![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
12.02.2013 |
Qeydiyyat nömrəsi |
2 |
Adı |
“Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarının təsdiq edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
20.02.2013 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201302120002 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
19.20.2013 |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanını və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni əsas tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
Q Ə R A R A A L I R:
1. “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydaları təsdiq edilsin (Əlavə olunur). [1]
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (F.Rəhimli) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən hesabatların təqdim edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” QKDK sədrinin 19 oktyabr 2007-ci il tarixli 143 nömrəli və “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən hesabatların təqdim edilməsi Qaydaları”na əlavə və dəyişikliklər edilməsi barədə” 15 iyul 2008-ci il tarixli 101 nömrəli Əmrləri ləğv edilsin.
6. Bu Qərarın icrasına nəzarət sədr müavinlərinə (C.Əliyev və İ.Muradov) həvalə edilsin.
Sədr |
R.Aslanlı |
|
|
Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə ”Azərbaycan Respublikası Prezidentinin 29 mart 2004-cü il tarixli 44 nömrəli Fərmanının 2.2-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları (bundan sonra–peşəkar iştirakçılar) olan brokerlər, dilerlər, fond birjaları, depozitarlar, klirinq təşkilatları və qiymətli kağız sahiblərinin reyestrinin aparılması fəaliyyətini həyata keçirənlər (bundan sonra–reyestrsaxlayıcı) tərəfindən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra – QKDK) təqdim edilən hesabatlara dair tələbləri, habelə onların təqdim edilməsi və açıqlanması qaydalarını müəyyən edir.
1.3. Aktivlərin idarəedilməsi fəaliyyətini həyata keçirənlər tərəfindən təqdim edilən hesabatlara dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması qaydaları investisiya fondları haqqında qanunvericiliklə müəyyən olunur.
2. Broker və diler tərəfindən təqdim olunan hesabatlar[2]
2.1. Broker öz fəaliyyəti ilə əlaqədar olaraq QKDK-ya rüblük və illik hesabatlar təqdim edir.
2.2. Broker tərəfindən QKDK-ya təqdim edilən rüblük hesabatın tərkibi mövcud qanunvericiliklə tələb olunan məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:
2.2.1. müştəri hesablarına dair hesabat (Əlavə № 1);
2.2.2. kapital adekvatlığına dair hesabat (Əlavə № 2);
2.2.3. kredit riskinə dair hesabat (Əlavə № 3);
2.2.4. bazar riskinə dair hesabat (Əlavə № 4);
2.2.5. əməliyyat riskinə dair hesabat (Əlavə № 5);
2.2.6. konsentrasiya riskinə dair hesabat (Əlavə № 6);
2.2.7. rüblük maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat);
2.2.8. peşəkar fəaliyyətin həyata keçirilməsi haqqında hesabat (Əlavə № 7);
2.2.9. təşkilati struktur və mühüm iştirak payçıları haqqında məlumat:
2.2.9.1. təşkilati strukturun sxemi;
2.2.9.2. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər;
2.2.9.3. mühüm iştirak payına sahib (10% və daha artıq) şəxslər fiziki şəxs olduqda adı, soyadı və atasının adı, hüquqi şəxs olduqda adı və təşkilati hüquqi forması, habelə malik olduqları pay barədə məlumat.
2.3. Diler öz fəaliyyətləri ilə əlaqədar olaraq QKDK-ya aylıq, rüblük və illik hesabatlar təqdim edir.
2.4. Diler tərəfindən QKDK-ya təqdim edilən aylıq hesabatın tərkibi mövcud aşağıdakılardan ibarətdir:
2.4.1. müştəri hesablarına dair hesabat (Əlavə № 1);
2.4.2. kapital adekvatlığına dair hesabat (Əlavə № 2);
2.4.3. kredit riskinə dair hesabat (Əlavə № 3);
2.4.4. bazar riskinə dair hesabat (Əlavə № 4);
2.4.5. əməliyyat riskinə dair hesabat (Əlavə № 5);
2.4.6. konsentrasiya riskinə dair hesabat (Əlavə № 6);
2.4.7. hesablaşma və kontragent riskinə dair hesabat.
2.5. Diler tərəfindən QKDK-ya təqdim edilən rüblük hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
2.5.1. maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat);
2.5.2. peşəkar fəaliyyətin həyata keçirilməsi haqqında hesabat (Əlavə № 7);
2.5.3. təşkilati struktur və mühüm iştirak payçıları haqqında məlumat:
2.5.3.1. təşkilati strukturun sxemi;
2.5.3.2. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər;
2.5.3.3. mühüm iştirak payına sahib (10% və daha artıq) şəxslər fiziki şəxs olduqda adı, soyadı və atasının adı, hüquqi şəxs olduqda adı və təşkilati hüquqi forması, habelə malik olduqları pay barədə məlumat.
2.6. Broker və diler tərəfindən QKDK-ya təqdim edilən illik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
2.6.1. kənar auditdən keçmiş mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər;
2.6.2. kənar auditorun rəyi;
2.7. Broker və Diler tərəfindən QKDK-ya təqdim edilən dövri hesabatlarla yanaşı, aşağıda qeyd edilən dəyişikliklərlə bağlı hesabatları baş verdiyi tarixdən 10 iş günü ərzində QKDK-ya təqdim edilməlidir:
2.7.1. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş texniki təminat vəsaitləri, elektron proqramlar və sistemlər, habelə onlarda edilmiş dəyişikliklər barədə məlumat;
peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar, habelə onlara edilmiş dəyişikliklər haqqında məlumat.
