×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Xarici İşlər Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
08.11.2012
QEYDİYYAT NÖMRƏSİ
Q/08-12
ADI
“Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.11.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201211020812
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.11.2012
“Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN QƏRARI

Qəbul edildiyi tarix

08.11.2012

Qeydiyyat nömrəsi

Q/08-12

Adı

“Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

23.11.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

430.030.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201211020812

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

22.11.2012

 

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 8.34-cü bəndini “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 5.6-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi QƏRARA ALIR: [1]

1. “Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qeydiyyata alınması Qaydaları” təsdiq edilsin (əlavə olunur). [2]

2. Hüquqi təminat idarəsi bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

 

Nazir                                                                                   Elmar Məmmədyarov


 

Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qeydiyyata alınması[3]

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 8.14-1-ci bəndinə müvafiq olaraq hazırlanmış və xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin (bundan sonra – diplomatik nümayəndəlik) əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (bundan sonra – Nazirlik) qeydiyyatını tənzimləyir.[4]

1.2. Qeydiyyat Nazirliyin Dövlət Protokolu İdarəsi tərəfindən həyata keçirilir. [5]

1.3. Nazirlik tərəfindən akkreditə olunmuş şəxslər diplomatik nümayəndəliklərin heyət üzvləri kimi tanınır. [6]

1.4. Nazirlik tərəfindən aşağıda göstərilən kateqoriyalara aid şəxslərin qeydiyyatı aparılır:[7]

1.4.1. Diplomatik heyətin üzvləri, onların ailə üzvləri;

1.4.2. İnzibati-texniki heyətin üzvləri, onların ailə üzvləri;

1.4.3. Xidmətçi heyətin üzvləri, onların ailə üzvləri;[8]

1.4.4. Diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasının vətəndaşları;

1.4.5. Fəxri konsullar;

1.4.6. Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər. [9]

1.5. Ailə üzvləri qismində diplomatik nümayəndəliyin diplomatik və ya inzibati-texniki heyət üzvünün həyat yoldaşı və 18 yaşına çatmamış uşaqları nəzərdə tutulur. Diplomatik nümayəndəliyin heyət üzvü ilə rəsmi nikahda olan şəxs həyat yoldaşı kimi qəbul olunur. Partnyor münasibətlərində olan şəxslər və eynicinsli nikahda olan şəxslər həyat yoldaşı kimi qəbul olunmur.

1.6. Qarşılıqlılıq prinsipi əsasında diplomatik nümayəndəliklərin heyət üzvlərinin onlarla birlikdə yaşayan valideynlərinin və 18-25 yaşlarında olan uşaqlarının Nazirlik tərəfindən qeydiyyatı aparılır. [10]

 

2. Vəsiqələrin növləri

 

2.1. Nazirlik tərəfindən bu Qaydaların 1.4-cü bəndində göstərilən kateqoriyalara aid şəxslərə nümunələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 iyul tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş aşağıdakı vəsiqələr verilir:[11]

2.2. Diplomatik vəsiqə:

2.2.1. Diplomatik heyətin üzvlərinə və onların ailə üzvlərinə;

2.2.2. İqamətgahı Bakı şəhərində olmayan diplomatik nümayəndəliklərin başçılarına, həmin diplomatik nümayəndəliklərin diplomatik heyətinin bir nəfər üzvünə, hərbi (müdafiə, polis və ya sərhəd) məsələlər üzrə attaşelərinə;

2.2.3. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azərbaycan Respublikasındakı nümayəndəliklərində çalışan və BMT-nin "Laissez-Passer" sənədinə malik olan əməkdaşlarına (Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə;

2.2.4. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən diplomatik statusa, imtiyaz və immunitetlərə malik olan beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin başçılarına, diplomatik pasporta malik əməkdaşlarına (Azərbaycan Respublikası vətəndaşları istisna olunmaqla) və onların ailə üzvlərinə.

2.3. Xidməti vəsiqə:

2.3.1. Diplomatik nümayəndəliklərin xidməti pasporta malik olan əməkdaşlarına və onların ailə üzvlərinə;

2.3.2. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azərbaycan Respublikasındakı nümayəndəliklərində çalışan və BMT-nin "Laissez-Passer" sənədinə malik olmayan əməkdaşlarına (Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə;

2.3.3. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən imtiyaz və immunitetlərə malik olan, lakin xidməti pasporta malik olmayan beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin inzibati-texniki heyətinə (Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə.

