![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
04.04.2013 |
Qeydiyyat nömrəsi |
Q/02 |
Adı |
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən həyata keçirilən elektron xidmətlərə dair inzibati reqlamentlərin təsdiq edilməsi haqqında[1] |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
20.04.2013 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
010.180.080 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201304040002 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
19.04.2013 |
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyası “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə qərara alır:[2]
1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən həyata keçirilən aşağıda göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:
1.1. “Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (1 nömrəli əlavə);
1.2. “Dənizçilərə sertifikatların (diplomların) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (2 nömrəli əlavə);
1.3. Sertifikatın (diplomun) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən tanınması haqqında təsdiqnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (3 nömrəli əlavə);
1.4. “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə”nin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (4 nömrəli əlavə);
1.5. “Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (5 nömrəli əlavə);
1.6. “Su nəqliyyatı ilə yük və sərnişin daşınmasına xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (6 nömrəli əlavə);[3]
1.7. “Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (7 nömrəli əlavə);
1.8. “Limanın (Liman məntəqəsinin) “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (8 nömrəli əlavə);[4]
1.9. “Gəmi Tarixinin Fasiləsiz Qeydləri” (GTFQ) sənədinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (9 nömrəli əlavə);
1.10. “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (10 nömrəli əlavə);
1.11. “Gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (11 nömrəli əlavə);
1.12. “Neftlə çirklənmədən yaranan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (12 nömrəli əlavə);
1.13. “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (13 nömrəli əlavə);
1.14. Minimum heyət tərkibi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (14 nömrəli əlavə);
1.15. Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində qeydiyyatda olan gəmiyə çıxarışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (15 nömrəli əlavə);
1.16. Azərbaycan Respublikasının Berbout-çarter Reyestrində qeydiyyatda olan gəmiyə çıxarışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (16 nömrəli əlavə);
1.17. Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində qeydiyyatda olan gəminin qeydiyyatdan çıxarılması haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (17 nömrəli əlavə);
1.18. Azərbaycan Respublikasının Berbout-çarter Reyestrində qeydiyyatda olan gəminin qeydiyyatdan çıxarılması haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (18 nömrəli əlavə);
2. Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinə (F.Məmmədov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Sədr Qüdrət Qurbanov
|
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 04 aprel 2013-cü il tarixli Q/02 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə |
Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə
İNZİBATİ REQLAMENT
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Dənizçinin şəxsiyyət sənədinin və dənizçinin qeyd kitabçasının verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət, Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulunu nəzərdə tutur.[5]
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 6-1.1.13-cü və 6-1.1.14-cü maddələri;
- Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”;
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;[6]
- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi haqqında Əsasnamə”nin 3.0.17-ci yarımbəndi;[7]
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 4.1-ci bəndi; [8]
- “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavə -“Elektron xidmət növlərinin Siyahısı"nın 39.1-ci bəndi.[9]
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra - Agentlik).[10]
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 15 (on beş) gün.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 28.13-cü maddəsinə uyğun olaraq Dənizçinin Qeyd Kitabçasının verilməsi üçün dövlət rüsumunun məbləği 25 (iyirmi beş) manat, 28.14-cü maddəsinə uyğun olaraq Dənizçinin şəxsiyyət sənədinin verilməsi üçün dövlət rüsumunun məbləği 30 (otuz) manat müəyyən edilmişdir.
Ödəmə üsulları: nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə.
Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:[11]
Benefisiar (alan) bank Adı: Dövlət Xəzinədarlığı Agentliyi Kodu: 210005 VÖEN: 1401555071 M/h: AZ41NABZ01360100000000003944 S.W.I.F.T Bik: CTREAZ22 Alan müştəri Adı: Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Hesab №: AZ17CTRE00000000000002117131 VÖEN: 1602473621[12] Köçürülən məbləğ: Rəqəmlə 55 (AZN) Yazı ilə əlli beş manat Ödənişin təyinatı: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 28.13-cü və 28.14-cü maddələrinə uyğun olaraq Dənizçinin Qeyd Kitabçasının və Dənizçinin şəxsiyyət sənədinin verilməsi üçün ödənilən dövlət rüsumu. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi VÖEN: 1400872751 Büdcə təsnifatının kodu: 142292[13] Ödəmə üsulu: Köçürmə |
2.3. Elektron xidmətin istifadəçiləri: Dənizçinin şəxsiyyət sənədi və Dənizçinin Qeyd Kitabçası Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında qeydiyyatda olan və ya onun ərazisində istifadə üçün icarəyə götürülmüş gəmidə dənizçi vəzifəsində işləyən, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, eləcə də gəmilərdə təcrübə keçən tələbələrə verilir.[14]
2.4. Elektron xidmətin təqdim olunma yeri: Elektron xidmətin göstərildiyi internet ünvanları:
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- e-poçt: crew-department@ardda.gov.az;
- tel: 012 497-44-05.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
1. Dənizçinin şəxsiyyət sənədinin verilməsi haqqında müəssisənin (idarənin, təşkilatın) vəsatəti (reqlamentə əlavə olunur).
