×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
20.04.2012
QEYDİYYAT NÖMRƏSİ
331-IVQD
ADI
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 05-06-2012, Nəşr nömrəsi: 122), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2012, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 497)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201204200331
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.06.2012
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 8, maddə 657, № 11, maddə 932; 2007, № 1, maddə 3, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 6, maddə 460, № 8, maddə 707, № 12, maddə 1048; 2009, № 2, maddə 36) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddənin birinci hissəsinin dördüncü bəndində “ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması” sözləri “ehtiyacları üçün alınması” sözləri ilə əvəz edilsin;

2. 38-ci maddənin beşinci abzasında “bu Məcəllədə” sözləri “qanunla” sözü ilə əvəz edilsin və həmin abzasdan “geri” sözü çıxarılsın;

3. XIV fəslin adı aşağıdakı redaksiyada verilsin:

“Torpaqların dövlət ehtiyacları üçün alınması”;

4. 70-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 70. Torpaqların dövlət ehtiyacları üçün alınması

Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;

5. 71-ci və 72-ci maddələr çıxarılsın;

6. 73-cü maddənin 1-ci bəndinin on birinci abzası aşağıdakı redaksiyada verilsin:

“dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda;” ;

7. 84-cü maddənin 5-ci və 96-cı maddənin 6-cı bəndləri çıxarılsın.

 

 İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 20 aprel 2012-ci il

331-IVQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status