3. Depozitar və reyestrsaxlayıcı tərəfindən təqdim olunan hesabatlar
3.1. Depozitar və reyestrsaxlayıcı öz fəaliyyətləri ilə əlaqədar olaraq QKDK-ya rüblük və illik hesabatlar təqdim edir.
3.2. Depozitar və reyestrsaxlayıcı tərəfindən QKDK-ya təqdim edilən rüblük hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
3.2.1. rüblük maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat);
3.2.2. peşəkar fəaliyyətinin həyata keçirilməsi haqqında hesabat (Əlavə № 7);[3]
3.2.3. xidmət göstərdiyi emitentlərin siyahısı və həmin siyahıda baş vermiş dəyişikliklər barədə məlumat;
3.2.4. sistemə çıxışı olan peşəkar iştirakçıların siyahısı;
3.2.5. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat.
3.3. Depozitar və reyestrsaxlayıcı tərəfindən QKDK-ya təqdim edilən illik hesabatın tərkibi mövcud qanunvericiliklə tələb olunan məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir: [4]
3.3.1. kənar auditdən keçmiş mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər;
3.3.2. kənar auditorun rəyi;
3.3.3. idarəetmə hesabatı.
3.4. Bu Qaydaların 3.3.3-cü bəndi ilə müəyyən edilmiş hesabat aşağıdakıları əhatə etməlidir: [5]
3.4.1. təşkilatı strukturu və funksional bölgü haqqında məlumat;
3.4.2. daxili nəzarət sistemləri haqqında məlumat;
3.4.3. fəaliyyətin davamlılığının və fasiləsizliyinin təmin olunması, o cümlədən əməliyyat risklərinin azaldılması məqsədi ilə tətbiq olunan mexanizmlər barədə məlumat;
3.4.4. qiymətli kağızlar bazarında fəaliyyət ilə bağlı keçirilmiş və iştirak etdiyi təlimlər haqqında məlumat;
3.4.5. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş texniki təminat vəsaitləri, elektron proqramlar və sistemlər, habelə onlarda edilmiş dəyişikliklər; [6]
3.4.6. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar, habelə onlara edilmiş dəyişikliklər haqqında məlumat.
3.5. Depozitar və reyestrsaxlayıcı tərəfindən QKDK-ya təqdim edilən dövri hesabatlarla yanaşı, aşağıda qeyd edilən dəyişikliklərlə bağlı məlumatları baş verdiyi tarixdən 10 iş günü ərzində QKDK-ya təqdim edilməlidir:
3.5.1. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş texniki təminat vəsaitləri, elektron proqramlar və sistemlər, habelə onlarda edilmiş dəyişikliklər barədə;
3.5.2. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar, habelə onlara edilmiş dəyişikliklər haqqında.
4. Klirinq təşkilatı tərəfindən təqdim olunan hesabatlar
4.1. Klirinq təşkilatı fəaliyyəti ilə əlaqədar olaraq QKDK-ya rüblük və illik hesabatlar təqdim edir.
4.2. Klirinq təşkilatı tərəfindən QKDK-ya təqdim edilən rüblük hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
4.2.1. rüblük maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat);
4.2.2. peşəkar iştirakçının likvid vəsaitləri haqqında hesabat (Əlavə № 1); [7]
4.2.3. peşəkar fəaliyyətinin həyata keçirilməsi haqqında hesabat (Əlavə № 7). [8]
4.2.4. sistemə çıxışı olan peşəkar iştirakçıların siyahısı və həmin siyahıda baş vermiş dəyişikliklər barədə məlumat;
4.2.5. zəmanət fondunun idarəolunması haqqında hesabat;
4.2.6. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat.
4.3. Zəmanət fondunun idarəolunması haqqında hesabatda ən azı aşağıdakılar öz əksini tapmalıdır:
4.3.1. zəmanət fondunun hesabat dövrünün əvvəlinə qalığı;
4.3.2. hesabat dövrü ərzində zəmanət fonduna hər bir daxilolmanın tarixi, həcmi, mənbəyi;
4.3.3. hesabat dövrü ərzində zəmanət fondundan edilmiş hər bir ödənişin tarixi, həcmi, təyinatı;
4.3.4. zəmanət fondu üzrə kreditor borclarının ümumi həcmi;
4.3.5. zəmanət fondu üzrə debitor borclarının ümumi həcmi;
4.3.6. zəmanət fondunun hesabat dövrünün sonuna qalığı.
4.4. Klirinq təşkilatı tərəfindən QKDK-ya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 3.3-cü bəndi ilə müəyyən edilir. [9]
4.5. Klirinq təşkilatının idarəetmə hesabatın tərkibi bu Qaydaların 3.4-cü bəndi ilə müəyyən edilir.
4.6. Klirinq təşkilatı tərəfindən QKDK-ya təqdim edilən dövri hesabatlarla yanaşı, aşağıda qeyd edilən dəyişikliklərlə bağlı məlumatları baş verdiyi tarixdən 10 iş günü ərzində QKDK-ya təqdim edilməlidir: [10]
4.6.1. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş texniki təminat vəsaitləri, elektron proqramlar və sistemlər, habelə onlarda edilmiş dəyişikliklər barədə;
4.6.2. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar, habelə onlara edilmiş dəyişikliklər haqqında.
5. Fond birjası tərəfindən təqdim olunan hesabatlar
5.1. Fond birjası fəaliyyəti ilə əlaqədar olaraq QKDK-ya rüblük və illik hesabatlar təqdim edir.
5.2. Fond birjası tərəfindən QKDK-ya təqdim edilən rüblük hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
5.2.1. rüblük maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat);
5.2.2. peşəkar iştirakçının likvid vəsaitləri haqqında hesabat (Əlavə № 1); [11]
5.2.3. peşəkar fəaliyyətinin həyata keçirilməsi haqqında hesabat (Əlavə № 7). [12]
5.2.4. birja üzvlərinin siyahısı və həmin siyahıda baş vermiş dəyişikliklər barədə məlumat;
5.2.5. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat.
