı barədə məlumat
5.8.8. yerləşdirilmiş qiymətli kağızların miqdarı barədə məlumat.” ;
6. 5.10-cu bənddə “qiymətli kağızların” sözləri “aktivlərin” sözü ilə əvəz olunsun.
7. Aşağıdakı məzmunda 5.14- 5.15-ci bəndlər əlavə edilsin:
“5.14. Depo hesabın açılması zamanı aşağıdakı sənədlər təqdim olunur:
5.14.1. Hüquqi şəxslər üçün:
5.14.1.1. hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
5.14.1.2. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
5.14.1.3. hüquqi şəxsin rəhbər şəxsinin səlahiyyətlərini təsdiq edən sənəd;
5.14.1.4. hüquqi şəxsin bank rekvizitləri haqqında arayış;
5.14.1.5. vergi ödəyicilərinin uçota alınması haqqında şəhadətnamənin surəti.
5.14.2. Fiziki şəxslər üçün:
5.14.2.1. şəxsiyyəti təsdiq edən sənədin surəti.
5.15. Əcnəbilər, xarici hüquqi şəxslər üçün depo hesabın açılması zamanı bu Standartların 5.14-cü bəndində göstərilən sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılır.”;
8. 6.15.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“6.15.5.4. son maliyyə ili üzrə illik balansın və onun yoxlanılması haqqında auditor rəyinin surəti (qanunvericilikdə tələb olunduqda)”;
9. Aşağıdakı məzmunda 6.15.5.6-cı bənd əlavə edilsin:
“6.15.5.6. nizamnamə kapitalının məbləğinin artırılmasını təsdiq edən ödəniş sənədlərin əsli (qanunvericilikdə tələb olunduqda);”;
10. 6.16.4-cü, 6.17.4-cü, 6.18.4-cü, 6.19.2-ci bəndlər çıxarılsın;
11. 6.20-ci bənddə “(Forma № D3/HÇ)” sözlər “(Forma № D3/HÇ1, Forma № D3/HÇ2, Forma № D3/HÇ3, Forma № D3/HÇ4 )” sözlərlə əvəz edilsin;
12. 10-cu bənddə “habelə qanunvericiliklə müəyyən edilmiş hallarda” sözləri “habelə məhkəmə, icra məmuru (icra sənədi təqdim edilməklə), notariat (vərəsəlik işləri ilə bağlı) və qanunvericiliklə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
13. “D3/HÇ” Forması “№ D3/HÇ1” kimi verilsin;
14. Standartlara D3/HÇ2, D3/HÇ3, D3/HÇ4 formaları əlavə edilsin (Əlavə olunur).
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||
|
||||||
|
||||||
|
||||||
|
||||||
|
||||||
|
||||||
|
||||||
|
||||||
|
||||||
|
||||||
|
||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||
|
||||||
|
||||||
|
||||||
|
|
|
Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi
Qaydaları[2]
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır və qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarını tənzimləyir.
2. Reyestrin aparılması üzrə fəaliyyət
2.1. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qiymətli kağızlar, onların emitenti, sahibləri, nominal saxlayıcıları barədə məlumatların toplanması, qeydə alınması, işlənməsi, saxlanması və təqdim edilməsi xidmətlərinin göstərilməsi üzrə fəaliyyətdir.
2.2. Bir emitentin adlı investisiya qiymətli kağızlarının sahiblərinin sayı iyirmidən artıq olduqda, qiymətli kağız sahiblərinin reyestrinin aparılması yalnız qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı tərəfindən keçirilməlidir.
2.3. Bir emitentin adlı investisiya qiymətli kağızlarının sahiblərinin sayı iyirmi və daha az olduqda, onların reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı və ya emitentin özü tərəfindən aparıla bilər. Qiymətli kağız sahiblərinin reyestri emitentin özü tərəfindən aparıldıqda reyestrin aparılması Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - QKDK) tərəfindən verilmiş qiymətli kağız sahiblərinin reyestrinin aparılması fəaliyyəti üzrə ixtisas şəhadətnaməsinə malik olan emitentin müvafiq ştat işçisinə həvalə edilməlidir.
2.4. Emitentin eyni növ qiymətli kağızlarının sahiblərinin reyestri eyni zamanda yalnız bir reyestrsaxlayıcı tərəfindən aparılmalıdır.
2.5. Reyestrsaxlayıcının vəzifələri aşağıdakılardır:
2.5.1. Emitentin və ya özəlləşdirilən müəssisələr üzrə dövlət əmlakının satıcısının təqdim etdiyi sənədlər əsasında qiymətli kağız sahiblərinin reyestrini formalaşdırmaq;
2.5.2. Qiymətli kağız sahiblərinin reyestrinə yazıların daxil edilməsini əsaslandıran sənədlər təqdim edildikdə reyestrdə dəyişikliklər etmək;
2.5.3. Qiymətli kağızlar üzrə əqdlərin reyestrdə qeydiyyatını aparmaq;
2.5.4. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi hallarının reyestrdə qeydiyyatını aparmaq;
2.5.5. Qiymətli kağız sahiblərinin reyestrində qeydə alınmış şəxslərin hesablarında dəyişikliklər edilməsi üçün əsas olan sənədləri saxlamaq;
2.5.6. Emitentə və qanunvericiliklə buna səlahiyyəti çatan orqanlara qiymətli kağız sahiblərinin reyestrini təqdim etmək;
2.5.7. Qiymətli kağız sahiblərinin reyestrində qeydə alınmış şəxslərə və onların səlahiyyətli nümayəndələrinə qiymətli kağız sahiblərinin reyestrindən çıxarışı təqdim etmək;
2.5.8. Reyestrin aparılması sistemində açıqlanmalı olan məlumatları və sənədləri emitentə və qeydə alınmış şəxslərə təqdim etmək;
2.5.9. Emitentin müvafiq orqanlarının (səhmdarların ümumi yığıncağı və s.) qərarlarına əsasən aparılmış qlobal əməliyyatlar (birləşdirmə, konvertasiya, xırdalanma) üzrə dəyişiklikləri reyestrin aparılması sisteminə daxil etmək;
2.5.10. Emitentin korporativ hərəkətləri barədə məlumatları (yığıncaqların keçirilməsi, dividendlərin verilməsi və s.) qiymətli kağız sahiblərinə və onların səlahiyyətli nümayəndələrinə çatdırmaq;
2.5.11. Korporativ hərəkətlər üzrə emitentin tapşırıqlarım icra etmək;
2.5.12. Qiymətli kağızların buraxılışını əks etdirən sənədlərdə göstərilmiş qiymətli kağızların miqdarını yerləşdirilmiş qiymətli kağızların miqdarı ilə müntəzəm olaraq üzləşdirmək;
2.5.13. Qeydə alınmış şəxslərə məxsus qiymətli kağızların miqdarı əks olunan sənədlərdəki məlumatlarla onların hesablarında əks olunan yazıları müntəzəm olaraq üzləşdirmək və eyniləşdirmək;
2.5.14. Emitentlə bağlanmış müqaviləyə xitam verildikdə, reyestrin aparılması sistemində olan məlumatları emitentə və ya emitentin müəyyən etdiyi digər reyestrsaxlayıcıya təqdim etmək;
2.5.15. Qanunvericiliklə müəyyən edilmiş həcmdə reyestrin aparılması sisteminə daxil olan məlumatların məxfiliyini təmin etmək.
2.6. Reyestrsaxlayıcı reyestrin aparılması sistemində qeydə alınmış şəxsləri identifikasiya edən məlumatların və onların qiymətli kağızlar üzrə hüquqlarının uçotunu kağız və elektron daşıyıcılarında aparmalıdır. Reyestrsaxlayıcı reyestrin aparılması sistemində informasiya bazasının təhlükəsizliyini, onun bir neçə nüsxədə saxlanmasını təmin etməlidir.
2.7. Emitent reyestrin aparılması üzrə xidmətlərin göstərilməsini qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcıya tapşırdıqda, onunla müvafiq müqavilə bağlamalıdır.
2.7.1. Müqavilədə aşağıdakılar əks edilməlidir:
2.7.1.1. emitentin və reyestrsaxlayıcının rekvizitləri;
2.7.1.2. xidmətlərin məzmunu;
2.7.1.3. xidmət olunan qiymətli kağızların dövlət qeydiyyat nömrəsi və tarixi;
2.7.1.4. xidmət olunan qiymətli kağızların adı, növü, buraxılış forması, miqdarı, nominal dəyəri;
2.7.1.5. tərəflərin hüquq və vəzifələri;
2.7.1.6. xidmətlərin ödənilməsi və hesablaşma qaydaları;
2.7.1.7. tərəflərin məsuliyyəti;
2.7.1.8. müqavilənin qüvvədə olma müddəti.
2.7.2. Tərəflərin razılığı ilə müqaviləyə digər şərtlər əlavə oluna bilər.
2.7.3. Reyestrsaxlayıcı ilə emitent arasında bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada xitam verilir.
2.7.4. Müqavilə bağlanarkən emitent aşağıdakı sənədləri reyestrsaxlayıcıya təqdim etməlidir:
2.7.4.1. emitentin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
2.7.4.2. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
2.7.4.3. emitentin digər təsis sənədlərinin surəti (dövlət əmlakının özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlər üzrə - səhmdar cəmiyyətinin yaradılması haqqında dövlət əmlakının satıcısının sərəncamının surəti);
2.7.4.4. icra orqanının rəhbər şəxsinin vəzifəyə təyin olunması barədə sənədin surəti (dövlət əmlakının özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlər üzrə - idarə heyəti sədrinin vəzifəsinə təyin edilməsi haqqında dövlət əmlakının satıcısının əmri);
2.7.4.5. emitentin qiymətli kağızlarının emissiya prospektinin surəti (qiymətli kağızlarının emissiyası emissiya prospekt ilə müşayiət olunursa) və ya qiymətli kağızların emissiyası haqqında qərar;
2.7.4.6. dövlət əmlakının özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlər üçün özəlləşdirmə planının surəti;
2.7.4.7. qiymətli kağızların dövlət qeydiyyatına alınması barədə sənədin surəti;
2.7.4.8. vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
2.7.4.9. emitentin bank rekvizitləri haqqında müvafiq arayış.
2.7.5. Müqavilə mənzil sertifikatını buraxan emitent ilə bağlandıqda reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim edilir:
2.7.5.1. emitentin təsis sənədlərinin notariat qaydasında təsdiq olunmuş surətləri;
2.7.5.2. xüsusi yığım hesabı haqqında hesabat;
2.7.5.3. mənzil sertifikatları buraxılışının dövlət qeydiyyatına alınmasını təsdiq edən qiymətli kağızların dövlət reyestrindən çıxarış;
2.7.5.4. icra orqanının rəhbər şəxsinin vəzifəyə təyin olunması barədə sənədin surəti;
2.7.5.5. vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
2.7.5.6. emitentin bank rekvizitləri haqqında arayış.
2.7.6. Müqavilə xarici hüquqi şəxslər ilə bağlandıqda bu Qaydaların 2.7.4 və 2.7.5-ci bəndlərində göstərilən sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır.
2.7.7. Qanunvericiliklə müəyyən edilmiş qadada təsdiq edilmiş sənədlər emitent tərəfindən 2 (iki) nüsxədə təqdim edilir.
2.7.8. Müqaviləyə xitam verildikdə və ya müqavilə bağladığı reyestrsaxlayıcının lisenziyası qüvvədən düşdükdə reyestrin təhvil-təslim edilməsi üçün emitent 10 (on) gün ərzində yeni reyestrsaxlayıcını müəyyən etməlidir.
2.7.9. Reyestrsaxlayıcının lisenziyası dayandırıldıqda emitent 2 (iki) ay ərzində yeni reyestrsaxlayıcını müəyyən etməlidir.
2.7.10. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması fəaliyyətinə dair verilmiş lisenziya dayandırıldıqda və ya ləğv edildikdə reyestrsaxlayıcı bu barədə emitenti dərhal yazılı şəkildə xəbərdar etməlidir.
2.7.11. Reyestrin təhvil-təslim edilməsi zamanı tərtib olunmuş akt reyestrsaxlayıcıların və emitentin rəhbər şəxsləri tərəfindən imzalanmalı və möhürlənməlidir.
2.7.12. Reyestrin təhvil-təslim edilməsi və müvafiq aktın tərtib olunması müddəti ərzində reyestrsaxlayıcılar tərəfindən reyestr üzrə əməliyyatlar dayandırılır və reyestrdə qeydə alınmış şəxslərdən daxil olmuş tapşırıqlar icra edilmir və səbəbləri göstərilməklə geri qaytarılır.
2.7.13. Emitent ilə reyestrsaxlayıcılar arasında reyestrin təhvil-təslim edilməsinə dair akt imzalandıqda, emitent 1 (bir) gün ərzində bu barədə kütləvi informasiya vasitələrində elan verməli və ya bütün qiymətli kağız sahiblərinə öz hesabına yazılı bildiriş göndərməlidir.
3. Qiymətli kağız sahiblərinin reyestri
3.1. Qiymətli kağız sahiblərinin reyestri - müəyyən tarixə qeydə alınmış qiymətli kağız sahiblərinin və nominal saxlayıcılarının, onlara məxsus qiymətli kağızların sayının və növünün eyniləşdirməsini təmin edən siyahıdır. Reyestrdə emitent haqqında məlumat, hər bir qiymətli kağız sahibinə və nominal saxlayıcısına məxsus qiymətli kağızların sayı, nominal dəyəri, növü, forması, öhdəliklərlə yüklülüyü və bu Qaydalarla müəyyən edilmiş digər məlumatlar göstərilməlidir.
3.2. Qiymətli kağız sahiblərinin reyestri özündə aşağıdakı məlumatları əks etdirir:
3.2.1. Emitent haqqında məlumat:
3.2.1.1. tam adı;
3.2.1.2. hüquqi ünvanı;
3.2.1.3. dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və tarixi;
3.2.1.4. əlaqə vasitəsi (telefon, faks və s.);
3.2.1.5. məsul şəxslərin S.A.A., vəzifəsi.
