“Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.25-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 3 avqust 2012-ci il
№ 171
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri
Ümumi müddəa
Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri (bundan sonra — Normativlər) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.25-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır və mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirir.
Bu Normativlərlə magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar Azərbaycan Milli Elmlər Akademiyasına da şamil edilir.
[1]
I. Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar
1. Məktəbəqədər təhsil müəssisələri
1.1. Ümumi müddəalar
1.1.1. Məktəbəqədər təhsil müəssisələrinin tikintisi, yenidən qurulması və əsaslı təmiri zamanı müvafiq uyğunluq sertifikatına malik olan inşaat materiallarından istifadə edilməlidir.
[2]
1.1.2. Məktəbəqədər təhsil müəssisəsinin binasında və həyətində oyun və idman avadanlığı, mebel, kompüter texnikası, oyun vasitələri, oyuncaqlar, texnika, nəşriyyat məmulatları, gigiyenik vasitələr və uşaqlara qulluq ləvazimatları, yuyucu və dezinfeksiyaedici vasitələr mövcud sanitariya qaydaları və normalarına uyğunluq haqqında rəyə malik olmalıdır.
1.2. Torpaq sahəsinə dair tələblər
1.2.1. Məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün torpaq sahələrinin ayrılmasına və obyektlərin tikintisinə yalnız qanunvericiliklə müəyyən edilmiş sənədlər olduğu zaman yol verilir.
1.2.2. Məktəbəqədər təhsil müəssisələri yaşayış məntəqələrinin ərazisində və xüsusi ayrılmış torpaq sahələrində magistral yollardan, kommunal və sənaye obyektlərindən, avtomobil nəqliyyatı müəssisələrindən kənar sahələrdə yerləşdirilməlidir. Məktəbəqədər təhsil müəssisəsinin ərazisindən şəhər (kənd) təyinatlı magistral mühəndis kommunikasiyaları (su təchizatı, kanalizasiya, istilik təchizatı, hava və yeraltı elektrik xətləri) keçməməlidir.
1.2.3. Yeni tikilən məktəbəqədər təhsil müəssisəsinin ərazisində səs təzyiqi və vibrasiya səviyyələri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na uyğun olaraq müəyyənləşdirilir.
1.2.4. Məktəbəqədər təhsil müəssisəsinin ərazisi hasarla və yaşıllıq zolağı ilə əhatə olunmalıdır. Mürəkkəb relyefli ərazilərdə uşaqların oyun meydançalarının subasmadan mühafizəsi məqsədi ilə leysan və sel sularının kənarlaşdırılması üçün drenaj kommunikasiya sistemi nəzərdə tutulmalıdır.
1.2.5. Torpaq sahəsinin ərazisi xarici elektrik işıqlandırılmasına malik olmalıdır. Sahənin süni işıqlanma səviyyəsi 10 lx-dən artıq olmamalıdır.
1.2.6. Ayrıca binası olan yeni tikilən məktəbəqədər təhsil müəssisəsi üçün torpaq sahəsinin ölçüsü 100 yerlik məktəbəqədər təhsil müəssisəsi üçün 1 yerə
iri şəhərlərdə binaların yenidən qurulması və mürəkkəb relyefli ərazidə sahənin təşkili zamanı onun ölçülərinin azaldılmasına sanitar-epidemioloji rəy olduqda yol verilir.
[3]
1.2.7. Torpaq sahəsi aşağıdakı funksional zonalara ayrılır:
1.2.7.1. tikinti zonası;
1.2.7.2. oyun zonası;
1.2.7.3. təsərrüfat zonası.
1.2.8. Tikinti zonasının tərkibinə ərazinin sərhədləri çərçivəsində yerləşdirilən məktəbəqədər təhsil müəssisəsinin əsas binası daxildir. Həmin ərazidə bu təhsil müəssisəsi ilə funksional əlaqəsi olmayan başqa təyinatlı idarələrin, tikililərin və müəssisələrin yerləşdirilməsinə yol verilmir.
1.2.9. Məktəbəqədər təhsil müəssisəsinin binaları bir-birindən ayrılıqda layihələndirilir. Şəhərlərdə, çoxmərtəbəli tikililərin sıx yerləşdiyi ərazilərdə, eləcə də yeni salınan şəhərlərdə 140 yerdən artıq tutumu olmayan məktəbəqədər təhsil müəssisəsinin sərbəst giriş-çıxışa malik hasarlanmış ərazisi olmaq şərtilə, binalara bitişik tikilməsinə yol verilir. Məktəbəqədər təhsil müəssisəsinin binası yaşayış binasından əsaslı divarla ayrılmalıdır.
1.2.10. Məktəbəqədər təhsil müəssisəsinin yaşıllıq ərazisinin sahəsi ümumi sahənin 40 faizindən az olmamalıdır.
[4]
1.2.11. Sahənin perimetri boyunca eni
1.2.12. Sahənin yaşıllaşdırılması üçün il ərzində yaşıl olan bitkilərdən istifadə edilir. Zəhərli məhsulları və tikanı olan ağac və kolların əkilməsinə yol verilmir. Hər il yaz mövsümündə kolların dekorativ budanması aparılır, alçaq və quru budaqlarla yanaşı, cavan zoğlar da kəsilir.
1.2.13. Təbii işıqlanması olmayan və kifayət qədər insolyasiya ilə təmin edilməyən məktəbəqədər təhsil müəssisəsinin ərazisində oyun meydançalarının binadan və ya ərazidən 50 m-dən artıq olmayan məsafədə yerləşdirilməsinə yol verilir.
1.2.14. Oyun zonasının tərkibinə aşağıdakılar daxildir:
1.2.14.1. qrup oyun meydançaları (bu meydançalar hər bir qrup üçün fərdi qaydada olmaqla, 1 yerə 7,5 m2-dən az olmayaraq qəbul edilir);
[5]
1.2.14.2. ümumi idman meydançası.
1.2.15. Qrup oyun meydançaları sahənin perimetri boyu keçən, eni
1.2.16. Hər bir qrup oyun meydançasının ərazisində uşaqların günəşdən və yağıntıdan mühafizəsi üçün sahəsi
1.2.17. Ərazidə meydançalar arasındakı məsafələr aşağıdakı kimi müəyyənləşdirilir:
1.2.17.1. qrup oyun meydançaları ilə qrup oyun və ümumi idman meydançaları arasında 3 m-dən az olmayaraq;
1.2.17.2. qrup oyun meydançaları və təsərrüfat zonası ilə ümumi idman meydançaları və təsərrüfat zonası arasında 6 m-dən az olmayaraq;
1.2.17.3. sahənin hasarı ilə qrup oyun və ya ümumi idman meydançaları arasında 2 m-dən az olmayaraq.
1.2.18. Qrup oyun meydançaları kollarla əhatələnir.
1.2.19. Ümumi idman meydançasının tərkibinə aşağıdakılar daxildir:
1.2.19.1. hərəkətli oyunlar üçün xüsusi avadanlıqlarla təchiz olunmuş zonalar;
1.2.19.2. gimnastika avadanlığı və idman ləvazimatları olan zonalar;
1.2.19.3. qaçış yolları;
1.2.19.4. uzunluğa tullanma üçün qum çalaları;
1.2.19.5. maneəli zolaqlar.
1.2.20. 150 yerə qədər tutumu olan məktəbəqədər təhsil müəssisələri üçün sahəsi 250 m2-dən az olmayan 1 ədəd idman meydançası, 150 yerdən artıq tutumu olan məktəbəqədər təhsil müəssisələri üçün isə sahəsi
1.2.21. Avadanlıqlarla təchiz edilmiş hərəkətli oyunlar üçün idman zonasının örtüyü otla, qalan zonaların örtüyü isə bərk qruntla, taxta ilə və tətbiqinə icazə verilmiş digər örtüklərlə döşənir.
1.2.22. İdman meydançalarının yaxınlığında dəyişən dərinliyi 0,4 m-dən 0,8 m-ə qədər, sahəsi 4m x 8m və ya 6m x 10m olan üzgüçülük hovuzlarının quraşdırılmasına yol verilir. Hovuzlarda
1.2.23. Uşaqlara üzgüçülük öyrədilməsi üçün nəzərdə tutulan qapalı hovuzların saxlanılması və istismarı qaydaları üzgüçülük hovuzlarının quruluşuna, istismarına və suyunun keyfiyyətinə dair gigiyenik tələblərə uyğun olmalıdır.
1.2.24. Təsərrüfat zonası torpaq sahəsinin sərhədində, qrup oyun və ümumi idman meydançalarından kənarda yerləşdirilərək, digər ərazidən yaşıllıqla ayrılır. Bu zona küçədən müstəqil girişlə təmin edilməli, qida bloku və camaşırxana ilə asan əlaqəyə malik olmalıdır.
1.2.25. Mərkəzləşdirilmiş istilik sistemi olmadıqda, təsərrüfat zonasının ərazisində yanacaq çəni olan qazanxana yaradılmalıdır. Sanitariya-mühafizə zonasında yerli su təchizatı və kanalizasiya qurğuları, sahəsi 50 m2-dən artıq olmayan tərəvəz anbarı, paltarların qurudulması və xalça məmulatlarının təmizlənməsi üçün sahə yerləşdirilə bilər.
1.2.26. Təsərrüfat zonasında məişət və qida tullantılarının yığılması üçün zibil meydançası nəzərdə tutulmalıdır. Bərk örtüklü meydançada müxtəlif işarələrlə nişanlanmış qapaqlı konteynerlər yerləşdirilir. Zibil meydançasının sahəsi konteyner əsasının ölçülərindən hər tərəfə
1.2.27. Məktəbəqədər təhsil müəssisəsinin ərazisinə girişlər və çıxışlar, keçidlər, təsərrüfat tikililərinə və zibil meydançalarına gedən cığırlar asfalt, beton və ya digər bərk örtüklərlə döşənməlidir.
1.2.28. Məktəbəqədər təhsil müəssisələrinin tutduqları torpaq sahəsinin ərazisi perimetri boyu hündürlüyü 1,6 m-dən az olmayaraq metal tor (məftil) ilə hasarlanmalıdır. Bu halda metal tor hasar korroziyayadavamlı örtüyə malik olmalıdır.
[6]
1.3. Binalara olan tələblər
1.3.1. Binanın planlaşdırma quruluşuna dair tələblər uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmunu ilə müəyyən olunur.
1.3.2. Yeni tikilən məktəbəqədər təhsil müəssisələrinin tutumu 350 yerdən, yaşayış binalarına bitişik və yaşayış binalarının tərkibində tikilən müəssisələrin tutumu isə 150 yerdən artıq olmamalıdır. Kənd yaşayış məntəqələri və şəhər tipli qəsəbələr üçün məktəbəqədər təhsil müəssisələrinin tutumu 140 yerdən artıq olmamalıdır.
1.3.3. Məktəbəqədər təhsil müəssisəsinin əsas binasında aşağıdakı sahələr təşkil olunur:
1.3.3.1. qruplar — ayrılıqda hər bir uşaq qrupuna məxsus təcrid olunmuş otaqlar;
1.3.3.2. bir və ya bir neçə uşaq qrupları tərəfindən növbə ilə istifadə edilən və uşaqlarla məşğələlərin keçirilməsi üçün təcrid olunmuş ixtisaslaşdırılmış otaqlar;
1.3.3.3. əlavə otaqlar (tibb kabineti, qida bloku, paltar yuyulan otaq);
1.3.3.4. işçi heyəti üçün inzibati-məişət otaqları.
1.3.4. Məktəbəqədər təhsil müəssisələrinin binaları 2 mərtəbədən artıq olmamalıdır. İri şəhərlərdə tikililərin sıxlığını və torpaq sahələrinin çatışmazlığını nəzərə alaraq, ərazi gigiyena və epidemiologiya mərkəzi ilə razılaşdırıldığı təqdirdə, məktəbəqədər təhsil müəssisələri binalarının 3 mərtəbə hündürlüyündə tikintisinə yol verilir. 3-cü mərtəbədə yalnız orta və böyük qrupların, zalların və uşaqlarla məşğələlərin aparılması üçün digər ixtisaslaşdırılmış otaqların, inzibati-məişət və rekreasiya sahələrinin yerləşdirilməsinə yol verilir. Körpələr qrupu 1-ci mərtəbədə, digər qruplar isə 2-ci mərtəbədə yerləşdirilir.
1.3.5. Məktəbəqədər təhsil müəssisəsinin əsas otaqları yerüstü mərtəbələrdə yerləşdirilir. Zirzəmi və kürsü mərtəbələrində uşaqların qalması üçün otaqların və tibb kabinetinin yerləşdirilməsinə yol verilmir. Binaların zirzəmi və kürsü mərtəbələrinin istifadəsi müvafiq tikinti normalarının tələblərinə uyğun olaraq, eləcə də qrunt sularının səviyyəsi nəzərə alınmaqla həyata keçirilməlidir.
1.3.6. Binalar yer tutumundan asılı olaraq, yığcam, blokşəkilli və ya pavilyon strukturlu ola bilər. Həmin binalar bir neçə pavilyon korpusundan ibarət olub, bir-birindən ayrı və ya isidilən keçidlə birləşə bilər. İsidilməyən keçidlərə və qalereyalara yalnız isti iqlimi olan rayonlarda yol verilir.
1.3.7. Məktəbəqədər təhsil müəssisəsinin əsas otaqlarının döşəmədən tavana qədər hündürlüyü
1.3.8. Binalara giriş iki tamburlu, isti iqlimli rayonlarda isə bir tamburlu qəbul edilməlidir. Tamburun dərinliyi 1,6 m-dən az olmamalıdır. Qismən şüşələnmiş daxili qapılar uşağın boyu səviyyəsində hər iki tərəfdən taxta reyka ilə haşiyələnir. Pilləkən məhəccərinin (üç və daha artıq pilləli) hündürlüyü
1.3.9. Məktəbəqədər təhsil müəssisələri binalarının planlaşdırılma quruluşunda qrupların təcrid olunması prinsipinə riayət edilməlidir. Körpə yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qruplar sahədən müstəqil girişə malik olmalıdır. 2-ci mərtəbədə yerləşən qrupların uşaqları üçün və məktəbəqədər təhsil müəssisəsinin binasında yerləşməsindən asılı olmayaraq, tərkibi 4 qrupdan artıq olmayan məktəbəqədər yaşlı uşaqlar üçün ümumi girişin nəzərdə tutulmasına yol verilir.
1.3.10. Qrupun tərkibinə soyunub-geyinmə otağı (körpələr üçün qəbul otağı), qrup (oyun) otağı, yataq otağı, bufet, sanitar qovşağı daxildir. 1 yaşına qədər körpələr üçün nəzərdə tutulan qəbul otağında valideynlərin soyunub-geyinməsi və südəmər uşaqların qidalanması üçün yerlər ayrılır. Bu qruplarda yataq otaqları şüşə arakəsmə ilə 2 zonaya ayrılmalıdır.
1.3.11. Qrup otaqlarının sahəsi aşağıdakı kimi olmalıdır:
1.3.11.1. soyunub-geyinmə otağı (qəbul otağı) — 18 m2-dən az olmayaraq;
1.3.11.2. qrup (oyun) otağı — 50 m2-dən az olmayaraq (körpələr qrupuna aid olan uşaqlar üçün hər uşağa
1.3.11.3. bufet — 3,8 m2-dən az olmayaraq;
1.3.11.4. yataq otağı — 50 m2-dən az olmayaraq (körpələr qrupuna aid olan uşaqlar üçün hər uşağa
1.3.11.5. sanitar qovşağı — 16 m2-dən az olmayaraq (uşaqların hər birinə 0,8 m2-dən az olmayaraq).
1.3.12. Qrupları yuxarı mərtəbədə yerləşən uşaqlar üçün soyunub-geyinmə otaqları binanın 1-ci mərtəbəsində, hər qrup üçün ayrı-ayrı otaqlar olmaqla yerləşdirilir.
1.3.13. İstifadə olunan uşaq arabalarının, xizəklərin, velosipedlərin, oyuncaqların yerləşdirilməsi üçün binada xüsusi anbar otaqları nəzərdə tutulmalıdır.
1.3.14. Uşaqların qidalanması qrup otaqlarında təşkil olunur. Qrup otaqları bufetin qablarının yuyulması üçün isti və soyuq su xətti çəkilmiş 3 hissəli yuma vannası ilə təchiz edilir. Köhnə tipli məktəbəqədər təhsil müəssisələrində 2 hissəli vannanın quraşdırılmasına yol verilir.
1.3.15. Məktəbəqədər təhsil müəssisəsinin binasında otaqların pəncərələrinin istiqaməti üfüqün cəhətləri üzrə 1 nömrəli cədvəldə göstərilən qaydada yerləşdirilməlidir:
|
1 nömrəli cədvəl
|
|
|
45° cənub istiqamətində
|
|
əlverişli
|
yol verilən (azimutlarda)
|
|
Qrup (oyun) otaqları
|
cənub
|
25°-dən 335°-yə qədər
|
Yataq otaqları
|
şimal
|
istənilən
|
Musiqi və idman məşğələləri üçün zallar, izolyatorlar
|
cənub
|
istənilən
|
Mətbəx, tədarük və hazırlıq sexləri
|
şimal
|
istənilən
|
Gəzinti eyvanı
|
-
|
istənilən
|
1.3.16. Otaqların həddən artıq isidilməsinin məhdudlaşdırılması üçün qrup (oyun) və yataq otaqlarının, zalların, izolyatorların, mətbəxlərin, ərzağın tədarükü və emalı sahələrinin pəncərələri günəşdən mühafizə vasitələri ilə təchiz olunmalıdır.
1.3.17. Bütün qrup (oyun) və yataq otaqlarının, eləcə də mətbəx, camaşırxana, paltarların qurudulması və ütülənməsi otaqlarının pəncərələri nəfəsliklərlə təchiz edilməlidir.
1.3.18. Ümumilikdə, metal tor çəkilmiş pilləkən məhəccərinin hündürlüyü
1.3.19. Tualet sahəsi sanitar qovşağı və yuyunma zonasına bölünür. Yuyunma zonasında uşaqlar üçün əlüzyuyanlar və duş üçün forması dəyişən duş altlıqları yerləşdirilir. Sanitar qovşağı zonasında unitazlar quraşdırılır. Duş cihazları elastik rezin boru ilə təchiz olunmalıdır.
1.3.20. Məktəbəqədər təhsil müəssisələrində orta qrupa aid olan uşaqlar üçün əlüzyuyanların döşəmədən cihaza qədər hündürlüyü
1.3.21. Körpələr qrupları üçün tualet zonası bir otaqda yerləşdirilir. Bu zona daimi isti və soyuq su ilə təmin olunan 3 ədəd əlüzyuyanla, işçi heyəti üçün bir ədəd əlüzyuyanla, güvəclər üçün rəflər, çirkabların təmizlənməsi üçün kanalizasiya axın sistemi, uşaq vannası və təsərrüfat şkafı ilə təchiz olunur.
1.3.22. Körpələr qruplarında uşaqlar üçün 4 ədəd, orta və böyük qruplarda uşaqlar üçün 1 ədəd əlüzyuyan, 4 ədəd uşaq unitazı, 1 ədəd dəsmalqurudan cihaz quraşdırılır.
1.3.23. Məktəbəhazırlıq qruplarında uşaqlar üçün 4 ədəd, orta və böyük qruplarda isə uşaqlar üçün 1 ədəd əlüzyuyan, 4 ədəd uşaq unitazı, 1 ədəd dəsmalqurudan cihaz quraşdırılır. Uşaq unitazları cəftəsiz bağlanan kabinələrdə quraşdırılır. Uşaq unitazı üçün nəzərdə tutulan kabinənin ölçüsü
1.3.24. Məktəbəhazırlıq qruplarında qızlar və oğlanlar üçün ayrıca tualet zonaları nəzərdə tutulmalıdır. İşçi heyəti üçün sanitar qovşağı olmadığı hallarda uşaqların tualet zonasında onlar üçün xüsusi kabinə nəzərdə tutulmalıdır.
1.3.25. Məktəbəqədər təhsil müəssisəsinin binasında hər birinin sahəsi hər birinin sahəsi 100 m2-dən çox olmayan layihə tapşırığı ilə müəyyənləşdirilən musiqi və idman məşğələləri üçün 2 zal nəzərdə tutulmalıdır. Tutumu 100 yerədək olan binada idman və musiqi məşğələləri üçün ümumi zalın təşkilinə yol verilir. İdman və musiqi məşğələləri üçün nəzərdə tutulan zallarda tədbirlər və məşğələlər yalnız 2 qrup üçün təşkil edilir. Zallar keçid funksiyasını daşımamalıdır. Zalların döşəməsi cüzi istilik keçiriciliyinə malik örtüklə (parket, taxta döşəmə və ya lövhələr, isti əsaslı linoleum) döşənməlidir. Zalların nəzdində idman avadanlıqlarının və musiqi alətlərinin saxlanılması üçün sahəsi 6 kv.m-dən az olmayan anbar otağı nəzərdə tutulur.
[7]
1.3.26. Məktəbəqədər təhsil müəssisələrinin binalarında isidilən gəzinti eyvanlarından idman məşğələlərinin keçirilməsi üçün istifadə edilməsinə yol verilir.
1.3.27. Məktəbəqədər təhsil müəssisələrinin binalarında kompüter məşğələləri üçün xüsusi otaqlar nəzərdə tutulur. Kompüterlə iş üçün nəzərdə tutulan otaqların əlverişli səmti şimal və şimal-şərq istiqamətləridir.
1.3.28. Məktəbəqədər təhsil müəssisələrinin binalarında ölçüləri
1.3.29. Məktəbəqədər təhsil müəssisələrində tutumundan asılı olmayaraq tibb kabineti, prosedur otağı və izolyatordan ibarət tibb bloku nəzərdə tutulmalıdır. Tibb bloku binanın birinci mərtəbəsində, binaya girişin bilavasitə yaxınlığında təşkil edilir. Tibb kabineti dəhlizdən sərbəst girişə malik olmalı və izolyatorun palatalarından biri ilə bitişik yerləşdirilməlidir. Tibb otaqlarının tərkibinə və sahəsinə dair tələblər 2 nömrəli cədvəldə göstərilmişdir:
|
2 nömrəli cədvəl
|
||
Otaqlar
|
Məktəbəqədər təhsil müəssisəsinin tutumu və sahələr (m2-lə)
|
||
150 yerə qədər
|
150 yerdən 280 yerə qədər
|
280 yerlik və daha artıq
|
|
Tibb kabineti
|
12
|
12
|
12
|
Prosedur otağı
|
8
|
8
|
8
|
İzolyator:
|
|
|
|
- qəbul
|
4
|
4
|
6
|
- palata
|
4
|
6
|
12 (6 + 6)
|
Dezinfeksiyaedici vasitələrin hazırlanması otağı ilə birgə tualet
|
6
|
6
|
6
|
1.3.30. İzolyatorun tərkibinə qəbul otağı, palatalar və sanitar qovşağı daxildir. İzolyatorun palatalarında yerlərin sayı müəssisənin ümumi yerlərinin 1,5 faizini təşkil edir. İzolyator ən azı 2 yoluxucu xəstəlik üçün nəzərdə tutulmalıdır. İzolyatorun palatalarında bir və ya iki çarpayı qoyulur. Onlar yalnız təcrid olunmuş otaqlarda yerləşdirilir. İzolyatorun qəbul otağında qidanın paylanması, qabların yuyulması və saxlanması üçün sahə ayrılmalıdır.
