AKTIN NÖVÜ
Maliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
15.04.2013
QEYDİYYAT NÖMRƏSİ
Q-11
ADI
“Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.04.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.060.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201304150011
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.04.2013
“Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ

Qəbul edildiyi tarix

15.04.2013

Qeydiyyat nömrəsi

Q-11

Adı

“Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında [1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

20.04.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

100.060.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201304150011

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.04.2013

 

 

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.3-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 7.7-ci, 7.11-ci, 8.48-ci və 8.53-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası[2]

 

QƏRARA ALIR:

 

1. Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).[3]

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06 noyabr 2009-cu il tarixli İ-138 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 17 noyabr 2009-cu il tarixdə (şəhadətnamə №3481) dövlət qeydiyyatına alınmış “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları” ləğv edilsin.

3. Uçot siyasəti şöbəsinə və Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

 

 

Samir Şərifov

 


 

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Q-11” nömrəli “15” aprel 2013 il tarixli Qərarı ilə təsdiq edilmişdir

 

Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi

 

Qaydaları [4]

 

  1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununa və «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanına əsasən hazırlanmışdır və büdcə təşkilatlarının hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi qaydalarını müəyyən edir. [5]

1.2. Büdcə təşkilatlarının maliyyə hesabatları (bundan sonra maliyyə hesabatları) - büdcə təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Büdcə təşkilatlarının “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təqdim etdikləri maliyyə hesabatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının illik dövlət büdcəsi haqqında qanunları və büdcə sisteminə aid olan digər müvafiq normativ hüquqi aktlar əsasında tələb olunan maliyyə hesabatlarını əvəz etmir.[6]

 

2. Maliyyə hesabatlarının təqdim edilməsi qaydası

 

2.1. Təşkilatlar və fondlar illik maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edirlər. [7]

2.2. Təşkilatların illik maliyyə hesabatları aşağıdakı qaydada təqdim olunur:

2.2.1. təşkilatların aparatları üzrə maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 30-dan gec olmayaraq;

2.2.2. təşkilatların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hesabat  dövrü başa çatdıqdan sonra növbəti ilin iyun ayının 30-dan gec olmayaraq.

2.3. Fondların illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 30-dan gec olmayaraq təqdim olunur. [8]

 

3. Təşkilatların maliyyə hesabatları üçün hesabat dövrü [9]

 

3.1. İllik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:

3.1.1. Təşkilatlar və fondlar üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;

3.1.2. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan təşkilatlar və fondlar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i daxil olmaqla;

3.1.3. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış təşkilatlar və fondlar üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i daxil olmaqla.

 

4. Maliyyə hesabatlarının dərc edilməsi

 

Fondlar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində yerləşdirir və ya mətbu orqanlarda dərc etdirirlər.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə qərarın adı yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

«Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında

 

[2] 18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə preambulada “2.1-ci” sözləri “2.3-cü” sözləri ilə əvəz edilmişdir.

 

[3] 18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə 1-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1. “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

[4] 18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları”nın adı yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

«Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları»

 

[5] 18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları”nın 1.1-ci bəndində “və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi” sözləri “hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[6] 18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları”nın 1.2-ci hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.2. Büdcə təşkilatlarının və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatları (bundan sonra maliyyə hesabatları) - büdcə təşkilatlarının və büdcədənkənar dövlət fondlarının əmlakını, maliyyə vəziyyətini, təsərrüfat fəaliyyətinin nəticələrini hesabat dövrü üzrə mühasibat uçotunda əks edən, «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının illik dövlət büdcəsi haqqında qanunları və büdcə sisteminə aid olan digər müvafiq normativ hüquqi aktlar əsasında tələb olunan maliyyə hesabatlarını əvəz etməyən, onlara əlavə edilən maliyyə hesabatlarıdır.

 

[7] 18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları”nın 2.1-ci bəndindən, 3.1.1-ci, 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərindən “və fondlar” sözləri çıxarılmışdır.

 

[8] 18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları”nın 2.3-cü bəndi və 4-cü hissəsi ləğv edilmişdir.

 

[9] 18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları”nın 3-cü hissənin adında “Təşkilatlar və fondların” sözləri “Təşkilatların” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status