AKTIN NÖVÜ
Dövlət Miqrasiya Xidməti
QƏBUL EDİLDİYİ TARİX
11.02.2013
QEYDİYYAT NÖMRƏSİ
15
ADI
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.02.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201302110015
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.02.2013
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN

 

QƏRARI

 

11 fevral 2013-ci il

15

 

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

 

"Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.3-1-ci və 16.7-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 noyabr 2012-ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə” ləğv edilsin.

 

 

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

 

 

 

III dərəcəli dövlət miqrasiya

xidməti müşaviri

 

Firudin Nəbiyev

 

 


 


 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 11 fevral 2013-cü il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında

 

Ə S A S N A M Ə

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi (bundan sonra - Baş idarə) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (bundan sonra - Xidmət) aparatının müstəqil struktur bölməsidir.

1.2. Baş idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”ni, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”ni, Xidmətin kollegiya qərarlarını, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin (bundan sonra – Xidmət rəisi) qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Baş idarə fəaliyyətini Xidmətin struktur bölmələri, sisteminə daxil olan qurumlar, aidiyyəti dövlət orqanları, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə həyata keçirir.

1.4. Baş idarə müvafiq ştamplara malikdir.

 

2. Baş idarənin fəaliyyət istiqamətləri

 

2.1. Baş idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;

2.1.2. immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasının təmin olunmasında, emiqrasiya və daxili miqrasiyanın tənzimlənməsində iştirak edir; [1]

2.1.3. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Baş idarənin vəzifələri

 

3.1. Baş idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. immiqrasiya, emiqrasiya və daxili miqrasiya prosesləri üzrə məlumatlar toplamaq, müşahidə olunan yeni meyillərin tənzimlənməsi üzrə təkliflər hazırlamaq; [2]

3.1.2. əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama, yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət etmələrinə nəzarəti həyata keçirmək;

3.1.2-1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyat işinə nəzarət etmək. [3]

3.1.3. miqrasiya sahəsində törədilən və ya törədilməsi ehtimal edilən inzibati xətalar barədə Xidmətin struktur bölmələrindən və sisteminə daxil olan qurumlardan, həmçinin hüquqi və fiziki şəxslərdən daxil olan məlumatları dəqiqləşdirmək və nəticəsi barədə məlumat vermək;

3.1.4. qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

3.1.5. Xidmət rəhbərliyi ilə razılaşdırmaqla əməkçi miqrantların çalışdığı iş yerlərində planlı və plandankənar yoxlamalar aparmaq, onların müvafiq statusa və iş icazələrə malik olmalarını araşdırmaq, o cümlədən verilmiş iş icazələrin qüvvədə olma qaydalarına nəzarət etmək və aşkar edilmiş qanun pozuntusuna görə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi üçün təkliflər vermək; [4]

3.1.6. miqrasiya sahəsində törədilən inzibati xətaya dair işin hallarını araşdırmaq, onlar barədə məlumatları Xidmətin vahid miqrasiya məlumat sistemi vasitəsilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürmək və aidiyyəti dövlət orqanları ilə birlikdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması üçün tədbirlər görmək;

3.1.7. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədləri olmadıqda müvafiq sənədləşmə işlərinin aparılması və şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə təkliflər vermək;

3.1.7-1. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan və sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda səyahət sənədinin verilməsi üçün təkliflər vermək; [5]

3.1.8. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə hüdudlarından kənara çıxarılması barədə qərarın icrasını təmin etmək, habelə ölkədən çıxarılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin müəyyən müddətə qadağan edilməsi barədə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarına göndərmək, icrasına nəzarət etmək;

3.1.8-1. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsini təşkil etmək; [6]

3.1.9. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 82.1.3-cü və 82.2.1-82.2.3-cü maddələrində nəzərdə tutulan hallarda və həmin Məcəllədə müəyyən olunmuş qaydada əcnəbilərin ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsini təmin etmək; [7]

3.1.10. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərarın icrasından boyun qaçırdıqda, həmin şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə təkliflər vermək;

3.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına dair qərar qəbul edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxsləri məcburi dövlət daktiloskopik qeydiyyatından keçirmək;

3.1.12. emiqrasiya və daxili miqrasiya proseslərinin baş vermə səbəblərini öyrənmək, emiqrasiya və daxili miqrasiya proseslərində sosial-iqtisadi vəziyyətin təsirini - urbanizasiya və suburbanizasiyanı təhlil etmək; [8]