2.4. Qeydiyyat vəsiqəsi: [12]

2.4.1. Diplomatik nümayəndəliklərdə çalışan xidməti və ya xüsusi pasporta, eyni zamanda imtiyaz və immunitetlərə malik olmayan, xarici dövlətlərin vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalın üzvlərinə;

2.4.2. Diplomatik nümayəndəliklərin heyət üzvü olmayan özəl ev işçilərinə;

2.4.3. Azərbaycan Respublikasında daimi yaşayan və diplomatik nümayəndəliklərdə çalışan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlarına, üçüncü dövlətlərin vətəndaşlarına;

2.4.4. Diplomatik nümayəndəliklərin Azərbaycan Respublikasının vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalının üzvlərinə;

2.4.5. Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə.[13]

2.5. Fəxri konsul vəsiqəsi:

2.5.1. Xarici ölkələrin Azərbaycan Respublikasındakı fəxri konsullarına.

2.5.2. Diplomatik nümayəndəliklərin heyətinin bu bənddə qeyd olunan üzvlərinə 1963-cü il tarixli "Konsulluq Əlaqələri haqqında” Vyana Konvensiyasında fəxri konsullara münasibətdə nəzərdə tutulmuş imtiyaz və immunitetlər şamil olunur.

2.5.3. Fəxri konsulların ailə üzvlərinin qeydiyyatı aparılmır. [14]

2.6. Pasportunun növünə və tutduğu vəzifəyə görə diplomatik nümayəndəliyin heyət üzvünün qeyd olunan kateqoriyalardan hər hansı birinə uyğun gəlməsinə baxmayaraq, qarşılıqlılıq prinsipi əsasında Nazirlik diplomatik nümayəndəliyin heyət üzvünün statusunu aydınlaşdırmaq və ona verilən vəsiqənin kateqoriyasını müəyyən etmək hüququna malikdir.

2.7. Bütün vəsiqələr 2 il müddətinə etibarlıdır.

2.8. Diplomatik nümayəndəliklərin heyət üzvlərinin imtiyaz və immunitetləri 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr, 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana konvensiyalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.

 

3. Diplomatik, xidməti və fəxri konsul vəsiqələrinin verilməsi[15]

 

3.1. Diplomatik, xidməti və fəxri konsul vəsiqələrinin verilməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim olunur: [16]

3.1.1. Verbal nota;

Ölkəyə daxil olduqdan və ya işə qəbul olunduqdan sonra 10 iş günü ərzində qeydiyyat haqqında verbal nota göndərilir. Notada, qeydiyyata alınan şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunur. [17]

3.1.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.1.3. Xarici ölkə vətəndaşının pasportunun onun sahibi haqqında başlıca məlumatı əks etdirən səhifələrinin (adı, soyadı, fotoşəkli, pasportun növünü göstərən) surəti, Azərbaycan Respublikası vətəndaşının isə şəxsiyyət vəsiqəsinin surəti; [18]

3.1.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Vəsiqə üçün anket” (Application for identity card) (əlavə 1). [19]

3.2. Anket doldurularkən ev ünvanının olmadığı təqdirdə, ev ünvanı məlum olduqdan sonra və ya ünvan dəyişdirildiyi zaman bu barədə məlumat 15 iş günü ərzində verbal nota ilə Nazirliyə bildirilməlidir.

3.2-1. Diplomatik, xidməti və fəxri konsul vəsiqələri 2 il müddətinə etibarlıdır.[20]

3.3. Vəsiqənin etibarlılıq müddəti bitdiyi və ya vəsiqənin sahibinin vəzifəsi dəyişdiyi zaman, həmin vəsiqənin yenilənməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim edilir: [21]

3.3.1. Verbal nota;

Verbal notada, qeydiyyata alınan şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunmalıdır.

3.3.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.3.3. Etibarlılıq müddəti bitən və ya dəyişdirilən vəsiqənin surəti;

3.3.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Vəsiqə üçün anket” (Application for identity card) (əlavə 1).

3.4. Vəsiqənin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar sənədlər həmin müddətin bitməsinə ən azı 10 iş günü qalmış təqdim edilir.

