AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.10.1983
QEYDİYYAT NÖMRƏSİ
418
ADI
Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

Azərbaycan SSR Nazirlər Soveti

 

Qərar № 418

 

14 oktyabr 1983-cü il, Bakı şəhəri

 

Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında

 

Azərbaycan SSR Mənzil Məcəlləsinin 50-ci maddəsinə əsasən, Azərbaycan SSR Nazirlər Soveti qərara alır:

1. Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında əlavə olunan Nümunəvi qaydalar təsdiq edilsin.

2. Rayon və şəhər (respublika və vilayət tabeli rayon və şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş Nümunəvi qaydalara uyğun olaraq, rayon, şəhər ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi Qaydalarını hazırlasınlar və rayon, şəhər xalq deputatları Sovetləri sessiyalarının təsdiqinə versinlər.

 

Azərbaycan SSR Nazirlər Sovetinin sədri

H. SEYİDOV

 

Azərbaycan SSR Nazirlər Soveti işlər müdirinin müavini

P. KRUTOV

 

 

 

Azərbaycan SSR Nazirlər Sovetinin

1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin

 

Nümunəvi Qaydaları

 

I. Ümumi qaydalar

 

1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir.

Bu məqsəd üçün icraiyyə komitələrinin qərarı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə və kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri nəzdində Sovetin deputatları, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələri sırasından mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır.

İctimai komissiya tərkibinə icraiyyə komitəsi sədrinin müavini (komissiyanın sədri), həmkarlar ittifaqı orqanı nümayəndəsi (komissiya sədrinin müavini), səhiyyə orqanı nümayəndəsi və mənzil orqanı nümayəndəsi (komissiyanın katibi) daxildir.

Komissiyanın tərkibi və iş qaydası müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilir. Həmkarlar ittifaqı orqanı nümayəndəsinin namizədliyini müvafiq həmkarlar ittifaqı komitəsinin rəyasət heyəti irəli sürür.

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir.

2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar — mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.

Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi mənzil-istismar hissələri vasitəsilə həyata keçirilir.

SSRİ Silahlı Qüvvələrinin fəhlə və qulluqçuları mənzil-şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar uçotuna ümumi əsaslarla götürülürlər.

3. Qanunsuz məhkum edilmiş və sonralar təmizə çıxarılmış vətəndaşları məhkum edilməzdən əvvəl tutduqları mənzil sahəsinə köçürmək qeyri-mümkün olduqda, onlar məhkum edilməzdən əvvəl ərazisində yaşadıqları yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzillə təmin edilirlər.

 

II. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotu

 

4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.

Respublikanın rəhbər orqanlarının qərarı ilə başqa yerə işə keçirilən işçilər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna həmin yaşayış məntəqəsində yaşamaq müddətindən asılı olmayaraq, hər bir ayrı halda rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə götürülə bilərlər.

5. Aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır:

a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar;

b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir;

v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar;

q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar.

Müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılır: zirzəmilər, yarımzirzəmilər, baraklar, əsaslı təmir edilməli olmayan avariyalı və çox köhnə evlər, hüdudları rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarları ilə müəyyənləşdirilən neft mədənləri ərazisində və havası qazlı zonada yerləşən evlər, sanitariya nəzarəti və ya dövlət tikinti-arxitektura nəzarəti orqanlarının rəyinə görə, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılmış digər yaşayış sahələri;

d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə;

e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar;

j) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr — əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə;

z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar.

Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİ-nin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər.

Vətəndaşlar SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan başqa əsaslara görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan sayıla bilərlər.

6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər.

Azərbaycan SSR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə icazə verilir ki, əgər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həmin yaşayış məntəqəsinin müəssisələrində, idarələrində, təşkilatlarında azı üç il, Bakı şəhərində isə azı beş il işləyir, lakin başqa yaşayış məntəqələrində yaşayır və pasport qeydiyyatındadırlarsa, onları istisna qaydasında, müəssisə, idarə, təşkilat müdiriyyətinin və müvafiq həmkarlar ittifaqı respublika komitəsinin birgə xahişi ilə yaşayış yerindən kənarda uçota götürsünlər.

7. Mənzil fonduna malik olan və mənzil tikintisi aparan, yaxud mənzil tikintisində payçı kimi iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar iş yerində, onların arzusu ilə isə həm də yaşayış yerində uçota götürülürlər.

Pensiyaya çıxmaqla əlaqədar olaraq bu müəssisələrdə, idarələrdə, təşkilatlarda işdən çıxıb gedən vətəndaşlar da onlarla bərabər uçota götürülürlər.

Tibb, mədəni-maarif idarələrinin, digər idarə və təşkilatların, müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət edən işçiləri də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna SSRİ və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulan hallarda, onların arzusu ilə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər götürülürlər.

8. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər.