3.1.13. qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində ictimaiyyətin iştirakının hə­yata keçirilməsini təmin etmək, bu sahədə fəaliyyət göstərən qurumlarla əməkdaşlıq etmək;

3.1.13-1. Bakı şəhər regional miqrasiya baş idarəsinin, regional miqrasiya idarələrinin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət etmək; [9]

3.1.13-2. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq icazələrinin verilməsinə əsas olan halların mövcudluğunu Xidmətin struktur bölmələri tərəfindən daxil olmuş sorğu əsasında araşdırmaq; [10]

3.1.14. qanunvericiliyə uyğun olaraq Baş idarənin fəaliyyət istiqamətlərinə aid olan dövlət sirrinin, o cümlədən xidməti sirrin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlərin görülməsi üzrə təkliflər hazırlamaq;

3.1.15. Baş idarənin fəaliyyət istiqamətlərinə dair təklif, ərizə və şikayətlərə baxmaq və daxil olmuş sorğulara vaxtında cavab vermək;

3.1.16. Baş idarənin fəaliyyət istiqamətinə uyğun olaraq Xidmətin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.

 

4. Baş idarənin hüquqları

 

4.1. Baş idarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. fəaliyyətinə dair aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən Xidmətin struktur bölmələrinə və sisteminə daxil olan qurumlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.2. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.3. miqrasiya proseslərini və meyllərini nəzərə almaqla ölkənin miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi təşəbbüsü ilə təkliflər vermək;

4.1.4. Baş idarənin fəaliyyət istiqamətinə uyğun olaraq digər dövlətlərin müvafiq təcrübəsini, o cümlədən müasir elmi-texniki nailiyyətləri öyrənmək və bu sahədə əldə olunmuş biliklərin və təcrübənin tətbiq edilməsi üçün Xidmət rəhbərliyinə təkliflər vermək;

4.1.5. Baş idarənin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

4.1.6. Baş idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilmiş işin təkmilləşdirilməsinə dair təkliflər vermək;

4.1.7. müvafiq sahədə işçilərin peşə hazırlığının və ixtisaslarının artırılması üçün təkliflər vermək;

4.1.8. vəzifələrinin icrası ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Baş idarənin fəaliyyətinin təşkili

 

5.1. Baş idarənin strukturu və ştat vahidlərinin sayı Xidmət rəisi tərəfindən təsdiq edilir.

5.2. Baş idarənin strukturuna 1 idarə (Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsi) və 1 bölmə (Ölkə vətəndaşları ilə iş bölməsi) daxildir. Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin tərkibinə 3 şöbə (Miqrasiya rejiminə nəzarət şöbəsi, Ölkə hüdudlarından kənara çıxarılma məsələlərinin həlli şöbəsi və Ölkə daxilində miqrasiya məsələlərinə baxılması şöbəsi) daxildir. [11]

5.3. Baş idarəyə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş idarə rəisi rəhbərlik edir. Baş idarə rəisi Baş idarənin işinin düzgün təşkili, həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Baş idarənin digər işçiləri Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5. Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi eyni zamanda Baş idarə rəisinin müavinidir. Baş idarə rəisi olmadıqda onun səlahiyyətlərini Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi həyata keçirir. [12]

5.6. Baş idarənin işçiləri öz səlahiyyətlərini vəzifə və iş bölgüsünə əsasən yerinə yetirirlər.

5.7. Baş idarədə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə əlaqədar məsələlər mütəmadi olaraq Baş idarə rəisinin yanında keçirilən iclaslarda müzakirə edilir.

 

5.8. Baş idarə rəisi:

5.8.1. Baş idarənin işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.8.2. Baş idarənin strukturuna daxil olan idarələr (şöbə, bölmə) və işçilər arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir; [13]

5.8.3. Baş idarənin işçilərinin üzərinə düşən vəzifələrin, habelə etik davranış qaydalarının tələblərinin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir; [14]

5.8.4. Baş idarənin fəaliyyətini Xidmətin struktur bölmələri və sisteminə daxil olan qurumlarla əlaqələndirir;

5.8.5. Xidmətin kollegiya qərarlarında, Xidmət rəisinin qərar, əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.8.6. Baş idarənin fəaliyyəti ilə bağlı Xidmətin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Xidmət rəhbərliyinə təqdim edir;

