AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.06.2012
QEYDİYYAT NÖMRƏSİ
655
ADI
2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 20-06-2012, Nəşr nömrəsi: 134), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 22-06-2012, Nəşr nömrəsi: 136), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2012, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 549)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201206190655
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.06.2012
2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqq

2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokol” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 iyun 2012-ci il

№ 655

 

 


“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə

 

PROTOKOL

 

Bundan sonra “Tərəflər” adlandırılacaq, Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə 20 noyabr 2009-cu il tarixli Sazişin iştirakçısı olan dövlətlərin hökumətləri,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Malın müəyyən ölkə mənşəli hesab olunması üçün həmin ölkədə həyata keçirilmiş istehsal və texnoloji əməliyyatların, şərtlərin siyahısında (Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Sazişin ayrılmaz hissəsi olan malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarına Qoşma 1) aşağıdakı dəyişikliklər edilsin:

 

1. XİF ƏN «0206» kodlu sətir aşağıdakı redaksiyada verilsin:

 

0206

İribuynuzlu heyvanın, donuz, qoyun, keçi, at, ulaq, qatırların və ya at qatırlarının əlavə qida məhsulları, təzə, soyudulmuş və ya dondurulmuş

İstənilən mövqeli materiallardan hazırlanma, 0201-0206 mövqelərdən başqa

 

2. XİF ƏN «2106 90 980-dən» kodlu sətir aşağıdakı məzmunla əlavə edilsin:

 

210690 980-dən

Qidada istifadə üçün yararlı qarışıqlar və ya heyvan və ya bitki yağlarından və ya tərkibində 1,5 kütlə %-dən çox süd yağı olan yağlardan və ya onların fraksiyalarından hazırlanmış hazır məhsullar

0405, 1501-1516 mövqeli materiallardan hazırlanma. Lakin istifadə olunan 1511 və 1513 mal mövqeli materialların dəyəri son məhsulun qiymətinin 50%-dən artıq olmamalıdır

 

3. XİF ƏN «qrup 28-dən» kodlu sətir aşağıdakı redaksiyada verilsin

 

Qrup 28-dən

Qeyri-üzvi kimya məhsulları; qiymətli metalların, nadir torpaq metallarının, radioaktiv elementlərin və ya izotopların qeyri - üzvi və ya üzvi birləşmələri, 2811 29 100, 2818 20 000, 2821 20 000, 2833 22 000 alt submövqelərdən və 2844 10-dan, 2844 20-dən submövqelərdən olan mallardan başqa, həmin məhsullar üçün tətbiq olunan qaydalar aşağıda göstərilir

Hazırlanma zamanı istifadə olunan bütün materiallar məhsulun mövqeyindən fərqli mövqedə təsnifləşdirilməlidir. Lakin hazır məhsulla eyni mövqedə olan materialların dəyəri son məhsulun qiymətinin 20%-dən çox olmamaq şərti ilə istifadə oluna bilər

 

4. XİF ƏN «2844 10» kodlu sətir aşağıdakı redaksiyada verilsin

 

2844 10-dan

 

Təbii uran və onun birləşmələri

Təkrar emal texnologiyasına müvafiq olaraq xüsusiləşdirilmiş istehsal şəraitində 2844 30 mövqeyindən olan materiallardan (uran-235 ilə zəiflədilmiş uran və onun birləşmələri) hazırlanma (uran-235 izotopu üzrə zənginləşdirmə)

 

5. XİF ƏN «5704-dən» kodlu sətir aşağıdakı məzmunla əlavə edilsin:

 

5704-dən

Tekstil döşəmə örtüklərindən hazır məmulatlar: tualet və vanna otaqları, avtomobillər üçün xalçalar, universal

Lekallar üzrə məmulatların biçilməsi, tikiş əməliyyatlarının yerinə yetirilməsi. Bu halda, istifadə olunan 5704 mövqeli materialların dəyəri son məhsulun qiymətinin 30%-dən artıq olmamalıdır

 

6. XİF ƏN «7019 32 000» kodlu sətir aşağıdakı məzmunla əlavə edilsin:

 

7019 32 000

 

Nazik parçalar (vuallar)

İstifadə olunan bütün materialların dəyəri son məhsulun qiymətinin 50%-dən çox olmamaqla hazırlanma

 

7. XİF ƏN «8456-8466» kodlu sətir aşağıdakı redaksiyada verilsin

 

8456-8466

 

8456-8465 mal mövqeyinin maşın və avadanlıqları; yalnız və əsasən 8456-8465 mal mövqelərində göstərilmiş maşınlar və avadanlıqlar üçün nəzərdə tutulmuş hissələr və ləvazimatlar, o cümlədən alət və detalların bərkidilməsi üçün qurğular, özüaçılan yivaçan başlıqlar, bölücü başlıqlar və dəzgahlar üçün digər xüsusi qurğular; bütün növlərdən olan əl alətləri üçün işçi alətlərin bərkidilməsi qurğuları