Şəxsi mülkiyyət hüququ ilə onlara məxsus olan, eyni yaşayış məntəqəsində yerləşən yaşayış evini (evin bir hissəsini) özgəninkiləşdirmək (satmaq, bağışlamaq) yolu ilə öz mənzil şəraitini süni surətdə pisləşdirmiş vətəndaşlar, habelə öz mənzil şəraitini pisləşdirmək və uçota dayanmağa hüquq əldə etmək məqsədilə başqa yaşayış sahəsinə köçmüş vətəndaşlar öz mənzil şəraitini süni surətdə pisləşdirdikləri gündən on ildən tez olmayaraq uçota götürülürlər.

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüş vətəndaşa onu uçota götürmüş orqan tərəfindən bu barədə yazılı şəkildə xəbər verilir. Uçota götürülməsi rədd edilmiş vətəndaşa da bu barədə eyni qaydada xəbər verilir.

9. Birinci növbədə və növbədənkənar mənzil sahəsi almaq hüququ olan vətəndaşların uçotu ayrıca aparılır.

10. Ailədə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna dayanmaq hüququna bir neçə nəfər malik olduqda, ailə üzvlərinin arzusu ilə onlardan yalnız biri uçota götürülür.

Əgər eyni yaşayış sahəsində yaşayan ailənin tərkibində əslində öz dolanacaq mənbəyi olan və ayrıca təsərrüfat aparan iki və ya bir neçə müstəqil ailə yaranmışdırsa, həmin mənzildə yaşayan bütün vətəndaşların mənzil şəraiti bu Nümunəvi qaydaların 5-ci bəndinin tələblərinə cavab verirsə, belə ailələrdən hər birinin ixtiyarı var ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna dayansın.

11. Vətəndaşlar yaşayış yerində yerli xalq deputatları Sovetinin icraiyyə komitəsinə və ya iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə verirlər.

Ərizəçinin yaşadığı mənzildən onunla birlikdə köçməli olan şəxslərin sayı, familiyaları və adları ərizədə göstərilməlidir. Ərizəyə aşağıdakı arayışlar əlavə edilir:

a) mənzil-istismar təşkilatından 2 nömrəli forma üzrə;

b) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna ailənin yetkin yaşlı digər üzvlərinin dayanmadığı haqqında;

v) mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin verdiyi çıxarış. [1]

Xəstəliklərin SSRİ qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən xəstələrin ailədə olması haqqında arayış, güzəşt hüququ verən digər sənədlər lazımi hallarda əlavə edilir.

12. Verilmiş ərizə vətəndaşların ərizələrinin qeydiyyatı kitabında qeyd edilir.

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə vermiş hər vətəndaş üçün uçot işi açılır və burada vətəndaşın uçota götürülməsinə, ona mənzil sahəsi verilməsinə aid bütün materiallar saxlanır.

13. Ərizə vermiş vətəndaşların mənzil şəraiti müəssisə, idarə, təşkilat həmkarlar ittifaqı komitəsinin mənzil-məişət komissiyası tərəfindən, yaşayış yerində uçota götürülən şəxslər barəsində isə yerli xalq deputatları Soveti icraiyyə komitəsinin mənzil məsələləri üzrə komissiyası tərəfindən ciddi yoxlanmalıdır.

Yoxlamanın nəticələrinə dair akt yazılır (1 nömrəli əlavə).

14. İş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi ərizənin daxil olduğu gündən bir ay müddətində baxır və birgə qərar çıxarırlar.

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir.

15. Yerli xalq deputatları Soveti icraiyyə komitəsinin mənzil məsələləri üzrə komissiyası, vətəndaşların yaşayış yerində uçota götürülmək haqqında ərizələrini, bu vətəndaşların mənzil şəraitinin yoxlanması materiallarını, habelə iş yerində uçota götürülən vətəndaşların müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən təqdim edilmiş siyahılarını və onların uçot işlərini nəzərdən keçirir və ərizənin, ya da siyahının daxil olduğu gündən bir ay ərzində yerli xalq deputatları Soveti icraiyyə komitəsinin müzakirəsinə müvafiq təkliflər verir. Yerli xalq deputatları Soveti icraiyyə komitəsinin bu məsələlərə dair qərarı materialın komissiyadan daxil olduğu gündən bir aydan gec olmayaraq qəbul edilməlidir.

16. İş yerində uçota götürülmüş vətəndaşların yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş siyahıları və onların uçot işləri müəssisə, idarə, təşkilat müdiriyyətinə qaytarılır.

Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməyə borcludur.

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların təsdiq edilmiş siyahıları xalq deputatları Sovetinin icraiyyə komitəsində və müəssisədə, idarədə, təşkilatda asılır.

17. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüş şəxslərin adı: uçota yaşayış yerində götürülənlər barəsində — uçota götürmək haqqında icraiyyə komitəsi qərarının tarixi ilə, uçota iş yerində götürülənlər barəsində isə uçota götürmək haqqında müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarının tarixi ilə müəyyən edilən növbə qaydasında uçot kitabına yazılır (3 nömrəli əlavə).

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan və yaşayış yerində uçota götürülən vətəndaşların uçot kitabı yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində, iş yerində uçota götürülənlərin uçot kitabı isə müəssisədə, idarədə, təşkilatda və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində aparılır.

Uçot kitabı nömrələnməli, qaytanlanmalı və müəssisə, idarə, təşkilat rəhbərinin və həmkarlar ittifaqı komitəsi sədrinin imzaları ilə, icraiyyə komitələrində isə icraiyyə komitəsinin sədr müavininin imzası ilə təsdiq edilməlidir.

Uçot kitabı ciddi hesabat sənədi kimi saxlanır, onda qabaqcadan şərt qoyulmayan düzəlişlərə yol verilmir.

Kitab və siyahılarda yazılmış bütün vətəndaşlara mənzil sahəsi verildikdən və ya onlar uçotdan çıxarıldıqdan sonra uçot kitabları 10 il, uçot işləri və siyahılar isə 3 il saxlanır.

18. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüş vətəndaşların siyahıları vaxtaşırı dəqiqləşdirilməlidir ki, bu dəqiqləşdirilmə də yaşayış yerində uçota dayanan vətəndaşlar barəsində yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən, iş yerində uçota dayanan vətəndaşlar barəsində isə müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən hər ilin I kvartalı ərzində aparılır.

19. Vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar:

a) mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq, uçota dayanmaq üçün əsas qalmadıqda;

b) daimi yaşamaq üçün başqa yaşayış yerinə getdikdə;

v) iş yerində uçotda olan vətəndaş, seçkili vəzifəyə keçmək və ya qocalığa, əlilliyə görə pensiyaya çıxmaq hallarından başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda;

q) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqətə uyğun gəlməyən məlumat təqdim etdikdə, yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər qanundan kənar hərəkətlər etdikdə;

d) altı aydan çox müddətə azadlıqdan məhrum olmağa, sürgünə və ya köçürülməyə məhkum edildikdə.

Uçotdan çıxarılma uçota götürmək haqqında qərar çıxarmağa ixtiyarı olan orqan tərəfindən həyata keçirilir (bu Nümunəvi qaydaların 8-ci bəndi).

Qəbul edilmiş qərar haqqında vətəndaşa yazılı surətdə xəbər verilir.

20. Yaşayış sahəsi almaq üçün vətəndaşların uçotda olmaq hüququ aşağıdakı hallarda saxlanır:

a) müvəqqəti olaraq başqa yerə getdikdə — qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə, yaşayış sahəsindən istifadə hüququnun saxlandığı dövrdə;

b) seçkili vəzifəyə keçdikdə;

v) qocalığa və ya əlilliyə görə pensiyaya çıxdıqda;

q) uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana verildikdə;

ğ) mənzil tikintisi aparan müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən, iş şəraiti ilə əlaqədar olaraq tabeçilikdəki müəssisələrə, idarələrə, təşkilatlara keçirildikdə;

d) SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində müəyyən edilmiş başqa hallarda.

İş yerində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda duran vətəndaşların ixtiyarı vardır ki, başqa müəssisələrdə, idarələrdə, təşkilatlarda işə keçirildikdə, müəssisənin, idarənin, təşkilatın başqa yerə köçdüyü, müəssisənin, idarənin, təşkilatın ləğv edildiyi, işçilərin sayının və ya ştatının ixtisar edildiyi, səhhəti həmin işi davam etdirməyə maneçilik edən pis vəziyyətdə olduğu, əvvəllər bu işi görən fəhlənin və ya qulluqçunun işdə bərpa edildiyi hallarda işdən azad edildikdə uçota keçirilsinlər: əgər onların işə girdiyi müəssisə, idarə, təşkilat mənzil fonduna malikdir və mənzil tikintisi aparır və ya mənzil tikintisində payçı kimi iştirak edirsə, yeni iş yerində, yaxud yaşayış yerində xalq deputatları Sovetinin icraiyyə komitəsində, əvvəlki iş yerində onların uçota götürülməsi tarixi bu hallarda saxlanır. Uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun əvəzinə uçota götürülür, həm də iş yerində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna ailə üzvü yalnız bu halda götürülür ki, o, həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə və prokurorluq işçisi xidməti fəaliyyət zamanı vəfat etdikdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləyib-işləməməsindən asılı olmayaraq uçota götürülür. Uçotda olan ailə başçısını itirmiş ailələr onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarıla bilməz. [2]

Mənzil növbəsinə dayanmış daxili işlər orqanları əməkdaşı öldükdə onun ailəsinin yaşayış sahəsi almaq hüququ saxlanılır. [3]

Mənzil növbəsinə dayanmış ədliyyə orqanlarının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçisi xidməti fəaliyyət zamanı vəfat etdikdə, onun ailəsinin mənzil almaq hüququ saxlanılır və ailə üzvlərindən biri onun əvəzinə mənzil növbəsinə daxil edilir. [4]

Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. [5]

21. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları tərəfindən nəzarət edilir.

