AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİNİN QƏRARI
№ 1
Bakı şəhəri, “22” dekabr 2011-сi il
“Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 159-IVDQ nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2011-ci il tarixli 491 nömrəli Fərmanının 1.3.-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” təsdiq edilsin. (əlavə olunur)
2. Konsulluq idarəsinin rəisinə (Mehriban Nəcəfova) və Hüquqi təminat idarəsinin rəisi vəzifəsini icra edən şəxsə (Hüseyn Hüseynov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.
3. “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ını təsdiq etmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 2008-ci il 16 fevral tarixli 273 nömrəli Əmri ləğv edilsin.
Azərbaycan Respublikasının
|
|
Xarici İşlər naziri
|
Elmar Məmmədyarov
|
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi
Qərar № 1
22 dekabr 2011-ci il
Naziri
_______________________
Elmar Məmmədyarov
|
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat
I Bölmə
Ümumi müddəalar
1. Bu Təlimat “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli, 261 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə hazırlanmış və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərinin, təşkilatlarının və əcnəbilərin Azərbaycan Respublikasının ərazisində əmlak və şəxsi qeyri-əmlak münasibətləri üzrə notariat hərəkətlərinin aparılması qaydalarını müəyyən edir.
Bu Təlimat Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərinin və təşkilatlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda olan əmlak və şəxsi qeyri-əmlak münasibətləri üzrə (Azərbaycan Respublikası qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa) notariat hərəkətlərinin aparılması qaydalarını müəyyən etmir.”;
2. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında səlahiyyətli vəzifəli şəxslər – konsullar aşağıdakı notariat hərəkətlərini aparır:
1) Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
5) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
6) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
8) şəxsin sağ olması faktını təsdiq edir;
9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
10) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
12) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, sənədli qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;
[1]
13) icra qeydləri aparır;
14) sənədləri saxlanmaq üçün qəbul edir;
15) dəniz protestləri tərtib edir;
16) sübutları təmin edir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında səlahiyyətli vəzifəli şəxslərə – konsullara digər notariat hərəkətlərinin aparılması da həvalə edilir.
3. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətləri səlahiyyətli vəzifəli şəxslər – konsullar (bundan sonra – “konsul”) tərəfindən aparılır.
4. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa zidd olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar və bu Təlimat rəhbər tutulur.
5. Konsul bu Təlimatın 2-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edir, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlayır, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verir, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edir.
6. Konsul bu Təlimatdan irəli gələn vəzifələri yerinə yetirərkən:
1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir:
2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir;
3) bu Təlimata əsaslanaraq Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, notariat hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.
7. Notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir.
Notariat hərəkətləri ilə bağlı sənədlər Azərbaycan Respublikasının məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir, vəkilə isə notariat hərəkətləri ilə bağlı sənədlərin surətləri onun yazılı sorğusu və orderi əsasında verilir.
Konkret cinayət işləri ilə əlaqədar notariat sənədlərinin götürülməsindən əvvəl həmin orqanlar konsulu götürmə barədə qərarla tanış etməlidir. Notariat sənədlərinin götürülməsi müvafiq protokolla rəsmiləşdirilir və onun surəti konsula verilir.
Vəsiyyətnamələr haqqında arayışlar (vəsiyyətnamənin olması, onun məzmunu və sair) yalnız vəsiyyət edənin ölümündən sonra onun ölümü haqqında şəhadətnamə təqdim olunduqda verilir.
Konsul, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər. Bu barədə konsul bu şəxsləri xəbərdar edir.
Notariat hərəkətlərinin aparılması ilə əlaqədar konsula qarşı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun cinayət işi qaldırıldıqda məhkəmə onu sirri saxlamaq vəzifəsindən azad edə bilər.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda aparılmış notariat hərəkətləri barədə məlumatlar Azərbaycan Respublikasının və xarici ölkələrin məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir.
8. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə müvafiq olaraq, konsul tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının adına və bu şəxslərin adından, həmin konsul ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır.
Göstərilən hallarda notariat hərəkətləri Azərbaycan Respublikasının digər diplomatik nümayəndəlik və konsulluqlarında aparılır.
Bu bəndin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və Azərbaycan Respublikası məhkəməsinin qərarı ilə ləğv edilməsi üçün əsasdır.
9. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.
Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, konsul imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir.
Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədi ona məlum olan dildə imza edir.
10. Konsullar notariat hərəkətlərinin aparılmasına, sənədlərin layihələrinin tərtib edilməsinə, sənədlərin surətlərinin (dublikatların) verilməsinə, texniki işlərin yerinə yetirilməsinə görə dövlət rüsumu tuturlar.
Notariat hərəkəti yalnız onun üçün dövlət rüsumu ödənildikdən sonra aparılır.
Konsul tərəfindən aparılan notariat hərəkətlərinə görə alınan dövlət rüsumu bir ay ərzində dövlət büdcəsinə köçürülür.
11. Dövlət rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində konsulluğun binasının (otağının) görkəmli yerində asılmalıdır.
12. Konsullar apardıqları notariat hərəkətləri və tutulan dövlət rüsumları barəsində Xarici İşlər Nazirliyinə məlumat verməlidirlər.
II Bölmə
Notariat hərəkətləri aparılmasının əsas qaydaları
13. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında notariat hərəkətləri konsullar üçün müəyyən olunmuş müvafiq binada və ya otaqda aparılmalıdır.
Xəstəlik nəticəsində, əlilliklə əlaqədar olaraq və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda, şəxsin Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında notariat hərəkətlərinin aparılması üçün müəyyən olunmuş müvafiq binaya və ya otağa gələ bilmədiyi hallarda əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu ödənildikdən və nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri bu binadan və ya otaqdan kənarda da aparılır.
Notariat hərəkətləri Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında notariat hərəkətlərinin aparılması üçün müəyyən olunmuş binadan və ya otaqdan kənarda aparılarsa, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer və ünvan qeyd olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri bunun üçün lazım olan bütün sənədlərin təqdim olunduğu və dövlət rüsumu ödənildiyi gün aparılır.
İdarələrin, müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri Azərbaycan Respublikasının müvafiq orqanlarına ekspertizaya göndərmək lazım gəldikdə, notariat hərəkətlərinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salınır.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında Azərbaycan Respublikasının məhkəmələrindən məlumat gəldikdə, notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətində təxirə salınmalıdır. Bu müddətdə Azərbaycan Respublikasının məhkəmələrindən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir.
Notariat hərəkətinin təxirə salınması və ya dayandırılması üçün başqa əsaslar yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilə bilər.
15. Notariat hərəkətlərini apararkən konsul hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edir.
Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyəti ümumvətəndaş, xidməti, diplomatik pasportlar və şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
Hərbi qulluqçuların şəxsiyyəti hərbi hissələrin və hərbi idarələrin komandanlığının verdiyi şəxsi vəsiqə və ya hərbi bilet əsasında müəyyən edilir.
Dənizçilərin şəxsiyyəti onların şəxsiyyətini təsdiq edən sənəd əsasında müəyyən edilir.
Nəqliyyat vasitəsinin müvəqqəti əvəzsiz istifadəyə verilməsinə dair etibarnamə təsdiq edilərkən etibar edənin şəxsiyyəti Azərbaycan Respublikası sürücülük vəsiqəsi əsasında da müəyyən edilir.
Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyü təsdiq edilərkən vətəndaşların şəxsiyyəti, həmçinin iş yeri üzrə idarə, müəssisə, təşkilat tərəfindən onlara verilmiş xidməti vəsiqə, tələbə bileti və ya sürücülük vəsiqəsi əsasında da müəyyən olunur. 15 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların şəxsiyyəti doğum haqqında şəhadətnaməyə (olduğu halda ümumvətəndaş, xidməti, diplomatik pasportlara və ya şəxsiyyət vəsiqəsinə) əsasən müəyyən olunur.
[2]
16. Əqdlər təsdiq edilərkən və bəzi başqa notariat hərəkətləri aparılarkən (məsələn, sənəddəki imzanın həqiqiliyi təsdiq olunarkən) konsul əqdlərin iştirakçılarının, şahidlərin və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyini yoxlayır.
17. Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır.
18. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər konsulun iştirakı ilə imzalanır. Əgər əqd, ərizə və ya başqa sənəd konsulun iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir.
19. Konsul Azərbaycan Respublikasının idarə, müəssisə və təşkilatlarının onlara məlum olan vəzifəli şəxslərinin şəxsi müraciətləri zamanı alınmış və həqiqiliyi şübhə doğurmayan imzalarının nümunələri vardırsa, həmin vəzifəli şəxslərin hər dəfə gəlməsini tələb etmir.
20. Şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və konsulun iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilməməsinin səbəbi göstərilməlidir.
[3]
Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs görmə qabiliyyəti tam məhdud və savadsızdırsa, konsul ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur.
[4]
Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs eşitmə, görmə, eşitmə-nitq qabiliyyəti tam məhdud olan və ya savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən eşitmə, görmə və ya eşitmə-nitq qabiliyyəti tam məhdud olan şəxsin iradəsinə uyğundur.
[5]
21. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən konsulun notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək hüququ vardır.
Müvafiq məlumat və sənədlər konsulun göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz.
22. Pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.
Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisənin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.
23. Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanı göstərilməklə ixtisarsız yazılmalıdır.
Fiziki şəxslərin soyadı, adı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir.
İki və daha artıq ayrıca vərəqdən ibarət olan sənədlər tikilməli, nömrələnməli və möhürlə təsdiq edilməlidir.
Xaricdə istifadə üçün nəzərdə tutulub, boş yerlərində xətlər çəkilməsinə yol verilməyən sənədlər istisna edilməklə, sənədlərin axıradək doldurulmamış sətirlərində və digər boş yerlərində xətlər çəkilir.
Əlavə yazılar və düzəlişlər lazımi şəxslərin (əqd iştirakçılarının və əqdi, ərizəni və s. imzalamış digər şəxslərin) imzasından əvvəl şərtləşdirilməli və təsdiq qeydinin sonunda təkrar olunmalıdır, həm də düzəlişlər elə edilməlidir ki, səhvən yazılan və sonra üstündən qələm çəkilən nə varsa, hamısını ilk mətndə oxumaq mümkün olsun.
Sənədin mətnində tərəflərin imzalamadıqları düzəlişlər yalnız təsdiq qeydinin sonunda konsul tərəfindən şərtləşdirilir.
24. Əgər təsdiq olunmalı olan sənəd düzgün ifadə edilməmiş və ya savadsız yazılmışsa, konsul müraciət etmiş şəxsə onu düzəltməyi və ya yenisini tərtib etməyi təklif edir. Müraciət etmiş şəxsin xahişinə əsasən konsul sənədin tərtib olunmasına köməklik göstərir.
Təsdiq edilən və ya verilən sənədlər bir neçə ayrı-ayrı vərəqdə ifadə olunduqda həmin vərəqlər nömrələnməli və qaytanlanmalı, bu barədə müvafiq qeyd yazılmalı, həmin qeyd konsulun imzası və gerbli möhürü ilə təsdiq edilməlidir. Məsələn: “beş vərəq nömrələnmiş və qaytanlanmışdır. Konsulun imzası və gerbli möhürü”.
25. Əqdləri təsdiq edərkən sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü, sənədlərdəki imzaların həqiqiliyini, sənədlərin təqdim olunması vaxtını və s. təsdiq edərkən konsul həmin sənədlərdə imza edib gerbli möhür vurmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş formalar üzrə təsdiq qeydləri aparır.
Təsdiq qeydinin mətni kompüterdə (makinada) çap edilməli və ya əl ilə aydın şəkildə, pozulmuş sözlərə yol verilmədən yazılmalı, boş yerlərdən xətt çəkilməli, əlavə yazılar və başqa düzəlişlər şərtləşdirilməlidir.
Təsdiq qeydlərini aparmaq üçün müvafiq mətn olan ştamplardan istifadə edilir.
Təsdiq qeydi sənəddə şəxsin imzasından sonra eyni səhifədə və ya sənədin arxa tərəfində, yaxud ayrıca vərəqdə yerləşdirilir. Təsdiq qeydinin ayrıca vərəqdə edildiyi, habelə təsdiq edilən sənədin məzmunu bir neçə vərəqdə ifadə olunduğu hallarda bütün vərəqlər nömrələnməli və qaytanlanmalıdır, bu barədə müvafiq qeyd yazılaraq, konsulun imzası və gerbli möhürü ilə təsdiq olunur.