1.3.31. Uyğunlaşdırılmış məktəbəqədər təhsil müəssisələrində tibb kabinetindən və izolyatordan ibarət tibb blokunun təşkil olunmasına yol verilir.
1.3.32. Məktəbəqədər təhsil müəssisələrinin binalarında sahəsi 12-
|
3 nömrəli cədvəl
|
|||
Otaqlar
|
Müəssisənin tutumundan və qrupların sayından asılı olaraq sahə (m2-lə)
|
|||
50-dək |
140-dək |
240-dək |
330-dək |
|
Müdirin kabineti
|
10
|
10
|
9
|
9
|
Təsərrüfat üzrə müavinin kabineti
|
-
|
-
|
6
|
6
|
Təsərrüfat anbarı
|
4
|
5
|
8
|
12
|
Təmiz ağlar üçün anbar
|
4
|
6
|
8
|
10
|
Xidmətçi otağı
|
-
|
-
|
-
|
6
|
Xarratlıq emalatxanası
|
-
|
-
|
12
|
12
|
İşçi heyətin yeməkxanası
|
-
|
-
|
-
|
10
|
İşçi heyət üçün tualet
|
3
|
3
|
6
|
6
|
1.3.33. Məktəbəqədər təhsil müəssisəsinin binasında ərzaq məhsulu və ya yarımfabrikatlarla işləyən qida bloku nəzərdə tutulmalıdır. Qida bloku birinci mərtəbədə yerləşdirilməlidir. İstehsal otaqlarının və ərzaq məhsulları (quru, dənəvər) saxlanan anbarların zirzəmilərdə və ya yarımzirzəmilərdə yerləşdirilməsinə yol verilmir.
1.3.34. Ərzaq məhsulu ilə işləyən qida blokunun tərkibinə isti sex, paylama sahəsi, soyuq qəlyanaltılar sexi, ət-balıq sexi, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, mətbəx qablarının yuyulması otağı, quru ərzaq məhsulları anbarı, tərəvəz anbarı, soyuducu kamera olan tez və xüsusilə tez xarab olan məhsulların saxlanması anbarları (ət və balıq, qastronomiya məhsulları, yağ-süd məhsulları və meyvələr üçün), yük və qablaşdırma avadanlığının yuyulma sahəsi, heyət otağı, soyunub-geyinmə otağı, heyət üçün duş otağı və sanitar qovşağı daxildir.
1.3.35. Qida bloku otaqlarının planlaşdırma quruluşu çiy və hazır qida məmulatlarının qarşılıqlı axınını istisna edən texnoloji proseslərin ardıcıllığını nəzərdə tutmalıdır.
1.3.36. Yarımfabrikatlarla işləyən qida blokunda arakəsmə ilə bir-birindən təcrid olunmuş soyuq və isti qəlyanaltı sexləri, quru və ədədi ərzaq məhsullarının saxlanılması üçün otaq, məhsullar saxlanılan soyuducu kameraların yerləşdiyi otaqlar, mətbəx qablarının yuyulması otağı, məhsulların yüklənmə sahəsi və əvəzlənən qablaşdırma avadanlığının yuyulma sahəsi nəzərdə tutulmalıdır. Yarımfabrikatlarla işləyən qida bloku təmizlənmiş tərəvəz və yüksək hazırlıq vəziyyətində olan yarımfabrikatlar almalıdır.
1.3.37. Mətbəx qablarının və qablaşdırma avadanlığının yuyulmasının eyni otaqda təşkilinə yol verilmir. Quru ərzaq məhsulları və tərəvəz anbarları, eləcə də soyuducu kameralar mətbəxdən təcrid olunmalıdır. Yuma sahələri, duş otaqları və sanitar qovşaqları, eləcə də çirkab sularının axını sistemi olan istehsal sahələrinin altında anbar otaqlarının və soyuducuların yerləşdirilməsinə yol verilmir.
1.3.38. Tutumu 190 yer və daha artıq olan şəhər məktəbəqədər təhsil müəssisələrində qidanın 2-ci və 3-cü mərtəbələrə şaquli daşınması üçün mexaniki yükqaldırıcı vasitələr nəzərdə tutulmalıdır.
1.3.39. Qida bloku otaqlarında elektriklə işləyən avadanlıqlar quraşdırılır. Texnoloji avadanlıqlar elə yerləşdirilməlidir ki, onlara sərbəst müdaxilə təmin olunsun və texniki təhlükəsizlik qaydalarına əməl edilsin.
1.3.40. Mətbəxin, ağlar yuyulan otaqların və sanitar qovşaqlarının pəncərələrinin qrup (oyun) və yataq otaqlarının pəncərələri altında yerləşdirilməsinə yol verilmir.
1.3.41. 50 yerədək tutumu olan məktəbəqədər təhsil müəssisələrində ağların yuyulması üçün bir otaq, 50 yerdən artıq tutumu olan məktəbəqədər təhsil müəssisələri üçün isə 2 otaq (yuma və ütüləmə otaqları) nəzərdə tutulur. Yuyulma və ütüləmə otaqları bitişik olsa da, çirkli ağların qəbulu və təmiz ağların verilməsi üçün girişlər (və ya pəncərələr) bir-birindən ayrı yerləşdirilməlidir. Qrupların və qida blokunun qarşısında yuyulma otağına giriş qapısının qoyulmasına yol verilmir. Ağların yuyulması sahəsinin tərkibi və sahələri 4 nömrəli cədvəldə təsvir olunmuşdur:
|
4 nömrəli cədvəl
|
|||||
Otaqlar
|
Məktəbəqədər təhsil müəssisəsində yerlərin sayı nəzərə alınmaqla, otaqların sahəsi (m2-lə)
|
|||||
Hazırlıq otağı
|
50 (2 otaqlı)
|
95 (4 otaqlı)
|
140 (6 otaqlı)
|
190 (7 otaqlı)
|
280 (12 otaqlı)
|
330 (14 otaqlı)
|
Yuyulma otağı
|
12
|
14
|
14
|
16
|
18
|
18
|
Ütüləmə otağı
|
-
|
10
|
10
|
12
|
12
|
12
|
Yekun
|
12
|
24
|
24
|
28
|
30
|
30
|
1.3.42. Otaqların yerləşməsi planının dəyişdirilməsi və ya onların öz funksional təyinatına görə istifadə olunmaması uşaqların müəssisədə qalma şəraitinə, sağlamlıq vəziyyətinə və təlim-tərbiyə prosesinə mənfi təsir göstərməməlidir. Yalnız sanitar-epidemioloji rəyin olduğu təqdirdə, bu struktur dəyişikliklərinin həyata keçirilməsinə yol verilir.
1.4. Binaların tamamlama işlərinə dair tələblər
[8]
1.4.1. Məktəbəqədər təhsil müəssisələri binalarının otaqlarının divarları hamar, nəm üsulla təmizlənməsinə və dezinfeksiyasına şərait yaradan örtüyə malik olmalıdır.
1.4.2. Qida blokunda mətbəxin, bufetin, tərəvəz anbarının, soyuducu kameraların, vannalı hovuzların, duş kabinələrinin, ağlar yuyulan otağın, ütüləmə otağının və sanitar qovşaqlarının divarları
1.4.3. Üfüqün cənub səmtində yerləşən otaqlarda işığı əksetmə əmsalı 0,7-0,8 olan solğun və soyuq tonlu (solğun mavi, solğun yaşıl), şimal səmtində yerləşən otaqlarda isə əksetmə əmsalı 0,6-0,7 olan isti tonlu (solğun sarı, solğun çəhrayı, bej) boyalar və bəzək materialları tətbiq edilir. Otaqların ümumi sahəsinin 25 faizindən artıq olmaması şərtilə, müxtəlif elementlərin daha parlaq rənglə boyanmasına yol verilir. Musiqi və gimnastika məşğələləri keçirilən otaqların divar səthləri işığı əksetmə əmsalı 0,6-0,8 olan açıq tonlu boyalarla rənglənməlidir.
1.4.4. Adi istismar rejimli otaqlarda tavanların boyanması üçün tabaşirli və ya əhəngli ağardıcı məhlullardan istifadə edilir. Eyni zamanda, su-emulsiya boyalarının tətbiqinə də yol verilir. Yüksək rütubət yaranan otaqların tavanları (qida blokunun istehsal sexləri, duş kabinələri, ağların yuyulması otaqları, əlüzyuma otaqları, sanitar qovşaqları) yağlı boyalarla rənglənir.
1.4.5. Otaqların döşəmələri hamar, sürüşməyən, dəliksiz və qüsursuz olmalı, plintuslar divara və döşəməyə kip bərkidilməlidir.
1.4.6. 1-ci mərtəbədə yerləşən qrup (oyun) otaqlarının döşəmələri istilik qatı ilə nəzərdə tutulmalıdır. Əsas otaqlarda döşəmə materialı kimi taxtadan istifadə olunur (yağlı boyalarla rənglənmiş taxta döşəmələr və ya parket lövhələr). Döşəmələrin asan yuyulan və dezinfeksiya edilən, eləcə də müvafiq sertifikata malik olan sintetik polimer materiallarla döşənməsinə yol verilir.
[9]
1.4.7. Qida bloku otaqlarında, yuma və ütüləmə sahələrində, yardımçı təsərrüfat otaqlarında, duş kabinələri və sanitar qovşaqlarında döşəmələr keramik və ya cilalanmış mozaik metlax plitələrlə döşənməlidir.
[10]
1.4.8. Duş kabinələrində, ağlar yuyulan otaqlarda, qida blokunun istehsal sahələrində döşəmənin səthinə suyun axıdılmasını təmin edən maili traplar quraşdırılmalıdır.
1.4.9. Məktəbəqədər təhsil müəssisələri binalarının fasadları suvanmalı və fasad boyası ilə rənglənməli, dam örtüyü isə sinklənmiş dəmir vərəqələrdən və ya metal-kirəmit materialdan quraşdırılmalıdır.
1.4.10. Məktəbəqədər təhsil müəssisəsinin yerləşdiyi ərazinin yerli iqlim şəraiti, memarlıq üslubu və ənənələr nəzərə alınmaqla, layihə tapşırığı ilə binaların tamamlama, ərazisinin abadlaşdırılma və hasarlanması işləri üzrə bu normativlərdə nəzərdə tutulmayan digər materiallar və qurğular nəzərdə tutula bilər. Bu halda layihə tapşırığı Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.
[11]
1.5. Otaqların təbii və süni işıqlandırılmasına dair tələblər
1.5.1. Məktəbəqədər təhsil müəssisələri binalarının əsas otaqları təbii işıqlanmaya malik olmalıdır.
1.5.2. Əsas otaqların qeyri-bərabər təbii işıqlanması 3:1 nisbətindən artıq olmamalıdır. Təbii işıqlanma əmsalı göstəricisi qrup (oyun) və yataq otaqlarında, tibb kabinetində, izolyatorun palatalarında, idman və musiqi məşğələləri otaqlarında, kompüter sinfində 1,5 faizdən, soyunub-geyinmə otağında isə 1 faizdən az olmayaraq qəbul edilir. Həyətdə yerləşən bufetdə, anbar otağında və sanitar qovşağında təbii işıqlanmanın olmamasına yol verilir.
1.5.3. Qrup (oyun) və yataq otaqlarında işıqdüşmə mənbələri günəşdən mühafizə olunmaq üçün tənzimlənən qurğularla təchiz edilir. Günəşdən mühafizə qurğuları kimi daxili, şüşəarası, xarici və şaquli istiqamətli jalüzlərdən istifadə olunur. Jalüz üçün istifadə edilən material suya, yuyucu və dezinfeksiya vasitələrinə qarşı davamlı olmalıdır. Qrup otaqlarının pəncərəsində asılan pərdələr (jalüz) təbii işıqlanmanı azaltmamalıdır. Uşaqlar yatan zaman yataq otaqlarında pərdələrin bağlanmasına yol verilir. Qalan vaxtlarda isə otaqların insolyasiyasının təmin edilməsi üçün pərdələr açıq vəziyyətdə saxlanır.
1.5.4. Birtərəfli işıqlanma zamanı qrup (oyun) otaqlarının işıq düşən istiqamətdən uzunluğu 6 m-dən çox olmamalıdır.
1.5.5. Pəncərə altlıqlarında təbii işıqlanma səviyyəsini azaldan enliyarpaqlı güllərin və bitkilərin yerləşdirilməsinə yol verilmir. Güllərin hündürlüyü 15 sm-dən artıq olmamalıdır. Güllər divardan asılmış vəziyyətdə və döşəmədən 65-70 sm hündürlükdə olan dibçəklərdə və ya təbii guşələrdə yerləşdirilməlidir.
1.5.6. Kifayət qədər təbii işıqlanma olmayan şəraitdə keçirilən məşğələlər zamanı əlavə süni işıqlanma təmin edilməlidir.
1.5.7. Süni işıqlanma mənbələri bütün otaqların kafi dərəcədə və bərabər işıqlanmasını təmin etməlidir. Lüminessent işıqlanmaya üstünlük verilməlidir. Əsas otaqlarda süni işıqlanma normativləri (lüminessent lampalarından istifadə zamanı) 5 nömrəli cədvəldə göstərilmişdir:
|
|
5 nömrəli cədvəl
|
Otaqlar
|
İşıqlanma, lx (az olmayaraq)
|
İşıqlanma normasının aid olduğu səthlər
|
Soyunub-geyinmə (qəbul otağı)
|
200
|
döşəmədə
|
Qrup (oyun), kompüter otağı
|
300
|
döşəmədən
|
Yataq otağı, eyvan
|
75
|
döşəmədən
|
Musiqi və idman məşğələləri üçün zal
|
200
|
döşəmədə
|
Sanitar qovşağı
|
75
|
döşəmədə
|
Bufet
|
200
|
döşəmədən
|
Həkim otağı
|
300
|
döşəmədən
|
İzolyator
|
200
|
döşəmədən
|
1.5.8. Közərmə lampalarından istifadə olunan zaman işıqlanma normaları iki dəfə azalır.
1.5.9. İşıqlandırıcı armatur işığın bərabər paylanmasını təmin etməlidir. Lampaların seçimi və çıraqların yerləşdirilməsi (lüminessent lampalarından istifadə zamanı) 6 nömrəli cədvələ uyğun həyata keçirilməlidir:
|
|
6 nömrəli cədvəl
|
Otaqlar
|
İşıqlanma sistemi
|
İşıq mənbəyinin yerləşdirilməsi
|
Qrup (oyun), soyunub-geyinmə otaqları
|
ümumi bərabər paylanan
|
otağın uzun tərəfində sıraların, masaların paralel olaraq yerləşdirilməsi boyunca
|
Yataq otaqları, eyvanlar
|
ümumi bərabər + növbətçi (gecə)
|
avadanlığın yerləşməsi boyunca
|
Musiqi və idman məşğələləri üçün zal
|
ümumi bərabər paylanan
|
istənilən
|
İzolyator
|
ümumi bərabər paylanan
|
giriş və şkaflar boyunca
|
1.5.10. Közərmə lampalarından istifadə zamanı işıqlanmanın səviyyəsi 150 lx-dən az olmamalıdır. Közərmə lampaları şamdan tipli mühafizə armaturu ilə təchiz edilməlidir.
1.5.11. Kompüterlə məşğələlər keçirilən otaqlarda süni işıqlanma işığın ümumi bərabər paylanması sistemləri ilə təmin edilir.
1.5.12. Bir otaqda eyni zamanda lüminessent və közərmə lampalarından istifadə edilməməlidir. Yeni tipli lampalardan və çıraqlardan istifadəyə yalnız onlar qanunvericiliklə müəyyən edilmiş texniki tələblərə uyğun olduğu zaman icazə verilir.
1.5.13. Uşaqların daim olduğu otaqlarda qapalı elektrik açarları və rozetkalar döşəmə səviyyəsindən
1.5.14. Soyuq iqlimli rayonlarda əsas otaqların ümumi işıqlanma sistemində ultrabənövşəyi şüalanma mənbələri quraşdırıla bilər.
1.5.15. Süni işıqlandırma mənbələri işlək vəziyyətdə saxlanılmalıdır. Səs-küy yaradan lüminessent lampaları təcili olaraq yenisi ilə əvəzlənməlidir. Sıradan çıxmış və yanmış lüminessent lampaları xüsusi ayrılmış sahədə yığılır və məktəbəqədər təhsil müəssisəsinin ərazisindən kənarlaşdırılır.
1.5.16. Pəncərə şüşələrinin, mühafizə armaturunun və çıraqların təmizlənməsi ildə 2 dəfədən az olmayaraq həyata keçirilməlidir.
1.5.17. Qida blokunun istehsal sahələrində işıqlanma mənbələrinin bişirilmə sobaları, texnoloji avadanlıqlar və emal masaları üzərində yerləşdirilməsinə yol verilmir. İşıqlandırma cihazları mühafizə armaturuna malik olmalıdır.
1.6. İsidilmə və ventilyasiya sistemlərinə dair tələblər
1.6.1. Məktəbəqədər təhsil müəssisələrinin binaları ictimai binalarda havanın isidilməsinə, ventilyasiyasına və soyudulmasına dair layihələndirmə normalarına müvafiq olaraq, mərkəzləşdirilmiş istilik və ventilyasiya sistemləri ilə təchiz edilir.
1.6.2. Məktəbəqədər təhsil müəssisələrinin binalarının istiliklə təchizatı yaşayış məntəqəsinin mərkəzi istilik şəbəkəsindən nəzərdə tutulmalıdır. Fərdi və ya qazla işləyən istilik sistemlərinin tətbiqinə də yol verilir. Kənd yerlərində birmərtəbəli təkmilləşdirilməmiş məktəbəqədər təhsil müəssisələrinin binalarında dövlət sanitariya nəzarəti orqanları və yanğından mühafizə müfəttişliyi ilə razılaşdırılaraq, fərdi sobalar vasitəsilə otaqların isidilməsinə yol verilir. Dəmir sobaların quraşdırılmasına icazə verilmir.
[12]
1.6.3. Qızdırıcı cihazlar kimi radiatorlardan və beton panellərdə quraşdırılmış boruşəkilli qızdırıcı elementlərdən istifadə olunur.
1.6.4. Qızdırıcı cihazların səthinin temperaturu 80°C-dən artıq olmamalıdır. Uşaqlarda yanıq və zədələnmə hallarının qarşısını almaq üçün istilik cihazları sökülə bilən taxta şəbəkələrlə bağlanmalıdır. Mühafizə məqsədi ilə taxta-yonqarlı plitələrdən və digər polimer materiallardan istifadəyə yol verilmir.
1.7. Su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər
1.7.1. Məktəbəqədər təhsil müəssisələrinin binaları ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq, təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz edilir.
[13]
1.7.2. Məktəbəqədər təhsil müəssisələri qüvvədə olan sanitar-epidemioloji tələblərə və standartlara uyğun olaraq keyfiyyətli içməli su ilə təmin edilməlidir.
1.7.3. Məktəbəqədər təhsil müəssisəsinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri olmalıdır.
1.7.4. Mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkələri olmadığı hallarda, yerli su təchizatı və kanalizasiya sistemlərinin seçiminə və quraşdırılmasına yalnız müsbət sanitar-epidemioloji rəy olduqda yol verilir.
1.7.5. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan rayonlarda yerləşən məktəbəqədər təhsil müəssisələri həyətdə çirkab quyusu tikilməklə, daxili kanalizasiya sistemi ilə təchiz edilir. Yaranan çirkab suları ümumi təmizləyici qurğulara axıdılır və ya yerli təmizləyici qurğularda zərərsizləşdirilir.
1.7.6. Mətbəx, bufet, uşaqlar və işçi heyəti üçün sanitar qovşaqları, camaşırxana, izolyator və tibb təyinatlı digər otaqlar, əlüzyuyanlar və təsərrüfat ehtiyacları üçün ayrılmış otaqlar daimi isti və soyuq su ilə təchiz edilməlidir.
1.7.7. Mərkəzləşdirilmiş su təchizatı olmayan hallarda qida blokuna, izolyatora və tibb təyinatlı digər otaqlara, camaşırxanaya, bütün qrupların sanitar qovşaqlarına suyun mexaniki yolla (nasoslar vasitəsilə) verilməsi təmin edilməlidir. Əlüzyuyanlara və duş kabinələrinə verilən suyun temperaturu 37°C-dən aşağı və 60°C-dən yuxarı olmamalıdır.
1.7.8. İsti su təchizatı sisteminə qəbul otağında və soyunub-geyinmə otaqlarında yerləşən, şkaflarda paltarların və ayaqqabıların qurudulması üçün quraşdırılmış qızdırıcı cihazlar, eləcə də sanitar qovşaqlarındakı dəsmalqurudanlar da birləşdirilməlidir.
1.7.9. Məktəbəqədər təhsil müəssisələrində fərdi isti su təchizatı sistemlərinin təşkilinə yol verilir.
2. Ümumi təhsil müəssisələri
2.1. Ümumi müddəalar
2.1.1. Ümumi təhsil müəssisələrinin binaları şəhərlərin məhəllədaxili ərazilərindən, nəqliyyat vasitələrinin müntəzəm hərəkət etdiyi magistral yollardan və məhəllələrarası keçidlərdən 100-
[14]
2.1.2. Yaşayış, istehsalat, tibb müəssisələrindən, nəqliyyat vasitələrinin saxlanılması və xidməti obyektlərindən ümumi təhsil müəssisələrinə qədər məsafələr şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılmasına və tikilib abadlaşdırılmasına dair normalara uyğun müəyyənləşdirilir.
2.2. Torpaq sahəsinə dair tələblər
2.2.1. Ümumi təhsil müəssisələrinin tikintisi üçün torpaq sahəsi müəssisənin binasından qırmızı xəttə qədər məsafə 25 m-dən az olmayaraq nəzərdə tutulur.
2.2.2. Torpaq sahəsinin ölçüləri ümumi təhsil müəssisəsinin şagird tutumundan asılı olaraq, ərazi planlaşdırılması sənədlərinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir:
[15]
Sökülmüş məktəb binasının yerində yeni məktəb binası tikildikdə, məktəbin mövcud torpaq sahəsinin ölçüləri saxlanıla bilər. Tikililərin yüksək sıxlıq şəraiti olan yaşayış məntəqələrində və mürəkkəb relyefli ərazidə məktəblərin torpaq sahələrinin ölçülərinin azaldılmasına Gigiyena və Epidemiologiya Mərkəzinin və Elm və Təhsil Nazirliyinin rəyi olduqda yol verilir.
