AKTIN NÖVÜ
Ədliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
29.11.2012
QEYDİYYAT NÖMRƏSİ
24-N
ADI
“Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.11.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201211290024
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.11.2012
“Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

29.11.2012

Qeydiyyat nömrəsi

24-N

Adı

“Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

30.11.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201211290024

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

29.11.2012

 

 

Məhkəmə eksperti ixtisasının verilməsi işinin daha şəffaf prosedurlar əsasında həyata keçirilməsi, məhkəmə ekspertizalarının təsnifatının beynəlxalq təcrübəyə uyğunlaşdırılması və digər məsələlərlə əlaqədar, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanına uyğun olaraq “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

 

QƏRARA  ALIR:

 

1. "Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının yeni siyahısı barədə məhkəmələrin və istintaq orqanlarının məlumatlandırılması təmin edilsin (F.Cavadov).

3. “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” nazirlik üzrə 14.06.2000-ci il tarixli 93 ş/h nömrəli əmr (19.06.2000-ci il tarixli 1712 saylı Şəhadətnamə) ləğv edilsin.

4. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

5. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

               Fikrət Məmmədov

 

 


 


 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 24-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə

 

1. Ümumi müddəalar

 

1.1. Məhkəmə ekspertizası mərkəzində (bundan sonra - Mərkəz) məhkəmə ekspertizaları Azərbaycan Respublikasının “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununa, cinayət, mülki və inzibati prosessual qanunvericiliyə, Mərkəzdə məhkəmə ekspertizalarının keçirilməsinə dair normativ-hüquqi aktlara uyğun olaraq yalnız məhkəmə eksperti ixtisasına (bundan sonra - ekspert ixtisası) malik olan əməkdaşlar tərəfindən həyata keçirilir.

1.2. Ekspert ixtisasının verilməsinin məqsədi Azərbaycan Respublikasının prosessual qanunvericiliyi, elm və texnikanın müasir nailiyyətləri əsasında məhkəmə ekspertizalarının icrasının təmin edilməsidir.

1.3. Ekspert ixtisası Mərkəzin Ekspert-ixtisas komissiyasının (bundan sonra - komissiya) qərarı əsasında məhkəmə ekspertizasının növləri və ekspert ixtisasları (1 nömrəli əlavə) üzrə bu Əsasnamə ilə müəyyən edilmiş qaydada məhkəmə ekspertizalarının icrası üçün xüsusi biliyə malik olan ali təhsilli, məhkəmə ekspertizası sahəsində müvafiq hazırlıq (təcrübə) keçmiş şəxslərə verilir.

1.4. Ekspert ixtisasına malik olan əməkdaşa məhkəmə ekspertizasının başqa sahəsi üzrə ekspert ixtisası bu Əsasnamənin tələblərinə əməl edilməklə verilir.

1.5. Mərkəzə digər ekspertiza idarələrindən işə qəbul edilmiş mütəxəssislərə məhkəmə eksperti ixtisası bu Əsasnamənin tələblərinə uyğun olaraq verilir.

1.6. Ekspert-ixtisas komissiyasının yaradılması və onun işinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası” ilə tənzimlənir.

 

2. Məhkəmə eksperti ixtisası üzrə təcrübənin keçirilməsi

 

2.1. Təcrübə müddəti Mərkəzin rəisi tərəfindən təsdiq olunmuş fərdi iş planı əsasında onun təyin etdiyi təcrübəli əməkdaşın rəhbərliyi ilə 6 ay müddətinə planlaşdırılır.

Bu müddət təcrübə keçən şəxsin hazırlığından asılı olaraq təcrübə rəhbərinin vəsatəti əsasında komissiyanın qərarı ilə 6 aydan az olmamaq şərti ilə qısaldılır. [1]

2.2. Məhkəmə ekspertizasının başqa sahəsi üzrə ekspert ixtisası almaq istəyən məhkəmə ekspertinin təcrübə müddəti təcrübə rəhbərinin vəsatəti əsasında komissiyanın qərarı ilə 4 ay müəyyənləşdirilir.

2.3. Fərdi iş planı təcrübə keçən şəxsin təhsili və iş təcrübəsi nəzərə alınmaqla ümumi ekspert ixtisas proqramları əsasında konkret ekspert ixtisası üzrə hazırlanır.

