AKTIN NÖVÜ
Daxili İşlər Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
17.01.2013
QEYDİYYAT NÖMRƏSİ
Q2-001-13
ADI
“Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.01.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201301170002
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.01.2013
“Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ  KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

17.01.2013

Qeydiyyat nömrəsi

Q2-001-13

Adı

“Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

30.01.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

370.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201301170002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

29.01.2013

 

 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa, “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.4-cü yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarına, ölkə ərazisində yaşayan (yaşamış) əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə məhkumluq barədə arayışların verilməsi qaydalarının tənzimlənməsi məqsədilə

 

K O L L E G İ Y A   Q Ə R A R A   A L I R:

 

1. “Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08.04.2005-ci il tarixli 132 nömrəli əmri ləğv olunsun.

3. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.

4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

 

Kollegiyanın Sədri

general-polkovnik

 

                       Ramil Usubov

 

 


 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 17 yanvar 2013-cü il tarixli Q2-001-13 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair

 

T Ə L İ M A T

 

1. Bu Təlimat “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.4-cü yarımbəndinə uyğun hazırlanmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, ölkə ərazisində yaşayan (yaşamış) əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra - şəxs) məhkumluq barədə arayışların verilməsi qaydalarını tənzimləyir.

2. Məhkumluq barədə arayışların verilməsi və bununla bağlı müraciətlərin qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi, şəhər, rayon polis idarə və şöbələri, habelə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 nömrəli Fərmanına müvafiq olaraq məhkumluq haqqında arayışlar eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ASAN xidmət mərkəzlərində verilir.

3. Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 №-li Fərmanına uyğun olaraq məhkumluq barədə arayışların verilməsi ilə bağlı müraciətlərin qəbulu qaydaları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q59-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş Məhkumluq barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentlə müəyyən edilir.

4. Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir. Müraciətdə aşağıdakı məlumatlar əks etdirilir:

4.1. ərizəçinin soyadı, adı, atasının adı;

4.2. doğulduğu yer, tarix;

4.3. vətəndaşlığı və yaşadığı ünvan;

4.4. şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi və orqan.

5. Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.

6. Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur.

7. Yetkinlik yaşına çatmayana, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə məhkumluq barədə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizələrinə əsasən verilir.

8. Bu Təlimatın 4-cü bəndinin tələblərinə cavab verməyən ərizələrə baxılmır və bu barədə ərizəçilər səbəbi göstərilməklə rəsmi qaydada məlumatlandırılır.

9. Müraciət etmiş şəxsin məhkum olması müəyyən edildikdə müvafiq arayış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir.

10. Götürülməmiş və yaxud ödənilməmiş məhkumluq haqqında arayışda aşağıdakı məlumatlar əks etdirilir:

10.1. barəsində yoxlama aparılan şəxsin soyadı, adı, atasının adı;

10.2. doğulduğu tarix;

10.3. doğulduğu yer ;

10.4. məhkum olunduğu tarix, hökm çıxaran məhkəmənin adı;

10.5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi (nömrəsi və adı),

10.6. cəzanın müddəti və növü, azad edilməsinin tarixi və əsası.

11. Şəxsin məhkum olması (1 nömrəli əlavə) və olmaması (2 nömrəli əlavə) barədə arayışlar yalnız Azərbaycan Respublikasının dövlət dilində verilir. Orqan rəhbərliyi («ASAN xidmət» mərkəzində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi) tərəfindən imzalanmış arayış qeydiyyatdan keçirilir və gerbli möhürlə təsdiqlənir.[1]

12. Məhkumluq haqqında arayış ərizəçiyə və yaxud onun müvafiq qaydada müvəkkil etdiyi şəxsə təqdim olunur.

13. Müraciətə 1 iş günü ərzində baxılır.

14. Müraciətin baxılma müddəti onun orqana (“ASAN xidmət mərkəzlərinə) daxil olduğu gündən hesablanır.

15. Ölkə ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları və əvvəllər yaşamış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər məhkumluqları barədə arayış almaq üçün bu Təlimatın 4-cü bəndi ilə nəzərdə tutulmuş qaydada xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər üçüncü ölkələrdə yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarına) müraciət etməlidirlər. Bu cür müraciətlər baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilir və müvafiq yoxlamadan sonra hazırlanmış arayışlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təqdim olunur. [2]

16. Azərbaycan Respublikasında yaşamış əcnəbilərin göstərilən məsələ üzrə müraciətləri diplomatik kanallarla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir. [3]


