430.000.000
Bomba terrorizmi ilə mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 1997-ci il dekabrın 16-da Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş "Bomba terrorizmi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyaya qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 2 fevral 2001-ci il
№ 60-IIQ