5.3. Fond birjası tərəfindən QKDK-ya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 3.3-cü bəndi ilə müəyyən edilir. [13]
5.4. Fond birjası tərəfindən təqdim olunan idarəetmə hesabatı aşağıdakıları əks etdirməlidir:
5.4.1. fond birjasının təşkilati strukturu, idarəetmə orqanları, fond birjası tərəfindən yaradılmış komitələr və komissiyalar, habelə onları funksiyaları haqqında məlumat;
5.4.2. daxili nəzarət sistemləri haqqında məlumat;
5.4.3. listinqdə olan qiymətli kağızların növü, forması, dövlət qeydiyyat nömrəsi, həcmi, səhmdar kapitalına nisbəti (olduqda) və emitentinin adı;
5.4.4. fəaliyyətin davamlılığının və fasiləsizliyinin təmin olunması, o cümlədən əməliyyat risklərinin azaldılması məqsədi ilə tətbiq olunan mexanizmlər və texniki vasitələr barədə məlumat;
5.4.5. qiymətli kağızlar bazarında fəaliyyət ilə bağlı keçirilmiş və iştirak edilmiş təlimlər haqqında məlumat;
5.4.6. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş texniki təminat vəsaitləri, elektron proqramlar və sistemlər, habelə onlarda edilmiş dəyişikliklər;
5.4.7. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar, habelə onlara edilmiş dəyişikliklər haqqında məlumat. [14]
5.5. Fond birjası tərəfindən QKDK-ya təqdim edilən dövri hesabatlarla yanaşı, aşağıda qeyd edilən dəyişikliklərlə bağlı məlumatları baş verdiyi tarixdən 10 iş günü ərzində QKDK-ya təqdim edilməlidir:
5.5.1. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş texniki təminat vəsaitləri, elektron proqramlar və sistemlər, habelə onlarda edilmiş dəyişikliklər barədə;
5.5.2. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar, habelə onlara edilmiş dəyişikliklər haqqında.
6. Peşəkar iştirakçılar tərəfindən hesabatların təqdim edilməsi və açıqlanması qaydaları
6.1. İllik hesabat peşəkar iştirakçı tərəfindən hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı və növbəti ilin ilk 5 (beş) ayı ərzində QKDK-ya təqdim edilməlidir.
6.2. Rüblük hesabatlar hər təqvim rübünün nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 20 (iyirmi) gündən gec olmayan müddətdə QKDK-ya təqdim ediməlidir. Aylıq hesabatlar hər təqvim ayının nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 15 (on beş) gündən gec olmayan müddətdə QKDK-ya təqdim ediməlidir .[15]
6.3. Peşəkar iştirakçı tərəfindən təqdim edilmiş illik hesabatlarda nöqsanlar aşkar edildikdə, hesabatların təqdim edildiyi tarixdən etibarən 20 (iyirmi) iş günü müddətində QKDK həmin nöqsanların aradan qaldırılmasını və bu hesabatların açıqlanmasının dayandırılmasını peşəkar iştirakçıdan yazılı surətdə tələb edir. [16]
6.4. Bu Qaydaların 6.3-cü bəndi ilə müəyyən edilmiş müddət ərzində illik hesabatın açıqlanmasının dayandırılması QKDK tərəfindən tələb olunmadıqda peşəkar iştirakçı kənar auditdən keçmiş maliyyə hesabatlarını və kənar auditor rəyini QKDK-ya təqdim edildiyi tarixdən etibarən 30 gün ərzində kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir.
6.5. Hesabatların səhifələri nömrələnməli, tikilməli, peşəkar iştirakçının icra orqanının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və möhürü ilə təsdiq edilməlidir. Hesabatı imzalayan şəxslər hesabata daxil olan məlumatların tamlığı və dürüstlüyü üçün mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
7. Hesabatların tərtib edilməsi qaydaları[17]
7.1. “Müştəri hesablarına dair hesabat” (Əlavə № 1) broker və diler tərəfindən aşağıdakı qaydada tərtib edilir:
7.1.1. “Müştəri hesablarının sayı” sətrində - “Qiymətli kağız hesablarının sayı” ilə “Digər maliyyə alətləri hesablarının sayı”nın cəmi qeyd edilir.
7.1.2. “Müştəri hesablarında olan aktivlər” sətrində - “Qiymətli kağızlar və maliyyə alətləri” ilə “Pul vəsaitləri”n cəmi qeyd edilir.
7.1.3. “Qiymətli kağızlar və maliyyə alətləri” - sətrində “Kotirovka olunan səhmlər”, “Digər qiymətli kağızlar” və “Törəmə qiymətli kağızları”nın cəmi qeyd edilir.
7.1.4. “Pul vəsaitləri” sətrində - “Kassa”da olan və “Digər vəsaitlər”in cəmi qeyd edilir.
7.1.5. “Kassa” sətrində - kassada saxlanılan pul vəsaitləri qeyd edilir.
7.1.6. “Digər vəsaitlər” sətrində - yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları və pul vəsaitlərinin ekvivalentlərinin cəmi qeyd olunur.
7.1.7. “İdarəedilən müştəri aktivləri” sətrində - “Qiymətli kağızlar və maliyyə alətləri” ilə “Pul vəsaitləri” qeyd edilir.
7.2. “Kapital adekvatlığına dair hesabat” (Əlavə № 2) broker və diler tərəfindən aşağıdakı qaydada tərtib edilir:
7.2.1. “Məcmu kapital” sətrində - “Birinci və ikinci dərəcəli kapitalın cəmi” ilə “Birinci və ikinci dərəcəli kapitaldan tutulmalar”ın fərqi qeyd edilir.
7.2.2. “Birinci dərəcəli kapital” sətrində - “ödənilmiş adi səhmlər”, “qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər”, “səhmlərin emissiyasından əldə edilmiş digər vəsaitlər”, “nizamnamə kapitalı (MMC-lər üçün ödənilmiş pay)”, “Kapital ehtiyatları” və “Bölüşdürülməmiş mənfəət (zərər)”in cəmi qeyd edilir. Mərkəzi Bank ?
7.2.3. “Ödənilmiş adi səhmlər” sətrində - peşəkar iştirakçının nizamnamə kapitalını formalaşdıran ödənilmiş adi səhmlərin nominal dəyəri qeyd edilir.
