×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
22.02.2013
QEYDİYYAT NÖMRƏSİ
564-IVQ
ADI
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 12-04-2013, Nəşr nömrəsi: 75), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-04-2013, Nəşr nömrəsi: 78), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2013, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 350)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.04.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201302220564
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.04.2013
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar 2012-ci il noyabrın 21-də həyata keçirilmiş notalar mübadiləsi təsdiq edilsin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 fevral 2013-cü il

№ 564-IVQ

 


AZƏRBAYCAN RESPUBLİKASI

XARİCİ İŞLƏR NAZİRLİYİ

 

№ 5/11-2662/03/12

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinə öz ehtiramını ifa edir və 9 iyun 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandumu”na (bundan sonra “Anlaşma Memorandumu” adlandırılacaq) onun 9-cu maddəsinə uyğun olaraq aşağıdakı dəyişikliyin edilməsini təklif etməkdən şərəf duyur:

1. Başlıqda və mətn boyu “diplomatik pasportlar” anlayışı “diplomatik və xüsusi/xidməti pasportlar” anlayışı ilə əvəz edilsin.

2. Bu dəyişiklik Anlaşma Memorandumunun 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.

Yuxarıda qeyd olunan təklif Birləşmiş Ərəb Əmirliklərinin Hökuməti tərəfindən qəbul edildiyi təqdirdə, bu nota və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin müvafiq cavabı iki hökumət arasında bu məsələ üzrə saziş təşkil edəcəkdir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinə öz ehtiramını bir daha izhar edir.

 

Bakı, 13 noyabr 2012.

 

Birləşmiş Ərəb Əmirliklərinin

Xarici İşlər Nazirliyinə.

Abu-Dabi.

 

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN

XARİCİ İŞLƏR NAZİRLİYİ

 

Konsulluq İşləri İdarəsi

Sənədin nömrəsi: q.n. l/3/103-h.ş/2915

Tarix: 07.01.1434 (hicri təqvimi ilə): 21.11.2012 (miladi təqvimi ilə).

 

ÇOX TƏCİLİ

 

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi ölkədəki Azərbaycan Səfirliyinə ən səmimi salamlarını yetirir.

Birləşmiş Ərəb Əmirlikləri Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandumuna düzəlişin edilməsi ilə bağlı Səfirliyin 2012-ci il 13 noyabr tarixli 5/11-2662/03/12 nömrəli notası ilə əlaqədar olaraq Nazirlik Səfirliyin notasında göstərilən Anlaşma Memorandumuna hər iki ölkənin diplomatik, xüsusi və xidməti pasport sahiblərinə vizasız gediş-gəliş rejiminin tətbiq olunmasını nəzərdə tutan düzəlişin həyata keçirilməsinə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin razılığını hörmətli Səfirliyin diqqətinə çatdırır.

Nazirlik 9 iyun 2010-cu il tarixində imzalanmış Anlaşma Memorandumunun 10-cu maddəsinə müvafiq olaraq qeyd edilən düzəlişin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların başa çatdırılması məqsədi ilə hörmətli Səfirlikdən Azərbaycanda istifadə olunan xüsusi və xidməti pasportların nümunələrinin nazirliyə təqdim olunmasını xahiş edir.

Nazirlik yaranmış fürsətdən istifadə edərək, hörmətli Səfirliyə öz yüksək hörmət və ehtiramını çatdırır.

 

Azərbaycan Respublikasının

Xarici İşlər Nazirliyinə.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status