010.000.000
210.000.000
020.000.000
220.000.000
240.000.000
250.000.000
090.000.000
320.000.000
100.000.000
150.000.000
110.000.000
120.000.000
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
I. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanına aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
"etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, idxalı və satışı müəyyən olunmuş qaydalara uyğun olaraq verilmiş lisenziyalar əsasında həyata keçirilir";
1.2. 3-cü bəndin ikinci abzası çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 3 nömrəli əlavəsi çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 377) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"nin 3.12-ci və 4.8-ci bəndləri çıxarılsın.
4. "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №8, maddə 508) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1-ci bəndin səkkizinci abzasında "xüsusi razılıq (lisenziya)" sözləri "xüsusi icazə" sözləri ilə əvəz edilsin;
4.2. 3-cü bənddə "fəaliyyət növləri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir və onun lisenziyalaşdırılması" sözləri "ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi" sözləri ilə əvəz edilsin.
5. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 576) 1-ci bəndinin dördüncü abzası çıxarılsın.
6. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №10, maddə 615) 5.4-cü bəndindən "lisenziyalaşdırma," sözü çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Məlumatı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə"yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №11, maddə 665) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2-ci bəndin yeddinci abzasının ikinci cümləsində "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada alınmış" sözləri çıxarılsın;
7.2. 2-ci bəndin yeddinci abzasının ikinci cümləsində və 7-ci bəndin onuncu abzasında "lisenziyalar" və "lisenziyaya" sözləri müvafiq olaraq "icazələr" və "icazəyə" sözləri ilə əvəz edilsin;
7.3. 3-cü bəndin altıncı abzasında, 4-cü bəndin üçüncü abzasında, 5-ci bəndin ikinci və üçüncü abzaslarında, "lisenziyalar" və "lisenziyaların" sözləri müvafiq olaraq "icazələr" və "icazələrin" sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 yanvar tarixli 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №1, maddə 25) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər edilsin:
8.1. 3.17-ci bənddə "Ölkə ərazisində işədüzəltmədə" sözləri "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində" sözləri ilə əvəz edilsin;
8.2. 3.32-ci bənd çıxarılsın.
9. "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №2, maddə 74) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 3-cü bəndin beşinci abzasından "və onların satışı üçün lisenziya verilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin" sözləri çıxarılsın;
9.2. 4-cü bənddən "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi" sözləri çıxarılsın;
9.3. 10-cu bənd çıxarılsın.
10. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №2, maddə 86) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər edilsin:
10.1. 5-ci bəndin ikinci abzasında "məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış" sözləri "məşğul olan" sözləri ilə əvəz edilsin;
10.2. 6-cı bənddə:
10.2.1. dördüncü abzasda "xüsusi razılıqda (lisenziyada) göstərilən" sözləri "müvafiq" sözü ilə əvəz edilsin;
10.2.2. onuncu abzasda "xüsusi razılığın (lisenziyanın) şərtləri" sözləri "qanunvericiliyin" sözü ilə əvəz edilsin;
10.2.3. on birinci abzas çıxarılsın.
11. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №6, maddə 345) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 26-cı maddəsinin 4-cü bəndi, 31-ci maddəsinin 4-cü bəndi və 33-cü maddəsinin 7-ci bəndi çıxarılsın.
12. "Azərbaycan Respublikasında ticarətin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 iyul tarixli 160 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №7, maddə 422) 6-cı bəndi və 7-ci bəndinin beşinci abzası çıxarılsın.
13. "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №7, maddə 423) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
13.1. Fərmanın 15-ci bəndi çıxarılsın;
13.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də:
13.2.1. 6.11-ci bənddən "o cümlədən, ixtisaslaşdırılmış çek investisiya fondlarının" sözləri çıxarılsın;
13.2.2. 6.14-cü bənddə "hazırlanması" sözündən sonra "və satışı" sözləri əlavə edilsin;
13.2.3. 6.21-ci bənd aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün növ-lotereyaların təsnifatlaşdırılmasını həyata keçirir; Azərbaycan Respublikası ərazisində bütün növ lotereyaların buraxılışına, təşkilinə və keçirilməsinə dair tələbləri müəyyən edir və nəzarəti həyata keçirir";
13.2.4. 7.22-ci bənd aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün növ lotereyaların təsnifatlaşdırılmasını həyata keçirmək; Azərbaycan Respublikası ərazisində bütün növ lotereyaların buraxılışına, təşkilinə və keçirilməsinə dair tələbləri müəyyən etmək və nəzarəti həyata keçirmək;".
14. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 20) 2-ci bəndinin altıncı və yeddinci abzasları çıxarılsın.
15. "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 245 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 24) 4-cü və 5-ci bəndləri çıxarılsın.
16. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №2, maddə 86) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 3.17-ci və 3.31-ci bəndləri çıxarılsın.
[1]
17. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №2, maddə 92) 1-ci bəndinin beşinci abzası çıxarılsın.
[2]
18. "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №6, maddə 432) 2-ci bəndinin beşinci abzası çıxarılsın.
19. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, II kitab, maddə 615) 2-ci bəndi və 4-cü bəndinin ikinci abzası çıxarılsın.
20. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №12, maddə 844) 16-cı bəndinin üçüncü abzasının birinci cümləsindən "bu sahədə xüsusi razılığa (lisenziyaya) malik olan" sözləri çıxarılsın.
21. "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 405) V bölməsi çıxarılsın.
22. "Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 522 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 459) 3-cü bəndi çıxarılsın.
23. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 590) 7.23-cü bəndində "lisenziyalara uyğun" sözləri "xüsusi icazələrə uyğun" sözləri ilə əvəz edilsin.
[3]
24. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə"yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:
24.1. 10.37-ci bənd aşağıdakı redaksiyada verilsin:
"qanunvericiliklə müəyyən edilmiş qaydada geodeziya və kartoqrafiya fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) verir;";
24.2. 11.10-cu bənd aşağıdakı redaksiyada verilsin:
"qanunvericiliklə müəyyən edilmiş qaydada geodeziya və kartoqrafiya fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) vermək;".
25. (çıxarılıb) [4]
26. "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının və sərəncamının qüvvədən düşmüş hesab edilməsi və bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 oktyabr tarixli 587 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №10, maddə 640) 14-cü və 39-cu bəndləri çıxarılsın.
27. "Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №11, maddə 707) 3-cü bəndinin dördüncü abzası və 6-cı bəndi çıxarılsın.
28. "Ozondağıdıcı maddələrlə əlaqədar idxal-ixrac fəaliyyətinin dövlət tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 608 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 754) aşağıdakı dəyişikliklər edilsin:
28.1. 2-ci və 3-cü bəndlər çıxarılsın;
28.2. 5-ci bəndin ikinci abzasından "Bu Fərmanın ikinci bəndində göstərilən fəaliyyət növünə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını və" sözləri çıxarılsın.
29. "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 609 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 755) 11-ci və 16-cı bəndləri çıxarılsın.
30. "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli 851 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 795) 1-ci bəndinin dördüncü abzasından "özəl televiziyalar və radiolar üçün lisenziya," sözləri çıxarılsın.
II. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı Fərmanları qüvvədən düşmüş hesab edilsin:
1. "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli 727 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 388).
2. "Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"nda dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 83 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №2, maddə 67).
3. "Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"na əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 1 iyul tarixli 358 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 498).
4. "Bütün növ lotereyaların buraxılışı, təşkili və keçirilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 1 iyul tarixli 359 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 499).
5. "Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"na dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 13 yanvar tarixli 436 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 29).
6. "Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 4 aprel tarixli 684 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №4, II kitab, maddə 182).
III. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2003-cü il
№ 980
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
27 sentyabr 2006-cı il tarixli 467 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 744)
2.
16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769)
3.
12 may 2009-cu il tarixli 87 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 may 2009-cu il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 319)
4.
8 aprel 2023-cü il tarixli 2092 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
12 may 2009-cu il tarixli 87 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 may 2009-cu il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 319) ilə 16-cı bəndi qüvvədən düşmüş hesab edilmişdir.
[2]
8 aprel 2023-cü il tarixli 2092 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə 17-ci bənd ləğv edilmişdir.
[3]
16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə I bölməsinin 23-cü bəndi çıxarılmışdır.
[4]
27 sentyabr 2006-cı il tarixli 467 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 744) ilə 25-ci bəndi çıxarılmışdır.
əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 582 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 597) 8.40-cı bəndindən "beynəlxalq" sözü çıxarılsın.