7.2.4. “Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər” sətrində - peşəkar iştirakçının nizamnamə kapitalını formalaşdıran qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlərin nominal dəyəri qeyd edilir.
7.2.5. “Səhmlərin emissiyasından əldə edilmiş digər vəsaitlər” sətrində - kumulyativ imtiyazlı səhmlər istisna olmaqla, adi və imtiyazlı səhmlərin emissiyasından əldə edilən əlavə məbləğ qeyd edilir.
7.2.6. “Nizamnamə kapitalı (MMC-lər üçün ödənilmiş pay)” sətrində - məhdud məsuliyyətli cəmiyyət olan peşəkar iştirakçının nizamnamə kapitalını formalaşdıran ödənilmiş digər kapitalın nominal dəyərini daxil edilir.
7.2.7. “Kapital ehtiyatları” sətrində - peşəkar iştirakçının səhmdarlarının və ya payçılarının məqsədli ödənişləri hesabına yaradılmış ehtiyatlarda (fondlarda) mövcud olan vəsaitlərin məbləği qeyd edilir.
7.2.8. “Bölüşdürülməmiş mənfəət (zərər)” sətrində - mühasibat balansında göstərilən və audit olunmuş illik maliyyə hesabatlarına əsaslanan əvvəlki illərin bölüşdürülməmiş mənfəəti və ya zərəri qeyd edilir. Mənfəət müsbət, zərər isə mənfi işarə ilə qeyd olunur.
7.2.9. “Birinci dərəcəli kapitaldan tutulmalar” sətrində - “Geri alınmış səhmlər (paylar)” , “Qeyri-maddi aktivlər” və “Cari ilin zərəri”nin cəmi qeyd edilir.
7.2.10. “Geri alınmış səhmlər” sətrində - səhmdar cəmiyyət olan peşəkar iştirakçılar tərəfindən geri alınmış, lakin ləğv olunmamış “adi səhmlər” ilə “imtiyazlı səhmlər”in nominal dəyərinin cəmi, məhdud məsuliyyətli cəmiyyət üçün geri alınmış paylar qeyd edilir.
7.2.11. “Qeyri-maddi aktivlər” sətrində - fiziki əsası olmayan, lakin sahibkarın imtiyazı və hüququ əsasında dəyər yaradan (xüsusi razılıqlar, lisenziyalar, patentlər, ticarət nişanı, imtiyazlar və s.) dövriyyədənkənar aktivlərin (qeyri-maddi akivlərin) ümumi dəyəri qeyd edilir.
7.2.12. “Cari ilin zərəri” sətrində - rüblük mənfəət və zərər haqqında hesabata əsaslanan zərərin məbləği müsbət işarə ilə qeyd edilir.
7.2.13. “İkinci dərəcəli kapital” sətrində - “Yenidən qiymətləndirmədən irəli gələn”, “Xüsusi ehtiyatlar”, “Cari ilin mənfəəti” və “Subordinasiya borcları”nın cəmi qeyd edilir.
7.2.14. “Yenidən qiymətləndirmədən irəli gələn” sətrində - əvəzetmə dəyəri metodu ilə qiymətləndirilən daşınmaz əmlakın və avadanlıqların yenidən tikili və təbii sərvətlər kimi uzunmüddətli qeyri-maliyyə aktivlərinin qiymətləndirilməsi zamanı ortaya çıxan fərq qeyd edilir.
7.2.15. “Xüsusi ehtiyatlar” sətrində - “uzunmüddətli qeyri-maliyyə aktivlərdən irəli gələn” və “uzunmüddətli maliyyə aktivlərindən irəli gələn”, vəsaitlərin cəmi qeyd edilir.
7.2.16. “Uzunmüddətli qeyri-maliyyə aktivlərdən irəli gələn” sətrində - torpaq, edilmiş investisiyaların qiymətləndirilməsi ədalətli dəyər prinsipi ilə aparıldıqda onların dəyərindəki artım nəticəsində mühasibat balansında baş vermiş dəyişikliklərin ümumi məbləği qeyd edilir.
7.2.17. “Uzunmüddətli maliyyə alətlərindən irəli gələn” sətrində - maliyyə alətlərinə (səhmlər, paylar və uzunmüddətli korporativ istiqrazlar) edilmiş investisiyaların qiymətləndirilməsi bazar dəyər prinsipi ilə aparıldıqda onların dəyərindəki artım nəticəsində mühasibat balansında baş vermiş dəyişikliklərin ümumi məbləği qeyd edilir.
7.2.18. “Cari ilin mənfəəti” - sətrində dövrü mənfəət və zərər haqqında hesabata əsaslanan mənfəətin məbləği qeyd edilir.
7.2.19. “Subordinasiya borcları” - sətrində emissiya şərtlərinə görə ödəniş vaxtı çatdıqda ödənilən, girov ilə təmin edilməyən, sahibinin tələbi ilə geri alınmayan, son ödəniş müddəti başa çatana kimi bu öhdəlik üzrə ödəniş (faiz və ya əsas borc) baş tutmadığı təqdirdə təşkilatı müflis elan etmək və ya ləğv etmək hüququ verməyən, təşkilat ləğv edilərkən onların ödənilməsi kreditorların tələbi tam ödənildikdən sonra icra olunan öhdəliklərin məbləği qeyd edilir.
7.2.20. “Birinci və ikinci dərəcəli kapitalın cəmi” sətrində - “Birinci dərəcəli kapital” ilə “İkinci dərəcəli kapital”ın cəmindən “Birinci dərəcəli kapitaldan tutulmalar”ın fərqi qeyd edilir.
7.2.21. “Birinci və ikinci dərəcəli kapitaldan tutulmalar” sətrində - “digər peşəkar iştirakçıların kapitalına xalis investisiyalar”, “peşəkar iştirakçı olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına investisiyalar” və “digər hüquqi şəxslərin (peşəkar iştirakçılar, maliyyə institutları və birjada listinqə çıxmış hüquqi şəxslər istisna olmaqla) kapitalına investisiyalar”ın cəmi qeyd edilir.