 

III. Vətəndaşlara yaşayış sahəsi verilməsi qaydası

 

22. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda olan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbə qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Uçota götürülmə tarixi eyni olduqda mənzilə ehtiyac dərəcəsi, həmin müəssisədə, idarədə, təşkilatda iş stajı və ictimai faydalı fəaliyyət nəzərə alınır.

Növbə:

§ yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində — müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən;

§ iş yerində uçota götürülmüş vətəndaşlar barəsində — qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə, təşkilat həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən müəyyən edilir.

23. Yaşayış sahəsi almaq üçün növbə əmək intizamını qəsdən pozan şəxs barəsində, sərxoşluğa və ya xuliqanlığa görə dəfələrlə inzibati tənbeh və ya ictimai təsir tədbirləri görülmüş vətəndaş barəsində, habelə törətdiyi cinayətə görə məhkum edilmiş şəxs barəsində, əgər o, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan bu Nümunəvi qaydaların 19-cu bəndinin «d» yarımbəndinə əsasən çıxarılmamışdırsa, daha gec müddətlərə keçirilə bilər.

Növbəni keçirmək haqqında qərar müəssisə, idarə, təşkilat həmkarlar ittifaqı komitəsi, ilə birlikdə müdiriyyət tərəfindən və ya yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən qəbul edilir.

24. Yaşayış sahəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan aşağıdakı şəxslərə birinci növbədə verilir:

a) Böyük Vətən müharibəsi əlillərinə, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələrinə və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslərə;

b) Sovet İttifaqı Qəhrəmanlarına, Sosialist Əməyi Qəhrəmanlarına, habelə Şöhrət, Əmək Şöhrəti, «SSRİ Silahlı Qüvvələrində Vətənə xidmət etməyə görə» ordenlərinin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərə;

v) xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən şəxslərə;

q) vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə, SSRİ-nin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslərə, vətəndaş müharibəsi və Böyük Vətən Müharibəsi partizanlarına, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslərə;

d) II qrup əmək əlillərinə, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə və hərbi qulluqçular arasından II qrup əlillərə; [6]

e) dövlət və ya ictimai vəzifəsini icra edərkən, insan həyatını xilas etmək, sosialist mülkiyyətini və hüquq qaydasını mühafizə etmək üçün SSRİ vətəndaşı borcunu yerinə yetirərkən, yaxud istehsalatda bədbəxt hadisə nəticəsində həlak olmuş şəxslərin ailələrinə;

j) istehsal sahəsində azı 15 il vicdanla işləmiş fəhlə və qulluqçulara;

z) «Qəhrəman ana» adı verilmiş, yaxud «Analıq şərəfi» ordeni və «Analıq medalı» ilə təltif olunmuş qadınlara, onlarla bir yerdə yaşayan dörd və daha çox uşağı olan ailələrə və tək analara;

i) əkiz uşaq doğulan ailələrə;

k) respublikanın rəhbər orqanlarının qərarı ilə başqa yerə işə keçirilmiş işçilərə;

l) Sov. İK.P sıralarında 50 il və daha çox olan şəxslərə, İttifaq və respublika əhəmiyyətli fərdi pensiyaçılara.

25. Yaşayış sahəsi aşağıdakılara növbədənkənar verilir:

a) təbii fəlakət nəticəsində mənzili yaşayış üçün yararsız hala düşmüş vətəndaşlara;

b) Bütün tipdən olan təhsil müəssisələrini bitirən, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı qüvvələri sıralarından buraxılan, azadlıqdan məhrumedilmə müəssisələrindən azad olunan, əvvəllər mənzil sahəsi olmayan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahəsinə köçmək mümkün olmadıqda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, onların arasından olan şəxslərə, qəyyumluqda (himayədə) olan uşaqlara; [7]

v) aspiranturanı, klinik ordinaturanı, ali, orta ixtisas, texniki peşə məktəblərini və digər tədris müəssisələrini bitirən və təyinat əsasında başqa yerə köçməklə əlaqədar olan işə göndərilən şəxslərə;

q) qanunsuz məhkum edilmiş və sonralar təmizə çıxarılmış vətəndaşlara — əvvəlki yaşayış sahəsini qaytarmaq mümkün olmadıqda;

d) SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda;

e) I qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə; [8]

ə) ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni xidmət yerinə göndərilən əməkdaşlarına. [9]

26. Yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir.

Yaşayış sahəsi bir otaqdan (birotaqlı mənzildən) ibarət olduqda və ya müxtəlif cinsdən olan şəxslər üçün nəzərdə tutulduqda (29-cu bənd), habelə bu Nümunəvi qaydaların 30-cu bəndinin birinci və ikinci abzasları ilə nəzərdə tutulan hallarda mənzil sahəsi normasından artıq da verilə bilər.