2. Dənizçinin Qeyd Kitabçasının verilməsi haqqında müəssisənin (idarənin, təşkilatın) vəsatəti vəsatəti (reqlamentə əlavə olunur).
3. Dənizçinin şəxsiyyət sənədinin verilməsi haqqında ərizə-anket (reqlamentə əlavə olunur).
4. Dənizçinin Qeyd Kitabçasının verilməsi haqqında ərizə-anket (reqlamentə əlavə olunur).
5. Şəxsiyyət vəsiqəsinin surəti.[15]
6. İxtisas şəhadətnaməsinin (diplomunun) surəti.[16]
7. Sağlamlıq haqqında tibbi arayışın surəti.
8. Hərbi biletin və ya təhkim səhadətnaməsinin surəti.
9. 3 x 4 sm ölçüdə ağ fonda fotoşəkil - 4 ədəd.
10. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd.
11. Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd. Ödənişin həyata keçirildiyini təsdiq edən sənəd xidmətin nəticəsinin əldə edilməsi zamanı digər sənədlərin əsli ilə birlikdə bilavasitə Agentliyə təqdim edilməlidir.
Qeydlər:
1. Müraciət formaları xidmətin təqdim edildiyi internet ünvanlarından doldurulur və müraciət edən tərəfindən imza ilə (idarə, təşkilat və müəssisənin vəsatətləri imza və möhür ilə) təsdiq edildikdən sonra digər sənədlərin skan olunmuş surətləri ilə birlikdə elektron formada göndərilir.
2. Elektron xidmətin göstərilməsi ucun tələb olunan sənədlərin elektron formada surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə Agentliyə təqdim edilməlidir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir, həmin xidmət növü üzrə açılan müraciət formasını doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.
3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsi üçün təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri göstərilməklə 5 (beş) iş günü müddətində istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsi məsələsinə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 (beş) iş günündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur. [17]
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 15 (on beş) iş günündən gec olmayaraq Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsi haqqında qərar qəbul edilir. Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsindən imtina edilmədikdə, ərizəçi Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edir. Bundan sonra Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Agentliyin Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi həyata keçirir.[18]
3.4.1. Nəzarət forması: kargüzarlıq.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Agentliyin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
«Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə»yə 1 nömrəli əlavə
Dənizçinin şəxsiyyət sənədinin verilməsi haqqında müəssisənin (idarənin, təşkilatın) VƏSATƏTİ
APPLICATION on issuing Seafarers` Identity Document from the organization (department, institution)
1. Aşağıdakı məlumatları nəzərə alaraq Dənizçinin şəxsiyyət sənədinin verilməsini xahiş edirik: In accordance with the following we hereby request to issue the Seafarers` Identity Document:
2. Müəssisənin (idarənin, təşkilatın) Organization (department, institution)
II. Dənizçinin şəxsiyyət sənədini verən dövlət orqanı tərəfindən doldurulan hissə: Part filled by the authority issuing the Seafarers` Identity Document
a) Dənizçinin şəxsiyyət sənədini verən dövlət orqanının məsul əməkdaşı tərəfindən müəssisənin (idarənin, təşkilatın) vəsatətinin yoxlanılması ilə bağlı qeydlər: Notes made by the official of the authority issuing the Seafarers` Identity Document with regard to the application submitted by the organization (department, institution):
8. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir: The following documents were checked during the examination:
11. Məlumatları yoxlamış məsul işçinin: Executive official
b) Dənizçinin şəxsiyyət sənədinin ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər: Notes with regard to issuing Seafarers` Identity Document to the applicant
14. Xüsusi qeydlər: Special remarks: |
“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”yə 2 nömrəli əlavə
Dənizçinin şəxsiyyət sənədinin verilməsi haqqında ƏRİZƏ-ANKET
APPLICATION on issuing Seafarers` Identity Document
I. Dənizçi və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:
1. Dənizçinin şəxsiyyət sənədi sahibinin: Holder of the Seafarers` Identity Document:
2. Ərizə dənizçinin qanuni nümayəndəsi tərəfindən verilərsə onun: In case of the application was submitted by the seafarer’s legal representative, his
II. Dənizçinin şəxsiyyət sənədini verən dövlət orqanı tərəfindən doldurulan hissə: Part filled by the authority issuing the Seafarers` Identity Document
a) Dənizçinin şəxsiyyət sənədini verən dövlət orqanının məsul əməkdaşı tərəfindən dənizçinin və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər: Notes made by the official of the authority issuing the Seafarers` Identity Document with regard to the application submitted by the seafarer or his legal representative
7. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir: The following documents were checked during the examination:
11. Məlumatları yoxlamış məsul işçinin: Executive official
b) Dənizçinin şəxsiyyət sənədinin ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər: Notes with regard to issuing Seafarers` Identity Document to the applicant
14. Xüsusi qeydlər: Special remarks: |
Dənizçinin Qeyd Kitabçasının verilməsi haqqında müəssisənin (idarənin, təşkilatın) VƏSATƏTİ
APPLICATION on issuing Seaman’s Record Book from the organization (department, institution)
|
|
||||||||||||||||||||||||||||||||||||||||||
1. Aşağıdakı məlumatları nəzərə alaraq Dənizçinin Qeyd Kitabçasının verilməsini xahiş edirik: In accordance with the following we hereby request to issue the Seaman’s Record Book: |
|||||||||||||||||||||||||||||||||||||||||||
2. Müəssisənin (idarənin, təşkilatın) Organization (department, institution)
|
II. Dənizçinin Qeyd Kitabçasını verən dövlət orqanı tərəfindən doldurulan hissə: Part filled by the authority issuing the Seaman’s Record Book
a) Dənizçinin Qeyd Kitabçasını verən dövlət orqanının məsul əməkdaşı tərəfindən müəssisənin (idarənin, təşkilatın) vəsatətinin yoxlanılması ilə bağlı qeydlər: Notes made by the official of the authority issuing the Seaman’s Record Book with regard to the application submitted by the organization (department, institution):
8. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir: The following documents were checked during the examination:
11. Məlumatları yoxlamış məsul işçinin: Executive official
b) Dənizçinin Qeyd Kitabçasının ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər: Notes with regard to issuing Seaman’s Record Book to the applicant
14. Xüsusi qeydlər: Special remarks: |
Dənizçinin Qeyd Kitabçasının verilməsi haqqında ƏRİZƏ-ANKET
APPLICATION on issuing Seaman’s Record Book
I. Dənizçi və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:
1. Dənizçinin Qeyd Kitabçasının sahibinin: Holder of the Seaman’s Record Book:
2. Ərizə dənizçinin qanuni nümayəndəsi tərəfindən verilərsə onun: In case of the application was submitted by the seafarer’s legal representative, his
II. Dənizçinin Qeyd Kitabçasını verən dövlət orqanı tərəfindən doldurulan hissə: Part filled by the authority issuing the Seaman’s Record Book
a) Dənizçinin Qeyd Kitabçasını verən dövlət orqanının məsul əməkdaşı tərəfindən dənizçinin və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər: Note made by the official of the authority issuing the Seaman’s Record Book with regard to the application submitted by the seafarer or his legal representative:
7. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir: The following documents were checked during the examination:
10. Məlumatları yoxlamış məsul işçinin Executive official
b) Dənizçinin Qeyd Kitabçasının ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər: Notes with regard to issuing the Seaman’s Record Book to the applicant
13. Xüsusi qeydlər: Special remarks:
|
|
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 04 aprel 2013-cü il tarixli Q/02 nömrəli Qərarı ilə təsdiq edilmişdir
2 nömrəli əlavə |
Dənizçilərə sertifikatların (diplomların) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə
İNZİBATİ REQLAMENT
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Dənizçilərə sertifikatların (diplomların) verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət, Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərinin (hərbi gəmi istisna olmaqla) və xarici ticarət gəmiçiliklərinin gəmilərində işləyən Azərbaycan Respublikasının vətəndaşı olan heyət üzvlərinə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın (DHDNÇ-78) tələblərinə və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”yə uyğun olaraq dənizçinin müvafiq vəzifəyə uyğunluğunu təsdiq edən sertifikatların (diplomların) və gəmi heyəti üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulunu nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın (DHDNÇ-78) I/2 qaydası;
- Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 6-1.1.11-cü, 6-1.1.12-ci və 44.1-ci maddələri;
- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi haqqında Əsasnamə”nin 3.0.17-ci yarımbəndi;[19]
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;[20]
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 4.1-ci bəndi; [21]
- “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavə -“Elektron xidmət növlərinin Siyahısı"nın 39.2-ci bəndi;[22]
- Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra - Agentlik).[23]
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 1 (bir) ay.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dənizçilərə sertifikatların (diplomların) verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 28.11-ci və 28.12-ci maddələrinə uyğun olaraq gəmi komandir və sıravi heyət üzvlərinə ixtisas şəhadətnamələrinin (işçi diplomların) verilməsi üçün dövlət rüsumunun məbləği 30 (otuz) manat, gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi üçün dövlət rüsumunun məbləği 10 (on) manat müəyyən edilmişdir.