7.2.22. “Digər peşəkar iştirakçıların kapitalına xalis investisiyalar” sətrində - hesabatı təqdim edən peşəkar iştirakçı (hesabatçı) tərəfindən digər peşəkar iştirakçıların nizamnamə kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir.
7.2.23. “Peşəkar iştirakçı olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar” sətrində - hesabatı təqdim edən peşəkar iştirakçı (hesabatçı) tərəfindən peşəkar iştirakçı olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir.
7.2.24. “Digər hüquqi şəxslərin kapitalına (peşəkar iştirakçılar, maliyyə institutları və birjada listinqə çıxmış hüquqi şəxslər istisna olmaqla)” sətrində - hesabatı təqdim edən peşəkar iştirakçı (hesabatçı) tərəfindən peşəkar iştirakçılar, peşəkar iştirakçı olmayan digər maliyyə institutları və birjada listinqə çıxmış hüquqi şəxsləri istisna olmaqla bütün digər hüquqi şəxslərin kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir.
7.2.25. “Cəmi kapital tələbi” sətrində - “Kredit riski”, “Bazar riski”, “Əməliyyat riski”, “Hesablaşma və kontragent riski” və “Konsentrasiya riski” üzrə hesablanmış kapital tələbinin cəmi qeyd edilir.
7.2.26. “Məcmu kapital – Cəmi kapital tələbi” sətrində - “Məcmu kapital” ilə “Cəmi kapital tələbi”nin fərqi qeyd edilir.
7.2.27. “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 30 günədək)” sətrində - pul vəsaitləri, səhmlər, habelə qalıq ödəniş müddəti 30 günədək olan dövlət qiymətli kağızları, korporativ istiqrazlar və Mərkəzi Bankın notlarının nominal dəyəri qeyd edilir.
7.2.28. “Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)” sətrində - 30 gün ərzində ödəniləcək bütün öhdəliklərin nominal dəyəri qeyd edilir.
7.2.29. “I kateqoriya likvidlik əmsalı” sətrində - “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 30 günədək)”in “Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)” olan nisbəti qeyd edilir.
7.2.30. “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)” sətrində - pul vəsaitləri, səhmlər, habelə qalıq ödəniş müddəti 180 günədək olan dövlət qiymətli kağızları, korporativ istiqrazlar və Mərkəzi Bankın notlarının nominal dəyəri qeyd edilir.
7.2.31. “Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)” sətrində - 180 gün ərzində ödəniləcək bütün öhdəliklərin nominal dəyəri qeyd edilir.
7.2.32. “II kateqoriya likvidlik əmsalı” sətrində - “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)”in “Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)” olan nisbəti qeyd edilir.
7.3. “Peşəkar fəaliyyətinin həyata keçirilməsi haqqında hesabat” (Əlavə № 7) peşəkar iştirakçı (broker, diler, depozitar və reyestrsaxlayıcı, klirinq təşkilatı və fond birjası) tərəfindən aşağıdakı qaydada tərtib edilir:
7.3.1. Peşəkar bazar iştirakçısının ştatında olan ixtisas şəhadətnaməsinə malik hər bir əməkdaşla bağlı aşağıdakı məlumatlar daxil edilir (bütün peşəkar iştirakçılar tərəfindən tərtib olunur):
7.3.1.1. adı, soyadı, atasının adı;
7.3.1.2. həyata keçirilən peşəkar fəaliyyətin növü;
7.3.1.3. ixtisas şəhadətnaməsinin nömrəsi;
7.3.1.4. əməkdaşın peşəkar fəaliyyətin həyata keçirilməsi üzrə iş stajı.
7.3.2. Dövr sonuna müştərilərinin sayı və strukturu ilə bağlı aşağıdakı məlumatlar (yalnız brokerlər tərəfindən tərtib olunur) daxil edilir:
7.3.2.1. Fiziki şəxs olan müştərilərinin sayı rezident və qeyri-rezident müştərilərin sayının cəmini qeyd edir.
7.3.2.2. Hüquqi şəxs olan müştərilərinin sayı yerli bank, yerli digər hüquqi şəxs, xarici bank, xarici digər hüquqi şəxs olaraq daxil edilir.
7.3.2.3. Yerli bank əsas fəaliyyəti yeri Azərbaycan Respublikasında olan banklar olaraq daxil edilir.
7.3.2.4. Yerli digər hüquqi şəxs əsas fəaliyyət yeri Azərbaycan Respublikasında olan digər hüquqi şəxslər olaraq daxil edilir.
7.3.2.5. Xarici bank əsas fəaliyyət yeri Azərbaycan Respublikasından kənarda olan banklar olaraq daxil edilir.
Xarici digər hüquqi şəxs əsas fəaliyyətini Azərbaycan Respublikasından kənarda göstərən digər hüquqi şəxslər olaraq daxil edilir.
|
“Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə №1[19]
___________________________ /____ / /_________ /_____-__ il tarixinə (peşəkar iştirakçının) (gün) (ay) (il)
Müştəri hesablarına dair hesabat
|
“Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə №2
___________________________ /____ / /_________ /_____-__ il tarixinə (peşəkar iştirakçının) (gün) (ay) (il)
Kapital adekvatlığına dair hesabat
|
“Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 3
___________________________ /____ / /_________ /_____-__ il tarixinə (peşəkar iştirakçının) (gün) (ay) (il)
Kredit riskinə dair hesabat
|
“Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 4
___________________________ /____ / /_________ /_____-__ il tarixinə (peşəkar iştirakçının) (gün) (ay) (il)
Bazar riski: Xarici valyuta riskinə dair hesabat
|
“Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 5
___________________________ /____ / /_________ /_____-__ il tarixinə (peşəkar iştirakçının) (gün) (ay) (il)
Əməliyyat riskinə dair hesabat
|
“Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 6
___________________________ /____ / /_________ /_____-__ il tarixinə (peşəkar iştirakçının) (gün) (ay) (il)
Konsentrasiya riskinə dair hesabat
|
“Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə №7[20]
/______ / /__________ /______ - ______ il tarixinə (gün) (ay) (il)
Peşəkar fəaliyyətinin həyata keçirilməsi haqqında hesabat
I hissə
II hissə
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il)
2. 03 fevral 2016-cı il tarixli 17-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 03 fevral 2016-cı il tarixli 17-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il) ilə 1-ci hissəsi ləğv edilmişdir.
