“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 8 yanvar 2013-cü il
№ 1
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 8 yanvar tarixli 1 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası (bundan sonra - Qayda) “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında (bundan sonra - diplomatik nümayəndəlik) diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə işlədikləri dövrdə təmsilçilik xərclərinin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.
[2]
1.2. Diplomatik nümayəndəliyin təmsilçilik xərcləri üzrə maliyyələşdirmə aparılarkən, onun mövcud vakant ştatları nəzərə alınır və bu vakant ştatların müqabilində xərclərin maliyyələşdirilməsi azaldılır.
1.3. Təmsilçilik xərcləri hər il diplomatik nümayəndəliyin və ticarət nümayəndəsi aparatının təsdiq edilmiş xərclər smetasının müvafiq xərc maddəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilir.
[3]
1.4. Bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş tədbirlər diplomatik nümayəndəliyin rəhbərinin iqamətgahında, nümayəndəliyin binasında, habelə ticarət nümayəndəsi aparatının yerləşdiyi binada, xüsusi olaraq icarəyə götürülən yerlərdə, ictimai-iaşə obyektlərində və digər yerlərdə həyata keçirilir.
[4]
2. Təmsilçilik xərclərinin istifadəsi istiqamətləri
2.1. Təmsilçilik xərcləri səlahiyyətlərinin icrası ilə bağlı diplomatik nümayəndəliklərin əməkdaşları və ticarət nümayəndələri tərəfindən aşağıdakı istiqamətlərə yönəldilir:
[5]
2.1.1. ikitərəfli və çoxtərəfli işgüzar görüşlərin keçirilməsi, müxtəlif ictimai-iaşə obyektlərində dəvət olunan qonaqların qəbulu, ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması, otaqların icarəyə götürülməsi, masanın bəzədilməsi üçün birdəfəlik istifadə olunan əşyaların alınması, qabların və yemək servis dəstlərinin icarəyə götürülməsi və alınması;
2.1.2. ticarət nümayəndəsinin mənzilində, habelə diplomatik nümayəndəliyin rəhbərinin razılığı ilə diplomatik xidmət əməkdaşının mənzilində təşkil olunan işgüzar ziyafətlərin keçirilməsi;
[6]
2.1.3. Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci bəndlərində göstərilən məqsədlər üçün cəlb edilmiş tərcüməçilərin xidmət haqlarının ödənilməsi;
2.1.4. hədiyyələrin (suvenir, güllər və s.) alınması və onların qablaşdırılması;
2.1.5. dəvətnamələrin və təbrik açıqcalarının alınması və göndərilməsi;
2.1.6. diplomatların, ticarət nümayəndəsinin və onların ailə üzvlərinin mədəni tədbirlərdə iştirakı;
[7]
2.1.7. diplomatik xidmət əməkdaşına, ticarət nümayəndəsinə və onların ailə üzvlərinə tədbirlərdə iştirak üçün tələb olunan müvafiq nümayəndəlik libasının icarəyə götürülməsi və ya alınması;
[8]
2.1.8. vizit kartlarının hazırlanması.
3. Təmsilçilik xərclərinin ödənilməsi və vəsaitlərin istifadə edilməsi
3.1. Diplomatik xidmət əməkdaşlarının və ticarət nümayəndələrinin əməkhaqlarına faizlə müəyyən edilmiş təmsilçilik xərcləri ayda bir dəfə hər bir diplomatik nümayəndəliyin əməkdaşı və ticarət nümayəndəsi tərəfindən müvafiq qaydada aylıq hesabat forması təqdim edildikdən sonra (təyinatın birinci ayı istisna olmaqla), diplomatik nümayəndəliyin mühasibatlığı, ticarət nümayəndəsinə münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən əməkhaqqı aldığı müvafiq xarici valyutada ödənilir.
[9]
3.2. Əməkdaş tərəfindən əvvəlki ayda (aylarda) istifadə edilməmiş və ya qismən istifadə edilmiş təmsilçilik xərcinin qalığı sonrakı aylarda istifadə edilə bilər (bir dəfəyə istifadə edilən xərc təmsilçilik xərcinin 3 aylıq məbləğindən çox olmamalıdır).
3.3. Bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş məqsədlər üçün xərclər təqdim olunan təsdiqedici sənədlər (hesablar, çeklər və s.) əsasında ödənilir.
4. Təmsilçilik xərclərinin hesabat formasının tərtib və təqdim edilməsi
4.1. Təmsilçilik xərcləri ilə bağlı hesabat bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilən formaya uyğun olaraq hər bir diplomatik xidmət əməkdaşı tərəfindən hər ay təsdiqedici sənədlər (hesablar, çeklər və s.) əsasında tərtib olunur və diplomatik nümayəndəliyin mühasibatlığına təqdim edilir.
[10]
4.1-1. Ticarət nümayəndəsi tərəfindən təmsilçilik xərcləri ilə bağlı hesabat bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilən formaya uyğun olaraq hər bir ticarət nümayəndəsi tərəfindən hər ay təsdiqedici sənədlər (hesablar, çeklər və s.) əsasında tərtib olunur və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir.
[11]
4.2. Diplomatik xidmət əməkdaşı və ticarət nümayəndəsi əvvəlki ayın hesabatını növbəti ayın 5-nə qədər təqdim edir.
4.3. Diplomatik xidmət əməkdaşı və ticarət nümayəndəsi ödənilmiş təmsilçilik xərcinin istifadəsinə dair hesabatı təqdim etmədikdə, növbəti ay ona təmsilçilik xərclərinin ödənilməsi dayandırılır.
[12]
4.4. Təmsilçilik xərclərinin ödənilməsi ilə bağlı hər bir diplomatik xidmət əməkdaşı tərəfindən tərtib olunan hesabat formaları maliyyə hesabatları ilə birlikdə diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilir.
