“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununu “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 504) 3.0.12-ci maddəsində “şəxslərə” sözündən sonra “və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə)” sözləri əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2013-cü il
№ 574-IVQD