AKTIN NÖVÜ
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
QƏBUL EDİLDİYİ TARİX
05.11.2012
QEYDİYYAT NÖMRƏSİ
119
ADI
“Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.11.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201211050119
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.11.2012
“Dövlət orqanlarında dövlət qulluǧuna qəbul ilə baǧlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının Qərarı

Qəbul edildiyi tarix

05.11.2012

Qeydiyyat nömrəsi

119

Adı

“Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları”nın təsdiq edilməsi barədə[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

09.11.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

330.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201211050119

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

08.11.2012

 

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 8-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya qərara alır:

1. “Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları” təsdiq edilsin (əlavə olunur);

2. Hüquq sektoruna (V.Əsgərova) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;

3. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2009-cu il 1 oktyabr tarixli 250 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları” ləğv edilsin.

4. Bu Qərarın icrasına nəzarəti sədr müavini Vəfadar Misirova tapşırılsın.

 

Sədr                                                                                                         Bəhram Xəlilov

 

 

 

Təsdiq edilmişdir:

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Sədr _____________Bəhram Xəlilov

 

Qərar N 119

5 noyabr 2012-ci il

 

 

Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası

 

QAYDALARI

 

1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 8-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin (tapşırıqlarının) hazırlanması və ekspertizası qaydalarını müəyyən edir.

2. Test imtahanı namizədlər tərəfindən test tapşırıqlarının yerinə yetirilməsini nəzərdə tutur. Test imtahanında namizədlərə 100 test tapşırığı (bundan sonra - imtahan testi) təqdim olunur.

2.1. İmtahan testi aşağıdakı test bloklarından ibarətdir:

2.1.1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklərin və Azərbaycan Respublikasının dövlət dili üzrə biliklərin yoxlanılması üçün test tapşırıqlarından ibarət test bloku;

2.1.2. qanunvericilik üzrə biliklərin yoxlanılması üçün test tapşırıqlarından ibarət test bloku;

2.1.3. informasiya texnologiyalarından istifadə üzrə biliklərin yoxlanılması üçün test tapşırıqlarından ibarət test bloku;

2.1.4. məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün test tapşırıqlarından ibarət test bloku.

3. Bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş test bloklarına uyğun olaraq müvafiq sahələr üzrə test tapşırıqları hazırlanır və ekspertizadan keçirilir. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Komissiya tərəfindən təşkil edilir. Test tapşırıqlarının hazırlanması və ekspertizası Komissiyanın, digər dövlət orqanlarının, müvafiq təhsil müəssisələrinin və mərkəzlərinin xüsusi biliklərə malik olan əməkdaşları və ya müstəqil mütəxəssislər cəlb edilməklə həyata keçirilir. Test tapşırıqlarının hazırlanmasına cəlb edilmiş şəxslər müəllif, test tapşırıqlarının ekspertizasına cəlb edilmiş şəxslər isə ekspert adlanır.

4. Test tapşırıqlarının hazırlanması aşağıdakı qaydada həyata keçirilir:

4.1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında test tapşırıqları dünyanın və Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri haqqında ümumi bilikləri, dövlət dili üzrə bilikləri yoxlayan test tapşırıqları isə Azərbaycan dili üzrə bilikləri müəyyən etmək üçün hazırlanır;

4.2. qanunvericilik üzrə test tapşırıqları dövlət qulluğu və dövlət qulluqçusunun qulluq funksiyaları ilə bağlı normativ hüquqi aktlar (Azərbaycan Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktlar) üzrə bilikləri müəyyən etmək üçün hazırlanır;

4.3. informasiya texnologiyaları üzrə test tapşırıqları informasiya texnologiyaları sahəsində minimal bilikləri müəyyən etmək üçün hazırlanır;

4.4. məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə test tapşırıqları namizədin intellektual səviyyəsinin, zehni inkişafının, analiz və sintez etmə qabiliyyətinin, ümumiləşdirmə, müqayisəetmə, dərketmə bacarığının və təfəkkürlə bağlı digər qabiliyyətlərinin müəyyən edilməsi üçün hazırlanır;

5. Test tapşırıqlarının hazırlanması üçün ümumiləşdirilmiş proqram tərtib edilir. Proqramda test tapşırıqlarının hazırlanmasında istifadə ediləcək mövzular və müvafiq ədəbiyyat siyahısı (normativ hüquqi aktlar, dərsliklər, dərs vəsaitləri və digər mənbələr) göstərilir.

6. Hazırlanan hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir.

6.1. test tapşırığı şərtdən və cavablardan ibarət olmalıdır;

6.2. hər bir test tapşırığına dörd cavab hazırlanmalı və bunlardan biri düzgün, üçü isə səhv olmalıdır. Məntiqi düşünmə qabiliyyətini yoxlayan test tapşırıqları üçün beş cavab hazırlanmalı, onlardan biri düzgün, dördü isə səhv olmalıdır;

6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır;

6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır;

6.5. test tapşırığının şərti və cavabları qısa, dəqiq, aydın və birmənalı olmalıdır;

6.6. düzgün olmayan cavablar məntiqi cəhətdən əsaslandırılmalı və düzgün cavaba yaxın olmalıdır.

7. Hazırlanan test tapşırıqları ekspertizadan keçirilir. Test tapşırıqlarının ekspertizası üçün cəlb edilmiş ekspertlər aşağıdakı tələblərə əməl etməlidirlər:

7.1. Komissiya tərəfindən qadağan edilmiş vasitələrlə ekspertiza zalına daxil olmamalı;

7.2. ekspertizanın keçirildiyi müddətdə ekspertizanın keçirilməsi üzrə məsul şəxslər istisna olmaqla digər şəxslərlə əlaqə saxlamamalı;

7.3. ekspertizanın keçirilməsi üzrə məsul şəxslərin razılığı olmadan ekspertiza zalını tərk etməməli;

7.4. ekspertiza edilən test tapşırıqlarını ekspertiza zalından kənara çıxarmamalı və onların yayılmasına yol verməməli;

7.5. ekspertiza keçirilməsi üzrə məsul şəxslərin göstərişlərinə tabe olmalı.

8. Ekspertizadan keçirilmiş test tapşırıqları müvafiq sahələr üzrə test bankına daxil edilir. Hər bir sahə üzrə test bankında toplanan test tapşırıqlarının ümumi sayı imtahan testinin müvafiq test blokunda olan test tapşırıqlarının sayından ən azı 20 dəfə çox olmalıdır.

9. Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır.

10. Yeni test tapşırıqları bu Qaydalara uyğun olaraq test bankına əlavə edilir. Test bankında toplanmış test tapşırıqları təkmilləşdirilmə məqsədilə və qanunvericilikdə olan dəyişikliklər nəzərə alınmaqla yenidən ekspertizadan keçirilir.

11. Test tapşırıqlarının hazırlanması, ekspertizasının keçirilməsi və test bankının saxlanılması ilə əlaqədar məxfilik rejimi Komissiya, habelə müəlliflər, ekspertlər və bu prosesdə iştirak edən digər şəxslər tərəfindən təmin edilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 mart 2017-ci il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201703100086, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 mart 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 mart 2017-ci il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201703100086, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 mart 2017-ci il) ilə “Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 5 noyabr tarixli 119 nömrəli qərarı ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status