3.2.2. Emitentin buraxdığı qiymətli kağızlar haqqında məlumat:
3.2.2.1. qiymətli kağızların dövlət qeydiyyat nömrəsi və qeydiyyata almış orqanın adı;
3.2.2.2. buraxılmış qiymətli kağızların növü, forması, miqdarı, nominal dəyəri;
3.2.2.3. yerləşdirilmiş qiymətli kağızların miqdarı;
3.2.2.4. yerləşdirilməmiş qiymətli kağızların miqdarı;
3.2.2.5. geri satın alınmış qiymətli kağızların miqdarı.
3.2.3. Qiymətli kağız sahibləri haqqında məlumatlar:
3.2.3.1. Fiziki şəxslər üzrə aşağıdakı məlumatlar əks olunmalıdır:
3.2.3.1.1. adı, atasının adı, soyadı;
3.2.3.1.2. şəxsi hesabın nömrəsi,
3.2.3.1.3. şəxsi hesabın növü;
3.2.3.1.4. qeydiyyat ünvanı;
3.2.3.1.5. şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri;
3.2.3.1.6. sahibi olduğu, lakin öhdəliklərlə yüklənmiş qiymətli kağızların miqdarı;
3.2.3.1.7. sahib olduğu qiymətli kağızların bir buraxılış daxilində faiz nisbəti;
3.2.3.1.8. sahib olduğu yerləşdirmədə olan qiymətli kağızlar barədə məlumat;
3.2.3.1.9. sahib olduğu yerləşdirilmiş qiymətli kağızlar barədə məlumat.
3.2.3.2. Hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar əks olunmalıdır:
3.2.3.2.1. tam adı;
3.2.3.2.2. hüquqi ünvanı;
3.2.3.2.3. dövlət qeydiyyatının nömrəsi və qeydiyyata almış orqanın adı, qeydiyyat tarixi;
3.2.3.2.4. şəxsi hesabın nömrəsi;
3.2.3.2.5. şəxsi hesabın növü;
3.2.3.2.6. sahibi olduğu, lakin öhdəliklərlə yüklənmiş qiymətli kağızların miqdarı;
3.2.3.2.7. sahib olduğu qiymətli kağızların bir buraxılış daxilində faiz nisbəti.
3.2.3.2.8. sahib olduğu yerləşdirmədə olan qiymətli kağızlar barədə məlumat;
3.2.3.1.9. sahib olduğu yerləşdirilmiş qiymətli kağızlar barədə məlumat.
3.2.4. Reyestrsaxlayıcı haqqında məlumat:
3.2.4.1. tam adı;
3.2.4.2. hüquqi ünvanı;
3.2.4.3. əlaqə vasitəsi (telefon, faks və s.);
3.2.4.4. məsul şəxsin və icraçının S.A.A., vəzifəsi, imzası.
3.3. Mənzil sertifikatların sahiblərinin reyestri bu Qaydaların 3.1. və 3.2.-ci bəndlərində göstərilənlərlə yanaşı aşağıdakı məlumatları özündə əks etdirir:
3.3.1. tikintinin aparıldığı ünvan;
3.3.2. mənzil sertifikatlarının ödənilməsinin son tarixi;
3.3.3. mənzil sertifikatlarının məcmu nominal dəyəri;
3.3.4. mənzil sertifikatın nominal dəyəri;
3.3.5. mənzilin nömrəsi.
4. Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış
4.1. Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış - qiymətli kağız olmayaraq reyestrsaxlayıcı tərəfindən şəxsi hesab sahibinə təqdim edilən və müəyyən tarixə şəxsi hesabda olan qiymətli kağızlar barədə məlumatlan əks etdirən sənəddir (Forma № Rl/RÇ, № Rl/RÇ2).
4.2. Qiymətli kağız sahiblərinin reyestrindən çıxarışın təqdim edilməsi zamanı aşağıdakı sənədlər tələb olunur:
4.2.1. şəxsiyyəti təsdiq edən sənəd;
4.2.2. ərizəçi vəkil edilmiş şəxs olduqda - vəkalətnamə və ya broker müqaviləsinin surəti.
5. Qiymətli kağız sahiblərinin reyestrinin formalaşdırılması
5.1. Qiymətli kağızların buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq emitent qiymətli kağız sahiblərinin reyestrinin aparılmasını təmin etməlidir.
5.2. Reyestrin formalaşdırılması üçün emitent reyestrsaxlayıcıya qiymətli kağız sahibləri barədə aşağıdakı məlumatlan təqdim etməlidir:
5.2.1. Fiziki şəxslər üçün:
5.2.1.1. qiymətli kağız sahibinin S.A.A., şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri,
5.2.1.2. sahib olduğu qiymətli kağızlarının miqdarı.
5.2.2. Hüquqi şəxslər üçün:
5.2.2.1. tam adı, təşkilati-hüquqi forması, dövlət qeydiyyat nömrəsi, hüquqi ünvanı;
5.2.2.2. sahib olduğu qiymətli kağızların miqdarı.
Qeyd olunan məlumatlar siyahı (cədvəl) formasında tərtib edilməli, emitentin icra orqanının rəhbəri tərəfindən imzalanmalı və möhürü ilə təsdiq olunmalıdır.
5.3. Dövlət əmlakının özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərin reyestrinin formalaşdırılması üçün dövlət əmlakının satıcısı reyestrsaxlayıcıya aşağıdakı sənədləri təqdim etməlidir:
5.3.1. güzəştli satışın (qapalı abunə yazılışının) yekun protokolu;
5.3.2. pullu hərracın yekun sənədi;
5.3.3. investisiya və ya kommersiya müsabiqəsinin yekun sənədi;
5.3.4. dövlət əmlakının digər üsullarla özəlləşdirilməsinin nəticələri haqqında yekun sənədlər.
5.4. Qiymətli kağız sahiblərinin reyestri emitentin özü tərəfindən aparıldıqda reyestrin formalaşdırılması aşağıdakı sənədlər əsasında həyata keçirilir:
5.4.1. səhmlərin təsisçilər arasında bölüşdürülməsi haqqında sənəd;
5.4.2. qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirildiyi halda fond birjasının protokolu və ticarət iştirakçısının tapşırıqları.
6. Reyestrin aparılması sistemi
6.1. Reyestrin aparılması sistemi - qeydə alınmış şəxsləri (emitentləri, fiziki və hüquqi şəxsləri) identifikasiya edən və onların qiymətli kağızlar üzrə hüquqlarının uçotu barədə informasiyaların kağız və ya elektron daşıyıcılarda əks etdirən, qiymətli kağız sahiblərinin reyestrinin tərtib edilməsini təmin edən məlumatlar toplusudur.
6.2. Reyestrin aparılması sistemində qeydə alınmış şəxsləri identifikasiya edən məlumatlar anket formasında (dövlət əmlakının özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətləri üzrə qeydə alınmış şəxslər istisna olmaqla) təqdim olunur.
6.3. Qeydə alınmış şəxslərin statusundan asılı olaraq aşağıdakı anket formaları doldurulur:
Emitent üçün - Forma № R2/E
Fiziki şəxslər üçün – Forma № R2/F
Hüquqi şəxslər üçün - Forma № R2/H
6.4. Anket göstəricilərində dəyişiklik baş verdikdə, qeydə alınmış şəxs həmin dəyişiklik barədə reyestrsaxlayıcını dərhal məlumatlandırmalıdır. Anket göstəricilərində dəyişikliklərin edilməsi barədə tapşırıq (dəyişikliyin səbəbi və məzmunu dəqiq göstərilməklə) qeydə alınmış şəxs tərəfindən verilir.
6.5. Anket göstəricilərində dəyişikliklərin edilməsi zamanı reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim edilir:
6.5.1. qeydə alınmış şəxs tərəfindən ərizə;
6.5.2. şəxsiyyəti təsdiq edən sənəd;
6.5.3. göstəricilərin dəyişilməsini təsdiq edən sənədlərin surətləri;
6.5.4. ərizəçi vəkil edilmiş şəxs olduqda - vəkalətnamə və ya broker müqaviləsinin surəti.
6.6. Reyestrsaxlayıcı yeni göstəricilərlə yanaşı əvvəlki göstəricilər barədə məlumatları saxlamalıdır. Əvvəlki göstəricilərin saxlanmasını təmin etmək məqsədilə yeni anket tərtib edilir.
7. Reyestrin aparılması sistemində istifadə olunan hesablar
7.1. Reyestrin aparılması sistemində aşağıdakı hesab növlərindən istifadə olunur:
7.1.1. emissiya hesabı;
7.1.2. şəxsi hesab;
7.1.3. nominal saxlayıcı hesabı;
7.1.4. girovsaxlayıcı hesabı;
7.1.5. idarəçi hesabı.
7.2. Reyestrin aparılması sistemində hər bir hesaba yalnız özünə məxsus və sistemdə təkrarlanmayan nömrə verilir. Bütün hesablar azı 3 (üç) bölmədən ibarət olmalıdır:
7.2.1. əsas bölmə (hüquq sahibinin hesabında olan və heç bir öhdəliklə yüklənməmiş qiymətli kağızların uçot bölməsi);
7.2.2. girov bölməsi (hüquq sahibinin hesabında olan və girov öhdəlikləri ilə yüklənmiş qiymətli kağızların uçot bölməsi);
7.2.3. digər öhdəliklər bölməsi (dondurulmuş qiymətli kağızların uçot bölməsi);
7.2.4. repo əməliyyatlar üzrə bölmə (qiymətli kağızlarla repo əməliyyatların uçot bölməsi).
7.3. Reyestrsaxlayıcı eyni zamanda depozitar peşəkar fəaliyyətini həyata keçirirsə, bu halda o, qiymətli kağız sahiblərinin reyestrini depo hesablarına əsasən aparır.
7.4. Emissiya hesabı.
7.4.1. Emissiya hesabı reyestrin aparılması sistemində emitent üçün açılır.
7.4.2. Emissiya hesabında aşağıdakı məlumatlar əks edilir:
7.4.2.1. emitentin adı;
7.4.2.2. qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatı nömrəsi;
7.4.2.3. qiymətli kağızların növü, buraxılış forması, miqdarı və nominal dəyəri;
7.4.2.4. geri satın alınmış qiymətli kağızların miqdarı;
7.4.2.5. yerləşdirilməmiş qiymətli kağızların miqdarı.
7.5. Şəxsi hesab
7.5.1. Şəxsi hesab reyestrin aparılması sistemində qeydə alınmış şəxslər üçün açılır.
7.5.2. Şəxsi hesabda aşağıdakı məlumatlar əks edilir:
7.5.2.1. qeydə alınmış şəxsin adı:
7.5.2.1.1. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən
sənədin göstəriciləri;
7.5.2.1.2. hüquqi şəxslər üçün - tam adı, dövlət qeydiyyat nömrəsi;
7.5.2.2. emitentin adı;
7.5.2.3. qiymətli kağız buraxılışının dövlət qeydiyyat nömrəsi;
7.5.2.4. hesabda bölmələr üzrə uçotu aparılan qiymətli kağızların növü, forması, nominal dəyəri;
7.5.2.5. sahib olduğu yerləşdirmədə olan qiymətli kağızların miqdarı barədə məlumat;
7.5.2.6. sahib olduğu yerləşdirilmiş qiymətli kağızların miqdarı barədə məlumat.
7.6. Girovsaxlayıcı hesabı
7.6.1. girovsaxlayıcı hesabı qiymətli kağızların girova qoyulması hallarında girovsaxlayıcı üçün açılır;
7.6.2. girovsaxlayıcı hesabda aşağıdakı məlumatlar əks edilir:
7.6.2.1. girovsaxlayıcının adı;
7.6.2.1.1. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri;
7.6.2.1.2. hüquqi şəxslər üçün - tam adı, dövlət qeydiyyat nömrəsi;
7.6.2.2. qiymətli kağız sahibinin adı;
7.6.2.3. emitentin adı;
7.6.2.4. qiymətli kağız buraxılışının dövlət qeydiyyat nömrəsi;
7.6.2.5. girova qoyulmuş qiymətli kağızların növü, forması, miqdarı və nominal dəyəri;
7.6.2.6. girovun dövlət qeydiyyat nömrəsi və tarixi.
7.7. Nominal saxlayıcı hesabı:
7.7.1. Nominal saxlayıcı hesabı qiymətli kağız sahibinin tapşırığı ilə və onun xeyrinə hərəkət edən, qiymətli kağız sahiblərinin reyestrində qeydə alınmış, lakin bu kağızların hüquqi mülkiyyətçisi olmayan şəxs üçün açılır.
7.7.2. Nominal saxlayıcı hesabında aşağıdakı məlumatlar əks olunur:
7.7.2.1. nominal saxlayıcının adı;
7.7.2.2. emitentin adı;
7.7.2.3. qiymətli kağız buraxılışının dövlət qeydiyyat nömrəsi;
7.7.2.4. qiymətli kağızların növü, forması, miqdarı və nominal dəyəri.
7.8. İdarəçi hesabı
7.8.1. İdarəçi hesabı aktivlərin idarə olunması üzrə peşəkar fəaliyyəti həyata keçirən şəxs üçün açılır.
7.8.2. İdarəçi hesabında aşağıdakı məlumatlar əks olunur:
7.8.2.1. idarəçinin adı;
7.8.2.2. emitentin adı;
7.8.2.3. qiymətli kağız buraxılışının dövlət qeydiyyat nömrəsi;
7.8.2.4. qiymətli kağızların növü, forması, miqdarı və nominal dəyəri.
7.9. Hesabların açılması
7.9.1. Hesabların açılması üçün reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim edilir:
7.9.1.1. fiziki şəxslər tərəfindən:
7.9.1.1.1. hesabın açılması barədə ərizə;
7.9.1.1.2. anket (Forma № R2/F);
7.9.1.1.3. şəxsiyyəti təsdiq edən sənəd.
7.9.1.2. hüquqi şəxslər tərəfindən:
7.9.1.2.1. hesabın açılması barədə ərizə;
7.9.1.2.2. anket (Forma № R2/H);
7.9.1.2.3. təsis sənədlərinin notarial qaydada təsdiq olunmuş surəti (dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, təsis müqaviləsi və s.).
