AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.11.2001
QEYDİYYAT NÖMRƏSİ
599
ADI
Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2001, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 707)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.11.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında

Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyaların keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasını və lotereya fəaliyyəti sahəsində dövlət nəzəratini daha da gücləndirmək məqsədi ilə qərara alıram:

1. "Azərlotereya" Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılsın.

2. "Azərlotereya" Açıq Tipli Səhmdar Cəmiyyətinin təsisçisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilsin. [1]

3. Müəyyən edilsin ki:

(Çıxarılıb) [2]

bütün növ lotereyaların buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini Azərbaycan Respublikasmın Prezidenti yanında İqtisadiyyat Nazirliyi həyata keçirir; [3]

(Çıxarılıb) [4]

4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə bir ay müddətində: [5]

"Azərlotereya" Açıq Tipli Səhmdar Cəmiyyətinin nizamnaməsini hazırlayıb təsdiq etsinlər və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün təqdim etsinlər;

"Azərlotereya" Açıq Tipli Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının həcminin müəyyən edilməsi və formalaşdırılması ilə bağlı zəruri tədbirləri həyata keçirsinlər.

5. (Çıxarılıb) [6]

6.(Çıxarılıb) [7]

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Prezidenti yanında Maliyyə Bazarlarına Nəzarət Palatası bu Fərmandan irəli gələn məsələləri həll etsin. [8]

8. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 23 noyabr 2001-ci il
№ 599

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)

2.       10 dekabr 2004-cü il tarixli 158 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1004)

3.       5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163)

4.       27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644)

5.       11 iyul 2016-cı il tarixli 981 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 iyul 2016-cı il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1252)

6.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

7.       30 dekabr 2021-ci il tarixli 1557 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1422)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644) ilə 2-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2-ci hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[2] 10 dekabr 2004-cü il tarixli 158 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1004) ilə 3-cü bəndin ikinci abzası çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (malların satışı və (və ya) xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini "Azərlotereya" Açıq Tipli Səhmdar Cəmiyyəti həyata keçirir;

 

[3] 11 iyul 2016-cı il tarixli 981 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 iyul 2016-cı il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1252) ilə 3-cü hissədə “dövlət nəzarətini” sözləri “nəzarəti” sözü ilə, “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.

 

30 dekabr 2021-ci il tarixli 1557 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1422) ilə 3-cü hissəsində nəzarəti sözü dövlət nəzarətini sözləri ilə, Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri İqtisadiyyat Nazirliyi sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 3-cü bəndinin dördüncü abzası çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

bütün növ lotereyaların buraxılmasına, təşkilinə və keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xüsusi razılıqlar (lisenziyalar) onların müddətləri bitənədək qüvvədədir.

 

[5] 5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163) ilə 3-cü bəndinin üçüncü abzasından və 7-ci bəndindən “Prezidenti yanında” sözləri çıxarılmışdır.

 

[6] 10 dekabr 2004-cü il tarixli 158 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1004) ilə 5-ci bənd çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

5. "Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıqq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanına aşağıdakı əlavələr edilsin:

3-cü bənddə "kosmik-peyk rabitə vasitələrinin" sözlərindən əvvəl "bütün lotereyaların (malların satışı və (və ya) xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi" sözləri əlavə edilsin.

 

[7] 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 6-cı bənd çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

6. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixii 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"nda 31-ci bənd aşağıdakı redaksiyada verilsin:

 

"31. Malların satışı və (və ya) xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyaların buraxılması, təşkili və keçirilməsi"

Azərbaycan Respublikasının
Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

[8] 11 iyul 2016-cı il tarixli 981 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 iyul 2016-cı il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1252) ilə 7-ci hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status