Ödəmə üsulları: nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə.
Gəmi komandir və sıravi heyət üzvlərinə ixtisas şəhadətnamələrinin (işçi diplomların) və gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:[24]
Benefisiar (alan) bank Adı: Dövlət Xəzinədarlığı Agentliyi Kodu: 210005 VÖEN: 1401555071 M/h: AZ41NABZ01360100000000003944 S.W.I.F.T BİK CTREAZ 22 Alan müştəri Adı: Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Hesab №: AZ17CTRE00000000000002117131 VÖEN: 1602473621[25] Köçürülən məbləğ: Rəqəmlə 30 (AZN) Yazı ilə otuz manat Ödənişin təyinatı: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 28.11-ci maddəsinə uyğun olaraq gəmi komandir və sıravi heyət üzvlərinə ixtisas şəhadətnamələrinin (işçi diplomların) və 28.12-ci maddəsinə uyğun olaraq gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsinə görə ödənilən dövlət rüsumu. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi VÖEN: 1400872751 Büdcə təsnifatının kodu: 142292 Ödəmə üsulu: Köçürmə |
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərinin heyət üzvləri və dəniz təhsil müəssisələrinin gəmilərdə təcrübə keçən tələbələri.
2.4. Elektron xidmətin təqdim olunma yeri: Elektron xidmətin göstərildiyi internet ünvanları:
- http://www.e-gov.az;
- http://www.ardda.gov.az.
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://www.e-gov.az;
- http://www.ardda.gov.az;
- e-poçt: crew-department@ardda.gov.az;
- tel: 012 497-44-05.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
1. Şəxsiyyəti təsdiq edən sənədin surəti.
2. Diplom və ya ixtisas şəhadətnaməsinin surəti.
3. Sağlamlıq haqqında tibbi arayışın surəti.
4. 3 x 4 sm ölçüdə ağ fonda fotoşəkil - 2 ədəd.
5. Gəmi komandir və sıravi heyət üzvlərinə ixtisas şəhadətnamələrinin (işçi diplomların) və gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd. Ödənişin həyata keçirildiyini təsdiq edən sənəd xidmətin nəticəsinin əldə edilməsi zamanı digər sənədlərin əsli ilə birlikdə bilavasitə Agentliyə təqdim edilməlidir.[26]
Qeydlər:
1. Ərizə formaları xidmətin təqdim edildiyi internet ünvanlarından yüklənərək doldurulur və digər sənədlərin skan olunmuş surətləri ilə birlikdə elektron formada göndərilir.
2. Elektron xidmətin gostərilməsi ucun tələb olunan sənədlərin elektron formada surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə Agentliyə təqdim edilməlidir.
3.Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir, həmin xidmət növü üzrə açılan müraciət formasını doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.
3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Dənizçilərə sertifikatların (diplomların) və hazırlıq kursları sertifikatlarının verilməsi üçün təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri göstərilməklə 5 (beş) iş günü müddətində istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra dənizçilərə sertifikatların (diplomların) və hazırlıq kursları sertifikatlarının verilməsi məsələsinə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 (beş) iş günündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur. [27]
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 15 (on beş) iş günündən gec olmayaraq dənizçilərə sertifikatların (diplomların) və hazırlıq kursları sertifikatlarının verilməsi haqqında qərar qəbul edilir. Dənizçilərə sertifikatların (diplomların) və hazırlıq kursları sertifikatlarının verilməsindən imtina edilmədikdə, ərizəçi dənizçilərə sertifikatların (diplomların) və hazırlıq kursları sertifikatlarının verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edir. Bundan sonra sertifikatların (diplomların) və hazırlıq kursları sertifikatlarının blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Agentliyin Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi həyata keçirir.
