Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
[1]
Maddə 1
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi təsdiq edilsin.
Maddə 2
(Çıxarılıb)
[2]
Maddə 3
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi qüvvəyə mindiyi gündən "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1964-cü il, № 26, maddə 122) qüvvədən düşmüş hesab edilsin.
Maddə 4
4.1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1964-cü ildən etibarən qəbul olunmuş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarının təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist Respublikasının qanunları (onların müvafiq hissələri), habelə bu maddədə göstərilən Azərbaycan Respublikasının qanunları (onların hissələri) və digər normativ hüquqi aktları 2000-ci il iyunun 1-dən ləğv edilsin:
4.2. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əlavə daxil edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 23 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1966-cı il, № 12, maddə 88);
4.3. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə əlavələr daxil edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 24 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1966-cı il № 16, maddə 136);
4.4. "Azərbaycan SSR Nikah, ailə, qeydiyyat və vətəndaşlıq vəziyyəti aktları haqqında Qanunlar Məcəlləsinə və Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 22 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1968-ci il, № 6, maddə 43);
4.5. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 333-cü və 334-cü maddələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 22 mart tarixli, 410-VII saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1968-ci il, № 6, maddə 46);
4.6. "Azərbaycan SSR Mülki və Mülki Prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 19 yanvar tarixli, 440-VIII saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973-cü il, № 2, maddə 13);
4.7. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əlavə edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 18 iyun tarixli, 568-VIII saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973-cü il, № 12, maddə 107);
4.8. "Azərbaycan SSR Mülki və Mülki Prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1974-cü il 6 iyun tarixli, 870-VIII saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1974-cü il, № 11, maddə 75);
4.9. "Azərbaycan SSR Cinayət, Mülki, Mülki Prosessual, İslah-Əmək, Nikah və Ailə Məcəllələrinə əlavələr və dəyişiklik edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28 mart tarixli, 463-IX saylı Fərmanının IV hissəsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977-ci il, № 5-6, maddə 33);
4.10. "Azərbaycan SSR Mülki və Mülki Prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1978-ci il 13 yanvar tarixli, 735-IX saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1978-ci il, № 1-2, maddə 8);
4.11. "Bakı şəhər Məhkəməsinin yaradılması ilə əlaqədar Azərbaycan SSR qanunvericiliyinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 18 may tarixli, 1185-IX saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1979-cu il, № 9-10, maddə 72);
4.12. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 30 sentyabr tarixli, 192-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1980-ci il, № 19, maddə 190);
4.13. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 10 sentyabr tarixli, 596-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981-ci il, № 17, maddə 202);
4.14. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 2 oktyabr tarixli, 633-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981-ci il, № 19, maddə 218);
4.15. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1982-ci il 18 fevral tarixli, 810-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 3-4, maddə 23);
4.16. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1982-ci il 23 sentyabr tarixli, 1044-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 18, maddə 163);
4.17. "Azərbaycan SSR Cinayət-Prosessual və Mülki Prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 5 fevral tarixli, 1937-X saylı Fərmanının II hissəsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 3, maddə 30);
4.18. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 27 may tarixli, 97-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 10, maddə 122);
4.19. "Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 24 iyun tarixli, 123-XI saylı Fərmanının I hissəsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 12, maddə 143);
4.20. "Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 14 noyabr tarixli, 220-XI saylı Fərmanının VI hissəsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 21, maddə 204);
4.21. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 13 dekabr tarixli, 272-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 23-24, maddə 229);
4.22. "Azərbaycan SSR-in Mülki Məcəlləsinə və bəzi başqa qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 17 noyabr tarixli, 554-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986-cı il, № 21-22, maddə 159);
4.23. "Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinə və Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 6 noyabr tarixli, 918-XI saylı Fərmanının II hissəsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, № 21, maddə 200);
4.24. "Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 29 dekabr tarixli, 988-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, № 24, maddə 253);
4.25. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 22 mart tarixli, 1055-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, № 5-6, maddə 32);
4.26. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 17 aprel tarixli, 1775-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990-cı il, № 8, maddə 54);
4.27. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 381-ci maddəsinə əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 17 aprel tarixli, 1777-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990-cı il, № 8, maddə 56);
4.28. "Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1990-cı il 30 iyul tarixli, 1878-XI saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1990-cı il, № 13-14, maddə 172);
4.29. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1991-ci il 9 fevral tarixli, 61-XII saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991-ci il, № 4, maddə 79);
4.30. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1992-ci il 7 aprel tarixli, 373 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 7, maddə 170);
4.31. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əlavə edilməsi haqqında" Azərbaycan Respublikasının 1992-ci il 29 iyul tarixli, 249 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 14, maddə 571);
4.32. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası 1993-cü il 10 fevral tarixli, 503 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 3, maddə 90);
4.33. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası 1993-cü il 17 mart tarixli, 541 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 11, maddə 329);
4.34. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə və Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası 1993-cü il 26 noyabr tarixli, 746 saylı Qanununun III hissəsi (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 23-24, maddə 673);
4.35. "Azərbaycan Respublikasının bəzi Məcəllələrinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası 1995-ci il 12 sentyabr tarixli, 1101 saylı Qanununun IV hissəsi (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 357);
4.36. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası 1997-ci il 7 fevral tarixli, 245-IQD saylı Qanununun II hissəsi (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 4, maddə 307);
[3]
4.37. "Referendum haqqında" və "Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında" Azərbaycan Respublikası qanunlarının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası 1998-ci il 23 iyun tarixli, 509-IQD saylı Qanununun 3-cü hissəsi (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 7, maddə 444);
4.38. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası 1999-cu il 2 aprel tarixli, 648-IQD saylı Qanununun II hissəsi (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 227);
4.39. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası 1999-cu il 2 aprel tarixli, 649-IQD saylı Qanununun II hissəsi (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 228).
Maddə 5
5.1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olmayan normativ hüquqi aktlar, onların müvafiq hissələri, müddəaları, həmçinin digər hüquqi normalar həmin Məcəlləyə uyğunlaşdırılanadək tətbiq edilə bilməz.
(Çıxarılıb)
[4]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 28 dekabr 1999-cu il
№ 780-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 26 may 2000-ci il tarixli 886-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 323)
- 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
26 may 2000-ci il tarixli 886-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 323) ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının qanunu 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmişdir.
[2]
26 may 2000-ci il tarixli 886-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 323) ilə 2-ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Maddə 2.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 2000-ci il iyunun 1-dən qüvvəyə minir.
[3]
30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 4.36 maddə ləğv edilmişdir.
[4]
26 may 2000-ci il tarixli 886-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 323) ilə 5.2-ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
5.2. Bu Qanun 2000-ci il iyunun 1-dən qüvvəyə minir.
-
Səhifə 1
-
Səhifə 2
-
Səhifə 3
-
Səhifə 4
-
Səhifə 5
-
Səhifə 6
-
Səhifə 7
-
Səhifə 8
-
Səhifə 9
-
Səhifə 10
-
Səhifə 11
-
Səhifə 12
-
Səhifə 13
-
Səhifə 14
-
Səhifə 15
-
Səhifə 16
-
Səhifə 17
-
Səhifə 18
-
Səhifə 19
-
Səhifə 20
-
Səhifə 21
-
Səhifə 22
-
Səhifə 23
-
Səhifə 24
-
Səhifə 25
-
Səhifə 26
-
Səhifə 27
-
Səhifə 28
-
Səhifə 29
-
Səhifə 30
-
Səhifə 31
-
Səhifə 32
-
Səhifə 33
-
Səhifə 34
-
Səhifə 35
-
Səhifə 36
-
Səhifə 37
-
Səhifə 38
-
Səhifə 39
-
Səhifə 40
-
Səhifə 41
-
Səhifə 42
-
Səhifə 43
-
Səhifə 44
-
Səhifə 45
-
Səhifə 46
-
Səhifə 47
-
Səhifə 48
-
Səhifə 49
-
Səhifə 50
-
Səhifə 51
-
Səhifə 52
-
Səhifə 53
-
Səhifə 54
-
Səhifə 55
-
Səhifə 56
-
Səhifə 57
-
Səhifə 58
-
Səhifə 59
-
Səhifə 60
-
Səhifə 61
-
Səhifə 62
-
Səhifə 63
-
Səhifə 64
-
Səhifə 65
-
Səhifə 66
-
Səhifə 67
-
Səhifə 68
-
Səhifə 69
-
Səhifə 70
-
Səhifə 71
-
Səhifə 72
-
Səhifə 73
-
Səhifə 74
-
Səhifə 75
-
Səhifə 76
-
Səhifə 77
-
Səhifə 78
-
Səhifə 79
-
Səhifə 80
-
Səhifə 81
-
Səhifə 82
-
Səhifə 83
-
Səhifə 84
-
Səhifə 85
-
Səhifə 86
-
Səhifə 87
-
Səhifə 88
-
Səhifə 89
-
Səhifə 90
-
Səhifə 91
-
Səhifə 92
-
Səhifə 93
-
Səhifə 94
-
Səhifə 95
-
Səhifə 96
-
Səhifə 97
-
Səhifə 98
-
Səhifə 99
-
Səhifə 100
-
Səhifə 101
-
Səhifə 102
-
Səhifə 103
-
Səhifə 104
-
Səhifə 105
-
Səhifə 106
-
Səhifə 107
-
Səhifə 108
-
Səhifə 109
-
Səhifə 110
-
Səhifə 111
-
Səhifə 112
-
Səhifə 113
-
Səhifə 114
-
Səhifə 115
-
Səhifə 116
-
Səhifə 117
-
Səhifə 118
-
Səhifə 119
-
Səhifə 120
-
Səhifə 121
-
Səhifə 122
-
Səhifə 123
-
Səhifə 124
-
Səhifə 125
-
Səhifə 126
-
Səhifə 127
-
Səhifə 128
-
Səhifə 129
-
Səhifə 130
-
Səhifə 131
-
Səhifə 132
-
Səhifə 133
-
Səhifə 134
-
Səhifə 135
-
Səhifə 136
-
Səhifə 137
-
Səhifə 138
-
Səhifə 139
-
Səhifə 140
-
Səhifə 141
-
Səhifə 142
-
Səhifə 143
-
Səhifə 144
-
Səhifə 145
-
Səhifə 146
-
Səhifə 147
-
Səhifə 148
-
Səhifə 149
-
Səhifə 150
-
Səhifə 151
-
Səhifə 152
-
Səhifə 153
-
Səhifə 154
-
Səhifə 155
-
Səhifə 156
-
Səhifə 157

Nəticə tapılmadı!
