AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.10.2003
QEYDİYYAT NÖMRƏSİ
958
ADI
"Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanına dəyişikliklər və əlavələr edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2003, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 563)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanına dəyişikliklər və əlavələr edilməsi haqqında

"Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanına dəyişikliklər və əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları"na (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il № 11, maddə 704) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1) 2.1-ci bənddən "o cümlədən metro stansiyalarında" sözləri çıxarılsın;

2) Qaydalara aşağıdakı məzmunda 6-cı bölmə əlavə edilsin:

"6. Metro stansiyalarında və metro qatarlarında reklam yayımına razılıq verilməsi qaydaları

6.1. Metro stansiyalarında və metro qatarlarında reklamın yayılmasına razılıq Bakı Metropoliteni tərəfindən bu qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilir.

6.2. Metro stansiyalarında və metro qatarlarında reklam yayımına verilən razılıq sənədinin forması Bakı Metropoliteni tərəfindən təsdiq edilir.

6.3. Reklam metropoliten nəqliyyatının aşağıda göstərilən səthlərində yerləşdirilə bilər:

metro stansiyalarının yerüstü vestibüllərində, damlarda, vitrin şüşələrində;

kassa zallarında, yeraltı keçidlərin divarlarında;

platforma divarlarında və orta zalda;

eskalator tunellərində;

metro vaqonlarının içində ayrıca pasportlaşdırılmış sahələrdə.

6.4. Reklamla metropoliten vasitələrinin rənginin 50 faizindən artıq dəyişdirilməsinə icazə verilmir.

6.5. Metropoliten vasitələrinin səthində reklamın həcmi 60 faizdən çox olmamalıdır.

6.6. Metropoliten vasitələrində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə salınmalıdır, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 50 faizindən çox olmamalıdır.

6.7. Metropolitendə reklam yayımına yol verilməyən səthlər:

metroya aid hər bir qurğuların, avadanlığın, aparatların üzərində;

metro vaqonlarının, banın, qapıların və yaxud şüşələrin üzərində;

metro vaqonlarının qabaq və arxa hissələrində;

metroya giriş və çıxış qapılarının üzərində"

2. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

                     № 958

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status