2.2.2.1. 40-dan 400-dək hər bir şagird üçün
2.2.2.2. 400-dən 500-dək hər bir şagird üçün
2.2.2.3. 500-dən 600-dək hər bir şagird üçün
2.2.2.4. 600-dən 800-dək hər bir şagird üçün
2.2.2.5. 800-dən 1100-dək hər bir şagird üçün
2.2.2.6. 1100-dən 1500-dək hər bir şagird üçün
2.2.2.7. 1500-dən 2000-dək hər bir şagird üçün
2.2.2.8. 2000-dən çox hər bir şagird üçün
2.2.3. Ayrılmış sahənin ən azı 40 faizi yaşıllıq sahə kimi nəzərdə tutulur.
[16]
2.2.4. Ümumi təhsil müəssisəsi üçün ayrılmış torpaq sahəsi tədris-təcrübə, bədən tərbiyəsi və idman, istirahət və təsərrüfat zonalarına ayrılır.
2.2.5. Tədris-təcrübə zonası ümumi sahənin 25 faizindən artıq olmayan ərazisini təşkil edir. Layihədə nəzərdə tutulmuş ümumi təhsil müəssisəsində şagirdlərin sayından asılı olaraq biologiya, kimya və fizika fənləri üzrə laboratoriyalar planlaşdırılarsa, tədris-təcrübə zonasının sahəsi azaldıla bilər.
2.2.6. Bədən tərbiyəsi və idman zonasının meydançaları binadan ən azı
2.2.7. İstirahət zonası təsərrüfat zonasından ayrı, bağların və yaşıllıqların əhatəsində yerləşdirilir. Bu zona hərəkətli oyunlar və sakit istirahət üçün nəzərdə tutulan meydançalardan ibarət olur.
2.2.8. Təsərrüfat zonasına küçədən sərbəst giriş nəzərdə tutulur.
2.2.9. Layihələndirilən ümumi təhsil müəssisəsinin ərazisi yerin səthində 10 lx-ə bərabər olan işıqlanma norması təmin olunmaqla, xarici işıqlandırma sistemi ilə təchiz edilir.
2.2.10. Kənd yaşayış məntəqələrində layihələndirilən ümumi təhsil müəssisələrinin torpaq sahələri kiçikqabaritli kənd təsərrüfatı texnikasının, bağ və bostan ləvazimatlarının saxlanılması üçün nəzərdə tutulan otaqların, istixanaların və oranjereyaların hesabına genişləndirilə bilər.
2.2.11. Məktəblərin tutduqları torpaq sahəsinin ərazisi perimetri boyu hasarlanmalıdır, o cümlədən:
- mikrorayon (məhəllə) daxilində olan torpaq sahələri hündürlüyü 1,2 m-dən az olmayan yaşıllıqlarla;
- küçə və keçidlərlə bitişik olan torpaq sahələri hündürlüyü 1,5 m-dən az olmayan metal tor (məftil) hasarla. Bu halda metal tor hasar korroziyayadavamlı örtüyə malik olmalıdır.
[17]
2.3. Binalara olan tələblər
2.3.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 24 nəfər və sahəsi 36-
olmaqla təşkil edilir.
[18]
Kənd yerlərində əhalinin demoqrafiya göstəricilərindən asılı olaraq sinif otaqlarının tutumu 12 nəfərə qədər azaldıla bilər. Sinif otaqlarının sahəsi şagirdlərin sayından asılı olaraq 28-
2.3.2. Ümumi təhsil müəssisələrinin binalarının hündürlüyü əsasən 3 mərtəbədən artıq nəzərdə tutulmur. Lakin şəhərdə binaların sıxlıq təşkil etdiyi zonalarda 4 mərtəbəli ümumi təhsil müəssisələri yerləşdirilə bilər.
2.3.3. Ümumi təhsil müəssisəsi uyğunlaşdırılmış binada yerləşdiyi zaman otaqların tərkibi və sahələri müəyyən edilərkən, hər bir konkret halda, ümumi təhsil müəssisəsinin növü, şagirdlərin sayı və yaş həddi, siniflərin sayı və digər amillər nəzərə alınır.
2.3.4. Otaqların tərkibi və sahəsi milli və regional xüsusiyyətlər nəzərə alınmaqla, əsas dərs fənlərinin dərindən tədrisi üçün lazımi şərait yaradılmasını əks etdirir. Tədris prosesi aparılan sinif otaqlarının səs-küylü yerlərdən və pis qoxulu laboratoriyalardan uzaq məsafədə yerləşdirilməsi nəzərdə tutulur.
2.3.5. Tutumu 108-300 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya və 1 fizika laboratoriya otağı, 300-dən 640 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya, 1 fizika və 1 biologiya laboratoriya otaqları nəzərdə tutulmalıdır. Laboratoriya otağının sahəsi sinifdəki şagirdlərin sayından asılı olaraq 36-
2.3.6. Şagird yerlərinin sayı 640-dan artıq olan ümumi təhsil müəssisələrində hər birinin sahəsi 60 m2-dən çox olmamaqla, 2 kimya, 2 fizika və 2 biologiya laboratoriya otaqları nəzərdə tutulur.
[20]
2.3.7. Ümumi təhsil müəssisələrində şagird sayından asılı olaraq, hər birinin sahəsi 10-
2.3.8. Ümumi təhsil müəssisəsinin tutumundan asılı olaraq, məktəb direktorunun otağının sahəsi qəbul otağı ilə birlikdə 24-
2.3.9. Ümumi təhsil müəssisələrində otaqlar dəhlizə nisbətdə birtərəfli yerləşdirildikdə, dəhlizin eni məktəbin tutumundan asılı olaraq 2,8-
2.3.10. Ümumi təhsil müəssisələrində idman zalı istisna olmaqla, birinci mərtəbədə olan sahələrin altında tavana qədər hündürlüyü
2.3.11. Tədris otaqları layihələndirilərkən işçi zona, müəllimin iş zonası, əyani-tədris və texniki-tədris vasitələri yerləşdirilən əlavə sahə, şagirdlərin fərdi məşğələləri və aktiv fəaliyyəti zonaları nəzərdə tutulur.
2.3.12. Dərslər siniflərdə üzbəüz formasında keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-
2.3.13. Şagirdlərin işçi zonasının münasib ölçüləri onların görmə bucağından (yazı taxtasından partaların birinci yan sırasına qədər məsafədən) asılıdır. Bu ölçü yuxarı sinif şagirdləri üçün 350 bucaq təşkil etdiyi halda, 6-7 yaşlı məktəblilər üçün 450 dərəcəli bucaqdan çox götürülür.
2.3.14. Ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsinə yönəldilmiş ümumi təhsil müəssisələrinin (gimnaziyalar, liseylər və s.) layihələndirilməsi zamanı şagirdlərin şəxsiyyətinin hərtərəfli inkişafı üçün otaqların
2.3.15. Texnikiyönlü ümumi təhsil müəssisələrində texniki yaradıcılıq üçün sahəsi
2.3.16. Bədii-tədris kabinetləri sulu və ya yağlı boyalarla işləmək üçün rəssamlıq zonalarına malik olmalıdır. Layihə tərtib edilərkən incəsənətyönlü lisey və gimnaziyalarda rəssamlığın müxtəlif növləri ilə iş zamanı, pozadan asılı olaraq (oturaq vəziyyətdə sulu boya ilə rəssamlıq, ayaq üstə isə yağlı boya ilə rəssamlıq), yağlı boyalarla rəssamlıq üçün bir iş yerinə
2.3.17. İbtidai məktəblər üçün idman zalı kimi sahəsi 60-
2.3.18. Akt zalı tədris müəssisələrinin ayrılmaz hissəsi olaraq ölçüləri bir yerə
2.3.19. Ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsi məqsədi ilə layihələndirilən gimnaziya və liseylərdə mühazirə üçün xüsusi otaqlar nəzərdə tutulur. Bu otaqların ölçüləri orada üç sinif yerləşdirilməklə və hər bir yerə
2.3.20. Kitabxanaların növü ümumi təhsil müəssisəsinin təyinatından və tutumundan asılıdır. Gimnaziyalarda və liseylərdə olan kitabxana və oxu zallarında şagirdlərin fərdi məşğələləri üçün zəruri şəraiti olan və tədris vasitələrinin bütün növləri ilə təchiz edilmiş məlumat-informasiya mərkəzi nəzərdə tutulur. Kitabxananın (informasiya mərkəzinin) sahəsi bir şagirdə
2.3.21. Ümumi təhsil müəssisələrinin binasının hər mərtəbəsində oğlanlar və qızlar üçün kilidsiz qapılı kabinələri olan sanitar qovşaqları nəzərdə tutulur. Sanitar-texniki cihazların sayı 60 qıza 2 unitaz və 1 əlüzyuyan, 40 oğlana 1 unitaz, 1 əlüzyuyan və 1 pissuar hesabı ilə müəyyən olunur. Oğlanlar və qızlar üçün nəzərdə tutulan sanitar qovşaqlarının ümumi sahəsi bir şagirdə 0,1 m2-dən az olmayaraq qəbul edilməlidir. İşçi heyəti üçün ayrıca sanitar qovşağı layihələndirilir.
2.3.22. Laboratoriyalarda, tibb kabinetində və müəllimlər otağında əlüzyuyanlar quraşdırılır.
2.3.23. Şagirdlərin sayından asılı olaraq, ümumi təhsil müəssisələrində xammal və ya yarımfabrikatlarla işləyən bufet nəzərdə tutulur. Xammalla işləyən bufetdə soyuq qəlyanaltılar sahəsi, qab-qacağın yuyulması sahəsi, ət və xüsusilə tez xarab olan məhsulların saxlanılması üçün soyuducu, oturmaq üçün masa və stullar nəzərdə tutulur.
2.3.24. Ümumi təhsil müəssisələrində bufetlərin nəzdində şagirdlərin ümumi sayının 1/3 hissəsinin yerləşdirilməsi əsas qəbul edilməklə, ümumi sahəsi bir yerə
2.3.25. Tədris otaqlarının təchizatı zamanı avadanlıqlar arasında keçidlərin və məsafələrin aşağıda qeyd edilmiş ölçülərinə riayət olunur:
2.3.25.1. iki yerlik masalar yerləşən sıraların arasında 60 sm-dən az olmayaraq;
2.3.25.2. masaların cərgələri ilə çöl uzununa divar arasında 70 sm-dən az olmayaraq;
2.3.25.3. masaların cərgələri ilə daxili uzununa divar (arakəsmə) arasında və ya bu divar boyu dolablar arasında 70 sm-dən az olmayaraq;
2.3.25.4. sonuncu masalardan yazı taxtasının əks istiqamətində yerləşən divara və ya arakəsməyə qədər ən azı 70 sm;
2.3.25.5. sonuncu yerdə oturan şagirddən yazı taxtasına qədər ən uzaq məsafə 760 sm;
[30]
2.3.25.6. orta və yuxarı sinif şagirdləri üçün yazı taxtasını görmə bucağı uzunluğu
2.3.26. Fizika və kimya kabinetləri xüsusi nümayiş masaları ilə təchiz olunur. Əyani tədris vasitələrinin normal görünməsi üçün nümayiş masası bir qədər hündürdə quraşdırılmalıdır.
2.3.27. Ümumi təhsil müəssisələri layihələndirilərkən, fizika və kimya kabinetlərində elektrik enerjisi, sıxılmış hava (fizika laboratoriyasında) xətləri çəkilmiş iki yerlik laboratoriya masaları quraşdırılır. Kimya laboratoriyasının bayır divarının yanında yerləşən sorucu qurğu ilə təchiz olunması nəzərdə tutulur.
2.3.28. Ümumi təhsil müəssisəsinin daxili divarları və tavanları boya ilə rənglənilir, döşəmələr dəhlizdə sürüşməyən PVC və ya keramik tavalarla, otaqlar isə laminat, parket və ya taxta döşəmə ilə, sanitar qovşaqlarının divarları kafel, döşəmələri isə metlaxla üzlənilir. Bu müəssisələrdə müasir tipli qapılardan və PVC tipli pəncərə (ikiqat şüşələnmə ilə) və vitrajlardan istifadə edilir, dam örtüyü isə sinklənmiş dəmir vərəqələrdən və ya metal-kirəmit materialdan quraşdırılır.
[31]
2.3.29. Ümumi təhsil müəssisələri binalarının fasadları suvanmalı və fasad boyası ilə rənglənməlidir.
[32]
2.3.30. Məktəbin yerləşdiyi ərazinin yerli iqlim şəraiti, memarlıq üslubu və ənənələr nəzərə alınmaqla, layihə tapşırığı ilə məktəb binalarının tamamlama, ərazisinin abadlaşdırılma və hasarlanması işləri üzrə bu normativlərdə nəzərdə tutulmayan digər materiallar nəzərdə tutula bilər. Bu halda layihə tapşırığı Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.
[33]
2.4. İsidilmə və ventilyasiya sistemlərinə dair tələblər
2.4.1. Ümumi təhsil müəssisələrində havanın isidilməsi və ventilyasiyası sistemləri ictimai binaların isidilməsinə, ventilyasiyasına və kondisiyalaşdırılmasına dair normativ sənədlərə uyğun layihələndirilməlidir. Binaların istilik təchizatı mərkəzləşdirilmiş şəkildə və ya yerli qazanxanalardan təmin oluna bilər.
2.4.2. Qızdırıcı cihazlar kimi radiator elementlərindən istifadə olunur. Qızdırıcı cihazlar asanlıqla çıxarılan taxta çərçivələrlə örtülür, pəncərə oyuğunun altında yerləşdirilərək temperatur tənzimləyiciləri ilə təchiz edilir. Qızdırıcı cihazların səthinin orta temperaturu 800C-dən artıq olmamalıdır .
2.4.3. İstilik və ventilyasiya sistemləri otaqlarda temperaturun hesablanan səviyyəsini və 40-60 faiz səviyyəsində nisbi rütubəti təmin etməlidir.
2.4.4. Ayaqyolunda, mətbəxdə, duş kabinələrində, laboratoriyalarda və emalatxanalarda sorucu mexaniki ventilyasiya sistemi quraşdırılır.
2.5. Təbii və süni işıqlandırma
2.5.1. Tədris otaqlarında yandan soltərəfli işıqlandırma nəzərdə tutulur.
2.5.2. Tədris prosesi həyata keçirilən emalatxanalarda, akt və idman zallarında yandan ikitərəfli təbii işıqlandırma tətbiq olunur.
2.5.3. Tədris otaqlarının süni işıqlandırılmasında əsasən lüminessensiya lampalarından istifadə edilir.
2.6. Su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər
2.6.1. Ümumi təhsil müəssisələrinin binaları qüvvədə olan tikinti normalarına və digər standartların tələblərinə uyğun olaraq təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz olunur.
2.6.2. Bufetlərin, əlüzyuyanların, sanitar qovşaqlarının, tibb məntəqəsinin daimi soyuq və isti su ilə təmin olunması nəzərdə tutulur.
2.6.3. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan rayonlarda yerləşən ümumi təhsil müəssisələri həyətdə müvafiq tutumlu çirkab su anbarları (septik) layihələndirilməklə, daxili kanalizasiya sistemi ilə təchiz edilməlidir.
3. Peşə təhsili müəssisələri
[34]
3.1. Ümumi müddəa
3.1.1. Peşə təhsili müəssisələrinin tikintisi təyinatından və tələbatdan asılı olaraq, 270-1920 tələbə yerlik (peşə məktəbləri) və 360-640 şagird yerlik (peşə liseyləri) nəzərdə tutulur.
3.2. Torpaq sahəsinə olan tələblər
3.2.1. Peşə təhsili müəssisələrinin binaları torpaq sahələrində qırmızı xətdən 25-30 metr aralı yerləşməlidir.
3.2.2. Peşə təhsili müəssisələrində tutumundan asılı olaraq, bir tələbəyə 300-dək yerlik olduqda
3.2.3. Peşə təhsili müəssisələrinin yerləşdiyi ərazidə tədris binaları, tədris-istehsalat emalatxanaları, kənd təsərrüfatı texnikası laboratoriyaları, təmir emalatxanaları, anbarlar, qarajlar və digər yardımçı-istehsalat otaqları, ixtisaslar üzrə peşə laboratoriyaları, idman, istirahət və təsərrüfat zonaları nəzərdə tutulmalı və vahid blokda yerləşdirilməlidir.
3.2.4. İdman meydançalarının tədris otaqlarının yanında yerləşdirilməsinə yol verilmir. Həmin meydançalar otaqlardan 10-15 metr aralı olmalıdır.
3.2.5. Təsərrüfat sahəsinə giriş küçədən olmalıdır. Yanğın maşınlarının binalara maneəsiz yanaşmasını təmin etmək məqsədi ilə təhsil müəssisəsinə gedən yollar asfaltlanmalıdır.
3.2.6. Ərazinin yaşıllaşdırılması ümumi ərazinin 40 faizini təşkil etməlidir.
3.3. Binalara və otaqlara olan tələblər
3.3.1. Peşə məktəbləri və peşə liseylərinin binaları, bir qayda olaraq, 4 mərtəbədən çox olmayaraq layihələndirilir. Peşə təhsili müəssisələrinin otaqları öz funksional təyinatlarına görə aşağıdakı əsas qruplara bölünür:
3.3.1.1. tədris kabinetləri və laboratoriyaları;
3.3.1.2. rəsmxət kabineti;
3.3.1.3. kitabxana;
3.3.1.4. bədən tərbiyəsi və idman qurğuları;
3.3.1.5. tamaşa otaqları;
3.3.1.6. inzibati təsərrüfat otaqları;
3.3.1.7. ictimai iaşə müəssisələri;
3.3.1.8. tibbi xidmət otaqları;
3.3.1.9. köməkçi və yardımçı otaqlar.
Qeyd. Əsas qrup otaqlarından başqa, tədris müəssisəsinin tərkibinə texnoloji hesabla müəyyənləşdirilmiş digər otaqlar da daxil edilə bilər.
3.3.2. Peşə təhsili müəssisələrinin otaqları və sahələri tədris planlarına, məşğələlərin növbəsinə uyğun şəkildə layihələndirilir. Peşə məktəblərinin və peşə liseylərinin təlim otaqlarının və tədris-istehsalat emalatxanalarının yüklənməsi, bir qayda olaraq, tədris vaxtının 75 faizindən az olmamalıdır.
Qeyd. Xüsusi texnoloji qurğular tələb edən laboratoriyalar yüklənmədən asılı olmayaraq layihələndirilir.
3.3.3. İdman və iclas zalları, kitabxanalar və yeməkxanalar tədris otaqlarından asılı olmayaraq, istifadə imkanları nəzərə alınmaqla yerləşdirilir.
3.3.4. Peşə məktəbləri və peşə liseyləri tələbə yataqxanaları ilə birlikdə müasir normativ sənədlərin tələblərinə uyğun inşa edilə bilər.
[36]
3.3.5. Tədris kabinetləri və laboratoriyalarının sahələri (1 nəfərə düşən sahə hesabı ilə) aşağıdakı ölçüdə nəzərdə tutulur:
3.3.5.1. tədris otaqları —
3.3.5.2. çağırışaqədərki hərbi hazırlıq otağı (silah saxlanılan otaqla birlikdə) —
3.3.5.3. ümumi təhsil profilli laboratoriyalar —
3.3.5.4. texniki profilli laboratoriyalar və otaqlar —
3.3.5.5. öyrədici və nəzarətedici maşınlarla təchiz edilmiş tədris otaqları —
3.3.5.6. geriyə əlaqəli qurğulu öyrədici və nəzarətedici maşınlarla təchiz edilmiş tədris otaqları —
3.3.5.7. informatika və hesablama texnikasının əsasları üzrə tədris kabinetləri —
3.3.5.8. xarici və rus dilləri kabinetləri, linqofon otağı —
3.3.5.9. hesablama texnikası kabinetləri və laboratoriyaları, linqofon otaqları yanında laborant otağı —
3.3.6. Peşə məktəbləri və peşə liseylərində texniki və xüsusi dövr laboratoriyaları istehsalat təlimi emalatxanalarında yerləşdirilə bilər.
3.3.7. Peşə məktəbləri və peşə liseylərinin binalarında 25-30 tələbə yerlik nəzəri fənn kabinetlərində 1 nəfər üçün
3.3.8. Havanın kondisiyalaşdırılması olmadıqda, nəzəri fənn kabinetlərinin sahəsi 1 nəfərə 4 m2-dən artıq olmalıdır.
3.3.9. Nəzəri fənn kabinetlərinin preparator otağının fənn kabinetlərinə və dəhlizə çıxışı olmalıdır.
3.3.10. Peşə təhsili müəssisələrində rəsmxət və kurs işləri üçün otağın sahəsi 1 nəfərə
3.3.11. Peşə məktəbləri və peşə liseylərində tədris-istehsalat emalatxanalarında 1 tələbəyə
3.3.12. Peşə təhsili müəssisələrində mühəndis-pedaqoji işçilər və istehsalat təlimi ustaları üçün 1 nəfərə
3.3.13. Peşə təhsili müəssisələrinin kitabxanaları yanğın əleyhinə və mühəndis tələblərinə uyğun layihələndirilməlidir. Kitabxananın ümumi fondunun həcmi oxucuların sayına uyğun müəyyən edilir. Tələbə yerlərinin sayı 300-dən az olduqda, müəssisənin tədris kitabxanasının sahəsi 1 yerə
|
|
|
7 nömrəli cədvəl
|
|
Oxucuların sayı
|
Oxucuların ümumi sayına nisbətdə oxucu yerlərinin sayı (faizlə)
|
Kitabxananın ümumi fondunun 1 (bir) oxucuya düşən sayı
|
Peşə təhsili müəssisəsi
[38]
|
Tələbələrin və müəllimlərin 100% sayı hesabı ilə
|
9
|
50
|
3.3.14. Peşə təhsili müəssisələrində tamaşa otaqları nəzərdə tutulmalıdır.
3.3.15. Şəhər və kənd yaşayış məntəqələrində yerləşən və tələbələrinin sayı 500-dən artıq olan peşə təhsili müəssisələrində akt zalı nəzərdə tutulmalıdır.
[39]
3.3.16. Tamaşa otaqlarının sahəsi 8 nömrəli cədvəldə göstərilən normalara uyğun olmalıdır:
|
8 nömrəli cədvəl
|
Tamaşa otaqları
|
1 yerin sahəsi (m2-lə)
|
Akt zalı (estradasız )
|
0,65
|
Tamaşa zalı (səhnəsiz)
|
1,0
|
Rəqs — foye zalı
|
0,3
|
Akt zalı (estrada ilə)
|
0,25
|
Akt zalının yardımçı otaqları (radio qovşağı, diktor otağı, təmir otağı)
|
0,08
|
Klub-dərnək otaqları
|
|
Tədris müəssisəsinin tutumu
|
|
400 tələbəyə qədər
|
40 (100 tələbəyə düşən sahə)
|
400-600 tələbəyə qədər
|
30 (100 tələbəyə düşən sahə)
|
Rəyasət heyəti otağı — artistlər üçün otaq-zalın tutumu
|
15
|
3.3.17. Peşə məktəbləri və peşə liseylərində inzibati-təsərrüfat və ictimai təyinatlı binaların sahələri 9 nömrəli cədvələ uyğun müəyyənləşdirilməlidir:
|
9 nömrəli cədvəl
|
|||
Otaqlar
|
Bir tələbənin yerləşdirilməsi üçün sahə (m2-lə)
|
|||
400 yerlik
|
400-600 yerlik
|
600-1000 yerlik
|
1000-dən yuxarı yerlik
|
|
İnzibati təsərrüfat otağı
|
0,6
|
0,5
|
0,4
|
0,25
|
İctimai təyinatlı otaq
|
0,35
|
0,37
|
0,25
|
0,20
|
3.3.18. Peşə təhsili müəssisələrində yeməkxana nəzərdə tutulmalıdır.
3.3.19. Peşə təhsili müəssisələrindəki ictimai qidalanma sahələrində oturacaq yerlərinin sayı müəssisənin ümumi yer tutumu üzrə 3 nəfərə 1 yer qəbul edilməlidir.
