×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
09.12.2004
QEYDİYYAT NÖMRƏSİ
192
ADI
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası»nın təsdiq edilməsi haqqında

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli, 104 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın icrası ilə bağlı vəsaitə olan tələbat dövlət büdcəsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə, Dövlət Sərhəd Xidmətinə nəzərdə tutulmuş vəsait hesabına ödənilsin. [1]

3. Bu qərar 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 9 dekabr 2004-cü il

№ 192

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 9 dekabr tarixli, 192 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması

 

QAYDASI

 

1. Bu Qayda «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hazırlanmışdır və kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri olan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşına (bundan sonra — əməkdaş) və onun ailə üzvlərinə yeni xidmət yerinə köçməsi və əmlakının daşınması ilə əlaqədar pul kompensasiyalarının və nəqliyyat xərclərinin ödənilməsi qaydasını müəyyən edir. [2]

2. Əməkdaşa və onun ailə üzvlərinə yeni xidmət yerinə köçmə və əmlakın daşınması ilə əlaqədar aşağıdakılar ödənilir:

2.1. əməkdaşa və onun ailə üzvlərinə yeni xidmət yerinə köçmə ilə əlaqədar nəqliyyat xərci;

2.2. əməkdaşa və onun ailə üzvlərinə əmlakın daşınması üçün nəqliyyat xərci;

2.3. əməkdaşa birdəfəlik kompensasiya;

2.4. əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya.

3. Bu Qaydanın 2-ci bəndində göstərilənlər əməkdaşa və onun ailə üzvlərinə bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə (50 kilometrdən artıq yol qət etmək şərti ilə) daimi xidmət yerinə getmək üçün aşağıdakı hallarda ödənilir:

3.1. bir yaşayış məntəqəsində yerləşən qurumda olan ştat vəzifəsindən digər yaşayış məntəqəsində yerləşən qurumun ştat vəzifəsinə təyin edilərkən;

3.2. qurumun daimi dislokasiya yeri dəyişərkən;

3.3. xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş əməkdaş başqa yaşayış məntəqəsinə köçərsə.

4. Əməkdaşa və onun ailə üzvlərinə yeni xidmət yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərcləri və birdəfəlik kompensasiyalar aşağıdakı məbləğdə ödənilir:

4.1. əməkdaşa və onun ailə üzvlərinə yeni xidmət yerinə köçmə ilə əlaqədar təqdim edilən sənədlər əsasında nəqliyyat xərcləri — ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gediş haqqı məbləğində (nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yataq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla); [3]

4.2. əməkdaşa yerdəyişmə və vəzifəyə təyin olunma zamanı (50 kilometrdən artıq məsafə qət edilərsə) birdəfəlik kompensasiya — yeni təyin olunduğu vəzifə üzrə bir aylıq vəzifə və rütbə maaşları məbləğində;

4.3. əməkdaşa qurumun daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar yerdəyişmə zamanı (məsafədən asılı olmayaraq) birdəfəlik kompensasiya — bir aylıq vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində;

4.4. bütün hallarda, ailə üzvlərinin hər birinə birdəfəlik kompensasiya — əməkdaşın bir aylıq vəzifə və rütbə maaşlarının 25 faizi məbləğində;

4.5. əməkdaşa 3000 kq-dək əmlakın daşınması üçün çəkdiyi faktiki xərc — yükün daşınması barədə qaimə təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində.

5. Əməkdaşa və onun ailə üzvlərinə yeni xidmət yerinə köçmə və əmlakının daşınması ilə bağlı nəqliyyat xərclərinin ödənilməsi üçün raport, yeni xidmət yerinə köçməsini və əmlakın daşınmasını təsdiq edən digər sənədlər (əmr, sərəncam, göndəriş vərəqəsi, nəqliyyat vasitələrindən istifadə biletləri, yükdaşıma qəbzləri, hesab-faktura və digər sənədlər) təqdim edilməlidir.