27. Vətəndaşların ayrı-ayrı kateqoriyalarına mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində və ya on kvadratmetr əlavə yaşayış sahəsi verilir.

Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər.

Əlavə mənzil sahəsi verilməsi qaydası və şərtləri, vətəndaşların əlavə mənzil sahəsi almaq hüququ olan kateqoriyalarının siyahısı SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir.

28. Yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir.

Verilən yaşayış sahələri həmin yaşayış məntəqəsi hüdudlarında olmalıdır.

Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir.

29. Yaşayış sahəsi verilərkən müxtəlif cinsdən olan doqquz yaşından yuxarı şəxslərin, ər-arvad istisna olmaqla, bir otağa köçürülməsinə yol verilmir.

Yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir.

Əlillərə, qocalara, ürək-damar xəstəliklərinə və başqa ağır xəstəliklərə tutulmuş şəxslərə yaşayış sahəsi onların arzusu nəzərə alınmaqla aşağı mərtəbələrdə və ya lifti olan evlərdə verilir.

Verilən yaşayış sahəsinin ölçüsü müəyyən edilərkən ailədə hamilə qadın olması nəzərə alınır.

30. Mənzildə kirayəçinin tutduğu yaşayış sahəsindən təcrid olunmamış yaşayış sahəsi boşaldıqda onun istifadəsinə verilməlidir.

Bir neçə kirayəçinin yaşadığı mənzildə boşalan təcrid olunmuş yaşayış sahəsi uçotda dayanıb-dayanmamasından asılı olmayaraq, bu mənzildə yaşayan, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara, belələri olmadıqda isə müəyyən edilmiş normadan az mənzil sahəsinə malik olan vətəndaşlara verilməlidir (bu zaman əlavə sahəyə hüquq da nəzərə alınır). Əgər boşalmış təcrid olunmuş otağın sahəsi bir adama verilmək üçün müəyyən edildiyindən azdırsa, həmin otaq kirayəçiyə onun xahişi ilə verilir.

Mənzildə bu bəndin ikinci abzasında göstərilən şəxslər olmadıqda, vətəndaşlar boşalan yaşayış sahəsinə ümumi qaydada köçürülürlər.

31. Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara mənzil məsələləri üzrə ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir.

32. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir.

33. İstehsalat birliyinin (kombinatın), müəssisənin sosial-mədəni tədbirlər və mənzil tikintisi fondu, çoxişlənən mallar fondu vəsaiti hesabına və qanunvericiliyə müvafiq olaraq, mənzil tikintisinə yönəldilə bilən digər vəsaiti hesabına tikilmiş bütün mənzil sahəsi birlik, müəssisə müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə təsdiq edilmiş siyahı üzrə şəxslərə verilir və sonra bu barədə xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

34. İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq ictimai təşkilat orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

35. Dövlət müəssisələri, idarələri, təşkilatları tərəfindən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə verilmiş evlərdə boşalan yaşayış sahəsinə, habelə müəssisələrin, idarələrin, təşkilatların payçı vəsaiti cəlb edilməklə tikilmiş evlərdə boşalan yaşayış sahəsinə ilk növbədə həmin müəssisələrin, idarələrin, təşkilatların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçiləri köçürülürlər. Göstərilən köçürülmə qaydası yaşayış evinin verildiyi və ya tikintinin qurtardığı vaxtdan asılı olmayaraq tətbiq edilir.

36. Mənzil sahəsi verilən vətəndaşların siyahıları bu barədə qərar qəbul edildikdən sonra üç gündən gec olmayaraq, hamının tanış olması üçün asılır.

37. Azərbaycan SSR Mənzil Məcəlləsinin 41-ci maddəsinin tələblərinə uyğun gələn mənzil sahəsi növbə qaydasında verilərkən vətəndaşlar üzürlü səbəb olmadan ondan imtina etdikdə başqa mənzil sahəsi imtina günündən sonra bir ildən tez olmayaraq verilə bilər.

 

IV. Order verilməsi qaydası

 

38. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara əsasən rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa yaşayış sahəsinə köçmək üçün yeganə əsas olan order verir (4 nömrəli əlavə).

Order yalnız boş olan ayrıca yaşayış sahəsi üçün verilə bilər.

Order blankları ciddi hesabat sənədləri kimi saxlanır.

39. Orderdə mənzil sahəsi verilən vətəndaşın və onunla birlikdə köçən ailə üzvlərinin familiyası, adı və atasının adı, qohumluq münasibətləri və doğulduğu il göstərilir. Bu məlumat orderdə pasportlar (və ya onları əvəz edən sənədlər) əsasında göstərilir.