7.9.2. Əcnəbilər, xarici hüquqi şəxslər üçün hesabların açılması zamanı bu Qaydaların 7.9.1-ci bəndində göstərilən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır.
7.9.3. Ərizəçi vəkil edilmiş şəxs olduqda, reyestrsaxlayıcıya vəkalətnamə və ya broker müqaviləsinin surəti təqdim olunmalıdır.
8. Reyestrin aparılması sistemində əməliyyatlar
8.1. Reyestrin aparılması sistemində qeydə alınmış şəxslər tərəfindən aşağıdakı növ sərəncamlar verilir:
8.1.1. Ötürücü sərəncam - Forma № R3/ÖS1;
8.1.2. Ötürücü sərəncam - Forma № R3/ÖS2;
8.1.3. Vərəsəlik üzrə sərəncam - Forma № R3/VS;
8.1.4. Girov sərəncamı - Forma № R3/GS1;
8.1.5. Girov sərəncamı - Forma № R3/GS2;
8.1.6. Girovötürücü sərəncam - Forma № R3/GÖS;
8.1.7. Nominal saxlanma sərəncamı - Forma № R3/NSS;
8.1.8. İdarəetmə üzrə sərəncam - Forma № R3/İS.
8.2. Qiymətli kağızlarla bağlı əməliyyatların qeydiyyatı zamanı sənədlər tərəflər, onların vəkil edilmiş şəxsləri və ya broker tərəfindən təqdim olunur.
8.3. Qiymətli kağızlarla bağlı əməliyyatların qeydiyyatı zamanı tərəflər şəxsiyyətlərini təsdiq edən sənədi, hüquqi şəxsin adından çıxış edən şəxs isə əlavə olaraq səlahiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.
8.4. Ərizəçi vəkil edilmiş şəxs olduqda, reyestrsaxlayıcıya vəkalətnamə və ya broker müqaviləsinin surətini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
8.5. Qiymətli kağızlarla bağlanmış əqdlərin reyestrdə qeydiyyatını aparmaq məqsədi ilə reyestrsaxlayıcıya təqdim olunmuş əqdlər broker vasitəsi ilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf müqabili diler olmadıqda, həmin əqdlər notariat qaydasında təsdiq olunmalıdır.
8.6. Qiymətli kağızlarla alqı-satqı, bağışlama və dəyişmə əməliyyatları
8.6.1. Qiymətli kağızlar üzrə mülkiyyət hüququnun dəyişilməsinin qeydiyyatı zamanı reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim edilməlidir:
8.6.1.1. ötürücü sərəncam (Forma № R3/ÖS1);
8.6.1.2. broker tərəfindən müştərisinin qiymətli kağızları ilə əməliyyatın aparılması üçün onları öz hesabına ötürülməsi və ya geri qaytarılması üçün ötürücü sərəncam (Forma № R3/ÖS2);
8.6.1.3. qiymətli kağızlarla bağlanmış əqdi və ya onların ötürülməsini əks etdirən sənəd;
8.6.1.4. qiymətli kağızları qəbul edənin şəxsi hesabı olmadıqda yeni hesabın açılması üçün sənədlər.
8.7. Qiymətli kağızlara hüquqların vərəsəliklə keçməsi
8.7.1. Qiymətli kağızlara hüquqların vərəsəliklə keçməsi zamanı reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim edilir:
8.7.1.1. vərəsəlik üzrə sərəncam (Forma № R3/VS);
8.7.1.2. vərəsəlik şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
8.7.1.3. varisin (varislərin) şəxsi hesabı olmadıqda, yeni hesabın açılması üçün sənədlər.
8.8. Məhkəmənin qərarı ilə qiymətli kağızların özgəninkiləşdirilməsi
8.8.1. Məhkəmənin qərarı ilə qiymətli kağızların özgəninkiləşdirilməsi zamanı reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim olunur:
8.8.1.1. məhkəmənin qərarı;
8.8.1.2. icra vərəqəsi;
8.8.1.3. qiymətli kağızların yeni sahibinin şəxsi hesabı olmadıqda, hesabın açılması üçün sənədlər.
8.8.2. Reyestrsaxlayıcı aparılmış əməliyyatın nəticəsi barədə məhkəməyə (icra məmuruna) və hesab sahibinə məlumat verməlidir.
8.9. Qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı:
8.9.1. Qiymətli kağızların girova qoyulması:
8.9.1.1. Qiymətli kağızların girova qoyulması onların mülkiyyətçinin şəxsi hesabında girov bölməsinə və ya girovsaxlayıcının girov hesabına ötürülməsi ilə həyata keçirilir və həmin hesabda dondurulur.
8.9.1.2. Qiymətli kağızların girova qoyulması zamanı reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim edilir:
8.9.1.2.1. qiymətli kağızlar sahibinin şəxsi hesabında girov bölməsinə ötürüldükdə, yalnız girovqoyanın girov sərəncamı (Forma № R3/GS1);
8.9.1.2.2. qiymətli kağızlar girovsaxlayıcının girov hesabına ötürüldükdə girovqoyan və girovsaxlayıcının girov sərəncamı (Forma № R3/GS2);
8.9.1.2.3. qiymətli kağızların girova qoyulması haqqında müqavilənin və girovun dövlət qeydiyyatına alınması barədə sənədin surəti;
8.9.1.2.4. girovsaxlayıcının şəxsi hesabı olmadıqda, yeni hesabın açılması üçün sənədlər.
8.9.2. Qiymətli kağızların girovdan azad edilməsi
8.9.2.1. Qiymətli kağızların girovdan azad edilməsi onların mülkiyyətçinin şəxsi hesabının əsas bölməsinə ötürülməsi ilə (mülkiyyətçinin şəxsi hesabının girov bölməsindən və ya girov saxlayıcının girov hesabından) həyata keçirilir və qiymətli kağızlar dondurulmadan azad olunur.
8.9.2.2. Qiymətli kağızların girovdan azad edilməsi zamanı reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim edilir:
8.9.2.2.1. qiymətli kağızlar, sahibinin şəxsi hesabında girov bölməsindən əsas bölməyə ötürüldükdə, yalnız girovqoyanın girov sərəncamı (Forma № R3/GSl);
8.9.2.2.2. qiymətli kağızlar, girovsaxlayıcının girov hesabından girovqoyanın şəxsi hesabının əsas bölməsinə geri ötürüldükdə, girovsaxlayıcının girov sərəncamı (Forma № R3/GS2);
8.9.2.2.3. qiymətli kağızların girovdan azad olunması ilə bağlı girovun əlavə dövlət qeydiyyatı haqqında sənədin surəti.
8.9.3. Girovda olan qiymətli kağızlara mülkiyyət hüququnun dəyişməsi
8.9.3.1. Girovda olan qiymətli kağızlara mülkiyyət hüququnun dəyişməsi zamanı reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim edilir:
8.9.3.1.1. girovötürücü sərəncam (Forma № R3/GÖS );
8.9.3.1.2. girovda olan qiymətli kağızlara mülkiyyət hüququnun dəyişməsinə dair bağlanmış əqdi təsdiqləyən sənəd;
8.9.3.1.3. qiymətli kağızları qəbul edən şəxsin hesabı olmadıqda, hesab açılması üçün sənədlər;
8.9.3.1.4. girovda olan qiymətli kağızlara dair mülkiyyət hüququnun digər şəxsə keçməsi ilə bağlı girovun əlavə dövlət qeydiyyata alınması haqqında sənədin surəti.
8.9.4. Qiymətli kağızların hesabda dondurulması
8.9.4.1. Qiymətli kağızların mülkiyyətçinin hesabında dondurulması onların mülkiyyətçinin şəxsi hesabında öhdəliklər bölməsinə ötürülməsi ilə həyata keçirilir və bu barədə qərar verənin tapşırığı olmayanadək qiymətli kağızlar hərəkətsiz saxlanılır.
8.9.4.2. Qiymətli kağızların hesabda dondurulması qiymətli kağız sahibinin tapşırığı, QKDK-nın qərarı, məhkəmə-istintaq orqanlarının qərarı əsasında həyata keçirilir.
8.9.4.3. Qiymətli kağızların dondurulmadan azad edilməsi dondurulma barədə qərar verənin tapşırığı və ya məhkəmənin qərarı əsasında həyata keçirilir.
8.9.4.4. Qiymətli kağızların dondurulması və ya dondurmadan azad olunması ilə bağlı məhkəmə-istintaq orqanlarından qərar daxil olduqda, reyestrsaxlayıcı bu barədə QKDK-ya məlumat verməlidir.
8.10. Nominal saxlayıcı hesabı üzrə əməliyyatlar
8.10.1. Qiymətli kağızların nominal saxlayıcı hesabına ötürülməsi zamanı reyestrsaxlayıcıya nominal saxlanma sərəncamı (Forma № R3/NSS) təqdim edilir.
8.10.2. Qiymətli kağızların nominal saxlayıcıdan mülkiyyətçinin hesabına ötürülməsi zamanı reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim edilir:
8.10.2.1. nominal saxlanma sərəncamı (Forma № R3/NSS).
8.10.2.2. qiymətli kağızın sahibi dəyişildikdə yeni sahibin anketi.
8.11. İdarəçi hesabı üzrə əməliyyatlar
8.11.1. Qiymətli kağızların idarəçi hesabına ötürülməsi zamanı reyestrsaxlayıcıya idarəetmə üzrə sərəncamı (Forma № R3/İS) təqdim edilir:
8.11.2. Qiymətli kağızların idarəçidən mülkiyyətçinin hesabına ötürülməsi zamanı reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim edilir:
8.11.2.1. idarəetmə üzrə sərəncam (Forma № R3/İS).
8.11.2.2. qiymətli kağızın sahibi dəyişildikdə yeni sahibin anketi.
8.12. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının məbləğinin dəyişdirilməsi (artırılması / azaldılması) üzrə əməliyyatlar:
8.12.1. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması əlavə səhm buraxmaq yolu ilə həyata keçirildiyi halda, reyestrin aparılması sistemində əlavə buraxılış barədə məlumatlar emitentin emissiya hesabında əks etdirilir və onların uçotu əvvəlki buraxılışdan ayrı aparılır. Emissiyanın yekunu barədə hesabat dövlət qeydiyyatına alındıqdan sonra reyestrin aparılması sistemində əlavə buraxılış üzrə məlumatlar əvvəlki buraxılış üzrə məlumatlar ilə birləşdirilir;
8.12.2. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması səhmlərin geri satın alınması yolu ilə həyata keçirildiyi halda, həmin səhmlər reyestrin aparılması sistemində emitentin emissiya hesabına köçürülür və qanunvericiliklə nəzərdə tutulmuş qaydada silinirlər;
8.12.3. Səhmlərin nominal dəyərinin artırılması yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması zamanı reyestrin aparılması sistemində daha aşağı nominal dəyəri olan səhmlər daha yüksək nominal dəyəri olan səhmlərə dəyişdirilir;
8.12.4. Səhmlərin nominal dəyərinin azaldılması yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması zamanı reyestrin aparılması sistemində daha yüksək nominal dəyəri olan səhmlər daha aşağı nominal dəyəri olan səhmlərlə dəyişdirilir;
8.12.5. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının məbləğinin dəyişdirilməsi (artırılması / azaldılması) ilə bağlı əməliyyatın icrası üçün emitent tərəfindən reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim olunmalıdır:
8.12.5.1. emitentin ərizəsi;
8.12.5.2. əməliyyatın həyata keçirilməsi haqqında emitentin qərarı;
8.12.5.3. emissiya prospektinin surəti (olduqda);
8.12.5.4. buraxılışın dövlət qeydiyyatına alınması haqqında sənədin surəti;
8.12.5.5. son maliyyə ili üzrə illik balansın və onun yoxlanılması haqqında auditor rəyinin surəti (qanunvericilikdə tələb olunduqda);
8.12.5.6. nizamnamə kapitalının məbləğinin artırımasını təsdiq edən ödəniş sənədlərin əsli (qanunvericilikdə tələb olunduqda);
8.12.5.7. qiymətli kağız sahiblərinin siyahısı və dəyişiklikləri təsdiq edən sənədlər (olduqda).
8.13. Qiymətli kağızların birləşdirilməsi:
8.13.1. Qiymətli kağızların birləşdirilməsi - bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının mütənasib olaraq azaldılması, nominal dəyərinin isə mütənasib olaraq artırılması yolu ilə dəyişdirilməsidir. Bu əməliyyatın icrası üçün emitent tərəfindən reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim olunmalıdır:
8.13.1.1. emitentin ərizəsi;
8.13.1.2. əməliyyatın həyata keçirilməsi haqqında emitentin qərarı;
8.13.1.3. emissiya prospektinin surəti (olduqda);
8.13.1.4. buraxılışın dövlət qeydiyyatına alınması haqqında sənədin surəti;
8.13.2. Qiymətli kağızların birləşdirilməsi zamanı reyestrin aparılması sistemində birləşdirilən iki və ya daha artıq sayda qiymətli kağızlar nominal dəyəri həmin qiymətli kağızların ümumi nominal dəyərinə bərabər olan yeni buraxılışın bir qiymətli kağızına dəyişdirilir. Dəyişikliklərə uyğun sənədli qiymətli kağızlara dair sertifikatların yeniləri ilə əvəz edilməsi emitent və ya reyestrsaxlayıcı tərəfindən həyata keçirilir.
8.14. Qiymətli kağızların xırdalanması:
8.14.1. Qiymətli kağızların xırdalanması birqiymətli kağızın nominal dəyərinin mütənasib bölünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir. Bu əməliyyatın icrası üçün emitent tərəfindən reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim olunmalıdır:
8.14.1.1. emitentin ərizəsi;
8.14.1.2. əməliyyatın həyata keçirilməsi haqqında emitentin qərarı;
8.14.1.3. emissiya prospektinin surəti (olduqda);
8.14.1.4. buraxılışın dövlət qeydiyyatına alınması haqqında sənədin surəti;
8.14.2. Qiymətli kağızların xırdalanması zamanı reyestrin aparılması sistemində xırdalanan bir qiymətli kağız ümumi nominal dəyəri həmin qiymətli kağızın nominal dəyərinə bərabər olan yeni buraxılışın iki və ya daha artıq sayda qiymətli kağızlarına dəyişdirilir. Dəyişikliklərə uyğun sənədli qiymətli kağızlara dair sertifikatların yeniləri ilə əvəz edilməsi emitent və ya reyestrsaxlayıcı tərəfindən həyata keçirilir.