3.4.1. Nəzarət forması: kargüzarlıq.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Agentliyin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
|
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 04 aprel 2013-cü il tarixli Q/02 nömrəli Qərarı ilə təsdiq edilmişdir
3 nömrəli əlavə |
Sertifikatın (diplomun) Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən tanınması haqqında təsdiqnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə
İNZİBATİ REQLAMENT
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Sertifikatın (diplomun) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən tanınması haqqında təsdiqnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.[28]
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair”, Beynəlxalq Konvensiyanın (DHDNÇ-78) tələblərinə və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində (hərbi gəmi istisna olmaqla) işləmək üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sertifikatlarının (diplomlarının) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən tanınması haqqında təsdiqnamənin verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulunu nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın (DHDNÇ-78) I/10-cu qaydası;
- Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 6-1.1.11-ci və 44.3-cü maddələri;
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;[29]
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 4.1-ci bəndi; [30]
- “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavə -“Elektron xidmət növlərinin Siyahısı"nın 39.3-cü bəndi;[31]
- Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra - Agentlik).[32]
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 15 (on beş) iş günü.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində gəmi heyəti üzvü vəzifəsində işləmək üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin sertifikatına (diplomuna) təsdiqnamənin verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.11-ci maddəsinə uyğun olaraq gəmi komandir və sıravi heyət üzvlərinə təsdiqnamələrin verilməsi üçün dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir.
Ödəmə üsulları: nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə.
Gəmi komandir və sıravi heyət üzvlərinə təsdiqnamələrin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:[33]
Benefisiar (alan) bank Adı: Dövlət Xəzinədarlığı Agentliyi Kodu: 210005 VÖEN: 1401555071 M/h: AZ41NABZ01360100000000003944 S.W.I.F.T BİK CTREAZ 22 Alan müştəri Adı: Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Hesab №: AZ17CTRE00000000000002117131 VÖEN: 1602473621[34] Köçürülən məbləğ: Rəqəmlə 30 (AZN) Yazı ilə otuz manat Ödənişin təyinatı: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.11-ci maddəsinə uyğun olaraq gəmi komandir və sıravi heyət üzvlərinə təsdiqnamələrin verilməsi üçün ödənilən dövlət rüsumu. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi VÖEN: 1400872751 Büdcə təsnifatının kodu: 142292 Ödəmə üsulu: Köçürmə |
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində gəmi heyəti üzvü vəzifəsində işləmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: Elektron xidmətin göstərildiyi internet ünvanları:
- http://www.e-gov.az;
- http://www.ardda.gov.az.
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://www.e-gov.az;
- http://www.ardda.gov.az;
- e-poçt: crew-department@ardda.gov.az;
- tel: 012 497-44-05.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işləməsi nəzərdə tutulan gəmilərə dair Dövlət gəmi reyestrindən çıxarış;
2. İşə cəlb olunması nəzərdə tutulan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sertifikatları (diplomları) və xüsusi hazırlıq şəhadətnamələri;
3. İşə cəlb olunması nəzərdə tutulan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlıq vəziyyətinin müvafiq vəzifəni tutmağa imkan verməsini təsdiq edən tibbi sertifikat;
4. Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi;[35]
5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə gəmi heyəti üzvü vəzifəsində işləmələri üçün cəlb olunması zərurətini özündə ehtiva edən əsaslandırılmış müraciət;
6. “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə müvafiq olaraq dənizçiyə verilən sənədlərin təsdiqlənməsinə dair bu sənədləri verən dövlət tərəfindən müvafiq sənəd.
7. Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının qoşulduğu (tərəfdar çıxdığı) beynəlxalq müqavilələrə uyğun olaraq bağlanılması nəzərdə tutulan əmək müqaviləsinin layihəsi.
8. 3 x 4 sm ölçüdə ağ fonda fotoşəkil - 2 ədəd.
9. Gəmi komandir və sıravi heyət üzvlərinə təsdiqnamələrin verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd. Ödənişin həyata keçirildiyini təsdiq edən sənəd xidmətin nəticəsinin əldə edilməsi zamanı digər sənədlərin əsli ilə birlikdə bilavasitə Agentliyə təqdim edilməlidir.[36]
Qeydlər:
1. Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanlardan yüklənərək doldurulur və digər sənədlərin skan olunmuş surətləri ilə birlikdə elektron formada göndərilir.
2. Elektron xidmətin gostərilməsi ucun tələb olunan sənədlərin elektron formada surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə Agentliyə təqdim edilməlidir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir, həmin xidmət növü üzrə açılan müraciət formasını doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.
3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Təsdiqnamənin verilməsi üçün təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri göstərilməklə 5 (beş) iş günü müddətində istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, təsdiqnamənin verilməsi məsələsinə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 (beş) iş günündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur. [37]
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 15 (on beş) iş günündən gec olmayaraq təsdiqnamənin verilməsi haqqında qərar qəbul edilir. Təsdiqnamənin verilməsindən imtina edilmədikdə, ərizəçi təsdiqnamənin verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edir. Bundan sonra təsdiqnamənin blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Agentliyin Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi həyata keçirir.