[2] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 2-ci bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Broker və diler tərəfindən təqdim olunan hesabatlar
2.2. Broker və diler öz fəaliyyətləri ilə əlaqədar olaraq QKDK-ya rüblük və illik hesabatlar təqdim edir.
2.3. Broker və diler tərəfindən QKDK-ya təqdim edilən rüblük hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
2.3.1. rüblük maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat);
2.3.2. peşəkar iştirakçının likvid vəsaitləri haqqında hesabat (Əlavə № 1);
2.3.3. peşəkar fəaliyyətinin həyata keçirilməsi haqqında hesabat (Əlavə № 2).
2.3.4. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat.
2.4. Broker və diler tərəfindən QKDK-ya təqdim edilən illik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
2.4.1. kənar auditdən keçmiş mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat uçot siyasəti və izahlı qeydlər;
2.4.2. kənar auditorun rəyi;
2.4.3. idarəetmə hesabatı.
2.5. Broker və diler tərəfindən təqdim olunan idarəetmə hesabatı aşağıdakıları əks etdirməlidir:
2.5.1. qiymətli kağızlar bazarında fəaliyyət ilə bağlı keçirilmiş və iştirak etdiyi təlimlər haqqında məlumat;
2.5.2. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş texniki təminat vəsaitləri, elektron proqramlar və sistemlər, habelə onlarda edilmiş dəyişikliklər barədə məlumat;
2.5.3. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar, habelə onlara edilmiş dəyişikliklər haqqında məlumat.
[3] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 3.2.2-ci yarımbənddə “Əlavə № 2” sözləri “Əlavə № 7” sözləri ilə əvəz edilmişdir.
[4] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 3.3-cü bənddə “bu Qaydaların 2.3-cü bəndi ilə müəyyən edilir.” sözləri “mövcud qanunvericiliklə tələb olunan məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:” sözləri ilə əvəz edilmişdir və yeni məzmunda 3.3.1-ci, 3.3.2-ci və 3.3.3-cü yarımbəndlər əlavə edilmişdir.
[5] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 3.4-cü bənddə “Depozitar və reyestrsaxlayıcı tərəfindən təqdim olunan idarəetmə hesabatı” sözləri “Bu Qaydaların 3.3.3-cü bəndi ilə müəyyən edilmiş hesabat” sözləri ilə əvəz edilmişdir.
[6] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 3.4.5-ci və 3.4.6-cı yarımbəndlər ləğv edilmişdir və yeni məzmunda 3.5-ci bənd əlavə edilmişdir.
[7] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 4.2.2-ci yarımbənd ləğv edilmişdir.
[8] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 4.2.3-cü yarımbənddə “Əlavə №2” sözləri “Əlavə №7” sözləri ilə əvəz edilmişdir.
[9] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 4.4-cü bənddə “2.3-cü” sözləri “3.3-cü” sözləri ilə əvəz edilmişdir.
[10] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”na yeni məzmunda 4.6-cı bənd əlavə edilmişdir.
[11] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 5.2.2-ci yarımbənd ləğv edilmişdir.
[12] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 5.2.3-cü yarımbənddə “Əlavə №2” sözləri “Əlavə №7” sözləri ilə əvəz edilmişdir.
[13] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 5.3-cü bənddə “2.3-cü” sözləri “3.3-cü” sözləri ilə əvəz edilmişdir.
[14] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 5.4.6-cı və 5.4.7-ci yarımbəndlər ləğv edilmişdir və yeni məzmunda 5.5-ci bənd əlavə edilmişdir.
[15] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 6.2-ci bənddə “10 (on) iş günündən” sözləri “20 (iyirmi) gündən” sözləri ilə əvəz edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[16] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 6.3-cü bənddə “15” rəqəmi “20 (iyirmi)” sözləri ilə əvəz edilmişdir.
[17] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 7-ci bölməsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
7. Hesabatların tərtib edilməsi qaydaları
7.6. “Peşəkar iştirakçının likvid vəsaitləri haqqında hesabat” (Əlavə № 1) peşəkar iştirakçı tərəfindən aşağıdakı qaydada tərtib edilir:
7.6.1. “Tutulmalardan sonrakı ilkin kapital” sətrində - “cəmi ilkin kapital” ilə “ilkin kapitaldan tutulmalar”ın fərqi qeyd edilir.
7.6.2. “Cəmi ilkin kapital” sətrində - “ödənilmiş adi səhmlər”, “qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər”, “səhmlərin emissiyasından əldə edilmiş digər vəsaitlər”, “ödənilmiş digər kapital (MMC-lər üçün ödənilmiş kapital)”, “Kapital ehtiyatları”, “Bölüşdürülməmiş mənfəət (zərər)”in cəmi ilə “Cari ilin zərəri”nin fərqi qeyd edilir.
7.6.3. “Ödənilmiş adi səhmlər” sətrində - peşəkar iştirakçının nizamnamə kapitalını formalaşdıran ödənilmiş adi səhmlərin nominal dəyəri qeyd edilir.
7.6.4. “Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər” sətrində - peşəkar iştirakçının nizamnamə kapitalını formalaşdıran qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlərin nominal dəyəri qeyd edilir.
7.6.5. “Səhmlərin emissiyasından əldə edilmiş digər vəsaitlər” sətrində - kumulyativ imtiyazlı səhmlər istisna olmaqla, adi və imtiyazlı səhmlərin emissiyasından əldə edilən əlavə məbləğ qeyd edilir.