8.15. Qiymətli kağızların konvertasiyası
8.15.1. Qiymətli kağızların konvertasiyası bir emitentin bir növ investisiya qiymətli kağızlarının digər növlü investisiya qiymətli kağızlara və ya digər emitentin qiymətli kağızlarına (həmin emitent yenidən təşkil edildikdə) əvəzsiz dəyişdirilməsidir (səhmin istiqraza dəyişdirilməsi istisna olmaqla). Bu zaman dəyişdirilmiş qiymətli kağızlar ləğv olunurlar. Bu əməliyyatın icrası üçün emitent tərəfindən reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim olunmalıdır:
8.15.1.1. emitentin ərizəsi;
8.15.1.2. əməliyyatın həyata keçirilməsi haqqında emitentin qərarı;
8.15.1.3. emissiya prospektinin surəti (olduqda);
8.15.1.4. buraxılışın dövlət qeydiyyatına alınması haqqında sənədin surəti;
8.15.2. Dəyişikliklərə uyğun olaraq sənədli qiymətli kağızlara dair sertifikatların yeniləri ilə əvəz edilməsi emitent və ya reyestrsaxlayıcı tərəfindən həyata keçirilir.
8.16. Qiymətli kağızların ləğv edilməsi
8.16.1. Qiymətli kağızların ləğv edilməsi bir növdən olan qiymətli kağızların bir buraxılış daxilində mülkiyyətçilərin hesablarından emitentin hesabına köçürülməsi və sonradan emitentin hesabından silinməsi yolu həyata keçirilir. Bu əməliyyatın icrası üçün emitent tərəfindən reyestrsaxlayıcıya aşağıdakı sənədlər təqdim olunmalıdır:
8.16.1.1. emitentin ərizəsi;
8.16.1.2. əməliyyatın həyata keçirilməsi haqqında emitentin qərarı;
8.16.1.3. qiymətli kağızların dövlət qeydiyyatından çıxarılması haqqında sənədin surəti.
8.16.2. Qiymətli kağızlar emitentin hesabından silindikdə, bu barədə emitentin iştirakı ilə reyestrsaxlayıcı tərəfindən akt tərtib edilir. Aktda aşağıdakı məlumatlar əks olunmalıdır:
8.16.2.1. emitentin və reyestrsaxlayıcının tam adı;
8.16.2.2. emissiya hesabının göstəriciləri;
8.16.2.3. qiymətli kağızların emitentin hesabından silinməsi tarixi;
8.16.2.4. silinmiş qiymətli kağızların dövlət qeydiyyat nömrəsi, növü, buraxılış forması, sayı və nominal dəyəri;
8.16.2.5. reyestrsaxlayıcının rekvizitləri, lisenziyanın nömrəsi və verilmə tarixi barədə məlumat.
8.16.3. Akt reyestrsaxlayıcının və emitentin azı 3 (üç) vəzifəli şəxsi tərəfindən imzalanır və reyestrsaxlayıcının möhürü ilə təsdiqlənir.
8.17. Sənədli qiymətli kağızların sertifikatlarının qəbul edilməsi, yeni sahiblərin adına rəsmiləşdirilməsi və təqdim olunması, həmçinin qeyd olunan sertifikatların ləğvi emitent tərəfindən həyata keçirilir. Sənədli qiymətli kağız sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı tərəfindən aparıldıqda, həmin qiymətli kağızların sertifikatlarının əvvəlki sahiblərdən qəbul edilməsi, yeni sahiblərin adına rəsmiləşdirilməsi və təqdim olunması, həmçinin qeyd olunan sertifikatların ləğvi reyestrsaxlayıcı ilə emitent arasında bağlanmış müqavilə əsasında reyestxsaxlayıcı tərəfindən həyata keçirilir.
9. Əməliyyatların icra müddətləri
9.1. Reyestrsaxlayıcı tərəfindən əməliyyatlar aşağıdakı müddətlərdə aparılmalıdır:
9.1.1. 2 (iki) iş günü müddətində aşağıdakı əməliyyatlar aparılır:
9.1.1.1. hesabın açılması;
9.1.1.2. qeydə alınmış şəxsin rekvizitlərinin dəyişikliklərin edilməsi;
9.1.1.3. qiymətli kağızların dondurulması ilə bağlı əməliyyatlar;
9.1.1.4. qiymətli kağızlarla bağlı girov əməliyyatları;
9.1.1.5. reyestrdən çıxarışların təqdim olunması.
9.1.2. 3 (üç) iş günü müddətində aşağıdakı əməliyyatlar aparılır:
9.1.2.1. mülkiyyət hüquqlarının ötürülməsi;
9.1.2.2. nominal saxlanma ilə bağlı əməliyyatlar;
9.1.3. 5 (beş)iş günü müddətində aşağıdakı əməliyyatlar aparılır:
9.1.3.1. nizamnamə kapitalının dəyişdirilməsi (artırılması və ya azaldılması).
9.1.3.2. sertifikatların verilməsi və ləğv edilməsi (emitent ilə reyestrsaxlayıcı arasında müqavilə əsasında).
9.1.4. 7 (yeddi) gün müddətində aşağıdakı əməliyyatlar aparılır:
9.1.4.1. qiymətli kağızların xırdalanması, birləşdirilməsi, konvertasiyası və ləğvi.
9.2. Əməliyyatların həyata keçməsinə mane olan faktlar mövcud olduqda reyestrsaxlayıcı icra müddətindən sonra 3 (üç) iş günü ərzində sənədləri təqdim edən şəxsə imtinanın səbəbləri və aradan qaldırılması tədbirləri barədə yazılı bildiriş təqdim edir.
10. Reyestrsaxlayıcının nominal saxlayıcı ilə qarşılıqlı münasibətləri
10.1. Reyestrin aparılması sistemində qiymətli kağızların nominal saxlayıcısı qismində broker (yalnız deponentləşdirilməmiş qiymətli kağızlar üzrə) və ya depozitar qeyd oluna bilər.
10.2. Reyestrsaxlayıcı ilə nominalsaxlayıcı arasında yalnız müvafiq müqavilə imzalandıqdan sonra nominal saxlayıcının adı reyestrin aparılması sistemində qeyd edilə bilər.
10.3. Qiymətli kağızlar deponentləşdirildikdə depozitar həmin qiymətli kağızların sahiblərinin reyestrində nominal saxlayıcı kimi qeydə alınır.
10.4. Reyestrin aparılması sistemində nominal saxlayıcının adının qeyd edilməsi qiymətli kağızlara mülkiyyət hüququnun nominal saxlayıcıya keçməsinə əsas deyildir.
10.5. Bir nominal saxlayıcının müştəriləri olan qiymətli kağız sahiblərinin arasında əqdlərin nəticələri reyestrdə əks etdirilmir.
10.6. Qiymətli kağızların bir nominal saxlayıcıdan başqa nominal saxlayıcıya ötürülməsi haqqında məlumat nominal saxlayıcılar tərəfindən üç iş günü ərzində reyestrsaxlayıcıya təqdim olunmalıdır.
10.7. Reyestrsaxlayıcının tələbi ilə nominal saxlayıcı yeddi iş günü ərzində nominal saxlayıcısı olduğu şəxslərin siyahısını ona təqdim etməlidir.
10.8. Reyestrin aparılması sistemində saxlanılan məlumatlarla nominal saxlayıcının uçot sistemindəki məlumatlar mütəmadi olaraq üzləşdirilməlidir. Reyestrin aparılması sistemində saxlanılan məlumatlarla nominal saxlayıcının uçot sistemindəki məlumatlar arasında uyğunsuzluq aşkar olunduqda, reyestrsaxlayıcı nominal saxlayıcı ilə birlikdə bunun səbəblərini müəyyən etməli və aradan qaldırılması üçün tədbirləri birgə həyata keçirməlidirlər.
11. Reyestrsaxlayıcının idarəçi ilə qarşılıqlı münasibətləri
11.1. Reyestrin aparılması sistemində idarəçi qismində yalnız aktivlərin idarə olunması üzrə peşəkar fəaliyyəti həyata keçirən şəxs qeyd olunur.
11.2. Reyestrsaxlayıcı ilə idarəçi arasında yalnız müvafiq müqavilə imzalandıqdan sonra idarəçinin adı reyestrin aparılması sistemində qeyd edilir .
11.3. Reyestrin aparılması sistemində idarəçinin adının qeyd edilməsi qiymətli kağızlara mülkiyyət hüququnun idarəçiyə keçməsinə əsas deyildir.
11.4. Bir idarəçinin müştəriləri olan qiymətli kağız sahiblərinin arasında əqdlərin nəticələri reyestrdə əks etdirilmir.
12. Məlumatların məxfiliyinin təmin edilməsi və açıqlanması
12.1. Emitentlə bağlanmış müqaviləyə əsasən, qiymətli kağızlar bazarının subyektləri, qiymətli kağızlar, onlarla əməliyyatlar, qiymətlər və digər xüsusatlar üzrə açıqlanmalı olan və istifadə edildikdə sahibinə qiymətli kağızlarla əməliyyatların aparılmasında digər iştirakçılardan daha üstün mövqe təmin edən məlumatlar xidməti məlumat sayılır. Reyestrsaxlayıcı xidməti məlumatların məxfi saxlanmasını təmin etməyə borcludur.
12.2. Qeydə alınmış şəxslərin hesablarının vəziyyəti haqqında məlumatlar hər konkret qeydə alınmış şəxsin yalnız özünə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə məhkəmə, icra məmuru (icra sənədi təqdim edilməklə), notariat (vərəsəlik işləri ilə bağlı) və qanunvericiliklə müəyyən edilmiş hallarda digər orqanlara verilir.
12.3. Qiymətli kağız sahiblərinin reyestri emitentə və qanunvericiliklə tələb hüququ olan digər orqanlara təqdim edilir.
12.4. Hüquq sahibinə aid məxfi informasiyanın reyestrsaxlayıcı tərəfindən yayılması nəticəsində onun hüquqları pozulmuşdursa hüquq sahibinin (normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada) bu səbəbdən ona dəymiş zərərin ödənilməsini reyestrsaxlayıcıdan tələb etmək hüququ vardır.
12.5. Reyestrsaxlayıcı səhmdarların sayı 100-dən (yüzdən) artıq olan səhmdar cəmiyyətlərinin siyahısını qanunvericiliklə müəyyən edilmiş qaydada QKDK-ya və fond birjasına təqdim etməlidir.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
|
|
|
|||||||||||||||||||||
|
|
|
|
|||||||||||||||||||||
|
|
|
|
|||||||||||||||||||||
|
|
|
|
|||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
||||
|
||||
|
||||
|
||||
|
||||
|
|
|
||
|
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||
|
||||
|
||||
|
||||
|
||||
|
||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
|
|
|
|||||||||||||||||||||
|
|
|
|
|||||||||||||||||||||
|
|
|
|
|||||||||||||||||||||
|
|
|
|
|||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
|
|
1. Qiymətli kağızlar barədə məlumat:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||
|
||
|
||
|
||
|
||
|
||
|
||
|
||
|
||
|
||
|
|
|
|||
|
|||
|
|||
|
|||
|
|||
|
|||
|
|||
|
|||
|
|
||||
|
||||
|
||||
|
||||
|
||||
|
||||
|
|
||||
|
||||
|
||||
|
||||
|
||||
|
||||
|
|
|
İnvestisiya qiymətli kağızların emissiyası Qaydaları[3]
Ümumi müddəalar
1.1 Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 44 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 5 mart 2009-cu il tarixli 70 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə uyğun olaraq hazırlanmışdır.
1.2 Bu Qaydalar mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər (bundan sonra - emitent) tərəfindən korporativ istiqrazların (bundan sonra - istiqrazlar) emissiyasını, səhmdar cəmiyyətinin (bundan sonra - emitent) nizamnamə kapitalının artırılması zamanı səhmlərin əlavə emissiyasını, səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı səhmlərin emissiyasını, kommersiya təşkilatlarının yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının (bundan sonra - qiymətli kağızlar) emissiyasını tənzimləyir və investisiya qiymətli kağızların buraxılışlarına dövlət qeydiyyat nömrəsinin verilməsi prosedurunu müəyyən edir.
1.3 Bu Qaydalar dövlət əmlakının özəlləşdirilməsi prosesində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərin buraxılmasına, onların ixtisaslaşdırılmış çek auksionlarında xırdalanmasına, dövlət qiymətli kağızların buraxılmasına və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin yenidən təşkili zamanı qiymətli kağızların emissiyasına şamil edilmir.
2. İnvestisiya qiymətli kağızlarının emissiyasının mərhələləri
2.1 İnvestisiya qiymətli kağızlarının emissiyası aşağıdakı mərhələlərdən ibarətdir:
2.1.1 emitent tərəfindən investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarın qəbul edilməsi;
2.1.2 investisiya qiymətli kağızlarının emissiya prospektinin tərtib edilməsi (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa);
2.1.3 investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı;
2.1.4 investisiya qiymətli kağızların emissiya prospektində olan məlumatların açıqlanması (investisiya qiymətli kağızların emissiyası emissiya prospekti ilə müşayiət olunursa);
2.1.5 investisiya qiymətli kağızların yerləşdirilməsi;
2.1.6 investisiya qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatın qeydiyyatı;
2.1.7 investisiya qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatda olan məlumatların açıqlanması (investisiya qiymətli kağızların emissiyası emissiya prospekti ilə müşayiət olunursa).
