AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.03.2013
QEYDİYYAT NÖMRƏSİ
838
ADI
2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 08-03-2013, Nəşr nömrəsi: 53), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 10-03-2013, Nəşr nömrəsi: 54), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2013, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 240)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.03.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.03.2013
2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişə dəyişikliklər edi

2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 mart 2013-cü il

   № 838

 


Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə

PROTOKOL

 

Bundan sonra Tərəflər adlandırılacaq, Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişin iştirakçısı olan dövlətlərin hökumətləri,

 

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Malın müəyyən ölkə mənşəli hesab olunması üçün həmin ölkədə yerinə yetirilən istehsal və texnoloji əməliyyatların, şərtlərin siyahısına (Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 20 noyabr 2009-cu il tarixli Sazişin ayrılmaz hissəsi olan malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarına Qoşma 1) aşağıdakı dəyişikliklər edilsin:

1. XİF ƏN “1501 00-dan” kodlu sətir aşağıdakı redaksiyada verilsin:

 

1501-dən

Sümük piyi və ya tullantılardan alınan piy

0203, 0206 və ya 0207, və ya 0506-cı mövqelərin materialları istisna       olmaqla, istənilən mövqedəki           materiallardan hazırlanma; 0203 və   0206-cı mövqedəki donuz ətindən və ya subməhsullardan, və ya 0207-ci mövqedəki quş ətindən və ya subməhsullardan hazırlanma

 

2. XİF ƏN “1502 00-dan” kodlu sətir aşağıdakı redaksiyada verilsin:

 

1502-dən

Sümük piyi və ya tullantılardan alınan piy

0201, 0202, 0204 və ya 0206, və ya         0506-cı mövqelərin materialları     istisna olmaqla, istənilən                     mövqedəki materiallardan hazırlanma

 

3. XİF ƏN “2403 10” kodlu sətir aşağıdakı redaksiyada verilsin:

 

2403 11 000, 2403 19

Tərkibində istənilən nisbətdə tütün əvəzləyiciləri olan və ya olmayan çəkməli tütünü

İstənilən mövqedəki materiallardan          hazırlanma. Lakin, istifadə olunan   2403 mövqedəki materialların dəyəri son məhsulun qiymətinin 50%-dən çox olmamalıdır

 

4. XİF ƏN “2932 99 700” kodlu sətir aşağıdakı redaksiyada verilsin:

 

2932 99 000-dan

Tərkibində digər oksigenli funksional  qruplar olan və ya olmayan digər dövri asetallar və daxili hemiasetallar, və onların halogenləşdirilmiş, sulfirləşdirilmiş, nitrləşdirilmiş və ya nitrozlaşdırılmış törəmələri

İstənilən mövqedəki materiallardan,     o cümlədən 2932 mövqeyin digər materiallardan hazırlanma

 

5. XİF ƏN “2932 99 850-dən” kodlu sətir aşağıdakı redaksiyada verilsin:

 

2932 99 000-dan

Adi daxili efirlər

İstənilən mövqeli materiallardan hazırlanma. Lakin, istifadə olunan       2909 mövqedəki materialların        dəyəri son məhsulun qiymətinin 50%-dən çox olmamalıdır

 

6. XİF ƏN “3920 10 270-dən” kodlu sətir aşağıdakı redaksiyada verilsin:

 

3920 10 250-dən

Qalınlığı 0,125 mm-dən artıq olmayan və xüsusi çəkisi 0,94-dən az olan polietilen plyonka və təbəqələr və ya   lentlər, çap olunmuş şəkil və mətn ilə, rulonlarda

İstənilən mövqedəki materiallardan          hazırlanma. Lakin həmin mövqedəki istifadə olunan materialların dəyəri son məhsulun qiymətinin 50%-dən çox olmamalıdır

 

7. XİF ƏN “4017 00” kodlu sətir aşağıdakı redaksiyada verilsin:

 

4017 00 000

Tullantılar və skraplar daxil olmaqla bütün formalarda bərk rezin (məsələn,   ebonit); bərk rezindən məmulatlar

Bərk rezindən hazırlanma

 

8. XİF ƏN “6803 00-dan” kodlu sətir aşağıdakı redaksiyada verilsin:

 

6803 00 000-dan

Təbii və ya aqlomerasiya edilmiş şistdən məmulatlar

Emal olunmuş şistdən hazırlanma

 

9. XİF ƏN “8608 00” kodlu sətir aşağıdakı redaksiyada verilsin

 

8608 00 000

Dəmiryol və tramvay yol avadanlıqları və qurğuları; mexaniki (elektromexaniki daxil olmaqla) siqnal avadanlıqları, dəmir yollarında, tramvay, avtomobil, daxili su yollarında, dayanacaq              qurğularında, limanlarda və hava limanlarında təhlükəsizlik və hərəkətin idarə edilməsini təmin edən vasitələr; sadalanan avadanlıqların və qurğuların hissələri

İstifadə olunan bütün materialların dəyəri son məhsulun qiymətinin 50%-dən çox olmamaqla hazırlanma. Son məhsulun mövqeyi ilə eyni mövqedə              təsnifləşdirilən materiallardan,      dəyəri son məhsulun qiymətinin 5%-dən çox olmamaqla istifadə oluna bilər

 

Maddə 2

 

Bu Protokol imzalandığı tarixdən etibarən 60 gündən sonra müvəqqəti olaraq tətbiq olunur və onu imzalamış Tərəflərin onun qüvvəyə minməsi üçün lazımi olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə üçüncü bildirişin depozitari tərəfindən alındığı tarixdən etibarən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Dövlətdaxili prosedurları bundan gec yerinə yetirən Tərəflər üçün bu Protokol müvafiq sənədlərin depozitari tərəfindən alındığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Yalta şəhərində 2012-ci il 28 sentyabr tarixində bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə hazırkı Protokolu imzalamış hər bir dövlətə, onun təsdiq edilmiş surətini göndərəcək Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır.

 

 

Azərbaycan Respublikası

Rusiya Federasiyası

Hökuməti adından

Hökuməti adından

imza (qeyd-şərtlə)

İmza

 

Ermənistan Respublikası

Tacikistan Respublikası

Hökuməti adından

Hökuməti adından

imza (qeyd-şərtlə)

imza

 

Belarus Respublikası

Türkmənistan

Hökuməti adından

Hökuməti adından

imza

-----

 

Qazaxıstan Respublikası

Özbəkistan Respublikası

Hökuməti adından

Hökuməti adından

imza

-----

 

Qırğız Respublikası

Ukrayna

Hökuməti adından

Hökuməti adından

imza

imza (qeyd-şərtlə)

 

 

Moldova Respublikası

 

Hökuməti adından

 

imza

 

 

 

 

 


 

Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə

2012-ci il 28 sentyabr tarixli Protokola dair

Azərbaycan Respublikasının

QEYD-ŞƏRTİ

 

 

Protokolun 2-ci maddəsinin imzalandığı tarixdən etibarən 60 gündən sonra müvəqqəti olaraq tətbiq olunur və ifadəsi istisna olmaqla.

 

 

Azərbaycan Respublikası

 

Baş nazirinin birinci müavini               imza

Yaqub Eyyubov

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status