7.6.6. “Ödənilmiş digər kapital (MMC-lər üçün ödənilmiş kapital)” sətrində - məhdud məsuliyyətli cəmiyyət olan peşəkar iştirakçınin nizamnamə kapitalını formalaşdıran ödənilmiş digər kapitalın nominal dəyərini daxil edilir.
7.6.7. “Kapital ehtiyatları” sətrində - peşəkar iştirakçının səhmdarlarının və ya payçılarının məqsədli ödənişləri hesabına yaradılmış ehtiyatlarda (fondlarda) mövcud olan vəsaitlərin məbləği qeyd edilir.
7.6.8. “Bölüşdürülməmiş mənfəət (zərər)” sətrində - mühasibat balansında göstərilən və audit olunmuş illik maliyyə hesabatlarına əsaslanan əvvəlki illərin bölüşdürülməmiş mənfəəti və ya zərəri qeyd edilir. Mənfəət müsbət, zərər isə mənfi işarə ilə qeyd olunur.
7.6.9. “Cari ilin zərəri” sətrində - rüblük mənfəət və zərər haqqında hesabata əsaslanan zərərin məbləği müsbət işarə ilə qeyd edilir.
7.6.10. “İlkin kapitaldan tutulmalar” sətrində - “geri alınmış səhmlər” ilə “qeyri-maddi aktivlər”in cəmi qeyd edilir.
7.6.11. “Geri alınmış səhmlər” sətrində - səhmdar cəmiyyət olan peşəkar iştirakçılar tərəfindən geri alınmış, lakin ləğv olunmamış “adi səhmlər” ilə “imtiyazlı səhmlər”in nominal dəyərinin cəmi qeyd edilir.
7.6.12. “Qeyri-maddi aktivlər” sətrində - fiziki əsası olmayan, lakin sahibkarın imtiyazı və hüququ əsasında dəyər yaradan (xüsusi razılıqlar, lisenziyalar, patentlər, ticarət nişanı, imtiyazlar və s.) dövriyyədənkənar aktivlərin (qeyri-maddi akivlərin) ümumi dəyəri qeyd edilir.
7.6.13. “İkinci dərəcəli kapital” sətrində - “xüsusi ehtiyatlar”, “cari ilin mənfəəti” və “kapitalın digər vəsaitləri”nin cəmi qeyd edilir.
7.6.14. “Xüsusi ehtiyatlar” sətrində - “uzunmüddətli qeyri-maliyyə aktivlərdən irəli gələn”, “uzunmüddətli maliyyə aktivlərindən irəli gələn”, “qiymətləndirmə metodundakı dəyişikliklərdən irəli gələn” və “inflyasiyadan irəli gələn” vəsaitlərin cəmini əhatə edir.
7.6.15. “Uzunmüddətli qeyri-maliyyə aktivlərdən irəli gələn” sətrində - torpaq, edilmiş investisiyaların qiymətləndirilməsi ədalətli dəyər prinsipi ilə aparıldıqda onların dəyərindəki artış nəticəsində mühasibat balansında baş vermiş dəyişikliklərin ümumi məbləği qeyd edilir.
7.6.16. “Uzunmüddətli maliyyə alətlərindən irəli gələn” sətrində - maliyyə alətlərinə (səhmlər, paylar və uzunmüddətli korporativ istiqrazlar) edilmiş investisiyaların qiymətləndirilməsi ədalətli dəyər prinsipi ilə aparıldıqda onların dəyərindəki artış nəticəsində mühasibat balansında baş vermiş dəyişikliklərin ümumi məbləği qeyd edilir.
7.6.17. “Yenidən qiymətləndirmədən irəli gələn” sətrində - əvəzetmə dəyəri metodu ilə qiymətləndirilən daşınmaz əmlakın və avadanlıqların yenidən tikili və təbii sərvətlər kimi uzunmüddətli qeyri-maliyyə aktivlərinə
7.6.18. qiymətləndirilməsi zamanı ortaya çıxan fərq qeyd edilir.
7.6.19. “Cari ilin mənfəəti” - sətrində rüblük mənfəət və zərər haqqında hesabata əsaslanan mənfəətin məbləği qeyd edilir.
7.6.20. “Kapitalın digər vəsaitləri” - kapitalın tərkib hissəsi olan, lakin birinci dərəcəli kapitala, “xüsusi ehtiyatlara” və “cari ilin mənfəəti”nə daxil olmayan vəsaitlər qeyd edilir.
7.6.21. “Məcmu Kapital” sətrində - “tutulmalardan sonrakı ilkin kapital” ilə “ikinci dərəcəli kapitalın”ın cəmi qeyd edilir.
7.6.22. “Məcmu Kapitaldan tutulmalar” sətrində - “digər peşəkar iştirakçıların kapitalına qarşılıqlı xalis investisiyalar” ilə “peşəkar iştirakçı olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına investisiyalar”ın cəmi qeyd edilir.
7.6.23. “Digər peşəkar iştirakçıların kapitalına qarşılıqlı xalis investisiyalar” sətrində - hesabatı təqdim edən peşəkar iştirakçı (hesabatçı) tərəfindən digər peşəkar iştirakçıların nizamnamə kapitalında iştirak payı 10%dən artıq olan investisiyalarla, hesabatçının nizamnamə kapitalına həmin peşəkar iştirakçılardan cəlb edilmiş investisiyaların fərqinə bərabər olan qarşılıqlı xalis investisiyaların cəmi qeyd edilir.
7.6.24. “Peşəkar iştirakçı olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına qarşılıqlı xalis investisiyalar” sətrində - hesabatı təqdim edən peşəkar iştirakçı (hesabatçı) tərəfindən peşəkar iştirakçı olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalında iştirak payı 10%dən artıq olan investisiyalarla, hesabatçının nizamnamə kapitalına həmin təşkilatlardan cəlb edilmiş investisiyaların fərqinə bərabər olan qarşılıqlı xalis investisiyaların cəmi qeyd edilir.