3. Korporativ istiqrazların emissiyası
3.1. Hər bir istiqraz növünün emissiyası haqqında ayrıca qərar qəbul edilir.
3.2. İstiqrazların emissiyası haqqında qərarda aşağıdakılar göstərilməlidir:
3.2.1. emitentin tam adı və olduğu yer;
3.2.2. istiqrazların emissiyası haqqında qərarın qəbul edilməsi tarixi;
3.2.3. qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;
3.2.4. istiqrazların növü və forması (sənədli və ya sənədsiz, adlı və ya adsız);
3.2.5. istiqrazın nominal dəyəri, buraxılışa daxil olan istiqrazların sayı və ümumi məbləği;
3.2.6. istiqrazların təminatı barədə məlumat (təmin edilmiş istiqrazlar üçün);
3.2.7. istiqraz sahibinin bir istiqrazla təsbit edilən hüquqları;
3.2.8. istiqrazların sahiblərinin qarşısında emitentin öhdəlikləri;
3.2.9. istiqrazların yerləşdirilməsi üsulu və qaydası;
3.2.10. istiqrazların yerləşdirilməsinin başlanma və başa çatma tarixləri;
3.2.11. istiqrazların dəyərinin ödənilməsi şərtləri və qaydası.
3.3. İstiqrazların emissiyası haqqında qərarda bir investorun digərləri qarşısında hər hansı bir üstünlüyə malik olması nəzərdə tutula bilməz.
3.4. Kütləvi təklif üsulu ilə yerləşdirilən istiqrazların emissiyası emissiya prospekti ilə müşayiət olunur. İstiqrazların emissiya prospektində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
3.4.1. emitentin tam adı, təşkilati-hüquqi forması;
3.4.2. emitentin fəaliyyət göstərdiyi müddətdə onun adı və təşkilati-hüquqi forması dəyişdirildikdə, onun bütün əvvəlki tam və qısaldılmış adları, təşkilati-hüquqi formaları, o cümlədən bu adların dəyişdirilməsi tarixi;
3.4.3. hüquqi şəxslərin dövlət reyestrində emitent barədə olan məlumatlar, emitentin dövlət qeydiyyatının şəhadətnaməsinin nömrəsi və tarixi;
3.4.4. emitentin olduğu yer, poçt ünvanı və əlaqə telefonları;
3.4.5. emitentin bank rekvizitləri;
3.4.6. emitentin nizamnamə kapitalının on faizdən az olmayan miqdarda səs hüququnu verən səhmlərinə (paylara) malik olan şəxslər barədə məlumat;
3.4.7. emitentin idarəetmə orqanı, icra və nəzarət orqanları haqqında məlumat;
3.4.8. emitentin müşahidə şurasının hər bir üzvünün soyadı, adı və atasının adı, doğulduğu il, müşahidə şurasının hər bir üzvünün tutduğu vəzifələr, o cümlədən emitentin on faizdən az olmayan miqdarda səhmlərinə (paylarına) malik olan səhmdarlarının (iştirakçılarının) emitentin nizamnamə kapitalında payları;
3.4.9 emitentin filial və nümayəndəliklərinin tam adları, onların yaradılması tarixləri, olduğu yer və poçt ünvanı, emitentin filial və nümayəndəliklərinin rəhbərlərinin soyadları, adları və atalarının adları, o cümlədən emitentin onlara verdiyi etibarnamələrin qüvvədə olma müddətləri;
3.4.10. nizamnamə kapitalında emitentin payı on faizdən az olmayan hüquqi şəxslərin tam adı, olduğu yer və poçt ünvanı. Emitentin bütün törəmə və digər müəssisələrində nizamnamə kapitallarında olan iştirakının payı (faizlə);
3.4.11. nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə kapitalının miqdarı, səhmlərin (payların) miqdarı, onların nominal dəyəri və növləri, habelə səhmlərin ayrı-ayrı növlərinin imtiyazları haqqında məlumat və imtiyazlı səhmlərlə təsbit olunmuş hüquqların məzmunu;
3.4.12. müstəqil auditorun hesabatı ilə birlikdə, emitentin illik maliyyə hesabatları və istiqrazların buraxılması haqqında qərar qəbul ediləndən sonuncu rüb ərzində onun fəaliyyətinin maliyyə nəticələri haqqında, o cümlədən, mənfəətdən istifadə haqqında hesabat;
3.4.13. emitentin təsis edildiyi tarixdən və ya son beş maliyyə ili ərzində səhmlər (paylar) üzrə ödənilmiş dividentlər haqqında məlumat;
3.4.14. emitentin tədavüldə olan investisiya qiymətli kağızları haqqında məlumat (investisiya qiymətli kağızların növü və forması, sayı, nominal dəyəri, buraxılışının dövlət qeydiyyat nömrəsi, qeydiyyat tarixi və qiymətli kağızlarla təsbit olunan hüquqlar);
3.4.15. İstiqrazların buraxılışı haqqında ümumi məlumat:
· forması (adlı və ya adsız, sənədli və ya sənədsiz);
· növü (təmin edilmiş və ya təmin edilməmiş, faizli və ya faizsiz);
· buraxılışın ümumi həcmi (nominal dəyər üzrə);
· yerləşdirilən istiqrazların miqdarı;
· bir istiqrazın nominal dəyəri;
· istiqrazın sahiblərinə verilən hüquqlar;
· istiqrazların ödənilmə şərtləri və qaydaları;
· ödənilmə müddəti;
3.4.16. istiqrazların yerləşdirilməsi qaydası (istiqrazların yerləşdirilməsi üsulu, yerləşdirilmənin başlanma və başa çatma tarixləri, istiqrazların dəyərinin ödənilməsi şərtləri və qaydası);
3.4.17. emitentin kreditor borcları;
3.4.18. istiqrazlar üzrə ödəniləcək faizlərin qaydaları və satınalma şərtləri;
3.4.19. istiqrazlar üzrə müəyyənləşdirilmiş xüsusi təminatlar (olduqda);
3.4.20. təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı haqqında məlumat (təmin edilmiş istiqrazlar üçün);
3.4.21. istiqrazların yerləşdirilməsində iştirak edəcək qiymətli kağızlar bazarının peşəkar iştirakçısının tam adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olma müddəti;
3.4.22. sərəncamçının təşkilati-hüquqi forması, tam və qısaldılmış adı (olduqda), dövlət qeydiyyatının tarixi və nömrəsi, olduğu yer;
3.4.23. istiqrazların emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;
3.4.24. istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitdən istifadə edilməsi barədə məlumat;
3.4.25. istiqrazlar üzrə gəlirlərin bütün formaları (faizlər, diskontlar), gəlirlərin həcmi və ödənilmə dövriliyi, o cümlədən istiqraz sahiblərinin onlara çatası gəlirləri, ala biləcəyi və istiqrazların ödənilməsi üçün, o cümlədən başqa əmlak ekvivalenti almaq yolu ilə təqdim edə biləcəkləri təşkilatların adları;
3.4.26. istiqrazların əldə edilməsi üçün məhdudiyyətlər (olduqda);
3.4.27. istiqrazların saxlanması və onlara hüquqların uçotu depozitar tərəfindən aparıldığı halda, həmin depozitarın tam adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət;
3.4.28. istiqraz sahiblərinin reyestrini aparan qiymətli kağızlar bazarının peşəkar iştirakçısının tam adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət;
3.4.29. istiqrazların satıldığı yer (yerlər);
3.4.30. emitentin zəruri hesab etdiyi digər məlumatlar.
3.5. İstiqrazların emissiya prospektinin səhifələri tikilməli, nömrələnməli, səlahiyyətli şəxslər tərəfindən imzalanmalı və emitentin möhürü ilə təsdiq edilməlidir.
3.6. Sənədli formada buraxılan istiqraz sertifikatları yalnız QKDK tərəfindən bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış mətbəə tərəfindən çap edilə bilər.
3.7. Təmin edilmiş istiqrazlar üzrə sərəncamçı qismində kredit təşkilatı və ya qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan broker, idarəçi və ya depozitar çıxış edə bilər. Emitentlə sərəncamçı arasında qarşılıqlı asılılıq olmamalıdır. Sərəncamçı və emitentin hüquq və vəzifələri onların arasında bağlanmış müqavilə ilə tənzimlənir.
3.8. Sənədli formada buraxılmış istiqraz sertifikatının ən azı 5 (beş) qoruyucu xüsusiyyəti olmalıdır.
3.9. İstiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün emitent ərizə ilə(Əlavə №2) QKDK-ya müraciət edir. Ərizə poçt və ya QKDK-nın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə verilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
3.9.1. istiqrazların emissiyası haqqında qərar;
3.9.2. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və təsis sənədlərinin surətləri;
3.9.3. istiqrazların emissiya prospektinin iki nüsxəsi (buraxılış emissiya prospekti ilə müşayiət olunursa);
3.9.4. istiqrazlar sənədli formada buraxıldıqda, istiqraz sertifikatının nümunəsi;
3.9.5. emissiya prospektinin qeydiyyata alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
3.9.6. təmin edilmiş istiqrazlar üzrə verilmiş təminatın qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini təsdiq edən sənəd.
3.10. İstiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 15 (on beş) iş günü müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda, istiqrazların buraxılışı dövlət qeydiyyatına alınır.
3.11. Əgər sənədlərin təqdim olunması zamanı emissiya prospektinə əlavə və ya dəyişikliklər edilirsə, bu halda həmin əlavə və dəyişikliklərin təqdim edildiyi gün sənədlərin təqdim edilmə tarixi sayılır.
3.12. İstiqrazların buraxılışı dövlət qeydiyyatına alındıqda QKDK tərəfindən emitentə istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması barədə qiymətli kağızların dövlət reyestrindən Çıxarış (Əlavə №17) verilir.
3.13. İstiqrazların buraxılışının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilir:
3.13.1 təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;
3.13.2 istiqrazların emissiya prospektinə və ya istiqrazların emissiyası haqqında qərara (istiqrazların buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatlar daxil edildikdə;
3.13.3. emitent tərəfindən qiymətli kağızlar bazarında ciddi qanun pozuntularına yol verildikdə.
3.14. QKDK istiqrazların buraxılışının dövlət qeydiyyatına alınmasından imtina etdikdə təqdim olunmuş sənədlər geri qaytarılmır və emitentə istiqrazların buraxılışının dövlət qeydiyyatından imtina edilməsi haqqında bildiriş təqdim edilir.
3.15. İstiqrazların buraxılışının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında qərardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.
3.16. İstiqrazların buraxılışı dövlət qeydiyyatına alınana qədər istiqrazların reklamı, hər hansı bir investora rəsmi təklif edilməsi və emissiya prospektinin potensial investorlara təqdim edilməsi qadağandır.
3.17. İstiqrazların emissiya prospekti emitentin yerləşdiyi ünvanda, istiqrazların satış yerlərində olmalı və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir. Emitent emissiya prospekti ilə tanış olmaq üçün zəruri olan şəraiti yaratmalı və bunun üçün ünvanı və vaxtı kütləvi informasiya vasitələrində və öz internet səhifəsində (olduqda) elan etməlidir.
3.18. İstiqrazların emissiya prospektində olan məlumatların açıqlanması başlandığı tarixdən etibarən azı 5 (beş) gün bitənə qədər istiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsinin başlanmasına yol verilmir.
3.19. Emitent istiqrazları yerləşdirmək hüququnu onların buraxılışı dövlət qeydiyyatına alındığı və emissiya prospektində olan məlumatlar açıqlandığı (istiqrazların buraxılışı emissiya prospekti ilə müşayiət olunursa) andan əldə edir.
3.20. İstiqrazların yerləşdirilməsi onların ilk sahiblərinə özgəninkiləşdirilməsidir.
3.21. İstiqrazların yerləşdirilməsi müddəti istiqrazların emissiyası barədə qərarda və emissiya prospektində müəyyən edilir.
3.22. İstiqrazların yerləşdirilməsi kütləvi təklif və ya qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir.
3.23. İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı istiqrazları alarkən bir alıcıya başqaları qarşısında üstünlük verilməsi qadağandır.
3.24. İstiqrazların qapalı yerləşdirilməsi broker vasitəsi ilə həyata keçirilir.
3.25. Yerləşdirilən istiqrazların sayı istiqrazların emissiyası haqqında qərarda və emissiya prospektində göstərilən sayından çox olmamalıdır.
3.26. İstiqrazlar sənədsiz formada olduqda onların sahiblərinə əldə etdikləri qiymətli kağızları əks etdirən sertifikat depozitar tərəfindən verilir.
3.27. İstiqrazları qiymətli kağızlar bazarının peşəkar iştirakçıları vasitəsi ilə yerləşdirilməyən emitentlər hesabat rübündən sonrakı ayın sonuna qədər QKDK-ya istiqrazların yerləşdirilməsi haqqında rüblük hesabatı (Əlavə №3) təqdim edirlər.
3.28. İstiqrazlar qapalı üsulla yerləşdirdikdə emitent yerləşdirmədən əvvəl istiqrazların buraxılış şərtlərində olan məlumatları yerləşdirmədə iştirak edəcək investorlara açıqlamalıdır.
3.29. İstiqrazların yerləşdirilməsi başa çatdıqdan sonra 30 (otuz) gündən gec olmayaraq emitent poçt və ya QKDK-nın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə QKDK-ya istiqrazların emissiyasının yekunları haqqında hesabat (Əlavə № 4) təqdim etməlidir.
3.30. QKDK istiqrazların emissiyasının yekunları haqqında hesabata 15 (on beş) gün müddətində baxır və qeydiyyatdan imtina üçün əsaslar olmadıqda onu qeydiyyata alır və bu barədə emitentə arayış (Əlavə №18) verilir.
3.31. QKDK investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatı qeydiyyata almaqdan həmin buraxılış qiymətli kağızlarının emissiyası ilə əlaqədar qanun pozuntularına yol verildikdə imtina edir.
3.32. İstiqrazların emissiyasının yekunları haqqında hesabatın qeydiyyata alınmasından imtina edildikdə QKDK tərəfindən emitentə bu imtinanın əsasları göstərilməklə bildiriş verilir.
3.33. Emitent istiqrazların emissiyasının yekunları haqqında hesabatın qeydiyyata alınmasından imtinadan inzibati və məhkəmə qaydasında şikayət edə bilər.