Təsdiq qeydini və ya onun davamını yazmaq üçün kağız vərəqini, gerbli möhür vurulmaqla, yapışdırmağa icazə verilir, möhürün ottiskinin bir hissəsi yapışdırılmış vərəq üzərinə düşməlidir.
Sənədin surətinin düzgünlüyünü təsdiq etmək haqqındakı qeyd üçün kağız vərəqləri əlavə edilməsinə və yapışdırılmasına, habelə sənədin dublikatı üzərində əlavə yazışmalar edilməsinə yol verilmir.
26. Konsul vərəsəlik, mülkiyyət hüququnu, şəxsin sağ olması faktını, şəxsin müəyyən yerdə olması faktını, şəxsin fotoşəkildəki şəxslə eyniliyini, sənədlərin saxlanmaq üçün qəbul edilməsini təsdiq edərkən müvafiq şəhadətnamələr verməlidir.
27. Konsulun apardığı bütün notariat hərəkətləri notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir.
Reyestrlər qaytanla tikilməli, onların vərəqləri nömrələnməlidir. Vərəqələrin sayı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi tərəfindən imzalanmalı və imzası Konsulluq İdarəsinin möhürü ilə təsdiq edilməlidir.
Konsulun rəsmiləşdirdiyi notariat hərəkətləri reyestrdə qeyd edilir. Konsul ayrı-ayrı notariat hərəkətləri üzrə bir neçə reyestr aparır və hər bir reyestrin indeksinə notariat hərəkətinin adına uyğun hərf əlavə edirlər:
sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi “1-S” reyestrinə;
vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə “2-V” reyestrinə;
daşınmaz əmlakın özgəninkiləşdirilməsindən başqa bütün müqavilələr “3-M” reyestrinə;
depozit hərəkətləri “5-D” reyestrinə;
“1-S”, “2-V”, “3-M”, “5-D” və “6-L” reyestrlərinə qeyd edilən notariat hərəkətləri istisna olunmaqla, qalan bütün notariat hərəkətləri “7-E” reyestrinə qeyd edilir.
Reyestrlərə qeyd edilmiş sənədlərdə nömrələr aşağıdakı şəkildə işarə olunur: 1-S-1, 1-S-2; 2-V-1, 2-V-2; 3-M-1, 3-M-2 və s.
Notariat hərəkətlərinin reyestrdə qeydə alınıb nömrələnməsi hər təqvim ilinin əvvəlindən birinci nömrədən başlanır.
Notariat hərəkətləri reyestrə mürəkkəblə (və ya pastalı qələmlə) və yalnız təsdiq qeydi və ya verilən sənədlər konsul tərəfindən imzalandıqdan sonra yazılır. Reyestrdə karandaşla qeyd yazılmasına və sözlərin pozulmasına yol verilmir. Doldurulmamış yerlərdən xətt çəkilməli, edilmiş düzəlişlər isə konsulun imzası ilə şərtləşdirilməlidir.
28. Konsul notariat hərəkətləri aparılması haqqında tapşırıq vermiş və ya barəsində notariat hərəkətləri aparılmış hüquqi və fiziki şəxslərin yazılı ərizəsinə əsasən, habelə məhkəmənin, istintaq və təhqiqat orqanının qərarı əsasında bu Təlimatın 7-ci bəndində göstərilən qaydada notariat reyestrindən çıxarış verir.
Notariat reyestrindən çıxarışı konsul gerbli möhür vurmaqla təsdiq edir.
29. Əsasında notariat hərəkəti aparılmış sənədlər əqdin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və sairin konsulluqda saxlanılan nüsxəsinə əlavə olunur.
Sənədlərin əsli (məsələn, doğum, nikah, ölüm haqqında şəhadətnamələr) onları təqdim etmiş şəxslərə qaytarılır, onların surəti isə konsulluqda saxlanılır. Surətlər əlaqədar şəxslər tərəfindən təqdim olunur və ya onların xahişi ilə konsulluğun işçisi tərəfindən hazırlanır və tarix göstərilməklə konsul tərəfindən “Əsli ilə düzdür” sözləri yazılır, imzalanır və gerbli möhürlə təsdiq edilir. Bu halda surət təsdiqinə görə dövlət rüsumu alınmır.
Notariat hərəkətlərinin aparılması üçün müraciət edən şəxslərin, onların nümayəndələrinin və ya idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin şəxsiyyətini təsdiq edən sənədlər surəti saxlanılmadan onları təqdim etmiş şəxslərə qaytarılır, lakin reyestrə sənədin adı, nömrəsi, verilmə tarixi və sənədi vermiş idarənin adı yazılır.
Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələr təsdiq edilərkən, habelə nəqliyyat vasitələrinə vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələr verilərkən onların qeydiyyat şəhadətnamələri (texniki pasportları) konsulda saxlanılmır.
Notariat hərəkətlərini reyestrə qeyd etməklə bərabər, göstərilən sənədlərin olması haqqında əqdin notariusda saxlanılan nüsxəsində, vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə dair ərizələrdə qeyd edilir və sənədlər onları təqdim etmiş şəxslərə qaytarılır.
30. Konsulun təsdiq etdiyi və ya verdiyi sənəd itirildikdə, konsul verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri Azərbaycan Respublikasının dövlət notariat arxivinə təhvil verilənədək notariat hərəkətinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış şəxsin, idarə, müəssisə və təşkilatın yazılı ərizəsinə əsasən itirilmiş sənədin dublikatını verir.
Sənədin dublikatında təsdiq edilmiş və ya verilmiş sənədin tam mətni olmalıdır.
Sənədin dublikatında müəyyən olunmuş forma üzrə təsdiq qeydi aparılır.
Vəsiyyətnamənin dublikatı vəsiyyətnamədə göstərilən vərəsələrə yalnız vəsiyyət edənin ölümü haqqında şəhadətnamə vərəsələr tərəfindən təqdim edildikdən sonra verilir. Vəsiyyətnamədə göstərilmiş vərəsələr öldükdə, vəsiyyətnamənin dublikatı onların vərəsələrinə, onlar vəsiyyət edənin ölümü haqqında şəhadətnamə (əgər əvvəllər bu cür şəhadətnamə təqdim olunmamışsa) və vəfat etmiş vərəsənin ölümü haqqında şəhadətnamə təqdim etdikdə verilir.
31. Konsul notariat hərəkəti apararkən şəxslərin və ya ayrı-ayrı vəzifəli şəxslərin qanunvericiliyi pozduqlarını aşkara çıxardıqda, bu barədə lazımi tədbirlərin görülməsi üçün əlaqədar idarəyə, təşkilata və ya prokurora xəbər verir.
Əgər təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurursa, konsul bu sənədi alıb (götürüb) ekspertizaya göndərməlidir.
Sənədi ekspertizaya göndərmək üçün konsul qərar çıxarır, həmin qərarda aşağıdakılar göstərilir:
·
qərarın çıxarıldığı tarix;
·
qərarı çıxaran konsulun soyadı, adı, atasının adı, diplomatik nümayəndəlik və konsulluğun adı və ünvanı;
·
sənədin adı və kimin adına verilmişdir;
·
sənədi konsula kim təqdim etmişdir (soyadı, adı, atasının adı və yaşayış yeri);
·
sənədi ekspertizaya göndərmək zərurətinin səbəbləri;
·
sənəd ekspertizadan keçirilmək üçün haraya (hansı ekspert idarəsinə) göndərilir;
·
ekspertizanın həlli üçün qoyulmuş suallar.
32. Konsul təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldir.
33. Konsul, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, hərəkət başqa konsul, notarius və ya vəzifəli şəxs tərəfindən aparılmalıdırsa, notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişsə, hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya əsasnaməsində göstərilən məqsədlərə ziddirsə, qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa, sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar varsa, əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir.
34. Konsul notariat hərəkətinin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barəsində əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidir. Aparılmış notariat hərəkətini və ya notariat hərəkətinin aparılmasından imtina edilməsini düzgün saymayan şəxsin bu barədə məhkəməyə müraciət etmək hüququ vardır.
Həmin şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 342—344-cü maddələri ilə nəzərdə tutulmuş qaydada baxılır.
[6]
Konsulun notariat hərəkətlərinin mahiyyətinə aid olmayan hərəkətləri (notariat hərəkətlərinin aparılması müddətlərinin pozulması, müəyyən edilmiş qəbul saatlarına riayət edilməməsi, ədəbsizlik edilməsi və sair) barəsində şikayətlərə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən baxılır.
Konsulun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır.
Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir.
III Bölmə
Notariat hərəkətlərinin ayrı-ayrı növlərinin aparılması qaydaları
I fəsil
Əqdlərin təsdiq edilməsi
Əqdlərin təsdiq edilməsinin ümumi şərtləri
35. Konsullar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri təsdiq edirlər.
Konsullar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.
36. Konsullar əqd iştirakçılarının fəaliyyət qabiliyyətini aydınlaşdırarkən əqd iştirakçılarının yaşı göstərilən sənədi tələb edir.
Əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün konsulun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, konsul əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır.
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin adından əqdləri yalnız onların qanuni nümayəndələri olan valideynləri, övladlığa götürənləri və qəyyumları bağlaya bilər.
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların əqdləri və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər adından əqdlər yalnız valideynlərinin, övladlığa götürənlərin, himayəçilərin yazılı razılığı ilə təsdiq olunur.
Qəyyumluq və himayə orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdlər, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına icazə verə bilməz.
Əgər valideynlər, qəyyumlar və ya himayəçilər hər hansı səbəbə görə (ezamiyyətdə olmaq, başqa yerdə yaşamaq və s.) əqdi təsdiq etmək üçün razılıq verə bilmirlərsə, əqd qəyyumluq və himayə orqanı nümayəndəsinin iştirakı ilə təsdiq edilir.
37. Əqddə hüquqi şəxslər iştirak edirlərsə, konsullar əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlamalıdırlar. Əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlayarkən konsullar hüquqi şəxslərin onun nizamnaməsi ilə və ya əsasnaməsi ilə tanış olmağa və aparılan notariat hərəkətlərinin hüquqi şəxsə onun nizamnaməsi və ya əsasnaməsi ilə verilmiş hüquqlara müvafiq olub-olmadığını yoxlamağa borcludurlar.
38. Əqd nümayəndə tərəfindən bağlandıqda, konsullar onun səlahiyyətini yoxlayırlar. Nümayəndənin səlahiyyəti onun adına verilmiş etibarnamə ilə təsdiq edilir.
Əgər nizamnamə və ya əsasnaməyə görə hüquqi şəxslərin rəhbərlərinə əqd bağlamaq hüququ verilmişdirsə, konsullar əqd bağlanması və başqa əməliyyatlar aparılması üçün hüquqi şəxslərin rəhbərlərindən etibarnamə tələb etmirlər. Belə hallarda yalnız onların vəzifəsini təsdiq edən sənəd tələb olunur.
Hüquqi şəxs seçkili kollegial orqan tərəfindən idarə olunursa, vəzifəli şəxslərin seçilməsi və onlar arasında vəzifə bölgüsü haqqında qərar tələb edilir.
39. Müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, təsdiq edilmiş müqavilənin ləğv edilməsi haqqında razılaşma ayrıca sənəd (saziş) tərtib etmək yolu ilə rəsmiləşdirilir.
Müqavilənin pozulması barəsində saziş təsdiq edilərkən ləğv olunan müqavilənin bütün nüsxələrində və reyestrdə bu barədə müvafiq qeyd yazılır.
Müqavilə pozularkən işdəki sənədlərin əsli surəti saxlanılmaqla tərəflərə qaytarılır.
Müqavilələr pozularkən onların təsdiqinə görə ödənilmiş dövlət rüsumu tərəflərə qaytarılmır.
40. Notariat qaydasında təsdiq edilən əqdlərin məzmunu ifadə olunan müqavilələr, vəsiyyətnamələr, etibarnamələr və digər sənədlər azı iki nüsxədə tərtib edilir, bunlardan bir nüsxə konsulluqda saxlanılır, digəri isə əqdin iştirakçılarına verilir.
Bütün nüsxələr əqdin iştirakçıları tərəfindən imzalanır. Təsdiq qeydi də bütün nüsxələrdə aparılır.
II fəsil
Daşınar Əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlərin təsdiq olunması
41. Avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya girov qoyulmasına dair müqavilələr onların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.
42. Avtonəqliyyat vasitəsi, digər daşınar əmlak üzərində həbs olduqda, onun özgəninkiləşdirilməsi haqqında əqd yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilir.
43. Ümumi mülkiyyətdə olan daşınar əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir.