 

 

“Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”a 1 nömrəli əlavə[4]

 

ARAYIŞ

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında

__________________________________________________________________________

soyadı, adı, atasının adı

__________________________________________________________________________

doğulduğu tarix

_________________________________________________________________________

doğulduğu yer

 

məhkumluğu barədə aşağıda göstərilən məlumatlar vardır:

 

_______________________________________________________________________

məhkum olunduğu tarix, hökmü çıxaran məhkəmənin adı

_______________________________________________________________________

Cinayət Məcəlləsinin maddələri və adı

_______________________________________________________________________

cəzanın müddəti və növü, azad edilməsinin tarixi və əsası

_______________________________________________________________________

 

 

Vəzifə                           ____________________________________________________

                                                                              imza                                            adı, soyadı

 

Möhür yeri

 

 

 


 

“Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair  Təlimat”a 2 nömrəli əlavə

 

ARAYIŞ

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən __________________________________________________

soyadı, adı, atasının adı

_______________________________________________________________________________

doğulduğu tarix

_________________________________________ məhkumluğu yoxdur.

                                    doğulduğu yer

 

Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin   81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir.

 

Vəzifə                           ____________________________________________________

                                                                               imza                                            adı, soyadı

 

Möhür yeri

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             04 iyun 2013-cü il tarixli Q16-001-13 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201306040016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 iyun 2013-cü il)

2.             8 yanvar 2019-cu il tarixli Q6-001-19 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901080006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 yanvar 2019-cu il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 04 iyun 2013-cü il tarixli Q16-001-13 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201306040016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 iyun 2013-cü il) ilə «Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat»da 11-ci bəndin ikinci cümləsində «rəhbərliyi» sözündən sonra «(«ASAN xidmət» mərkəzində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi)» sözləri əlavə edilmişdir.

 

[2] 8 yanvar 2019-cu il tarixli Q6-001-19 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901080006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 yanvar 2019-cu il) ilə “Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”ın 15-ci bəndinə “yaşamış” sözündən sonra “əcnəbilər və ya” sözləri, “konsulluqlarına” sözündən sonra “(Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər üçüncü ölkələrdə yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarına)” sözləri əlavə edilmişdir.

 

[3] 8 yanvar 2019-cu il tarixli Q6-001-19 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901080006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 yanvar 2019-cu il) ilə “Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”ın 16-cı bənd çıxarılmışdır.

 

[4] 04 iyun 2013-cü il tarixli Q16-001-13 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201306040016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 iyun 2013-cü il) ilə «Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat»da 1 və 2 nömrəli əlavələrdə «Rəis» sözü «Vəzifə» sözü ilə əvəz edilmişdir.

 

8 yanvar 2019-cu il tarixli Q6-001-19 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı Kollegiya (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901080006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 yanvar 2019-cu il) ilə “Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”ın 1 və 2 nömrəli əlavələri yeni redaksiyada təsdiq edilmişdir.

 

əvvəlki redaksiyalarda deyilirdi:

 

 

“Şəxslərə məhkumluq barədə arayışın verilməsinə dair Təlimat”a 1 nömrəli əlavə

ARAYIŞ

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində

__________________________________________________________________________________

soyadı, adı, atasının adı

__________________________________________________________________________________

doğulduğu tarix

__________________________________________________________________________________

doğulduğu yer

 

məhkumluğu barədə aşağıda göstərilən məlumatlar vardır:

 

__________________________________________________________________________________

məhkum olunduğu tarix, hökmü çıxaran məhkəmənin adı

__________________________________________________________________________________

Cinayət Məcəlləsinin maddələri və adı

__________________________________________________________________________________

cəzanın müddəti və növü, azad edilməsinin tarixi və əsası

__________________________________________________________________________________

 

Vəzifə                           ______________________________________________________

                                        imza                                            adı, soyadı

Möhür yeri

 

 


 

 

“Şəxslərə məhkumluq barədə arayışın verilməsinə dair Təlimat”a 2 nömrəli əlavə

 

ARAYIŞ

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində

__________________________________________________________________________________

soyadı, adı, atasının adı

__________________________________________________________________________________

doğulduğu tarix

__________________________________________________________________________________

doğulduğu yer

 

məhkumluğu barədə məlumat yoxdur.

 

Vəzifə                           ______________________________________________________

                                                   imza                                            adı, soyadı

 

Möhür yeri

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status