AKTIN NÖVÜ
Dövlət Miqrasiya Xidməti
QƏBUL EDİLDİYİ TARİX
11.02.2013
QEYDİYYAT NÖMRƏSİ
16
ADI
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.02.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201302110016
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.02.2013
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

11.02.2013

Qeydiyyat nömrəsi

16

Adı

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

22.02.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.050

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201302110016

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

21.02.2013

 

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.3-1-ci və 16.7-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 noyabr 2012-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə” ləğv edilsin.

 

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

 

III dərəcəli dövlət miqrasiya

xidməti müşaviri

Firudin Nəbiyev

 

 

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 11 fevral 2013-cü il tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında

 

Ə S A S N A M Ə

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi (bundan sonra — Baş idarə) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (bundan sonra - Xidmət) aparatının müstəqil struktur bölməsidir.

1.2. Baş idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”ni, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”ni, Xidmətin kollegiya qərarlarını, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin (bundan sonra - Xidmət rəisi) qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Baş idarə fəaliyyətini Xidmətin aparatının struktur bölmələri, sisteminə daxil olan qurumlar, aidiyyəti dövlət orqanları, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə həyata keçirir.[1]

1.4. Baş idarə müvafiq ştamplara malikdir.

 

2. Baş idarənin fəaliyyət istiqamətləri

 

2.1. Baş idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. miqrasiya proseslərinin idarə edilməsini və tənzimlənməsini təşkil edir;

2.1.2. miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi üzrə Xidmətin səlahiyyətlərini həyata keçirir;

2.1.2-1. müvafiq vəsiqələrin verilməsi işini həyata keçirir;[2]

2.1.3. qanunvericiliklə müəyyən olunmuş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Baş idarənin vəzifələri

 

3.1. Baş idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. miqrasiya proseslərinin tənzimlənməsi üzrə tədbirlərin görülməsi üçün təkliflər hazırlamaq; [3]

3.1.2. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı vəsatətlərinə baxmaq və nəticəsinə dair müvafiq qərarların qəbul edilməsi üçün təkliflər vermək;

3.1.2-1. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi və ya müddətinin uzadılması ilə bağlı vəsatətlərinə baxmaq və nəticəsinə dair müvafiq qərarlar qəbul etmək;[4]

3.1.3. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə verilməsi və ya müddətinin uzadılması ilə bağlı vəsatətlərinə baxmaq və nəticəsinə dair müvafiq qərarların qəbul edilməsi üçün təkliflər vermək; [5]

3.1.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yaşayış yeri üzrə qeydiyyata almaq;[6]

3.1.5. qanunvericiliklə müəyyən edilmiş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazələrini, habelə müvəqqəti olma müddətinin uzadılmasına dair qərarlarını ləğv etmək barədə təkliflər hazırlamaq; [7]

3.1.6. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin immiqrant statusundan məhrum edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün təkliflər vermək; [8]

3.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilmiş icazələr və həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması və həmin şəxslərin, həmçinin qaçqın statusu almış şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə təqdim etmək;[9]

3.1.8. müvəqqəti olma müddətinin uzadılmasına dair qərarların, o cümlədən müvafiq vəsiqələrin verilməsi sahəsində idarəetmənin həyata keçirilməsi ilə bağlı Xidmətin aparatının struktur bölmələri və sisteminə daxil olan qurumlar ilə əlaqəli fəaliyyət göstərmək;

3.1.9. xarici əmək miqrasiyası proseslərinin tənzimlənməsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;

3.1.10. əcnəbi əmək qüvvəsinin ölkə ərazisinə cəlb edilməsi üzrə aidiyyəti dövlət orqanları ilə birlikdə təkliflər hazırlamaq;

3.1.11. Azərbaycan Respublikasının ərazisində əcnəbi işçi qüvvəsini cəlb etmək və ondan istifadə etmək üçün icazə, o cümlədən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün “bir pəncərə” prinsipi əsasında iş icazəsi (bundan sonra – iş icazəsi) verilməsi və ya müddətinin uzadılması ilə bağlı vəsatətlərə baxmaq və nəticəsinə dair müvafiq qərarların qəbul edilməsi üçün təkliflər vermək;[10]