3.34. Kütləvi təklif üsulu ilə yerləşdirilən istiqrazların emissiyasının yekunları haqqında hesabatda olan məlumatlar, həmin hesabat qeydiyyata alındığı tarixdən etibarən 7 (yeddi) gündən gec olmayaraq emitent tərəfindən kütləvi informasiya vasitələrində açıqlanmalıdır.
3.35. İstiqrazlar üzrə təminatın predmeti sərəncamçının razılığı ilə dəyəri eyni və ya artıq olan təminatla əvəz edilir. Təminatın əvəz edilməsi aşağıdakı qaydada həyata keçirilir:
3.35.1. təminatın predmetinin əvəz edilməsi barədə sərəncamçıyla razılıq əldə edildikdən sonra emitent kütləvi informasiya vasitələrində təminat predmetinin əvəz ediləcəyi barədə məlumatı açıqlayır;
3.35.2. məlumat kütləvi informasiya vasitələrində dərc edildiyi gündən etibarən iki ay ərzində investorlar, istiqrazlarının ödənilməsini emitendən tələb etmək hüququna malikdirlər;
3.35.3. məlumat kütləvi informasiya vasitələrində dərc edildiyi gündən etibarən iki ay sonra emitent, ödənilmək üçün ona investorlar tərəfindən təqdim olunmuş istiqrazları tam şəkildə ödədikdən sonra, emissiya prospektinə müvafiq dəyişikliklər edir və bu barədə məlumatı, təminatın predmeti girov olduqda girovun əlavə dövlət qeydiyyatının aparılması üçün sənədləri və bu müddət ərzində investorlar tərəfindən təqdim edilmiş istiqrazların tam ödənilməsi barədə emitent və sərəncamçı tərəfindən imzalanmış arayışı QKDK-ya təqdim edir;
3.35.4. QKDK15 (on beş) iş günü müddətində dəyişikliklərə baxır və aşağıdakı hallarda dəyişikliklərin nəzərə alınmasından imtina edir:
3.35.4.1 təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;
3.35.4.2 təqdim olunmuş sənədlərə qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatlar daxil edildikdə.
3.36. Emitent tərəfindən istiqrazların geri çağırılmasına və ya investorlar tərəfindən istiqrazların vaxtından əvvəl ödənişə təqdim edilməsinə yalnız emissiya prospektində nəzərdə tutulduğu hallarda yol verilir.
3.37. Emitent istiqrazların geri çağırılması barədə məlumatı kütləvi informasiya vasitələrində açıqlamalı və həmin məlumat aşağıdakıları əks etdirməlidir:
· buraxılışın dövlət qeydiyyatı nömrəsi və tarixi;
· ödənişlərin başlanması və başa çatması tarixləri;
· ödəniş şərtləri (ödəniləcək faizlərin məbləği, mükafatın məbləği və s.);
· istiqrazların ödənilməsi üçün müraciətlərin qəbulu qaydası;
· emitent tərəfindən digər zəruri hesab edilən məlumat.
3.38. İstiqraz geri çağırıldıqda emitent çağırılma mükafatını müəyyənləşdirməlidir. Mükafat, istiqrazın çağırılan ilin sonunda hesablanacaq olan faizdən az olmamalıdır. Belə olan hallarda emitent əvvəlcədən, istiqrazın ödənilməsi üçün təqdim olunmasının ilk tarixini müəyyənləşdirməlidir.
3.39. Emitent tərəfindən müəyyən edilmiş müddət ərzində ödənilmək üçün təqdim olunmamış istiqrazların sahibləri istiqraz üzrə hüquqlarını itirmirlər.
3.40. İstiqrazların ödənilmək üçün təqdim olunmasının son tarixi bitdikdən sonra, onların tədavülü dayandırılır və həmin istiqrazlar yalnız ödənilmək üçün etibarlıdır.
3.41. İstiqrazlar geri çağırıldıqda, emitent investorlara yalnız istiqrazın nominal dəyərini və elan etdiyi mükafatı ödəməlidir. Ödənilmək üçün təqdim olunmasının son tarixi bitmiş istiqraz üzrə faizlər bu tarixdən sonrakı müddət üzrə hesablanmır və ödənilmir.
3.42. Qısamüddətli istiqrazların geri çağırılmasına yol verilmir.
3.43. Emitent istiqrazların dəyərini və onlar üzrə ödənilməli olan faizləri (faizli istiqrazlar üçün) ödədikdən sonra istiqrazlar dövriyyədən çıxarılır.
3.44. Təmin edilmiş istiqrazlar üzrə öhdəliklər emitent tərəfindən icra edilmədiyi halda istiqraz sahibləri sərəncamçıya yazılı şəkildə tələb yönəldirlər. Sərəncamçı təminatın predmetini ödənişə yönəltməklə, təminatın predmeti girov olduqda bu girovun satışını təşkil edir, təminatın predmeti qarantiya və ya dövlət və ya bələdiyyə zəmanəti olduğu halda isə təminatçıdan öhdəliklərin yerinə yetirilməsini tələb edir. İstiqrazlar üzrə öhdəliklər icra edilmədikdə, sərəncamçı və istiqraz sahibləri məhkəməyə müraciət etmək hüququna malikdirlər.
3.45. İstiqrazların emissiyasının dayandırılması QKDK-nın qərarı ilə istiqrazların çap edilməsi, reklamı, və yerləşdirilməsi üzrə digər tədbirlərinin dayandırılmasıdır.
3.46. İstiqrazların emissiyası aşağıdakı əsaslarla QKDK tərəfindən dayandırılır:
3.46.1. qeydiyyata alınmış emissiya şərtlərinin, habelə mövcud qanunvericiliyin istiqrazların emissiyası ilə bağlı olan tələbləri pozulduqda;
3.46.2. istiqrazların dövlət qeydiyyatından keçmiş sayından çox yerləşdirildikdə;
3.47. İstiqrazların emissiyasının dayandırılması haqqında QKDK tərəfindən qərar qəbul edildikdə bu barədə emitentə dayandırmanın əsasları göstərilməklə 5 (beş) iş günü ərzində bildiriş verilir.
3.48. İstiqrazların emissiyasının dayandırılması haqqında bildiriş alındıqdan dərhal sonra, emitent kütləvi informasiya vasitələri ilə bu barədə məlumat verməli və mənzil sertifikatlarının yerləşdirilməsi zamanı yol verilmiş pozuntuların 15 (on beş) iş günü müddətində aradan qaldırılmasını təmin etməlidir.
3.49. İstiqrazların emissiyasının dayandırılması üçün əsas olan pozuntular aradan qaldırıldıqdan sonra, istiqrazların emissiyası emitentin yazılı müraciəti əsasında QKDK tərəfindən bərpa olunur. Bu zaman istiqrazların yerləşdirilməsi müddəti emissiyanın dayandırıldığı müddəti uzadılır.
3.50. İstiqrazların emissiyasının dayandırılması ilə əlaqədar xərclər və investorlara müvafiq vəsaitlərin qaytarılması emitentin vəsaiti hesabına həyata keçirilir.
3.51. İstiqrazların emissiyasının dayandırılması üçün əsas olan pozuntular bu Qaydaların 3.48-ci bəndində müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadıqda və ya istiqrazların emissiyası zamanı emissiya mərhələləri emitent tərəfindən pozulduqda QKDK tərəfindən istiqrazların emissiyasını baş tutmamış hesab edilir.
3.52. İstiqrazların emissiyasının baş tutmamış hesab edildikdə, bu barədə QKDK tərəfindən emitentə emissiyanın baş tutmamış hesab edilməsinin əsasları göstərilən bildiriş verilir.
3.53. İstiqrazların emissiyası baş tutmamış hesab edildiyi zaman investorlara vəsaitlərin qaytarılması qaydası Azərbaycan Respublikasının Kağızlar üzrə Dövlət Komitəsinin 08 iyun 2004-cü il tarixli 079 saylı Əmri ilə təsdiq edilmiş “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi” Qaydaları ilə müəyyən edilir.
3.54. İstiqrazların emissiyası zamanı mövcud qanunvericiliyin tələbləri pozulduğu hallarda QKDK-nın iddiası ilə məhkəmə tərəfindən həmin buraxılış etibarsız hesab edilə bilər. Bu halda həmin buraxılışda olan bütün istiqrazlar emitentə, istiqrazların yerləşdirilməsindən əldə edilmiş vəsaitlər investorlara qaytarılmalıdır.
4. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması
zamanı səhmlərin əlavə emissiyası
4.1. Hər səhm buraxılışının emissiyası haqqında ayrıca qərar qəbul edilir. Səhmlərin emissiyası haqqında qərarda aşağıdakı məlumatlar göstərilməlidir:
4.1.1 emitentin tam adı və olduğu yer;
4.1.2 səhmlərin emissiyası haqqında qərarın qəbul edilməsi tarixi;
4.1.3 qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;
4.1.4 səhmlərin növü və buraxılış forması;
4.1.5 səhmlərin sayı, nominal dəyəri və məcmu nominal dəyəri;
4.1.6 səhmlərlə təsbit olunan hüquqlar;
4.1.7 səhmdarlar qarşısında emitentin öhdəlikləri;
4.1.8 səhmlərin yerləşdirilməsi üsulu və qaydası;
4.1.9 səhmlərin yerləşdirilməsinin başlanma və başa çatma tarixləri;
4.1.10 səhmlərin dəyərinin ödənilməsi şərtləri və qaydası.
4.2 Açıq səhmdar cəmiyyətinin səhmlərinin emissiyası haqqında qərarla səsli səhmlərin sahiblərinin, onlarda olan həmin növ səhmlərin miqdarına mütənasib miqdarda yerləşdirilən səhmləri əldə etməkdə üstünlük hüququ (bundan sonra - üstünlük hüququ) müəyyən edilə bilər. Üstünlük hüququnun həyata keçirilməsi qaydası və müddəti səhmlərin emissiyası haqqında qərarda göstərilməlidir.
4.3 Qapalı səhmdar cəmiyyətinin səhmlərinin emissiyası haqqında qərarla səhmlərin əldə olunması təklif olunan şəxslərin dairəsi müəyyən edilməlidir.
4.4 Səhmlərin emissiya prospektində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
4.4.1 emitentin tam adı, təşkilati-hüquqi forması;
4.4.2 emitentin fəaliyyət göstərdiyi müddətdə onun adı və təşkilati-hüquqi forması dəyişdirildikdə, onun bütün əvvəlki tam və qısaldılmış adları, təşkilati-hüquqi formaları, o cümlədən bu adların dəyişdirilməsi tarixi;
4.4.3 hüquqi şəxslərin dövlət reyestrində emitent barədə olan məlumatlar, emitentin dövlət qeydiyyatının şəhadətnaməsinin nömrəsi və tarixi;
4.4.4 emitentin olduğu yer, poçt ünvanı və əlaqə telefonları;
4.4.5 emitentin bank rekvizitləri;
4.4.6 emitentin nizamnamə kapitalının on faizdən az olmayan miqdarda səs hüququnu verən səhmlərinə (paylara) malik olan şəxslər barədə məlumat;
4.4.7 emitentin idarəetmə orqanı, icra və nəzarət orqanları haqqında məlumat;
4.4.8 emitentin müşahidə şurasının hər bir üzvünün soyadı, adı və atasının adı, doğulduğu il, müşahidə şurasının hər bir üzvünün tutduğu vəzifələr, o cümlədən emitentin on faizdən az olmayan miqdarda səhmlərinə (paylarına) malik olan səhmdarlarının (iştirakçılarının) emitentin nizamnamə kapitalında payları;
4.4.9 emitentin filial və nümayəndəliklərinin tam adları, onların yaradılması tarixləri, olduğu yer və poçt ünvanı, emitentin filial və nümayəndəliklərinin rəhbərlərinin soyadları, adları və atalarının adları, o cümlədən emitentin onlara verdiyi etibarnamələrin qüvvədə olma müddətləri;
4.4.10 nizamnamə kapitalında emitentin payı on faizdən az olmayan hüquqi şəxslərin tam adı, olduğu yer və poçt ünvanı. Emitentin bütün törəmə və digər müəssisələrində nizamnamə kapitallarında olan iştirakının payı (faizlə);
4.4.11 nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə kapitalının miqdarı, səhmlərin (payların) miqdarı, onların nominal dəyəri və növləri, habelə səhmlərin ayrı-ayrı növlərinin imtiyazları haqqında məlumat və imtiyazlı səhmlərlə təsbit olunmuş hüquqların məzmunu;
4.4.12 müstəqil auditorun hesabatı ilə birlikdə, emitentin illik maliyyə hesabatları və səhmlərin buraxılması haqqında qərar qəbul ediləndən sonuncu rüb ərzində onun fəaliyyətinin maliyyə nəticələri haqqında, o cümlədən, mənfəətdən istifadə haqqında hesabat;
4.4.13 emitentin təsis edildiyi tarixdən və ya son beş maliyyə ili ərzində səhmlər (paylar) üzrə ödənilmiş dividentlər haqqında məlumat;
4.4.14 emitentin tədavüldə olan investisiya qiymətli kağızları haqqında məlumat (investisiya qiymətli kağızların növü və forması, sayı, nominal dəyəri, buraxılışının dövlət qeydiyyat nömrəsi, qeydiyyat tarixi və qiymətli kağızlarla təsbit olunan hüquqlar);
4.4.15 səhm buraxılışı haqqında ümumi məlumat:
· forması (adlı və ya adsız, sənədli və ya sənədsiz);
· növü (adi və ya imtiyazlı);
· buraxılışın ümumi həcmi (nominal dəyər üzrə);
· yerləşdirilən səhmlərin miqdarı;
· bir səhmin nominal dəyəri;
· səhm sahiblərinə verilən hüquqlar;
4.4.16 səhmlərin yerləşdirilməsi qaydası (səhmlərin yerləşdirilməsi üsulu, yerləşdirilmənin başlanma və başa çatma tarixləri, səhmlərin dəyərinin ödənilməsi şərtləri və qaydası);
4.4.17 emitentin kreditor borcları;
4.4.18 üstünlük hüququ tətbiq edildiyi halda, həmin hüququn həyata keçirilməsi qaydası və müddəti, yaxud üstünlük hüququnun tətbiq edilmədiyi barədə qeyd;
4.4.19 səhmlərin yerləşdirilməsində iştirak edəcək qiymətli kağızlar bazarının peşəkar iştirakçısının tam adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olma müddəti;
4.4.20 səhmlərin emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;
4.4.21 səhmlərin əldə edilməsi üçün məhdudiyyətlər (olduqda);
4.4.22 səhmlərin saxlanması və onlara hüquqların uçotu depozitar tərəfindən aparıldığı halda, həmin depozitarın tam adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət;
4.4.23 səhm sahiblərinin reyestrini aparan qiymətli kağızlar bazarının peşəkar iştirakçısının tam adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət;
4.4.24 səhmlərin yerləşdirilməsində iştirak edəcək anderrayterin tam adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət;
4.4.25 emitentin zəruri hesab etdiyi digər məlumatlar.