7.6.25. “Digər hüquqi şəxslərin kapitalına (peşəkar iştirakçılar, maliyyə institutları və birjada listinqə çıxmış hüquqi şəxslər istisna olmaqla)” sətrində - hesabatı təqdim edən peşəkar iştirakçı (hesabatçı) tərəfindən peşəkar iştirakçılar, peşəkar iştirakçı olmayan digər maliyyə institutları və birjada listinqə çıxmış hüquqi şəxsləri istisna olmaqla bütün digər hüquqi şəxslərin kapitalında iştirak payı 10%dən artıq olan investisiyalarla, hesabatçının nizamnamə kapitalına həmin təşkilatlardan cəlb edilmiş investisiyaların fərqinə bərabər olan qarşılıqlı xalis investisiyaların cəmi qeyd edilir.
7.6.26. “Tutulmalardan sonrakı məcmu kapital” sətrində - “məcmu kapital” ilə “Məcmu kapitaldan tutulmalar”ın fərqi qeyd edilir.
7.6.27. “Qeyri likvid aktivlər” sətrində - “uzunmüddətli maddi aktivlər (torpaq və daşınmaz əmlak istisna olmaqla)”, “birjada listinqə çıxmamış hüquqi şəxslərin kapitalına investisiyalar” ilə “inventar”ın cəmi qeyd edilir.
7.6.28. “Uzunmüddətli qeyri-maliyyə aktivləri (torpaq və daşınmaz əmlak istisna olmaqla)” sətrində - peşəkar iştirakçının mühasibat balansında göstərilən, girova qoyulmaqla kreditin cəlb edilməsi mümkün olmayan uzunmüddətli qeyri-maliyyə xarakterli, maddi aktivlərin (İstehsalat alətləri (ləvazimatları) və təsərrüfat inventarları istisna olmaqla) xalis dəyəri qeyd edilir.
7.6.29. “Birjada listinqə çıxmamış hüquqi şəxslərin kapitalına investisiyalar” sətrində - peşəkar iştirakçı tərəfindən birjada listinqə çıxmamış hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalarının ümumi dəyəri qeyd edilir.
7.6.30. “İstehsalat alətləri (ləvazimatları) və təsərrüfat inventarları” sətrində - iş vaxtı istehsalat əməliyyatlarının asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan istehsalat predmetləri, əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar, texniki təyinatlı predmetlər və istehsal təyinatlı ləvazimatlar, dəftərxana və təsərrüfat inventarlarının ümumi qiyməti qeyd edilir.
7.6.31. “Likvid vəsaitlər” sətrində - “Məcmu Kapitaldan tutulmalar” ilə “Qeyri likvid Aktivlər”in fərqi qeyd edilir.
7.7. “Peşəkar fəaliyyətinin həyata keçirilməsi haqqında hesabat” (Əlavə № 2) peşəkar iştirakçı tərəfindən aşağıdakı qaydada tərtib edilir:
7.7.1. Peşəkar iştirakçının ştatında olan ixtisas şəhadətnaməsinə malik hər bir əməkdaşla bağlı aşağıdakı məlumatlar daxil edilir (bütün peşəkar iştirakçılar tərəfindən tərtib olunur):
7.7.1.1. adı, soyadı, atasının adı;
7.7.1.2. həyata keçirilən peşəkar fəaliyyətin növü;
7.7.1.3. ixtisas şəhadətnaməsinin nömrəsi;
7.7.1.4. əməkdaşın peşəkar fəaliyyətin həyata keçirilməsi üzrə iş stajı.
7.7.2. Dövr sonuna müştərilərinin sayı və strukturu ilə bağlı aşağıdakı məlumatlar (yalnız brokerlər tərəfindən tərtib olunur) daxil edilir:
7.7.2.1. “fiziki şəxs olan müştərilərinin sayı, o cümlədən” sətrinə rezident və qeyri-rezident müştərilərin sayının cəmini qeyd edir;
7.7.2.2. “rezident” sətrinə Azərbaycan Respublikasının vətəndaşı olan müştərilərin sayı qeyd edilir;
7.7.2.3. “qeyri-rezident” sətrinə xarici ölkə vətəndaşı olan müştərilərin sayı qeyd edilir;
7.7.2.4. “Hüquqi şəxs olan müştərilərinin sayı” sətrinə hüquqi şəxs olan müştərilərinin sayının cəmi qeyd edilir;
7.7.2.5. “yerli hüquqi şəxslər” sətrinə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olan müştərilərinin ümumi sayı qeyd edilir;
7.7.2.6. “xarici hüquqi şəxslər” sətrində Azərbaycan Respublikasından kənarda qeydiyyatdan keçmiş hüquqi şəxs olan müştərilərinin ümumi sayı qeyd edilir.
7.7.3. Dövr sonuna müştərilərinin aktivlərinin həcmi ilə bağlı aşağıdakı məlumatlar (yalnız brokerlər tərəfindən tərtib olunur) daxil edilir:
7.7.3.1. “Pul vəsaitləri” sətrində müştərilərinin dövr sonuna brokerdə olan pul vəsaitlərinin ümumi həcmi “rezident”, “qeyri-rezident”, “yerli hüquqi şəxslər” və “xarici hüquqi şəxslər” üzrə qeyd olunur;
“Qiymətli kağızlar” sətrində müştərilərinin dövr sonuna brokerin nominal saxlamasında olan qiymətli kağızlarının ümumi dəyərinin həcmi “rezident”, “qeyri-rezident”, “yerli hüquqi şəxslər” və “xarici hüquqi şəxslər” üzrə qeyd olunur.
[18] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın Əlavə №1 ləğv edilmişdir.
[19] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”na yeni məzmunda Əlavə №1, Əlavə №2, Əlavə №3, Əlavə №4, Əlavə №5 və Əlavə №6 əlavə edilmişdir.
[20] 23 sentyabr 2014-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201409230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2014-cü il) ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın Əlavə №2 Əlavə №7 hesab edilmişdir və Bu Əlavədə nəzərdə tutulan hesabatın 3-cü hissəsi ləğv edilmişdir.