AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
05.10.2001
QEYDİYYAT NÖMRƏSİ
191-IIQ
ADI
Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2001, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 684)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında

Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının aşağıdakı rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilsin:

Abşeron rayonu üzrə

Goradil kəndi Fatmayı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Goradil kənd inzibati ərazi dairəsi yaradılsın.

Cəlilabad rayonu üzrə

Sabirabad kəndi Qarazəncir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sabirabad kənd inzibati ərazi dairəsi yaradılsın.

Lənkəran rayonu üzrə

Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılsın.

Masallı rayonu üzrə

Lürən, Pircana və Yusifli kəndləri Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılsın.

Ucar rayonu üzrə

Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılsın.

Yardımlı rayonu üzrə

Avun, Qaraqaya və Urakəran kəndləri Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılsın.

Bürzünbül kəndi Hamarkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Bürzünbül kənd inzibati ərazi dairəsi yaradılsın.

Əvçədulan, Keçələkəran, Vərov və Zəngələ kəndləri Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Vərov kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılsın.

Naxçıvan Muxtar Respublikası

Culfa rayonu üzrə

Camaldin kəndi Ərəzin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Camaldin kənd inzibati ərazi dairəsi yaradılsın.

Gülüstan kəndi Culfa şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Gülüstan kənd inzibati ərazi dairəsi yaradılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 5 oktyabr 2001-ci il
№ 191-IIQ

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status