İstifadə olunan bütün materialların dəyəri son məhsulun qiymətinin 50%-dən çox olmamaqla hazırlanma

 

 

8. XİF ƏN «8521» kodlu sətir aşağıdakı redaksiyada verilsin:

 

8521-dən

 

Videoyazıcı və ya videocanlandırıcı aparatura, videotyunerlə birlikdə və ya onsuz, DVD-oxuyuculardan başqa

İstifadə olunan bütün materialların dəyəri son məhsulun qiymətinin 50%-dən çox olmamaqla hazırlanma

 

9. XİF ƏN «8544» kodlu sətir aşağıdakı redaksiyada verilsin

 

8544-dən

 

İzolə edilmiş məftillər (o cümlədən minalanmış və ya anodlaşdırılmış məftillər), kabellər (o cümlədən koaksial kabellər) və digər izolə edilmiş elektrik naqilləri, birləşdirici detallarla və ya onlarsız; 8544 70 000 mövqedə olan mallardan başqa, onlar üçün tətbiq edilən qaydalar aşağıda göstərilir

İstifadə olunan bütün materialların dəyəri son məhsulun qiymətinin 50%-dən çox olmamaqla hazırlanma

 

 

10. XİF ƏN «8544 70 000» kodlu sətir aşağıdakı məzmunla əlavə edilsin:

 

8544 70 000

 

Lifli-optik kabellər

 

İstənilən mövqedən olan materiallardan hazırlanma. Lakin hazır məhsulun həmin mövqeyindəki istifadə edilmiş materialların dəyəri son məhsulun qiymətinin 50%-dən artıq olmamalıdır

 

Maddə 2

 

Hazırkı Protokol imzalandığı tarixdən müvəqqəti olaraq tətbiq olunur və onu imzalamış Tərəflərin bu Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında üçüncü bildirişin depozitari tərəfindən alındığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Dövlətdaxili prosedurları bundan sonra yerinə yetirən Tərəflər üçün hazırkı Protokol müvafiq sənədlərin depozitari tərəfindən alındığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sankt-Peterburq şəhərində 2011-ci il oktyabrın 18-də bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə hazırkı Protokolu imzalamış hər bir Dövlətə, onun təsdiq edilmiş surətini göndərəcək Müstəqil Dövlətlər Birliyinin İcraiyyə komitəsində saxlanılır.

 

Azərbaycan Respublikası

Rusiya Federasiyası

Hökuməti adından

Hökuməti adından

(imza) (qeyd-şərtlə)

(imza)

 

 

 

Ermənistan Respublikası

Tacikistan Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza) (qeyd-şərtlə)

 

(imza)

 

 

Belarus Respublikası

Türkmənistan Hökuməti

Hökuməti adından

adından

(imza)

 

-----------

 

 

Qazaxıstan Respublikası

Özbəkistan Respublikası

Hökuməti adından

Hökuməti adından

-----------

-----------

Qırğızıstan Respublikası

Ukrayna Hökuməti

Hökuməti adından

tərəfindən

(imza)

 

(imza) (qeyd-şərtlə)

 

 

Moldova Respublikası

 

Hökuməti adından

 

(imza)

 

 


Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2011-ci il 18 oktyabr tarixli Protokola dair

Azərbaycan Respublikasının

QEYD-ŞƏRTİ

 

2-ci maddənin “imzalandığı tarixdən müvəqqəti olaraq tətbiq olunur və” ifadəsi istisna olmaqla

 

 

Azərbaycan Respublikası

 

Baş nazirinin birinci müavini

Yaqub Eyyubov

 

“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokola dair

Ermənistan Respublikasının

QEYD-ŞƏRTİ

 

Ermənistan Respublikası, Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolu, o, Ermənistan Respublikası üçün bu Protokolun 2-ci maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minənədək, müvəqqəti olaraq tətbiq etməyəcək.

 

Ermənistan Respublikasının Baş naziri   Tiqran SARKİSYAN

 

 

MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinin 4-cü bəndi üzrə

Ukraynanın

 

QEYD-ŞƏRTİ

 

“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokol haqqında

 

18 oktyabr 2011-ci il                                                                      Sankt-Peterburq ş.

 

Protokolun imzalandığı tarixdən müvəqqəti tətbiq edilməsi barədə 2-ci maddənin müddəası istisna olmaqla.

Bu Protokolun 1-ci maddəsinin 2, 6 və 10-cu bəndləri ilə müəyyənləşən istehsal və texnoloji əməliyyatlar şərtlərinin tətbiq edilməsi üçün, malın adını və Ukraynanın Xarici İqtisadi Fəaliyyətin Əmtəə Təsnifatını rəhbər tutmaq hüququnu Ukrayna tərəfi özündə saxlayır.

 

Ukraynanın Baş naziri       Nikolay AZAROV

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status