2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
İslam Həmrəyliyi Oyunları keçirilməyə başlandığı dövrdən etibarən dünya idman ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Həmin oyunlarda Azərbaycanın fəal iştirakı və idmançılarımızın uğurlu nəticələri bir daha respublikamızda idmanın yüksək inkişaf səviyyəsinə çatdığını göstərir.
Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülmüşdür. Belə mötəbər yarışın paytaxtımızda təşkili irimiqyaslı kompleks idman tədbirlərinin keçirilməsində respublikamızın malik olduğu potensial imkanları nümayiş etdirəcək, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idman əlaqələrini genişləndirəcək, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun bundan sonra da artmasını təmin edəcəkdir.
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyinin dəstəklənməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
|
||
Yaqub Eyyubov
|
–
|
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
|
Təşkilat Komitəsinin üzvləri
|
||
Azad Rəhimov
|
–
|
Azərbaycan Respublikasının gənclər və idman naziri
|
Hacıbala Abutalıbov
|
–
|
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
|
Elmar Məmmədyarov
|
–
|
Azərbaycan Respublikasının xarici işlər naziri
|
Kəmaləddin Heydərov
|
–
|
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
|
Şahin Mustafayev
|
–
|
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
[1]
|
Samir Şərifov
|
–
|
Azərbaycan Respublikasının maliyyə naziri
|
Əbülfəs Qarayev
|
–
|
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
|
Əli Abbasov
|
–
|
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
[2]
|
Füzuli Ələkbərov
|
–
|
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
|
Rövnəq Abdullayev
|
–
|
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
|
Çingiz Hüseynzadə
|
–
|
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
|
İlqar Rəhimov
|
–
|
Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti
|
Ağacan Abiyev
|
–
|
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi
|
Fərid Mansurov
|
–
|
Olimpiya çempionu
|
Namiq Abdullayev
|
–
|
Olimpiya çempionu
|
Zemfira Meftəhətdinova
|
–
|
Olimpiya çempionu
|
Elnur Məmmədli
|
–
|
Olimpiya çempionu
|
Nizami Paşayev
|
–
|
İslam Həmrəyliyi Oyunlarının çempionu
|
2. Təşkilat Komitəsi Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etsin.
3. Təşkilat Komitəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı Bakı şəhərinin namizədliyinin sifariş kitabını hazırlasın.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2012-ci il
№ 2268
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)
2.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 1-ci hissəsində “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.
[2]
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.