44. Daşınar əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi konsul, notariuslar və ya notariat ofisləri olmayan yaşayış məntəqələrində rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti nümayəndəliklərinin vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir.
[7]
Daşınar əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizələrini konsula şəxsən təqdim edən şəxslərin imzalarının həqiqiliyinin təsdiq edilməsi tələb olunmur. Bu halda konsul razılıq vermiş şəxslərin şəxsiyyətini müəyyən edir və onların imzalarının həqiqiliyini yoxlayır, bu barədə ərizələrdə qeyd edir və onların şəxsiyyətini təsdiq edən sənədin adını, nömrəsini, verildiyi tarixi və sənədi vermiş idarənin adını göstərir.
Ərizələrdə razılıq verən şəxsin daşınar əmlakın konkret kimə (şəxsin soyadı, adı, atasının adı, təşkilatın adı) satılmasına, bağışlanmasına, dəyişdirilməsinə və ya girov qoyulmasına razı olduğu göstərilmişsə, yaxud qiymət və digər şərtlər göstərilmişsə, konsul özgəninkiləşdirmə və ya girov müqaviləsini təsdiq edərkən ərizələrdə göstərilmiş şərtlərə riayət olunub-olunmadığını yoxlamalıdır.
45. Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyəti olan daşınar əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər daşınar əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ər-arvadın yazılı razılığı olduqda, təsdiq olunur.
Daşınar əmlakı özgəninkiləşdirən və ya girov qoyan şəxs onun ərinin (arvadının) olmaması (subay, dul olması) haqqında ərizə təqdim edərsə, konsul bunu əqdin digər iştirakçısının nəzərinə çatdırır, o isə ərizədə imza etməklə, həmin halın ona məlum olduğunu təsdiq edir. Göstərilən ərizə daşınar əmlakı özgəninkiləşdirən və ya girov qoyan şəxsin özü tərəfindən, əqd nümayəndə vasitəsi ilə bağlandıqda isə nümayəndə tərəfindən verilməlidir.
Daşınar əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən, konsul bu daşınar əmlak üzərində, mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır. Əgər özgəninkiləşdirilən və ya girov qoyulan daşınar əmlakın mülkiyyətçisi bu əmlakı nikaha daxil olmadan, habelə nikah müddətində hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər təmənnasız əqdlər üzrə əldə etmişsə, bu daşınar əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ərin (arvadın) razılığı tələb edilmir.
46. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər.
Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınar əmlaka mülkiyyət hüququndakı payı 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarından biri ona məxsus olan payı kənar şəxsə satdığı hallarda, konsul satanın xahişi ilə onun ərizəsini satılan daşınar əmlakın qiyməti və digər şərtləri göstərməklə paylar məlum olan ümumi mülkiyyət iştirakçılarına göndərir.
Paylar məlum olan ümumi mülkiyyətin qalan iştirakçıları satın almaqda üstünlük hüququnu həyata keçirməkdən imtina edərlərsə və ya satma niyyəti və satış şərtləri haqqında xəbərdar edildikləri gündən daşınar əmlak üçün 15 gün ərzində həmin hüququ həyata keçirməzlərsə, konsul payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsini təsdiq edir.
47. Satılmış daşınar əmlak üçün alınan məbləğin yetkinlik yaşına çatmamışların və ya fəaliyyət qabiliyyəti olmayan digər şəxslərin adına bank əmanətinə qoyulması qəyyumluq və himayə orqanı tərəfindən valideynlərə, qəyyumlara və ya himayəçilərə tapşırılarsa, konsul həmin tələbin yerinə yetirilməsini yoxlamalı və bunu müqavilənin mətnində göstərməlidir.
48. Payların miqdarının müəyyən edilməsi və ya dəyişdirilməsi haqqında saziş hüquqmüəyyənedici sənədə (sənədlərə) əlavə olunur.
Tarix və mədəniyyət abidələrinin özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına dair müqavilələrin təsdiqi zamanı müvafiq mədəniyyət orqanlarının bu barədə razılığı olmalıdır.
III fəsil
Vəsiyyətnamələrin təsdiq edilməsi
49. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
50. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir.
51. Konsullar fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən konsula təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.
52. Vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyət ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər.
Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən konsulun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyət edənin sözlərindən konsulun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və konsulun, şahidlərin yanında imzalamalıdır.
Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığı alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər.
Xeyrinə əmlakın vəsiyyət olunduğu şəxs vəsiyyətnamə təsdiq olunarkən iştirak edə bilməz və vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz.
Konsul da vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz.
53. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar.
Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər.
54. Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən konsul tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa iki şahidin imza etməsinə yol verilir. Bu halda konsul ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.
55. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında konsula verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur.
Bu növ vəsiyyətnamənin saxlanması onun konsulluqda rəsmən depozitə qoyulması ilə təmin edilməlidir.
56. Vəsiyyətnamə tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır.
Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir.
Vəsiyyət edən fiziki çatışmazlığına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.
[8]
57. Əgər vəsiyyət edən şəxs nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyətnaməni o, konsulluqda və iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
[9]
Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyətnaməni konsulluqda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılır və ona oxunur.
[10]
Konsul nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud olan və ya nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud və savadsız şəxsin vəsiyyətnaməsini dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyən bir şəxsin yanında tərtib etməlidir. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. Bu barədə vəsiyyətnamədə qeyd edilir. Qeyddə vəsiyyətnamənin kim tərəfindən yazıldığı və kim tərəfindən oxunduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanır və konsul tərəfindən təsdiq edilir.
[11]
58. Vəsiyyətin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyəti iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyət onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyəti imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətdə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyəti təsdiqləməlidirlər.
59. Konsul vəsiyyətnamənin təsdiqi barədə xahişlə müraciət edən şəxsi qanun üzrə vərəsələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunmuş dairəsi ilə tanış etməli və vəsiyyət edənə onun aşağıdakı hüquqlarını izah etməlidir, o cümlədən:
·
bütün əmlakını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə şəxsə, dövlətə və ya ayrı-ayrı təşkilata vəsiyyət üzrə verə bilər, vəsiyyətnamədə qanun üzrə vərəsələrin birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər;
·
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir;
·
vəsiyyət edən vəsiyyətnamədə təyin edilmiş vərəsələrin mirasdan paylarını müəyyənləşdirə bilər və ya hansı əmlakın verildiyini konkret göstərə bilər;
·
vəsiyyət bir neçə şəxsin xeyrinə edildikdə, vəsiyyət edən vəsiyyətnamədə mirasdan onların hər birinə düşən payı göstərə bilər;
·
istənilən vaxt bu barədə ərizə verməklə və ya yeni vəsiyyətnamə tərtib etmək yolu ilə qoyulmuş vəsiyyətnaməni dəyişə və ya ləğv edə bilər.
Vəsiyyət edən, həmçinin həmin “Notariat haqqında” Qanunun 39-cu maddəsinə uyğun olaraq, vəsiyyətnamənin saxlanılmaq üçün göndərildiyi konsulluğa, notariusa və ya dövlət notariat arxivinə ərizə vermək yolu ilə də vəsiyyətnaməni ləğv edə bilər və sair.
60. Vəsiyyət edən vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxt bu əmlak onun mülkiyyətində olsun.
61. Vəsiyyət edən özünün təyin etdiyi vərəsənin miras açılanadək ölməsi və ya mirası qəbul etməməsi, yaxud vərəsəlik hüququndan məhrum edilməsi halı üçün vəsiyyətnamədə başqa vərəsənin (ehtiyat vərəsənin) adını göstərə bilər.
62. Vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vəsiyyətnamə ilə vərəsəyə həvalə edə bilər (vəsiyyət tapşırığı).
Vəsiyyət sərəncamlarının dəqiq icrası məqsədi ilə vəsiyyət edən vəsiyyətnamə ilə həm vəsiyyət üzrə vərəsələr sırasından vəsiyyətnamənin bir və ya bir neçə icraçısını, həm də vərəsə olmayan başqa şəxsi təyin edə bilər. Başqa şəxsin təyin edildiyi halda vəsiyyətnamə icraçısının razılığı zəruridir. Bu razılığı o, vəsiyyətnamənin özündə və ya vəsiyyətnaməyə qoşulmuş ərizədə yazmaqla ifadə etməlidir.
63. Vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunmur. Vəsiyyətnamə kənar şəxsin xeyrinə də təsdiq olunur.
Konsullar təsdiq elədikləri vəsiyyətnamələrin uçotunun əlifba kitabında aparmalıdırlar.
Vəsiyyətnamələrin ləğv edilməsi və dəyişdirilməsi qaydası
64. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər:
·
əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə;
·
konsula ərizə verməklə;
·
vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə konsul tərəfindən məhv edilməsi ilə.
65. Sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz.
66. Konsul vəsiyyətnamənin ləğv olunması və ya dəyişdirilməsi haqqında ərizə aldıqda, eləcə də əvvəlki vəsiyyətnaməni ləğv edən və ya dəyişdirən yeni vəsiyyətnamə aldıqda, vəsiyyətnamənin konsulda saxlanılan nüsxəsində və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeyd edir. Əgər vəsiyyət edən vəsiyyətnamənin onda olan nüsxəsini təqdim edərsə, vəsiyyətnamənin ləğvi haqqında qeyd bu nüsxədə də edilir. Bundan sonra həmin nüsxə ərizə ilə birlikdə (əgər vəsiyyətnamə ərizə ilə ləğv olunmuşsa) konsulda saxlanılan nüsxəyə əlavə edilir.
Vəsiyyətnamənin dəyişdirilməsi, ləğv və ya məhv edilməsi haqqında ərizədə olan imzanın həqiqiliyi mütləq notariat qaydasında təsdiq olunmalıdır.
Konsul vəsiyyətnaməni təsdiq edərkən əvvəllər vəsiyyətnamə təsdiq edildiyi ona məlum olarsa, aparılmış notariat hərəkəti barədə əvvəllər tərtib olunmuş vəsiyyətnamə nüsxəsinin saxlanıldığı Azərbaycan Respublikasının dövlət notariat arxivinə, notariusa və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələrinə bildiriş göndərməlidir.
Konsul dəyişdirilmiş, ləğv və ya məhv edilmiş vəsiyyətnamə barəsində reyestrdə və vəsiyyətnamələrin uçotunun əlifba kitabında qeyd etməlidir.
IV fəsil
Etibarnamələrin təsdiq edilməsi və onların qüvvədə olmasına xitam verilməsi
67. Konsul bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edir.
Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilir. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.
[1]
Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə təsdiqləndikdə, etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.
Etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, nümayəndənin və ya təmsil olunanın soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüquqi şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi göstərilməlidir. Vəkillərin adına etibarnamələrdə vəkillərin iş yeri (hüquq məsləhətxanası) göstərilir.
Etibarnamənin qüvvədə olma müddəti sözlə yazılır.
68. Əgər daşınar əmlakın özgəninkiləşdirilməsinə qadağan qoyulmuşsa, həmin müddət başa çatmamış bu əmlakın özgəninkiləşdirilməsi üçün etibarnamə təsdiq edə bilməz.
69. Nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsi üçün verilən etibarnamələr təsdiq edilərkən etibar edilən şəxsin sürücülük vəsiqəsinin surəti etibarnamənin konsulda saxlanılan nüsxəsinə əlavə edilir və ya sürücülük vəsiqəsi haqqında məlumatlar (nömrəsi, verildiyi tarix, onu vermiş orqanın adı, dərəcəsi, qüvvədə olma müddəti) həmin nüsxədə qeyd edilir.
Etibarnamənin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz.
70. Əgər nəqliyyat vasitəsinin hüquq müəyyənedici sənədi müəyyən müddətə verilmişsə, həmin nəqliyyat vasitəsinə etibarnamə bu müddətdən artıq müddətə verilə bilməz.
71. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilən etibarnamə etibar edilmişi başqasına etibaretmə hüququ şərtləşdirilmiş əsas etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafeyinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar təqdim etdikdə notariat qaydasında təsdiq edilir.
Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.
Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamədə əsas etibarnamənin təsdiq olunduğu vaxt və yer, əsas etibarnamənin verildiyi şəxsin və onun öz səlahiyyətini etibar etdiyi şəxsin soyadı, adı, atasının adı və yaşadığı yer, lazımi hallarda isə onların vəzifəsi göstərilməlidir.
Əsas etibarnamədə etibar edilmişi başqasına etibaretmə haqqında qeyd yazılır. Əsas etibarnamənin surəti etibarnamənin konsulluqda saxlanılan nüsxəsinə əlavə olunur.
Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
V fəsil
Miras əmlakın mühafizəsi üçün tədbirlər görülməsi
72. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı konsul dairəsindəki konsul zərurət olarsa, mirasın qorunması məqsədi ilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi halda da şamil edilir.
73. Miras qoyanın əmlakı və ya əmlakın bir hissəsi vərəsəliyin açıldığı konsulluq dairəsindən kənardadırsa, vərəsəliyin açıldığı konsul dairəsindəki konsul əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında miras əmlakın olduğu yerdəki konsula, notariusa və ya digər müvafiq orqana tapşırıq göndərir.
Miras əmlakın qorunması üçün tədbirlər görmüş konsul, notarius və ya digər müvafiq orqan göstərilən tədbirlərin görüldüyü haqqında vərəsəliyin açıldığı yerdəki konsula məlumat verirlər.
Əmlakın yerləşdiyi konsul dairəsindəki konsul ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların məlumatına əsasən miras əmlakın qorunması üçün mirasın açıldığı yerdəki notariusa və ya konsul dairəsindəki konsula xəbər verməklə tədbirlər görür.
Vətəndaşların və təşkilatların məlumatı miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizələrin uçotu kitabında qeydə alınır.
74. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.
Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
Müddətli xidmətdə olan hərbi qulluqçuların, habelə daimi yaşayış yerindən kənarda yerləşən təhsil müəssisələrində təhsil alan tələbələrin ölümündən sonra vərəsəliyin açıldığı yer onların müddətli hərbi xidmətə çağırılanadək və ya müvafiq məktəbə daxil olanadək daimi yaşadıqları yer hesab edilir.
75. Açılmış miras haqqında vərəsələrdən məlumat alan konsul bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.
Konsul, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağırır.
76. Konsul miras əmlakın qorunması üçün bu əmlakı siyahıya alır və həmin əmlakı saxlanılmaqdan ötrü vərəsələrə və ya başqa şəxslərə verir, həm də mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
Mirasın tərkibində idarə olunması tələb olunan əmlak olduqda, vərəsələr mirası qəbul edənədək konsul əmlak idarəçisi təyin etməlidir. Əgər heç olmasa bir vərəsə əmlakı qəbul etmişdirsə və ya vəsiyyətnamənin icraçısı təyin edilmişdirsə, əmlak idarəçisi təyin edilmir.
77. Konsul əmlak idarəçisini miras əmlakı israf etməyə, özgəninkiləşdirməyə, gizlətməyə və dəyişdirməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti və vurulan zərər üçün maddi məsuliyyət haqqında xəbərdarlıq edir, bu barədə onlardan iltizam alır. İltizam miras əmlakın siyahıyaalma aktında ifadə olunur.
78. Miras əmlakı onun siyahısının tutulmasında əmlak idarəçisinin, vəsiyyətnamənin icraçısının və azı iki şahidin iştirakı ilə siyahıya alınır.
Siyahıyaalma aktında miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizənin (məlumatın) daxil olduğu tarix, siyahıyaalmanın aparıldığı tarix, siyahıyaalmada iştirak edən şəxslərin soyadı, adı, atasının adı və ünvanı, miras qoyanın soyadı, adı, atasının adı, onun öldüyü tarix və siyahıya alınan əmlakın olduğu yer, konsul gələnədək mənzilin (binanın) möhürlənib-möhürlənmədiyi, əgər möhürlənmişsə — kim tərəfindən möhürləndiyi, plomb və ya möhürün qırılıb-qırılmadığı, əşyaların hər birinin qiyməti və köhnəlmə faizi göstərilməlidir. Siyahıya alınmış əşyalar pərakəndə qiymətlər üzrə (köhnəlməsi nəzərə alınmaqla), pərakəndə qiymətləri olmayan əşyalar isə səriştəli şəxslərin rəyinə əsasən qiymətləndirilir. Daşınmaz əmlak və nəqliyyat vasitələri bazar qiymətləri üzrə və ya inventarizasiya qiyməti üzrə qiymətləndirilir.
Torpaq sahələri yerləşdiyi dövlətin qanunları çərçivəsində bazar qiymətləri ilə müəyyən olunmuş qiymətdən aşağı olmamaq şərti ilə qiymətləndirilir.
Müəssisələrin qiyməti onların son balans qiymətindən aşağı olmamaqla qiymətləndirilir.
Vərəsələr qoyulmuş qiymətlə razılaşmadıqda, qiymətləndirici dəvət edə bilərlər. Qiymətləndiricinin əməyinin haqqını vərəsələr ödəyirlər.
Aktın hər bir səhifəsində şeylərin (əşyaların) miqdarına və dəyərinə yekun vurulur, siyahı qurtardıqdan sonra isə şeylərin (əşyaların) ümumi miqdarına və onların dəyərinə yekun vurulur.
Siyahıyaalma aktına ölənin mənzilindəki (binasındakı) bütün əmlak daxil edilir. Ayrı-ayrı şeylərin onlara məxsus olması haqqında qonşuların və digər şəxslərin məlumatı siyahıyaalma aktına daxil edilir, əlaqədar şəxslərə isə həmin əmlakın siyahıdan çıxarılması haqqında iddia ilə məhkəməyə müraciət etmək qaydası izah olunur.
Əmlakın siyahıya alınması dayandırılarsa və ya bir neçə gün çəkərsə, hər dəfə mənzil (bina) konsul tərəfindən möhürlənir. Siyahıyaalmanın dayandırılması və davam etdirilməsi səbəbləri və vaxtı haqqında, habelə sonralar mənzili (binanı) açarkən plombun və ya möhürün vəziyyəti barədə siyahıyaalma aktında qeyd yazılır.
Aktın sonunda əmlakın mühafizə olunmaq üçün verildiyi şəxsin soyadı, adı, atasının adı, anadan olduğu il, onun şəxsiyyətini təsdiq edən sənədin adı, nömrəsi, verilmə tarixi, sənədi vermiş idarənin adı, mühafizin yaşadığı yer göstərilir.
Siyahıyaalma aktı azı 3 nüsxədə tərtib olunur ki, bunlardan da biri əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına) verilir, digəri vərəsəliyin açıldığı yer üzrə konsula və ya notariusa göndərilir, üçüncüsü isə aktı tərtib etmiş konsulda saxlanılır.
Siyahıyaalma aktı konsul, əlaqədar şəxslər, hal şahidləri və əmlak idarəçisi və ya vəsiyyətnamə icraçısı tərəfindən imzalanır.
79. Miras əmlakın qorunması üçün tədbirlər görülməsi mümkün deyildirsə (vərəsələr və ya miras qoyanla birgə yaşayan digər şəxslər əmlakın siyahıya alınmasına etiraz edirlərsə, əmlakı siyahıya almaq üçün vermirlərsə, yaxud əmlak başqa yerə aparılmışsa və sair), konsul akt tərtib edir və bu barədə əlaqədar şəxslərə və müvafiq təşkilatlara məlumat verir.
Mirasın qorunması üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.
80. Vərəsələr mirası qəbul edənədək, miras qəbul edilmədikdə isə dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək, konsul miras əmlakın tərkibindəki pul məbləğindən aşağıdakı xərclərin ödənilməsi haqqında sərəncam verir:
1) miras qoyanın xəstəliyi dövründə ona qulluq etməkdən ötrü sərf edilmiş, habelə miras qoyanın dəfnindən ötrü xərcləri ödəmək üçün;
2) miras qoyanın himayəsində olan şəxslərin saxlanılması üçün;
3) əmək qanunvericiliyindən irəli gələn və bunlara bərabər tutulan digər tələblərin ödənilməsi üçün;
4) miras əmlakın mühafizəsi və idarə olunması, eləcə də mirasın açılması barədə vərəsələrə məlumat verilməsi üzrə xərclər üçün.
Miras əmlakın tərkibində pul məbləği olmadıqda konsul bu bəndin birinci hissəsində göstərilən ehtiyacların ödənilməsinə sərf olunmuş faktiki xərclərin məbləğini aşmamaq şərti ilə miras əmlakdan şeylərin verilməsi barədə sərəncam verir.
81. Ölənin pul məbləği vərəsələrə verilənədək və ya miras əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə, dövlət mədaxilinə keçirilənədək bank idarəsində konsulluğun depozit hesabına təhvil verilir.
Sikkə, külçə şəklində və xam halında qızıl, gümüş, platin və platin qrupundan olan metallar (palladium, iridium, osmium, rodium, rutenium) xarici valyuta və xarici valyuta ilə yazılmış tədiyyə sənədləri, sənədli qiymətli kağızları (orderlər, veksellər, çeklər, istiqrazlar, səhmlər, əmtəə kağızları və sair), qiymətli metallardan, qiymətli daşlardan və mirvaridən hazırlanmış məmulat, habelə qiymətli daşlar və mirvari vərəsələrə verilənədək və ya miras əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlət mədaxilinə keçirilənədək saxlanılmaq üçün banka verilir.
[12]
Minimum əmək haqqının 20 mislindən az məbləğdə olan qiymətli şeylər saxlanılmaq üçün miras əmlakın təyin olunmuş əmlak idarəçisinə verilir.
Konsulda sərvətlərin uçotu kitabı aparılır və burada yuxarıda göstərilən sərvətlər qeydə alınır.
Ölənin əmlakı tərkibində silah, o cümlədən ov tüfəngi olduqda, xüsusi siyahı üzrə polis orqanlarına saxlanılmaq üçün təhvil verilir.
Siyahıya alınmalı əmlakın tərkibində qiymətli əlyazmaları, ədəbi əsərlər, tarixi və ya elmi əhəmiyyəti olan məktublar olduqda, bu sənədlər ayrıca qorunması üçün əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına) verilir.
82. Miras əmlakın qorunması miras qəbul edilənədək, miras onlar tərəfindən qəbul edilmədikdə isə qanunla mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlər bitənədək davam edir.
VI fəsil
Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi
83. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
84. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
85. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir.
86. Mirasın açıldığı konsul dairəsinin konsulu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.
Vəsiyyət edən öldükdən sonra konsul gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Konsul bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.
87. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər konsulda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilir.
Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı surətdə ifadə edilməlidir.
Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər.
Vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilir. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
88. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir.
Əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlətin vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsəliyin açıldığı gündən altı aydan tez olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilir.
[13]
89. Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır.
Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir.
Vərəsə ərizəni vərəsəliyin açıldığı yerdəki konsula şəxsən təqdim edərsə, imzanın həqiqiliyinin təsdiq edilməsi tələb olunmur. Bu halda konsul vərəsənin şəxsiyyətini müəyyən edir və imzasının həqiqiliyini yoxlayır, bu barədə ərizədə qeyd edir və şəxsiyyəti təsdiq edən sənədin adını, nömrəsini, verilmə tarixini, sənədi vermiş idarənin adını, vərəsənin anadan olduğu ili göstərir.
Əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməmişsə, konsul ərizəni qəbul edir, lakin vərəsəyə təklif edir ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərsin, yaxud konsulluğa şəxsən gəlsin.
90. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
Vərəsə mirasın açıldığı konsulluq dairəsi üzrə konsula mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o , mirası tamamilə qəbul etmişdir.
Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır.
Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılardır: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə müvafiq təşkilatların və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
[14]
Konsulda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübutdur (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın mühafizəsi üçün tədbirlər görmüş konsulun və ya notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair).
91. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Bu halda konsul yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməlidir (vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini göndərməlidir).
92. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər.
93. Konsul qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.
Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir.
Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd.
[15]
Vərəsələrdə həmin sənədlər olmadıqda, konsul vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edir.
Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti.
[16]
Ayrı-ayrı hallarda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar da qəbul edilir, bu şərtlə ki, onlar digər sənədlərlə birlikdə vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq etsin.
Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilirlər.
94. Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (aliment) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivin həcmi nəzərə alınmaqla müəyyən olunur.
Himayədə olma faktının sübut olunması üçün aşağıdakı sənədlər təqdim edilə bilər: miras qoyanın himayəsində olan şəxslər haqqında müvafiq təşkilatların (evlər idarəsinin və ya miras qoyanın iş yerinin) arayışı, ailəni dolandıranın itirilməsi ilə əlaqədar olaraq pensiya təyin edilməsi haqqında pensiya təyin edən orqanın arayışı, himayədə olma faktının müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti.
Himayədə olanın yaşla əlaqədar əmək qabiliyyətinin olmaması pasport, doğum haqqında şəhadətnamə əsasında yoxlanılır, səhhətlə əlaqədar əmək qabiliyyətinin olmaması pensiya vəsiqəsi və ya tibbi-sosial ekspert komissiyasının qərarı ilə yoxlanılır.