3.4.1. Nəzarət forması: kargüzarlıq.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Agentliyin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
|
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 04 aprel 2013-cü il tarixli Q/02 nömrəli Qərarı ilə təsdiq edilmişdir
4 nömrəli əlavə |
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə
İNZİBATİ REQLAMENT
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2010-cu il tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın tələblərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə məxsus gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulunu nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 6-1.1.1-ci, 6-1.1.2-ci, 8.1-ci, 9-cu, 18.1.1-ci və 22-ci maddələri;
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;[38]
- “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavə -“Elektron xidmət növlərinin Siyahısı"nın 39.4-cü bəndi;[39]
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2010-cu il tarixli, 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın 2.9-cu bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra - Agentlik).[40]
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 5 (beş) iş günü.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Gəmiyə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə”nin verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci və 28.2-ci maddələrinə uyğun olaraq, “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə”nin verilməsi üçün dövlət rüsumunun məbləği 50 (əlli) manat müəyyən edilmişdir.
Ödəmə üsulları: nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə.
“Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə”nin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:[41]
Benifisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlıq Agentliyi Kodu: 210005 VÖEN: 1401555071 m/h: 0132030003944 S.W.I.F.T. Bik: CTREAZ 22 Alan müştəri Adı: Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Hesab № AZ17CTRE00000000000002117131 VÖEN: 1602473621[42] Köçürülən məbləğ: Rəqəmlə: 50 (AZN) Yazı ilə: Əlli manat Ödənişin təyinatı: “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə”nin verilməsi üçün ödənilən dövlət rüsumu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi VÖEN: 1400872751 Büdcə təsnifatının kodu: 142292 Ödəmə üsulu: Köçürmə |
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri.
2.4. Elektron xidmətin təqdim olunma yeri: Elektron xidmət göstərildiyi internet ünvanları:
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- e-poçt: shipsstandard-department@ardda.gov.az;
- tel: 012 497-44-05 (118).
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
1. gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən doldurulmuş ərizə-anket (reqlamentə əlavə olunur);
2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və surəti (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); [43]
3. hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;
4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gəmiyə mülkiyyət hüququnu və gəmiyə digər əşya hüquqlarını təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı, habelə qeyd edilən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;
5. xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənədin əsli və ya apostil edilmiş surəti;
6. gəminin BDT (İMO) nömrəsinin alınmasına dair sənəd;
7. gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə;[44]
8. çağırış siqnalının alınmasını təsdiq edən sənəd;
9. gəminin istismara yararlı olmasına və dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasına dair akt;
10. ölçü şəhadətnaməsi və notariat qaydasında təsdiq edilmiş surəti;
11. gəminin təsnifat şəhadətnaməsi və notariat qaydasında təsdiq edilmiş surəti;
12. gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti;
13. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. Ödənişin həyata keçirildiyini təsdiq edən sənəd xidmətin nəticəsinin əldə edilməsi zamanı digər sənədlərin əsli ilə birlikdə bilavasitə Agentliyə təqdim edilməlidir.[45]
Qeydlər:
1. Müraciət formaları xidmətin təqdim edildiyi internet ünvanından doldurulur və digər sənədlərin skan olunmuş surətləri ilə birlikdə elektron formada göndərilir.
2. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin elektron formada surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə Agentliyə təqdim edilməlidir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir, həmin xidmət növü üzrə açılan müraciət formasını doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.
3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Şəhadətnamənin verilməsi üçün təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri göstərilməklə 5 (beş) iş günü müddətində istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, şəhadətnamənin verilməsi məsələsinə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 (beş) iş günündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur. [46]
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 5 (beş) iş günündən gec olmayaraq şəhadətnamənin verilməsi haqqında qərar qəbul edilir. Şəhadətnamənin verilməsindən imtina edilmədikdə, ərizəçi şəhadətnamənin verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edir. Bundan sonra şəhadətnamənin blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Agentliyin Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi həyata keçirir.[47]
3.4.1. Nəzarət forması: kargüzarlıq.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Agentliyin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
|
“Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na 6 nömrəli əlavə |
AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ[48] Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində gəminin qeydiyyata alınmasına dair
ƏRİZƏ-ANKET
|
|
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 04 aprel 2013-cü il tarixli Q/02 nömrəli Qərarı ilə təsdiq edilmişdir
5 nömrəli əlavə |
Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə
İNZİBATİ REQLAMENT
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2010-cu il tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın tələblərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin gəmiyə mülkiyyət və digər əşya hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulunu nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 6-1.1.3-cü, 7-ci, 18.1.2-ci və 22-ci maddələri;
- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi haqqında Əsasnamə”nin 3.0.13-cü yarımbəndi;[49]
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;[50]
- “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavə -“Elektron xidmət növlərinin Siyahısı"nın 39.5-ci bəndi;[51]
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2010-cu il tarixli, 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın 2.9-cu bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra - Agentlik).[52]
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 5 (beş) iş günü.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: “Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə”nin verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə uyğun olaraq, “Gəmiyə mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat müəyyən edilmişdir.
