![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
27.12.2012 |
Qeydiyyat nömrəsi |
21 |
Adı |
“Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin avtomatlaşdırılması ilə əlaqədar inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 25 iyun 2012-ci il tarixli 08 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında[1] |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
12.01.2013 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201212270021 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
11.01.2013 |
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında ”Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2012-ci il tarixli 676 nömrəli Fərmanını, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Qərarını və Azərbaycan Respublikası Prezidentinin 5 mart 2009-cu il tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni əsas tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin avtomatlaşdırılması ilə əlaqədar inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 25 iyun 2012-ci il tarixli 08 nömrəli Qərarına və həmin Qərarla təsdiq edilmiş texniki normativ hüquqi aktlara aşağıdakı dəyişikliklər edilsin:
1.1. Qərarın 1.1-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (qiymətli kağızlarla girovun dövlət qeydiyyatı) İnzibati Reqlamentdə və onun Əlavələrinin adında “qiymətli kağızların e-qeydiyyatı” sözləri “qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.2. Qərarın 1.2-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (qiymətli kağızlarla girovun əlavə dövlət qeydiyyatı) İnzibati Reqlamentin və onun Əlavələrinin adında “qiymətli kağızların e-qeydiyyatı” sözləri “qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.3. Qərarın 1.3-cü bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların girovda olub-olmaması haqqında arayışın verilməsi üzrə” (qiymətli kağızların girovda olub-olmaması haqqında) İnzibati Reqlamentin adında “haqqında arayışın verilməsi” sözləri “barədə arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.4. Qərarın 1.4-cü bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızlarla girova xitam üzrə” (qiymətli kağızlarla girova xitam verilməsi) İnzibati Reqlamentin adında “xitam” sözündən sonra “verilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri əlavə edilsin;
1.5. Qərarın 1.5-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların dövriyyədən çıxarılması üzrə” (investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi barədə müraciətin qəbul edilməsi) İnzibati Reqlamentin adında “çıxarılması” sözləri“çıxarılması üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.6. Qərarın 1.6-cı bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xüsusi razılığın (lisenziyanın) verilməsi üzrə” (aktivlərin idarə edilməsi və səhmdar investisiya fondunun fəaliyyətini həyata keçirmək üçün hüquqi şəxslərə xüsusi razılığın (lisenziyanın) verilməsi) İnzibati Reqlamentin və onun Əlavələrinin adında “verilməsi” sözləri “verilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.7. Qərarın 1.7-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xüsusi razılığın (lisenziyanın) verilməsi üzrə” (bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətini həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsi) İnzibati Reqlamentin və onun Əlavəsinin adında “verilməsi” sözləri “verilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.8. Qərarın 18-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xüsusi razılığın (lisenziyanın) verilməsi üzrə” (qiymətli kağızlar bazarında peşəkar fəaliyyəti (broker, diler, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, fond birjası və qiymətli kağızlar bazarında ticarətin təşkili) İnzibati Reqlamentin adında “verilməsi” sözləri “verilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə, onun Əlavəsinin adında “(qiymətli kağızlar bazarında peşəkar fəaliyyətlərin həyata keçirilməsi üçün) xüsusi razılığın (lisenziyanın) verilməsi”sözləri “xüsusi razılığın (lisenziyanın) “verilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.9. Qərarın 1.9-cu bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızlar bazarı iştirakçılarının attestasiyadan keçirilməsi üzrə” (səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyadan keçirilməsi) İnzibati Reqlamentin adında “keçirilməsi” sözləri “keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə, onun Əlavələrinin adında “(investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin) attestasiyadan