5. Yekun müddəalar
5.1. Diplomatik xidmət əməkdaşlarına ticarət nümayəndələrinə müəyyən edilmiş təmsilçilik xərcləri yalnız bu Qaydada qeyd edilmiş istiqamətlərə yönəldilməlidir. Diplomatik xidmət əməkdaşlarına ticarət nümayəndələrinə təmsilçilik xərcləri üçün müəyyən edilmiş vəsaitin diplomatik nümayəndəliyin və ya konsulluğun, habelə ticarət nümayəndəsi aparatının xərclər smetasının digər xərc maddələrindən ödənilməsi yolverilməzdir.
[13]
5.2. Təmsilçilik xərclərinin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin istifadəsinə, habelə bu Qaydanın müddəalarının pozulmasına görə diplomatik nümayəndəliyin əməkdaşı və aidiyyəti diplomatik nümayəndəliyin rəhbəri, ticarət nümayəndəsinə münasibətdə isə ticarət nümayəndəsinin özü məsuliyyət daşıyırlar.
[14]
“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası”na 1 nömrəli əlavə
[15]
Razılaşdırılmışdır:
_____________________________________________________________________________
(diplomatik nümayəndəliyin və ya konsulluğun rəhbərinin adı, soyadı, atasının adı)
_____________________________________________________________________________
(diplomatik nümayəndəliyin və ya konsulluğun adı)
_______ ilin _________________ayı üzrə diplomatik xidmət əməkdaşlarına ayrılmış təmsilçilik xərclərinin ödənilməsinə dair aylıq
HESABAT FORMASI
|
|||||||||||||||||||||||||||||
(valyuta ilə)
|
|||||||||||||||||||||||||||||
Hesabata əlavə olunmuş sənədlərin sayı ______ ədəd
Tərtib etdi: ________________________________________________ _________________
(diplomatik xidmət əməkdaşının adı, soyadı, atasının adı, vəzifəsi) (imza)
Hesabat yoxlanıldı:_________________________________________ _________________
məsul şəxsin adı, soyadı, atasının adı, vəzifəsi) (imza)
____________________
(tarix) |
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 12 mart tarixli 88 nömrəli qərarına
əlavə
[16]
|
|
“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası”na 2 nömrəli əlavə
|
|||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||
________________________________________________________________________________
|
||||||||||||||||||||||||||||||
(ticarət nümayəndəsi aparatının adı)
|
||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
____________ ilin _______________________ ayı üzrə ticarət nümayəndəsinə ayrılmış təmsilçilik xərclərinin ödənilməsinə dair aylıq
|
||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
(valyuta ilə)
Hesabata əlavə olunmuş sənədlərin sayı __________ ədəd
Tərtib etdi __________________________________________ ______________
|
||||||||||||||||||||||||||||||
(ticarət nümayəndəsinin adı, soyadı, atasının adı) (imza)
|
||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
_______________________
|
|
|||||||||||||||||||||||||||||
(tarix)
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə qərarın adına və 1-ci hissəsinə “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri əlavə edilmişdir.
[2]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın adına və 1.1-ci bəndinə (hər iki halda) “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri əlavə edilmişdir.
[3]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın 1.3-cü bəndinə “nümayəndəliyin” sözündən sonra “və ticarət nümayəndəsi aparatının” sözləri əlavə edilmişdir.
[4]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın 1.4-cü bəndinə “nümayəndəliyin binasında,” sözlərindən sonra “habelə ticarət nümayəndəsi aparatının yerləşdiyi binada,” sözləri əlavə edilmişdir.
[5]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə “əməkdaşları” sözündən sonra “və ticarət nümayəndələri” sözləri əlavə edilmişdir.
[6]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın 2.1.2-ci yarımbəndinin əvvəlinə “ticarət nümayəndəsinin mənzilində, habelə” sözləri əlavə edilmişdir.
[7]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın 2.1.6-cı yarımbəndinə “diplomatların” sözündən sonra “, ticarət nümayəndəsinin” sözləri əlavə edilmişdir.
[8]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın 2.1.7-ci yarımbəndində “və onun” sözləri “, ticarət nümayəndəsinə və onların” sözləri ilə əvəz edilmişdir.
[9]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın 3.1-ci bəndinə “əməkdaşlarının” sözündən sonra “və ticarət nümayəndələrinin” sözləri, “əməkdaşı” sözündən sonra “və ticarət nümayəndəsi” sözləri, “mühasibatlığı” sözündən sonra “, ticarət nümayəndəsinə münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri əlavə edilmişdir.
[10]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə “Qaydanın” sözündən sonra “1 nömrəli” sözləri əlavə edilmişdir.
[11]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”na yeni məzmunda 4.1-1-ci bənd əlavə edilmişdir.
[12]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın 4.2-ci və 4.3-cü bəndlərinə “əməkdaşı” sözündən sonra “və ticarət nümayəndəsi” sözləri əlavə edilmişdir.
[13]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın 5.1-ci bəndinə (hər iki halda) “əməkdaşlarına” sözündən sonra “ticarət nümayəndələrinə” sözləri, “konsulluğun” sözündən sonra “, habelə ticarət nümayəndəsi aparatının” sözləri əlavə edilmişdir.
[14]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə “rəhbəri” sözündən sonra “, ticarət nümayəndəsinə münasibətdə isə ticarət nümayəndəsinin özü” sözləri əlavə edilmişdir.
[15]
12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”na əlavənin yuxarı sağ küncünə “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri, “əlavə” sözünün əvvəlinə “1 nömrəli” sözləri əlavə edilmişdir.
[16] 12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599) ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”na yeni məzmunda 2 nömrəli əlavə daxil edilmişdir.