3.1.12. iş icazəsinin verilməsindən imtina barədə qərarı qanunvericiliyə istinad etməklə əsaslandırmaq və işəgötürənə təqdim etmək; [11]

3.1.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda verilmiş iş icazəsini ləğv etmək barədə təkliflər hazırlamaq;

3.1.13-1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək müvafiq icazə vəsiqələrinin və digər sənədlərin çap edilməsini həyata keçirmək;[12]

3.1.14. qanunvericiliyə uyğun olaraq Baş idarənin fəaliyyət istiqamətlərinə aid olan dövlət sirrinin, o cümlədən xidməti sirrin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək; [13]

3.1.15. Baş idarənin fəaliyyət istiqamətlərinə dair təklif, ərizə və şikayətlərə baxmaq və daxil olmuş sorğulara vaxtında cavab vermək;

3.1.16. Baş idarənin fəaliyyət istiqamətinə uyğun olaraq Xidmətin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.

 

4. Baş idarənin hüquqları

 

4.1. Baş idarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. fəaliyyətinə dair aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən Xidmətin aparatının struktur bölmələrinə və sisteminə daxil olan qurumlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.2. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.3. miqrasiya proseslərini və meyllərini nəzərə almaqla ölkənin miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi təşəbbüsü ilə təkliflər vermək;

4.1.4. Baş idarənin fəaliyyət istiqamətinə uyğun olaraq digər dövlətlərin müvafiq təcrübəsini, o cümlədən müasir elmi-texniki nailiyyətləri öyrənmək və bu sahədə əldə olunmuş biliklərin və təcrübənin tətbiq edilməsi üçün Xidmət rəhbərliyinə təkliflər vermək;

4.1.5. Baş idarənin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

4.1.6. Baş idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilmiş işin təkmilləşdirilməsinə dair təkliflər vermək;

4.1.7. müvafiq sahədə işçilərin peşə hazırlığının və ixtisaslarının artırılması üçün təkliflər vermək;

4.1.8. vəzifələrinin icrası ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Baş idarənin fəaliyyətinin təşkili

 

5.1. Baş idarənin strukturu və ştat vahidlərinin sayı Xidmət rəisi tərəfindən təsdiq edilir.

5.2. Baş idarənin strukturuna 2 idarə (Əmək miqrasiyasının tənzimlənməsi idarəsi və Yaşama icazələrinin verilməsi idarəsi) və 1 bölmə (İcazə vəsiqələrinin verilməsi bölməsi) daxildir. Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin tərkibinə 1 şöbə (İş icazələrinin verilməsi şöbəsi), Yaşama icazələrinin verilməsi idarəsinin tərkibinə isə 2 şöbə (Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsi və Daimi yaşama məsələlərinə baxılması şöbəsi) daxildir.[14]

5.3. Baş idarəyə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş idarə rəisi rəhbərlik edir. Baş idarə rəisi Baş idarənin işinin düzgün təşkili, həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Baş idarənin digər işçiləri Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5. Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin rəisi eyni zamanda Baş idarə rəisinin müavinidir. Baş idarə rəisi olmadıqda onun səlahiyyətlərini Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin rəisi həyata keçirir.[15]

5.6. Baş idarənin işçiləri öz səlahiyyətlərini vəzifə və iş bölgüsünə əsasən yerinə yetirirlər.

5.7. Baş idarədə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə əlaqədar məsələlər mütəmadi olaraq Baş idarə rəisinin yanında keçirilən iclaslarda müzakirə edilir.