keçirilməsi üzrə” sözləri “attestasiyadan keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.10. Qərarın 1.10-cu bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızlar bazarı iştirakçılarının attestasiyadan keçirilməsi üzrə” (qiymətli kağızlar bazarında peşəkar fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almaq istəyən, habelə həmin xüsusi razılığa (lisenziya) malik olan şəxslər və ya səhmdarların reyestrini özü aparmaq istəyən səhmdar cəmiyyətlərinin attestasiyadan keçirilməsi) İnzibati Reqlamentin adında “keçirilməsi” sözləri “keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə, onun Əlavəsinin adında “qiymətli kağızlar bazarı iştirakçılarının (peşəkar fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almaq istəyən, habelə həmin xüsusi razılığa (lisenziya) malik olan şəxslər və ya səhmdarların reyestrini özü aparmaq istəyən səhmdar cəmiyyətlərinin) attestasiyadan keçirilməsi” sözləri “qiymətli kağızlar bazarı iştirakçılarının attestasiyadan keçirilməsi” sözləri ilə əvəz edilsin;
1.11. Qərarın 1.11-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (çeklərin dövlət reyestrinə daxil edilməsi) İnzibati Reqlamentin adında “qiymətli kağızların e-qeydiyyatı” sözləri “qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.12. Qərarın 1.12-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (depozit sertifikatlarının buraxılışının dövlət qeydiyyatına alınması) İnzibati Reqlamentin adında “e-qeydiyyatı” sözü “qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”sözləri ilə əvəz edilsin;
1.13. Qərarın 1.13-cü bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (ipoteka kağızının dövlət qeydiyyatı) İnzibati Reqlamentin adında “e-qeydiyyatı” sözü “qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.14. Qərarın 1.14-cü bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (ipoteka kağızının əlavə qeydiyyatı) İnzibati Reqlamentin adında “e-qeydiyyatı” sözü “qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.15. Qərarın 1.15-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (ipoteka kağızının xitamı) İnzibati Reqlamentin adında “e-qeydiyyatı” sözləri “dövriyyədən çıxarılması üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.16. Qərarın 1.16-cı bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (mənzil sertifikatlarının buraxılışlarının dövlət qeydiyyatına alınması) İnzibati Reqlamentin adında “e-qeydiyyatı” sözləri “qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.17. Qərarın 1.17-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışlarının dövlət qeydiyyatına alınması) İnzibati Reqlamentin adında “e-qeydiyyatı” sözü “qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.18. Qərarın 1.18-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (Mərkəzi Bankın qısamüddətli notlarının emissiya prospektinin dövlət qeydiyyatına alınması) İnzibati Reqlamentin adında “e-qeydiyyatı” sözü “qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.19. Qərarın 1.19-cu bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (veksellərin dövlət reyestrinə daxil edilməsi) İnzibati Reqlamentin adında “e-qeydiyyatı” sözü “qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.20. Qərarın 1.20-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (mənzil sertifikatlarının buraxılışlarının yerləşdirilməsinin yekunları haqqında hesabatın qəbulu) İnzibati Reqlamentin adında “təqdim olunması” sözləri “onlayn təqdim edilməsi” sözləri ilə, onun Əlavəsinin adında “(Komitəsi tərəfindən mənzil sertifikatlarının yerləşdirilməsinin yekunları haqqında hesabatın qəbulu” sözləri “Komitəsinə qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən hesabatların onlayın təqdim edilməsi” sözləri ilə əvəz edilsin;
1.21. Qərarın 1.21-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (mənzil sertifikatlarının yerləşdirilməsi haqqında hesabatın qəbulu) İnzibati Reqlamentin adında “təqdim olunması” sözləri “onlayn təqdim edilməsi” sözləri ilə, onun Əlavəsinin adında “Komitəsi tərəfindən mənzil sertifikatlarının yerləşdirilməsi haqqında hesabatın qəbulu” sözləri “Komitəsinə qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən hesabatların onlayn təqdim edilməsi” sözləri ilə əvəz edilsin;
1.22. Qərarın 1.22-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (idman mərc oyunlarının operatoru tərəfindən təqdim olunan hesabatlar) İnzibati Reqlamentin adında “qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması” sözləri “lotereya təşkilatçılarının, idman-mərc və cıdır-şans (totalizator) oyunlarının operatoru tərəfindən hesabatların onlayn təqdim olunması” sözləri ilə əvəz edilsin;