Ödəmə üsulları: nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə.
“Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə”nin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:[53]
Benifisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlıq Agentliyi Kodu: 210005 VÖEN: 1401555071 m/h: 0132030003944 S.W.I.F.T. Bik: CTREAZ 22 Alan müştəri Adı: Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Hesab № AZ17CTRE00000000000002117131 VÖEN: 1602473621[54] Köçürülən məbləğ: Rəqəmlə: 50 (AZN) Yazı ilə: Əlli manat Ödənişin təyinatı: “Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə”nin verilməsi üçün ödənilən dövlət rüsumu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi VÖEN: 1400872751 Büdcə təsnifatının kodu: 142292 Ödəmə üsulu: Köçürmə |
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri.
2.4. Elektron xidmətin təqdim olunma yeri: Elektron xidmət göstərildiyi internet ünvanları:
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- e-poçt: shipsstandard-department@ardda.gov.az;
- tel: 012 497-44-05 (118).
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
1. gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən doldurulmuş ərizə-anket (reqlamentə əlavə olunur).
2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və surəti (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi). [55]
3. hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti.
4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gəmiyə mülkiyyət hüququnu və gəmiyə digər əşya hüquqlarını təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı, habelə qeyd edilən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti.
5. xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənədin əsli və ya apostil edilmiş surəti.
6. gəminin BDT (İMO) nömrəsinin alınmasına dair sənəd.
7. gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə.[56]
8. çağırış siqnalının alınmasını təsdiq edən sənəd.
9. gəminin istismara yararlı olmasına və dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasına dair akt.
10. ölçü şəhadətnaməsi və notariat qaydasında təsdiq edilmiş surəti.
11. gəminin təsnifat şəhadətnaməsi və notariat qaydasında təsdiq edilmiş surəti.
12. gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti.
13. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. Ödənişin həyata keçirildiyini təsdiq edən sənəd xidmətin nəticəsinin əldə edilməsi zamanı digər sənədlərin əsli ilə birlikdə bilavasitə Agentliyə təqdim edilməlidir.[57]
Qeydlər:
1. Müraciət formaları xidmətin təqdim edildiyi internet ünvanından doldurulur və digər sənədlərin skan olunmuş surətləri ilə birlikdə elektron formada göndərilir.
2. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin elektron formada surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə Agentliyə təqdim edilməlidir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir, həmin xidmət növü üzrə açılan müraciət formasını doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.
3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Şəhadətnamənin verilməsi üçün təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri göstərilməklə 5 (beş) iş günü müddətində istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, şəhadətnamənin verilməsi məsələsinə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 (beş) iş günündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur. [58]
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 5 (beş) iş günündən gec olmayaraq şəhadətnamənin verilməsi haqqında qərar qəbul edilir. Şəhadətnamənin verilməsindən imtina edilmədikdə, ərizəçi şəhadətnamənin verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edir. Bundan sonra şəhadətnamənin blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Agentliyin Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi həyata keçirir.[59]
3.4.1. Nəzarət forması: kargüzarlıq.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Agentliyin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
|
“Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na
6 nömrəli əlavə |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ[60] Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində gəminin qeydiyyata alınmasına dair
ƏRİZƏ-ANKET |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|
Su nəqliyyatı ilə yük və sərnişin daşınmasına xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə
İNZİBATİ REQLAMENT
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Su nəqliyyatı ilə yük və sərnişin daşınmasına xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanına uyğun olaraq hüquqi və fiziki şəxslərə “Su nəqliyyatı ilə yük və sərnişin daşınması” üzrə fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi prosedurunun qismən avtomatlaşdırılmış səviyyədə həyata keçirilməsini nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 5-1.1-ci maddəsi;
- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
- “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı;
- Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.5-ci bəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 4.1-ci bəndi;
- “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısının” təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 39.6-cı bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (bundan sonra Administrasiya).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 15 (on beş) iş günü.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikasında “Su nəqliyyatı ilə yük və sərnişin daşınması” üzrə fəaliyyət növlərinə xüsusi razılığın (lisenziyanın) verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.
