![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
30.11.2012 |
Qeydiyyat nömrəsi |
17 |
Adı |
“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
15.12.2012 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
130.020.010 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201211300017 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
14.12.2012 |
“Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli 2330 nömrəli Sərəncamına müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏRARA ALIR:
1. QKDK-nın 03 avqust 2011-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.6-cı bənddə "məlumatların" sözündən sonra " (bu Qaydaların 2.2.5-ci, 3.2.5-ci və 4.2.4-cü bəndləri ilə müəyyən edilmiş məlumatlar yalnız qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilən emitentlər üçün)" sözləri əlavə edilsin.
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydalara dəyişiklikləri 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (F.Rəhimli) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.
Sədr R.Aslanlı