16 yaşına çatmamış şəxslər haqqında məlumat orderdə doğum şəhadətnamələri əsasında göstərilir.

Order şəxsən mənzil sahəsi verilən vətəndaşa və ya onun etibarnaməsi ilə başqa şəxsə verilir.

40. Əgər order almış vətəndaşın ailə üzvləri orderə daxil edilmiş və yeni verilən yaşayış sahəsində yaşamağa yazılı şəkildə razılıq vermişlərsə, yaxud da onların bu yaşayış sahəsinə köçməyə razılıq verməsi məhkəmədə sübuta yetmişdirsə, onlar orderdə göstərilən yaşayış sahəsinə köçməyə borcludurlar.

41. Vətəndaş order aldıqdan sonra boşaltdığı yaşayış sahəsini mənzil-istismar orqanına təhvil verməyə borcludur (bundan əvvəl yaşadığı mənzildə qalan və orderə daxil edilməyən şəxslərin bu yaşayış sahəsində yaşamaq hüququ saxlandığı hallar istisna olmaqla).

42. Yaşayış sahəsinə köçmək üçün order almış vətəndaş kirayə müqaviləsi bağlanmaqdan ötrü orderi yerli xalq deputatları Soveti icraiyyə komitəsinin və ya müəssisənin, idarənin, təşkilatın mənzil-istismar təşkilatına təhvil verməyə borcludur.

Orderin surəti verilən mənzilə köçmüş vətəndaşda qalır.

43. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahəsi orderləri SSR İttifaqı qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada verilir.

44. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac haqqında vətəndaşların həqiqətə uyğun gəlməyən məlumat təqdim etdikləri, başqa vətəndaşların və ya təşkilatların orderdə göstərilmiş yaşayış sahəsinə hüquqlarının pozulduğu, yaşayış sahəsi vermək məsələsinin həllində vəzifəli şəxslərin qanunsuz hərəkət etdikləri hallarda, habelə yaşayış sahəsi vermək qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab edilə bilər.

Orderi etibarsız hesab etmək tələbi orderin verildiyi gündən üç il ərzində irəli sürülə bilər.

 


1 nömrəli əlavə

Mənzil şəraitinin yoxlanması
Aktı

______________________________________________________________________________

(familiyası, adı, atasının adı)

 

_______________________________________________________________________ yaşayır.

(ünvanı)

1. ____________________________________________________________________ ibarət komissiya «___» _____________ 19 ___ ildə mənzil şəraitini yoxladı və aşağıdakıları müəyyən etdi:

1) yaşadığı sahə (otaqların sayı, sahəsi, mərtəbə, köməkçi binalar və i. a.) _______________________________________________________________________________ _______________________________________________________________________________

2) ev (yerli Sovetə, idarəyə və i. a.) ________________________________________________ _____________________________________________________________________ məxsusdur.

3) evin, mənzilin, otağın qısa xarakteristikası (daş ev, taxta ev, çox köhnəlmiş, avariyalı mənzil, ayrıca otaq, quru, işıqlı, təcrid edilmiş, aralıq, zirzəmi, yarımzirzəmi və i. a.) _______________________________________________________________________________ _______________________________________________________________________________

4) evin, mənzilin, otağın abadlığı (qaz, su kəməri, kanalizasiya, mərkəzi sistemdən və ya soba ilə isidilmə, vanna otağı, lift və i. a.) _______________________________________________________________________________ _______________________________________________________________________________

5) şəxsi hesab ____________________________________________________ adına açılmışdır

(familiyası, adı, atasının adı)

6) həmin sahədə yaşayırlar:

 

Familiyası, adı, atasının adı, doğulduğu il

Ərizəçi ilə qohumluğu

Nə vaxtdan həmin şəhərdə, qəsəbədə yaşayır

Nə vaxt və nəyə əsasən həmin sahədə qeyd etdirilmişdir

İş yeri, vəzifəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. Yoxlama gedişində ərizəçinin ailəsi haqqında aşkara çıxarılmış əlavə məlumat _______________________________________________________________________________ _______________________________________________________________________________

3. Komissiyanın rəyi ____________________________________________________________ _______________________________________________________________________________

 

Komissiya üzvləri:

(imzalar)

(inisiallar, familiyalar)

 

 

 


2 nömrəli əlavə

İş yerində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüş vətəndaşların

S İ Y A H I S I

______________________________________________________________________________

(müəssisənin, idarənin, təşkilatın adı)

«___» _________________ 19 ___ il tarixli birgə qərarı ilə, protokol № ________ iş yerində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüşlər:

 

Sıra nömrəsi

Ərizəçinin və onun ailə üzvlərinin familiyası, adı, atasının adı, onların qohumluq münasibətləri, yaşı, həmin yaşayış məntəqəsində nə vaxtdan yaşayırlar

Həmin müəssisədə ərizəçinin tutduğu vəzifə və ya gördüyü iş, iş stajı

Mənzil sahəsinin ünvanı və qısa xarakteristikası

Uçota götürmək üçün əsas

Uçota götürmək haqqında icraiyyə komitəsinin qərarı (nömrəsi və tarixi)

Qeyd (uçota götürmək haqqında rədd cavabının səbəbləri)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Siyahı ____________________________________ Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən təsdiq edilməlidir.

