AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
01.11.2012
QEYDİYYAT NÖMRƏSİ
722
ADI
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02-11-2012, Nəşr nömrəsi: 244), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2012, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1082)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201211010722
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.11.2012
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №11, maddə 704; 2003, №10, maddə 563; 2004, №12, maddə 1005; 2005, №2, maddə 69; 2008, №1, maddə 8) ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları hesab edilmir.”.

2. 2.5-ci bəndə aşağıdakı məzmunda yeddinci-doqquzuncu yarımbəndlər əlavə edilsin, yeddinci yarımbənd müvafiq olaraq onuncu yarımbənd hesab edilsin:

“reklam daşıyıcısının yerləşdirilməsi piyadaların hərəkətinə, gediş-gəlişinə mane olmamalı və onların rahat keçməsini məhdudlaşdırmamalıdır;

ərazinin estetik görünüşünə xələl gətirməməlidir;

reklam daşıyıcısı təsvirsiz qalmamalıdır;”.

3. 2.6-cı bəndin ikinci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“reklam lövhəsinin yerləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;”.

4. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, dövlət orqanlarının binalarının, məscid və ibadətgahların ərazilərində reklam daşıyıcılarının yerləşdirilməsinə yol verilmir. Memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər.”.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 noyabr 2012-ci il

№ 722

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status