×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
15.02.2013
QEYDİYYAT NÖMRƏSİ
828
ADI
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 17-02-2013, Nəşr nömrəsi: 37), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2013, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 122)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.02.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201302150828
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.02.2013
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. altı ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 12-ci maddəsinə uyğun olaraq, mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. həmin Qanunun 14.2.4-cü maddəsinə uyğun olaraq, mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 22.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin Qanunun 23.3-cü maddəsinə uyğun olaraq, mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 24.4-cü maddəsinə uyğun olaraq, peşəkar yaradıcılığın meyarlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [1]

1.1.8. həmin Qanunun 26.4-cü maddəsinə uyğun olaraq, mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. həmin Qanunun 27.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.10. həmin Qanunun 29.5-ci maddəsinə uyğun olaraq, mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibini, təşkilini və idarə olunması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.11. həmin Qanunun 32.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.12. həmin Qanunun 34.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.13. həmin Qanunun 34.3-cü maddəsinə uyğun olaraq, sualtı mədəni irs nümunələrindən istifadə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.14. həmin Qanunun 38.4-cü maddəsinə uyğun olaraq, milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən təminatları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.15. həmin Qanunun 39.1-ci maddəsinə uyğun olaraq, mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.16. həmin Qanunun 40.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.17. həmin Qanunun 42.3-cü maddəsinə uyğun olaraq, sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.18. həmin Qanunun 45.2-ci maddəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.19. həmin Qanunun 47.1-ci maddəsinə uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakının siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.20. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində həmin Qanunun 21.2-ci, 22.5-ci, 23.1-ci maddələrində, 26.4-cü maddəsində ikinci halda, 27.1-ci maddəsində ikinci halda, 29.1-ci maddəsində, 30.4-cü maddəsinin birinci cümləsində, 33.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 35.2-ci, 36.3-cü, 37.1-ci, 37.2-ci, 38.2-ci, 39.2-ci, 39.3-cü, 39.6-cı, 40.3-cü maddələrində, 40.4-cü maddəsinin birinci cümləsində, ikinci cümləsində ikinci halda, 40.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 41.1-ci, 41.2-ci, 42.1-ci, 45.1-ci, 47.4.3-cü, 48.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, 5.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [2]

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi və onun əsasında dövlət proqramlarının və strategiyaların qəbul edilməsi və icrasına nəzarət üzrə), 21.2-ci maddəsində, 25.1-ci maddəsində hər iki halda, 27.1-ci maddəsində ikinci halda, 33.3-cü maddəsinin ikinci cümləsində, 39.2 ci, 39.3-cü, 39.6-cı və 40.3-cü maddələrində, 40.4-cü maddəsinin birinci cümləsində hər iki halda, ikinci cümləsində hər iki halda, üçüncü cümləsində ikinci və üçüncü hallarda, 40.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 45.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [3]

2.2. həmin Qanunun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində məqsədyönlü layihələrin və tədbirlər planlarının qəbul edilməsi və icrasına nəzarət üzrə), 12-ci, 14.2.4-cü, 22.3-cü, 23.3-cü , 24.4-cü maddələrində, 26.4-cü maddəsində birinci halda, 27.1-ci maddəsində birinci halda, 29.5-ci, 32.2-ci, 33.3-cü maddəsinin birinci cümləsində, 34.1-ci, 34.3-cü, 38.4-cü, 39.1-ci maddələrində, 40.4-cü maddəsinin üçüncü cümləsində birinci halda, 42.3-cü, 45.2-ci, 47.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [4]

2.3. həmin Qanunun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində məqsədyönlü layihələrin, tədbirlər planlarının qəbul edilməsi və onların icrasına nəzarət üzrə), 25.3-cü, 41.2-ci və 41.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir; [5]

2.3-1. həmin Qanunun 21.2-ci, 27.1-ci, 39.2 ci, 39.3 cü, 39.6 cı, 40.3-cü maddələrində, 40.4-cü maddəsinin üçüncü cümləsində, 40.5-ci maddəsinin birinci və ikinci cümlələrində (Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla), 45.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirir; [6]

2.3-2. həmin Qanunun 33.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini qoruqların sərhədlərinin (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) və mühafizə zonalarının müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, mədəni irs abidələrinin mühafizə zonalarının müəyyən edilməsi hissəsində isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər; [7]

2.3-3. həmin Qanunun 40.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, Şuşa şəhərinin ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir; [8]

2.4. həmin Qanunun 40.4-cü maddəsinin birinci (Şuşa şəhərinin ərazisi istisna olmaqla) və üçüncü cümlələrində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır. [9]

2.5. həmin Qanunun 40.4-cü maddəsinin ikinci cümləsində birinci halda “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, ikinci halda “orqan (qurum)” dedikdə isə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur; [10]

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2013-cü il

    № 828

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 may 2016-cı il tarixli 904 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 865)

2.       14 noyabr 2016-cı il tarixli 1104 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1811)

3.       16 iyun 2017-ci il tarixli 1469 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1085)

4.       6 noyabr 2017-ci il tarixli 1666 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 noyabr 2017-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2005)

  1. 7 noyabr 2018-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 noyabr 2018-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2246)
  2. 2 may 2019-cu il tarixli 669 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2019-cu il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 821)
  3. 1 iyul 2022-ci il tarixli 1734 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 723)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 noyabr 2016-cı il tarixli 1104 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1811) ilə 1.1.7-ci yarımbənd ləğv edilmişdir.

