![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
06.09.2012 |
Qeydiyyat nömrəsi |
10 |
Adı |
“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydalarına dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
14.09.2012 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201209060010 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
13.09.2012 |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması ilə bağlı görülmüş işlərə dair” Arayışı ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığına müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏRARA ALIR:
1. QKDK-nın 17 fevral 2012-ci il tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“2.2.8. uduşlu lotereya biletlərinin və ya lotereya üzrə uduş fondunun “Lotereyalar haqqında ”Azərbaycan Respublikasının Qanununun 7.4-cü maddəsinə müvafiq olaraq lotereya biletlərinə bərabər tutulan digər məlumat daşıyıcıları əsasında oynanılması və uduşu nəzərdə tutulduğu halda bu məlumat daşıyıcılarının lotereya təşkilatçısı tərəfindən qəbulu, habelə uduşların verilməsi (ödənilməsi) qaydası və müddəti;”
1.2. 4.2.-ci bəndində “zərurət yarandıqda, lotereyanın şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə” sözləri çıxarılsın.
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydalara dəyişiklikləri 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (F.Rəhimli) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.
4. Aparatın rəhbərinə (B.Əzizov) tapşırılsın ki, QKDK-nın aparatının, QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, habelə tabeliyində olan qurumların bu Qərarla tanış olmalarını təmin etsin.
5. QKDK-nın 10 iyul 2012-ci il tarixli 09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bəzi normativ hüquqi aktlarına dəyişikliklər edilməsi barədə” Qərarı ləğv edilsin.
6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.
Sədr R.Aslanlı