5.8.7. İş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasına nəzarəti həyata keçirir;

5.8.8. səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

5.8.9. Baş idarənin müvafiq hesabatlarını təsdiq edir;

5.8.10. xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;

5.8.11. Baş idarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Xidmət rəhbərliyinə təkliflər verir;

5.8.12. Baş idarənin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür və bu barədə Xidmət rəhbərliyinə təkliflər verir;

5.8.13. Baş idarəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

5.8.14. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.8.15. Baş idarənin statistik və digər hesabatlarını Xidmət rəhbərliyinə təqdim edir;

5.8.16. Baş idarədə kargüzarlıq işini təşkil edir;

5.8.17. Baş idarəni təmsil edir;

5.8.18. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin tapşırıqlarını yerinə yetirir;

5.8.19. Baş idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər məsələləri həll edir.

 

5.9. İdarə rəisi:

5.9.1. İdarədə işi təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.9.2. İş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrasını təşkil edir;

5.9.3. İdarənin fəaliyyəti ilə bağlı Xidmətin kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflərini Baş idarə rəisinə təqdim edir; [15]

5.9.4. İdarənin işçiləri arasında iş bölgüsü aparır, əmək və icra intizamına, etik davranış qaydalarına riayət edilmələrini təmin edir;

5.9.5. İdarəyə daxil olmuş sənədlərin, o cümlədən Xidmət rəhbərliyinin və Baş idarə rəisinin göstərişlərinin vaxtında, tam və düzgün icrasının təmin edilməsi, icraya mane olan amillərin müəyyən edilib aradan qaldırılması üçün zəruri tədbirlər görür; [16]

5.9.6. İdarənin işçilərini cəlb etməklə ümumiləşdirmələr aparır və fəaliyyətinin təkmilləşdirilməsi üzrə Baş idarə rəisinə təkliflər verir;

5.9.7. ona tapşırılmış sahədə işin düzgün təşkili və icra olunmasını təmin edir;

5.9.8. İdarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Baş idarə rəisinə təkliflər verir;

5.9.9. fiziki və hüquqi şəxslərin müraciətlərinə baxır;

5.9.10. İdarədə kargüzarlıq işini təşkilini təmin edir;

5.9.11. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır; [17]

5.9.12. peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır;

5.9.13. İdarənin statistik və digər hesabatlarını ümumiləşdirir və Baş idarə rəisinə təqdim edir;

5.9.14. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin və Baş idarə rəisinin tapşırıqlarını yerinə yetirir;

 

5.10. Şöbə (Bölmə) rəisi: [18]

5.10.1. Şöbədə (Bölmədə) işi təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.10.2. Şöbədə (Bölmədə) işçilərin icraatında olan sənədlərin vaxtında və düzgün icra olunmasını təmin edir, onların fəaliyyətini istiqamətləndirir;

5.10.3. Şöbənin (Bölmənin) fəaliyyəti ilə bağlı məsələlərin Xidmətin kollegiyasında müzakirə olunması üçün Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təkliflər verir; [19]

5.10.4. Şöbəyə (Bölməyə) yeni təyin edilmiş işçiləri təcrübəli işçilərə təhkim edir və onların işinə bilavasitə nəzarəti həyata keçirir;

5.10.5. Şöbədə (Bölmədə) işçilərin həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbələrin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təkliflər verir;

5.10.6. Şöbənin (Bölmənin) fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təkliflər verir;

5.10.7. fiziki və hüquqi şəxslərin müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxır və onları həll edir;

5.10.7-1. hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır; [20]

5.10.8. peşə hazırlığının yüksəldilməsi məqsədilə qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.10.9. Şöbənin (Bölmənin) müvafiq hesabatını Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təqdim edir;

5.10.10. xidməti fəaliyyətlə bağlı Baş idarənin müstəqil bölməsində Xidmət rəhbərliyinin, Baş idarə rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə rəisinin tapşırıqlarını yerinə yetirir; [21]

 

5.11. Baş inspektor və inspektor:

5.11.1. şöbənin (bölmənin) səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlərə baxır və müvafiq tədbirlər görülməsi üçün təkliflər verir; [22]

5.11.2. şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənir, onun tətbiqi ilə bağlı müvafiq təkliflər hazırlayır;

5.11.3. şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən vəzifələrini icra edir;

