“Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 18 yanvar 2013-cü il
№ 8
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 18 yanvar tarixli 8 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması
QAYDASI
1. Bu Qayda "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
2. Audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə yapışdırılan nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISSN, ISAN, ISRC) verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması bu Qayda ilə müəyyən edilir.
3. Bu Qaydanın 2-ci hissəsində göstərilən xidmət növü hesabına Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (bundan sonra - Agentlik) büdcədənkənar daxilolmaları formalaşır.
[1]
4. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsait Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra - Agentlik) xəzinə hesabına köçürülür. Bu vəsaitdən nəzarət markalarının hazırlanması və verilməsi, eləcə də beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi, habelə əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni texnologiyalara uyğun olaraq sahə üzrə maddi-texniki bazanın gücləndirilməsi, mütəxəssislərin həvəsləndirilməsi və onların peşə biliklərinin artırılması üçün istifadə olunur.
[2]
5. Agentlik tərəfindən vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
[3]
6. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə daxil olan vəsaitdən istifadə haqqında rüblük və illik hesabatlar müvafiq olaraq hesabat dövrü başa çatdıqdan sonra ən geci 5 iş günü müddətində Agentliyin internet səhifəsində yerləşdirilir.
[4]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2018-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1902)
2.
24 iyul 2021-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyul 2021-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 889)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2018-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1902) ilə “Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nın 3-cü hissə ləğv edilmişdir.
[2]
3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2018-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1902) ilə “Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nın 4-cü hissədə “Agentliyin büdcədənkənar xüsusi vəsaitlər üzrə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilmişdir.
24 iyul 2021-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyul 2021-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 889) ilə “Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nın 4-cü hissənin birinci cümləsindən “xəzinə” sözü çıxarılmışdır.
[3]
24 iyul 2021-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyul 2021-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 889) ilə “Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nın 5-ci hissəsi yeni redaksiyada verilmişdir.
5. Agentlik hər il daxil olmuş vəsaitin miqdarı, məqsədi, hesabat dövründə istifadə olunmuş (xərclənmiş) vəsaitin təyinatı və məbləği, habelə qalıq vəsait barədə məlumatların əks olunduğu illik hesabatı qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
[4]
24 iyul 2021-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyul 2021-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 889) ilə “Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nın 6-cı hissəsi ləğv edilmişdir.