×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
30.11.2012
QEYDİYYAT NÖMRƏSİ
16
ADI
“İnvestisiya qiymətli kağızların emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatlarının hazırlanması və açıqlanması” Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.12.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201211300016
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.12.2012
“İnvestisiya qiymətli kağızların emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatlarının hazırlanması və açıqlanması” Qaydalarının təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

30.11.2012

Qeydiyyat nömrəsi

16

Adı

“İnvestisiya qiymətli kağızların emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatlarının hazırlanması və açıqlanması” Qaydalarının təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

15.12.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201211300016

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

14.12.2012

 

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanını və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni əsas tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

QƏRARA ALIR:

 

1. “İnvestisiya qiymətli kağızların emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatlarının hazırlanması və açıqlanması” Qaydaları təsdiq edilsin (Əlavə olunur).[1]

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində   Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Hüquq şöbəsinə (K.Babayev) və Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan  Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. QKDK sədrinin 29 dekabr 2004-cü il tarixli 236 nömrəli Əmri ilə təsdiq edilmiş “İnvestisiya qiymətli kağızların emitentlərinin illik hesabatlarının hazırlanması və açıqlanması” Qaydaları ləğv edilsin.

6. Bu Qərarın icrasına nəzarət sədr müavinlərinə (C.Əliyev və İ.Muradov) həvalə edilsin.

 

 

 

Sədr

Rüfət Aslanlı

 


 

 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 16

“30” noyabr 2012-ci il

Sədr

_____________________

R. Aslanlı

 

İnvestisiya qiymətli kağızların emitentlərinin fəaliyyətləri ilə bağlı

illik hesabatlarının hazırlanması və açıqlanması

Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar investisiya qiymətli kağızların emitentləri (bundan sonra - emitent) tərəfindən illik hesabatların  hazırlanması və açıqlanması qaydalarını müəyyən edir.

1.3. Bu Qaydaların müddəaları dövlət qiymətli kağızların emitentlərinə və yeganə səhmdarı dövlət orqanı olan emitentlərə şamil edilmir.

 

2. İllik hesabatların hazırlanması və təqdim edilmə qaydası

 

2.1 İllik  hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir:

2.1.1 emitentin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı, dövlət qeydiyyatının tarixi və nömrəsi;

2.1.2 emitentin hüquqi ünvanı və olduğu yer;

2.1.3 emitentin adında və təşkilati-hüquqi formasında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları və təşkilati-hüquqi formaları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, emitent hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları və təşkilati-hüquqi formaları;

2.1.4 emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;
          2.1.5 emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, yaxud cəmiyyətin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;

2.1.6 emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı;

2.1.7 emitentin nizamnamə kapitalının on  faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;

2.1.8 emitentin nizamnamə kapitalında payı on faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);

2.1.9 səhmdar cəmiyyəti olan emitentin səhm sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparıldığı halda reyestrsaxlayıcı haqqında məlumat (adı, yerləşdiyi ünvan, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət) və ya reyestrin emitent tərəfindən aparıldığı barədə qeyd;

2.1.10  emitentin səhmdarlarının (payçılarının) hesabat ili ərzində keçirilmiş yığıncaqları barədə məlumat:

2.1.10.1 yığıncağın keçirilmə tarixi və yeri (ünvan);

2.1.10.2 ümumi yığıncaqda qəbul edilmiş qərarlar;

2.1.11. emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı  ayrı-ayrılıqda göstərilir):

2.1.11.1 investisiya qiymətli kağızın növü və forması;

2.1.11.2 investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;

2.1.11.3 investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;

2.1.11.4 investisiya qiymətli kağızlar buraxılışınıın məcmu nominal dəyəri;

2.1.11.5 hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);

2.1.11.6 faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi;

2.1.11.7 investisiya qiymətli kağızların  yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda).

2.1.12 emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:

2.1.12.1 əqdin məbləği;

2.1.12.2 hesabat tarixinə əqdin ödənilməmiş hissəsi;

2.1.13.  hesabat dövrü ərzində emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər haqqında məlumatlar, o cümlədən maliyyə vəziyyəti və maliyyə göstəricilərinin təsviri və onların əvvəlki ilin həmin dövrü üzrə müvafiq maliyyə göstəricilərilə müqayisəsi (qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilmiş və ya fond birjasının kotirovka vərəqələrinə daxil edilmiş emitentlər üçün);

2.1.14. sadələşdirilmiş vergi ödəyicisi olan kiçik sahibkarlıq subyektləri istisna olmaqla, hesabat ili üzrə maliyyə hesabataları (mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları, qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilmiş və ya fond birjasının kotirovka vərəqələrinə daxil edilmiş emitentlər, habelə səhmdar investisiya fondları üçün isə əlavə olaraq kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər);

2.1.15. maliyyə hesabatlarının yoxlanılması haqqında kənar auditorun rəyi;

2.1.16. illik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi.

2.1.17. illik hesabatın açıqlanma mənbəyi haqqında məlumat.

2.2  İllik hesabat hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı və emitent məhdud məsuliyyətli cəmiyyət olduqda növbəti ilin ilk 4 ayı ərzində, səhmdar cəmiyyət olduqda isə, növbəti ilin ilk 6 ayı ərzində səhmdarların (payçıların) illik ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir.

2.5. İllik hesabatın səhifələri nömrələnməli, tikilməli, emitentin icra orqanının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və emitentin möhürü ilə təsdiq edilməlidir. Hesabatı imzalayan şəxslər illik hesabata daxil olan məlumatların tamlığı və dürüstlüyü üçün mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

3. Hesabatların təqdim olunması və məlumatların açıqlanması

 

3.1. İllik hesabatlar emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən 10 gündən gec olmayaraq Azərbaycan Respublikasının  Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra – QKDK) təqdim edilməlidir.

3.2. İllik hesabatlarda  nöqsanlar aşkar edildikdə, təqdim edildiyi tarixdən etibarən 15 iş gün müddətində QKDK həmin nöqsanların aradan qaldırılmasını və illik hesabatın açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir.

3.3. Bu Qaydaların 3.2-ci bəndi ilə müəyyən edilmiş müddət ərzində illik hesabatın açıqlanmasının dayandırılması QKDK tərəfindən tələb olunmadıqda, emitent illik hesabatda olan məlumatların (bu Qaydaların 2.1.7-ci və 2.1.8-ci bəndləri ilə müəyyən edilmiş məlumatlar yalnız qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilən emitentlər üçün) QKDK-ya təqdim edildiyi tarixdən etibarən 30 gün ərzində kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.      03 fevral 2016-cı il tarixli 10-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 fevral 2016-cı il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 03 fevral 2016-cı il tarixli 10-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 fevral 2016-cı il) ilə 1-ci hissəsi ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status