2.4. Təcrübə zamanı verilən tapşırıqlar, onların öyrənilmə ardıcıllığı, icra müddəti namizəd tərəfindən xüsusi tərtib edilmiş gündəlikdə əks olunur. Təcrübə rəhbəri ayda bir dəfədən az olmayaraq, tapşırıqların yerinə yetirilməsini yoxlayır. Hazırlığın ümumi gedişi rübdə bir dəfədən az olmayaraq struktur bölmənin yığıncağında müzakirə olunur.

 

3. Məhkəmə eksperti ixtisasının verilməsi qaydası

 

3.1. Ekspert ixtisasının verilməsi məsələsinə Mərkəzin müvafiq struktur bölməsi rəhbərinin təqdimatı əsasında baxılır.

Mərkəzin struktur bölməsinin rəhbərinə ekspert ixtisasının verilməsi Mərkəz rəisinin aidiyyəti müavininin təqdimatı əsasında ümumi qaydada həll edilir. Ekspert ixtisasının verilməsi haqqında təqdimatda irəli sürülən təklif əsaslandırılmalıdır.

3.2. Ekspert ixtisasının verilməsi üçün komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:

3.2.1. ekspert ixtisasına namizədin fərdi iş planı;

3.2.2. struktur bölmə rəhbərinin təqdimatı;

3.2.3. struktur bölmədə məsələnin müzakirəsinə dair protokoldan çıxarış;

3.2.4. ekspert ixtisasına namizədin xasiyyətnaməsi;

3.2.5. ekspert ixtisasına namizədin yerinə yetirdiyi işlərə dair hesabatı;

3.2.6. ekspert ixtisasına namizədin iştirak etdiyi bir neçə məhkəmə ekspertizası

icraatı üzrə verilmiş ekspert rəylərinin surətləri.

3.3. Komissiya namizədin şəxsi işini tələb etmək hüququna malikdir.

3.4. Komissiya ekspert ixtisasının verilməsi haqqında təqdimata 30 gün müddətində baxmalı və müvafiq qərar qəbul etməlidir. Komissiyanın iclas gününü komissiyanın sədri müəyyən edir.

3.5. Komissiyanın iclası komissiya üzvlərinin azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar komissiya üzvlərinin açıq səsverməsi yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledici olur.

3.6. Məhkəmə eksperti ixtisası almaq üçün namizəd komissiyanın iclasına dəvət edilir.

3.7. Namizədin bilik səviyyəsinin yoxlanılması fərdi qaydada və 35 dəqiqəyədək aparılır.

3.8. Hər bir namizədə iddiasında olduğu ekspert ixtisası üzrə hazırlıq dərəcəsini müəyyən etmək məqsədi ilə 7 sual verilir.

3.9. İclasın gedişində təqdim edilmiş materiallar və verilən suallar vasitəsilə namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:

3.9.1. vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarını, habelə digər normativ-hüquqi aktları tətbiq etmək sahəsində biliyi və bacarığı, o cümlədən elmi-məntiqi təhlil və analiz aparmaq, məsələləri ən səmərəli metodlar seçməklə həll etmək qabiliyyəti, texniki avadanlıqlardan istifadə etmək, tədqiqatlar aparmaq bacarığı və digər peşə keyfiyyətləri;

3.9.2. məhkəmə ekspertizasının nəzəri və praktiki problemləri sahəsində əldə etdiyi biliyi, ekspert tədqiqat metodikalarını mənimsəmə qabiliyyəti, müvafiq ekspertizaları aparmaq bacarığı;

3.9.3. fikrini və rəyini ifadə etmək qabiliyyəti;

3.9.4. analitik düşünmək qabiliyyəti, hadisələri hərtərəfli təhlil etmək və obyektiv qiymətləndirmək, problemin həlli ilə bağlı qərar çıxarmaq bacarığı;

3.9.5. komissiya namizədin məhkəmə eksperti modelinin tələblərinə uyğunluğunu yoxlayır (2 nömrəli əlavə).

3.10. İmtahan zamanı namizədin verdiyi hər bir cavab komissiyanın üzvləri tərəfindən ən çox 5 balla qiymətləndirilir və sonra komissiya üzvlərinin verdiyi qiymətlər toplanılaraq imtahanda iştirak edən komissiya üzvlərinin sayına bölünür. İmtahanın nəticəsi üzrə ən çox 35 bal toplamaq mümkündür.

