2719 - 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
14.02.2013
QEYDİYYAT NÖMRƏSİ
2719
ADI
2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 15-02-2013, Nəşr nömrəsi: 35), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2013, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 159)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.02.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
230.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201302142719
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.02.2013
2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında

2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycanda intellektual idman növü kimi tarixən geniş yayılan şahmata ötən əsrin 70-ci illərindən etibarən xüsusi diqqət göstərilmiş, ölkəmiz müstəqilliyə nail olduqdan sonra isə bu sahə dövlət səviyyəsində daha da inkişaf etdirilməyə başlamışdır. Aparılan məqsədyönlü işlər nəticəsində respublikanı dünya miqyasında uğurla təmsil edən çox sayda beynəlxalq qrossmeyster və FİDE ustası hazırlanmışdır. Qrossmeysterlərimizin beynəlxalq miqyaslı yarışlarda və ümumdünya şahmat olimpiadalarında əldə etdikləri yüksək nailiyyətlər Azərbaycanı layiqincə tanıdaraq, ona beynəlxalq şahmat aləmində böyük etimad qazandırmışdır. 2002-ci ildə Avropa çempionatının Bakıda, 2003-cü ildə gənclər arasında dünya çempionatının Naxçıvanda, 2008-ci ildə FİDE-nin Qran-pri seriyasının Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirinin Bakıda keçirilməsi Beynəlxalq Şahmat Federasiyasının ölkəmizə göstərdiyi yüksək etimadın bariz nümunəsidir.

Təqdirəlayiq haldır ki, Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri

 

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Təşkilat Komitəsinin üzvləri: 

 

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti

Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini [1]

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri [2]

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Firudin Nəbiyev – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi

Mahir Məmmədov – Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti

Faiq Həsənov – Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti

 

2. Təşkilat Komitəsi 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi Tədbirlər Planı hazırlasın və icra olunmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 fevral 2013-cü il

   № 2719

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

  1. 1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1301)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1301) ilə 1-ci hissədə “Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilmişdir.

 

[2] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status