3.3.20. Peşə təhsili müəssisələrində yeməkxana sahələri 10 nömrəli cədvələ uyğun müəyyənləşdirilir:
|
10 nömrəli cədvəl
|
||||||
Yeməkxana növləri
|
Yeməkxana binalarının ümumi sahəsi, zaldakı yerlərin sayına əsasən (m2-lə)
|
||||||
90 yerlik
|
120 yerlik
|
180 yerlik
|
240 yerlik
|
320 yerlik
|
480 yerlik
|
640 yerlik
|
|
Yarımfabrikatlar üzrə
|
133
|
142
|
158
|
211
|
264
|
397
|
458
|
Xammal üzrə
|
141
|
154
|
173
|
229
|
280
|
412
|
477
|
Qeyd. Peşə təhsili müəssisələrinin yeməkxanaları şəhərlərdə yarımfabrikatlar üzrə, kənd yerlərində isə xammal üzrə layihələndirilməlidir.
3.3.21. Tələbələr üçün yeməkxana zalının sahəsi 1 yer üçün —
3.3.22. Peşə təhsili müəssisələrinin yeməkxanalarının nahar zalında əlüzyuyanların sayı 30 yerə — 1 nisbəti ilə müəyyənləşdirilir. Əlüzyuyanlar yeməkxana zalına gedən dəhlizdə və yaxud ayrıca otaqlarda quraşdırılır.
3.3.23. İdman zalı binaya bitişik inşa olunmuş peşə təhsili müəssisələrində birinci mərtəbədə yerləşdirilir. Zalın ölçüləri bədən tərbiyəsi və idman fənni üzrə tədris proqramının tam yerinə yetirilməsinin və dərsdənkənar idman məşğələlərinin aparılmasının mümkünlüyünü nəzərdə tutmalıdır. İdman zalının sahəsi
3.3.24. İdman zalının nəzdində zalın ölçüsündən asılı olaraq, sahəsi 16-
3.3.25. Peşə təhsili müəssisələrində kiçikkalibrli silahdan atıcılıq üçün 25 metrlik qapalı tədris tiri nəzərdə tutulmalıdır.
3.3.26. Peşə təhsili müəssisələrində tibbi xidmət otaqlarının tərkibi və sahəsi 11 nömrəli cədvələ uyğun müəyyənləşdirilir:
|
11 nömrəli cədvəl
|
|
Otaqlar
|
Tələbələrin sayına görə sahəsi (m2-lə)
|
|
1000-ə qədər
|
1000-dən yuxarı
|
|
Tibb məntəqəsi müdirinin və növbətçisinin otağı
|
-
|
-
|
Terapevt kabineti (qəbul otağı ilə)
|
12
|
14
|
Prosedur otağı
|
14
|
18
|
Stomatoloq kabineti
|
14
|
14
|
Fizioterapiya kabineti
|
-
|
-
|
3.3.27. Peşə təhsili müəssisələri layihələndirilərkən vestibül, qarderob, tənəffüs zalı və təsərrüfat otaqları, eləcə də ayaqyolu və hamamda hər tələbəyə
3.3.28. Tutumu 1000 yerə qədər olan peşə təhsili müəssisələrində qadın ayaqyolunda 2,9 m2-lik şəxsi gigiyena kabinəsi (gigiyenik duş, 1 unitaz, 1 əlüzyuyan) nəzərdə tutulur.
3.3.29. Hava axını həcminin müəyyənləşdirilməsi üçün kimya profilli otaqlarda sorucu şkafların sayı üzrə iş əmsalı tutumu 50 yerə qədər olan peşə təhsili müəssisələri üçün 0,9, 50-100 yer tutumlu müəssisələr üçün 0,8, 100 yerdən artıq tutumu olan müəssisələr üçün 0,7, digər profilli tədris otaqları üçün isə quraşdırılmış sorucu şkafların sayından asılı olmayaraq 0,7 nəzərdə tutulur.
3.3.30. Peşə təhsili müəssisələrində bir tələbə üçün ümumi sahə və inşaat həcminin xüsusi göstəriciləri 12 nömrəli cədvələ uyğun müəyyənləşdirilir:
[42]
|
|
12 nömrəli cədvəl
|
|
Tələbələrin sayı
|
Sahə norması |
Ümumi sahə |
İnşaat həcmi |
500-qədər
|
9,9
|
13,7
|
62,5
|
500-700
|
8,3
|
11,3
|
50,5
|
700-900
|
7,9
|
10,5
|
46,5
|
Qeyd. Xüsusi göstəricilərə təlim-istehsalat emalatxanaları korpusunda yerləşdirilmiş iri avadanlıqlı laboratoriyalar, təlim tirləri, üzgüçülük hovuzları, yataqxanalar daxil edilməmişdir.
3.3.31. Xüsusi göstəricilər mədəniyyət, incəsənət, tibb, bədən tərbiyəsi, eləcə də xüsusi tərbiyə rejimli müəssisələrə aid edilmir.
[43]
3.3.32. Peşə təhsili müəssisələrində tədris kabinetləri və laboratoriyalarda avadanlıqlar arasındakı məsafə 13 nömrəli cədvələ uyğun müəyyənləşdirilir:
|
13 nömrəli cədvəl
|
Avadanlıqlar
|
Məsafə norması (sm-lə)
|
1
|
2
|
Auditoriya stolu sıraları arası
|
70-dən az olmayaraq
|
Çertyoj stolu sıraları, eləcə də cüt qoyulmuş auditoriya stolu sıraları arası
|
70-dən az olmayaraq
|
Axırıncı auditoriya çertyoj stolu sırasından arxa divara, yaxud şkaf model və maketlərədək, birinci auditoriya stolu sırasından nümayiş stoluna qədər
|
80-dən az olmayaraq
|
Axırıncı laboratoriya stolu sırasından arxa divara, yaxud divar şkafınadək
|
100-dən az olmayaraq
|
Eyni işçi sırasında laboratoriya stolları arası
|
80-dən az olmayaraq
|
Birinci auditoriya stolu sırasından yazı lövhəsinədək
|
255
|
Qoşa qoyulmuş auditoriya stolları arası
|
10
|
Qoşa qoyulmuş çertyoj stolları arası
|
40
|
Laboratoriya stolundan təchiz edilməmiş yan divaradək
|
50-dən az olmayaraq
|
Auditoriya və çertyoj stolundan yan divara və ya divar şkaflarına, yaxud əyani vəsaitlərədək
|
50-dən az olmayaraq
|
Stollararası keçid
|
70-dən az olmayaraq
|
Laboratoriya stolları, su çanağı və divar, şkaf, yaxud avadanlıqlar arasından keçid
|
140-dan az olmayaraq
|
Baxış bucağı (dərəcə ilə)
|
30-35
|
3.4. İsidilmə və ventilyasiya sistemlərinə dair tələblər
3.4.1. Peşə təhsili müəssisələrində havanın isidilməsi və ventilyasiyası sistemləri ictimai binaların isidilməsinə, ventilyasiyasına və kondisiyalaşdırılmasına dair normativ sənədlərə uyğun layihələndirilməlidir. Binaların istilik təchizatı mərkəzləşdirilmiş şəkildə və ya yerli qazanxanalardan təmin edilə bilər.
3.4.2. Qızdırıcı cihazlar kimi radiator elementlərindən istifadə olunur. Qızdırıcı cihazlar asanlıqla çıxarılan taxta çərçivələrlə örtülür, pəncərə oyuğunun altında yerləşdirilərək, temperatur tənzimləyiciləri ilə təchiz edilir. Qızdırıcı cihazların səthinin orta temperaturu 800C-dən artıq olmamalıdır.
3.4.3. İstilik və ventilyasiya sistemləri otaqlarda temperaturun hesablanan səviyyəsini və 40-60 faiz səviyyəsində nisbi rütubəti təmin etməlidir.
3.4.4. Ayaqyolunda, mətbəxdə, duş kabinələrində, laboratoriyalarda və emalatxanalarda sorucu mexaniki ventilyasiya sistemi quraşdırılır.
3.5. Təbii və süni işıqlandırma
3.5.1. Tədris otaqlarında yandan soltərəfli işıqlandırma nəzərdə tutulur.
3.5.2. Tədris prosesi həyata keçirilən emalatxanalarda, akt və idman zallarında yandan ikitərəfli təbii işıqlandırma tətbiq olunur.
3.5.3. Tədris otaqlarının süni işıqlandırılmasında əsasən lüminessensiya lampalarından istifadə olunur.
3.6. Su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər
3.6.1. Peşə təhsili müəssisələrinin binaları qüvvədə olan tikinti normalarının tələblərinə uyğun olaraq təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz olunur.
3.6.2. Bufetlərin, əlüzyuyanların, sanitar qovşaqlarının, tibb məntəqəsinin daimi soyuq və isti su ilə təmin olunması nəzərdə tutulur.
3.6.3. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan rayonlarda yerləşən peşə təhsili müəssisələri həyətdə müvafiq tutumlu çirkab su anbarları (septik) layihələndirilməklə, daxili kanalizasiya sistemi ilə təchiz edilməlidir.
4. Orta ixtisas təhsili müəssisələri
4.1. Ümumi müddəalar
4.1.1. Orta ixtisas təhsili müəssisələri kadr hazırlığı aparılacaq ixtisasların və onlara uyğun fakültələrin istiqamətlərinə uyğun olaraq layihələndirilir.
4.1.2. Orta ixtisas təhsili müəssisəsinin ümumi forması ayrılmış torpaq sahəsindən və bu torpaq sahəsində yerləşən mövcud binaların fəza tutumundan asılı olaraq müəyyənləşdirilir.
4.2. Torpaq sahəsinə olan tələblər
4.2.1. Orta ixtisas təhsili müəssisələrinin binaları şəhərlərin məhəllədaxili ərazilərindən, nəqliyyat vasitələrinin müntəzəm hərəkət etdiyi magistral yollardan və məhəllələrarası keçidlərdən 100-
[44]
4.2.2. Orta ixtisas təhsili müəssisələrinin avtomobil nəqliyyatının arabir hərəkət etdiyi məhəllədaxili keçidlərdə yerləşdirilməsinə yalnız müəssisənin yerləşəcəyi keçidə qədər olan məsafə 20 m-dən çox olduqda yol verilir.
4.2.3. Yaşayış, istehsalat, tibb müəssisələrindən, nəqliyyat vasitələrinin saxlanması və xidməti obyektlərindən orta ixtisas təhsili müəssisələrinə qədər olan məsafə şəhər və qəsəbə yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasına dair normalara və sanitariya normalarına uyğun müəyyənləşdirilir.
4.2.4. Orta ixtisas təhsili müəssisəsinin planı və mərtəbələrinin sayı onun üçün ayrılmış torpaq sahəsinə, təhsil alacaq tələbələrin sayına və ixtisaslara uyğun olaraq müəyyənləşdirilir.
4.3. Binalara və otaqlara olan tələblər
4.3.1. Orta ixtisas təhsili müəssisəsinin əsas binası nəqliyyat hərəkət edən yoldan 25 metr məsafədə, binanın önündə açıq meydan nəzərdə tutulmaqla yerləşdirilməlidir.
4.3.2. Binada tələbələrin məşğələ otaqları və auditoriyaların pəncərələri cənuba istiqamətləndirilməlidir.
4.3.3. Orta ixtisas təhsili müəssisəsinin ərazisində tələbələrin təhsil aldığı auditoriyalardan normaya uyğun məsafədə idman meydançaları, yaşıllıq zolağı əhatəsində passiv istirahət üçün sahələr, binanın özündə isə müasir tələblərə cavab verən idman kompleksi, qiraət zalı və yeməkxana nəzərdə tutulmalıdır.
4.3.4. Orta ixtisas təhsili müəssisəsində tədrisin yönümünə uyğun olaraq təcrübə otaqları və laboratoriyalar nəzərdə tutulmalıdır.
4.3.5. Fakültə üzrə 300 nəfərlik aşağıdakı ölçüdə və sayda 12 auditoriya layihələndirilir:
4.3.5.1. hər biri
4.3.5.2. hər biri
4.3.6. Fakültənin tam fəaliyyəti üçün aşağıda göstərilən istifadə sahələri zəruridir:
4.3.6.1. direktor otağı —
4.3.6.2. direktor müavininin otağı —
4.3.6.3. şöbə müdirləri üçün fakültələrin sayına uyğun olaraq otaqlar–
4.3.7. Orta ixtisas təhsili müəssisəsinin binasına bitişik inşa olunmuş idman zalı birinci mərtəbədə yerləşdirilir. Zalın ölçüləri bədən tərbiyəsi və idman fənni üzrə tədris proqramının tam yerinə yetirilməsinin və dərsdənkənar idman məşğələlərinin aparılmasının mümkünlüyünü nəzərdə tutmalıdır. İdman zalının sahəsi 12 mx18 m və 12 mx24 m, hündürlüyü isə 6,0 m-dən az olmayaraq qəbul edilir.
4.3.8. İdman zalının nəzdində idman zalının ölçüsündən asılı olaraq, sahəsi 16-
4.3.9. Fakültələrin istiqamətindən asılı olaraq, orta ixtisas təhsili müəssisələrində bədən tərbiyəsi və idman təyinatlı otaqların tərkibinə trenajor sahəsinin, eləcə də üzgüçülük hovuzunun da daxil edilməsi zəruridir.
4.3.10. Akt zalının ölçüləri bir yerə
4.3.11. Kitabxanaların növü orta ixtisas təhsili müəssisəsinin təyinatından və tutumundan asılıdır və sahəsi bir tələbəyə
4.3.12. Orta ixtisas təhsili müəssisələrinin kitabxanalarında tələbələrin fərdi məşğələləri üçün zəruri şəraiti təmin edən texniki tədris vasitələrinin bütün növləri ilə təchiz olunmuş məlumat-informasiya mərkəzi nəzərdə tutulur.
4.3.13. Kitabxanada oxu zalı, informasiya məntəqəsi (ədəbiyyatın verilməsi və qəbulu sahəsi), kataloqlarla iş yeri, açıq istifadə fondları, qapalı saxlanma fondları, texniki tədris vasitələri ilə fərdi məşğələlər aparılan kabinetlər və arabalar saxlanan sahələr nəzərdə tutulur.
4.3.14. Orta ixtisas təhsili müəssisələrinin binasının hər mərtəbəsində oğlanlar və qızlar üçün kilidsiz qapılı kabinələrlə təchiz olunmuş sanitar qovşaqları nəzərdə tutulur. Bu qovşaqlarda sanitar-texniki cihazların sayı 30 qıza 1 unitaz və 1 əlüzyuyan, 40 oğlana 1 unitaz, 1 əlüzyuyan və 1 pissuar hesabı ilə müəyyən olunur. Oğlanlar və qızlar üçün nəzərdə tutulan sanitar qovşaqlarının ümumi sahəsi bir tələbəyə 0,1 m-dən az olmayaraq qəbul edilməlidir. Orta ixtisas təhsili müəssisəsinin işçi heyəti üçün ayrıca qovşaq layihələndirilir. Bundan başqa, təhsil alan qızlar üçün şəxsi gigiyena otağı təşkil olunmalıdır. Bu otağın ümumi sahəsi
4.3.15. Orta ixtisas təhsili müəssisəsində təxliyyə yolları tədris otaqlarının, idman zallarının, akt zallarının qarşısından, yəni ən çox adam yığılan yerlərdən keçməlidir. Zirzəmidən çıxışlar əsas pilləkən qəfəsindən kənarda nəzərdə tutulur. Ən uzaq nöqtədən qapıya qədər məsafə 27 m-dən çox olmamalıdır.
4.3.16. Yanğın üçün su anbarlarının həcmi binaların tikinti həcminə görə müəyyən olunur.
4.3.17. Orta ixtisas təhsili müəssisəsində xammalla işləyən yeməkxanada isti sex, soyuq qəlyanaltılar sahəsi, ət və balıq emalı sahəsi, qənnadı və tərəvəz sexləri, yeməkxana və mətbəx qab-qacağının yuyulması sahələri, quru ərzaq və tərəvəz anbarları, ət və xüsusilə tez xarab olan məhsulların saxlanılması üçün soyuducular, qida blokunun əməkdaşları üçün otaqlar və sanitar qovşağı, yük anbarı, qida tullantıları üçün soyuducu kamera nəzərdə tutulur.
4.3.18. Yarımfabrikatlarla işləyən yeməkxananın tərkibinə isti xörəklərin bişirildiyi sex, tədarük otağı, yeməkxana və mətbəx qab-qacağının yuyulması sahələri, quru ərzaq və tərəvəz anbarları, yarımfabrikatlar üçün soyuducu kameralar, qida blokunun işçi heyəti üçün otaqlar, yükvurma və boşaltma anbarı, qida tullantıları üçün soyuducu kamera daxildir.
4.3.19. Paylama bufetinin tərkibinə yükvurma sahəsi, soba və soyuducu şkaflarla təchiz olunmuş qidanın qızdırılması üçün otaq, marmitlə təchiz edilmiş paylama sahəsi, qab-qacağın, qutu və yeşiklərin yuyulması sahəsi, yardımçı və əsas heyət üçün otaqlar daxildir.
4.3.20. Orta ixtisas təhsili müəssisələrində bufetlərin və yeməkxanaların nəzdində tələbələrin iki növbədə 100 faiz yerləşdirilməsi əsas qəbul edilməklə, ümumi sahəsi bir yerə
4.4. İsidilmə və ventilyasiya sistemlərinə dair tələblər
4.4.1. Orta ixtisas təhsili müəssisələrində havanın isidilməsi və ventilyasiya sistemləri ictimai binaların isidilməsinə, ventilyasiyasına və kondisiyalaşdırılmasına dair normativ sənədlərə uyğun layihələndirilməlidir. Binaların istilik təchizatı mərkəzləşdirilmiş şəkildə və ya yerli qazanxanalardan təmin oluna bilər.
4.4.2. Qızdırıcı cihazlar kimi radiatorlar, qapaqlı konvektorlar, beton panellərdə quraşdırılmış boruşəkilli qızdırıcı elementlər istifadə oluna bilər. Qızdırıcı cihazlar asanlıqla çıxarılan taxta çərçivələrlə örtülür, pəncərə oyuğunun altında yerləşdirilərək, temperatur tənzimləyiciləri ilə təchiz edilir. Qızdırıcı cihazların səthinin orta temperaturu 80°C-dən artıq olmamalıdır.
4.4.3. İstilik və ventilyasiya sistemləri otaqlarda temperaturun hesablanan səviyyəsini və 40-60 faiz səviyyəsində nisbi rütubəti təmin etməlidir.
4.4.4. Ayaqyolunda, mətbəxdə, duş kabinələrində, laboratoriyalarda və emalatxanalarda sorucu mexaniki ventilyasiya sistemi quraşdırılır.
4.5. Təbii və süni işıqlandırma
4.5.1. Orta ixtisas təhsili müəssisələrinin tədris otaqları təbii işıqlanmaya malik olmalıdır. İstisna olaraq, idman alətləri otağının, əlüzyuyan və duş kabinələrinin, anbar otaqlarının (tezalışan mayelərin saxlandığı sahələrdən başqa), kitabxananın, qazanxana, su və kanalizasiya sistemləri üçün nasosxananın və dezinfeksiyaedici vasitələr saxlanan otaqların təbii işıqlanma olmadan layihələndirilməsinə yol verilir.
4.5.2. Tədris otaqlarında yandan soltərəfli işıqlandırma nəzərdə tutulmalıdır. Uzunluğu 6 m-dən artıq olan tədris otaqlarında ikitərəfli işıqlandırma zamanı tavandan hündürlüyü 2,2 m-dən az olmayan sağtərəfli işıqlandırma qurğusu quraşdırılmalıdır. Bu zaman əsas işıq selinin tələbələrin önündən və arxasından istiqamətləndirilməsinə yol verilməməlidir.
4.5.3. Tədris prosesi həyata keçirilən emalatxanalarda, akt və idman zallarında da ikitərəfli yandan təbii və kombinasiyalı işıqlandırma (yuxarı və yan tərəfdən) tətbiq oluna bilər.
4.5.4. Yandan birtərəfli təbii işıqlandırma zamanı tədris otaqlarında təbii işıqlanma əmsalı 1,5 faiz təşkil etməlidir (işıq oyuqlarına əks istiqamətdə, divardan
4.5.5. Tədris otaqlarının qeyri-bərabər təbii işıqlanması 3:1 nisbətindən artıq olmamalıdır.
4.5.6. Tədris otaqlarının pəncərələrinin səmti üfüqün cənub, cənub-şərq və şərq istiqamətlərinə doğru olmalıdır. Rəsmxət və rəsm fənlərinin tədris olunduğu otaqların pəncərələri, eləcə də mətbəxin səmti üfüqün şimal səmtinə istiqamətləndiyi halda, informatika otağının səmti şimala və şimal-şərqə yönəldilməlidir.
4.5.7. Tədris otaqlarının işıq düşən pəncərələri jalüz tipli günəşdən mühafizə qurğuları ilə və divarların, mebelin rəngi ilə uzlaşan açıq tonlu parçadan hazırlanmış pərdələrlə təchiz olunur.
4.6. Su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər
4.6.1. Orta ixtisas təhsili müəssisələrinin binaları qüvvədə olan tikinti normalarına və digər standartların tələblərinə uyğun olaraq təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz edilir.
4.6.2. Orta ixtisas təhsili müəssisələrində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri quraşdırılmalıdır.
4.6.3. Orta ixtisas təhsili müəssisələri qüvvədə olan standartlara və sanitar-epidemioloji tələblərə cavab verən keyfiyyətli içməli su ilə təmin olunmalıdır.
5. Ali təhsil müəssisələri
5.1. Ümumi müddəalar
5.1.1. Ali təhsil müəssisələri kadr hazırlığı nəzərdə tutulmuş ixtisasların və onlara uyğun fakültələrin yönümünə müvafiq olaraq layihələndirilir.
5.1.2. Ali təhsil müəssisəsinin ümumi forması ayrılmış torpaq sahəsindən və bu torpaq sahəsində yerləşən binaların fəza tutumundan asılı olaraq müəyyənləşdirilir.
5.2. Torpaq sahəsinə olan tələblər
5.2.1. Ali təhsil müəssisələrinin binaları şəhərlərin məhəllədaxili ərazilərindən, nəqliyyat vasitələrinin müntəzəm hərəkət etdiyi magistral yollardan və məhəllələrarası keçidlərdən 100-
5.2.2. Yaşayış binalarından, istehsalat və tibb müəssisələrindən, nəqliyyat vasitələrinin saxlanması və xidməti obyektlərdən ali təhsil müəssisələrinə qədər olan məsafə şəhər və qəsəbə yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasına dair normalara, obyektlərin sanitariya təsnifatına və sanitariya normalarına uyğun müəyyənləşdirilir.