3.11. İmtahanın nəticələri üzrə namizəd mümkün balın 60%-ni və daha çox bal topladıqda imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

3.12. Komissiya namizədə məhkəmə eksperti ixtisasının verilməsini mümkün hesab etmədikdə, komissiyanın qərarında imtina etmənin səbəbləri göstərilməlidir. Bu halda həmin namizədə məhkəmə eksperti ixtisasının verilməsi məsələsinə təcrübə müddəti 1 aydan az olmamaq şərti ilə uzadıldıqdan sonra yenidən ümumi qaydada baxılır.[2]

3.13. Ekspert 3 il müddətində məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmadıqda, ekspertiza aparmaq hüququnu itirir. Onun biliyi bu Əsasnamənin tələblərinə uyğun olaraq komissiya tərəfindən təkrar yoxlanıldıqdan sonra müvafiq məhkəmə eksperti ixtisası verilə bilər.

3.14. Komissiyada bu məsələyə baxılarkən, ekspert üzrlü səbəblər olmadan komissiyanın iclasına gəlmədikdə və ya gəlməkdən imtina etdikdə, ona verilmiş məhkəmə eksperti ixtisasının ləğv edilməsi məsələsinə onun iştirakı olmadan baxıla bilər.

 

4. Yekun müddəalar

 

4.1. Komissiyanın iclasının gedişi barədə protokol tərtib edilir, yoxlama zamanı verilən sualların və cavabların qısa məzmunu, komissiya üzvlərinin qiymətləri və komissiyanın qərarı protokolda əks etdirilir. Protokol sədr, katib və komissiyanın iclasında iştirak etmiş digər üzvlər tərəfindən imzalanır (3 nömrəli əlavə).

4.2. Komissiyanın qərarı onun əsasında tərtib edilmiş təqdimatla birlikdə Azərbaycan Respublikasının ədliyyə nazirinə təqdim edilir. Ekspert ixtisasının verilməsi və ya ekspert ixtisasından məhrum etmə haqqında komissiyanın qərarına əsasən Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən əmr verilir.

4.3. Azərbaycan Respublikasının ədliyyə nazirinin əmrinə uyğun olaraq ekspertə məhkəmə ekspert ixtisası verilməsi barədə şəhadətnamə təqdim edilir (4 nömrəli əlavə).

Şəhadətnamə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir. Ədliyyə Nazirliyinin kadrlar xidməti məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrin qeydiyyatını aparır.

4.4. Ekspertə yeni ixtisas verilməsi ilə əlaqədar ona yeni şəhadətnamə verilir.

4.5. Aşağıdakı hallarda məhkəmə eksperti ixtisasının verilməsi barədə şəhadətnamə etibarsız hesab edilir:

4.5.1. ekspertin attestasiyanın nəticələrinə əsasən tutduğu vəzifəyə uyğun olmadığına görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildikdə;

4.5.2. ekspert ədliyyə orqanlarından xaric edildikdə;

4.5.3. barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildiyinə, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildikdə;

4.5.4. adı ədliyyə orqanları işçilərinin siyahısından çıxarıldıqda.

4.6. Komissiyanın qərarı (komissiyanın iclas protokolundan çıxarış) və ona əlavə edilmiş sənədlər ayrıca qovluqda yığılır, nömrələnir və Mərkəzdə saxlanılır.

4.7. Barəsində komissiyanın qərarı çıxarılan və ekspert ixtisası verilən hər bir ekspert üçün komissiyanın katibi tərəfindən məhkəmə ekspertinin vərəqəsi (5 nömrəli əlavə)doldurulur və komissiyanın kartotekasında saxlanılır.

4.8. Başqa ekspertiza idarələrinin əməkdaşlarına məhkəmə eksperti ixtisası verilməsi haqqında komissiyanın qərarının surəti həmin təşkilatın ünvanına göndərilir.

4.9. Komissiyanın qərarından Azərbaycan Respublikasının ədliyyə nazirinə şikayət verilə bilər. Şikayətə baxılmasının nəticəsi barədə namizədə yazılı cavab verilir. Şikayətə baxılmanın nəticələrindən razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.