4.5 Hər səhm buraxılışı üçün ayrıca emissiya prospekti tərtib edilir.
4.6 Səhmlərin emissiya prospektinin titul vərəqi bu Qaydaların 6№-li əlavəsinə uyğun olaraq tərtib edilir.
4.7 Səhmlərin buraxılışının dövlət qeydiyyatına alınması üçün emitent ərizə ilə QKDK-ya müraciət edir. Ərizə (Əlavə № 5) poçt və ya QKDK-nın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə verilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
4.7.1 səhmlərin emissiyası haqqında qərar;
4.7.2 emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və təsis sənədlərinin surətləri;
4.7.3 səhmlərin emissiya prospektinin iki nüsxəsi (buraxılış emissiya prospekti ilə müşayiət olunursa);
4.7.4 səhmlər sənədli formada buraxıldıqda, səhm sertifikatının nümunəsi;
4.7.5 emissiya prospektinin qeydiyyata alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
4.8 Sənədli formada buraxılan səhm sertifikatları yalnız QKDK tərəfindən bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış mətbəə tərəfindən çap edilə bilər.
4.9 Səhmlərin buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 15 (on beş) iş günü müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda, səhmlərin buraxılışı dövlət qeydiyyatına alınır.
4.10 Əgər sənədlərin təqdim olunması zamanı emissiya prospektinə əlavə və ya dəyişikliklər edilirsə, bu halda həmin əlavə və dəyişikliklərin təqdim edildiyi gün sənədlərin təqdim edilmə tarixi sayılır.
4.11 Səhm buraxılışı dövlət qeydiyyatına alındıqda QKDK tərəfindən emitentə səhm buraxılışının dövlət qeydiyyatına alınması barədə qiymətli kağızların dövlət reyestrindən Çıxarış (Əlavə №17) və səhmlərin emissiya prospektinin (səhm buraxılışı emissiya prospekti ilə müşayiət olunursa) QKDK tərəfindən təsdiq edilmiş bir nüsxəsi verilir.
4.12 Səhmlərin buraxılışının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilir:
4.12.1 təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;
4.12.2 səhmlərin emissiya prospektinə və ya səhmlərin emissiyası haqqında qərara (səhmlərin buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatlar daxil edildikdə;
4.12.3 emitent tərəfindən qiymətli kağızlar bazarında ciddi qanun pozuntularına yol verildikdə;
4.12.4 emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları haqqında hesabat qeydiyyatdan keçmədikdə.
4.13 QKDK səhm buraxılışının dövlət qeydiyyatına alınmasından imtina etdikdə təqdim olunmuş sənədlər geri qaytarılmır və emitentə səhm buraxılışının dövlət qeydiyyatından imtina edilməsi haqqında bildiriş təqdim edilir.
4.14 Səhm buraxılışının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında qərardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.
4.15 Səhm buraxılışı dövlət qeydiyyatına alınana qədər səhmlərin reklamı, hər hansı bir investora rəsmi təklif edilməsi və emissiya prospektinin potensial investorlara təqdim edilməsi qadağandır.
4.16 Səhmlərin emissiya prospekti emitentin ünvanında, səhmlərin satıldığı fond birjasında olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən heç bir ödəniş tələb olunmadan marağı olan şəxslərə təqdim edilməlidir. Emitent emissiya prospekti ilə tanış olmaq üçün zəruri olan şəraiti yaratmalı və bunun üçün ünvanı və vaxtı kütləvi informasiya vasitələrində və öz internet səhifəsində (olduqda) elan etməlidir.
4.17 Səhmlərin emissiya prospektində olan məlumatların açıqlanması başlandığı tarixdən etibarən azı 15 (on beş) gün bitənə qədər səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinin başlanmasına yol verilmir.
4.18 Emitent səhmlərini yerləşdirmək hüququnu onların buraxılışı dövlət qeydiyyatına alındığı və emissiya prospektində olan məlumatlar açıqlandığı (səhmlərin buraxılışı emissiya prospekti ilə müşayiət olunursa) andan əldə edir.
4.19 Səhmlərin yerləşdirilməsi onların ilk sahiblərinə özgəninkiləşdirilməsidir.
4.20 Səhmlərin yerləşdirilməsi səhmlərin emissiyası haqqında qərarda, açıq səhmdar cəmiyyətinin səhmlərinin yerləşdirilməsi həmçinin səhmlərin emissiya prospektində göstərilən qaydada həyata keçirilir.
4.21 Açıq səhmdar cəmiyyətinin səhmlərinin yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçirilir.
4.22 Səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsi fond birjasında həyata keçirilir.
4.23 Kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin dəyəri yalnız pulla ödənilir.
4.24 Qapalı səhmdar cəmiyyətinin səhmlərinin yerləşdirilməsi qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir.
4.25 Səhmlərin qapalı yerləşdirilməsi broker vasitəsi ilə həyata keçirilir.
4.26 Qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən səhmlərin dəyərinin ödənilməsinə yönəldilmiş pul olmayan əmlakın qiymətləndirilməsi emitentin səhmdarları arasında razılaşmaya əsasən yerinə yetirilməli və auditdən keçirilməlidir.
4.27 Yerləşdirilən səhmlərin miqdarı həmin səhmlərin emissiyası haqqında qərarda və emissiya prospektində göstərilən miqdarından çox olmamalıdır.
4.28 Emitent səhmlərin emissiyası haqqında qərarda və ya emissiya prospektində göstəriləndən az sayda səhmlər yerləşdirə bilər.
4.29 Emitent səhmlərin yerləşdirilməsi müddəti ərzində (Əlavə №7) QKDK-ya səhmlərin yerləşdirilməsi haqqında hesabatı səhmlərin buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən, onların yerləşdirilməsi başa çatanadək hər altı aydan bir təqdim etməlidir.
4.30 Səhmlərin yerləşdirilməsi haqqında hesabat poçt və ya QKDK-nın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə verilir.
4.31 Səhmlərin emissiyanın baş tutmuş hesab edilməsi üçün əsas olan yerləşdirilmiş hissəsi yerləşdirilən səhmlərin miqdarının əlli faizini təşkil edir.
4.32 Açıq səhmdar cəmiyyətinin səhmlərinin emissiyasının baş tutmuş hesab edilməsi üçün əsas olan səhm hissəsinin yerləşdirilməsi səhm buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən bir ildən gec olmayaraq başa çatmalıdır.
4.33 Səhmlərin nominal dəyərdən aşağı qiymətlə yerləşdirilməsinə yol verilmir.
4.34 Səhmlərin yerləşdirilməsi başa çatdığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq emitent səhmlərin emissiyasının yekunları haqqında hesabatı(Əlavə №9), onun qeydiyyatına alınması üçün ərizə(Əlavə №8) ilə birlikdə QKDK-ya poçt və ya QKDK-nın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə təqdim etməlidir.
4.35 QKDK səhmlərin emissiyasının yekunları haqqında hesabata 15 (on beş) gün müddətində baxır və qeydiyyatdan imtina üçün əsaslar olmadıqda onu qeydiyyatına alır və bu barədə emitentə arayış (Əlavə №18) verilir.
4.36 QKDK investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatı qeydiyyata almaqdan həmin buraxılış qiymətli kağızlarının emissiyası ilə əlaqədar qanun pozuntularına yol verildikdə imtina edir.
4.37 Səhmlərin emissiyasının yekunları haqqında hesabatın qeydiyyata alınmasından imtina edildikdə QKDK tərəfindən emitentə bu imtinanın əsasları göstərilməklə bildiriş verilir.
4.38 Səhmlərin emissiyasının yekunları haqqında hesabatın qeydiyyata alınmasından imtina səhmlərin emissiyasının baş tutmamış hesab edilməsi üçün əsasdır.
4.39 Emitent səhmlərin emissiyasının yekunları haqqında hesabatın qeydiyyata alınmasından imtinadan inzibati və məhkəmə qaydasında şikayət edə bilər.
4.40 Açıq səhmdar cəmiyyətinin səhmlərinin emissiyasının yekunları haqqında hesabatda olan məlumatlar həmin hesabat qeydiyyatına alındığı tarixdən etibarən 7 (yeddi) gündən gec olmayaraq emitent tərəfindən kütləvi informasiya vasitələrində açıqlanmalıdır.
4.41 Səhmlərin emissiyasının dayandırılması QKDK-nın qərarı ilə səhmlərin reklamının, təklifinin və yerləşdirilməsi üzrə digər tədbirlərinin dayandırılmasıdır.
4.42 Səhmlərin emissiyası aşağıdakı əsaslarla QKDK tərəfindən dayandırılır:
4.42.1 qeydiyyata alınmış emissiya şərtlərinin, habelə mövcud qanunvericiliyin səhmlərin emissiyası ilə bağlı olan tələbləri pozulduqda;
4.42.2 səhmlərin dövlət qeydiyyatından keçmiş sayından çox yerləşdirildikdə.
4.43 Səhmlərin emissiyasının dayandırılması barədə QKDK tərəfindən 5(beş) iş günü ərzində emitentə rəsmi bildiriş göndərilir.
4.44 Səhmlərin emissiyasının dayandırılması haqqında bildiriş alındıqdan dərhal sonra, emitent kütləvi informasiya vasitələri ilə bu barədə məlumat verməli və səhmlərin emissiyası zamanı yol verilmiş pozuntuların 15 (on beş) iş gün müddətində aradan qaldırılmasını təmin etməlidir.
4.45 Səhmlərin emissiyasının dayandırılması üçün əsas olan pozuntular aradan qaldırıldıqdan sonra, səhmlərin emissiyası emitentin yazılı müraciəti əsasında QKDK tərəfindən bərpa olunur. Bu zaman səhmlərin yerləşdirilməsi müddəti emissiyanın dayandırıldığı müddəti uzadılır.
4.46 Səhmlərin emissiyasının dayandırılması ilə əlaqədar xərclər və investorlara müvafiq vəsaitlərin qaytarılması emitentin vəsaiti hesabına həyata keçirilir.
4.47 Səhmlərin emissiyası aşağıdakı əsaslarla QKDK tərəfindən baş tutmamış hesab edilir:
4.47.1 səhm buraxılışının əlli faizindən az miqdarda səhmlər yerləşdirildikdə;
4.47.2 bu Qaydaların 4.44-cü bəndində müəyyən edilmiş müddət ərzində pozuntular aradan qaldırılmadıqda.
4.48 Səhmlərin emissiyasının baş tutmamış hesab edildikdə, bu barədə QKDK tərəfindən emitentə emissiyanın baş tutmamış hesab edilməsinin əsasları göstərilən bildiriş verilir.
4.49 Səhmlərin emissiyası baş tutmamış hesab edildiyi zaman investorlara vəsaitlərin qaytarılması qaydası Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 08 iyun 2004-cü il tarixli 079 saylı Əmri ilə təsdiq edilmiş “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi” Qaydaları ilə müəyyən edilir.
4.50 Səhmlərin emissiyası zamanı mövcud qanunvericiliyin tələbləri pozulduğu hallarda QKDK-nın iddiası ilə məhkəmə tərəfindən həmin buraxılış etibarsız hesab edilə bilər. Bu halda həmin buraxılışın yerləşdirilməsindən əldə edilmiş vəsaitlər investorlara qaytarılmalıdır.
5. Səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı səhmlərin emissiyası
5.1 Səhmlərin birləşdirilməsi, xırdalanması, səhmlərin nominal dəyərinin artırılması və azaldılması səhmlərin emissiyası haqqında qərar (Əlavə №11) əsasında həyata keçirilir.
5.2 Səhmlərin birləşdirilməsi zamanı səhmlərin emissiyası haqqında qərarda yerləşdirilən hər səhmə dəyişdirilən səhmlərin sayı tam ədədlə ifadə olunmalıdır. Səhmlər birləşdirilməsi zamanı tam dəyişdirilməsi mümkün olmayan səhmlər olduqda səhmlərin emissiyası haqqında qərarın qəbul edilməsinə yol verilmir.
5.3 Səhmlərin xırdalanması zamanı səhmlərin emissiyası haqqında qərarda xırdalanan hər səhmin dəyişdirildiyi səhmlərin sayı tam ədədlə ifadə olunmalıdır.
5.4 Səhmlərin nominal dəyərinin artırılması yolu ilə emitentin nizamnamə kapitalının artırılması yalnız emitentin bölüşdürülməmiş mənfəəti və ya səhmdarları tərəfindən edilən ödənişlər hesabına həyata keçirilir.
5.5 Səhmlərin nominal dəyəri artırılan və azaldılan zaman səhmlərin emissiyası haqqında qərar emitent tərəfindən geri alınmış səhmlər olmadığı halda qəbul edilə bilər.
5.6 Səhmlərin emissiyası haqqında qərarda səhmlərin dəyişdirilməsi zamanı səhmdarların səhmlərlə təsbit olunan hüquqlarının həyata keçirilməsi qaydası göstərilməlidir.