5.11.4. müəyyən edilmiş müddətdə vəzifələrin icrasına dair hesabatı hazırlayır və Şöbə (Bölmə) rəisinə təqdim edir;

5.11.5. qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.11.6. xidməti fəaliyyətlə bağlı Baş idarənin müstəqil bölməsində Xidmət rəhbərliyinin, Baş idarə rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə və Şöbə rəislərinin digər tapşırıqlarını yerinə yetirir. [23]

 

5.12. Kiçik inspektor-kargüzar: [24]

5.12.1. daxil olan müraciətlər və sənədlər, habelə xidməti fəaliyyətlə bağlı digər informasiyalar üzrə məlumat bazaları yaradır və bu bazaları aktual saxlayır;

5.12.2. məlumat bazalarının fəaliyyətini və mühafizəsini təmin edir, mütəmadi olaraq məlumat bazalarının sığorta nüsxələrini yaradır;

5.12.3. daxil olan sənədləri və müraciətləri, o cümlədən icraatda olan sənədlərlə əlaqədar digər sənədləri Xidmətin Katibliyindən götürür və onların qeydiyyatını aparır;

5.12.4. daxil olan sənədləri Baş idarə rəisinə, İdarə rəisinə və ya Şöbə (Bölmə) rəisinə təqdim edir, onların dərkənarına əsasən icraçılara çatdırır;

5.12.5. sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə icra olunmasını nəzarətdə saxlayır, onların icra müddətinin gözlənilməsi ilə bağlı Baş idarə rəisinə məlumat təqdim edir;

5.12.6. sənədlərin icraçılar tərəfindən icra edilməsinin qeydiyyatını aparır, göndərilməsi üçün Xidmətin Katibliyinə təqdim edir;

5.12.7. icra olunmuş sənədlərin səliqə ilə işə tikilməsini və Xidmətin Katibliyinə saxlanılması üçün təhvil verilməsini təmin edir;

5.12.8. hüquqi və fiziki şəxslərin müraciətlərini ümumiləşdirir, Baş idarənin hər bir işçisinin icraatına daxil olan sənədlərin hesabatlarını toplayıb Baş idarə rəisinə təqdim edir;

5.12.9. Baş idarə rəisinin göstərişlərinin qeydiyyatını aparır, onların müvafiq qurumlara çatdırılmasını təmin edir;

5.12.10. işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;

5.12.11. xidməti fəaliyyətlə bağlı Baş idarə, İdarə və Şöbə (Bölmə) rəislərinin tapşırıqlarını yerinə yetirir.

 

6. Baş idarənin strukturuna daxil olan idarə, şöbə və bölmələrin vəzifələri [25]

 

6.1. Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin əsas vəzifələri aşağıdakılardır: [26]

6.1.1. bu Əsasnamənin 3.1.1-3.1.11-ci və 3.1.13-3.1.13-2-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; [27]

6.1.2. Baş idarənin fəaliyyət istiqamətləri üzrə idarəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.2. Miqrasiya rejiminə nəzarət şöbəsinin əsas vəzifələri aşağıdakılardır: [28]

6.2.1. bu Əsasnamənin 3.1.1-ci, 3.1.2-1-ci, 3.1.5-ci, 3.1.13-cü və 3.1.13-1-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; [29]

6.2.2. vahid miqrasiya məlumat sistemində əksini tapmalı şöbənin səlahiyyətlərinə dair məlumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək;

6.2.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.3 . Ölkə hüdudlarından kənara çıxarılma məsələlərinin həlli şöbəsinin əsas vəzifələri aşağıdakılardır: [30]

6.3.1. bu Əsasnamənin 3.1.7-1-ci, 3.1.8-ci, 3.1.8-1-ci, 3.1.9-cu və 3.1.11-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; [31]

6.3.2. vahid miqrasiya məlumat sistemində əksini tapmalı şöbənin səlahiyyətlərinə dair məlumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək;

6.3.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.4. Ölkə daxilində miqrasiya məsələlərinə baxılması şöbəsinin əsas vəzifələri aşağıdakılardır: [32]

6.4.1. bu Əsasnamənin 3.1.2-ci, 3.1.3-cü, 3.1.4-cü, 3.1.6-cı, 3.1.7-ci, 3.1.10-cu və 3.1.13-2-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; [33]