 

5.8. Baş idarə rəisi:

5.8.1. Baş idarənin işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.8.2. Baş idarənin strukturuna daxil olan idarələr (şöbə, bölmə) və işçilər arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir;

5.8.3. Baş idarənin işçilərinin üzərinə düşən vəzifələrin, habelə etik davranış qaydalarının tələblərinin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;[16]

5.8.4. Baş idarənin fəaliyyətini Xidmətin aparatının struktur bölmələri və sisteminə daxil olan qurumlarla əlaqələndirir;

5.8.5. Xidmətin kollegiya qərarlarında, Xidmət rəisinin qərar, əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.8.6. Baş idarənin fəaliyyəti ilə bağlı Xidmətin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Xidmət rəhbərliyinə təqdim edir;

5.8.7. İş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasına nəzarəti həyata keçirir;

5.8.8. səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

5.8.9. Baş idarənin müvafiq hesabatlarını təsdiq edir;

5.8.10. xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;

5.8.11. Baş idarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Xidmət rəhbərliyinə təkliflər verir;

5.8.12. Baş idarənin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür və bu barədə Xidmət rəhbərliyinə təkliflər verir;

5.8.13. Baş idarəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

5.8.14. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.8.15. Baş idarənin statistik və digər hesabatlarını Xidmət rəhbərliyinə təqdim edir;

5.8.16. Baş idarədə kargüzarlıq işini təşkil edir;

5.8.17. Baş idarəni təmsil edir;

5.8.18. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin tapşırıqlarını yerinə yetirir;

5.8.19. Baş idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər məsələləri həll edir.

 

5.9. İdarə rəisi:

5.9.1. İdarədə işi təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.9.2. İş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrasını təşkil edir;

5.9.3. İdarənin fəaliyyəti ilə bağlı Xidmətin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Baş idarə rəisinə təqdim edir;[17]

5.9.4. İdarənin işçiləri arasında iş bölgüsü aparır, əmək və icra intizamına, etik davranış qaydalarına riayət edilmələrini təmin edir;

5.9.4-1. xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;[18]

5.9.5. İdarəyə daxil olmuş sənədlərin, o cümlədən Xidmət rəhbərliyinin və Baş idarə rəisinin göstərişlərinin vaxtında, tam və düzgün icrasının təmin edilməsi, icraya mane olan amillərin müəyyən edilib aradan qaldırılması üçün zəruri tədbirlər görür;[19]

5.9.6. İdarənin işçilərini cəlb etməklə ümumiləşdirmələr aparır və fəaliyyətinin təkmilləşdirilməsi üzrə Baş idarə rəisinə təkliflər verir;[20]

5.9.7. ona tapşırılmış sahədə işin düzgün təşkili və icra olunmasını təmin edir;

5.9.8. İdarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Baş idarə rəisinə təkliflər verir;

5.9.9. fiziki və hüquqi şəxslərin müraciətlərinə baxır;

5.9.10. İdarədə kargüzarlıq işini təşkilini təmin edir;

5.9.11. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;[21]

5.9.12. peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır;

5.9.13. İdarənin statistik və digər hesabatlarını ümumiləşdirir və Baş idarə rəisinə təqdim edir;[22]

5.9.14. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin və Baş idarə rəisinin tapşırıqlarını yerinə yetirir;

 

5.10. Şöbə (Bölmə) rəisi:

5.10.1. Şöbədə (bölmədə) işi təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.10.2. Şöbədə (bölmədə) işçilərin icraatında olan sənədlərin vaxtında və düzgün icra olunmasını təmin edir, onların fəaliyyətini istiqamətləndirir;

5.10.3. Şöbənin (bölmənin) fəaliyyəti ilə bağlı məsələlərin Xidmətin kollegiyasında müzakirə olunması üçün Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təkliflər verir; [23]

5.10.4. Şöbəyə (bölməyə) yeni təyin edilmiş işçiləri təcrübəli işçilərə təhkim edir və onların işinə bilavasitə nəzarəti həyata keçirir;

5.10.5. Şöbədə (bölmədə) işçilərin həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbələrin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təkliflər verir;

5.10.6. Şöbənin (bölmənin) fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təkliflər verir;

5.10.7. fiziki və hüquqi şəxslərin müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxır və onları həll edir;

5.10.7-1. hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;[24]

5.10.8. peşə hazırlığının yüksəldilməsi məqsədilə qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.10.9. Şöbənin (bölmənin) müvafiq hesabatını Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə İdarə rəisinə təqdim edir;

5.10.10. xidməti fəaliyyətlə bağlı Baş idarənin müstəqil bölməsində Xidmət rəhbərliyinin, Baş idarə rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə rəisinin tapşırıqlarını yerinə yetirir; [25]