 

 


 

 

"Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"yə 1 nömrəli əlavə

 

 

Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisası verilən məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının

S İ Y A H I S I

Sıra 

Məhkəmə ekspertizasının növü

 

Ekspert ixtisası

1.       

Məhkəmə-xətşünaslıq ekspertizası

1.1

Xətt və imzaların tədqiqi

2.       

Məhkəmə-müəllifşünaslıq ekspertizası

2.1

Yazılı nitqin tədqiqi

3.       

Sənədlərin məhkəmə-texniki ekspertizası

 

3.1

Sənədlərin rekvizitlərinin tədqiqi

3.2

Sənədlərin materiallarının tədqiqi

3.3

Pul nişanları və qiymətli kağızların tədqiqi

4.       

Audio və videoyazıların məhkəmə ekspertizası

4.1

Səsin və şifahi nitqin tədqiqi

4.2

Audio və videoyazıların şərait, vasitə, material və izlərinin tədqiqi

5.       

Məhkəmə-linqvistik ekspertizası

5.1

Nitq fəaliyyəti məhsullarının tədqiqi

6.       

Məhkəmə-trasoloji ekspertizası

6.1

İnsan izlərinin tədqiqi

6.2

Alət və vasitə izlərinin, tamın hissələr üzrə eyniləşdirilməsinin tədqiqi

7.       

Məhkəmə-ballistik ekspertizası

7.1

Odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların tədqiqi

7.2

Atəş izlərinin tədqiqi

8.       

Məhkəmə partlayış-texniki ekspertizası

8.1

Partlayıcı qurğu və maddələrin, partlayış izlərinin tədqiqi

9.       

Məhkəmə-portret ekspertizası

9.1

Fotoşəkilə görə insanın xarici görünüşünün eyniləşdirilməsinin tədqiqi

10.  

Məhkəmə-fototexniki ekspertizası

10.1

Fototəsvirlərin, onların hazırlanmasında istifadə olunan texniki vasitə və materialların tədqiqi

11.  

Materialların məhkəmə ekspertizası

11.1

Lifli materialların tədqiqi

11.2

Metal və daşların tədqiqi

11.3

Şüşə, keramik və silikat materialların tədqiqi

11.4

Yanacaq və sürtgü materiallarının tədqiqi

11.5

Lak və boya materiallarının tədqiqi

11.6

Polimer materialların tədqiqi

11.7

Spirttərkibli maddələrin tədqiqi

11.8

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi

12.  

Məhkəmə-bioloji ekspertizası

12.1

Bitki mənşəli maddələrin tədqiqi

12.2

Heyvan mənşəli maddələrin tədqiqi

12.3

Torpaq mənşəli maddələrin tədqiqi

13.  

Məhkəmə-iqtisad ekspertizası

 

13.1

Mühasibat uçotu qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqi

13.2

Ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi

14.  

Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası

14.1

Yol-nəqliyyat hadisələri hallarının tədqiqi

14.2

Nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi

14.3

Nəqliyyat vasitələri üzərində və yol-nəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi

15.  

Məhkəmə mühəndis-texniki ekspertizası

15.1

Tikinti-texniki obyektlərin tədqiqi

15.2

Əmək təhlükəsizliyinin tədqiqi

15.3

Yanğın və texnoloji partlayışların tədqiqi

15.4

Dəmiryol-texniki hadisələrin tədqiqi

16.  

Məhkəmə kompüter-texniki ekspertizası

16.1

Kompüter-texniki obyektlərin tədqiqi

17.  

Məhkəmə-sənətşünaslıq ekspertizası

17.1

Pornoqrafik materialların tədqiqi

17.2

Zorakılıq və qəddarlıq təbliğ edən əsərlərin tədqiqi

18.  

Məhkəmə-psixoloji ekspertizası

18.1

İnsanın psixologiyasının və psixofiziologiyasının tədqiqi

19.  

Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası

19.1

Əqli mülkiyyət obyektlərinin tədqiqi

20.  

