×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
05.02.2013
QEYDİYYAT NÖMRƏSİ
815
ADI
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 06-02-2013, Nəşr nömrəsi: 27), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-02-2013, Nəşr nömrəsi: 28), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2013, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 109)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.02.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.060
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201302050815
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.02.2013
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə və “ASAN xidmət”

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 3.1.7-1-ci və 3.1.7-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.7-1. mərkəzlərdə göstərilən xidmətlərin səyyar formada təşkilini həyata keçirmək;

3.1.7-2. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərini vahid geyimlə təmin etmək;”;

1.2. 5.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.”;

1.3. aşağıdakı məzmunda 5.5.18-1-ci yarımbənd əlavə edilsin:

“5.5.18-1. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərinin vahid geyimlərinin təsvirini və daşınması qaydasını təsdiq edir;”.

2. Həmin Fərmanla təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:

“3.4. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərinin vahid geyimlərinin təsvirini Dövlət Agentliyinin sədri təsdiq edir.”;

2.2. 4.5-ci bəndin birinci yarımbəndinin birinci cümləsində “vətəndaş” sözü “şəxs” sözü ilə əvəz edilsin, “yaşayış yerini” sözlərindən sonra “, habelə olduğu yeri” sözləri əlavə edilsin, ikinci cümləsində “vətəndaşa” sözü “şəxsə” sözü ilə əvəz edilsin, “iş yerində” sözlərindən sonra “, habelə olduğu yerdə” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 fevral 2013-cü il

   № 815

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status