Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanını “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 631; 2010, № 12, maddə 1064; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 8.12-ci, 8.13-cü, 8.18-ci, 8.20-ci, 8.21-ci, 8,32-ci, 8.45-8.48-ci, 9.18-9.20-ci və 9.22-ci bəndlərdə ismin müvafiq hallarında “normativ sənədlər” sözləri “texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilsin.
2. 8.14-cü bənddə “istifadəsi, istismarı,” sözləri çıxarılsın və “normativ sənədlərin” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin.
3. 8.22-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.22. istehlak bazarının texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan (işlərdən, xidmətlərdən) qorunması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;”.
4. 8.25-ci bənddə “uyğunluğun qiymətləndirilməsi orqanlarının, sınaq laboratoriyalarının (mərkəzlərinin)” sözləri “sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının” sözləri ilə əvəz edilsin.
5. 8.26-cı bənddə “normativ sənədlərin” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə və “uyğunluğun qiymətləndirilməsi orqanlarının, sınaq laboratoriyalarının” sözləri “sınaq və kalibrlənmə laboratoriyalarının, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının” sözləri ilə əvəz edilsin.
6. 8.39-cu bənd aşağıdakı redaksiyada verilsin:
“8.39. akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanları tərəfindən qanunvericiliyə müvafiq olaraq təsərrüfat subyektlərinə uyğunluğun qiymətləndirilməsi sahəsində təsdiqedici sənədlər verilməsi zamanı qanunvericiliyə riayət olunmasına nəzarət etmək;”
7. 9.8-ci bənddə “qanunvericiliyə uyğun olaraq” sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin;
8. 9.10-cu bənddə “öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş” sözləri “qanunvericiliklə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
9. 9.13-cü bənd aşağıdakı redaksiyada verilsin:
“9.13. məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etmək üçün qanunvericiliyə uyğun olaraq sınaq nümunələrini əvəzsiz qaydada seçib götürmək, sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsini təsərrüfat subyektinə qaytarmaq;”.
10. 9.14-cü bənddə “normativ sənədlərin” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə və “qanunvericilikdə nəzərdə tutulmuş” sözləri “qanunvericiliyə uyğun olaraq” sözləri ilə əvəz edilsin.
11. 9.15-ci bənd aşağıdakı redaksiyada verilsin:
“9.15. məhsullarda texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, lakin aradan qaldırılması mümkün olan qüsurlar aşkar edildikdə, 30 günədək müddət müəyyən etməklə həmin qüsurların aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq yazılı göstərişlər vermək;”.
12. 9.17-ci bənddə “nöqsanlar” sözü “qüsurlar” sözü ilə və “müvafiq tədbirlər görmək” sözləri “tələbnamə vermək” sözləri ilə əvəz edilsin.
13. 9.21-ci bənddən “və xüsusi icazələrin” sözləri çıxarılsın.
14. 9.24-cü, 9.25-ci və 9.27-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“9.24. metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarının, istehsalının və satışının qadağan edilməsi barədə tələbnamə vermək;";
“9.25. metroloji qayda və normaların pozulmasının aradan qaldırılması üçün 30 günədək müddət müəyyən etməklə iradnamə vermək;”;
“9.27. müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamə vermək;”.
15. 9.28-ci bənddə “qadağalar” sözü “qadağa” sözü ilə əvəz edilsin.
16. 9.31-ci bənddə “qanunvericiliyə uyğun olaraq” sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.
17. 9.32-ci bənd aşağıdakı redaksiyada verilsin:
“9.32. Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən müvafiq dövlət standartları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçməyən və ya dövlət standartlarının tələblərinə cavab verməyən, insan həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitə zərər vura bilən xarici məhsul və xidmətlərin realizə edilməsini qadağan etmək;”.
18. 11-ci hissə aşağıdakı redaksiyada verilsin:
“11. Komitənin strukturu və işçilərinin ümumi say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.”.
19. 15.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“15.4. Komitənin aparatının işçilərini, strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini, rəhbərlərin müavinlərini, onların struktur bölmələri və ərazi idarələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2012-ci il
№ 710