[17]
Konsul mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
95. Konsul vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş konsulluq və ya notariat ofisində yoxlayır.
[18]
Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə vərəsələrin miras qoyanla qohumluq və ya digər münasibətləri göstərilirsə (vərəsələrin arzusu ilə), konsul bu münasibətləri təsdiq edən sənədləri tələb edir.
96. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vəsiyyətnamənin vərəsə tərəfindən təqdim olunmuş əsl nüsxəsi və ya dublikatı konsulda saxlanılır. Vərəsənin arzusu ilə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə vəsiyyətnamənin notariat qaydasında təsdiq olunmuş surəti və ya onun dublikatı əlavə edilir.
97. Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar.
98. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, konsul daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış tələb edir. Qadağan borc alınması ilə əlaqədar qoyulmuşsa, konsul kreditora bildirir ki, borc alanın vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
Əmlak üzərində məhkəmə və ya istintaq orqanları tərəfindən həbs qoyulmuşsa, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi həbs götürülənədək dayandırılır.
99. Xüsusi qeydə alınmalı olan əmlakı (avtomobil, motosikl, motorlu qayıq və s.) vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil etmək üçün konsul həmin əmlakın miras qoyana məxsus olması haqqında sənədi (texniki pasportu, gəmi şəhadətnaməsini və s.) yoxlayır və şəhadətnamə verilməsi haqqında ərizədə bu barədə qeyd edir.
100. Miras əmlakın müəyyən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsələrə sonralar miras əmlakın əvvəlcə verilmiş şəhadətnamədə göstərilməyən digər hissələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilir.
Başqa əmlaka vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə verildikdə və əvvəlcə verilən şəhadətnaməyə daxil edilməmiş vərəsələr gəldikdə, onlar da mirası qəbul etmiş bütün vərəsələrin yazılı razılığı ilə əlavə əmlaka vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilirlər.
101. Konsul vərəsəlik işlərinin uçotu kitabını aparır.
Vərəsəlik işlərinin uçotu kitabında mirasın qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, xərclərin miras əmlak hesabına ödənilməsi haqqında sərəncamlar, mirasdan imtina haqqında və mirasın qəbulu haqqında ərizələr, kreditorların tələbləri, habelə miras əmlakın mühafizə olunması üçün tədbirlər görülməsi haqqında ərizələr (bu ərizələr əsasında həmin tədbirlər görülmüşsə) qeydə alınır.
Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılır. Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də vərəsəlik işlərinin uçotu kitabında qeydə alınır.
Bütün ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstərilir.
Vərəsələrdən, digər şəxslərdən və idarələrdən tələb olunmuş sənədlər və vərəsəlik hüququ haqqında şəhadətnamənin nüsxəsi vərəsəlik işinə tikilir.
VII fəsil
Ər-arvadın ümumi daşınar əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi
102. Konsul ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi daşınar əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir.
Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilir.
Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi daşınar mülkiyyətidir.
Konsul şəhadətnaməni ər-arvadın birgə mülkiyyətində daşınmaz əmlakı olmadığı halda verir. Əks halda şəhadətnamə daşınmaz əmlakın olduğu yer üzrə notarius tərəfindən verilir.
103. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi daşınar əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
104. Konsul şəhadətnamə verərkən nikah münasibətlərini təsdiq edən sənəd (nikah haqqında şəhadətnamə və s.), nikahları pozulmuş şəxslər (keçmiş ər-arvad) müraciət etdikdə isə nikahın pozulması faktını təsdiq edən sənəd (nikahın pozulması haqqında şəhadətnamə, və s.) tələb edir. Vergi və ya rüsum tutulan əmlak barəsində şəhadətnamə verilərkən vergi idarəsindən arayış və ya rüsumun ödənilməsi haqqında sənəd təqdim olunur.
[19]
105. Mülkiyyət hüququ haqqında şəhadətnamə ər-arvadın yalnız əmlakdakı paya mülkiyyət hüququnu təsdiq edir. Ona görə də əgər ər-arvadın hər hansı biri əmlaka (əşyaya) ayrılıqda mülkiyyət hüququ almaq istəyirsə, konsul onlara şəhadətnamə almaq əvəzinə nikah dövründə birgə əldə etdikləri əmlakın bölüşdürülməsi müqaviləsinin rəsmiləşdirilməsini təklif etməlidir.
106. Ər-arvadın biri öldükdə, ər-arvadın ümumi daşınar əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı konsul dairəsi üzrə konsul verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir.
Məlumatda ər-arvadın ümumi daşınar əmlakının tərkibi (həmin əmlakda pay barəsində sağ qalmış ər (arvad) mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir) göstərilir, habelə sağ qalmış ərin (arvadın) əmlak tələbləri barəsində vərəsə mübahisə etdikdə, məhkəməyə müraciət etmək hüququ izah olunur.
Məlumat poçtla göndərilir, konsula şəxsən müraciət edən vərəsələrə isə konsul tərəfindən şifahi məlumat verilir, bu barədə sağ qalmış ərin (arvadın) ərizəsində vərəsənin imzası ilə müvafiq qeyd yazılır. Vərəsələr arasında yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər olduqda bildiriş onların yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına göndərilir.
107. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi daşınar əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir.
Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi daşınar əmlakından pay da müəyyən edilir. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var.
108. Sağ qalmış ərə (arvada) ər-arvadın ümumi daşınar əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən ərin (arvadın) ölümü haqqında şəhadətnamə, ərizə sahibinin ölmüş ərlə (arvadla) nikah münasibətlərini təsdiq edən sənəd, ər-arvadın əmlakına ümumi daşınar (birgə) mülkiyyət hüququnu təsdiq edən sənəd, nikah müqaviləsi tələb olunur.
109. Vərəsələrin sağ qalmış ərin (arvadın) payının müəyyən edilməsinə dair yazılı razılığı olmadıqda, konsul mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsindən imtina edir və vərəsələrə məhkəməyə müraciət etmək hüququnu izah edir.
110. Ər-arvadın ikisi də öldükdə (bir gündə və yaxud müxtəlif vaxtda), konsul tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur.
VIII fəsil
Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün, imzanın həqiqiliyinin və tərcümənin düzgünlüyünün təsdiq edilməsi
Sənədlərin surətlərinin və sənədlərin surətlərindən çıxarılmış surətlərin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi
111. Konsul idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini o şərtlə təsdiq edir ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.
Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini konsul və ya notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun.
112. Sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, konsul sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edir. Sonuncu halda sənədin surəti idarənin, müəssisənin, təşkilatın blankında tərtib edilməli, üzərinə möhür vurulmalı və qeyd olunmalıdır ki, sənədin əsli həmin idarə, müəssisə, təşkilatda saxlanılır.
113. Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilir ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.
Sənədlərdən çıxarışların düzgünlüyü bu Təlimatın 113—114-cü bəndlərində müəyyən olunmuş qaydada təsdiq olunmalıdır.
114. Sənədin təsdiq edilən surəti və ya sənəddən çıxarış sənədin əsli ilə tutuşdurulur. Sənədin surəti kseroks və yaxud çap və əlyazma üsulu ilə tərtib edilə bilər.
Sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi
115. Konsul qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir.
116. Konsul imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. Sənədlər əqdin şərhindən ibarətdirsə, konsul tərəflərə müvafiq qaydada əqd bağlamağı təklif etməlidir.
117. Əqddə yalnız fiziki çatışmazlığına, xəstəliyinə və ya digər üzrlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq olunur.
[20]
Bu halda konsul fiziki çatışmazlığına, xəstəliyinə və ya başqa səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyini təsdiq edərkən, həm imza etmiş şəxsin, həm də bu şəxs kimin əvəzindən imza etmişsə, həmin şəxsin şəxsiyyətini müəyyən edir.
118. Sənəddə təsdiq edilən halları təsdiq etmək hüququ yalnız dövlət orqanına məxsus olduqda (məsələn, anadan olma, nikah, ölüm tarixi və s.), şəxsin həmin sənəddəki imzasının həqiqiliyi təsdiq edilə bilməz. Həmin sənəddəki imzanın həqiqiliyi o halda təsdiq edilir ki, bu sənəd xarici dövlətin məhkəməsinə və ya digər idarəsinə təqdim olunmaq üçün nəzərdə tutulsun.
119. Bank vərəqələrində vəzifəli şəxslərin imzalarının nümunələrini təsdiq edərkən konsul onların imzalarının həqiqiliyini və imza hüququna səlahiyyətini yoxlayır.
Səlahiyyətin təsdiqi üçün konsul aşağıdakı sənədləri tələb edir və özündə saxlayır: vəzifəli şəxsin təyin edilməsi haqqında əmr və ya seçilməsi haqqında protokol, müəyyən edilən qaydada təsdiq olunmuş nizamnamə və ya əsasnamə, yaxud idarə başçısının adına yuxarı təşkilat tərəfindən verilmiş etibarnamə. Vərəqədə bu təşkilatın möhürü ottiskinin nümunəsi göstərilməlidir. Təşkilatın möhürü yoxdursa, bu halı təsdiq edən müvafiq sənəd (hesabın sahibinə nisbətən yuxarı təşkilat tərəfindən verilmiş arayış və s.) təqdim olunmalıdır.
Tərcümənin düzgünlüyünün təsdiq edilməsi
120. Konsul müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir.
Konsul müvafiq dilləri bilmədiyi halda sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə konsul təsdiq etməlidir.
Konsul tanıdığı tərcüməçinin hər dəfə gəlməməsi üçün onu qeydiyyata götürür. Bu məqsədlə onun ərizəsini, diplomunun surətini və imza nümunəsini tələb edir.
Konsul etibar etdiyi tərcüməçinin imzasını tanıdığı hallarda onun imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edir. Tərcümə elektron rabitə vasitəsilə qəbul edildikdə, onun surət kimi təsdiqlənməsi tələb olunmur.
121. Notariat hərəkəti aparılarkən (əqdin təsdiq edilməsi, surətin düzgünlüyünün təsdiq olunması və s.), eyni zamanda başqa dilə tərcümə də edilərsə, tərcümə sənədin əsli ilə bir vərəqdə, hər iki mətn bir-birinin yanında, şaquli xətlə ayrılan bir səhifədə elə yerləşdirilir ki, mətnin əsli sol tərəfdə, tərcümə isə sağ tərəfdə olsun. Mətnin hamısı tərcümə olunmalı və imzalarla qurtarmalıdır. Tərcümənin sonunda tərcüməçinin imzası olur. Təsdiq qeydi sənədin və sənəddən tərcümənin mətnlərinin sonunda ifadə olunur.
122. Tərcümə sənədin əslindən ayrı vərəqdə də verilir. Bu halda tərcümə sənədin əslinə əlavə olunur, qaytanla ona tikilir və konsulun imzası və gerbli möhürü ilə təsdiq edilir.
IX fəsil
Faktların təsdiq edilməsi
Şəxsin sağ olması faktının təsdiq edilməsi
123. Konsul şəxsin xahişinə əsasən onun sağ olması faktını təsdiq edir.
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların sağ olması faktı onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının) xahişi ilə təsdiq edilir, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların sağ olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, himayəçilərinin) razılığı ilə təsdiq edilir.
124. Şəxsin sağ olması faktı həm o, konsulluğa gəldikdə, həm də konsul bu faktı konsulluğun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur.
125. Konsul maraqlı şəxslərə şəxsin sağ olması faktını təsdiq edən şəhadətnamə verməlidir.
Şəxsin müəyyən yerdə olması faktının təsdiq edilməsi
126. Konsul şəxsin xahişi ilə, onun müəyyən yerdə olması faktını təsdiq edir.
14 yaşı tamam olmayan yetkinlik yaşına çatmayanların müəyyən yerdə olması faktı onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının) xahişi ilə təsdiq edilir, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların müəyyən yerdə olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, himayəçilərinin) razılığı ilə təsdiq edilir.
127. Şəxsin müəyyən yerdə olması faktı həm o, konsulluğa gəldikdə, həm də konsul bu faktı konsulluğun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur.
128. Konsul maraqlı şəxslərə şəxsin müəyyən yerdə olması faktını təsdiq edən şəhadətnamə verməlidir.
Şəxsin fotoşəkildəki şəxslə eyniliyinin təsdiq edilməsi
129. Konsul şəxsin xahişinə əsasən onun təqdim olunan fotoşəkildəki şəxslə eyniliyinə şübhə etmirsə, həmin halı təsdiq etməli və bu barədə həmin şəxsə şəhadətnamə verməlidir.