5.2.3. Ali təhsil müəssisəsinin planı və mərtəbələrinin sayı həmin müəssisə üçün ayrılmış torpaq sahəsindən, təhsil alacaq tələbələrin sayından və ixtisasından asılı olaraq müəyyənləşdirilir.
5.3. Binalara və otaqlara olan tələblər
5.3.1. Ali təhsil müəssisəsinin əsas binası nəqliyyat vasitələri hərəkət edən yoldan 25 metr məsafədə, binanın önündə açıq meydan nəzərdə tutulmaqla yerləşdirilməlidir. Binada məşğələ otaqlarının və auditoriyaların pəncərələri cənuba istiqamətləndirilməlidir.
5.3.2. Ali təhsil müəssisəsinin ərazisində tələbələrin təhsil aldığı auditoriyalardan normaya uyğun məsafədə idman meydançaları, yaşıllıq zolağı, əhatəsində passiv istirahət üçün sahələr, binanın özündə isə müasir tələblərə cavab verən idman kompleksi, qiraət zalı və yeməkxana nəzərdə tutulmalıdır.
5.3.3. Ali təhsil müəssisəsində tədrisin yönümünə uyğun təcrübə otaqları və laboratoriyalar nəzərdə tutulmalıdır.
5.3.4. Ali təhsil müəssisələrində fakültə üzrə 500 nəfərlik 20 auditoriya layihələndirilir ki, bunlar da aşağıdakı kimi nəzərdə tutulur:
5.3.4.1. hər biri
5.3.4.2. hər biri
5.3.4.3. hər biri 38-
5.3.5. Fakültənin tam fəaliyyəti üçün eyni zamanda aşağıda göstərilən istifadə sahələri zəruridir:
5.3.5.1. hər biri
5.3.5.2. hər biri
5.3.6. Fakültənin ixtisas tədrisindən asılı olaraq, hər biri
5.3.7. Ali təhsil müəssisəsində binaya bitişik inşa olunmuş idman zalı birinci mərtəbədə yerləşdirilir. Zalın ölçüləri bədən tərbiyəsi və idman fənni üzrə tədris proqramının tam yerinə yetirilməsinin və dərsdənkənar idman məşğələlərinin aparılmasının mümkünlüyünü əks etdirməlidir. İdman zalının sahəsi
5.3.8. İdman zalının nəzdində idman zalının ölçüsündən asılı olaraq, sahəsi 16-
5.3.9. Bədən tərbiyəsi və idman təyinatlı otaqların tərkibinə trenajor sahəsinin, həmçinin üzgüçülük hovuzunun daxil edilməsi zəruridir.
5.3.10. Akt zalının ölçüləri bir yerə
5.3.11. Kitabxanaların növü ali təhsil müəssisəsinin təyinatından və tutumundan asılı olaraq müəyyənləşdirilir. Ayrı-ayrı fənlərin dərindən tədris olunduğu ali təhsil müəssisələrinin kitabxanalarında tələbələrin fərdi məşğələləri üçün zəruri şəraiti təmin edən, texniki tədris vasitələrinin bütün növləri ilə təchiz olunmuş məlumat-informasiya mərkəzi nəzərdə tutulur.
5.3.12. Kitabxananın sahəsi bir tələbəyə
5.3.13. Kitabxanada oxucu yerləri, informasiya məntəqəsi (ədəbiyyatın verilməsi və qəbulu sahəsi), kataloqlarla iş yeri, açıq istifadə fondları, qapalı saxlanma fondları, texniki tədris vasitələri ilə fərdi məşğələlər aparılan kabinetlər və arabalar saxlanan sahələr nəzərdə tutulur.
5.3.14. Ali təhsil müəssisələrinin binalarının hər mərtəbəsində oğlanlar və qızlar üçün kilidsiz qapılı kabinələri olan sanitar qovşaqları nəzərdə tutulur. Sanitar-texniki cihazların sayı 30 qıza 1 unitaz və 1 əlüzyuyan, 40 oğlana 1 unitaz, 1 əlüzyuyan və 1 pissuar hesabı ilə müəyyən olunur. Oğlanlar və qızlar üçün nəzərdə tutulan sanitar qovşaqlarının ümumi sahəsi bir tələbəyə 0,1 m-dən az olmayaraq qəbul edilməlidir. İşçi heyəti üçün ayrıca sanitar qovşağı layihələndirilir. Əlavə olaraq, təhsil alan qızlar üçün şəxsi gigiyena kabineti təşkil olunmalıdır. Bu otağın ümumi sahəsi
5.3.15. Ali təhsil müəssisələrində təxliyyə yolları tədris otaqlarının, idman və akt zallarının qarşısından, yəni ən çox adam yığılan yerlərdən keçməlidir. Zirzəmidən çıxışlar əsas pilləkən qəfəsindən kənarda nəzərdə tutulur. Ən uzaq nöqtədən qapıya qədər məsafə 27 m-dən çox olmamalıdır.
5.3.16. Yanğın üçün su anbarlarının tutumu binaların sahəsinə görə müəyyən olunur.
5.3.17. Ali təhsil müəssisəsinin xammalla işləyən yeməkxanasında isti sex, soyuq qəlyanaltılar sahəsi, ət və balıq emalı sahəsi, qənnadı və tərəvəz sexləri, yeməkxana və mətbəx qab-qacağının yuyulması sahələri, quru ərzaq və tərəvəz anbarları, ət və xüsusilə tez xarab olan məhsulların saxlanması üçün soyuducular, qida blokunun əməkdaşları üçün otaqlar və sanitar qovşağı, yük anbarı, qida tullantıları üçün soyuducu kamera nəzərdə tutulur.
5.3.18. Yarımfabrikatlarla işləyən yeməkxananın tərkibinə isti xörəklərin bişirildiyi sex, tədarük otağı, yeməkxana və mətbəx qab-qacağının yuyulması sahələri, quru ərzaq və tərəvəz anbarları, yarımfabrikatlar üçün soyuducu kameralar, qida blokunun işçi heyəti üçün otaqlar, yükvurma və boşaltma anbarı və qida tullantıları üçün soyuducu kamera daxildir.
5.3.19. Paylama bufetinin tərkibinə yükvurma sahəsi, soba və soyuducu şkaflarla təchiz olunmuş qidanın qızdırılması üçün otaq, marmitlə təchiz edilmiş paylama sahəsi, qab-qacağın, qutu və yeşiklərin yuyulması sahəsi, yardımçı və əsas heyət üçün otaqlar daxildir.
5.3.20. Ali təhsil müəssisələrində bufetlərin və yeməkxanaların nəzdində tələbələrin 2 növbədə 100 faiz yerləşdirilməsi əsas qəbul edilməklə, ümumi sahəsi 1 yerə
5.4. İsidilmə və ventilyasiya sistemlərinə dair tələblər
5.4.1. Ali təhsil müəssisələrində havanın isidilməsi və ventilyasiya sistemləri ictimai binaların isidilməsinə, ventilyasiyasına və kondisiyalaşdırılmasına dair normativ sənədlərə uyğun layihələndirilməlidir. Binaların istilik təchizatı mərkəzləşdirilmiş və ya yerli qazanxanalardan təmin oluna bilər.
5.4.2. Qızdırıcı cihazlar kimi radiatorlar, qapaqlı konvektorlar, beton panellərdə quraşdırılmış boruşəkilli qızdırıcı elementlər istifadə olunur. Qızdırıcı cihazlar asanlıqla çıxarılan taxta çərçivələrlə örtülür, pəncərə oyuğunun altında yerləşdirilərək temperatur tənzimləyiciləri ilə təchiz edilir. Qızdırıcı cihazların səthinin orta temperaturu 80°C-dən artıq olmamalıdır.
5.5. Təbii və süni işıqlandırma
5.5.1. Ali təhsil müəssisələrinin tədris otaqları təbii işıqlanmaya malik olmalıdır. İdman alətləri otağının, əlüzyuyan və duş kabinələrinin, anbar otaqlarının (tezalışan mayelərin saxlandığı sahələrdən başqa), kitabxananın, qazanxana, su və kanalizasiya sistemləri üçün nasosxananın, dezinfeksiyaedici vasitələr saxlanan otağın təbii işıqlanma olmadan layihələndirilməsinə yol verilir.
5.5.2. Tədris otaqlarında yandan soltərəfli işıqlandırma nəzərdə tutulmalıdır. Uzunluğu 6 m-dən artıq olan tədris otaqlarında ikitərəfli işıqlandırma zamanı tavandan hündürlüyü 2,2 m-dən az olmayan sağtərəfli işıqlandırma qurğusu quraşdırılmalıdır. Bu zaman əsas işıq selinin tələbələrin önündən və arxasından istiqamətləndirilməsinə yol verilməməlidir.
5.5.3. Tədris prosesi həyata keçirilən emalatxanalarda, akt və idman zallarında ikitərəfli yandan təbii və kombinasiyalı işıqlandırma (yuxarı və yan tərəfdən) tətbiq olunur. Yandan birtərəfli təbii işıqlandırma zamanı tədris otaqlarında təbii işıqlanma əmsalı 1,5 faiz təşkil etməlidir (işıq oyuqlarına əks istiqamətdə yerləşən divardan
5.5.4. Auditoriyaların qeyri-bərabər təbii işıqlanması 3:1 nisbətindən artıq olmamalıdır.
5.5.5. Tədris otaqlarının pəncərələri üfüqün cənub, cənub-şərq və şərq istiqamətlərinə doğru yönəldilməlidir. Rəsmxət və rəsm fənlərinin tədris olunduğu otaqların pəncərələri, eləcə də mətbəx üfüqün şimal səmtinə, informatika otağı şimala və şimal-şərqə istiqamətləndirilməlidir.
5.5.6. Tədris otaqlarının işıq düşən pəncərələri jalüz tipli günəşdən mühafizə qurğuları ilə və divarların, mebelin rəngi ilə uzlaşan, açıq tonlu parçadan hazırlanmış pərdələrlə təchiz olunur.
5.6. Su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər
5.6.1. Ali təhsil müəssisələrinin binaları qüvvədə olan tikinti normalarının tələblərinə uyğun olaraq təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz edilir.
5.6.2. Ali təhsil müəssisələrində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri quraşdırılmalıdır.
5.6.3. Ali təhsil müəssisələri qüvvədə olan standartlara və sanitar-epidemioloji tələblərə cavab verən keyfiyyətli içməli su ilə təmin olunmalıdır.
II. Təhsil müəssisələrinin maddi-texniki təchizatına dair vahid normalar
1. Məktəbəqədər təhsil müəssisələri
1.1. Məktəbəqədər təhsil müəssisələrinin binalarının əsas otaqlarının təchizatı zamanı uşaqların yaş həddinə və boyuna dair sanitariya-gigiyenik və pedaqoji tələblər nəzərə alınmalıdır. Avadanlıqlarda və mebellərdə qüsurlar mövcud olduqda, onların istifadəsinə yol verilmir.
1.2. Orta, böyük və məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş meydançalar oyun zamanı uşaqların yüksək fəallığı nəzərə alınaraq turnik, gimnastika divarı, pilləkən, yelləncək, labirintlər, mürəkkəb oyun konstruksiyaları və digər avadanlıqlarla təchiz olunur. Bu avadanlıqlar uşaqların yaşına və boyuna uyğun olmaqla yanaşı, onların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlərə də malik olmalıdır.
1.3. Avadanlığın səthində iti çıxıntıların və üzə çıxan yivlərin olmasına yol verilmir. Avadanlığın hazırlanması zamanı ağırlığa tab gətirən yüksəkkeyfiyyətli materiallardan istifadə edilir. Konstruksiyaların səth örtüyü suya, yuyucu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallardan hazırlanmalıdır. Avadanlığın hazırlanmasında istifadə edilən polimer materiallar sanitar-epidemioloji rəyə malik olmalıdır.
1.4. Qəbul və soyunma-geyinmə otaqları uşaqların və işçi heyətinin üst paltarlarının saxlanılması üçün şkaflarla təchiz edilir. Uşaqların üst paltarları və ayaqqabıları üçün nəzərdə tutulmuş şkaflar quruducu qurğularla təchiz olunur. Bu qurğular olmadıqda, xüsusi quruducu sistem quraşdırılır. Paltarlar və ayaqqabılar saxlanılan şkaflarda papaq və üst geyimləri üçün qarmaqlar və rəflər quraşdırılır. Hər bir şkaf fərdi qaydada nişanlanır.
1.5. Körpələr qrupuna aid olan uşaqların müayinəsi və soyundurulub-geyindirilməsi üçün qəbul otağında bələmə və iş masaları, oturacaqlar, əlüzyuyan, anaların geyimləri üçün şkaflar quraşdırılır. Südəmər uşaqların qidalanması üçün ayrıca otağın təşkili nəzərdə tutulur.
1.6. Soyunub-geyinmə otağında gəzinti vaxtı istifadə edilən oyuncaqlar üçün xüsusi stellajlar quraşdırılır.
1.7. Körpələr qrupuna aid olan uşaqların qrup otağının işıqlı hissəsində hündürlüyü
1.8. Bufetin yaxınlığında 8-12 aylıq uşaqlar üçün bələmə masaları və uşaqların qidalanması üçün hərəkətli kreslolarla təchiz edilmiş xüsusi masalar quraşdırılır. Masanın hündürlüyü 0,7-
1.9. 1,5 və yuxarı yaşlı uşaqlar üçün nəzərdə tutulan otaqlarda masalar və oturacaqlar qrupdakı uşaqların sayına uyğun quraşdırılır. Kiçik və orta yaşlı uşaqlar üçün 4 yerlik masalar, yuxarı yaşlı və hazırlıq qruplarının uşaqları üçün səthi 30° mailliklə dəyişən 2 yerlik masalar nəzərdə tutulur.
1.10. Oturacaqlar və masalar eyni qrup mebelə aid olub nişanlanmalıdır. Körpə və məktəbəqədər yaşlı uşaqlar üçün mebel seçimi antropometrik göstəricilər nəzərə alınmaqla, 14 nömrəli cədvələ uyğun olaraq həyata keçirilir:
|
|
|
14 nömrəli cədvəl
|
Uşaqların boyuna görə qruplar (mm-lə)
|
Mebel qrupu
|
Masanın hündürlüyü (mm-lə)
|
Oturacağın hündürlüyü (mm-lə)
|
850-yə qədər
|
00
|
340
|
180
|
850-1000
|
0
|
400
|
220
|
1000-1150
|
1
|
460
|
260
|
1150-1300
|
2
|
520
|
300
|
1300-1450
|
3
|
580
|
340
|
1.11. Stolüstü oyunların təşkili məqsədi ilə 1,5-3,0 yaşlı uşaqlar üçün lentşəkilli pəncərəaltı və tədris masalarından istifadə edilir.
1.12. 1,5-3 yaşlı uşaq qrupları üçün asma nərdivan (hündürlüyü
1.13. Körpə və məktəbəqədər yaşlı uşaqlar üçün 15 nömrəli cədvəldə göstərilən idman avadanlıqlarından istifadə edilməklə idman guşəsi təşkil olunur:
|
15 nömrəli cədvəl
|
|
Avadanlıqların növü və adı
|
Uşaqların yaşına görə avadanlıqların sayı
|
|
1-2 yaşlı
|
2-3 yaşlı
|
|
1
|
2
|
3
|
1. Sakit oyunlar və istirahət üçün avadanlıqlar
|
||
Oyun masası
|
4-6
|
4-6
|
Uşaq skamyası
|
6-8
|
6-8
|
Böyüklər üçün skamya
|
1
|
1
|
Qumluq
|
2
|
2
|
2. Hərəkət fəaliyyəti və gimnastika üçün avadanlıqlar
|
||
Təpəcikli manej
|
1
|
1
|
Gimnastika nərdivanı olan seksiya
|
|
1
|
Topla oyunlar üçün elementlər dəsti olan seksiya
|
|
1
|
Maili nərdivan
|
|
1
|
Keçidli avadanlıq
|
|
1
|
Balansir
|
|
1
|
Yırğalanan kürsü
|
1-2
|
1-2
|
Çətir
|
1
|
1
|
Çətir (perqola)
|
1
|
1
|
Qeyd. Avadanlıqlar qrup meydançalarında oyun kompleksləri şəklində quraşdırılır.
1.14. Qrup otağının təchizatı zamanı aşağıdakı tələblərə riayət edilməlidir:
1.14.1. məşğələ masaları işıqsaçan divarın yaxınlığında, soltərəfli işıqlanmanın təmin edildiyi şəraitdə quraşdırılmalı;
1.14.2. solaxay uşaqlar üçün fərdi iş yerləri sağtərəfli işıqlandırma şəraitində təşkil edilməli;
1.14.3. dördyerlik masalar 2 sıradan artıq olmayaraq yerləşdirilməli;
1.14.4. ikiyerlik masalar 3 sıradan artıq olmayaraq yerləşdirilməli;
1.14.5. masaların sıraları arasındakı məsafə 0,5 m-dən az olmamalı;
1.14.6. masaların birinci sırasının işıqsaçan divardan məsafəsi
1.14.7. öndəki masadan divardakı yazı taxtasına qədər məsafə 2,5-
1.15. Divardakı yazı taxtasının ölçüsü 0,75-
1.16. Məşğələ zamanı uşaqlar sağlamlıq, görmə və eşitmə səviyyələri nəzərə alınmaqla yerləşdirilir. Tez-tez soyuqdəymədən əziyyət çəkən uşaqlar pəncərə və qapılardan uzaqda, eşitmə və görmə qabiliyyəti zəif olan uşaqlar isə onların boyuna uyğun olaraq öndəki masalarda əyləşdirilirlər.
1.17. Məktəbəqədər təhsil müəssisələrinin binalarında yerləşən tibb kabinetlərinin təchizatı 16 nömrəli cədvələ uyğun müəyyənləşdirilir:
|
16 nömrəli cədvəl
|
Tibbi avadanlıqların və ləvazimatların adı
|
Sayı (ədədlə)
|
1
|
2
|
Yazı masası
|
1
|
Oturacaqlar
|
4 - 6
|
Taxt
|
1
|
Dəftərxana şkafı
|
1 - 2
|
Aptek ləvazimatları şkafı
|
1
|
Şüşə qapaqlı tibb masası:
|
|
peyvənd alətləri dəsti ilə
|
1
|
təcili yardım vasitələri ilə
|
1
|
Soyuducu (vaksin və dərman preparatları üçün)
|
1
|
Əlüzyuyan
|
1
|
Pedalı olan qapaqlı vedrə
|
1
|
Tibbi tərəzi
|
1
|
Boyölçən avadanlıq
|
1
|
Uşaqlar üçün əl dinamometri (10 kq - 30 kq)
|
2
|
Oftalmoloji və otorinolarinqoloji müayinələr üçün masaüstü lampa
|
1
|
Rott aparatına salınmış, görmə itiliyinin müəyyən edilməsi üçün cədvəl
|
1
|
1 dptr linzalı uşaqlar üçün nəzərdə tutulan çərçivəli eynəklər (Drr 56-
|
1
|
Uşaqlar üçün manjeti olan tonometr
|
1
|
Fonendoskop
|
2
|
Kiçik biks
|
2
|
İri biks
|
2
|
Rezin qaytan
|
4 - 6
|
2,0, 5,0 və 10,0 milliqramlıq birdəfəlik şprislər (iynə ilə)
|
10 ədəd |
Maqqaş
|
1
|
Tibbi termometr
|
20 — 25
|
Qayçılar
|
2
|
Rezin isidici
|
1 - 2
|
Buz kisəciyi
|
1 - 2
|
Böyrəkvarı tabaq
|
5
|
Metal qaşıq
|
40
|
Şinlər (Kramer, Diterixs, plastmas (yuxarı ətraflar üçün)
|
1
|
Spirometr
|
1
|
Tubus kvartsı
|
1
|
Taxta plantoqraf
|
1
|
1.18. Məktəbəqədər yaşlı uşaqlar üçün doldurulmuş yumşaq və penalateks materialından hazırlanmış xovlu oyuncaqlardan yalnız didaktik tədris vəsaiti kimi istifadə edilməlidir.
1.19. Televiziya verilişlərinə və videofilmlərə tamaşa zamanı ekranının diaqonalı 59-69 sm olan televizorlardan istifadə edilməlidir. Televizorların yerləşdiyi hündürlük 1,0-
1.20. Kompüter sinfinin (kabinetinin) təchizatı və istismarı qüvvədə olan sanitariya qaydalarına və digər standartlara uyğun olmalıdır.
1.21. Məktəbəqədər təhsil müəssisələrində ekoloji guşələr təşkil olunduğu zaman (təbiət guşəsi, təbiət otaqları, fitobostan, fitobar) aşağıdakı tələblərə riayət edilməlidir:
1.21.1. heyvanlar və bitkilər uşaqlar və yaşlılar üçün təhlükə yaratmamalı, asan qulluqlu olmalı;
1.21.2. akvariumların, qəfəslərin, gül-çiçəklərin yerləşdirilməsi qaydası otaqda təbii işıqlanma səviyyəsini azaltmamalı;
1.21.3. xəstə və aqressiv heyvanların, zəhərli və tikanlı bitkilərin otaqlarda saxlanılmasına yol verilməməli;
1.21.4. heyvanlar yalnız baytar nəzarəti orqanlarının icazəsi əsasında qəbul edilməli (qeydiyyata alma, mütəmadi peyvəndlər, gigiyenik prosedurlar);
1.21.5. sahibsiz heyvanların qəbuluna yol verilməməli;
1.21.6. heyvanların seçimi uşaqların sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla həyata keçirilməli;
1.21.7. əsas üstünlük havanı tozdan və bakteriyalardan təmizləyən, zərərli maddələri udan və otaqdan allergenləri kənarlaşdıran bitkilərə verilməli;
1.21.8. təmizliyə riayət olunması üçün heyvanlara və bitkilərə gündəlik qulluq göstərilməlidir. Heyvanlara və bitkilərə qulluğu (suvarmaqdan başqa) yalnız məktəbəqədər təhsil müəssisəsinin işçi heyəti həyata keçirməlidir.
1.22. Təbiət guşəsi mütləq isti-soyuq su xətti və kanalizasiya sistemi ilə, ləvazimatların və yemlərin saxlanması üçün rəflərlə təchiz edilməlidir.
1.23. Yataq otaqları stasionar çarpayılarla təchiz edilir. 3 yaşına qədər uşaqlar üçün nəzərdə tutulan çarpayıların uzunluğu 120,0 sm, eni 60,0 sm, məhəccərin döşəmədən hündürlüyü 95,0 sm olmalı, yataq döşəmə səthindən 30,0 sm və 50,0 sm səviyyədə dəyişkən hündürlüyə malik olmalıdır. Yan məhəccərin 15,0 sm-dən aşağı olmayaraq hündürlüyünün azaldılmasının mümkünlüyü nəzərə alınmalıdır. Formasını dəyişən birya-ruslu yüngül çarpayıların istifadəsinə sanitar-epidemioloji rəy olduğu zaman icazə verilir.