 

5.11. Baş inspektor və inspektor:

5.11.1. şöbənin (bölmənin) səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlərə baxır və müvafiq tədbirlər görülməsi üçün təkliflər verir;

5.11.2. şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənir, onun tətbiqi ilə bağlı müvafiq təkliflər hazırlayır;

5.11.3. şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən vəzifələrini icra edir;

5.11.4. müəyyən edilmiş müddətdə vəzifələrin icrasına dair hesabatı hazırlayır və Şöbə və ya Bölmə rəisinə təqdim edir;

5.11.5. qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.11.6. xidməti fəaliyyətlə bağlı Baş idarənin müstəqil bölməsində Xidmət rəhbərliyinin, Baş idarə rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə və Şöbə (Bölmə) rəislərinin digər tapşırıqlarını yerinə yetirir. [26]

 

5.12. Kiçik inspektor-kargüzar:[27]

5.12.1. daxil olan müraciətlər və sənədlər, habelə xidməti fəaliyyətlə bağlı digər informasiyalar üzrə məlumat bazaları yaradır və bu bazaları aktual saxlayır;

5.12.2. məlumat bazalarının fəaliyyətini və mühafizəsini təmin edir, mütəmadi olaraq məlumat bazalarının sığorta nüsxələrini yaradır;

5.12.3. daxil olan sənədləri və müraciətləri, o cümlədən icraatda olan sənədlərlə əlaqədar digər sənədləri Xidmətin Katibliyindən götürür və onların qeydiyyatını aparır;

5.12.4. daxil olan sənədləri Baş idarə rəisinə, İdarə rəisinə və ya Şöbə (Bölmə) rəisinə təqdim edir, onların dərkənarına əsasən icraçılara çatdırır;

5.12.5. sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə icra olunmasını nəzarətdə saxlayır, onların icra müddətinin gözlənilməsi ilə bağlı Baş idarə rəisinə məlumat təqdim edir;

5.12.6. sənədlərin icraçılar tərəfindən icra edilməsinin qeydiyyatını aparır, göndərilməsi üçün Xidmətin Katibliyinə təqdim edir;

5.12.7. icra olunmuş sənədlərin səliqə ilə işə tikilməsini və Xidmətin Katibliyinə saxlanılması üçün təhvil verilməsini təmin edir;

5.12.8. hüquqi və fiziki şəxslərin müraciətlərini ümumiləşdirir, Baş idarənin hər bir işçisinin icraatına daxil olan sənədlərin hesabatlarını toplayıb Baş idarə rəisinə təqdim edir;

5.12.9. Baş idarə rəisinin göstərişlərinin qeydiyyatını aparır, onların müvafiq qurumlara çatdırılmasını təmin edir;

5.12.10. işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;

5.12.11. xidməti fəaliyyətlə bağlı Baş idarə, İdarə və Şöbə (Bölmə) rəislərinin tapşırıqlarını yerinə yetirir.

 

6. Baş idarənin strukturuna daxil olan idarə, şöbə və bölmələrin vəzifələri

 

6.1. Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin vəzifələri aşağıdakılardır

6.1.1. bu Əsasnamənin 3.1.9-3.1.13-cü yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;[28]

6.1.2. Azərbaycan Respublikasında əmək miqrasiyasının tənzimlənməsi sahəsi üzrə təkliflər hazırlamaq;

6.1.3. əmək miqrasiyası sahəsində mövcud vəziyyətin mütəmadi təhlillərinə əsaslanaraq əhalinin məşğulluğu üzrə dövlət proqramlarının hazırlanmasında iştirak etmək;

6.1.4. Baş idarənin fəaliyyət istiqamətləri üzrə idarəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.2. İş icazələrinin verilməsi şöbəsinin vəzifələri aşağıdakılardır:

6.2.1. bu Əsasnamənin 3.1.9-3.1.13-cü yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;[29]

6.2.2. Xidmətin vahid miqrasiya məlumat sistemində şöbənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;[30]

6.2.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.2-1. Yaşama icazələrinin verilməsi idarəsinin vəzifələri aşağıdakılardır[31]

