×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
29.06.2012
QEYDİYYAT NÖMRƏSİ
392-IVQ
ADI
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 07-09-2012, Nəşr nömrəsi: 199), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-09-2012, Nəşr nömrəsi: 201), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2012, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 838)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.09.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
140.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201206290392
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.09.2012
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi təsdiq edilsin.

2. Məcəllənin aşağıdakı müddəaları bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir:

2.1. şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə;

2.2. tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 11 il sonra. [1]

3. Məcəllənin bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

4. Məcəllənin qüvvəyə mindiyi gündən "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 473; 2001, № 11, maddə 676; 2002, № 5, maddə 241; 2007, № 10, maddə 938; 2008, № 7, maddə 602; 2009, № 5, maddə 310, № 12, maddə 948; 2010, № 4, maddə 275) ləğv edilir.

5. Şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır.

6. Məcəllə qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə hüquqi qüvvəsini saxlayır. Bu sənədlər məqsəd və məzmun baxımından Məcəllənin V fəslinin müddəalarına uyğunlaşdırılmalı, eləcə də Məcəllə ilə müəyyən edilmiş qaydada elan olunmalıdır. Mövcud ərazi planlaşdırılması sənədlərində dəyişikliklər Məcəllənin 32.1–32.3-cü, 34.1–34.3-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7. Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Bu cür ərazi planlaşdırılması sənədləri barədə onların sifarişçiləri Məcəllədə nəzərdə tutulmuş qaydada ictimaiyyətə ətraflı məlumat verməli və həmin sənədləri öz saytlarında dərc etməlidirlər.

8. Məcəllə qüvvəyə minənədək torpaq islahatı ilə bağlı torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada kənd ərazilərində naturada işlənilmiş və təsdiq edilmiş yerquruluşu planları müfəssəl planlara bərabər sayılır.

9. Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətində qüvvədədir. Məcəllə qüvvəyə minənədək tikintiyə icazə verilməsi üzrə başlanılmış icraat Məcəllənin 75-76-cı maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

10. Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız XVI-XVIII fəsillərində nəzərdə tutulmuş müddəalar şamil olunur.

11. Məcəllə qüvvəyə minənədək tikintisinə icazə verilmiş, lakin Məcəlləyə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinin tikintisinə nəzarət Məcəllənin 80.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

12. Məcəllə qüvvəyə minənədək ekspertizadan keçirilmiş, lakin icrasına başlanılmamış tikinti layihələrinə dair ekspert rəyləri tikintiyə icazənin qüvvədə olduğu müddətdə etibarlıdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyun 2012-ci il

№ 392-IVQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 fevral 2016-cı il tarixli 119-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2016-cı il, № 49; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 215)

2.       30 dekabr 2016-cı il tarixli 495-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 fevral 2017-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 154)

3.       1 fevral 2018-ci il tarixli 985-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 fevral 2018-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 164)

4.       28 dekabr 2018-ci il tarixli 1422-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2019-cu il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 39)

5.       30 mart 2020-ci il tarixli 39-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 391)

6.       1 fevral 2021-ci il tarixli 259-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2021-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 112)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 fevral 2016-cı il tarixli 119-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2016-cı il, № 49; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 215) ilə 2.2-ci maddəsində “3 il” sözləri “4 il” sözləri ilə əvəz edilmişdir.

30 dekabr 2016-cı il tarixli 495-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 fevral 2017-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 154) ilə 2.2-ci maddədə “4 il” sözləri “5 il” sözləri ilə əvəz edilmişdir.

1 fevral 2018-ci il tarixli 985-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 fevral 2018-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 164) ilə 2.2-ci maddədə “5 il” sözləri “6 il” sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2018-ci il tarixli 1422-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2019-cu il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 39) ilə 2.2-ci maddəsində “6 il” sözləri “7 il” sözləri ilə əvəz edilmişdir.

30 mart 2020-ci il tarixli 39-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 391) ilə 2.2-ci maddəsində “7 il” sözləri “8 il” sözləri ilə əvəz edilmişdir.

1 fevral 2021-ci il tarixli 259-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2021-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 112) ilə 2.2-ci maddədə “8 il” sözləri “11 il” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status