1.23. Qərarın 1.23-cü bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (investisiya fondları və aktivlərin idarə edilməsi fəaliyyətini həyata keçirənlər tərəfindən hesabatların təqdim edilməsi) İnzibati Reqlamentin adında “təqdim olunması” sözləri “onlayn təqdim edilməsi” sözləri ilə, onun Əlavələrinin adında “investisiya fondları və aktivlərin idarə edilməsi fəaliyyətini həyata keçirənlər tərəfindən hesabatların təqdim edilməsi” sözləri “qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların onlayn təqdim edilməsi” sözləri ilə əvəz edilsin;
1.24. Qərarın 1.24-cü bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (lisenziya almış hüquqi şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına dair məlumatın təqdim olunması) İnzibati Reqlamentin adında “təqdim olunması” sözləri “onlayn təqdim edilməsi” sözləri ilə, onun Əlavəsinin adında “lisenziya almış hüquqi və fiziki şəxslərin həmin lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına dair” sözləri “qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” sözləri ilə əvəz edilsin;
1.25. Qərarın 1.25-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən hesabatların təqdim edilməsi) İnzibati Reqlamentin və onun Əlavələrinin adında “təqdim olunması” sözləri “onlayn təqdim edilməsi” sözləri ilə əvəz edilsin və birinci halda Əlavələrin adından “tərəfindən” sözü çıxarılsın;
1.26. Qərarın 1.26-cı bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (Reyestrsaxlayıcı tərəfindən səhmdarlarının sayı 100-dən (yüzdən) artıq olan səhmdar cəmiyyətlərinin siyahısının təqdim edilməsi) İnzibati Reqlamentin adında “təqdim olunması” sözləri “onlayn təqdim edilməsi” sözləri ilə əvəz edilsin;
1.27. Qərarın 1.27-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (“Azərlotereya” ASC tərəfindən hesabatların təqdim olunması) İnzibati Reqlamentin adında “qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması” sözləri “lotereya təşkilatçılarının, idman-mərc və cıdır-şans (totalizator) oyunlarının operatoru tərəfindən hesabatların onlayn təqdim olunması” sözləri ilə əvəz edilsin;
1.28. Qərarın 1.28-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətə xüsusi razılıq (lisenziya) almış mətbəələr tərəfindən aylıq hesabatın təqdim edilməsi) İnzibati Reqlamentin adında “təqdim olunması” sözləri “onlayn təqdim edilməsi” sözləri ilə, onun Əlavəsinin adında “Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətə xüsusi razılıq (lisenziya) almış mətbəələr tərəfindən aylıq hesabatın təqdim edilməsi” sözləri “qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların onlayn təqdim edilməsi” sözləri ilə əvəz edilsin;
1.29. Qərarın 1.29-cu bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (cıdır-şans (totalizator) oyunlarının operatoru tərəfindən təqdim olunan hesabatlar) İnzibati Reqlamentin adında “qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması” sözləri “lotereya təşkilatçılarının, idman-mərc və cıdır-şans (totalizator) oyunlarının operatoru tərəfindən hesabatların onlayn təqdim olunması” sözləri ilə əvəz edilsin;
1.30. Qərarın 1.30-cu bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (stimullaşdırıcı lotereya təşkilatçıları tərəfindən hesabatların təqdim olunması) İnzibati Reqlamentin və onun Əlavələrinin adında “qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması” sözləri “lotereya təşkilatçılarının, idman-mərc və cıdır-şans (totalizator) oyunlarının operatoru tərəfindən hesabatların onlayn təqdim olunması” sözləri ilə əvəz edilsin;
1.31. Qərarın 1.31-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (investisiya qiymətli kağızların emitentlərinin illik hesabatlarının qəbulu) İnzibati Reqlamentin adında “təqdim olunması” sözləri “onlayn təqdim edilməsi” sözləri ilə əvəz edilsin;
1.32. Qərarın 1.32-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (investisiya qiymətli kağızları ilə bağlanılan əqdlər haqqında hesabatların təqdim olunması) İnzibati Reqlamentin adında “təqdim olunması” sözləri “onlayn təqdim edilməsi” sözləri ilə, onun Əlavəsinin adında “bazarının peşəkar iştirakçıları tərəfindən hesabatların təqdim olunması” sözləri “bazarı iştirakçıları tərəfindən hesabatların onlayn təqdim edilməsi” sözləri ilə əvəz edilsin;