6.2-1.1. bu Əsasnamənin 3.1.1-3.1.5-ci, 3.1.7-ci və 3.1.8-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.2-1.2. miqrasiya proseslərinin tənzimlənməsi üzrə tədbirlərin görülməsi üçün təkliflər hazırlanmasında iştirak etmək;

6.2-1.3. Xidmətin vahid miqrasiya məlumat sistemində İdarənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;

6.2-1.4. Baş idarənin fəaliyyət istiqamətləri üzrə idarəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.3. Əmək miqrasiyası bölməsinin vəzifələri aşağıdakılardır:[32]

6.3.1. bu Əsasnamənin 3.1.9-cu və 3.1.10-cu bəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.3.2. Baş idarənin fəaliyyət istiqamətləri üzrə bölməyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.4. Enerji sahəsində miqrasiya məsələlərinin həlli bölməsinin vəzifələri aşağıdakılardır:

6.4.1. neft-qaz əməliyyatlarının aparılması ilə əlaqədar podratçı, birgə əməliyyat şirkəti və hər hansı subpodratçılara münasibətdə bu Əsasnamənin 3.1.11-3.1.13-cü bəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.4.2. vahid miqrasiya məlumat sistemində əksini tapmalı bölmənin səlahiyyətlərinə dair lumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək;

6.4.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə bölməyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.5. Müvəqqəti olma və müvəqqəti yaşama icazələrin verilməsi şöbəsinin vəzifələri aşağıdakılardır:[33]

6.5.1. bu Əsasnamənin 3.1.1-3.1.5-ci, 3.1.7-ci və 3.1.8-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;[34]

6.5.2. Xidmətin vahid miqrasiya məlumat sistemində şöbənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;[35]

6.5.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.6. Daimi yaşama məsələlərinə baxılması şöbəsinin vəzifələri aşağıdakılardır:[36]

6.6.1. bu Əsasnamənin 3.1.1-ci, 3.1.3-3.1.5-ci, 3.1.7-3.1.8-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;[37]

6.6.2. Xidmətin vahid miqrasiya məlumat sistemində şöbənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;[38]

6.6.3 Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək. [39]

 

6.7. İcazə vəsiqələrinin verilməsi bölməsinin vəzifələri aşağıdakılardır:[40]

6.7.1. bu Əsasnamənin 3.1.13-1-ci yarımbəndində nəzərdə tutulan vəzifəni yerinə yetirmək;

6.7.2. Sistem vasitəsi ilə hazırlanmış müvafiq vəsiqələrin və digər sənədlərin qanunvericiliklə müəyyən edilmiş hallarda aktiv statusunun dəyişdirilməsini həyata keçirmək;

6.7.3. Xidmətin vahid miqrasiya məlumat sistemində bölmənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;[41]

6.7.4. Baş idarənin fəaliyyət istiqamətləri üzrə bölməyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.      25 iyun 2014-cü il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyul 2014-cü il)

2.      12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il)

3.      14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 1.3-cü bəndində və 3.1.8, 4.1.1 və 5.8.4-cü yarımbəndlərində “Xidmətin” sözündən sonra “aparatının” sözü əlavə edilmişdir.

 

[2] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə yeni məzmunda 2.1.2-1-ci yarımbənd əlavə olunmuşdur.

 

[3] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 3.1.1-ci yarımbəndində “immiqrasiya” sözü “miqrasiya” sözü ilə əvəzə edilmişdir.

 

[4] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 3.1.2-1-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 3.1.3-cü yarımbəndindən “müvəqqəti və” sözləri çıxarılmışdır.

 

[6] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 3.1.4-cü yarımbənddə “almış” sözündən sonra “habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış” sözləri əlavə edilmişdir.

 

[7] 25 iyun 2014-cü il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyul 2014-cü il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 3.1.5-ci yarımbənddə “müvəqqəti” sözündən sonra “və ya daimi” sözləri əlavə edilmişdir.

 

14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 3.1.5-ci yarımbəndində “icazələrini” sözündən sonra “, habelə müvəqqəti olma müddətinin uzadılmasına dair qərarlarını” sözləri əlavə edilmişdir.