Əlavə: siyahı təsdiq edildikdən sonra qaytarılmalı olan __________ uçot işi.

Müəssisə, idarə təşkilat rəhbəri

Həmkarlar ittifaqı komitəsi sədri

 

 

 


3 nömrəli əlavə

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotu
Kitabı

Yerli xalq deputatları Soveti icraiyyə komitəsinin və ya müəssisənin, idarənin, təşkilatın adı ________________________________________________________________________________ ________________________________________________________________________________ ________________________________________________________________________________

«___» ______________ 19 ___ ildə başlanmış

«___» ______________ 19 ___ ildə qurtarmışdır

 

Sıra nömrəsi

Uçota götürülənin və onun ailə üzvlərinin familiyası, adı, atasının adı, qohumluq münasibətləri və doğulduğu il

Uçota götürmək haqqında icraiyyə komitəsi qərarının, müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarının tarixi və nömrəsi

Uçot işinin nömrəsi

Uçotdan çıxarmaq haqqında qeyd (əsas)

Mənzil sahəsi vermək haqqında icraiyyə komitəsi qərarının, müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarının tarixi və nömrəsi, verilmiş mənzilin ünvanı

Köçmək üçün orderin tarixi və nömrəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


4 nömrəli əlavə

_____________________________ Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi

________ №-li Orderin kötüyü

         «____» __________________ 19___ il

Vətəndaş _________________________________________ ondan ötrü verilmişdir ki, onun _________________________________ nəfərdən ibarət ailəsi ilə birlikdə _________________ küçəsində _____________ məhəllədə ___________ evdə mənzildə _________________ blokda ___________________ mərtəbədə ____________ otaqdan ibarət ___________ kvadratmetr mənzil sahəsi tutmağa ixtiyarı vardır.

Ailənin tərkibi:

Sıra nömrəsi

Familiyası, adı, atasının adı

Doğulduğu il

Qohumluq münasibəti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Order verilməsi üçün əsas:

______________________________________ Xalq Deputatları

Soveti İcraiyyə Komitəsinin «___» _______________ 19___ il tarixli qərarı

№ _________

İcraiyyə komitəsinin sədri

Mənzil sahəsi uçotu və bölgüsü şöbəsinin

(mənzil-kommunal təsərrüfatı

şöbəsinin) rəisi

Orderi və onun surətini «___» ________________ 19___ ildə aldım.

Kirayəçinin imzası __________________________

Orderin kötüyünün arxa tərəfi

1. İş yeri ________________________________________________________________________ _______________________________________________________________________________

2. Vəzifəsi_______________________________________________________________________ ________________________________________________________________________________

3. Mənzil sahəsi ____________________________________ ildən uçotda olduğu üçün və ya ______________________ ________________________________________________ əlaqədar

                                                                                   (güzəştləri göstərməli)

olaraq verilmişdir.

 

Mənzil sahəsi uçotu və bölgüsü şöbəsinin

(mənzil-kommunal təsərrüfatı

şöbəsinin) rəisi

«___» ________________ 19___ il

 

 


4 nömrəli əlavə

_____________________________ Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi

________ №-li Orderin surəti

         «____» __________________ 19___ il

Vətəndaş _________________________________________ ondan ötrü verilmişdir ki, onun _________________________________ nəfərdən ibarət ailəsi ilə birlikdə _________________ küçəsində _____________ məhəllədə ___________ evdə mənzildə _________________ blokda ___________________ mərtəbədə ____________ otaqdan ibarət ___________ kvadratmetr mənzil sahəsi tutmağa ixtiyarı vardır.

Ailənin tərkibi:

Sıra nömrəsi

Familiyası, adı, atasının adı

Doğulduğu il

Qohumluq münasibəti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Order verilməsi üçün əsas:

______________________________________ Xalq Deputatları

Soveti İcraiyyə Komitəsinin «___» _______________ 19___ il tarixli qərarı

№ _________

İcraiyyə komitəsinin sədri

Mənzil sahəsi uçotu və bölgüsü şöbəsinin

(mənzil-kommunal təsərrüfatı

şöbəsinin) rəisi

Orderi kirayəçidən aldım.