6. Əməkdaşa və onun ailə üzvlərinə yeni xidmət yerinə köçmə ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün bu Qaydanın 5-ci bəndində göstərilən sənədlər təqdim edilmədiyi (və ya şəxsi avtomobillə yeni xidmət yerinə getdiyi) hallarda, həmin xərclər hava, su, dəmir yolu və avtomobil nəqliyyatı ilə gedişə görə müəyyən edilmiş ən aşağı qiymətlərə uyğun olaraq ödənilir.

7. Digər hallarda, sənədlər təqdim edilməzsə, əməkdaşa və onun ailə üzvlərinə ödənişlər verilmir.

8. Əməkdaşa və onun ailə üzvlərinə yeni xidmət yerinə köçmə və əmlakının daşınması ilə bağlı nəqliyyat xərclərinin ödənilməsi bu Qaydanın 1-ci bəndində göstərilən orqanlar tərəfindən nağd pulla və ya köçürmə yolu ilə həyata keçirilir.

9. Əməkdaşa və onun ailə üzvlərinə əmlakın daşınması üçün nəqliyyat xərcləri, yeni xidmət yerinə köçməklə əlaqədar nəqliyyat xərcləri və birdəfəlik kompensasiyalar yeni ştat vəzifəsinə təyin edildiyi yerdə, qurumun daimi dislokasiya yerinin dəyişdiyi hallarda isə yeni dislokasiya məntəqəsində ödənilir.

10. Əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin edildiyi gündən bir il müddətində əməkdaşın ailəsi köçüb onun xidmət etdiyi yerə gələrkən ödənilir.

11. Birdəfəlik kompensasiya əməkdaşın himayəsində olan aşağıdakı ailə üzvlərinə ödənilir:

11.1. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, arvadına (ərinə);

11.2. əməkdaşın himayəsində olan uşaqlara;

11.3. əməkdaşın Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə qadın və kişilər üçün nəzərdə tutulmuş pensiya yaşına çatmış və ya yaşından asılı olmayaraq, orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideynlərinə. [4]

12. Birdəfəlik kompensasiya əməkdaşın raportu, təyinolunma barədə əmr, ailə üzvlərinin köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış əsasında verilir.

13. Birdəfəlik kompensasiya aşağıdakı hallarda ödənilmir:

13.1. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin təhsil müəssisəsini bitirdikdən sonra həmin təhsil müəssisəsində ştat vəzifəsinə təyin olunan əməkdaşa;

13.2. əməkdaşın xidmət etdiyi yerə müvəqqəti olaraq gələn ailə üzvlərinə.

14. Yerdəyişmə və vəzifəyə təyin olunmadan sonra əməkdaş yeni xidmət yerində xidmətə başlamaqdan imtina etdiyi hallarda, onun özünə və ailə üzvlərinə ödənilmiş bütün xərclər geri qaytarılmalı və ya əməkdaşın pul təminatından tutulmalıdır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 aprel 2013-cü il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 may 2013-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 447)

2.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

3.       7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516)

4.       23 dekabr 2021-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1531)

5.       25 avqust 2022-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1022)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə 2-ci hissədən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə,” sözləri çıxarılmışdır və həmin hissəyə “Müdafiə Nazirliyinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə,” sözləri əlavə edilmişdir.

25 avqust 2022-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1022) ilə 2-ci hissədə “Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın 1-ci hissəsindən “Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılmışdır və həmin hissəyə “Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin,” sözləri əlavə edilmişdir.

25 avqust 2022-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1022) ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın 1-ci hissəsində “Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 29 aprel 2013-cü il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 may 2013-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 447) ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın 4.1-ci bəndindən “nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı,” sözləri çıxarılmışdır.

 

[4] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın 11.3-cü bəndində “qrup əlil” sözləri “dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

23 dekabr 2021-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1531) ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın 11.3-cü bəndində “I və II dərəcə” sözləri “orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status