![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü: | MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI |
Qəbul edildiyi tarix: | 16.07.2012 |
Qeydiyyat nömrəsi: | Q-08 |
Adı: | Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə: | |
Qüvvəyə minmə tarixi: | 18.07.2012 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: | 070.110.010 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: | 15201207160008 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: | 17.07.2012 |
Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 18.8-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qərara alır:
1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nın II hissəsinin 1-ci bəndinin ikinci yarımbəndindən “müstəsna hallarda” sözləri çıxarılsın.
2. Dövlət aparatının maliyyəsi şöbəsinə (Şakir Quliyevə) və Hüquq şöbəsinə (Xalıq Rəhmanova) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.
3. Bu Qərarın icrasına nəzarət nazirin birinci müavini İlqar Fəti-zadəyə həvalə edilsin.
Nazir Samir Şərifov