3.5. Yeni vəsiqələr təhvil alındığı zaman, etibarlılıq müddəti bitmiş və ya dəyişdirilən vəsiqələrin əsli Nazirliyə təhvil verilir. [22]

3.6. Vəsiqənin itirildiyi, oğurlandığı və ya yararsız vəziyyətə düşdüyü təqdirdə, yeni vəsiqənin əldə olunması üçün Nazirliyə aşağıda qeyd olunan sənədlər təqdim edilir:

3.6.1. Verbal nota;

Verbal notada, vəsiqənin sahibinin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunmalı, vəsiqənin itirilmə, oğurlanma və ya yararsız vəziyyətə düşmə hallarından biri göstərilir.

3.6.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.6.3. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Vəsiqə üçün anket” (Application for identity card) (əlavə 1).

3.7. 3.1 – 3.6 bəndlərdə qeyd edilən sənədlər Nazirliyə rəsmi olaraq təhvil verildikdən sonra vəsiqələr 15 iş günü ərzində hazırlanaraq, aşağıda göstərilən qaydada verilir:

3.7.1. Diplomatik nümayəndəliyin diplomatik heyət üzvlərinə məxsus vəsiqələr şəxsən özləri və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsasında səlahiyyətli diplomat əməkdaşı tərəfindən təhvil alınır;

Onların ailə üzvlərinə məxsus vəsiqələrin ailə başçısı və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsasında səlahiyyətli diplomat əməkdaş tərəfindən təhvil alınması mümkündür.

3.7.2. Diplomatik nümayəndəliyin inzibati-texniki heyət üzvlərinə məxsus vəsiqələr şəxsən özləri tərəfindən təhvil alınır;

Onların ailə üzvlərinə məxsus vəsiqələrin ailə başçısı tərəfindən təhvil alınması mümkündür;

3.7.3. Diplomatik nümayəndəliyin xidmətçi personalına, heyətinin üzvü olmayan özəl ev işçilərinə, diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlara, üçüncü dövlətlərin vətəndaşlarına məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən təhvil alınır;

3.7.4. Fəxri konsullara məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən təhvil alınır.

 

3-1. Qeydiyyat vəsiqəsinin verilməsi[23]

 

3-1.1. Qeydiyyat vəsiqəsinin verilməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim olunur:

3-1.1.1. Qeydiyyata alınan şəxsin təmsil etdiyi təşkilatın müraciət məktubu və (və ya) müvafiq diplomatik nümayəndəliyin notası;

3-1.1.2. Xarici ölkə vətəndaşının pasportunun onun sahibi haqqında başlıca məlumatı əks etdirən səhifələrinin (adı, soyadı, fotoşəkili, pasportun növünü göstərən) surəti;

3-1.1.3. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3-1.1.4. Qeydiyyata alınan şəxs diplomatik nümayəndəlikdə çalışdığı təqdirdə müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Vəsiqə üçün anket” (Application for identity card) (əlavə 1), digər hallarda isə qeydiyyata alınan şəxs tərəfindən doldurulmuş “Qeydiyyat anketi” (Application for registration) (əlavə 3).

3-1.2. Qeydiyyat vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlər, əcnəbi ölkəyə daxil olduqdan sonra, 10 iş günü ərzində Nazirliyə təqdim olunur.

3-1.3. Qeydiyyat vəsiqəsinin müddəti əməkdaşın diplomatik nümayəndəlikdə fəaliyyət müddətinədək, Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə verilən vizanın etibarlılıq müddəti bitənədək, viza tələb olunmayan əcnəbilər üçün isə Azərbaycan Respublikasına edilən səfərin müddəti bitənədək etibarlıdır.

3-1.4. Qeydiyyat vəsiqəsinin etibarlılıq müddəti bitdiyi, qeydiyyat vəsiqəsinin sahibinin vəzifəsi dəyişdirildiyi, qeydiyyat vəsiqəsinin itirildiyi, oğurlandığı və ya yararsız vəziyyətə düşdüyü təqdirdə, yeni vəsiqənin verilməsi üçün bu Qaydaların 3-1.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, mövcud olduğu təqdirdə dəyişdirilən vəsiqənin surəti də təqdim olunur. Müraciət məktubunda və ya notada yeni vəsiqənin verilməsi ilə bağlı müraciətin səbəbi qeyd olunur.

3-1.5. Qeydiyyat vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar sənədlər həmin müddətin bitməsinə ən azı 10 iş günü qalmış təqdim edilir.

3-1.6. Yeni qeydiyyat vəsiqəsi təhvil alındığı zaman, əvvəlki vəsiqənin əsli mövcud olduğu təqdirdə Nazirliyə təhvil verilir.

