![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
06.09.2012 |
Qeydiyyat nömrəsi |
11 |
Adı |
“İnvestisiya qiymətli kağızların emissiyası” Qaydalarına dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
14.09.2012 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201209060011 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
13.09.2012 |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması ilə bağlı görülmüş işlərə dair” Arayışı ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığına müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏRARA ALIR:[1]
1. QKDK-nın 11 may 2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnvestisiya qiymətli kağızların emissiyası” Qaydalarının 6.9-cu bəndində “edilə bilər” sözləri “edilir” sözü ilə, 3.31-ci, 4.36-cı, 5.28-ci və 6.34-cü bəndlərində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin, 3.15-ci, 3.33-cü, 4.14-cü, 4.39-cu, 5.16-cı, 5.31-ci və 6.14-cü bəndlərində “məhkəmə” sözündən əvvəl “inzibati və” sözləri, 3.37-ci bəndinin 5-ci yarımbəndində “digər” sözündən əvvəl “emitent tərəfindən” sözləri əlavə edilsin və 3.13.3-cü, 4.12.3-cü, 5.14.3-cü və 6.12.3-cü bəndləri çıxarılsın.
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydalara dəyişiklikləri 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.
4. Aparatın rəhbərinə (B.Əzizov) tapşırılsın ki, QKDK-nın aparatının, QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, habelə tabeliyində olan qurumların bu Qərarla tanış olmalarını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.
Sədr R.Aslanlı
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 27 yanvar 2016-cı il tarixli 05 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601270005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 fevral 2016-cı il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 27 yanvar 2016-cı il tarixli 05 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601270005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 fevral 2016-cı il) ilə “İnvestisiya qiymətli kağızların emissiyası” Qaydalarına dəyişikliklər edilməsi barədə” 2012-ci il 6 sentyabr tarixli 11 nömrəli Qərar ləğv olunmuşdur.