AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
11.12.2012
QEYDİYYAT NÖMRƏSİ
500-IVQ
ADI
Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 29-12-2012, Nəşr nömrəsi: 292), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-12-2012, Nəşr nömrəsi: 293), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2012, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1224)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.12.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201212110500
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.12.2012
Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1. Məşəd kənd inzibati ərazi dairəsi tərkibindəki Məşəd kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

2. Məşəd kənd inzibati ərazi dairəsinin mərkəzi Məşəd kəndindən Gürcüva kəndinə keçirilsin və Məşəd kənd inzibati ərazi dairəsi Gürcüva kənd inzibati ərazi dairəsi hesab edilsin.

3. Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Qəsil kəndinin ərazisindən 320,95 ha (bundan dövlət mülkiyyətində olan 95,89 ha , bələdiyyə mülkiyyətində olan 22,33 ha və xüsusi mülkiyyətdə olan 202,73 ha ), Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindəki Dəhnəxəlil kəndinin ərazisindən 239,64 ha (bundan dövlət mülkiyyətində olan 24,9 ha , bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 120,74 ha ), Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeynəddin kəndinin ərazisindən 141,8 ha (bundan dövlət mülkiyyətində olan 42,7 ha və xüsusi mülkiyyətdə olan 99,1 ha ), Qaradağlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndinin ərazisindən 95,05 ha (bundan dövlət mülkiyyətində olan 21,97 ha və xüsusi mülkiyyətdə olan 73,08 ha ) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Məşəd kəndinin 439,2 ha (bundan dövlət mülkiyyətində olan 72,7 ha , bələdiyyə mülkiyyətində olan 79,62 ha və xüsusi mülkiyyətdə olan 286,88 ha ) təşkil edən ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Ağdaş şəhərinin inzibati ərazisinə verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 dekabr 2012-ci il

500-IVQ

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status