6.4.2. Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.5. Ölkə vətəndaşları ilə iş bölməsinin əsas vəzifələri aşağıdakılardır: [34]

6.5.1. bu Əsasnamənin 3.1.1-ci və 3.1.12-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.5.2. Bölmənin səlahiyyətlərinə dair vahid miqrasiya məlumat sistemində əksini tapmalı olan məlumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək;

6.5.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə bölməyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 avqust 2013-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201308070020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 avqust 2013-cü il)

2.       25 iyun 2014-cü il tarixli 06 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 iyul 2014-cü il)

3.       27 fevral 2015-ci il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201502270002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 mart 2015-ci il)

4.       09 aprel 2015-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201504090006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 aprel 2015-ci il)

5.       2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il)

6.       2 avqust 2022-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202208020003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 avqust 2022-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 2.1.2-ci yarımbənddə “olunmasında” sözündən sonra “, emiqrasiya” sözü əlavə edilmişdir.

 

[2] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 3.1.1-ci yarımbənddə “immiqrasiya” sözündən sonra “, emiqrasiya” sözü əlavə edilmişdir.

 

[3] 7 avqust 2013-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201308070020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 avqust 2013-cü il) ilə 3.1.2-1-ci yarımbənd əlavə edilmişdir.

 

[4] 25 iyun 2014-cü il tarixli 06 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 iyul 2014-cü il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə”nin 3.1.5-ci yarımbəndində ismin müvafiq hallarında “fərdi icazələr” sözləri ismin müvafiq hallarında “iş icazələri” sözləri ilə əvəz edilmişdir.

 

[5] 27 fevral 2015-ci il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201502270002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 mart 2015-ci il) ilə yeni məzmunda 3.1.7-1-ci yarımbənd əlavə edilmişdir.

 

[6] 27 fevral 2015-ci il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201502270002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 mart 2015-ci il) ilə yeni məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilmişdir.

 

[7] 09 aprel 2015-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201504090006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 aprel 2015-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə”nin 3.1.9-cu yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1.9. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərar icra olunanadək əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsini təmin etmək;

 

[8] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 3.1.12-ci yarımbənddə hər iki halda “daxili” sözündən əvvəl “emiqrasiya və” sözləri əlavə edilmişdir.

 

[9] 2 avqust 2022-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202208020003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 avqust 2022-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə”nin 3.1.13-1-ci yarımbəndinə “regional” sözündən əvvəl “Bakı şəhər regional miqrasiya baş idarəsinin,” sözləri əlavə edilmişdir.

[10] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə yeni məzmunda 3.1.13-1-ci və 3.1.13-2-ci yarımbəndlər əlavə edilmişdir.

 

[11] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.2-ci bəndin birinci cümlədə “İmmiqrasiya nəzarəti və deportasiya” sözləri “Qanunsuz miqrasiya hallarının aradan qaldırılması” sözləri ilə, “şöbə” sözü “bölmə” sözü ilə və “Daxili miqrasiya şöbəsi” sözləri “Ölkə vətəndaşları ilə iş bölməsi” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

İmmiqrasiya nəzarəti və deportasiya idarəsinin tərkibinə 2 şöbə (İmmiqrasiya nəzarəti şöbəsi və Deportasiya şöbəsi) daxildir.

 

[12] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.5-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.5. Baş idarə rəisi olmadıqda onun səlahiyyətlərini Baş idarənin İdarə rəisi həyata keçirir.

 

[13] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.8.2-ci yarımbənddə “şöbə” sözündən sonra “, bölmə” sözü əlavə edilmişdir.

 

[14] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.8.3-cü yarımbənddə “vəzifələrin” sözündən sonra “, habelə etik davranış qaydalarının tələblərinin” sözləri əlavə edilmişdir.

 

[15] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.9.3-cü yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.9.3. İdarənin fəaliyyəti ilə bağlı məsələləri kollegiyanın müzakirəsinə hazırlayır;

 

[16] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.9.5-ci yarımbənddə “rəhbərliyinin” sözündən sonra “və Baş idarə rəisinin” sözləri əlavə edilmişdir.

 

[17] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.9.11-ci yarımbənddə “hüquqi” sözündən əvvəl “mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə,” sözləri əlavə edilmişdir.