130. Fotoşəkil şəhadətnamənin verilən nüsxəsinin yuxarı sol küncünə yapışdırılır, konsulun imzası və gerbli möhürü ilə təsdiq edilir. Həm də möhürün bir hissəsi fotoşəkilin üzərinə, bir hissəsi isə şəhadətnaməyə düşməlidir.
131. Konsul fotoşəkildəki şəxslə şəxsin eyniliyinə şübhə edirsə, bu halı təsdiq etmədən ona məsələ üzrə məhkəməyə müraciət etmək hüququnu izah etməlidir.
Sənədin təqdim olunduğu vaxtın təsdiq edilməsi
132. Konsul ayrı-ayrı şəxslərin, idarə, müəssisə və təşkilatın ərizəsinə əsasən sənədin təqdim olunduğu vaxtı təsdiq etməlidir.
Bu notariat hərəkətinə ehtiyac o vaxt yaranır ki, ezam olunmuş şəxs ezam olunduğu təşkilata vaxtında gəlir, lakin həmin vaxt bu təşkilat ləğv edilmiş olur. Belə halda konsul ezamiyyə vərəqinin təqdim olunduğu vaxtı təsdiq edir.
Təqdim olunduğu vaxt təsdiq edilən sənədlərə müxtəlif növ ixtiraların təsviri, avtoreferatlar və s. aiddir.
133. Konsul sənədi təqdim etmiş şəxsin şəxsiyyətini müəyyən edir.
Konsula sənədin təqdim edildiyi vaxtın təsdiq edilməsinin təsdiq qeydi sənədin əslində və hökmən sənədi təqdim etmiş şəxs göstərilməklə qeyd edilir.
134. Əgər eyni vaxtda bir neçə sənəd təqdim edilərsə, təsdiq qeydi hər bir sənədə ayrılıqda qeyd edilir və dövlət rüsumu hər bir sənəd üçün ayrılıqda tutulur. Əgər bir sənəd bir neçə vərəqdə ifadə edilibsə, konsul bu sənədlərdə təsdiq qeydi apararkən onları qaytanlamalı, vərəqlərin sayını göstərməklə imza etməli və gerbli möhürünü vurmalıdır.
X fəsil
Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərinin, sənədli qiymətli kağızların və vəsiyyətnamələrin depozitə qəbul edilməsi
[21]
135. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532–533-cü maddələrində nəzərdə tutulmuş hallarda konsullar kreditora vermək üçün öz depozit hesablarına pul məbləğlərini və sənədli qiymətli kağızları qəbul edirlər.
Pul məbləğlərini və sənədli qiymətli kağızları öhdəliyin icrası yerindəki konsul depozitə qəbul edir.
[22]
Konsul bu Təlimatın 55-ci bəndində göstərilən vəsiyyətnamələri saxlamaq üçün depozitə qəbul edir.
136. Konsul pul məbləğlərini və sənədli qiymətli kağızları depozitə qəbul edərkən borcluya təklif edir ki, öz soyadını, adını, atasının adını (və ya təşkilatın adını) və ünvanını, pul məbləğləri və ya sənədli qiymətli kağızlar kimə verilmək üçün qoyulmuşsa, həmin şəxsin soyadını, adını, atasının adını və məlum olan son ünvanını bildirsin. Borclu, həmçinin ödəniş barəsində əsasını və hesablaşmanı göstərə bilər.
Konsul öhdəliyin predmetini (pul məbləğlərini, sənədli qiymətli kağızları) depozitə qəbul edərkən ödənişin əsaslarını, yəni kreditorun hüquqlarının və borclunun vəzifəsinin əmələ gəlməsi əsaslarını yoxlamır.
[23]
137. Konsul depozitə pul məbləğləri və ya sənədli qiymətli kağızlar qoyan şəxsə ödəniş haqqında sənəd verir.
[24]
Borclunun xahişi ilə ödəniş haqqında qeyd borcu müəyyən edən təqdim olunmuş sənəddə də yazılır.
138. Konsul pul məbləğlərinin və sənədli qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya sənədli qiymətli kağızları ona verir.
Borclu kreditorun ünvanını göstərmirsə və bu ünvan konsula məlum deyildirsə, borclu xəbərdar edilir ki, pulun və ya sənədli qiymətli kağızların ödənildiyi barədə kreditora məlumat vermək vəzifəsi borclunun öhdəsində qalır.
[25]
139. Pul məbləğləri konsula poçtla və kredit idarəsindən daxil olmuşsa, daxil olmuş məbləğdən lazımi qədər dövlət rüsumu tutulur, qalan məbləğ isə depozitə qəbul edilir.
140. Pul məbləğlərinin və sənədli qiymətli kağızların onları depozitə (debitora) vermiş şəxsə qaytarılmasına yalnız xeyrinə haqq ödənilmiş şəxsin (kreditorun) yazılı razılığı ilə və ya məhkəmənin qərarına əsasən yol verilir.
[26]
141. Depozit məbləğlərinin konsulun hesabında saxlanması aşağıdakı müddətlərdə məhdudlaşdırılır:
·
fiziki şəxslərə verilməli olan depozit məbləğləri üç il saxlanılır;
·
təsərrüfat hesablı dövlət müəssisələrinə və təşkilatlarına, habelə digər hüquqi şəxslərə verilməli olan depozit məbləğləri bir il saxlanılır;
·
bu müddətlər kreditorun adına depozitə pul məbləğləri və ya sənədli qiymətli kağızlar verilməsi haqqında kreditora bildiriş göndərildiyi gündən hesablanır;
[27]
·
dövlət büdcəsində və yerli büdcədə olan idarələrə verilməli depozit məbləğləri bu məbləğlərin verildiyi ilin dekabr ayının 31-dək, həll edilməmiş məhkəmə işləri üzrə depozitə verilmiş məbləğlər isə məhkəmənin qətnamə çıxardığı ilin dekabr ayının 31-dək saxlanılır.
Tələb olunmayan depozit məbləğləri həmin müddət keçdikdən sonra dövlət büdcəsi mədaxilinə keçirilir.
Tələb edilməmiş depozit məbləğləri göstərilən müddətlər keçdikdən sonra bir aydan gec olmayaraq dövlət büdcəsi mədaxilinə keçirilməlidir.
142. Konsul predmeti saxlamağa qəbul etdiyi barədə kreditora məlumat verir və predmeti ondan qəbul etməyi tələb edir.
Borclu saxlanmağa verdiyi predmetin kreditor tərəfindən qəbul edilənə qədər qaytarılmasını tələb edə bilər, bu şərtlə ki, lap əvvəldən o, qaytarmadan imtina etməmiş olsun. Borclu predmetin qaytarılmasını tələb edirsə, saxlama baş tutmamış sayılır.
Kreditor predmetdən imtina edirsə və ya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369-cu maddəsi ilə müəyyən edilmiş müddət qurtarmışsa, borclu təhvil verdiyi predmeti geri götürə bilər.
Borclu predmeti geri götürürsə, saxlama xərcləri onun üzərinə düşür.
Borclu predmeti geri götürülmə üçün zəruri olan müddət ərzində almazsa, o, dövlət əmlakı sayılır.
143. Depozit məbləğlərinin uçotu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müəyyən etdiyi qaydada aparılır.
143-1. Konsul bu Təlimatın 55-ci hissəsində göstərilən vəsiyyətnamələri depozitə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğunda qəbul edir və həmin diplomatik nümayəndəlikdə və ya konsulluqda olan seyflərdə saxlayır.
Konsul vəsiyyətnaməni depozitə qəbul edərkən, vəsiyyətnaməni təqdim edən şəxsin şəxsiyyətini müəyyən edir və onun fəaliyyət qabiliyyətini yoxlayır.
Konsul vəsiyyətnamənin qoyulduğu zərfin vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən etibarlı bağlandığını və sonradan açılmadığını təsdiq etmək üçün zərfin bağlanan hissəsinə möhür vurur. Əgər zərf üzərində qeydlərin aparılması üçün kiçikdirsə və ya yararsızdırsa, konsul vəsiyyətnaməni təqdim edən şəxsə zərfi dəyişdirməsini təklif edir. Konsul zərfin üzərində zərfdəki vəsiyyətnaməni onu təqdim edən şəxsin öz əli ilə yazıb imzalaması və vəsiyyətnamənin hansı tarixdə və saatda depozitə qəbul olunması barədə qeyd yazır. Qeyd konsulun imzası və gerbli möhürü ilə təsdiq edilir.
Konsul vəsiyyətnaməni depozitə qəbul etdikdən sonra bu barədə iki nüsxədə qəbz tərtib edərək, onun bir nüsxəsini vəsiyyətnaməni təqdim edən şəxsə verir, digər nüsxəsini isə bunun üçün xüsusi ayrılmış qovluqda saxlayır. Qəbzdə vəsiyyətnaməni təqdim edən şəxsin, vəsiyyətnamə konsula təqdim edilərkən iştirak edən üç şəxsin adı, soyadı, atasının adı, yaşadığı ünvan, depozitin yeri, vəsiyyətnamənin depozitə qəbul olunduğu tarix və saat qeyd edilir. Vəsiyyətnaməni depozitə qəbul edən konsul qəbzi imzalamalı və ona gerbli möhürünü vurmalıdır. Qəbz itdikdə vəsiyyətnaməni depozitə qoyan şəxsin, həmin şəxs öldükdən sonra isə onun vərəsəsinin müraciəti əsasında qəbzin notariat qaydada təsdiq olunmuş surəti verilir.
Depozitin yeri dəyişdirildikdə, konsul bu barədə digər şəxslərə məlumatın çatmasını istisna edən üsullarla vəsiyyətnaməni təqdim edən şəxsə məlumat verir.
Konsulun səlahiyyət müddəti başa çatdıqda, depozitə qoyulmuş vəsiyyətnamələr müvafiq Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğunda onu əvəz edəcək konsul tərəfindən saxlanılır.
Konsul depozitə qoyulmuş vəsiyyətnaməni onu təqdim edən şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən geri qaytarır.
Vəsiyyətnaməni depozitə qoyan şəxs öldükdən sonra qəbzi təqdim edən şəxs ərizə ilə müraciət etdikdə, konsul işlədiyi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin və ya konsulluğunun akkreditə edildiyi ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikasının digər diplomatik nümayəndəlik və ya konsulluğuna (olduğu halda) mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikasının digər diplomatik nümayəndəliyinə və ya konsulluğuna mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilmişdirsə, konsul 2 (iki) iş günü ərzində vəsiyyətnaməni mirasın açıldığı yerin konsuluna təqdim edir və ya sifarişli poçt göndərişi (məktubu) ilə göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir.
Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilməyibsə, konsul qəbzi təqdim edən şəxsə həmin ərizənin verilməsi qaydasını izah edir. Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilməsi haqqında məlumat Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna daxil olduqdan sonra konsul vəsiyyətnaməni mirasın açıldığı yerin konsuluna, mirasın açıldığı yer Azərbaycan Respublikasında olduqda, həmin yer üzrə Azərbaycan Respublikasının notariat ofisinə göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə öz növbəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, bu Təlimatın 143-1-ci hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş qaydada təqdim edir və ya göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir.
[28]
Mirasın açıldığı yerin konsulu gün təyin edərək, maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Konsul maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edərkən, vəsiyyətnamənin surətlərini onlara paylayır və vəsiyyətnamənin mətnini ucadan oxuyur. Vəsiyyətnamənin məzmunu bu barədə konsul tərəfindən tərtib edilən müvafiq protokolda qeyd edilir. Vəsiyyətnamənin qoyulduğu zərf açılmazdan əvvəl zərfə vurulan möhürün salamatlığının yoxlanılması barədə məlumat da protokolda qeyd edilir. Protokol konsul və vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxslər tərəfindən imzalanır. Vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxsin protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə edilir. Protokolun təsdiq edilmiş surətləri vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxslərə verilir, vəsiyyətnamənin əsli isə konsulda saxlanılır.
Vəsiyyətnamə mirasın açıldığı yerin Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğunda depozitə qoyulubsa, bu Təlimatın 143-1-ci hissəsinin onuncu abzasında nəzərdə tutulmuş hərəkətlər həmin konsul tərəfindən həyata keçirilir.
Vəsiyyətnamənin depozitə qəbul olunması, saxlandığı depozitin yeri, vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən onun geri götürülməsi, vəsiyyətnamənin mirasın açıldığı yerin konsuluna və ya notariusuna göndərilməsi, vəsiyyətnamənin məzmunu ilə maraqlı şəxslərin tanış edilməsi barədə məlumatlar notariat reyestrində qeyd edilir.