Kontrafakt məhsulların məhkəmə ekspertizası

20.1

Məhsulların kontrafaktlığının müəyyən edilməsinin tədqiqi

 

 


 

 

"Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"yə 2 nömrəli əlavə

 

 

Məhkəmə ekspertinin modeli

 

I. Sosial-əxlaqi keyfiyyətlər

 

1. Ekspert fəaliyyəti ilə məşğul olma:

- işə yüksək ictimai əsasların olması və ali vətəndaşlıq məsuliyyətinin dərk edilməsi;

- əməyə olan ehtiyac və bu ehtiyacın ekspert fəaliyyəti ilə təmin edilməsi;

- ədalət mühakiməsi vəzifələrinin həyata keçirilməsinə kömək göstərmək arzusu.

2. Ekspertin hüquq düşüncəsi:

- hüququn prinsiplərinin dərk edilməsi və onların ədalətliliyinə inam;

- məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı qanunvericiliyin normalarına qəti surətdə əməl olunması vərdişinin yaranması;

- hər hansı hüquq pozuntusuna qarşı dözülməz münasibət;

- ədalətlilik, qanunçuluq hissi.

3. Ekspertin əxlaqi keyfiyyətləri:

- vicdanlılıq;

- özünə və başqalarına qarşı yüksək tələbkarlıq;

- öz fəaliyyətinə və verdiyi hər bir rəyə görə məsuliyyət hissi;

- nöqsanlara qarşı barışmazlıq;

- obyektivlik və qərəzsizlik;

- ekspert tədqiqatına dair mühakimələrdə prinsipial səbatlılıq və müstəqillik;

- özünütənqid;

- elmi vicdanlılıq;

- özünün prosessual və xidməti vəzifələrini yerinə yetirərkən davranışında nəzakətlilik.

 

II. Peşə keyfiyyətləri

 

1. Bilik

 

1. Elmlilik, erudisiya, mənəvi maraqların genişliyi.

2. Hüquqi biliklər kompleksi.

3. Xarici ölkələrdə kriminalistik biliklərin inkişaf etdirilməsi və ondan istifadə olunmasının əsas meylləri.

4. Məhkəmə ekspertizasının ümumi nəzəriyyəsinin və kriminalistikanın nəzəri müddəaları, əsas problem və mübahisəli məsələləri, onların inkişaf etdirilməsinin perspektivləri.

5. Məhkəmə ekspertizasının konkret xüsusi nəzəriyyələri, müvafiq cins və növ ekspertizaların keçirilməsinin metodikaları.

6. Kompleks ekspertizaların keçirilməsi üçün zəruri olan inteqrasiya olunmuş elmlər haqqında bilgi.

7. Ekspertin profilaktik fəaliyyətinin forma və metodları, hüquq pozuntularının törədilməsinə şərait yaratmış səbəb və şəraitlərin ekspert tərəfindən öyrənilməsi metodikasının ümumi müddəaları.

 

2. Bacarıq

 

1. Ekspertizanın təyin olunması barədə müstəntiqə ixtisaslaşdırılmış məsləhətlər vermək üçün cinayət işinin materiallarını təhlil etmək.

2. Sübutların aidiyyəti və kifayətliliyi barədə məsələni həll etmək.

3. Ekspert ehtimalları irəli sürmək, onlardan nəticə çıxarmaq, onların yoxlanması planını tərtib etmək.

4. Maddi sübutların tədqiqi üzrə yol verilən proseduru həyata keçirmək.

5. Obyektlərin identifikasiyası, diaqnostikası və yaxud qrup mənsubiyyətinin müəyyən edilməsi üçün əhəmiyyət daşıyan əlamətləri seçib ayırmaq və təsbit etmək.

6. Ekspert qarşısında qoyulmuş sualların həllinə düzgün yanaşmaq.

7. Tədqiqatın nəticələrini düzgün qiymətləndirməyi, öz yekun nəticələrini və rəyini tənqidi təhlil etmək, səhvləri tapmaq və onları aradan qaldırmaq.

8. Öz işini planlaşdırmaq, yerinə yetirilmiş əməliyyatların optimal ardıcıllığını seçmək, səmərəsiz vaxt, güc və vasitələrin itkisini azaltmaq.

9. Lazımi informasiya mənbələrini tapmaq, öz xarakterinə görə müxtəlif olan informasiyalardan məqsədəuyğun surətdə istifadə etmək.