Mənzil-istismar orqanı işçisinin imzası

«____» __________________ 19___ il

Orderin surətinin arxa tərəfi

1. İş yeri ________________________________________________________________________ _______________________________________________________________________________

2. Vəzifəsi_______________________________________________________________________ ________________________________________________________________________________

3. Mənzil sahəsi ____________________________________ ildən uçotda olduğu üçün və ya ______________________ ________________________________________________ əlaqədar

                                                                                   (güzəştləri göstərməli)

olaraq verilmişdir.

 

Mənzil sahəsi uçotu və bölgüsü şöbəsinin

(mənzil-kommunal təsərrüfatı

şöbəsinin) rəisi

«___» ________________ 19___ il

 

 


4 nömrəli əlavə

_____________________________ Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi

Order №________

         «____» __________________ 19___ il

Vətəndaş _________________________________________ ondan ötrü verilmişdir ki, onun _________________________________ nəfərdən ibarət ailəsi ilə birlikdə _________________ küçəsində _____________ məhəllədə ___________ evdə mənzildə _________________ blokda ___________________ mərtəbədə ____________ otaqdan ibarət ___________ kvadratmetr mənzil sahəsi tutmağa ixtiyarı vardır.

Ailənin tərkibi:

Sıra nömrəsi

Familiyası, adı, atasının adı

Doğulduğu il

Qohumluq münasibəti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Order verilməsi üçün əsas:

______________________________________ Xalq Deputatları

Soveti İcraiyyə Komitəsinin «___» _______________ 19___ il tarixli qərarı

№ _________

İcraiyyə komitəsinin sədri

Mənzil sahəsi uçotu və bölgüsü şöbəsinin

(mənzil-kommunal təsərrüfatı

şöbəsinin) rəisi

 

Orderin arxa tərəfi

1. İş yeri ________________________________________________________________________ _______________________________________________________________________________

2. Vəzifəsi_______________________________________________________________________ ________________________________________________________________________________

3. Mənzil sahəsi ____________________________________ ildən uçotda olduğu üçün və ya ______________________ ________________________________________________ əlaqədar

                                                                                   (güzəştləri göstərməli)

olaraq verilmişdir.

 

Mənzil sahəsi uçotu və bölgüsü şöbəsinin

(mənzil-kommunal təsərrüfatı

şöbəsinin) rəisi

«___» ________________ 19___ il

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 yanvar 1990-cı il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2.       7 iyun 1993-cü il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

3.       21 yanvar 1999-cu il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 48)

4.       17 dekabr 1999-cu il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-u il, № 12, maddə 758)

5.       21 sentyabr 2001-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 633)

6.       4 dekabr 2001-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 800)

7.       20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 203)

8.       9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731)

9.       19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903)

10.    20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)

11.    30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

12.    14 iyul 2011-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-cu il, № 7, maddə 744)

13.    19 noyabr 2021-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-cu il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1284)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 203) ilə “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 11-ci bəndinin v) yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

v) texniki inventarizasiya bürosundan — vətəndaşın şəxsi mülkiyyət hüququ ilə evi olması haqqında (ev sahibləri üçün).

 

9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731) ilə “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydaları”nın 11-ci bəndinin v yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında sözləri Azərbaycan Respublikasının sözləri ilə əvəz edilmişdir.

 

30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nın 11-ci bəndinin "v" yanmbəndində "Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumunun" sözləri "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin" sözləri ilə əvəz edilmişdir.

 

19 noyabr 2021-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-cu il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1284) ilə “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 11-ci bəndinin üçüncü abzasının v) yarımbəndindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin verdiyi sözləri çıxarılmışdır.

 

[2] 21 sentyabr 2001-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 633) ilə “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi Qaydaları”nın 20-ci bəndinin 3-cü hissəsində və ya peşə xəstəliyi nəticəsində öldükdə sözlərindən sonra və prokurorluq işçisi xidməti fəaliyyət zamanı vəfat etdikdə sözləri əlavə edilmişdir.

 

[3] 4 dekabr 2001-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 800) ilə 20-ci bəndə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.

 

[4] 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903) ilə "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nın 20-ci bəndə yeni məzmunda beşinci hissə əlavə edilmişdir.

 

[5] 14 iyul 2011-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-cu il, № 7, maddə 744) ilə "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nın 20-ci hissəsinə yeni məzmunda on birinci abzas əlavə edilmişdir.

 

[6] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 24-cü bəndin «d» yarımbəndində «II qrup əmək əlillərinə» sözlərindən sonra «, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə» sözləri əlavə edilmişdir.

 

[7] 17 dekabr 1999-cu il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-u il, № 12, maddə 758) ilə "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi qaydaları"nın 25-ci bəndinin b) yarımbəndi yeni redaksiyada verilmişdir.

 

[8] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 25-ci bəndin «e» yarımbəndində «I qrup əlillərə» sözlərindən sonra «və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə» sözləri əlavə edilmişdir.

 

[9] 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903) ilə "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nın 25-ci bəndə yeni məzmunda "ə" yarımbəndi əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status