1.24. 3-6 yaşlı uşaqlar üçün çarpayıların uzunluğu 140 sm, eni 60 sm və hündürlüyü 30 sm qəbul edilir. Zədələnmə hallarının qarşısını almaq məqsədi ilə stasionar tipli ikiyaruslu çarpayılardan istifadə olunmur. Köhnə tipli layihə üzrə tikilmiş məktəbəqədər təhsil müəssisələrində yataq otaqları olmadıqda, uşaqların günorta saatlarında yatması üçün qrup otaqlarında sərt yataqlı qatlanan çarpayılardan istifadə edilir.
1.25. Çarpayılar uzun tərəfləri arasında
1.26. Otaqlarda quraşdırılmış mebellərin istifadəsinə bu avadanlıqlara dair yalnız müsbət sanitar-epidemioloji rəy olduğu zaman icazə verilir.
1.27. Uşaqlar fərdi yataq dəstləri, dəsmallar, şəxsi gigiyena vasitələri ilə təmin olunmalıdırlar. Mövcud sanitariya qaydalarına uyğunluq haqqında sanitar-epidemioloji rəy olduqda, körpə yaşlı uşaqlar üçün birdəfəlik uşaq əskilərinin (bələklərinin) istifadəsinə yol verilir. Yüksək rütubətli otaqlarda birdəfəlik uşaq əskilərinin saxlanmasına yol verilmir.
1.28. Sanitar qovşaqlarında uşaq dəsmalları və şəxsi gigiyena vasitələri üçün asılqanlara malik rəflər və divar asılqanları, təsərrüfat və təmizləmə ləvazimatları üçün şkaflar quraşdırılır. Bütün stasionar avadanlıqlar etibarlı şəkildə bərkidilməlidir.
1.29. 1,5 yaşa qədər körpə uşaqlar üçün sanitar qovşaqlarında uşaq ləyənlərinin saxlanılması üçün rəfli stellajlar quraşdırılır. Bu ləyənlər müvafiq qaydada nişanlanmalıdır.
1.30. Məktəbəqədər yaşlı uşaqların açıq havada oynaması və idmanla məşğul olması üçün tövsiyə olunan avadanlıqlar 17 nömrəli cədvəldə göstərilmişdir:
|
17 nömrəli cədvəl
|
|
Avadanlıqların adı
|
Ölçüsü və kütləsi
|
Sayı (ədədlə)
|
1
|
2
|
3
|
Dırmanma qülləsi
|
aşağı özül - uzunluğu
yuxarı özül - uzunluğu
qüllə korpusunun hündürlüyü 1500-
|
2
|
Müxtəlif hündürlüklü bum (3 tirdən ibarət)
|
tirin uzunluğu —
işçi səthinin eni — 100-
hündürlüyü — 150, 250,
|
1
|
Altına girmək üçün darvaza
|
darvaza tayının eni —
hündürlüyü — 500-
|
5
|
Şaquli tirli hasarcıq
|
uzunluğu — 2500-
hündürlüyü —
tirin diametri — 30-
tirlər arasındakı məsafə - 250-
|
2
|
Asılqanlı yelləncək
|
|
2
|
Taxta yelləncək
|
taxtanın uzunluğu — 2000-
eni — 220-
yer səthindən hündürlüyü — 350-
|
2
|
Kəndirlər
|
diametri — 120, 150,
hündürlüyü — 150, 250,
|
10-12
|
Alçaq köndələnlər
|
hündürlüyü — 1000-
|
1
|
Orta köndələnlər
|
hündürlüyü — 1200-
|
1
|
Hündür köndələnlər
|
hündürlüyü —
|
1
|
Əllə hərəkətlər üçün tirlər
|
uzunluğu — 2000-
eni — 400-
tirin diametri — 25-
tirlər arasındakı məsafə - 250-
yer səthindən hündürlüyü - 1500-
|
2
|
Gimnastika divarı
|
hündürlüyü — 1800-
eni —
tirlərin diametri — 27-
|
4-5 seksiya
|
Dırmanmaq üçün bütöv divar
|
hündürlüyü —
uzunluğu — 1500-
|
1
|
Tor və iplərin dartılması üçün dayaq
|
hündürlüyü –2000 mm
|
1
|
Yelləncək və idman ləvazimatlarının asılması üçün qurğu
|
tirin uzunluğu —
meydança səthi üzərindəki hündürlük —
|
1
|
Meydançanın nişanlanması üçün nəzərdə tutulmuş konuslar və fişkalar
|
|
4-6
|
Nişangah lövhəsi (asma)
|
uzunluğu —
|
2
|
Basketbol lövhəsi
|
eni —
|
2
|
2. Ümumi təhsil müəssisələri
2.1. Ümumi təhsil müəssisələrində tədris otaqları təyinatından asılı olaraq, şagird masaları (bir və iki yerlik), auditor masaları, rəsmxət və ya laborator masaları ilə təchiz olunur. Bir qayda olaraq, masaların düzülüşü üçsıralı nəzərdə tutulsa da, bəzən iki və ya birsıralı (bloklaşdırılmış) variantların tətbiqi də mümkündür.
2.2. Hər bir şagird boyuna, görmə və eşitmə qabiliyyətinə uyğun olaraq, masa və ya parta arxasında rahat yerlə təmin olunmalıdır. Şagirdlərin boyuna uyğun olan mebelin seçimi üçün onun rənglə nişanlanması həyata keçirilir. Kürsü əvəzinə kətillər və ya skamyalar istifadə edilmir. Tədris otaqlarında partalar (masalar) nömrələrə uyğun yerləşdirilir (aşağı nömrəlilər yazı taxtasına yaxın, yuxarı nömrəlilər isə yazı taxtasından uzaq qoyulur). Nömrəsindən asılı olmayaraq, görmə və eşitmə qabiliyyəti pozulmuş uşaqların partaları pəncərənin yaxınlığındakı ön cərgədə yerləşdirilir. Tez-tez kəskin respirator xəstəliklərə, angina və soyuqdəyməyə məruz qalan uşaqlar çöl divarlarından kənarda yerləşdirilirlər.
2.3. Tədris otaqlarının təchizatı zamanı avadanlıqlar arasında keçidlərin və məsafələrin aşağıda qeyd edilmiş ölçülərinə riayət olunur:
2.3.1. ikiyerli masalar yerləşən sıraların arasında 60 sm-dən az olmayaraq;
2.3.2. masaların cərgələri ilə çöl uzununa divar arasında 50-70 sm-dən az olmayaraq;
2.3.3. masaların cərgələri ilə daxili uzununa divar (arakəsmə) arasında və ya bu divar boyu şkaflar arasında 50-70 sm-dən az olmayaraq;
2.3.4. sonuncu masalardan yazı taxtasının əks istiqamətində yerləşən divara (arakəsməyə) qədər ən azı 70 sm;
2.3.5. xarici arxa divardan 100 sm-dən az olmayaraq, digər tərəfdə siniflər olduqda isə ən azı 120 sm;
2.3.6. nümayiş masasından yazı taxtasına qədər ən azı 100 sm;
2.3.7. birinci partadan yazı taxtasına qədər 240-270 sm;
2.3.8. sonuncu yerdə oturan şagirddən yazı taxtasına qədər ən uzaq məsafə 860 sm;
2.3.9. yazı taxtasının aşağı kənarının döşəmədən hündürlüyü 90 sm.
2.4. Orta və yuxarı sinif şagirdləri üçün yazı taxtasının görmə bucağı (uzunluğu
2.5. Şagird masalarının və oturacaqlarının tövsiyə olunan ölçüləri və nişanlanma qaydası 18 nömrəli cədvəldə göstərilmişdir:
|
|
|
|
18 nömrəli cədvəl
|
Mebelin nömrəsi
|
Şagirdin boy qrupu (sm-lə)
|
Şagirdin önündəki masanın kənarının döşəmədən hündürlüyü (sm-lə)
|
Nişanın rəngi
|
Oturacağın ön kənarının döşəmədən hündürlüyü (sm-lə)
|
1
|
100,0-115,0
|
46,0
|
narıncı
|
26,0
|
2
|
115,0-130,0
|
52,0
|
bənövşəyi
|
30,0
|
3
|
130,0-145,0
|
58,0
|
sarı
|
34,0
|
4
|
145,0-160,0
|
64,0
|
qırmızı
|
38,0
|
5
|
160,0-175,0
|
70,0
|
yaşıl
|
42,0
|
6
|
175,0 artıq
|
76,0
|
mavi
|
46,0
|
2.6. Fizika və kimya kabinetləri kinoproyektorla, su təchizatı və kanalizasiya sistemi ilə, eyni zamanda idarəetmə pultları olan xüsusi nümayiş masaları ilə təchiz olunur.
2.7. Əyani vəsaitlərin normal görünməsi üçün nümayiş masasının podiumda (döşəmə səthindən bir qədər hündürdə) quraşdırılması nəzərdə tutulur. Fizika və kimya kabinetlərində şagirdlər üçün elektrik enerjisi, sıxılmış hava (fizika laboratoriyası) xətləri çəkilmiş ikiyerli laboratoriya masaları quraşdırılır. Kimya laboratoriyası çöl divarının yanında yerləşən sorucu şkafla təchiz olunmalıdır.
2.8. Xarici dil kabinetində proyektor üçün idarəetmə pultu və tumbalı müəllim masası, maqnitofon və digər cihazlar üçün altlıq, əyani vəsaitlər saxlanan seksiyalı şkaflar (divarda quraşdırılmış və ya divara bərkidilmiş), linqafon qurğuları və digər əşyalar nəzərdə tutulur.
2.9. İnformatika otaqlarında yerləşdirilən avadanlıqlar — videodispley terminalları, kompüterlər və fərdi elektron-hesablama maşınları sanitariya-gigiyena tələblərinə uyğun olmalıdır. Ümumi təhsil müəssisələrində kompüterlərin sayı hər 30 şagirdə 1 kompüter olmaqla nəzərdə tutulur.
2.10. Texnologiya dərsinin tədrisi aparılan emalatxanalarda avadanlığın yerləşdirilməsi, müşahidənin aparılması, düzgün iş pozasının gözlənilməsi və zədələnmənin profilaktikası üçün əlverişli şərait yaradılmalıdır. Xarratlıq emalatxanasında çilingər dəzgahları pəncərə istiqamətində 45° altında və ya işığın sol tərəfdən düşməsi təmin edilməklə, işıqsaçan divara perpendikulyar 3 sırada yerləşdirilir. İşığın sol tərəfdən düşməsi üçün işıqsaçan divarla perpendikulyar sırada yerləşdirilmiş çilingər dəzgahı arasındakı məsafə ön-arxa istiqamətində 80 sm-dən az olmamalıdır. Xarratlıq emalatxanalarında çilingər dəzgahlarının işıqsaçan divara perpendikulyar istiqamətdə yerləşdirilməsi ilə həm soltərəfli, həm də sağtərəfli işıqlanmaya yol verilir. Biryerlik çilingər dəzgahlarının sıraları arasındakı məsafə 1,0 m-dən, ikiyerlik çilingər dəzgahlarının sıraları arasındakı məsafə isə 1,5 m-dən az olmamalıdır. Məngənələr çilingər dəzgahlarına onların oxları arasındakı
2.11. Tədris otaqlarında divarların nəm üsulla təmizlənməni təmin edən hamar səthi olmalıdır. Döşəmədə oyuqlar olmamalı və isti əsaslı linoleumla, yaxud parket və ya taxta ilə döşənməlidir. Ayaqyolu və əlüzyuyan yerləşən otaqlarda döşəmələr keramik və ya mozaik cilalanmış plitələrlə üzlənməlidir. Sement, mərmər və ya digər belə materiallardan istifadə olunmur.
2.12. Otaqların divarlarının və döşəmələrinin işlənməsi üçün tikintidə tətbiqinə icazə verilmiş polimer materiallar və məmulatlar istifadə edilməlidir.
3. Peşə təhsili müəssisələri
[45]
3.1. Peşə təhsili müəssisələrinin binaları mühəndis təchizatı avadanlıqları ilə, həmçinin tədris prosesinin təşkili ilə bağlı tələb olunan digər müvafiq inventar, cihaz və qurğularla təmin edilməlidir.
3.2. Mühəndis təchizatı ilə əlaqədar binalarda istilik, su təminatı, kanalizasiya, havadəyişmə və kondisiyalaşdırma sistemləri quraşdırılır, müxtəlif cihazlardan, qurğulardan, o cümlədən qızdırıcılardan, əlüzyuyanlardan, unitazlardan, pissuarlardan, havasoranlardan istifadə edilir.
3.3. Havanın kondisiyalaşdırılması ayrı-ayrı otaq kondisionerləri vasitəsilə və ya mərkəzləşdirilmiş kondisiyalaşdırma sistemindən istifadə edilməklə həyata keçirilir.
3.4. Tədris otaqlarında və kabinetlərində aşağıdakı avadanlıqlardan istifadə edilir:
3.4.1. tələbələr üçün bir və ya ikiyerli masalar, oturacaqlar;
[46]
3.4.2. müəllim üçün masa və stul;
3.4.3. nümayiş şkafı və sərgi lövhəsi;
3.4.4. yazı taxtası;
3.4.5. tədris vasitələri üçün çoxhissəli şkaf;
3.4.6. nümayiş masası;
3.4.7. kinoproyektorlar;
3.4.8. diaproyektorlar;
3.4.9. televizorlar;
3.4.10. elektron-hesablama texnikası;
3.4.11. müasir informasiya-kommunikasiya sistemləri və digər texniki-tədris vasitələri.
3.5. Emalatxanalarda təyinatından asılı olaraq, aşağıdakı əsas cihaz və qurğulardan istifadə edilir:
3.5.1. cilalandırma qurğusu;
3.5.2. frezerləmə dəzgahı;
3.5.3. pres;
3.5.4. xarrat dəzgahı;
3.5.5. çilingər dəzgahı.
3.6. Emalatxanalarda müxtəlif əyani tədris vasitələrindən, o cümlədən plakatlardan, cədvəllərdən, sxemlərdən, maketlərdən, modellərdən, maşın və cihazların hissələrindən istifadə edilir.
4. Orta ixtisas təhsili müəssisələri
4.1. Orta ixtisas təhsili müəssisələrinin binaları mühəndis təchizatı avadanlıqları ilə, həmçinin tədris prosesinin təşkili ilə bağlı tələb olunan digər müvafiq inventar, cihaz və qurğularla təmin edilməlidir.
4.2. Mühəndis təchizatı ilə əlaqədar binalarda istilik, su təminatı, kanalizasiya, havadəyişmə və kondisiyalaşdırma sistemləri quraşdırılır, müxtəlif cihazlardan, qurğulardan, o cümlədən qızdırıcılardan, əlüzyuyanlardan, unitazlardan, pissuarlardan, havasoranlardan istifadə edilir.
4.3. Havanın kondisiyalaşdırılması ayrı-ayrı otaq kondisionerləri vasitəsilə və ya mərkəzləşdirilmiş kondisiyalaşdırma sistemindən istifadə edilməklə həyata keçirilir.
4.4. Tədris otaqlarında və kabinetlərində aşağıdakı əsas avadanlıqlardan istifadə edilir:
4.4.1. tələbələr üçün bir və ya ikiyerli masalar və oturacaqlar;
4.4.2. müəllim üçün masa və stul;
4.4.3. nümayiş şkafı və sərgi lövhəsi;
4.4.4. yazı taxtası;
4.4.5. tədris vasitələri üçün çoxhissəli şkaf;
4.4.6. nümayiş masası;
4.4.7. kinoproyektorlar;
4.4.8. diaproyektorlar;
4.4.9. televizorlar;
4.4.10. elektron-hesablama texnikası;
4.4.11. müasir informasiya-kommunikasiya sistemləri və digər texniki-tədris vasitələri.
4.5. Emalatxanalarda təyinatından asılı olaraq, aşağıdakı əsas cihaz və qurğulardan istifadə edilir:
4.5.1. cilalandırma qurğusu;
4.5.2. frezerləmə dəzgahı;
4.5.3. pres;
4.5.4. xarrat dəzgahı;
4.5.5. çilingər dəzgahı.
4.6. Emalatxanalarda müxtəlif əyani tədris vasitələrindən, o cümlədən plakatlardan, maketlərdən, modellərdən, maşın və cihazların hissələrindən istifadə edilir.
5. Ali təhsil müəssisələri
5.1. Ali təhsil müəssisələrinin binaları mühəndis təchizatı avadanlıqları ilə, həmçinin tədris prosesinin təşkili ilə bağlı tələb olunan digər müvafiq inventar, cihaz və qurğularla təmin edilməlidir.
5.2. Mühəndis təchizatı ilə əlaqədar binalarda istilik, su, kanalizasiya, havadəyişmə və kondisiyalaşdırma sistemləri quraşdırılır, müxtəlif cihazlardan, qurğulardan, o cümlədən qızdırıcılardan, əlüzyuyanlardan, unitazlardan, pissuarlardan, havasoranlardan istifadə edilir.
5.3. Havanın kondisiyalaşdırılması ayrı-ayrı otaq kondisionerləri vasitəsilə və ya mərkəzləşdirilmiş kondisiyalaşdırma sistemindən istifadə edilməklə həyata keçirilir.
5.4. Tədris otaqlarında və kabinetlərində aşağıdakı əsas avadanlıqlardan istifadə edilir:
5.4.1. tələbələr üçün bir və ya ikiyerli masalar və oturacaqlar;
5.4.2. müəllim üçün masa və stul;
5.4.3. nümayiş şkafı və sərgi lövhəsi;
5.4.4. yazı taxtası;
5.4.5. tədris vasitələri üçün çoxhissəli şkaf;
5.4.6. nümayiş masası;
5.4.7. kinoproyektorlar;
5.4.8. diaproyektorlar;
5.4.9. televizorlar;
5.4.10. elektron-hesablama texnikası;
5.4.11. müasir informasiya-kommunikasiya sistemləri və digər texniki-tədris vasitələri.
5.5. Emalatxanalarda müxtəlif əyani tədris vasitələrindən də istifadə edilir.
5.6. Laboratoriyalarda istifadə edilən cihazların yaratdığı yüksəksəviyyəli elektromaqnit və ionlaşdırıcı şüalanmanın insan orqanizminə göstərdiyi zərərli təsirin əleyhinə profilaktik mühafizə tədbirləri nəzərdə tutulur.
5.7. Akt zalları, bədən tərbiyəsi və idman qurğuları, üzgüçülük hovuzları, ictimai-iaşə müəssisələri, tibb mərkəzləri müvafiq sahə normativləri əsasında tələb olunan avadanlıqlarla, cihaz və qurğularla təmin olunur.
5.8. Üzgüçülük hovuzu üçün tövsiyə olunan avadanlıq və ləvazimatlar 19 nömrəli cədvəldə göstərilmişdir:
|
19 nömrəli cədvəl
|
|
Sıra №-si
|
Avadanlıq və ləvazimatların adı
|
Sayı (ədədlə)
|
1
|
2
|
3
|
1.
|
|
2 - 3
|
2.
|
|
1 - 2
|
3.
|
Yastıpəncəliyin profilaktikası üçün 5 ayaqaltı xalçadan ibarət payandaz (uzunluğu-
|
1
|
4.
|
Uzunluğu 6-
|
5 - 11
|
5.
|
Müxtəlifölçülü üzgüçülük lövhələri
|
25
|
6.
|
0,5-1,0 kq-lıq yüngülçəkili xilasetmə halqası
|
30
|
7.
|
Rezin ayaqaltı örtüklər
|
8
|
8.
|
Dəstlər (lastlar, tənəffüs boruları, maskalar)
|
25
|
9.
|
Gimnastika çubuğu
|
25
|
10.
|
Müxtəlifölçülü porolon çubuqlar (nudlslar)
|
10
|
11.
|
Müxtəlifölçülü, porolon çubuqlara bərkidilən birləşdirici borular
|
20
|
12.
|
Çubuqlara bərkidilməsi nəzərdə tutulmuş üzən lövhələr
|
10
|
13.
|
Ayaqların birləşdirilməsi üçün müxtəlifölçülü calaqlar
|
25
|
14.
|
Üzən nişanlar
|
25
|
15.
|
Hovuza daxil olmaq üçün borta bitişik nərdivan (trap)
|
1
|
16.
|
Dərin hovuzlar üçün hərəkətli batırılan döşəmə
|
1
|
17.
|
|
2 - 4
|
18.
|
Müxtəlifölçülü hava vurulan halqalar
|
25
|
19.
|
Müxtəlifölçülü rezin toplar
|
30
|
20.
|
Üzən qurşaqlar (üfüqi)
|
10
|
21.
|
Yüklü halqalar (şaquli)
|
10
|
22.
|
Çubuqlar üçün dəliklər (lövhələri birləşdirən) nəzərdə tutulmuş düzbucaqlı penoplast lövhə
|
2
|
23.
|
Ayırıcı blok (hovuzun bir hissəsinin ayrılması üçün)
|
1
|
24.
|
Rəngli üzücü nişanlar (bayraq)
|
4
|
25.
|
Üzgüçülük eynəkləri
|
25
|
26.
|
Üzməyi öyrənənləri suda yerində saxlamaq üçün taxılıb-çıxarılan fiksatorlar
|
25
|
27.
|
“Brass” və “delfin” üsulları ilə üzməyin öyrədilməsi üçün əlaqə elementləri
|
25
|
28.
|
Üzmə üsullarının öyrədilməsi üçün qarmaqlı kəmər
|
25
|
29.
|
Hakim fiti
|
2
|
30.
|
Saniyəölçən cihaz
|
2
|
31.
|
Divardan asılan saat-saniyəölçən
|
1
|
32.
|
Otaq termometri
|
4
|
33.
|
Suyun temperaturunu ölçmək üçün termometr
|
2
|
III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri
1. Məktəbəqədər təhsil müəssisələri
1.1. İsidilmə və ventilyasiyaya dair tələblər
1.1.1. Qış mövsümündə məktəbəqədər təhsil müəssisələrinin binasının birinci mərtəbəsində yerləşən qrup otaqlarında döşəmənin temperaturu 22°C-dən az olmamalıdır.
1.1.2. Uşaqların qaldığı otaqların nisbi rütubəti 40-60 faiz, mətbəxdə və ağlar yuyulan otaqda isə 60-70 faiz olmalıdır.
1.1.3. Uşaqlar olmayanda bütün otaqların havası hər gün bir neçə dəfə dəyişdirilir. Otaqların havasının dəyişdirilmə müddəti çöldəki havanın hərarətindən, küləyin istiqamətindən, istilik sisteminin səmərəliliyindən asılıdır. Otaqların ikitərəfli və küncdən havalandırılması daha səmərəli hesab edilir. İkitərəfli hava dəyişməsi hər 1,5 saatdanbir, 10 dəqiqə ərzində həyata keçirilir. Otaqların havası uşaqlar olmayan zaman dəyişdirilir və onların gəzintidən və ya məşğələdən qayıtmasından 30 dəqiqə əvvəl başa çatdırılır. Otaqlarda havanın dəyişdirilməsi zamanı otağın temperaturunun qısa müddətə 2-4°-dən az olmayaraq aşağı düşməsinə yol verilir (uşaqların yaşı nəzərə alınmaqla). İlin isti vaxtlarında bütün otaqların havasının aerasiyasına uşaqlar otaqda olarkən yol verilir. Sanitar qovşağından keçən hava ilə otaqların havasının dəyişdirilməsinə yol verilmir.