3-1.7. Bu Qaydaların 3-1.1-ci və 3-1.4-cü bəndlərində qeyd edilən sənədlər Nazirliyə rəsmi olaraq təhvil verildikdən sonra qeydiyyat vəsiqəsi 10 iş günü ərzində hazırlanır və qeydiyyat vəsiqəsinin sahibi tərəfindən şəxsən təhvil alınır.

4. Vəsiqələrin qaytarılması

 

4.1. Diplomatik nümayəndəliklərin əməkdaşları Azərbaycan Respublikasındakı fəaliyyət müddəti başa çatdığı və ya diplomatik nümayəndəlikdəki iş fəaliyyəti bitdiyi gündən 10 iş günü ərzində həmin şəxsə məxsus vəsiqə aşağıda qeyd olunan sənədlərlə birlikdə mütləq qaydada Nazirliyə qaytarılır: [24]

4.1.1. Verbal nota;

Verbal notada, fəaliyyət müddəti başa çatmış şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə qeyd olunmalıdır.

4.1.2. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş bir nüsxədə “Missiyanı tərk etmə haqqında bildiriş” (Notification form of departure) (əlavə 2).

4.2. Diplomatik nümayəndəliklərdə fəaliyyət müddəti başa çatmış əməkdaşların vəsiqələri Nazirliyə qaytarılmadığı təqdirdə, həmin diplomatik nümayəndəliyin yeni əməkdaşlarına müvafiq vəsiqələrin verilməsi üçün müraciətlərə baxılmır.[25]

 

 


 

 


 

ANNEX 3

 

 

REPUBLIC OF AZERBAIJAN

MINISTRY OF FOREIGN AFFAIRS

 

 

APPLICATION FOR REGISTRATION

 

 

 

 

 

PHOTO

 

FAMILY NAME                                                                              FIRST NAME

 

CITIZENSHIP

 

DATE AND PLACE OF BIRTH

 

POSITION

 

PURPOSE OF VISIT

 

DATE OF ENTRY                                                           DURATION OF STAY

 

TYPE AND NUMBER OF PASSPORT

 

PASSPORT ISSUED BY

 

DATE OF ISSUE                                                              VALID UNTIL

 

ADDRESS AND TELEPHONE NUMBER IN THE REPUBLIC OF AZERBAIJAN

 

E-MAIL

 

SIGNATURE OF APPLICANT                           DATE

 

__________________________________________________________________________

 

FOR OFFICIAL USE

 

REGISTRATION CARD NUMBER

 

SIGNATURE                                                                    DATE

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə preambulada “və “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanının 5.3-cü bəndini” sözləri ““Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 5.6-cı bəndini” sözləri ilə əvəz edilmişdir.

 

[2] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə qərarın adında və 1-ci hissəsində “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma” sözləri “Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qeydiyyata alınması” sözləri ilə əvəz edilmişdir.

 

[3] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın adında “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma” sözləri “Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qeydiyyata alınması” sözləri ilə əvəz edilmişdir.

 

[4] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.1. Bu Qaydalar Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin (bundan sonra – diplomatik nümayəndəlik) əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (bundan sonra – Nazirlik) qeydiyyatını (bundan sonra - akkreditə olunmasını) tənzimləyir.

 

[5] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 1.2-ci bənddə “Akkreditə olunma” sözləri “Qeydiyyat” sözü ilə əvəz edilmişdir.

 

[6] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 1.3-cü, 2.7-ci bəndlər və 1.4.4-cü, 2.4.2-ci, 2.4.3-cü, 2.4.4-cü və 3.7.3-cü yarımbəndlər ləğv edilmişdir.

 

[7] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 1.4-cü bənddə “şəxslər akkreditə olunur” sözləri “şəxslərin qeydiyyatı aparılır” sözləri ilə əvəz edilmişdir.

 

[8] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 1.4.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

1.4.3. Xidmətçi heyət, heyət üzvü olmayan özəl ev işçiləri, Azərbaycanda daimi yaşayan və diplomatik nümayəndəliklərdə çalışan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşları, üçüncü dövlətlərin vətəndaşları;

 

[9] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 1.4.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.4.6-cı yarımbənd əlavə edilmişdir.