10. Sübutlarla işin yeni vasitə və üsullarından istifadə etmək və qiymətləndirmək, öz iş təcrübəsini zənginləşdirmək.

11. Maddi sübutların bütün metod və vəsaitlərindən istifadə etmək.

12. Müqayisəli tədqiqatlar üçün nümunələr götürmək, tədqiqatın vəzifələrindən asılı olaraq onların alındığı şəraiti, miqdar və keyfiyyətini, tədqiq olunan obyektlərin xarakter və xüsusiyyətlərini müəyyənləşdirmək.

13. Özünün fiziki və əqli gücünü işdə cəmləşdirməklə, ekspertə mənfi təsir edən ətraf amillərin (kənar maneələr, münasib olmayan hava şəraiti, meyitin vəziyyəti və s.) təsirindən təcrid olunmaqla qeyri-adi şəraitdə işləmək.

14. Xidməti və istintaq sirrini qorumaq.

15. Fikirlərini şifahi və yazılı şəkildə dəqiq ifadə etmək.

 

3. Vərdişlər

 

1. Yaxşı inkişaf etmiş sensor (hissedici) və motor (hərəkətverici) vərdişlər.

2. Məhkəmə ekspertinin istifadəsində olan bütün texniki vasitələrdən istifadə etmək.

3. Ekspertizanın obyektlərinin əsas tədqiqat üsullarını mənimsəmək.

 

III. Psixoloji keyfiyyətlər

 

1. Yaxşı inkişaf etmiş müşahidə qabiliyyəti – obyektlərin detallarının relyeflərinin formalarının, ölçülərinin və qarşılıqlı yerləşmələrinin sürəti dəqiq seçməklə qavranılması.

2. Ekspert təfəkkürü (inkişaf etmiş evristik, əyani-canlı və məntiqi təfəkkür).

3. Diqqətin bölünməsi, yayındırılması və cəmləşdirilməsi qabiliyyəti.

4. Yaddaşın iri həcmi və dəqiqliyi:

- inkişaf etmiş uzunmüddətli verbal və canlı yaddaş (informasiyanın sürətli qavranması, uzunmüddətli yadda saxlanması və dəqiq əks etdirilməsi);

- uzunmüddətli və qısamüddətli yaddaşın uzlaşdırılması.

 

IV. Psixofizioloji keyfiyyətlər

 

1. Uzunmüddətli iş qabiliyyəti (uzunmüddətli gərginliyə davam gətirmək qabiliyyəti).

2. Özünü bir yerə toplama qabiliyyəti (kənar qıcıqlandırıcıların təsiri altında işləmək qabiliyyəti).

3. Çətin şəraitdə soyuqqanlılığı saxlamaq və düzgün qərar qəbul etmək qabiliyyəti.

4. Yeni fəaliyyət növünə keçmənin asanlılığı.

5. Sürətli oriyentasiya.

6. Yüksək sensor hissiyyatı, xüsusən görmə analizatorunun yüksək fərqləndirici qabiliyyəti.

7. Biliyin, bacarığın və vərdişlərin mənimsənilməsi qabiliyyəti.

 

 


 


 

 

"Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"yə 3 nömrəli əlavə

 

 

 

Ekspert-ixtisas komissiyasının iclas protokolunun nümunəsi

"______"_________20_il                                                                              ___________şəhəri

İclasda iştirak etdilər:

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

________________________________________________________________________________________

_________________________________________________________________________________________

Ekspert-ixtisas komissiyası aşağıdakıları nəzərdən keçirdi:

_________________________________________________________________________________________

(ekspert ixtisasına namizədin adı, atasının adı, soyadı, vəzifəsi)

_________________________________________________________________________________________

(ekspertizanın növü və ixtisasın adı)

məhkəmə eksperti ixtisasının verilməsi ilə əlaqədar sənədləri, o cümlədən:

_________________________________________________________________________________________

________________________________________________________________________________________

Namizədə iddiasında olduğu ekspert ixtisası üzrə hazırlıq dərəcəsini müəyyən etmək məqsədi ilə aşağıdakı suallar verildi:

Komissiya üzvü____________________________ verdiyi sual____________________________________

(soyadı, adı)

_________________________________________________________________________________________

 Namizədin cavabı_________________________________________________________________________

(qısa məzmunu göstərilir)

________________________________________________________________________________________

 Yekun qiymətləndirmə balı ________________________________________________________________________________________

Ekspert-ixtisas komissiyası qərara alır:

________________________________________________________________________________________

_________________________________________________________________________________________

Ekspert-ixtisas komissiyasının sədri________________________________________________________

Ekspert-ixtisas komissiyasının üzvləri______________________________________________________

Ekspert-ixtisas komissiyasının katibi_______________________________________________________

 

 

"Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"yə 4 nömrəli əlavə

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

 

MƏHKƏMƏ  EKSPERTİ  İXTİSASI  VERİLMƏSİ  BARƏDƏ

 

ŞƏHADƏTNAMƏ № ______

 

_____________________________________________________________________________________________

(ekspertin adı, atasının adı, soyadı)

 

Məhkəmə ekspertizası mərkəzinin ekspert-ixtisas komissiyasının “__” 20_____il tarixli “__” №-li qərarı əsasında Azərbaycan Respublikası ədliyyə nazirinin “__”_______20__il tarixli “__” №-li əmri ilə “__”______20___ il tarixdən

________________________________________________________________________________________

(məhkəmə ekspertizasının növü)

 

 

ekspertizası ________________________________________________________________________________

(ixtisasın adı)

__________________________________________________________________________________məhkəmə eksperti ixtisası üzrə ekspertiza keçirmək hüququ verilmişdir.

 

 

Azərbaycan Respublikasının

ədliyyə naziri                                       _______________      _____________________________

                                                                    (imza)                              (adı və soyadı)

 

 

M.Y.

 

 

Bakı şəhəri, “__” ______ 20__ il

 

Şəhadətnamə xidməti vəsiqə təqdim edildikdə etibarlıdır.

 

 

Qeyd: Şəhadətnamənin ölçüsü 297x210 mm olmaqla mətbəə üsulu ilə qırmızı rəngli cilddə hazırlanır. Cildin üz qabığında Azərbaycan Respublikasının dövlət gerbi əks etdirilir.

 


 

 

"Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"yə 5 nömrəli əlavə

 

 

 

Məhkəmə ekspertinin vərəqəsi

 

A.A.S.______________________________________

Doğulduğu il _______________________________

Təhsili ______________________________________

(hansı təhsil müəssisəsini və nə

vaxt qurtarmışdır)

Elmi dərəcəsi ________________________

Vəzifəsi_____________________________________

Ekspertiza idarəsində iş stajı__________________

Məhkəmə ekspertizası mərkəzinin ekspert-ixtisas

komissiyasının “__”_____20__il tarixli qərarı əsasında Azərbaycan Respublikası ədliyyə nazirinin “___” ______20__il tarixli “___” №-li əmri ilə __________________________________________________

ixtisası üzrə məhkəmə eksperti ixtisası verilmişdir.

 

Məhkəmə ekspertizası mərkəzinin ekspert-ixtisas

komissiyasının “__”_____20__il tarixli qərarı əsasında Azərbaycan Respublikası ədliyyə nazirinin “___” ______20__il tarixli “___” №-li əmri ilə _________________________________________________

ixtisası üzrə məhkəmə eksperti ixtisası verilmişdir.

 

Məhkəmə ekspertizası mərkəzinin ekspert-ixtisas

komissiyasının “__”_____20__il tarixli qərarı əsasında Azərbaycan Respublikası ədliyyə nazirinin “___” ______20__il tarixli “___” №-li əmri ilə ___________________________________________________

ixtisası üzrə məhkəmə eksperti ixtisası verilmişdir.

 

Məhkəmə ekspertizası mərkəzinin ekspert-ixtisas

komissiyasının “__”_________20__il tarixli qərarı əsasında Azərbaycan Respublikasının ədliyyə nazirinin “__” ______20__il tarixli “___” №-li əmri ilə məhkəmə eksperti ixtisasından məhrum edilmişdir.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.      12 dekabr 2017-ci il tarixli 24-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712120024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 dekabr 2012-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 dekabr 2017-ci il tarixli 24-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712120024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 dekabr 2012-ci il) ilə “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”nin 2.1-ci bəndin birinci abzasında “1 il” sözləri “6 ay” sözləri ilə əvəz edilmişdir və ikinci abzası çıxarılmışdır.

 

[2] 12 dekabr 2017-ci il tarixli 24-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712120024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 dekabr 2012-ci il) ilə “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”nin 3.12-ci bəndin ikinci cümləsində “3” rəqəmi “1” rəqəmi ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status