 

[18] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.10-cu bənddə və 5.10.1-ci, 5.10.2-ci, 5.10.3-cü, 5.10.4-cü, 5.10.5-ci, 5.10.6-cı, 5.10.9-cu, 5.11.4-cü, 5.12.4-cü və 5.12.11-ci yarımbəndlərdə ismin müvafiq hallarında “Şöbə” sözündən sonra ismin müvafiq hallarında “(Bölmə)” sözü əlavə edilmişdir.

 

[19] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.10.3-cü, 5.10.5-ci, 5.10.6-cı və 5.10.9-cu yarımbəndlərdə “İdarə rəisinə” sözlərindən əvvəl “Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə” sözləri əlavə edilmişdir.

 

[20] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə yeni məzmunda 5.10.7-1-ci yarımbənd əlavə edilmişdir.

 

[21] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.10.10-cu yarımbənddə “bağlı” sözündən sonra “Baş idarənin müstəqil bölməsində” sözləri əlavə edilmişdir, “və idarə rəisinin” sözləri isə “rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə rəisinin” sözləri ilə əvəz edilmişdir.

 

[22] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.11.1-ci, 5.11.2-ci və 5.11.3-cü yarımbəndlərdə “şöbənin” sözündən sonra “(bölmənin)” sözü əlavə edilmişdir.

 

[23] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.11.6-cı yarımbənddə “bağlı” sözündən sonra “Baş idarənin müstəqil bölməsində” sözləri əlavə edilmişdir, “, İdarə və” sözləri isə “rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə və” sözləri ilə əvəz edilmişdir.

 

[24] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 5.12-ci bənddə “Baş mütəxəssis” sözləri “Kiçik inspektor-kargüzar” sözləri ilə əvəz edilmişdir.

 

[25] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 6-cı hissənin adında “şöbələrin” sözü “şöbə və bölmələrin” sözləri ilə əvəz edilmişdir.

 

[26] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 6.1-ci bənddə İmmiqrasiya nəzarəti və deportasiya” sözləri “Qanunsuz miqrasiya hallarının aradan qaldırılması” sözləri ilə əvəz edilmişdir.

 

[27] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 6.1.1-ci yarımbənddə “3.1.13-cü bəndlərində” sözləri “3.1.13-3.1.13-2-ci yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir.

 

[28] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 6.2-ci bənddə “İmmiqrasiya nəzarəti” sözləri “Miqrasiya rejiminə nəzarət” sözləri ilə əvəz edilmişdir.

 

[29] 27 fevral 2015-ci il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201502270002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 mart 2015-ci il) ilə 6.2.1-ci yarımbəndə “3.1.1-3.1.7-ci,” sözlərindən sonra “3.1.7-1-ci,” sözləri əlavə edilmişdir.

2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 6.2.1-ci yarımbənddə “3.1.1-3.1.7-ci, 3.1.7-1-ci, 3.1.10-cu və 3.1.13-cü bəndlərində” sözləri “3.1.1-ci, 3.1.2-1-ci, 3.1.5-ci, 3.1.13-cü və 3.1.13-1-ci yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir.

 

[30] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 6.3-cü bənddə “Deportasiya” sözü “Ölkə hüdudlarından kənara çıxarılma məsələlərinin həlli” sözləri ilə əvəz edilmişdir.

 

[31] 27 fevral 2015-ci il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201502270002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 mart 2015-ci il) ilə 6.3.1-ci yarımbəndə “3.1.8-ci,” sözlərindən sonra “3.1.8-1-ci,” sözləri əlavə edilmişdir.

2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 6.3.1-ci yarımbənddə “3.1.8-ci, 3.1.8-1-ci, 3.1.9-cu və 3.1.11-ci bəndlərində” sözləri “3.1.7-1-ci, 3.1.8-ci, 3.1.8-1-ci, 3.1.9-cu və 3.1.11-ci yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir.

 

[32] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 6.4-cü bənddə “Daxili miqrasiya” sözləri “Ölkə daxilində miqrasiya məsələlərinə baxılması” sözləri ilə əvəz edilmişdir.

 

[33] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 6.4.1-ci yarımbənddə “3.1.1-ci və 3.1.12-ci bəndlərində” sözləri “3.1.2-ci, 3.1.3-cü, 3.1.4-cü, 3.1.6-cı, 3.1.7-ci, 3.1.10-cu və 3.1.13-2-ci yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir.

 

[34] 2 mart 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703020001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2017-ci il) ilə 6.5-ci bənd əlavə olunmuşdur.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status