XI fəsil
İcra qeydlərinin aparılması
144. Borclunun olduğu yer üzrə konsul dairəsində konsul borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparır.
Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
145. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda və barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.
Tələbkar icra qeydinin aparılması üçün konsulluğa müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra konsul tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
[29]
146. Konsul icra qeydi apararkən borcun tutulmasını əsaslandırmaq üçün borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilmiş sənədlərin təqdim olunmasını tələb edir.
[30]
147. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir:
·
icra qeydi aparan konsulun vəzifəsi, soyadı, adı və atasının adı;
·
tələbkarın adı və ünvanı;
·
borclunun adı və ünvanı;
·
ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə);
[31]
·
borcun miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği;
·
icra qeydinin aparıldığı tarix (il, ay, gün);
·
icra qeydinin reyestrdə qeyd olunduğu nömrə;
·
icra qeydi aparan konsulun imzası və gerbli möhürü.
148. İcra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur.
İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır.
Borcu müəyyən edən sənədə əsasən borcu hissə-hissə tutmaq lazım olduqda, hər bir sənəd üzrə icra qeydi borc sənədinin surətində və ya borclunun şəxsi hesabından çıxarışda qeyd olunur və həmin hallarda borcu müəyyən edən sənədin əslində tutulmalı olan məbləğ notariat reyestrində qeydə alınma tarixi və nömrəsi göstərilməklə, aparılmış icra qeydi haqqında qeyd yazılır.
149. Borcu müəyyən edən sənədin surəti, yaxud borclunun şəxsi hesabından çıxarış və icra qeydinin surəti konsulda saxlanılır.
Eyni öhdəlik üzrə sonralar hər dəfə icra qeydi aparıldıqda, borcu müəyyən edən sənədin surətinin təkrar təqdim olunması tələb edilmir. Bu hallarda şəxsi hesabdan çıxarışın iki nüsxəsini və öhdəliyin əslini təqdim etməklə kifayətlənmək lazımdır. Çıxarışın üzərində icra qeydi olan bir nüsxəsi və öhdəliyin əsli tələbkarlara qaytarılır, ikinci nüsxə isə konsulda saxlanılır.
150. Borcu müəyyən edən vahid formalı (məsələn, bank borcu) sənədlər üzrə bir neçə icra qeydi aparıldıqda, konsulda borcu (borclulardan biri üçün) müəyyən edən sənədin bir surəti və borclarının tutulması üçün icra qeydləri aparılmış borcluların siyahısı (borcluların tam adı və ünvanı, ödəmə müddətləri, icra qeydi üzrə tələbin məbləği, lazım gəldikdə isə digər məlumatlar göstərilməklə) saxlanılır.
151. İcra qeydi aparmaq üçün borcu müəyyən edən sənəddən əlavə, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilən digər sənədləri də təqdim etmək zəruridirsə, həmin sənədlər icra qeydinə əlavə olunmur, konsulda saxlanılır.
152. Çeklərdə icra qeydləri ödəyicinin və ya bank idarəsinin olduğu yer üzrə aparılır. İcra qeydləri konsul tərəfindən yalnız o zaman aparılır ki, çekin ödənişə təqdim edildiyi gün göstərilməklə və ödənilmədiyi barədə ödəyicinin və ya bank idarəsinin çek üzərində qeydi olsun. İcra qeydi aparılarkən çekin ödənişə vaxtında təqdim olunması yoxlanılır.
İcra qeydi ödəyicinin (bankın) çeki ödəməkdən imtina etdiyi gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müddətlərdə verilir.
İcra qeydi çek sahibinin arzusu ilə həm çekverən əleyhinə, həm də çek üzrə məsuliyyət daşıyan qeyd yazanlar əleyhinə aparılır.
Konsul icra qeydi aparılması haqqında reyestrdə qeyd edir, çekin ödənilməməsi və icra qeydi verilməsi haqqında çekverənə məlumat göndərir.
İcra qeydi üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi və məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
153. İcra qeydini təqdim etmək üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
[32]
XII fəsil
Dəniz protestlərinin tərtib edilməsi
154. Konsul gəmi sahibinin hüquqlarını və qanuni mənafeyini qorumaq üçün sübutların təmin olunması məqsədi ilə, səfər dövründə və ya gəminin dayandığı dövrdə baş verən, gəmi sahibinə əmlak tələbləri verilməsi üçün əsas ola biləcək hadisə haqqında gəmi kapitanının ərizəsini qəbul edir.
155. Dəniz protesti haqqında ərizədə hadisənin təsviri və kapitana etibar olunmuş əmlakın qorunmasını təmin etmək üçün kapitanın gördüyü tədbirlər göstərilməlidir.
Gəmi kapitanı dəniz protesti haqqında ərizədə şərh olunmuş halların təsdiq edilməsi üçün ərizə ilə birlikdə, yaxud gəminin konsul dairəsindəki limanına daxil olduğu vaxtdan və ya hadisə limanda baş vermişsə, hadisə baş verdiyi vaxtdan ən çoxu yeddi gün müddətində gəmi jurnalını və gəmi jurnalından kapitanın təsdiq etdiyi çıxarışı nəzərdən keçirmək üçün konsula verməlidir.
156. Dəniz protesti haqqında ərizə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, konsul dairəsindəki limanda konsula gəminin limana gəldiyi vaxtdan iyirmi dörd saat ərzində verilməlidir. Dəniz protesti verilməsi zərurətini doğuran hadisə limanda baş vermişsə, protest hadisə vaxtından iyirmi dörd saat ərzində verilməlidir.
Protesti müəyyən edilmiş müddətdə vermək mümkün olmadıqda, bunun səbəbləri dəniz protesti haqqında ərizədə göstərilməlidir.
157. Konsul gəmi kapitanının ərizəsinə, gəmi jurnalının məlumatına, habelə kapitanın özünün və imkan daxilində gəmi heyətindən olan azı dörd şahidin, o cümlədən komanda heyətindən olan iki şahidin dindirilməsinə əsasən müəyyən olunmuş formada dəniz protesti haqqında akt tərtib edir, onu öz imzası və gerbli möhürü ilə təsdiq edir. Aktın bir nüsxəsi gəmi kapitanına və ya onun müvəkkil etdiyi şəxsə verilir, digər nüsxəsi isə kapitanın ərizəsini və gəmi jurnalından çıxarışı ona əlavə etməklə konsulda qalır.
XIII fəsil
Sənədlərin saxlanılmaq üçün qəbul edilməsi
158. Konsullar sənədləri saxlanılmaq üçün siyahı üzrə qəbul edirlər.
Siyahı iki nüsxədə tərtib olunur, sənədləri saxlanılmaq üçün verən şəxs və konsul tərəfindən imzalanır.
Siyahının bir nüsxəsi konsulda, ikincisi isə sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsdə qalır.
Sənədlər konsulun iştirakı ilə lazımi qaydada qablaşdırılmışdırsa, konsul şəxsin xahişi ilə sənədləri siyahısız qəbul edir.
Qablaşdırma konsulun möhürü, onun və sənədləri saxlanılmaq üçün təhvil verən şəxsin imzaları ilə təsdiq edilməlidir.
Sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsə müəyyən olunmuş formada şəhadətnamə verilir.
159. Qəbul olunmuş sənədlər konsulun möhürü ilə möhürlənmiş dəmir şkaflarda və ya seyflərdə ayrıca qovluqda saxlanılır.
160. Saxlanılmaq üçün qəbul edilmiş sənədlər onları saxlanılmaq üçün təhvil vermiş şəxsin və ya müvəkkil edilmiş şəxsin tələbi üzrə şəhadətnamə və siyahının nüsxəsi təqdim olunduqda, yaxud məhkəmənin qərarı əsasında qaytarılır.
XIV fəsil
Sübutların təmin edilməsi
161. Konsul Azərbaycan Respublikasının məhkəmələrində, istintaq və təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutları, həmin sübutların təqdim edilməsinin sonralar qeyri-mümkün və ya çətin olacağını güman etməyə əsaslar olduqda, maraqlı şəxslərin xahişi ilə təmin edir.
Konsullar maraqlı şəxslərin konsula müraciət etdikləri zaman məhkəmənin, istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə sübutları təmin etmirlər.
Zəruri sübutlar xarici dövlətin məhkəmə orqanına və ya digər idarəsinə təqdim olunmalıdırsa, sübutlar maraqlı şəxsin müraciət etdiyi anda işin artıq xarici dövlətin məhkəməsinin və ya digər idarəsinin icraatında olmasından asılı olmayaraq təmin edilir.
Sübutların təmin edilməsində maraqlı olan şəxs (gələcək iddiaçı, güman edilən cavabdeh) fəaliyyət ərazisində sübutların təmin edilməsi sahəsində prosessual əməliyyatlar aparılmalı olan konsula ərizə verir.
162. Konsul sübutların təmin olunması qaydasında şahidləri dindirir, yazılı və maddi sübutları müayinə edir.
163. Konsul sübutların təmin edilməsi sahəsində prosessual hərəkətləri yerinə yetirərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq qaydalarını rəhbər tutur.
164. Konsul sübutların təmin edildiyi vaxt və yer haqqında digər tərəfə və maraqlı şəxslərə xəbər verir, lakin onların gəlməməsi sübutların təmin olunması sahəsindəki hərəkətləri yerinə yetirməyə mane olmur.
Digər tərəflərə və maraqlı şəxslərə xəbər vermədən sübutların təmin olunması yalnız təxirəsalınmaz hallarda və ya gələcəkdə kimlərin işdə iştirak edəcəyini müəyyənləşdirmək mümkün olmadıqda həyata keçirilir.
Çağırışlar üzrə şahid gəlmədikdə, konsul Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün bu barədə şahidin yaşayış yerindəki məhkəməyə məlumat verir.
165. Konsul bilə-bilə yalan ifadə, və yaxud ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297—298-ci maddələrinə əsasən məsuliyyət haqqında şahidi xəbərdar edir.
166. Konsul sübutların təmin olunması qaydasında şahidin dindirilməsi haqqında protokol tərtib edir; protokolda aşağıdakılar göstərilir:
·
dindirmə tarixi, dindirməni aparan konsulun soyadı, adı, atasının adı, konsulun fəaliyyət göstərdiyi konsul dairəsi;
·
dindirmədə iştirak edən şəxslərin soyadı, adı və atasının adı;
·
şahidin soyadı, adı və atasının adı, anadan olduğu il, yaşadığı yer;
·
bilə-bilə yalan ifadə verməyə görə və ifadə verməkdən imtina etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsi haqqında qeyd;
·
şahidin ifadəsinin məzmunu (ona verilmiş suallar və onlara cavablar).
Protokol şahid, dindirmədə iştirak etmiş şəxslər və konsul tərəfindən imzalanır.
167. Konsul yazılı və maddi sübutların müayinəsi haqqında protokol tərtib edir; protokolda aşağıdakılar göstərilir:
·
müayinənin aparıldığı tarix və yer;
·
müayinə aparan konsulun soyadı, adı, atasının adı, konsulun fəaliyyət göstərdiyi konsul dairəsi;
·
müayinədə iştirak edən əlaqədar şəxslərin soyadı, adı və atasının adı, onların yaşayış yeri;
·
müayinə zamanı aşkara çıxarılan hallar;
·
protokol müayinədə iştirak edən şəxslər və konsul tərəfindən imzalanır.
168. Sübutların təmin edilməsi icraatı qurtardıqdan sonra əlaqədar şəxsə sübutların təmin olunması qaydasında tərtib edilmiş hər bir sənədin bir nüsxəsi verilir, hər bir sənədin bir nüsxəsi isə konsulda saxlanılır.
169. Konsul sübutların təmin olunması icraatının aparılması üçün xahişlə müraciət etmiş şəxsdən şahidlərə haqq ödəmək üçün, habelə sübutların təmin edilməsi icraatı üzrə digər xərclərdən ötrü pul ödəməsini tələb edir.
Şahidlərə haqq və digər xərclər, məhkəməyə şahidlər çağırıldıqda onlara haqq verilməsi üçün müəyyən olunmuş dərəcələr üzrə verilir.
Şahidlərə haqq və digər xərclər üçün vəsait əvvəlcədən konsulun depozit hesabına qoyulur.
Konsul bu xərcləri həmin hesabdan ödəyir.