 

[8] 25 iyun 2014-cü il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyul 2014-cü il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 3.1.6-cı yarımbənd ləğv edilmişdir.

 

[9] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 3.1.7-ci yarımbənddə “uzadılması” sözündən sonra “və həmin şəxslərin, həmçinin qaçqın statusu almış şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması” sözləri əlavə edilmişdir.

 

14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 3.1.7-ci yarımbəndindən “, həmçinin qaçqın statusu almış şəxslərin” sözləri çıxarılmışdır.

 

[10] 25 iyun 2014-cü il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyul 2014-cü il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 3.1.11-ci yarımbənddən “Azərbaycan Respublikasının ərazisində əcnəbi işçi qüvvəsini cəlb etmək və ondan istifadə etmək üçün icazə, o cümlədən” sözləri çıxarılmışdır.

 

25 iyun 2014-cü il tarixli 08 nömrəli 25 iyun 2014-cü il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyul 2014-cü il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 3.1.11-3.1.13-cü yarımbəndlərdə ismin müvafiq hallarında “fərdi icazə” sözləri ismin müvafiq hallarında “iş icazəsi” sözləri ilə əvəz edilmişdir.

 

[11] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 3.1.12-ci yarımbəndi çıxarılmışdır.

 

[12] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə yeni məzmunda 3.1.13-1-ci yarımbənd əlavə olunmuşdur.

 

[13] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 3.1.14-cü yarımbəndində “tədbirlərin görülməsi üzrə təkliflər hazırlamaq” sözləri “tədbirlər görmək” sözləri ilə əvəz edilmişdir.

 

[14] 25 iyun 2014-cü il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyul 2014-cü il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 5.2-ci və 6.2-ci bəndlərdə “Fərdi icazələrin” sözləri “İş icazələrinin sözləri ilə əvəz edilmişdir.

12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 5.2-ci bəndin birinci cümləsində “Daimi” sözü “Müvəqqəti olma” sözləri ilə, “1 bölmə” sözləri “2 bölmə” sözləri ilə, “Müvəqqəti olma” sözləri “Daimi yaşama” sözləri ilə əvəz edilmişdir və “bölməsi” sözündən sonra “və İcazə vəsiqələrinin verilməsi bölməsi” sözləri əlavə edilmişdir və ikinci cümləsindən “və 2 bölmə (Əmək miqrasiyası bölməsi və Enerji sahəsində miqrasiya məsələlərinin həlli bölməsi)” sözləri çıxarılmışdır.

 

14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 5.2-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5.2. Baş idarənin strukturuna 1 idarə (Əmək miqrasiyasının tənzimlənməsi idarəsi), 1 şöbə (Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsi) və 2 bölmə (Daimi yaşama məsələlərinə baxılması bölməsi və İcazə vəsiqələrinin verilməsi bölməsi) daxildir. Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin tərkibinə 1 şöbə (İş icazələrinin verilməsi şöbəsi) və 2 bölmə (Əmək miqrasiyası bölməsi və Enerji sahəsində miqrasiya məsələlərinin həlli bölməsi) daxildir.

 

[15] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 5.5-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.5. Baş idarə rəisi olmadıqda onun səlahiyyətlərini Baş idarənin İdarə rəisi həyata keçirir.

 

[16] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 5.8.3-cü yarımbənddə “vəzifələrin” sözündən sonra “, habelə etik davranış qaydalarının tələblərinin” sözləri əlavə edilmişdir.

 

[17] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 5.9.3-cü yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.9.3. İdarənin fəaliyyəti ilə bağlı məsələləri kollegiyanın müzakirəsinə hazırlayır;

 

[18] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə yeni məzmunda 5.9.4-1-ci yarımbənd əlavə edilmişdir.

 

[19] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 5.9.5-ci yarımbənddə “rəhbərliyinin” sözündən sonra “və Baş idarə rəisinin” sözləri əlavə edilmişdir.

 

[20] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 5.9.6-cı yarımbənddən “işçilərini cəlb etməklə ümumiləşdirmələr aparır və” sözləri çıxarılmışdır.

 

[21] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 5.9.11-ci yarımbənddə “hüquqi” sözlərindən əvvəl “mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə,” sözləri əlavə edilmişdir.

 

[22] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 5.9.13-cü yarımbənddən “ümumiləşdirir və” sözləri çıxarılmışdır.

 

[23] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 5.10.3, 5.10.5, 5.10.6 və 5.10.9-cu yarımbəndlərində “İdarə rəisinə” sözlərindən əvvəl “Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə” sözləri əlavə edilmişdir.

 

[24] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə yeni məzmunda 5.10.7-1-ci yarımbənd əlavə edilmişdir.

 

[25] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 5.10.10-cu yarımbəndində “bağlı” sözündən sonra “Baş idarənin müstəqil bölməsində” sözləri əlavə edilmişdir, “və idarə rəisinin” sözləri “rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə rəisinin” sözləri ilə əvəz edilmişdir.

 

[26] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndində “bağlı” sözündən sonra “Baş idarənin müstəqil bölməsində” sözləri əlavə edilmişdir, “, İdarə və” sözləri “rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə və” sözləri ilə əvəz edilmişdir.

 

[27] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 5.12-ci bənddə “Baş mütəxəssis” sözləri “Kiçik inspektor-kargüzar” sözləri ilə əvəz edilmişdir.

 

[28] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 6.1.1-ci yarımbənddə “bəndlərində” sözü “yarımbəndlərində” sözü ilə əvəz edilmişdir.

 

[29] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 6.2.1-ci yarımbənddə “3.1.11-3.1.13-cü bəndlərində” sözləri “3.1.9-3.1.13-cü yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir.

 

[30] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 6.2.2-ci yarımbəndi yeni redaksiya verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.2.2. vahid miqrasiya məlumat sistemində əksini tapmalı şöbənin səlahiyyətlərinə dair lumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək;

 

[31] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 6.2-1-ci bənd əlavə edilmişdir.

 

[32] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 6.3-cü və 6.4-cü bəndlər ləğv edilmişdir.

 

[33] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 6.5-ci bənddə “Daimi” sözü “Müvəqqəti olma” sözləri ilə əvəz edilmişdir.

 

[34] 25 iyun 2014-cü il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyul 2014-cü il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 6.5.1-ci yarımbənddə “3.1.3-3.1.8-ci bəndlərində” sözləri “3.1.3-3.1.5-ci, 3.1.7-ci və 3.1.8-ci yarımbəndlərində sözləri ilə əvəz edilmişdir.

12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 6.5.1-ci yarımbənddə “3.1.1-ci, 3.1.3-3.1.5-ci” sözləri “3.1.1-3.1.5-ci” sözləri ilə əvəz edilmişdir.

 

[35] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 6.5.2-ci yarımbəndi yeni redaksiya verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.5.2. vahid miqrasiya məlumat sistemində əksini tapmalı şöbənin səlahiyyətlərinə dair lumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək;

 

[36] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 6.6-cı bənddə “Müvəqqəti olma” sözləri “Daimi yaşama” sözləri ilə əvəz edilmişdir.

 

14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 6.6-cı bəndində “bölməsinin” sözü “şöbəsinin” sözü ilə əvəz edilmişdir.

 

[37] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə 6.6.1-ci yarımbənddə “3.1.1-3.1.2-ci” sözləri “3.1.1-ci, 3.1.3-3.1.5-ci” sözləri ilə və “bəndlərində” sözü “yarımbəndlərində” sözü ilə əvəz edilmişdir.

 

[38] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 6.6.2-ci yarımbəndi yeni redaksiya verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.6.2. vahid miqrasiya məlumat sistemində əksini tapmalı bölmənin səlahiyyətlərinə dair lumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək;

 

[39] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 6.6.3-cü yarımbəndində “bölməyə” sözü “şöbəyə” sözü ilə əvəz edilmişdir.

 

[40] 12 may 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201705120004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 may 2017-ci il) ilə yeni məzmunda 6.7-ci bənd əlavə olunmuşdur.

 

[41] 14 dekabr 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə”nin 6.7.3-cü yarımbəndi yeni redaksiya verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.7.3. Bölmənin səlahiyyətlərinə dair vahid miqrasiya məlumat sistemində əksini tapmalı olan məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status