5.7 Səhmlərin emissiyası haqqında qərar emitentin səhmdarlarının ümumi yığıncağı tərəfindən qəbul edilir.
5.8 Hər növ səhmlərin emissiyası, o cümlədən buraxılış şərtləri haqqında ayrıca qərar qəbul edilir.
5.9 Səhmlərin buraxılışının dövlət qeydiyyatına alınması üçün emitent ərizə ilə QKDK-ya müraciət edir. Ərizə (Əlavə № 10) poçt və ya QKDK-nın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə verilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
5.9.1 səhmlərin emissiyası haqqında qərar;
5.9.2 səhmlərin nominal dəyərinin bölüşdürülməmiş mənfəətin hesabına artırılması zamanı – başa çatmış son maliyyə ili üzrə illik balansın və onun yoxlanılması haqqında auditor rəyinin surətini;
5.9.3 səhmlərin nominal dəyərinin azaldılması zamanı - emitentin nizamnamə kapitalının azaldılması haqqında onun kreditorlarına bildirişlərin göndərilməsini təsdiq edən sənədi, emitent bank olduqda həmçinin nizamnamə kapitalının azaldılmasına Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş icazənin surətini;
5.9.4 səhmlərin birləşdirilməsi və xırdalanması zamanı - birləşdirilən və ya xırdalanan səhmlərin sahiblərinin sayı və onların hər birinə məxsus səhmlərin sayı göstərilən siyahını;
5.9.5 səhmlər sənədli formada buraxıldıqda, səhm sertifikatının nümunəsi.
5.10 Sənədli formada buraxılan səhm sertifikatları yalnız QKDK tərəfindən bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış mətbəə tərəfindən çap edilə bilər.
5.11 Səhmlərin buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 15 (on beş) iş günü müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda, səhmlərin buraxılışı dövlət qeydiyyatına alınır.
5.12 Səhm buraxılışı dövlət qeydiyyatına alındıqda QKDK tərəfindən emitentə səhm buraxılışının dövlət qeydiyyatına alınması barədə qiymətli kağızların dövlət reyestrindən Çıxarış(Əlavə №17) verilir.
5.13 Emitentin səhmdarlarının reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparıldığı halda, QKDK və emitent tərəfindən həmin reyestrsaxlayıcıya qeydiyyata alınmış səhm buraxılışı haqqında məlumat verilməlidir.
5.14 Səhmlərin buraxılışının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilir:
5.14.1 təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;
5.14.2 səhmlərin emissiyası haqqında qərara (səhmlərin buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatlar daxil edildikdə;
5.14.3 emitent tərəfindən qiymətli kağızlar bazarında ciddi qanun pozuntularına yol verildikdə;
5.14.4 emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları haqqında hesabat qeydiyyatdan keçmədikdə.
5.15 QKDK səhm buraxılışının dövlət qeydiyyatına alınmasından imtina etdikdə təqdim olunmuş sənədlər geri qaytarılmır və emitentə səhm buraxılışının dövlət qeydiyyatından imtina edilməsi haqqında bildiriş təqdim edilir.
5.16 Səhm buraxılışının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında qərardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.
5.17 Emitent səhmlərini yerləşdirmək hüququnu onların buraxılışı dövlət qeydiyyatına alındığı andan əldə edir.
5.18 Səhmlərin yerləşdirilməsi səhmlərin emissiyası haqqında qərara əsasən, qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir.
5.19 Səhmlərin birləşdirilməsi zamanı birləşdirilən iki və ya daha artıq sayda səhmlər nominal dəyəri həmin səhmlərin ümumi nominal dəyərinə bərabər olan bir səhmə dəyişdirilir.
5.20 Səhmlərin xırdalanması zamanı xırdalanan bir səhm ümumi nominal dəyəri həmin səhmin nominal dəyərinə bərabər olan iki və ya daha artıq sayda səhmlərə dəyişdirilir.
5.21 Səhmlərin nominal dəyərinin artırılması zamanı daha aşağı nominal dəyəri olan səhmlər daha yüksək nominal dəyəri olan səhmlərə dəyişdirilir.
5.22 Səhmlərin nominal dəyərinin azaldılması zamanı daha yüksək nominal dəyəri olan səhmlər daha aşağı nominal dəyəri olan səhmlərə dəyişdirilir.
5.23 Səhmlərin nominal dəyərinin səhmdarlar tərəfindən edilən ödənişlər hesabına artırılması zamanı yerləşdirilən səhmlərin dəyəri tam ödənilməlidir.
5.24 Emitentin səhmdarlarının reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparıldığı halda, səhm buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən 5 (beş) gündən gec olmayaraq emitent qanunvericiliklə müəyyən edilmiş sənədləri reyestrsaxlayıcıya təqdim etməlidir.
5.25 Səhmlərin dəyişdirilməsi səhm buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq, bir tarixdə həyata keçirilir.
5.26 Səhmlərin yerləşdirilməsi başa çatdığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq emitent səhmlərin emissiyasının yekunları haqqında hesabatı (Əlavə №13), onun dövlət qeydiyyatına alınması üçün ərizə (Əlavə №12) ilə birlikdə QKDK-ya poçt və ya QKDK-nın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə təqdim etməlidir.
5.27 QKDK səhmlərin emissiyasının yekunları haqqında hesabata 15 (on beş) gün müddətində baxır və qeydiyyatdan imtina üçün əsaslar olmadıqda onu qeydiyyatına alır və bu barədə emitentə arayış (Əlavə №18) verilir.
5.28 QKDK investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatı qeydiyyata almaqdan həmin buraxılış qiymətli kağızlarının emissiyası ilə əlaqədar qanun pozuntularına yol verildikdə imtina edir.
5.29 Səhmlərin emissiyasının yekunları haqqında hesabatın qeydiyyata alınmasından imtina edildikdə QKDK tərəfindən emitentə bu imtinanın əsasları göstərilməklə bildiriş verilir.
5.30 Səhmlərin emissiyasının yekunları haqqında hesabatın qeydiyyata alınmasından imtina səhmlərin emissiyasının baş tutmamış hesab edilməsi üçün əsasdır. Səhmlərin emissiyasının baş tutmamış hesab edilməsi haqqında məlumat QKDK tərəfindən dərc edildiyi tarixdən etibarən iki ay müddətində emitent səhmlərin yerləşdirilməsindən əldə olunmuş vəsaitin investorlara qaytarılmasını təmin etməlidir.
5.31 Emitent səhmlərin emissiyasının yekunları haqqında hesabatın qeydiyyata alınmasından imtinadan inzibati və məhkəmə qaydasında şikayət edə bilər.
6. Kommersiya təşkilatlarının yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyası
6.1 Yenidən təşkil halında qiymətli kağızların buraxılışı haqqında qərar yenidən təşkil nəticəsində yeni yaranmış kommersiya təşkilatının iştirakçılarının (səhmdarlarının) ümumi yığıncağı tərəfindən yenidən təşkil olunan kommersiya təşkilatlarının yenidən təşkil haqqında qərarlarına müvafiq olaraq qəbul edilir.
6.2 Qiymətli kağızların hər buraxılışı haqqında ayrıca qərar (əlavə №15) qəbul edilməlidir.
6.3 Səhmlərin buraxılışı haqqında qərarda səhmlərlə təsbit olunan hüquqlar həmin qərarı qəbul etmiş səhmdar cəmiyyətinin nizamnaməsinin həmin növ səhmlərlə təsbit olunan hüquqlara dair müddəalarına uyğun olmalıdır.
6.4 İstiqrazların buraxılışı haqqında qərarda istiqrazlarla təsbit olunan hüquqlar onlara konvertasiya ediləcək istiqrazlarla təsbit olunmuş hüquqlarla eyni olmalıdır.
6.5 Kommersiya təşkilatlarının yenidən təşkili zamanı yerləşdirilən qiymətli kağızların buraxılışlarının dövlət qeydiyyatına alınması üçün emitent ərizə ilə QKDK-ya müraciət edir. Ərizə (Əlavə № 14) poçt və ya QKDK-nın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə verilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
6.5.1 qiymətli kağızların hər buraxılışı haqqında qərar;
6.5.2 yenidən təşkil olunan kommersiya təşkilatlarının yenidən təşkili haqqında qərarların qəbul edildiyi ümumi yığıncaqların protokollarından həmin qərarlara dair yetərsayın və səsvermənin nəticələrinin əks olunduğu çıxarışlar;
6.5.3 emitentin nizamnaməsinin surəti;
6.5.4 emitentin dövlət qeydiyyatına alındığını təsdiq edən sənədin surəti;
6.5.5 birləşmə, qoşulma və ya çevrilmə halında - təhvil aktının surəti;
6.5.6 bölünmə və ya ayrılma halında - bölünmə balansının surəti;
6.5.7 təminatlı istiqrazların yerləşdirilməsi zamanı onlara konvertasiya ediləcək istiqrazlar üzrə verilmiş təminatın qüvvədə olması barədə həmin təminatı təqdim etmiş şəxsin yazılı bildirişi və ya, belə təminata xitam verildiyi halda, yeni təminatın verilməsini təsdiq edən sənədin surəti;
6.5.8 sənədli qiymətli kağızların yerləşdirilməsi zamanı qiymətli kağızın sertifikatının nümunəsi;
6.5.9 hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına göndərilən yazılı bildirişin göndərilməsini təsdiq edən sənəd;
6.5.10 qiymətli kağızlarla ifadə olunmuş borc öhdəliklərinin (olduqda) vaxtından əvvəl icra olunması barədə məlumat.
6.6 Birləşmə, bölünmə, ayrılma və ya çevrilmə halında qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınması üçün sənədlər yenidən təşkil nəticəsində yeni yaranmış kommersiya təşkilatının dövlət qeydiyyatına alındığı tarixdən etibarən bir aydan gec olmayaraq QKDK-ya təqdim edilməlidir.
6.7 Qoşulma halında qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınması üçün sənədlər qiymətli kağızların buraxılışı haqqında qərar qəbul edildiyi tarixdən etibarən bir aydan gec olmayaraq QKDK-ya təqdim edilməlidir.
6.8 QKDK-ya təqdim olunan sənədlər emitent tərəfindən kağız daşıyıcıda və ya qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron sənəd vasitəsi ilə QKDK-nın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsindən istifadə etməklə verilir.
6.9 Sənədli formada buraxılan qiymətli kağız sertifikatları yalnız QKDK tərəfindən bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış mətbəə tərəfindən çap edilir.
6.10 Qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 15 (on beş) iş günü müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda, qiymətli kağızların buraxılışı dövlət qeydiyyatına alınır.
6.11 Qiymətli kağızların buraxılışı dövlət qeydiyyatına alındıqda QKDK tərəfindən emitentə qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması barədə qiymətli kağızların dövlət reyestrindən Çıxarış (Əlavə №17) verilir.
6.12 Qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilir:
6.12.1 təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;
6.12.2 səhmlərin emissiyası haqqında qərarda (səhmlərin buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatlar daxil edildikdə;
6.12.3 emitent tərəfindən qiymətli kağızlar bazarında ciddi qanun pozuntularına yol verildikdə;
6.12.4 emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları haqqında hesabat qeydiyyatdan keçmədikdə.
6.13 QKDK qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınmasından imtina etdikdə təqdim olunmuş sənədlər geri qaytarılmır və emitentə qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatından imtina edilməsi haqqında bildiriş təqdim edilir.
6.14 Qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında qərardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.
6.15 Qoşulan səhmdar cəmiyyətinin səhmləri (payları) əsas səhmdar cəmiyyəti tərəfindən geri satın alınmış səhmlərə konvertasiya edilə bilməz.
6.16 Qoşulan səhmdar cəmiyyətinin geri satın alınmış səhmləri əsas səhmdar cəmiyyətinin səhmlərinə konvertasiya edilmədən ləğv edilir.
6.17 Birləşmə və ya bölünmə şəklində yenidən təşkil olunan səhmdar cəmiyyətinin geri satın alınmış səhmləri belə yenidən təşkil nəticəsində yeni yaranmış səhmdar cəmiyyətinin səhmlərinə konvertasiya edilmədən ləğv edilirlər.
6.18 Ayrılma şəklində yenidən təşkil olunan səhmdar cəmiyyətinin geri satın alınmış səhmləri belə yenidən təşkil nəticəsində yeni yaranmış səhmdar cəmiyyətinin səhmlərinə konvertasiya edilə bilməz.
6.19 Yenidən təşkil zamanı səhmlərin istiqrazlara və istiqrazların səhmlərə, adi səhmlərin imtiyazlı səhmlərə, imtiyazlı səhmlərin adi səhmlərə konvertasiyası, habelə yenidən təşkil olunan məhdud məsuliyyətli cəmiyyətin, tam və ya kommandit ortaqlığının paylarının istiqrazlara və ya imtiyazlı səhmlərə dəyişdirilməsi qadağandır.
6.20 Birləşmə nəticəsində yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı yenidən təşkildə iştirak edən kommersiya təşkilatlarının nizamnamə kapitallarının miqdarından artıq ola bilməz.
6.21 Qoşulma nəticəsində əsas səhmdar cəmiyyətinin nizamnamə kapitalı qoşulan kommersiya təşkilatının nizamnamə kapitalına bərabər məbləğdə artırılır.
6.22 Ayrılma və ya bölünmə nəticəsində yeni yaranmış səhmdar cəmiyyətinin nizamnamə kapitalı yenidən təşkil olunan kommersiya təşkilatının nizamnamə kapitalının müvafiq məbləğdə azaldılması hesabına formalaşır.
6.23 Çevrilmə nəticəsində yeni yaranmış səhmdar cəmiyyətinin nizamnamə kapitalı yenidən təşkil olunan kommersiya təşkilatının nizamnamə kapitalından artıq ola bilməz.
6.24 Kommersiya təşkilatlarının yenidən təşkili zamanı yerləşdirilən qiymətli kağızların dəyərinin ödənilməsi üçün onlara konvertasiya edilən qiymətli kağızlardan və ya dəyişdirilən paylardan əlavə digər ödənişlərin edilməsi qadağandır.
6.25 Adlı qiymətli kağızların yerləşdirilməsi halında emitent onların sahibləri haqqında məlumatların qiymətli kağızların sahiblərinin reyestrinə daxil edilməsini təmin etməlidir.
6.26 Sənədsiz qiymətli kağızların yerləşdirilməsi halında emitent depozitar fəaliyyəti ilə məşğul olan qiym&