1.1.4. Yataq otaqlarının havası uşaqlar yatmazdan əvvəl dəyişdirilir. İlin soyuq vaxtlarında nəfəsliklər uşaqlar yatmazdan 10 dəqiqə əvvəl bağlanır, yatdıqları zaman pəncərələr bir tərəfdən açılır və uşaqların oyanma vaxtından 30 dəqiqə əvvəl bağlanır. İlin isti aylarında uşaqlar yatarkən günorta və gecə pəncərələrin açıq saxlanması mümkündür.
1.1.5. Uşaqların daimi qaldığı otaqlar (qrup və oyun otaqları, yataq otaqları, musiqi və idman məşğələləri otaqları) təmiz hava ilə təmin olunmalıdır. 1 saat ərzində havanın dəyişdirilməsi tezliyi və havanın temperaturu 20 nömrəli cədvəldə göstərilmişdir:
|
|
20 nömrəli cədvəl
|
|||
Otaqlar
|
Havanın temperaturu (C°-lə)
|
1 saat ərzində hava mübadiləsinin tezliyi
|
|||
verici
|
sorucu
|
verici
|
sorucu
|
||
1
|
2
|
3
|
4
|
5
|
6
|
Körpələr qrupuna aid olan qruplarda qəbul və oyun otaqları
|
22-24
|
2,5
|
1,5
|
-
|
1,5
|
Orta və böyük qruplara aid olan uşaqlar üçün qruplarda qəbul və oyun otaqları
|
21-23
|
2,5
|
1,5
|
-
|
1,5
|
Məktəbəhazırlıq qrupunun qəbul və oyun otaqlar
|
22-23
|
2,5
|
1,5
|
-
|
1,5
|
Körpələr və orta qruplara aid olan uşaqlar üçün
|
21-22
|
2,5
|
1,5
|
-
|
1,5
|
Böyük və məktəbəhazırlıq qruplarına aid olan uşaqlar üçün
|
20-21
|
|
|
|
|
Körpələr qruplarının yataq otaqları
|
18-20
|
2,5
|
1,5
|
-
|
1,5
|
Orta, böyük və məktəbəhazırlıq qruplarının yataq otaqları
|
19-20
|
2,5
|
1,5
|
-
|
1,5
|
Körpələr qruplarının tualet otaqları
|
19-23
|
-
|
1,5
|
-
|
1,5
|
Orta, böyük və məktəbəhazırlıq qruplarının tualet otaqları
|
20-21
|
-
|
1,5
|
-
|
1,5
|
Musiqi və idman məşğələləri zalı
|
19-20
|
2,5
|
1,5
|
-
|
1,5
|
Gəzinti eyvanları
|
15-18
|
1 uşağa 20 m3-dən az olmamaqla
|
|
|
|
Hovuz otağı
|
29
|
1 uşağa 20 m3-dən az olmamaqla
|
|
|
|
Tibb otaqları
|
22-23
|
2,5
|
1,5
|
-
|
1,5
|
İsidilmiş keçidlər
|
15-18
|
1 uşağa 20 m3-dən az olmamaqla
|
|
|
|
1.1.6. Havanın temperaturu 20 nömrəli cədvələ müvafiq olaraq, uşaqların yaş həddindən və otaqların təyinatından asılı olaraq fərqlənməlidir.
1.1.7. Kompüter məşğələləri keçirilən otaqlarda havanın nisbi rütubətinin və temperaturunun əlverişli və yolverilən göstəriciləri 21 nömrəli cədvəldə göstərilmişdir:
|
21 nömrəli cədvəl
|
||
Əlverişli göstəricilər
|
Yolverilən göstəricilər
|
||
havanın temperaturu (°C-lə)
|
nisbi rütubət (faizlə)
|
havanın temperaturu (°C-lə)
|
nisbi rütubət (faizlə)
|
19
|
62
|
18
|
39
|
20
|
58
|
22
|
31
|
21
|
55
|
-
|
-
|
Qeyd. Havanın cərəyan sürəti 0,1 m/s-dən artıq olmamalıdır.
1.1.8. Uşaqların qaldığı əsas otaqlarda havanın temperaturuna nəzarət 0,8-
1.1.9. Fəal oyunlar zamanı uşaqlar otağın temperaturuna uyğun olaraq geyindirilirlər (22 nömrəli cədvəl).
|
|
22 nömrəli cədvəl
|
Havanın temperaturu (°C-lə)
|
Geyim
|
Geyim qatının yolverilən sayı
|
18-20
|
pambıq parçadan geyimlər, qızlar üçün yarıyun və ya qalın pambıq paltar, uzun corab, yuxarı yaş qruplarının uşaqları üçün qolf corablar, ayaqqabı
|
2-3
|
21-22
|
pambıq paltarlar, pambıq parçadan qısaqollu paltar (köynək), corab, ayaqda yüngül çəkmə və ya açıq ayaqqabı
|
2
|
23 və yuxarı
|
pambıq parçadan nazik alt paltarı, yüngül paltar, qolsuz yay köynəyi, corab, açıq yay ayaqqabısı
|
1-2
|
1.2. Otaqların sanitariya vəziyyətinə dair tələblər və dezinfeksiya tədbirləri
1.2.1. Bütün otaqlar gündə 2 dəfə yuyucu vasitələr tətbiq olunmaqla, yaş üsulla təmizlənməlidir. Təmizlik işləri pəncərə və nəfəsliklər açıq olan şəraitdə həyata keçirilir. Çirklənən səthlər (qapı və şkafların dəstəkləri, pəncərə altlıqları, elektrik açarları, bərk mebellər) və toz yığılan yerlər (plintus ətrafında və mebel altında döşəmələr, radiatorlar, işıqlanma cihazlarının armaturları, ventilyasiya şəbəkəsi) əsaslı şəkildə təmizlənməlidir.
1.2.2. Yataq otaqlarında nəm üsulla təmizlik işləri uşaqların gecə və gündüz yuxusundan sonra, qrup otaqlarında isə hər dəfə qida qəbulundan sonra həyata keçirilməlidir.
1.2.3. Qrup otaqlarında masaların səthi hər dəfə qida qəbulundan əvvəl və sonra bu məqsədlə ayrılmış əskilər vasitəsilə sabunlu isti su ilə yuyulmalıdır. Sonradan bu əskilər yuyulub qurudulmalı və quru halda ağzı bağlı xüsusi tutumda saxlanmalıdır. Oturacaqlar, bələmə masaları, manejlər və digər avadanlıqlar, eləcə də astarlı müşəmbələr və önlüklər gündəlik olaraq sabunlu isti su ilə silinməlidir.
1.2.4. Texniki məqsədlər (qrup otaqlarının, sanitar qovşaqlarının təmizlənməsi) üçün istifadə olunan su yalnız xüsusi krandan götürülməlidir. İşlənmiş su unitaza töküldükdən sonra istifadəsinə icazə verilən hər hansı bir vasitə ilə dezinfeksiya edilir.
1.2.5. Xalçalar gündəlik olaraq tozsoranla təmizlənir, nəm şotka ilə silinir və ya bu məqsədlə ayrılmış meydançada çırpılır. İldə bir dəfə xalçalar quru kimyəvi üsulla təmizlənməlidir.
1.2.6. Canlı təbiət guşələrində gündəlik olaraq nəm üsulla təmizlik işləri aparılmalı, qəfəslər, yem və su təknələri təmizlənməli, döşənəklər dəyişdirilməli, təknələrdə olan su əvəzlənməlidir. İki həftədə bir dəfə qəfəslər, yem və su üçün təknələr dezinfeksiya edilməli, axar su altında yuyularaq qurudulmalıdır. Dezinfeksiyadan sonra qəfəsə təmiz döşənək və yem qoyulmalıdır.
1.2.7. Epidemioloji vəziyyətdən asılı olmayaraq, sanitar-texniki avadanlıqlar zərərsizləşdirilməlidir. Unitazların oturacaqları, su axıdılan çənlər və qapıların dəstəkləri hər gün sabunlu isti su ilə yuyulur. İstifadədən sonra güvəclər yuyucu vasitələrlə zərərsizləşdirilməlidir. Vannalar, əlüzyuyanlar və unitazlar gündə iki dəfə yuyucu və dezinfeksiyaedici vasitələrdən istifadə edilərək şotkalarla yuyulur.
1.2.8. Tualet üçün nəzərdə tutulan təmizləyici ləvazimatlar (əskilər, vedrələr və şotkalar) aydın nişanlanır və tualet otağında xüsusi şkafda saxlanılır. Təmizləyici ləvazimatların hər biri istifadədən sonra axar isti su və yuyucu vasitələrlə yuyulmalıdır.
1.2.9. 23 nömrəli cədvəldə göstərilən tətbiq sahələrindən asılı olaraq, istifadəsinə icazə verilmiş dezinfeksiyaedici məhlullar (bağlı qablarda) və yuyucu vasitələr (preparatlar) uşaqların əli çatmayan yerlərdə saxlanılmalıdır.
|
|
|
23 nömrəli cədvəl
|
Sıra №-si
|
Preparatların adı
|
Tətbiq sahəsi
|
Tətbiq üsulu
|
1
|
2
|
3
|
4
|
1.
|
Kalium-ftorid peroksohidratı (PFK)
|
cari, yekun və profilaktik dezinfeksiya üçün
|
otaqların səthinin, mebelin, ağların, qabların, sanitar-texniki avadanlığın və təmizləyici ləvazimatların dezinfeksiyası, onların silinməsi, isladılması və məhlula salınması yolu ilə
|
2.
|
Natriumun elektrokimyəvi fəal məhlulları:
|
|
qabların, oyuncaq və ağların dezinfeksiyası, məhlula salınması (isladılması) yolu ilə
|
|
- liolit
|
cari, yekun və profilaktik dezinfeksiya üçün
|
|
|
- katolit
|
tibbi təyinatlı məmulatların sterilizasiyadan qabaq təmizlənməsi üçün
|
|
3.
|
Natrium-hipoxlorid
|
cari, yekun və profilaktik dezinfeksiya zamanı obyektlərin zərərsizləşdirilməsi üçün
|
otaqların, mebelin, sanitar-texniki cihazların səthinin silinməsi, islatma (ağlar, təmizləyici ləvazimatlar), məhlula salınma (oyuncaqlar, tibbi ləvazimatlar və xəstələrə qulluq vasitələri) yolu ilə
|
4.
|
Natrium xloridin elektrokimyəvi cəhətdən aktivləşdirilmiş məhlulları:
|
|
silinmə, isladılma və məhlula salınma yolu ilə
|
|
- liolit
|
cari, yekun və profilaktik dezinfeksiya
|
|
|
- katolit
|
tibbi alət və ləvazimatların sterilizasiyadan əvvəl təmizlənməsi
|
|
5.
|
Natrium xloridin elektrokimyəvi cəhətdən fəallaşdırılmış məhlulu – neytral anolit
|
cari, yekun və profilaktik dezinfeksiya zamanı obyektlərin zərərsizləşdirilməsi
|
silinmə, isladılma və məhlula salınma yolu ilə
|
6.
|
Belor
|
sanitar-texniki avadanlıqların və ağların dezinfeksiyası
|
məhlulda isladılmış şotka və ya əski ilə sürtülməsi və məhlula batırılma yolu ilə
|
7.
|
Amfolan - D
|
sanitar-texniki avadanlıqların, otaqların səthinin, qabların və ağların dezinfeksiyası
|
işçi məhlul vasitəsilə yaş üsulla təmizləmə, işçi məhlulla yuma və yaxalama yolu ilə
|
Qeyd. Məhlulların hazırlanma üsulu qabların üzərində göstərilir.
1.2.10. Bütün otaqların və avadanlıqların ümumi təmizlik işləri ayda bir dəfə yuyucu və dezinfeksiyaedici vasitələrin tətbiqi ilə həyata keçirilməlidir. Otaqların pəncərələri çirklənmə səviyyəsinə görə xaricdən və daxildən ildə 2 dəfədən (yaz və payız aylarında) az olmayaraq yuyulur.
1.2.11. Mürəkkəb epidemioloji vəziyyət zamanı məktəbəqədər təhsil müəssisələrində dövlət sanitariya nəzarəti orqanlarının tələblərinə uyğun olaraq əlavə tədbirlər həyata keçirilməlidir.
[47]
1.2.12. İsti aylarda həşəratların otaqlara daxil olmasının qarşısını almaq üçün pəncərə və qapı çərçivələri torla və dəliklərinin ölçüsü 2,0-
1.2.13. Ventilyasiya sistemlərinin jalüzlü şəbəkələri açıq vəziyyətdə saxlanılmalıdır. Onları yalnız binanın daxili temperaturu ilə xarici havanın kəskin fərqi zamanı bağlamaq olar. Jalüzlər tozlanma səviyyəsindən asılı olaraq təmizlənir. Sorucu ventilyasiya şaxtası ildə 2 dəfədən az olmayaraq təmizlənməlidir.
1.2.14. Qrupların fəaliyyəti zamanı təmir işlərinin aparılmasına yol verilmir.
1.2.15. Yeni oyuncaqlar (yumşaq oyuncaqlar istisna olmaqla) qruplara verilməzdən əvvəl 15 dəqiqə ərzində temperaturu
1.2.16. Oyuncaqlar hər gün günün sonunda, körpə uşaqların qruplarında isə gündə 2 dəfə yuyulur. Gəlincik (kukla) paltarları uşaq sabunu ilə yuyularaq ütülənir.
1.2.17. Penolateksli xovlu oyuncaqlar istehsalçı müəssisənin təlimatına uyğun olaraq təmizlənir.
1.2.18. Məktəbəqədər təhsil müəssisələrində oyun avadanlıqlarının, oyuncaqların və digər ləvazimatların kirayəyə verilməsinə və ya dəyişdirilməsinə yol verilmir.
1.2.19. Dəfələrlə istifadə olunan tibb alətləri dezinfeksiya edilməlidir. Sonradan zərərsizləşdirilərək utilizasiya edilən birdəfəlik steril alətlərin istifadəsi məqsədəuyğundur.
1.2.20. Yataq ağlarının və dəsmalların əvəzlənməsi çirklənmə səviyyəsindən asılı olaraq, həftədə 1 dəfədən az olmayaraq həyata keçirilir. Bütün ağlar nişanlanmalıdır. Balış üzləri istisna olmaqla, yataq ağları ayaq tərəfdən nişanlanır. Hər bir uşaq əl və ayaq dəsmalları da daxil olmaqla, 3 dəst ağ və 2 dəst döşəküzü ilə təmin edilməlidir. Təmiz ağlar anbarda saxlanılır.
1.2.21. İstifadə olunmuş ağlar xüsusi tutumlara, qapaqlı vedrələrə, plastikdən hazırlanmış və ya ikiqat parçadan tikilmiş kisələrə yığılır. Çirkli ağlar yuma məntəqəsinə və ya xüsusi otağa gətirilir. Parçadan tikilmiş kisələr yuyulmağa verilir, üzlüklü kisələr isə sabunlu və ya sodalı isti məhlulda zərərsizləşdirilir.
1.2.22. Binada aparılan ümumi təmizlik işləri zamanı yataq dəstləri (döşəklər, balışlar və s.) bilavasitə pəncərəsi açıq olan yataq otaqlarında və ya həyətdə mütəmadi olaraq havaya verilir. İldə bir dəfə yataq dəstləri kimyəvi üsulla təmizlənməli və ya dezinfeksiya kamerasında zərərsizləşdirilməlidir.
1.2.23. Uşaqların çimizdirilməsi zamanı kisələr (hamam lifi) istifadə olunduqdan sonra, 15 dəqiqə ərzində dezinfeksiyaedici məhlulda isladılır, axar su altında yuyulur, qurudulur və təmiz parça kisələrdə saxlanılır (kisələrin sayı uşaqların sayına bərabər olmalıdır).
1.2.24. Yoluxucu xəstəliklər olduqda, məktəbəqədər təhsil müəssisələrində dezinseksiya və deratizasiya tədbirləri həyata keçirilir.
1.3. Kontagiozlu helmintozların profilaktikası (enterobioz və himenolepidoz)
1.3.1. Məktəbəqədər təhsil müəssisələrində enterobioz və hime-nolepidozların profilaktikası üçün xüsusi tədbirlər (invaziya mənbələrinin sağlamlaşdırılması və yoluxma yollarının qarşısının alınması üzrə tədbirlər, tibbi və digər xidmət heyətinin gigiyenik təlim-tərbiyəsi) həyata keçirilməlidir.
1.3.2. İnvaziyalaşmış kontagioz helmintozların aşkarlanması ildə 1 dəfə məktəbəqədər təhsil müəssisəsinin bütün uşaqlarının və işçi heyətinin eyni zamanda tibbi müayinəsi aparılmaqla həyata keçirilir. İşçi heyətinin üzvləri və uşaqlar arasında bizquyruq qurdlarla yoluxmanın üçqat müayinəsi 1-3 gündən, lentvari bağırsaq qurdları ilə yoluxmanın müayinəsi isə 10-20 gündən sonra aparılır.
1.3.3. Aşkar olunan bütün invaziyalaşmış uşaqların adı “Yoluxucu xəstəliklər” jurnalında qeydə alınır və onların müalicəsi məktəbəqədər təhsil müəssisəsinin tibb heyəti tərəfindən aparılır.
1.3.4. Uşaqların və işçi heyətinin birdəfəlik müayinəsi, eləcə də 20 faiz və daha çox bizquyruq qurdlarla invaziyalaşmış şəxslərin aşkar olunduğu zaman yoluxma mənbələrinin müəyyən edilməsi və müəssisədəki bütün uşaqların və heyətin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş qaydaya uyğun sağlamlaşdırılması üzrə tədbirlər həyata keçirilir.
1.3.5. Kontagiozlu helmintozlarla əlaqədar əlverişsiz şərait yarandıqda, profilaktik tədbirlər uşaqların müalicə aldığı müddətdə və eləcə də müalicənin başa çatmasından sonrakı 3 gün ərzində həyata keçirilməlidir. Bu zaman aşağıdakı tədbirlərin görülməsi zəruridir:
1.3.5.1. gündə 2 dəfə (səhər və axşam) sabunlu-sodalı məhlul vasitəsilə otaqlarda nəm üsulla təmizlik işlərinin aparılması;
1.3.5.2. xalça və yumşaq oyuncaqların tozsoranla təmizlənməsi, kamerada dezinfeksiya edilməsi və onların yekun dezinvaziyaya qədər yığışdırılması;
1.3.5.3. müalicənin ilk günündən başlayaraq, 3 gün ərzində yorğanların, döşəklərin və balışların tozsoranla təmizlənməsi (yorğan və digər yataq dəstlərinin otaqda çırpılmasına yol verilmir);
1.3.5.4. uşaqların gün ərzində qaldığı qruplarda geyimlərin, yataq ağlarının və dəsmalların gündəlik dəyişdirilməsi və isti ütü ilə ütülənməsi;
1.3.5.5. uşaqların və işçi heyətinin əl dırnaqlarına nəzarət edilməsi;
1.3.5.6. uşaqların və işçi heyətinin şəxsi gigiyena qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi.
1.3.6. Yekun dezinvaziya müalicə kursunun sona çatmasından sonrakı 3-cü gün ərzində həyata keçirilir. Bu zaman həyətdə olan qumluqdakı qum yenisi ilə əvəzlənir.
1.4. Qidalanmanın təşkilinə dair tələblər
1.4.1. Məktəbəqədər təhsil müəssisələrində qida blokunun təşkili, avadanlıqlarla təchizatı və saxlanması tələbləri ictimai iaşə müəssisələrinə, qida məhsullarının və ərzaq xammalının hazırlanması və emalına dair sanitariya normalarına, eləcə də qida bloklarında iş zamanı əməyin mühafizəsi üzrə təlimatlara uyğun olmalıdır.
1.4.2. Texnoloji avadanlıqlar, ləvazimatlar, alətlər, qablar və qablaşdırma avadanlıqları sanitariya qaydalarına uyğunluq haqqında sanitar-epidemioloji rəyə malik olan materiallardan hazırlanmalı, eləcə də xammal və hazır qida məhsulları üçün nişanlanmalıdır. Texnoloji proses zamanı xammal və hazır qida məhsullarının təmasına yol verilmir. Qida blokundakı istehsalat avadanlığına və hazırlıq ləvazimatlarına olan tələblər aşağıdakılardan ibarətdir:
1.4.2.1. qida məhsullarının emalı üçün nəzərdə tutulan masalar paslanmayan poladdan və ya düralümin tərkibli sırf metaldan hazırlanmalı, çiy ət və balıq məhsullarının emalı üçün iş masalarının səthi sinklənmiş dəmir təbəqə ilə örtülməlidir;
1.4.2.2. çiy və hazır məhsulların doğranması üçün müxtəlif doğrama masaları və hamar yonulmuş, çatları və dəlikləri olmayan bərk növ ağacdan hazırlanmış doğrama taxtaları və bıçaqlar olmalıdır. Plastmas və preslənmiş fanerdən hazırlanan doğrama taxtalarının istifadəsinə yol verilmir;
1.4.2.3. taxtalar və bıçaqlar “ÇƏ”-çiy ət, “ÇT”-çiy toyuq, “ÇB”-çiy balıq, “ÇT”-çiy tərəvəz, “BƏ”-bişmiş ət, “BB”-bişmiş balıq, “BT”-bişmiş tərəvəz, “Ç”-çörək, “G”-göyərti kimi nişanlanmalıdır;
1.4.2.4. hazır qida məhsullarının hazırlanması və saxlanılması üçün paslanmayan polad qablardan istifadə edilməlidir. Alümin və düralümin qablardan yalnız qidanın hazırlanması və qısa müddət saxlanması üçün istifadə edilir. Kompotlar paslanmayan polad qablarda hazırlanır. Südün qaynadılması üçün başqa qab ayrılır;
1.4.2.5. yemək və çay qabları dəstlərinin miqdarı yemək qəbulu zamanı qabların əlavə yuyulması aparılmadan, uşaqlara eyni vaxtda paylanmasını tam təmin etməlidir.
1.4.3. Qida məhsullarının hazırlanması üçün əsasən elektrik avadanlıqlarından (şirəçəkən, mikser, sürtgü maşını) və elektrik plitələrindən istifadə olunur. Qazlaşdırılmış rayonlarda qaz plitələrinin quraşdırılmasına yol verilir. Kənd yaşayış məntəqələrində yerləşən və 50 yerə qədər tutumu olan məktəbəqədər təhsil müəssisələrində odluğu xaricə çıxan bərk yanacaqla işləyən mətbəx plitələrinin tətbiqinə yol verilir. Yeni tikilən və yenidən qurulan məktəbəqədər təhsil müəssisələrində kömürlə, odunla və digər bərk yanacaqla işləyən plitələrin quraşdırılmasına yol verilmir. Mətbəx mexaniki sorucu ventilyasiya sistemi ilə təchiz olunmalıdır.