 

[2] 6 noyabr 2017-ci il tarixli 1666 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 noyabr 2017-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2005) ilə 1.2-ci bənddən “41.2-ci, ” sözləri çıxarılmışdır.

 

[3] 20 may 2016-cı il tarixli 904 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 865) ilə 2.1-ci bəndə “25.1-ci maddəsində hər iki halda” sözlərindən sonra “, 40.4-cü maddəsinin birinci cümləsində birinci halda və ikinci cümləsində ikinci halda” sözləri əlavə edilmişdir.

7 noyabr 2018-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 noyabr 2018-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2246) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi və onun əsasında dövlət proqramlarının və strategiyaların qəbul edilməsi və icrasına nəzarət üzrə), 25.1-ci maddəsində hər iki halda, 40.4-cü maddəsinin birinci cümləsində birinci halda və ikinci cümləsində ikinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1 iyul 2022-ci il tarixli 1734 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 723) ilə 2.1-ci bənddə “və ikinci cümləsində” sözləri “, ikinci cümləsində hər iki halda, üçüncü cümləsində” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 noyabr 2016-cı il tarixli 1104 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1811) ilə 2.2-ci bənddən “, 24.4-cü” sözləri çıxarılmışdır.

16 iyun 2017-ci il tarixli 1469 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1085) ilə 2.2-ci bənddə “32.2-ci,” sözlərindən sonra “33.3-cü maddəsinin birinci və ikinci (qoruqların sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi üzrə) cümlələrində,” sözləri əlavə edilmişdir.

2 may 2019-cu il tarixli 669 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2019-cu il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 821) ilə 2.2-ci bənddə “33.3-cü maddəsinin birinci və ikinci (qoruqların sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi üzrə) cümlələrində” sözləri “33.3-cü maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

1 iyul 2022-ci il tarixli 1734 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 723) ilə 2.2-ci bənddə “ikinci” sözü “üçüncü” sözü ilə əvəz edilmişdir.

 

[5] 16 iyun 2017-ci il tarixli 1469 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1085) ilə 2.3-cü bənddə “25.3-cü maddəsində” sözlərindən sonra “, 33.3-cü maddəsinin ikinci cümləsində (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəni irs abidələrinin mühafizə zonalarının müəyyən edilməsi üzrə), 40.3-cü maddəsində (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəni irs abidələrinin mühafizə zonalarının müəyyən edilməsi üzrə)” sözləri əlavə edilmişdir.

 

6 noyabr 2017-ci il tarixli 1666 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 noyabr 2017-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2005) ilə 2.3-cü bənddə “nəzərdə tutulmuş” sözlərindən əvvəl “, 41.2-ci və 41.3-cü maddələrində” sözləri əlavə edilmişdir.

 

7 noyabr 2018-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 noyabr 2018-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2246) ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.3. həmin Qanunun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində məqsədyönlü layihələrin və tədbirlər planlarının qəbul edilməsi və onların icrasına nəzarət üzrə), 25.3-cü maddəsində, 33.3-cü maddəsinin ikinci cümləsində (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəni irs abidələrinin mühafizə zonalarının müəyyən edilməsi üzrə), 40.3-cü maddəsində (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəni irs abidələrinin mühafizə zonalarının müəyyən edilməsi üzrə), 41.2-ci və 41.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;

 

[6] 7 noyabr 2018-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 noyabr 2018-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2246) ilə yeni məzmunda 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilmişdir.

1 iyul 2022-ci il tarixli 1734 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 723) ilə 2.3-1-ci bənddə “40.4-cü maddəsinin birinci və ikinci cümlələrində” sözləri “40.4-cü maddəsinin üçüncü cümləsində” sözləri ilə əvəz olunmuşdur və həmin bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilmişdir.

 

[7] 1 iyul 2022-ci il tarixli 1734 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 723) ilə 2.3-2-ci bəndə “sərhədlərinin” sözündən sonra “(Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla)” sözləri, “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilmişdir.

 

[8] 1 iyul 2022-ci il tarixli 1734 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 723) ilə yeni məzmunda 2.3-3-cü bənd əlavə edilmişdir.

 

[9] 20 may 2016-cı il tarixli 904 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 865) ilə 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.4-cü bənd əlavə edilmişdir.

1 iyul 2022-ci il tarixli 1734 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 723) ilə 2.4-cü bənddə “birinci və ikinci” sözləri “birinci (Şuşa şəhərinin ərazisi istisna olmaqla) və üçüncü” sözləri ilə əvəz edilmişdir.

 

[10] 1 iyul 2022-ci il tarixli 1734 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 723) ilə2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.5-ci bənd əlavə olunmuşdur.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status