IV Bölmə
Xarici dövlətlərin qanunvericiliyinin tətbiqi, beynəlxalq müqavilələr
170. Konsul Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq xarici dövlətlərin qanunvericiliyinin normalarını tətbiq edir.
171. Beynəlxalq müqavilə ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş notariat hərəkətləri haqqındakı qaydalardan fərqli qaydalar müəyyən edilmişsə, notariat hərəkətləri aparılarkən beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.
172. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə müvafiq olaraq, beynəlxalq müqavilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan notariat hərəkətlərinin aparılmasını konsulların səlahiyyətinə aid edirsə, onlar həmin notariat hərəkətlərini bu Təlimatda nəzərdə tutulmuş qaydada aparırlar.
173. Konsul tərəfindən təsdiq edilib, xaricdə əməliyyatlar aparmaq üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə, onu vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır, bu, etibarnamənin mətnində göstərilir.
174. Konsul Azərbaycan Respublikasının miras əmlakının mühafizəsi haqqında normalar ehtiva edən beynəlxalq müqavilə bağladığı xarici dövlətin vətəndaşının ölümü haqqında məlumat aldıqda, müvafiq müqaviləni rəhbər tutaraq ölənin Azərbaycan Respublikasının ərazisində əmlakı olduğu hallarda miras əmlakın mühafizəsi üçün lazımi tədbirlər görür, miras əmlakın miqdarını və dəyərini müəyyən edir, vərəsələri aşkar edir, vəsiyyətnamənin olub-olmadığını yoxlayır və bu barədə ölənin vətəndaşı olduğu ölkənin notariat orqanlarına nəzərdə tutulmuş qaydada dərhal məlumat verir.
175. Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə müvafiq olaraq, xarici dövlətin qanunlarında nəzərdə tutulmuş forma üzrə tərtib edilmiş vəsiyyətnamə vəsiyyət edənin ölümündən sonra açılıb elan olunmaq üçün konsula təqdim edildikdə konsul vəsiyyətnamənin məzmununu elan edir, vəsiyyətnamənin vəziyyəti və məzmunu haqqında protokol tərtib edir. Protokolda vəsiyyətnamənin tərtib olunduğu tarix, vəsiyyətnaməni tərtib etmiş şəxsin adı, sənədin vəziyyəti: onun möhürlənmiş halda, yoxsa açıq şəkildə təqdim edilməsi sənəddə pozulmuş yerlərin, düzəlişlərin və başqa nöqsanların olub-olmadığı göstərilir. Protokol konsul və vəsiyyətnaməni təqdim etmiş şəxs tərəfindən imzalanır. Vəsiyyətnamə möhürlənmiş halda konsulda saxlanılırdısa, yuxarıda göstərilən bütün hərəkətləri konsul təkbaşına aparır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
3 iyul 2012-ci il tarixli Q/01-12 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207030112, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyul 2012-ci il)
2.
20 iyul 2012-ci il tarixli Q/04-12 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207200412, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2012-ci il)
3.
18 fevral 2013-cü il tarixli Q/01-13 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201302180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2013-cü il)
4.
16 iyul 2013-cü il tarixli Q/02-13 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307160213, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2013-cü il)
5.
30 oktyabr 2015-ci il tarixli Q/11-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510301115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2015-ci il)
6.
21 yanvar 2016-cı il tarixli Q/01-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601210116, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2016-cı il)
7.
11 dekabr 2018-ci il tarixli Q/05-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812110518, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2018-ci il)
8.
29 may 2019-cu il tarixli Q/04-19 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905290419, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il)
9.
2 mart 2020-ci il tarixli Q/04-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202003020420, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 mart 2020-ci il)
10.
24 noyabr 2021-ci il tarixli Q/04-21 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111240421, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 noyabr 2021-ci il)
11.
24 noyabr 2021-ci il tarixli Q/03-21 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111240321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 dekabr 2021-ci il)
12.
11 may 2022-ci il tarixli Q/01-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202205110122, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 may 2022-ci il)
13.
20 dekabr 2022-ci il tarixli Q/05-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212200522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2022-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
30 oktyabr 2015-ci il tarixli Q/11-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510301115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2015-ci il) ilə 2-ci hissənin 12-ci bəndində “məbləğlərini,” sözündən sonra “sənədli” sözü əlavə edilmişdir.
[2]
11 may 2022-ci il tarixli Q/01-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202205110122, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 may 2022-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 15-ci hissəsinin altıncı abzasının ikinci cümləsində “16” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin və “şəhadətnaməyə” sözündən sonra “(olduğu halda ümumvətəndaş, xidməti, diplomatik pasportlara və ya şəxsiyyət vəsiqəsinə)” sözləri əlavə edilmişdir.
[3]
20 dekabr 2022-ci il tarixli Q/05-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212200522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2022-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 20-ci hissəsinin birinci abzasın birinci cümləsində “cismani qüsuruna” sözləri “fiziki çatışmazlığına” sözləri ilə əvəz edilmişdir.
[4]
20 dekabr 2022-ci il tarixli Q/05-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212200522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2022-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 20-ci hissəsinin ikinci abzasda “savadsız və kordursa” sözləri “görmə qabiliyyəti tam məhdud və savadsızdırsa” sözləri ilə əvəz edilmişdir.
[5]
20 dekabr 2022-ci il tarixli Q/05-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212200522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2022-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 20-ci hissəsinin üçüncü abzasda “kar, kor, kar-lal” sözləri “eşitmə, görmə, eşitmə-nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kar, kor və ya kar-lal” sözləri “eşitmə, görmə və ya eşitmə-nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilmişdir.
[6]
24 noyabr 2021-ci il tarixli Q/04-21 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111240421, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 noyabr 2021-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 34-cü hissəsinin birinci abzasın ikinci cümləsində “konsulun qərarından müvafiq məhkəməyə şikayət vermək” sözləri “məhkəməyə müraciət etmək” sözləri ilə əvəz edilmişdir ikinci abzas ləğv edilmişdir.
[7]
2 mart 2020-ci il tarixli Q/04-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202003020420, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 mart 2020-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 44-cü hissəsinin birinci abzasında “kontorları” sözü “ofisləri” sözü ilə əvəz edilmişdir.
[8]
20 dekabr 2022-ci il tarixli Q/05-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212200522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2022-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 56-cı hissənin üçüncü abzasının birinci cümləsində “qüsurlarına” sözü “çatışmazlığına” sözü ilə əvəz edilmişdir.
[9]
20 dekabr 2022-ci il tarixli Q/05-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212200522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2022-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 57-ci hissəsinin birinci abzasda “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilmişdir.
[10]
20 dekabr 2022-ci il tarixli Q/05-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212200522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2022-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 57-ci hissəsinin ikinci abzasın birinci cümləsində “Kor” sözü “Görmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilmişdir.
[11]
20 dekabr 2022-ci il tarixli Q/05-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212200522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2022-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 57-ci hissəsinin üçüncü abzasın birinci cümləsində “lal-kar və ya lal-kar-kor” sözləri “nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud olan və ya nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilmişdir.
[12]
30 oktyabr 2015-ci il tarixli Q/11-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510301115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2015-ci il) ilə 81-ci hissəsinin ikinci abzasında “emissiya və qeyri emissiya” sözləri “sənədli” sözü ilə əvəz edilmişdir və həmin abzasdan “(orderlər, veksellər, çeklər, istiqrazlar, səhmlər, əmtəə kağızları və sair)” sözləri çıxarılmışdır.
[13]
24 noyabr 2021-ci il tarixli Q/03-21 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111240321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 dekabr 2021-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 88-ci hissəsinin ikinci abzasında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə” sözləri ilə əvəz edilmişdir.
[14]
18 fevral 2013-cü il tarixli Q/01-13 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201302180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2013-cü il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da 90-cı hissənin beşinci abzasında və 137-ci hissənin birinci cümləsində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir.
[15]
21 yanvar 2016-cı il tarixli Q/01-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601210116, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2016-cı il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 93-cü hissəsinin üçüncü abzasında “yaşayış yeri haqqında müvafiq təşkilatlardan və ya ölənin iş yerindən verilən arayış” sözləri “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış” sözləri ilə əvəz edilmişdir.
[16]
16 iyul 2013-cü il tarixli Q/02-13 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307160213, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2013-cü il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 93-cü hissəsinin beşinci abzasından “pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər,” sözləri çıxarılmışdır.
[17]
29 may 2019-cu il tarixli Q/04-19 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905290419, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü hissəsinin üçüncü abzasında “tibb-əmək ekspert komissiyasının arayışı” sözləri “tibbi-sosial ekspert komissiyasının qərarı” sözləri ilə əvəz edilmişdir.
[18]
2 mart 2020-ci il tarixli Q/04-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202003020420, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 mart 2020-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci hissəsinin birinci abzasında “kontorunda” sözü “ofisində” sözü ilə əvəz edilmişdir.
[19]
18 fevral 2013-cü il tarixli Q/01-13 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201302180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2013-cü il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da 104-cü hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Vergi və ya rüsum tutulan əmlak barəsində şəhadətnamə verilərkən vergi və ya rüsumun ödənilməsi haqqında sübut təqdim olunur (Azərbaycan Respublikasının vergilər idarəsindən arayış, qəbz və s.).
[20]
20 dekabr 2022-ci il tarixli Q/05-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212200522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2022-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 117-ci hissənin birinci və ikinci abzaslarında “cismani qüsurlarına” sözləri “fiziki çatışmazlığına” sözləri ilə əvəz edilmişdir.
[21]
30 oktyabr 2015-ci il tarixli Q/11-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510301115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2015-ci il) ilə 10-cu fəslin adında “məbləğlərinin,” sözündən sonra “sənədli” sözü əlavə edilmişdir.
[22]
30 oktyabr 2015-ci il tarixli Q/11-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510301115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2015-ci il) ilə 135-ci hissənin birinci və ikinci abzaslarında “məbləğlərini və” sözlərindən sonra “sənədli” sözü əlavə edilmişdir.
[23]
30 oktyabr 2015-ci il tarixli Q/11-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510301115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2015-ci il) ilə 136-cı hissənin birinci abzasında “məbləğlərini və” sözlərindən və “məbləğləri və ya” sözlərindən sonra, ikinci abzasında “(pul məbləğlərini,” sözlərindən sonra “sənədli” sözü əlavə edilmişdir.
[24]
30 oktyabr 2015-ci il tarixli Q/11-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510301115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2015-ci il) ilə 137-ci hissənin birinci abzasında “məbləğləri və ya” sözlərindən sonra “sənədli” sözü əlavə edilmişdir.
[25]
30 oktyabr 2015-ci il tarixli Q/11-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510301115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2015-ci il) ilə 138-ci hissənin birinci abzasında “məbləğlərinin və” sözlərindən və “məbləğini və ya” sözlərindən sonra, ikinci abzasında “pulun və ya” sözlərindən sonra “sənədli” sözü əlavə edilmişdir.
[26]
30 oktyabr 2015-ci il tarixli Q/11-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510301115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2015-ci il) ilə 140-cı hissədə “məbləğlərinin və” sözlərindən sonra “sənədli” sözü əlavə edilmişdir.
[27]
30 oktyabr 2015-ci il tarixli Q/11-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510301115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2015-ci il) ilə 141-ci hissənin dördüncü abzasında “məbləğləri və ya” sözlərindən sonra “sənədli” sözü əlavə edilmişdir.
[28]
2 mart 2020-ci il tarixli Q/04-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202003020420, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 mart 2020-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 143-1-ci hissəsinin doqquzuncu abzasında “kontoruna” sözü “ofisinə” sözü ilə əvəz edilmişdir.
[29]
11 dekabr 2018-ci il tarixli Q/05-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812110518, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2018-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 145-ci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
145. İcra qeydləri aşağıdakı hallarda aparılır:
1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə;
2) tələb etmək hüququnun yarandığı gündən on ildən çox keçməmişsə, müqavilə tələbləri üzrə münasibətlərdə isə üç ildən çox keçməmişsə.
Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət ərzində verilir.
İcra qeydinin aparıla biləcəyi müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır.
[30]
11 dekabr 2018-ci il tarixli Q/05-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812110518, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2018-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 146-cı hissəsi ləğv edilmişdir.
[31]
11 dekabr 2018-ci il tarixli Q/05-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812110518, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2018-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 147-ci hissəsinin beşinci abzasında “peniyalarla birlikdə” sözləri “dəbbə pulu (olduğu təqdirdə)” sözləri ilə əvəz edilmişdir.
[32]
11 dekabr 2018-ci il tarixli Q/05-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812110518, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2018-ci il) ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 153-cü hissəsi ləğv edilmişdir.