1.4.4. Yuyucu və dezinfeksiyaedici vasitələrin tətbiqinə dair təlimatlar həmin vasitələrdən istifadə edən bütün əməkdaşların mütləq nəzərinə çatdırılmalıdır (aparılan işlərin konkret rejimi nəzərə alınmaqla). Bufet və yeməkxananın qablar yuyulan sahələrində, eləcə də bütün yuma vannalarının yanında işçi məhlulların hazırlanma qaydaları və istifadə edilən yuyucu və dezinfeksiyaedici vasitələrin qatılığı göstərilməklə, qabların yuyulması və ləvazimatların zərərsizləşdirilməsi rejimi üzrə təlimatlar divardan asılmalıdır. Yuyucu və dezinfeksiyaedici vasitələr quru və havası mütəmadi dəyişdirilən, uşaqların əli çatmayan yerlərdə saxlanılmalıdır. Məhlullar tünd rəngli şüşədən hazırlanmış və ağzı tıxacla bağlanmış qablarda saxlanılaraq rütubət və işıqdan qorunmalıdır.
1.4.5. Mətbəx qablarının yuyulması üçün daimi isti və soyuq su sistemi çəkilməli, eləcə də qarışdırıcı ilə təchiz olunmuş (tərkibi paslanmayan polad, alümin, düralümin olan vannalar), ən azı 2 ədəd metal vannadan istifadə edilməlidir. Yuyulma yerində suyun temperaturu 65°C-dən az olmamalıdır. Texnoloji və təsərrüfat-məişət məqsədləri üçün istilik təchizatı sistemindən götürülən isti suyun istifadəsi qadağandır. Vannanın kanalizasiyaya qoşulan yerində, axın qıfının yuxarı səthində 20 mm-dən çox olmayan hava aralığı qalmalıdır.
1.4.6. Yeməklərin bişirildiyi qazanlar qida qalıqlarından təmizləndikdən sonra yuyucu vasitələr əlavə edilmiş və temperaturu 40°C-dən az olmayan isti suda yuyulur, isti su altında yaxalanır və şəbəkəli rəflərdə çevrilmiş vəziyyətdə qurudulur. Təmizlənmiş mətbəx qabları döşəmədən hündürlüyü
1.4.7. Doğrama taxtaları və kiçik taxta hissələri olan qaşıqlar, qarışdırıcılar birinci vannada, tərkibinə yuyucu vasitələr əlavə olunmuş və temperaturu
1.4.8. Hər qrup üçün yemək və çay qabları ayrılır. Çay qabları saxsı və çinidən (boşqab, fincan, nəlbəki), yemək ləvazimatları isə (qaşıq, çəngəl, bıçaq) paslanmayan poladdan olmalıdır. Kənarları çatlamış, qüsurlu, deformasiyaya uğramış və emalı zədələnmiş, eləcə də plastmasdan və alümindən hazırlanmış qabların istifadəsinə yol verilmir. Eyni zamanda, istifadə olunan yemək, çay ləvazimatları və qabların miqdarı qrupdakı uşaqların siyahı üzrə sayına uyğun olmalıdır. İşçi heyəti üçün ayrıca qablar və ləvazimatlar nəzərdə tutulur. Qablar bufetdə saxlanılmalıdır. Qablar və ləvazimatlar hər bir qrup üçün nəzərdə tutulmuş bufetdə quraşdırılan 2 və ya 3 hissəli vannalarda yuyulur.
1.4.9. Qida qalıqları mexaniki üsulla təmizləndikdən sonra yemək qabları birinci vannada temperaturu 40°C-dən aşağı olmayan və yuyucu vasitələr əlavə edilmiş isti suda yuyulur, sonra isə ikinci vannada temperaturu 65°C-dən az olmayan isti su altında yaxalanır və xüsusi rəflərdə qurudulur. Fincanlar birinci vannada yuyucu vasitələr əlavə edilməklə, isti su altında yuyulur, ikinci vannada yaxalanır, sonra isə qurudulur. Qida ləvazimatları və qablar qida qalıqlarından mexaniki üsulla təmizlənərək, birinci vannada yuyucu vasitələrdən istifadə edilməklə, isti su altında yuyulduqdan sonra ikinci vannada isti su altında yaxalanır. Təmiz qida ləvazimatları əvvəlcədən yuyulmuş metal kasetlərdə, dəstəkləri şaquli vəziyyətdə yerləşdirilir.
1.4.10. Yoluxucu xəstəliklər olduqda, qabların müəyyən olunmuş qayda üzrə zərərsizləşdirilməsi (dezinfeksiyası) işləri həyata keçirilir. Qabların zərərsizləşdirilməsi üçün hər qrupda quraşdırılan quru qızdırıcı şkaflardan istifadə edilməlidir. Bu şkaflar olmadıqda, qabların zərərsizləşdirilməsi üçün hər qrupda qabların dezinfeksiyaedici məhlulda isladılması üçün qapaqlı qablar qoyulmalıdır.
1.4.11. Körpələr qruplarında süd qatışıqları saxlanan şüşələr yuyucu vasitələrlə isti su altında yuyulur, sonra 45 dəqiqə ərzində
1.4.12. Qida blokundakı iş masaları və qruplarda olan masalar hər dəfə qida qəbulundan sonra yuyucu vasitələr əlavə olunmuş isti su ilə yuyulur. Qeyri-qənaətbəxş epidemioloji şərait zamanı qabların yuyulması və masaların silinməsi üçün nəzərdə tutulan əskilər və digər yuma ləvazimatları 15 dəqiqə ərzində soda əlavə olunmuş suda qaynadılır və ya dezinfeksiyaedici məhlulda isladılır. Günün sonunda bu ləvazimatlar yuyucu vasitələrlə yenidən yuyulur, yaxalanır, qurudulur və nişanlanmış xüsusi qablarda saxlanılır.
1.4.13. Qida blokunda və qruplarda yığılan qida tullantıları bu məqsədlər üçün nəzərdə tutulan nişanlanmış metal vedrələrə və ya pedallı qapalı tutumlara 2/3 həcmi dolanadək yığılır. Hər günün sonunda zibil vedrələri və tutumlar dolma səviyyəsindən asılı olmayaraq, kanalizasiya trapları üzərində şlanqla təmizlənir, 2 faizli soda məhlulu ilə yuyulur və isti su ilə yaxalanaraq qurudulur.
1.4.14. Qida bloku otaqlarında gündəlik təmizlik işləri aparılır — döşəmələr yuyulur, tozdan və torlardan təmizlənir, radiatorlar və pəncərə altlıqları, divarlar, işıqlandırma cihazları hər həftə yuyucu vasitələrlə silinir, şüşələr tozdan və qurumdan təmizlənir. Ayda bir dəfə bütün binanın, avadanlıqların və cihazların ümumi təmizlənməsi və sonradan dezinfeksiya işlərinin aparılması zəruridir.
1.4.15. Qida blokunun otaqlarında həşəratlarla və gəmiricilərlə mübarizə məqsədi ilə profilaktik tədbirlər həyata keçirilir.
1.4.16. Qidalanma rejimi uşaqların inkişafda olan orqanizmini enerji və əsas qida maddələri ilə təmin etməlidir. Qidalanmanın təşkili zamanı əsas qida maddələrinə gündəlik tələbatın yaş hədləri üzrə fizioloji normalarına riayət edilməlidir (24 nömrəli cədvəl):
|
|
|
24 nömrəli cədvəl
|
||
Uşaqların yaş həddi
|
Enerji dəyəri (kkal ilə)
|
Zülallar (qr-la)
|
Yağlar (qr-la)
|
Karbohidratlar (qr-la)
|
|
cəmi
|
o cümlədən, heyvan mənşəli
|
cəmi
|
cəmi
|
||
1 yaş
|
110
|
2,9
|
2,3
|
5,5 (0,7)
|
13
|
3 yaşa qədər
|
1540
|
53
|
37
|
53
|
212
|
3 - 7 yaş
|
1970
|
68
|
44
|
68
|
272
|
Qeyd. Uşaqların həyatının birinci ilində enerjiyə, zülallara, yağlara və karbohidratlara tələbat bədən kütləsinin qram və kiloqram hesabı ilə verilmişdir. Mötərizədə linol turşusuna olan tələbat qeyd olunmuşdur (bədən kütləsinin qr/kq hesabı ilə). Zülala olan tələbatın səviyyəsi uşaqların ana südü və ya 80 faizdən artıq bioloji dəyərə malik olan ana südünün əvəzləyicisi ilə qidalanması üçün verilmişdir. Bioloji dəyəri 80 faizdən az olan əvəzləyicilərlə qidalanma zamanı qeyd edilən göstəricilər 20-25 faiz artırılmalıdır.
1.4.17. Uşaqların rasional qidalanma rejiminin təşkili bu rejimə ciddi riayət olunmasını nəzərdə tutur. 9 aylığından başlayaraq, uşaqlar üçün 4 saatdan artıq olmayan fasilələrlə qidalanma məqsədəmüvafiq sayılır. Məktəbəqədər təhsil müəssisələrində 10 və 12,5 saat qalan uşaqlar üçün 3 dəfəlik yemək və gücləndirilmiş nahar, gecə-gündüz qalan uşaqlar üçün 4 dəfəlik yemək və yatmazdan qabaq əlavə şam yeməyi, yalnız gecə qalan uşaqlar üçün isə birdəfəlik şam yeməyi təşkil olunmalıdır. Uşaqların məktəbəqədər təhsil müəssisəsində qalması müddətindən asılı olaraq, gündəlik qida rasionunun ümumi kalorilik dərəcəsinin bölüşdürülməsi 25 nömrəli cədvəldə göstərilmişdir:
|
|
25 nömrəli cədvəl
|
|
Gecə-gündüz qalan uşaqlar üçün
|
Gündüz saatlarında 10 saat qalan uşaqlar üçün
|
Gündüz saatlarında 12,5 saat qalan uşaqlar üçün
|
Gecə qalan uşaqlar üçün
|
Səhər yeməyi - 25 %
|
səhər yeməyi - 25 %
|
səhər yeməyi - 25 %
|
|
Nahar yeməyi - 35 %
|
nahar yeməyi - 35 %
|
nahar yeməyi - 35 %
|
şam yeməyi - 25 %
|
Günorta yeməyi - 15 %
|
günorta yeməyi - 15 %
|
günorta yeməyi - 20-25 %
|
|
Şam yeməyi - 25 %
|
|
|
|
1.4.18. Gündəlik qida rasionunda ümumi kaloridən ± 5 faiz kənara çıxmalara yol verilir. Gün ərzində məktəbəqədər təhsil müəssisəsində qalan uşaqlara yatmazdan 1 saat əvvəl bir stəkan süd və ya digər süd turşulu məhsullar verilməlidir. Məktəbəqədər təhsil müəssisəsində qısa müddət (3-4 saat) qalan uşaqlara, qrupun iş rejimindən (günün birinci və ya ikinci yarısı) asılı olaraq, bir dəfə (ikinci səhər yeməyi, nahar və ya əlavə günorta yeməyi) yemək verilir. Bu zaman qida rasionu qida məhsulları və enerjiyə olan gündəlik tələbatın 15-25 faizini təşkil etməlidir.
1.4.19. Biryaşlı uşaqların qidalanması fərdi qaydada fizioloji yaş həddi normalarına və bütün növ qida məhsullarının vaxtında tətbiqinə uyğun olaraq təyin edilir. Süd məhsulları və süd qarışıqları süd mətbəxindən qəbul olunmalıdır. Bu qarışıqlar olmadıqda, müvafiq sertifikata malik olan digər hazır qarışıqlardan istifadə edilməlidir. Süd mətbəxindən alınmış qidalar onların istifadə edilməsi müddəti çərçivəsində soyuducularda (qruplar üzrə) saxlanılmalıdır. Uşaqlar qidalanmazdan əvvəl bu qarışıqlar qrup bufetində 5 dəqiqə ərzində isti suda (suyun temperaturu
1.4.20. Biryaşlı uşaqların qidalanması üzrə hesablamalar məktəbəqədər təhsil müəssisəsinə daxil olarkən, bədənin 1 kq çəkisinə görə əsas qida maddələrinə olan tələbat nəzərə alınmaqla, hipotrofiya əlamətləri qeydə alınan uşaqlar üzrə ayda 1 dəfədən az olmayaraq, yarımçıq doğulan uşaqlar üzrə isə 10-15 gündə 1 dəfədən az olmayaraq həyata keçirilir.
1.4.21. Hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmalıdır. Təxmini menyu dövlət sanitariya nəzarəti orqanları ilə razılaşdırılmalıdır. Çörək, yarma, süd, ət, kərə yağı və bitki yağları, şəkər və tərəvəzlər menyuya hər gün, digər məhsullar (kəsmik, pendir, yumurta) isə həftə ərzində 2-3 dəfə daxil edilir. Dekada (10 günlük) ərzində uşaq qida məhsullarını müəyyən olunmuş normalara uyğun olaraq tam həcmdə qəbul etməlidir.
[48]
1.4.22. 10 günlük menyu əsasında müxtəlif yaş həddində olan uşaqlar üçün nəzərdə tutulmuş yeməklərin adı göstərilməklə, təxmini nümunəvi sifariş menyusu tərtib olunmalıdır. Müxtəlif yaşlı uşaqlar üçün tövsiyə edilən yeməklərin həcmi (porsiya) 26 nömrəli cədvəldə göstərilmişdir:
|
26 nömrəli cədvəl
|
|||
Yeməklərin adı
|
Çəki (qramla)
|
|||
uşaqların yaş həddi
|
||||
1 - 1,6 yaş
|
1,7 - 3 yaş
|
3,1 - 5 yaş
|
5,1 - 6 yaş
|
|
1
|
2
|
3
|
4
|
5
|
Səhər yeməyi
|
|
|
|
|
Sıyıq, tərəvəzdən hazırlanmış yemək
|
130
|
150
|
180
|
200
|
Yumurtalı, kəsmikli ət və balıq xörəkləri
|
50
|
60
|
70
|
80
|
Tərəvəz salatı
|
20
|
30
|
40
|
50
|
Qəhvə, çay, süd
|
100
|
150
|
180
|
200
|
Nahar yeməyi
|
|
|
|
|
Salat, qəlyanaltı
|
30
|
40
|
50
|
60
|
Birinci (duru) xörək
|
100
|
150
|
180
|
200
|
Ət, balıq və quş ətindən hazırlanmış yemək
|
50
|
60
|
70
|
80
|
Qarnir (xuruş)
|
100
|
120
|
130
|
150
|
Üçüncü yemək (içki)
|
100
|
150
|
180
|
200
|
Günorta yeməyi
|
|
|
|
|
Kefir (qatıq), süd
|
150
|
150
|
200
|
200
|
Bulka, qənnadı (peçenye, vafli)
|
40
|
60
|
70
|
90
|
Kəsmikli, yarmalı, tərəvəzli yeməklər
|
50
|
60
|
70
|
100
|
Təzə meyvələr
|
100
|
100
|
150
|
200
|
Şam yeməyi
|
|
|
|
|
Tərəvəzli, kəsmikli yemək, sıyıq
|
150
|
180
|
200
|
250
|
Süd, qatıq (kefir)
|
150
|
150
|
200
|
200
|
Təzə meyvələr
|
50
|
70
|
100
|
120
|
Gündəlik çörək:
|
|
|
|
|
- buğda çörəyi
|
40
|
70
|
110
|
110
|
- çovdar çörəyi
|
10
|
30
|
60
|
60
|
1.4.23. Menyuların tərtibi zamanı əhalinin qidalanmasının ərazi və milli xüsusiyyətləri, eləcə də uşaqların sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. Hər hansı bir məhsul olmadıqda, qidalanmanın tam dəyərli tənzimlənməsi üçün məhsulların əvəzlənməsi cədvəlinə uyğun olaraq, tərkibinə görə eyni dəyərə malik başqa məhsulların istifadəsinə icazə verilir.
1.4.24. Qış vaxtı və erkən yaz aylarında təzə tərəvəz və meyvələrin olmaması ilə əlaqədar olaraq, realizə müddətlərinə riayət edilməsi şərtilə menyuya şirələrin, təzə dondurulmuş tərəvəzlərin və meyvələrin daxil edilməsi tövsiyə olunur. Vitaminlərin və mikroelementlərin çatışmazlığının profilaktikası üçün həkim-pediatrın (pəhriz həkiminin) təyinatına əsasən, yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq icazəsi olan və sanitar-epidemioloji rəy verilən, eləcə də körpə və məktəbəqədər yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan bioloji fəallığa malik qida əlavələrindən istifadə edilməsinə yol verilir.
[49]
1.4.25. Hipovitaminozların profilaktikası məqsədi ilə soyuq içkilərin (kompotun) askorbin turşusu ilə süni şəkildə vitaminləşdirilməsi (1 porsiyaya 1-3 yaşlı uşaqlar üçün 35 mq, 3-6 yaşlı uşaqlar üçün 50 mq) həyata keçirilir. Həmçinin, polivitaminli içkilərdən (1 stəkan suya 15 qr) və ya polivitaminli preparatlardan (yemək vaxtı və ya yeməkdən sonra gündə 1 həb) istifadə olunması mümkündür. İstifadə edilməzdən əvvəl kompotun temperaturu 15°C-yə qədər soyudulduqdan sonra tərkibinə askorbin turşusu əlavə olunur.
1.4.26. Hər həftə və ya 10 gündə bir dəfə tibb işçisi qida məhsullarının bir uşağa verilmə normasının yerinə yetirilməsinə nəzarət edir və zəruri hallarda qidanın növbəti dekada üçün korreksiyasını həyata keçirir. Tibb bacısı əsas qida inqrediyentlərinin yekun cədvəli üzrə hesablamaları (kalorilik, zülal, yağ və karbohidratların miqdarı hesablanır) ayda bir dəfə aparır. Vitaminlərlə zənginləşdirilmiş yeməklər qızdırılmır.
1.4.27. Qidalanma ardıcıllığının təmin olunması üçün gündəlik menyu divara vurularaq, valideynlərə uşağın qidalanmasına dair müntəzəm məlumat verilir.
1.4.28. Tibb işçisi tərəfindən xüsusi jurnalda yeməyin keyfiyyəti, yeməklərin hazırlanma səviyyəsi haqqında müvafiq qeydlər aparıldıqdan və müayinə üçün nümunə götürüldükdən sonra hazır yeməklərin uşaqlara paylanmasına icazə verilir. Porsiyalara ayrılmış yeməklərin çəkisi bölgü menyusundakı göstərici ilə eyni olmalıdır. Yeməklərin hazırlanması texnologiyası pozularsa və yeməklər tam bişirilməzsə, yalnız qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yeməklərin paylanmasına icazə verilir.
1.4.29. Hər gün hazır məhsulun gündəlik nümunəsi götürülüb saxlanılmalıdır. Gündəlik nümunə bir porsiya həcmində, qeyri-qənaətbəxş epidemioloji vəziyyət zamanı mikrobioloji tədqiqat üçün 100 qramdan az olmayaraq, yemək və ya qarnir nümunələri həcmində götürülür. Nümunələr qapaqlı steril şüşə qabda götürülərək (qarnir və salatlar ayrı qablarda saxlanılır), xüsusi soyuducuda və ya soyuducunun bu məqsədlə ayrılan bölməsində 48 saat ərzində 2-
1.4.30. Qida məhsullarının daşınması, onların saxlanması və çirklənmədən qorunması üçün aşağıdakı tələblər təmin olunmalıdır:
1.4.30.1. tez xarab olan məhsulların daşınması nişanlanmış qapalı qablarda həyata keçirilməlidir. İlin isti dövrlərində tez xarab olan və xüsusilə tez xarab olan məhsullar daşınma zamanı temperatur rejiminin saxlanmasını (buz olmadan - 1 saat, buzla - 3 saat ərzində) təmin edən soyuducu və ya izotermik nəqliyyatda daşınmalıdır. Qida məhsullarının daşınması üçün ayrılan nəqliyyat vasitəsi sanitariya pasportuna malik olmalıdır. Avtonəqliyyatın banı daxildən asanlıqla təmizlənən materialla örtülməli və stellajlarla təchiz edilməlidir;
1.4.30.2. ərzaq və qida məhsullarını yolboyu müşayiət edən, məhsulların boşaldılmasını və yüklənməsini həyata keçirən şəxslər xüsusi sanitar geyimlə (xələt, əlcək) təchiz edilməli və tibbi müayinələrdən keçmələri barədə laborator tədqiqatlarının nəticələrinə, eləcə də peşəkar gigiyenik hazırlıqdan və attestasiyadan keçmələrinə dair qeydlərin olduğu müvafiq formalı şəxsi tibbi kitabçaya malik olmalıdırlar;
1.4.30.3. ərzaq məhsullarının daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələri təmiz saxlanılmalıdır. Həmin nəqliyyat vasitələrində insanların və digər malların daşınmasına yol verilməməlidir;
1.4.30.4. qida məhsulları daşınan nəqliyyatın sürücüsü maşının gündəlik sanitar təmizliyini həyata keçirməli, 10 gündə bir dəfə isə dezinfeksiya işlərini aparmalıdır;
1.4.30.5. qida məhsullarının daşındığı qablar nişanlanmalı və yalnız təyinatına görə istifadə olunmalıdır. Polietilen və digər kisələr, metal və taxta yeşiklər, çəlləklər, bidonlar və digər qablar istifadədən sonra təmizlənməli, 2 faizli kalsiumlu soda məhlulu qarışdırılmış su ilə yuyularaq, üzərinə qaynar su tökülməli, qurudulmalı və çirklənmiş yerdən uzaq saxlanılmalıdır. Qabların təmizlənməsi xüsusi otaqlarda həyata keçirilməlidir. Qida məhsullarının daşınmasında mətbəx ləvazimatlarının istifadəsinə yol verilmir.
1.4.31. Məktəbəqədər təhsil müəssisələrinə qəbul edilən qida məhsulları sanitariya qaydalarına uyğunluq haqqında sanitar-epidemioloji rəyə malik olmalıdır. Qida məhsullarının keyfiyyətinə nəzarəti anbardar və xüsusi kitabda qeydiyyat aparan tibb işçisi həyata keçirir. Müşayiətedici sənədləri (qaimə, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarışın surəti, qida təhlükəsizliyi sertifikatı) olmayan, saxlanma müddəti başa çatmış və xarab olma əlamətləri olan qida məhsullarının məktəbəqədər təhsil müəssisəsinə qəbuluna yol verilmir. Məktəbəqədər təhsil müəssisəsinin həyətindən yığılmış meyvə və tərəvəzlərin uşaqların qidalanması üçün istifadəsinə yalnız həmin məhsullara müsbət sanitar-epidemioloji rəy olduğu zaman yol verilir.
[50]
1.4.32. Tez xarab olan ərzaq məhsulları 2-
|
27 nömrəli cədvəl
|
Qida məhsullarının adı
|
2-6°C-dən yüksək olmayan temperaturda qida məhsullarının saxlanması və realizə müddətləri (saatla)
|
1
|
2
|
İritikəli ət yarımfabrikatları
|
48
|
Dondurulmuş qaraciyər
|
48
|
Soyudulmuş qaraciyər
|
24
|
|