Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri"ndə dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 378-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 693 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 904) ilə təsdiq edilmiş "Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri"ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bənddə və 2.4.3-cü yarımbənddə "ərazi vahidlərinin və" sözləri "ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə" sözləri ilə əvəz edilsin;
1.2. 5.2-ci bənddə "inzibati ərazi dairələrində," sözlərindən sonra "sahə inzibati ərazi dairələrində," sözləri, 9.3-cü və 11.7-ci bəndlərdə "inzibati ərazi dairələrinin" sözlərindən sonra ", sahə inzibati ərazi dairələrinin" sözləri, 9.4.2-ci və 11.6.2-ci yarımbəndlərdə ismin müvafiq hallarında "inzibati ərazi dairələri," sözlərindən sonra "sahə inzibati ərazi dairələri," sözləri əlavə edilsin, 9.4.1-ci yarımbənddə isə "ərazi vahidinin və" sözləri "ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 dekabr 2012-ci il
№ 311