2.2.1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli, 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğlər”inin 13-cü bəndinə uyğun olaraq “Su nəqliyyatı ilə yük və sərnişin daşınması” üzrə fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün dövlət rüsumunun məbləği 5500 (beş min beş yüz) manat müəyyən edilmişdir.
Ödəmə üsulları: nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə.
“Su nəqliyyatı ilə yük və sərnişin daşınması” üzrə fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:
|
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri.
2.4. Elektron xidmətin təqdim olunma yeri: Elektron xidmət göstərildiyi internet ünvanları:
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- e-poçt: shipsstandard-department@ardda.gov.az;
- tel: 012 497-44-05 (119).
2.7. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
1. Üzgüçülük hüququna dair Təsnifat Cəmiyyətinin müvafiq sənədi;
2. Ərizəçinin və ya cəlb ediləcək mütəxəssislərin dəniz nəqliyyatı qaydalarına əsasən müvafiq vəzifələrdə çalışmasına hüquq verən ali və ya orta dənizçilik ixtisası üzrə peşəyə yararlılığını təsdiq edən diplomunun notarial qaydada təsdiq olunmuş surəti;
3. Lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. Ödənişin həyata keçirildiyini təsdiq edən sənəd xidmətin nəticəsinin əldə edilməsi zamanı digər sənədlərin əsli ilə birlikdə bilavasitə Administrasiyaya təqdim edilməlidir.
Qeydlər:
1. Müraciət formaları xidmətin təqdim edildiyi internet ünvanlarından doldurulur və digər sənədlərin skan olunmuş surətləri ilə birlikdə elektron formada göndərilir.
2. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin elektron formada surətləri Administrasiyaya təqdim edilməlidir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir, həmin xidmət növü üzrə açılan müraciət formasını doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.
3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Xüsusi razılığın (lisenziyanın) verilməsi üçün təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri göstərilməklə 5 (beş) iş günü müddətində istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, xüsusi razılığın (lisenziyanın) verilməsi məsələsinə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 (beş) iş günündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 5 (beş) iş günündən gec olmayaraq xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar qəbul edilir. Xüsusi razılığın (lisenziyanın) verilməsindən imtina edilmədikdə, ərizəçi xüsusi razılığın (lisenziyanın) verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edir. Bundan sonra xüsusi razılığın (lisenziyanın) blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Administrasiyanın Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi həyata keçirir.
3.4.1. Nəzarət forması: kargüzarlıq.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Administrasiyanın poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
|
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 04 aprel 2013-cü il tarixli Q/02 nömrəli Qərarı ilə təsdiq edilmişdir
7 nömrəli əlavə |
Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə
İNZİBATİ REQLAMENT
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət “Gəmi və Liman Vasitələrinin Mühafizəsinə dair Beynəlxalq Məcəllə”nin (GLVM BM) A hissəsinin 19-cu bəndinə uyğun olaraq gəmiyə şəhadətnamənin verilməsi prosedurunun qismən avtomatlaşdırılmış səviyyədə həyata keçirilməsini nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- “Gəmi və Liman Vasitələrinin Mühafizəsinə dair Beynəlxalq Məcəllə”nin (GLVM BM) A hissəsinin 19-cu bəndi.
- Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 6-1.1.7-ci və 18.1.21-1-ci maddələri;
- Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;[62]
- “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavə -“Elektron xidmət növlərinin Siyahısı"nın 39.7-ci bəndi.[63]
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra - Agentlik).[64]
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 5 (beş) iş günü.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə uyğun olaraq Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi üçün dövlət rüsumunun məbləği 50 (əlli) manat müəyyən edilmişdir.
Ödəmə üsulları: nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə.
Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq gəmilərə şəhadətnamələrin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:[65]
Benifisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlıq Agentliyi Kodu: 210005 VÖEN: 1401555071 m/h: 0132030003944 S.W.I.F.T. Bik: CTREAZ 22 Alan müştəri Adı: Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Hesab № AZ17CTRE00000000000002117131 VÖEN: 1602473621[66] Köçürülən məbləğ: Rəqəmlə: 50 (AZN) Yazı ilə: Əlli manat Ödənişin təyinatı: Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi üçün ödənilən dövlət rüsumu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi VÖEN: 1400872751 Büdcə təsnifatının kodu: 142292 Ödəmə üsulu: Köçürmə |
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri.
2.4. Elektron xidmətin təqdim olunma yeri: Elektron xidmət göstərildiyi internet ünvanları:
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- e-poçt: shipsstandard-department@ardda.gov.az;
- tel: 012 497-44-05(119).
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: