İcra məmurları haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil
Ümumİ müddəalar
[2]
Maddə 1. İcra məmurlarının funksiyaları
[3]
İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər. [4]
Maddə 2. İcra məmurları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
İcra məmurları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə icra məmurları haqqında müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
Maddə 3. İcra məmurlarının qulluğa qəbulu və qulluq keçməsi
Ali hüquq təhsili olan Azərbaycan Respublikasının vətəndaşları icra məmurları ola bilərlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icra məmurları istisna olmaqla, digər icra məmurlarının qulluğa qəbulu və qulluq keçməsi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. [5]
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində, Azərbaycan Respublikasının Ali Məhkəməsində və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində icra məmurlarının qulluğa qəbulu və qulluq keçməsi dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. [6]
Maddə 4 . Xidməti silah
İcra məmurlarının xüsusi hazırlıq keçəndən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah və xüsusi vasitələr gəzdirmək, saxlamaq və istifadə etmək hüquqları vardır.
[7]
Maddə 5. İcra və probasiya xidmətinin fəaliyyətinin təşkili
[8]
İcra məmurlarına həvalə olunmuş vəzifələrin həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanı təmin edir.
Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi, habelə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icra sənədlərinin icrası üzrə icra məmurlarının fəaliyyəti icra xidmətini təşkil edir.
Bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, icra xidmətinə Azərbaycan Respublikasının Baş icra məmuru rəhbərlik edir.
Probasiya nəzarətinin həyata keçirilməsi, o cümlədən ictimai işlər növündə inzibati tənbehin icrası üzrə icra məmurlarının fəaliyyəti probasiya xidmətini təşkil edir.
Probasiya xidmətinə Azərbaycan Respublikasının Baş probasiya məmuru rəhbərlik edir.
İcra məmurlarının fəaliyyətinin əsasları Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Cinayət-Prosessual Məcəllə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində icra məmurları müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, digər məhkəmələrin icra məmurları müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilirlər.
Maddə 6. İcra məmurlarının fəaliyyətinin təşkilində müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti
[9]
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icra məmurları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Baş icra məmuru və Azərbaycan Respublikasının Baş probasiya məmuru vasitəsilə icra məmurlarının fəaliyyətinə təşkilati və metodik rəhbərliyi həyata keçirir. [10]
II fəsil
İCRA MƏMURLARI
Maddə 7. İcra məmurlarının vəzifələri
[11]
İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:
[12]
icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;
icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;
icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir;
alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir;
icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir;
tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır;
[13]
icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir;
icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir;
qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir.
İcra xidmətinin icra məmuru məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:
məhkəmədə hakimlərin, andlı iclasçıların, məhkəmə prosesinin digər iştirakçılarının və şahidlərin təhlükəsizliyini təmin edir;
[14]
məhkəmənin fəaliyyəti ilə əlaqədar hakimlərin sərəncamlarını icra edir;
məhkəmə və hakimin qərarı ilə təqsirləndirilən şəxs və digər şəxslər barəsində qanunda nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərini tətbiq edir;
iş vaxtı məhkəmə binalarının, müşavirə otaqlarının və məhkəmə iclas zalının mühafizəsini təmin edir;
məhkəmə iclas zalının iclasa hazırlığını yoxlayır, hakimin tapşırığı ilə cinayət işinin və maddi sübutların məhkəmə iclas zalına gətirilməsini və mühafizəsini təmin edir;
həbsdə saxlanılan məhkumların müşayiət edilməsində, onların mühafizəsi və təhlükəsizliyi məsələlərində hərbiləşdirilmiş qurumlarla qarşılıqlı fəaliyyət göstərir;
məhkəmənin ərazisində ictimai qaydaları təmin edir, qanun pozuntularının qarşısını alır, onları aradan qaldırır, nizam-intizamı pozanları aşkar edərək qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görür;
məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir;
icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir.
Probasiya xidmətinin icra məmuru Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən vəzifələrlə yanaşı aşağıdakı vəzifələri də yerinə yetirir:
[15]
icraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;
üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə və onların nümayəndələrinə iş materialları ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;
üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin müraciətlərinə baxır və müvafiq tədbirlər görür;
probasiya xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir.
Maddə 8. İcra məmurlarının hüquqları
İcra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır:
[16]
öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq;
borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq;
müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək;
zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək;
əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa);
tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək;
tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək;
tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək;
icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək;
icra üçün daxil olmuş sənəddə aydın olmayan məsələlər haqqında məhkəməyə, yaxud icra sənədini verən orqanlara müraciət etmək;
[17]
borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək;
icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq;
icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək;
müvafiq icra hakimiyyəti orqanı və digər dövlət orqanlarından (qurumlarından) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı onların səlahiyyətlərinə uyğun olaraq yardım almaq;
[18]
icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanının “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək;
qanunda nəzərdə tutulmuş qaydada eyni vaxtda birdən çox məcburi icra tədbiri görmək.
İcra xidməti icra məmurunun məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı hüquqları vardır:
kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün icra qurumunun rəhbərinə müraciət etmək;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək.
Probasiya xidməti icra məmurunun Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən hüquqları ilə yanaşı aşağıdakı hüquqları da vardır:
[19]
fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, sorğular vermək, məlumat, arayış və izahatlar almaq;
üzərində probasiya nəzarəti həyata keçirilən, lakin olduğu yer müəyyən edilməyən şəxslərin axtarılması ilə əlaqədar onların yaşayış yerlərinə daxil olmaq, orada baxış keçirmək və gizlənə biləcəyi ehtimal olunan bütün saxlama yerlərini açmaq və baxmaq;
polis və təhlükəsizlik orqanlarının köməyindən istifadə etmək;
qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək.
Maddə 9. Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi
İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar.
Maddə 10. İcra məmurlarının tələblərinin məcburiliyi
İcra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.
İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir.
İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 11. İcra məmurlarının məsuliyyəti və onların fəaliyyətinə nəzarət
İcra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.
İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. [20]
Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icra məmurları istisna olmaqla, icra məmurlarının fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. [21]
Məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icra məmuru tərəfindən nəzarət edilir. [22]
III fəsil
İCRA MƏMURLARININ təmİnatı
Maddə 12. İcra məmurlarının maddi təminatı və sosial müdafiəsi
İcra məmurlarının əmək haqqı vəzifə maaşından, xüsusi rütbəyə (ixtisas dərəcəsinə) və xidmət illərinə görə verilən əlavə ödənişlərdən, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir. [23]
İcra xidməti icra məmurlarının həvəsləndirilməsi, onların texniki təminat məsələlərinin həll edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı icra xidməti icra məmurlarının xüsusi fondunu yaradır. [24]
Azərbaycan Respublikasının məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş şəxslərin, notariusların icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qәrarlarının məcburi icrası ilə bağlı borclunun hesabından tutulan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. [25]
Xidməti vəzifələrinin icrası zamanı məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları Azərbaycan Respublikasının ərazisində bütün şəhər (rayon) nəqliyyat vasitələrindən (taksidən başqa) pulsuz istifadə edirlər.
[26]
Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. [27]
İcra məmurlarına məxsus əmlakın xidməti fəaliyyətləri ilə əlaqədar məhv olunması və zədələnməsi nəticəsində vurulan ziyan icra məmurlarına və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir.
Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir.
İcra məmurlarının pensiya təminatı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə həyata keçirilir.
Maddə 13. İcra və probasiya xidmətlərinin maliyyələşdirilməsi və maddi-texniki təminatı
[28]
İcra xidmətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və icra xidməti icra məmurlarının xüsusi fonduna daxil olan vəsait hesabına həyata keçirilir. Probasiya xidmətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsait hesabına həyata keçirilir. [29]
İcra və probasiya xidmətlərinin maddi-texniki təminatının qaydası və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Keçİd müddəaları
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikası məhkəmələrində fəaliyyət göstərən ədliyyə polis bölmələri (qrupları) bu Qanunda nəzərdə tutulan icra xidməti təşkil edilənədək qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirirlər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri, 28 dekabr 1999-cu il
№ 782-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687)
2.
15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)
3.
24 dekabr 2002-ci il tarixli 409-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 23)
4.
30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)
5.
5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
6.
10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928)
7.
29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4)
8.
16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712)
9.
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591)
10.
10 iyun 2011-ci il tarixli 144-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 477)
11.
17 may 2011-ci il tarixli 113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyul 2011-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 584)
12.
15 noyabr 2011-ci il tarixli 236-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2011-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1092)
13.
21 iyun 2013-cü il tarixli 696-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2013-cü il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 788)
14.
13 fevral 2015-ci il tarixli 1190-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 252)
15.
17 may 2016-cı il tarixli 248-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2016-cı il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 991)
16.
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423)
17.
19 may 2020-ci il tarixli 103-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyun 2020-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 678)
18.
29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 856)
19.
29 iyun 2020-ci il tarixli 144-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1007)
20.
23 aprel 2021-ci il tarixli 299-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2021-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 431)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə Qanunun adında “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları” sözləri “İcra məmurları” sözləri ilə əvəz edilmişdir.
[2]
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları” sözləri ismin müvafiq hallarında “icra məmurları” sözləri ilə əvəz edilmişdir.
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə nəzarətçiləri” sözləri ismin müvafiq hallarında “icra məmurları” sözləri ilə əvəz edilmişdir.
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə nəzarətçisi və məhkəmə icraçısı” sözləri ismin müvafiq hallarında “icra məmurları” sözləri ilə əvəz edilmişdir.
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti” sözləri ismin müvafiq hallarında “icra xidməti” sözləri ilə əvəz edilmişdir.
[3]
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə 1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 1. Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının vəzifələri
Məhkəmə nəzarətçiləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin, yerli iqtisad məhkəmələrinin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin, hərbi məhkəmələrin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra - məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edirlər.
[3]
Məhkəmə icraçıları məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə digər orqanların qanunvericiliklə icrası məhkəmə icraçılarına həvalə edilmiş aktlarının icrasını həyata keçirirlər.
[3]
[4]
10 iyun 2011-ci il tarixli 144-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 477) ilə 1-ci maddəsində “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin, yerli iqtisad məhkəmələrinin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin, hərbi məhkəmələrin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin” sözləri “Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin” sözləri ilə əvəz edilmişdir.
15 noyabr 2011-ci il tarixli 236-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2011-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1092) ilə 1-ci maddəsində və 11-ci maddəsinin beşinci hissəsində “iqtisadi” sözündən əvvəl “inzibati və” sözləri əlavə edilmişdir.
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 1-ci maddəyə “icrasını” sözündən sonra “, habelə probasiya nəzarətini” sözləri əlavə edilmişdir.
29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 856) ilə 1-ci maddədə “inzibati-iqtisadi məhkəmələrin” sözləri “inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin” sözləri ilə və “inzibati və iqtisadi” sözləri “kommersiya və inzibati” sözləri ilə əvəz edilmişdir.
[5]
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə 3-cü maddənin ikinci hissəsində “və Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə nəzarətçiləri istisna olmaqla, digər məhkəmə nəzarətçilərinin, habelə məhkəmə icraçılarının” sözləri “, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icra məmurları istisna olmaqla, digər icra məmurlarının” sözləri ilə əvəz edilmişdir.
[6]
29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 3-cü maddədə maddənin adı yeni redaksiyada verilmişdir, ikinci və üçüncü hissələr yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə məhkəmə nəzarətçisi və məhkəmə icraçısı səlahiyyətlərini yerinə yetirməyə qadir olmayan, cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər məhkəmə nəzarətçisi və məhkəmə icraçısı ola bilməzlər.
Vəzifəyə təyin edilərkən məhkəmə nəzarətçisi və məhkəmə icraçısı aşağıdakı məzmunda and içməlidirlər: "Öz səlahiyyətlərimi həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının digər qanunlarına ciddi əməl edəcəyimə, məhkəmə nəzarətçisi (məhkəmə icraçısı) vəzifəsini düzgün və vicdanla yerinə yetirəcəyimə and içirəm".
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə 3-cü maddənin üçüncü hissəsində “və Azərbaycan Respublikasının Ali Məhkəməsində məhkəmə nəzarətçilərinin” sözləri “, Azərbaycan Respublikasının Ali Məhkəməsində və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində icra məmurlarının” sözləri ilə əvəz edilmişdir.
[7]
29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 4. Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları
Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının xüsusi hazırlıq keçəndən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah və xüsusi vasitələr gəzdirmək, saxlamaq və istifadə etmək hüquqları vardır.
Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi fərqlənmə nişanı və emblemi olan xüsusi forma ilə təmin olunurlar.
Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları attestasiyadan keçir və onlara müvafiq xüsusi rütbələr verilir. Attestasiyanın keçirilməsi və rütbə dərəcələrinin verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi nümunə əsasında xidmət vəsiqə verilir.
[8]
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə 5-ci maddənin ikinci hissəsində və 6-cı maddədə “Baş məhkəmə məmuru” sözləri “Baş icra məmuru” sözləri ilə əvəz edilmişdir.
16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 5-ci maddənin dördüncü hissəsində "Azərbaycan Respublikası İqtisad Məhkəməsində" sözləri "Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində" sözləri ilə, "Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri" sözləri "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri" sözləri ilə əvəz edilmişdir.
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə 5-ci maddənin dördüncü hissəsində “məhkəmə nəzarətçiləri, habelə məhkəmə icraçıları” sözləri “icra məmurları” sözləri ilə əvəz edilmişdir.
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 5-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 5. İcra xidmətinin fəaliyyətinin təşkili
İcra məmurlarına həvalə olunmuş vəzifələrin həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanı təmin edir.
İcra xidmətinə Azərbaycan Respublikasının Baş icra məmuru rəhbərlik edir.
İcra xidmətinin fəaliyyətinin əsasları qanunla müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində icra məmurları müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, digər məhkəmələrin icra məmurları müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilirlər.
[9]
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 6-cı maddənin adında “xidmətinin” sözü “məmurlarının” sözü ilə əvəz edilmişdir.
[10]
16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 6-cı maddədə "Azərbaycan Respublikası İqtisad Məhkəməsinin" sözləri "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin" sözləri ilə əvəz edilmişdir.
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 6-cı maddənin mətninə “məmuru” sözündən sonra “və Azərbaycan Respublikasının Baş probasiya məmuru” sözləri əlavə edilmişdir və “xidmətinin” sözü “məmurlarının” sözü ilə əvəz edilmişdir.
[11]
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə 7-ci və 8-ci maddələr yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 7. Məhkəmə nəzarətçilərinin vəzifələri və hüquqları
Məhkəmə nəzarətçisi aşağıdakı vəzifələri yeninə yetirir:
məhkəmədə hakimlərin, andlı iclasçıların, məhkəmə prosesinin digər iştirakçılarının və şahidlərin təhlükəsizliyini təmin edir;
məhkəmənin fəaliyyəti ilə əlaqədar hakimlərin sərəncamlarını icra edir;
məhkəmə və hakimin qərarı ilə təqsirləndirilən şəxs və başqa vətəndaşlar barəsində qanunda nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərini tətbiq edir;
[11]
iş vaxtı məhkəmə binalarının, müşavirə otaqlarının və məhkəmə keçirilən yerin mühafizəsini təmin edir;
Məhkəmə keçirilən yerin iclasa hazırlığını yoxlayır, hakimin tapşırığı ilə cinayət işinin və maddi sübutların məhkəmə keçirildiyi yerə gətirilməsini və mühafizəsini təmin edir;
məhkəmə otaqlarında ictimai qaydaları təmin edir;
həbsdə saxlanılan məhkumların müşayiət edilməsində, onların mühafizəsi və təhlükəsizliyi məsələlərində hərbiləşdirilmiş qurumlarla qarşılıqlı fəaliyyət göstərir;
məhkəmənin ərazisində cinayətlərin və digər qanun pozuntularının qarşısını alır, onları aradan qaldırır, nizam-intizamı pozanları aşkar edir, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görür;
məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar məhkəməyə gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirilir;
məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidmətinin rəhbərlərinin göstərişinə əsasən icra işlərinin icrasında iştirak edir.
Məhkəmə nəzarətçisi öz xidməti vəzifələrini yerinə yetirərkən aşağıdakı hüquqları vardır:
kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarına, daxili qoşunların hərbi qulluqçularına müraciət etmək;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək.
Maddə 8. Məhkəmə icraçılarının vəzifələri və hüquqları
Məhkəmə icraçısı aşağıdakı vəzifələri yerinə yetirir:
icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;
icra prosesində iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;
icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsaitlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir;
alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada borcları müəyyən edir.
[11]
Məhkəmə icraçısının icra prosesində aşağıdakı hüquqları vardır:
öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra işi ilə əlaqədar məlumat, arayış və izahat almaq;
borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq;
müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra icraatı ilə əlaqədar konkret tapşırıqlar vermək;
zəruri hallarda borcluya mәxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otlaqlarda da həyata keçirmək;
əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa);
tələbi borclunun hesabına olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, kredit və bank idarələrindəki əmanətlərinə yönəltmək;
tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək;
tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək;
icra aktlarında göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək;
borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək;
icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq;
icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək.
Cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları icra edən məhkəmə icraçıların vəzifə və hüquqları Azərbaycan Respublikasının cəza-icra qanunvericiliyi ilə tənzimlənir.
[12]
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 7-ci maddənin birinci hissənin birinci abzasında və ikinci hissənin birinci abzasında “İcra məmuru” sözləri “İcra xidmətinin icra məmuru” sözləri ilə əvəz edilmişdir.
[13]
19 may 2020-ci il tarixli 103-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyun 2020-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 678) ilə 7-ci maddənin birinci hissəsinin altıncı abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda yeddinci-onuncu abzaslar əlavə edilmişdir.
[14]
13 fevral 2015-ci il tarixli 1190-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 252) ilə 7-ci maddənin ikinci hissəsinin ikinci abzasından “andlı iclasçıların,” sözləri çıxarılmışdır.
[15]
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 7-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.
[16]
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 8-ci maddənin birinci hissənin birinci abzasında və ikinci hissənin birinci abzasında “İcra məmurunun” sözləri “İcra xidməti icra məmurunun” sözləri ilə əvəz edilmişdir.
[17]
19 may 2020-ci il tarixli 103-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyun 2020-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 678) ilə 8-ci maddənin birinci hissəsinin on birinci abzası ləğv edilmişdir.
[18]
19 may 2020-ci il tarixli 103-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyun 2020-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 678) ilə 8-ci maddənin on beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on altıncı-on səkkizinci abzaslar əlavə edilmişdir.
[19]
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 8-ci maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları icra edən icra məmurlarının vəzifə və hüquqları Azərbaycan Respublikasının cəza-icra qanunvericiliyi ilə tənzimlənir.
[20]
21 iyun 2013-cü il tarixli 696-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2013-cü il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 788) ilə 11-ci maddəsinin ikinci hissəsində “öz hərəkətlərinə” sözlərindən sonra “(hərəkətsizliyinə)” sözü əlavə edilmişdir.
[21]
16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 11-ci maddənin dördüncü hissəsində "Azərbaycan Respublikası İqtisad Məhkəməsinin" sözləri "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin" sözləri ilə əvəz edilmişdir.
[22]
24 dekabr 2002-ci il tarixli 409-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 23) ilə 11-ci maddənin beşinci hissәsindә "hakim tərəfindən" sözləri "məhkəmə icraçıları qurumunun rəhbəri və hakim tərəfindən öz səlahiyyətləri daxilində" sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 11-ci maddənin beşinci hissəsində "hüquqpozmalar" sözü "xətalar" sözü ilə əvəz edilmişdir.
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə 11-ci maddənin beşinci hissəsində “məhkəmə icraçıları qurumunun” sözləri “icra qurumunun” sözləri ilə əvəz edilmişdir.
17 may 2016-cı il tarixli 248-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2016-cı il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 991) ilə 11-ci maddənin beşinci hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 11-ci maddənin beşinci hissəsinin birinci cümləsinə “cəzaların” sözündən sonra “, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin” sözləri əlavə edilmişdir və “icra qurumunun rəhbəri” sözləri “icra və probasiya qurumlarının rəhbərləri” sözləri ilə əvəz edilmişdir.
29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 856) ilə 11-ci maddənin beşinci hissəsinin birinci cümləsində “inzibati və iqtisadi” sözləri “kommersiya və inzibati” sözləri ilə əvəz edilmişdir.
23 aprel 2021-ci il tarixli 299-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2021-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 431) ilə 11-ci maddəsinin beşinci hissəsinin ikinci cümləsinə “yerinə yetirilməsinə” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada” sözləri əlavə edilmişdir.
[23]
10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928) ilə 12-ci maddənin birinci hissəsində “rütbə dərəcəsi” sözləri “xüsusi rütbəyə” sözləri ilə əvəz edilmişdir.
29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 12-ci maddənin birinci hissəsində "xüsusi rütbəyə" sözlərindən sonra "(ixtisas dərəcəsinə)" sözləri əlavə edilmişdir.
[24]
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 12-ci maddənin ikinci hissəsində “İcra məmurlarının həvəsləndirilməsi” sözləri “İcra xidməti icra məmurlarının həvəsləndirilməsi” sözləri ilə əvəz edilmişdir və “icra məmurlarının xüsusi fondunu” sözlərindən əvvəl “icra xidməti” sözləri əlavə edilmişdir.
[25]
24 dekabr 2002-ci il tarixli 409-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 23) ilə 12-ci maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Məhkəmələrin mülki və inzibati hüquqpozmalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalarının, habelə notariat orqanları tərəfindən verilmiş icra qeydlərinin məcburi icrası ilə bağlı olan hərəkətlər yerinə yetirildikdə borclunun hesabından tutulan məbləğin 5 faizi məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının xüsusi fondunun hesabına köçürülür.
17 may 2011-ci il tarixli 113-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyul 2011-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 584) ilə 12-ci maddəsinin üçüncü hissəsində “Məhkəmə qərarlarının icrası” sözləri “İcra” sözü ilə əvəz edilmişdir.
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 12-ci maddənin üçüncü hissəsinə “icra məmurlarının” sözlərindən əvvəl “icra xidməti” sözləri əlavə edilmişdir.
19 may 2020-ci il tarixli 103-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyun 2020-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 678) ilə 12-ci maddənin üçüncü hissəsində “notariat orqanlarının” sözləri “notariusların” sözü ilə əvəz edilmişdir.
29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 856) ilə 12-ci maddənin üçüncü hissəsində “iqtisadi mübahisələrə” sözləri “kommersiya mübahisələrinə” sözləri ilə əvəz edilmişdir.
[26]
15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 12-ci maddənin dördüncü hissəsi çıxarılmışdır.
[27]
29 iyun 2020-ci il tarixli 144-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1007) ilə 12-ci maddənin dördüncü-altıncı hissələri müvafiq olaraq beşinci-yeddinci hissələr hesab edilmişdir və həmin maddəyə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.
[28]
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 13-cü maddənin adında və ikinci hissədə “İcra xidmətinin” sözləri “İcra və probasiya xidmətlərinin” sözləri ilə əvəz edilmişdir.
[29]
29 iyun 2018-ci il tarixli 1207-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1423) ilə 13-cü maddənin birinci hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
29 iyun 2020-ci il tarixli 144-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1007) ilə 13-cü maddənin birinci hissəsinin birinci cümləsində “büdcəsi,” sözü “büdcəsi və icra xidməti” sözləri ilə əvəz edilmişdir, ikinci cümləsinə isə “büdcəsi” sözündən sonra “və bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsait” sözləri əlavə edilmişdir.