 

[10] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 1.6-cı bənddə “valideynləri” sözü “valideynlərinin” sözü ilə, “uşaqları Nazirlik tərəfindən akkreditə olunur” sözləri “uşaqlarının Nazirlik tərəfindən qeydiyyatı aparılır” sözləri ilə əvəz edilmişdir.

 

[11] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

2.1. Nazirlik tərəfindən diplomatik nümayəndəliklərin diplomatik və inzibati-texniki heyət üzvlərinə, onların ailə üzvlərinə, xidmətçi heyətə, heyətin üzvü olmayan özəl ev işçilərinə, diplomatik nümayəndəliklərdə çalışan Azərbaycanda daimi yaşayan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlarına, üçüncü dövlətlərin vətəndaşlarına, diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasının vətəndaşlarına və fəxri konsullara aşağıda göstərilən növlərdə akkreditə vəsiqələri verilir:

 

[12] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 2.4-cü bənddə “Vəsiqə” sözü “Qeydiyyat vəsiqəsi” sözləri ilə əvəz edilmişdir.

 

[13] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”na yeni məzmunda 2.4.5-ci yarımbənd əlavə edilmişdir.

 

[14] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 2.5.3-cü yarımbənddə “üzvləri akkreditə olunmur” sözləri “üzvlərinin qeydiyyatı aparılmır” sözləri ilə əvəz edilmişdir.

 

[15] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 3-cü hissənin adında “Vəsiqələrin” sözü “Diplomatik, xidməti və fəxri konsul vəsiqələrinin” sözləri ilə əvəz edilmişdir.

 

[16] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 3.1-ci bənddə “Diplomatik nümayəndəliklərin heyət üzvlərinə akkreditə” sözləri “Diplomatik, xidməti və fəxri konsul” sözləri ilə əvəz edilmişdir.

 

[17] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 3.1.1-ci yarımbəndinin ikinci abzasının birinci cümləsində “akkreditə” sözü “qeydiyyat” sözü ilə əvəz edilmişdir.

 

09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 3.1.1-ci yarımbəndinin ikinci abzasının ikinci cümləsində və 3.3.1-ci yarımbənddin ikinci abzasında “akkreditə olunan” sözləri “qeydiyyata alınan” sözləri ilə əvəz edilmişdir.

 

[18] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 3.1.3-cü yarımbənddən “, Azərbaycan Respublikası vətəndaşının isə şəxsiyyət vəsiqəsinin surəti” sözləri çıxarılmışdır.

 

[19] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 3.1.4-cü, 3.3.4-cü və 3.6.3-cü yarımbəndlərdə “Akkreditasiya kartı üçün anket” sözləri “Vəsiqə üçün anket” sözləri ilə əvəz edilmişdir.

 

[20] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”na yeni məzmunda 3.2-1-ci bənd əlavə edilmişdir.

 

[21] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 3.3-cü bənddə birinci halda, 3.4-cü və 3.6-cı bəndlərdə “Akkreditə vəsiqəsinin” sözləri “Vəsiqənin” sözü ilə əvəz edilmişdir.

 

09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 3.3-cü bənddə ikinci halda və 3.6.1-ci yarımbənddin ikinci abzasında hər iki halda “akkreditə vəsiqəsinin” sözləri “vəsiqənin” sözü ilə əvəz edilmişdir.

 

[22] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 3.5-ci bənddə birinci halda, 3.7-ci bənddə, 3.7.1-ci və 3.7.2-ci yarımbəndlərin birinci abzaslarında “akkreditə vəsiqələri” sözləri ismin müvafiq hallarında “vəsiqələr” sözü ilə əvəz edilmişdir.

 

09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nın 3.5-ci bənddə ikinci halda, 3.7.1-ci və 3.7.2-ci yarımbəndlərin ikinci abzaslarında “akkreditə vəsiqələrinin” sözləri “vəsiqələrin” sözü ilə əvəz edilmişdir.

 

[23] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”na yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.

 

[24] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”na 4.1-ci bənddə heyət üzvlərinin” sözləri “əməkdaşları” sözü ilə, “akkreditə vəsiqəsi” sözləri “vəsiqə” sözü ilə əvəz edilmişdir.

 

[25] 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il) ilə “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”na 4.2-ci bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.2. Akkreditə vəsiqələri Nazirliyə qaytarılmadığı təqdirdə, diplomatik nümayəndəliklərin yeni heyət üzvlərinə akkreditə vəsiqələrinin verilməsi üçün müraciətlərə baxılmır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status