1.33. Qərarın 1.33-cü bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən emitentlərin adlarının dəyişməsi ilə əlaqədar qiymətli kağızların dövlət reyestrində dəyişikliklərin edilməsi üzrə” İnzibati Reqlamentin adında “edilməsi” sözləri “edilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.34. Qərarın 1.34-cü bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (dövlət istiqrazlarının emissiya prospektinin dövlət qeydiyyatına alınması) İnzibati Reqlamentin adında “e-qeydiyyatı” sözü “qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.35. Qərarın 1.35-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən lotereyanın təşkili və keçirilməsinin e-qeydiyyatı” üzrə İnzibati Reqlamentin və onun Əlavələrinin adında “e-qeydiyyatı” sözü “qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə, 1.1-ci bənddə “lotereyanın təşkili və keçirilməsinin e-qeydiyyatı” sözləri “Azərlotereya” ASC tərəfindən təşkil edilən lotereyanın qeydiyyata alınması və Stimullaşdırıcı lotereyanın keçirilməsinə hüququn verilməsi” sözləri ilə əvəz edilsin;
1.36. Qərarın 1.36-cı bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (korporativ istiqrazların emissiyasının dövlət qeydiyyatı) İnzibati Reqlamentin adında “qiymətli kağızların e-qeydiyyatı” sözləri “qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə, onun Əlavəsinin adında “istiqrazların emissiyasının dövlət qeydiyyatı” sözləri “qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.37. Qərarın 1.37-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması zamanı səhmlərin əlavə emissiyasının dövlət qeydiyyatı) İnzibati Reqlamentin adında “qiymətli kağızların e-qeydiyyatı” sözləri “qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə, onun Əlavələrinin adında “səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması zamanı səhmlərin əlavə emissiyasının dövlət qeydiyyatı” sözləri “qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”sözləri ilə əvəz edilsin;
1.38. Qərarın 1.38-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı səhmlərin emissiyasının dövlət qeydiyyatı) İnzibati Reqlamentin adında “qiymətli kağızların e-qeydiyyatı” sözləri “qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə, onun Əlavələrinin adında “səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı səhmlərin emissiyasının dövlət qeydiyyatı” sözləri “qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.39. Qərarın 1.39-cu bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızların e-qeydiyyatı üzrə” (kommersiya təşkilatlarının yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyasının dövlət qeydiyyatı) İnzibati Reqlamentin adında “qiymətli kağızların e-qeydiyyatı” sözləri “qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə, onun Əlavələrinin adında “kommersiya təşkilatlarının yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyasının dövlət qeydiyyatına alınması” sözləri “qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin;
1.40. Qərarın 1.40-cı bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (səhmlərin yerləşdirilməsi haqqında hesabatın təqdim edilməsi) İnzibati Reqlamentin və onun Əlavəsinin adında “təqdim olunması”sözləri “onlayn təqdim edilməsi” sözləri ilə əvəz edilsin;
1.41. Qərarın 1.41-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (investisiya qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatın qeydiyyatı) İnzibati Reqlamentin və onun Əlavələrinin adında “təqdim olunması” sözləri “onlayn təqdim edilməsi” sözləri ilə əvəz edilsin;
1.42. Qərarın 1.42-ci bəndində və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən hesabatların təqdim olunması üzrə” (insayder tərəfindən özünə məxsus olan qiymətli kağızlarla aparılan əməliyyatlar barəsində məlumatın təqdim edilməsi) İnzibati Reqlamentin adında “təqdim olunması” sözləri “onlayn təqdim edilməsi” sözləri ilə əvəz edilsin.
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, inzibati reqlamentlərə dəyişiklikləri 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev), Lisenziyalaşdırma və nəzarət şöbəsinə (F.Rəhimli), Tədavülün tənzimlənməsi şöbəsinə (A.Xudaverdiyev) və İnformasiya texnologiyaları və təminat şöbəsinə (E.Behbudov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin inzibati reqlamentlərə dəyişikliklərlə tanış olmalarını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarət kurasiya rəhbərlərinə (C.Əliyev, İ.Muradov və B.Əzizov) həvalə edilsin.
Sədr R.Aslanlı
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il) ilə ləğv edilmişdir.