AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.10.2012
QEYDİYYAT NÖMRƏSİ
250
ADI
“Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2012, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1031)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.10.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201210220250
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.10.2012
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 364; 2003, № 8, maddə 460; 2006, № 6, maddə 584; 2007, № 10, maddə 1021) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci və on üçüncü abzaslar ləğv edilsin;

1.2. on ikinci abzasda “Əsasnamə;” sözü “Əsasnamə təsdiq edilsin (əlavə olunur).” sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Bakı şəhəri, 22 oktyabr 2012-ci il

            250

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status